Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağamid Ağacəfərli
Ağamid Şirzaid oğlu Ağacəfərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamid Ağacəfərli 1995-ci ildə yanvar ayının 23-də Lerik şəhərində anadan olub. Ailədə 3 qardaş və 2 bacı olmaqla 7 nəfər olublar. Uşaqlıq illəri Lerik şəhərində keçib. Orta təhsilini Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində bərbər kimi fəaliyyət göstərmişdir. == Hərbi xidməti == Ağamid Ağacəfərli 2013-cü ilin yanvar ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Tərtər rayonunun "N" saylı hərbi hissəsinə göndərilib. Xidmət göstərdiyi dövrdə kəşfiyyatçı olub. 2015-ci ilin iyul ayında hərbi xidmətini başa vuraraq tərxis olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ağamid Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək, kəşfiyyatçı kimi müharibədə iştirak etmişdir.
Ağasəfər Mustafayev
Ağasəfər Hüseynqulu oğlu Mustafayev (9.1.1894, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == İkinci Bakı kişi gimnaziyasını bitirmiş (1913), 1918-ci ilədək Rusiyanın Don (Novoçerkassk) Universitetinin fizika-riyaziyyat şöbəsində 3 il oxumuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb, geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Rusiyaya göndəriləcək tələbələrin siyahısına daxil edilmişdir. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ağanəzər İsrayılov
Ağanəzər İsrayılov (tam adı: Ağanəzər Araz oğlu İsrayılov; 1 iyul 1960, Şamaxı, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Ağanəzər İsrayılov 1960-cı il 1 iyul tarixində Şamaxı şəhərində anadan olmuşdur. Milis leytenantı idi.Subay idi. == Qanlı Yanvar faciəsi == Qara Yanvar gecəsi üç polis əməkdaşı — kapitan Oqtay Mirzəyev, leytenant Valeri Boqdanov və leytanant Ağanəzər İsrayılov iş başında aldıqları tapşırıq üzrə hərəkət edirdilər. Səhər saat 7:15 dəqiqədə maşın Tbilisi prospektindən İnqilab küçəsinə — "ximqorodok" kimi tanınan kimya şəhərciyinə dönən zaman hərbçilər tərəfindən arxadan atəşə tutulmuşdur. Güllə birinci Ağanəzərə dəymiş, Ağanəzər arxadan və boyun nahiyəsindən dəyən güllələrdən yerindəcə həlak olmuşdur. Daha sonra onunla bir yerdə olan yoldaşları Valeri və Oqtay da yaralanmışdır. Valeri 4 saatdan sonra xəstəxanada vəfat etmiş, Oqtay isə bir qolunu itirmişdir. Şamaxıda yerləşən "Yeddi Günbəz" qəbiristanlığında dəfn edilmişdir. == Ünvan == Bakı, Sumqayıt şosesi, 10.