Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sutka
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Bruno Sutkus
Bruno Sutkus (14 may 1924 – 29 avqust 2003, Almaniya Federativ Respublikası) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş, alman qoşunlarında döyüşmüş litvalı snayper. == Həyatı == Bruno Sutkus 1924-cü ildə o vaxtlar Almaniyanın tərkibində olan Tannenvelde (indiki Çkalovsk) qəsəbəsində anadan olub. Onun atası milliyətcə litvalı olub. 1938-ci ildə Hitler Gənclər Hərəkatına üzv olub. 18 yaşında Alman Nasional Sosialist Fəhlə Partiyasının hərbi qanadına üzv yazılıb. Onun çox sərrast atəş açma qabiliyyəti Vermaxt rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və bu qabiliyyətinə görə Brunoya öz şəxsi snayper tüfəngi verildi. 1941-ci ildə Almaniya vətəndaşlığını alıb. 1943-cü ildə Vilnusda snayper kurslarında təhsil alıb. Onun hesabında təkcə 1944-cü ilin 6 ayında (iyun-noyabr ayları) 209 öldürülmüş düşmən əsgəri olub. 1945-ci ilin yanvarında vəzifəsi yüksəldilib və snayper məktəbində instruktor vəzifəsinə təyin edilib.
Sürtkü yağları
Sürtkü yağları sürtkü materialları kimi istifadə olunan mayelərdir. Tərkibinə görə neft yağları və sintetik yağlar, eləcə də yarı-sintetik yağlara,təyinatına görə aşağıdakı qruplara bölünür: Motor yağları; İkitaktlı benzin mühərrikləri üçün yağlar; Transmissiya yağları; Sənaye yağları; Reaktiv yağları; Avtomatik ötürülmə sistemləri üçün işçi mayelər; Sükanla idarənin hidravlik gücləndiriciləri üçün işçi mayelər; Metal kəsən dəzgahlar üçün yağlayıcı-soyuducu emulsiyalar və s. == Yaranma tarixi == Müasir dövrdə hansı texnika olursa olsun, onun sürtkü materialsız işlənməsi qeyrimümkündür. İnsanlar sürtkü materiallarından hələ eramızdan xeyli əvvəl, qədim dövrlərdən istifadə etmişdirlər.Bürünc dövründə çoxsayda ixtiralar olub ki, bunlardan biri də araba təkərlərinin yaradılmasıdır. Alimlərin fikrincə sürtkü yağlarının istifadəsinə isə təkər əmələ gəldikdən sonra başlanılıb. Çünki təkəri yağlamaq lazım idi. İnsanlar lap qədim dövrdən başa düşüblər ki, hər hansı bir cismi maye ilə islatdıqda o, sürüşmə qabiliyyətinə malik olur. Sonra buxar maşınları meydana çıxdı. Bu texnologiyaları işlətmək üçün insanlar sürtkü yağları kimi bitki yağlarından istifadə ediblər. İlk sürtkü yağları əridilmiş mal ya donuz piyi və gənəgərçək yağı idi.
Sürtkü materialları
Sürtkü materialları — neftin distillə edilməsi nəticəsində alınan məhsullardır. == Sürtkü materillarının oksidləşməsi == Sürtkü materialları müxtəlif funksiyaları, məsələn, enerjinin ötürülməsi və yeyilməyə qarşı mühafizısini yerinə yetirməlidirlər. Əksər hallarda sürtkü materiallarının işləmə müddətini baza yağının oksidləşməsi məhdudlaşdırır. Sürtkü materillarının oksidləşməsinin əsas əlamətləri – baza yağının rənginin dəyişilməsi və xarakterik yanma qoxusunun əmələ gəlməsi, sonrakı mərhələlərdə isə yağın kinematik özlülüyünün kifayyət qədər artmasıdır. Lakin antioksidantların istifadəsi bu prosesi əhəmiyyətli dərəcədə ləngidə bilər. == Oksidləmənin mexanizmi == Sürtkü materiallarının oksidləşməsini 2 prosesə bölmək olar: sürtkü materialının molekulalarının oksigenlə reaksiyası nəticəsində gedən oksidləşmə və yüksək temperaturlarda olan termiki parçalanma (krekinq). Oksidləşmə prosesi sürtkü materialının istismar müddətinə təsir edən ən əsas proseslərdən biridir. Oksidləşmə prosesi nəticəsində alınan məhsullar: alkilhidroperoksidlər (ROOH) , dialkilperoksidlər (ROOR"), spirtlər (ROH) aldehidlər (RCHO), ketonlar (RR"C=O), karbon turşuları (RCOOH), mürəkkəb efirlər (RCOOR") və s. Polikondensləşmənin nəticəsində yüksək molekulalı oksidləşmə məhsulları əmələ gəlir ki, bu da oksidləşmiş yağın özlülüyünün artmasına səbəb olur. Bu məhsulların sonrakı polimerləşməsi və polikondensləşməsi nəticəsində yağda həll olunmayan polimerlər yaranırr və qurum və lak kimi çöküntülərə çevrilirlər.
Energetik sürtkü yağları
Sürtkü yağlarında köpüklənmə
Sürtkü yağlarında köpüklənmə aqreqatların iş prosesində yağın fəal qarışması, çalxalanması və sıçraması, bu səbəbdən ona hava, yanacağın buxarı və işlənmiş qaz qarışaraq yağın kimyəvi tərkibinin dəyişməsidir . == Köpüklənmənin yaranma səbəbləri == Yuyucu, özlülü, siyrilmə və korroziyaya qarşı aşqarlar yağların köpüklənməsini fəallaşdırır. Yağın tərkibində suyun olması, temperaturun yüksəlməsi və yağın sıxlığının azalması da köpüklənməyə meyli artırır. Köpüyün mövcudluğu sürtünən səthlərdə yeyilmənin qarşısını alan sərhəd örtüyünün əmələ gəlməsini pisləşdirməklə sürtünməyə səbəb olur. Köpüyün əmələ gəlməsi yağın özlülüyü, tərkibindəki aşqar və istismar şəraitindən asılıdır. Köpükləndirilmiş yağ asanlıqla yağ nasosunda yağın töküldüyü çıxıntılar vasitəsilə itkiləri artırır və yağın azalmasına səbəb olur. Suyun və səthi aktiv maddə rolunu oynayan qatranların yağda mövcudluğu köpüklənmə prosesini intensivləşdirir. == Köpüklənmənin qarşısının alınması == Köpüklənmənin qarşısını almaq üçün yağlara aşqarlar – polisiloksan əlavə edilir. Onların təsir mexanizmi onunla nəticələnir ki, ən incə nazik pərdənin yağ-hava sərhədində yaranmasına imkan yaradaraq yağa qazların qarışmasına mane olur. Köpüklənməyə qarşı motor və transmissiya yağlarında ən çox istifadə edilən və 0,002–0,005% miqdarında ПМС-200A aşqarıdır.
Cütcü
Cütcü (əvvəlki adı: Maçkalaşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Keçmışdə kəndin ərazisi binə yeri və xırmanlıq olmuşdur. XIX əsrdə ermənilər burada məskunlaşdırıldıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilən binə Maçkalaşen (erm. "cutcu, əkinçi kəndi") adlandırıldı. 1992-ci ildən kəndin adı Cutcu kimi rəsmiləşdirilmişdir. Oykonim peşə adı ilə bağlı olub, "torpağı becərən, sürən" deməkdir. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Maçkalaşen kəndi Cütçü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cütçü kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Sekku
Sekku (節句) – Yaponiyada mövsüm dəyişikliyini bildirən əlamətdar günlər. == Terminologiya == "Sekku" termini əvvəllər mövsüm dəyişikliyinin ("seçi") baş verdiyi günlərdə hazırlanan yeməkləri ("ku") bildirirdi. Daha sonra bu söz həmin günləri bildirmək üçün istifadə olunmağa başlamışdır. "Monobi" və ya "monbi" sözləri sekkunu bildirmək üçün istifadə olunan alternativ sözlərdir. Belə ki, insanlar bu günlərdə ailə gerbinin ("mon") olduğu kimonolar geyinirdilər. == Tarixi == Yaponiya sarayında sekku adəti Çinin təsiri ilə yaranmışdır. İllik hadisələri qeyd etmək üçün istifadə olunan təqvimə bir neçə sekku daxil idi. Bu təqvim yapon mövsüm bölgüsünün Çin təqvim sistemi ilə sintezi nəticəsində yarandığı üçün bəzi günlər mövsüm dəyişikliklərini bildirirdi. Edo dövründə Tokuqava şoqunluğu bu günləri sekku elan etmişdi: 7 yanvar (Yeddi bitki festivalı), 3 mart (Kukla festivalı və ya Şaftalı festivalı), 5 may (Uşaqlar festivalı və ya Süsən festivalı), 7 iyul (Tanabata festivalı) və 9 sentyabr (Payızgülü festivalı). Bu sekkular Yaponiyada müasir dövrdə də qeyd olunur.
Sitka
Sitka (ing. Sitka) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Sucuk
Sucuq — Türkiyədə və Balkanlar coğrafiyasında, orta Asiyaya qədər geniş şəkildə yayılmış kolbasa növüdür. Qurudulmuş bağırsağın içinə ədviyyatlı ət qıyması doldurularaq əldə edilən bir növ ət məhsuludur.
Sudoku
Sudoku Yaponiyaya aid olan bir oyundur. Yapon dilindən tərcümədə "Saylar tək olmalıdır" mənası verən "Suuji wa dokishin ni kagiru" sözlərin qısaldılmış formasıdır. ABŞ-də "Number Place" yəni "Rəqəm yerləşdirmə" adı ilə bilinir. Bu oyunu oynamaq üçün riyazi məlumatlara ehtiyac yoxdur. Ən geniş yayılmış Sudoku oyunu 9x9 kvadratdan ibarət bir sahədə oynanılır. 9x9-luq sahənin içində 3x3-lük bölgələr olur. Sudoku təqdim edilərkən xanalardan bir neçəsində rəqəmlər yazılır və sizdən boş xanalara uyğun rəqəmləri yazmağınız istənir. Bu oyunda yalnız 1-dən 9-a qədər olan rəqəmlərdən istifadə olunur.
Suflu
Suflu (fars. صوفلو‎) və ya Sofulu — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (58 ailə).
Sukko
Sukko — Krasnodar diyarının Qara dəniz sahilində yerləşən kənd. Kənd dəniz kurort ərazisi hesab olunur. İnzibati cəhətdən Anapa kurort şəhəri ərazisinə daxildir. Supsexski kənd dairəsinin bir hissəsidir. == Coğrafiyası == Kənd Sukko çayı vadisində yerləşir. Dağlarla əhatə olunub. Anapadan 12 km cənubdadır. Qafqaz dağları buradan başlayır. Lakin kəndin ərazisində onlar hündür deyil, təxminən 300–400 metrdir. Ətrafdakı dağlar əsasən palıd və fıstıq ağaclarından ibarət enliyarpaqlı meşələrlə örtülüdür.
Sukkur
Sukkur—Pakistanın Sind əyalətində, İndus çayının qərbində şəhər.Sukkur Sind əyalətinin Kəraçi və Heydərabad (Pakistan) şəhərlərindən sonra ən böyük 3-cü, Pakistanın isə,14-cü böyük şəhəridir. == Etimologiya == Sukkurun Ərəb sözü olub, şəkkər (şəkər) olduğu ehtimalları var.Həmçinin digər ehtimallara görə Sukkur "sukh" sözünün təhrif olunmuş forması olub, sindi dilində "rahat" mənası verdiyi söylənilir..
Sukuk
Sukuk — şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir. Sələmçiliyin səriətlə qadağa olunması ilə bağlı olaraq, İslam dinində sabit gəlirliyi olan ənənəvi istiqrazlar yolverilməzdir. Ona görə də İslam bankçılığında "sukuk"dan istifadə olunur. Sukuk - maliyyələşdirilən tədbirin mənfəəti sayəsində əldə olunan zəmanətsiz gəliri təmin edir, yəni məqsədli kreditləşmədir.
Sukur
Sukur və ya Sukur Mədəni Landşaftı — Nigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır. == Etimologiya == "Sukur" Marqi və Libi dillərində "qisas" deməkdir. Bu söz həmçinin Sukur xalqı arasında meydana gələn Bura dilində "dava" mənasını da verir. == Tarix == Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır. Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi.
Suluk
Toponimlər
Suoxu
Suoxu (lat. Butomus) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin suoxukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Butomus junceus Turcz.
Sümük
Sümük — Çox sayda toxumadan ibarət olan canlı orqanizm üzvü. Sümük dayaq-mexaniki və qoruyucu funksiyalarını yerinə yetirir. O, onurğa skeletinin əsas tərkib hissəsi sayılır. == Kimyəvi tərkibi == Sümüyün tərkibinə həm üzvi, həm də qeyri-üzvi maddələr daxildir. Birincinin miqdarı orqanizmin yaşından asılıdır və cavan orqanizmlərdə o daha çox olur. Buna görə də cavan orqanizmlərin sümüyü elastiki və yumşaqdır. Yaşlılarda isə əksinə, sümük getdikcə bərkləşir. Sümükdə olan bu hər iki maddə onurğalıların qruplarında fərqlənirlər. Məsələn, dərin sualarda yaşayan balıqların sümüklərində minerallar azdır, ona görə də onların sümüyü yumşaq və laylı olur. Böyük insanlarda mineralların miqdarı (əsasən də ümumi çəkinin 60-70%-ni təşkil edir, üzvi maddələr (əsasən kollaqen I) isə 30-40 % civarındadır.
Sündü
Sündü — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Qobustan şəhərindən 95 km şərqdə, Sündü platosunda yerləşir. Mənbələrə görə, Sündü kəndinin tarixi eramızdan əvvələ təsadüf edir. Sündü kəndi Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir. Bu kəndin tarixi 5 min ildən artıqdır. Onun ərazisində tapılan maddi-mədəniyyət nümunələrinə əsasən kəndin tunc dövründə salınması ehtimal olunur. Tarixi mənbələr, yer adları bunu təsdiq edir. Bu kəndin qədimliyini sübut edən faktlardan biri də burada mövcud olan Sündü məscididir. 920-ci ildə tikilən bu məscid hazırda fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və sənətkarlıq olub.
Sürju
Sürju (fr. Surjoux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-sür-Valserin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01413. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 78 nəfər təşkil edirdi.
Şumşu
Şumşu adası (yap. 占守島) — Kuril arxipelaqının şimal qrupuna daxil olan adalardan biri Kamçatka yarımadasından (Lopatka burnu) Birinci Kuril boğazı ilə ayrılır. Boğazın eni 11 km təşkil edir. Cənubdan idə Paramuşir adasından eni 2 km təşkil edən İkinci Kuril boğazı ilə ayrılır. İnzibati cəhətdən isə Saxalin vilayəti Şimali Kuril şəhər dairəsinə daxildir. XXI əsrdən adada daimi yaşayış məntəqəsi yixdur. Bununla belə sərhəd zastavası və mayak fəaliyyət göstərir. Əvvəllər adada Baykov, Şutov, Şumnıy, Babuşkin, Kurbatov, Kozırevsk adlı yaşayış məntəqələri olmuşdur. Baykovda yaponların tərk edilmiş keçmiş hərbi hava limanı var. Hələ XX əsrin 90-cı illərində burada L-410 təyyarələri Elizovdan uçuşlar həyata keçirirdi.
Şötük
Şötük — ən çox quzu və dəvə yunundan, eləcə də zərif qoyun yunundan hazırlanmış ipliklərdən hörülən əşya. Şötükdən ulaq və qəflə-qatırı alıqlamaq üçün istifadə olunardı. Hörülmə üsulu çatıda olduğu kimi yerinə yetirilsədə çatıya nisbətən boş hörülərdi. Şötük hazırlandıqdan sonra bir ucuna doğanaq tikilərdi.
Amyen sülhü
Amyen yaxud Amien sülhü. 1802-ci ildə Fransa ile İngiltərə arasında bağlanmış bu sülhə əsasən İngiltərə Fransanın Avropada işğallarını tanıdı. İngiltərə Seylon və Trinidad adalarında hakimiyyətini saxladı, Hollandiya, Almaniya, İtaliya və İsveçrənin işlərinə qarışmaqdan əl çəkdi. Malta adasını "Malta cəngavərləri" cəmiyətinə qaytardı. Fransa Misirdən əl çəkdi. 2-ci antifransız koalisiyası dağıldı.
Antalkid sülhü
Antalkid sülhü, Şah sülhü — e.ə. 386-cı ildə Sard şərqində Afina və Fiv başda olmaqla yunan şəhər-dövlətləri koalisiyası ilə Sparta arasında imzalanmışdır. == Haqqında == Sparta diplomatı Antalkidin adı ilə adlanır. Əhəməni şahı II Artakserkin irəli sürdüyü şərtlər əsasında bağlanmışdır (digər adı da buradandır). Antalkid sülhü nəticəsində Kiçik Asiya və Kiprdəki yunan şəhərləri İranın hakimiyyəti altına keçmiş, Peloponnes ittifaqından başqa Yunanıstandakı bütün siyasi birliklər qadağan edilmişdir. Antalkid sülhünün şərtlərinə nəzarətin Spartaya həvalə edilməsi onun Yunanıstanda hökmranlığını möhkəmləndirdi. Beləliklə, Antalkid sülhü Yunan-İran müharibələri (e.ə. 500–449) dövründə yunanların qazandığı itirildi. Antalkid sülhü siyasi pərakəndəliyi və daxili çəkişmələri gücləndirdi. Ksenofontun "Yunan tarixi" adlı əsərində Antalki sülhünün mətni verilmişdir.