Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağali Alışov
Ağali Alışov (30 iyun 1986, Oğlanqala, İliç rayonu) — Azərbaycanlı peşəkar boksçudur, EBA (WBA) versiyası üzrə Avropa çempionu. == Həyatı == Alışov Ağali Alış oğlu 30 iyun 1986-cı ildə Azərbaycanda anadan olub. 1998-ci ildən oxuduğu orta məktəbdə yeni açılan Uşu idman növü ilə məşğul olmağa başlayıb. Dəfələrlə beynəlxalq turnirlərin qalibi olub. 2001-ci ildə Gürcüstan Respublikasında keçirilən yarışda Avroasiya çempionu, 2001-ci ildə Kiyevdə Avropa kubokunun qalibi olub. Bir müddət maddi vəziyyətinin aşağı olduğu üçün idmandan kənarlşıb. 2004-cü ildən peşəkar boks karyerasına Rusiyanın Moskva şəhərində başlayıb. 2007-ci ildən Ukrayna Respublikasında yaşayır. Ukraynaya köçmə səbəbi, 1 may 2007-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən bayram tədbirində qondarma Dağlıq Qarabağ Respublikasının "bayrağını" cırdığına görə aldığı güllə yarası olub. 2012-ci ildən Donetsk Milli Universitetində (ДонНу) Beynəlxalq Əlaqələr ixtisası üzrə təhsil alır.
Ağali Ağayev
Ağali Tağı oğlu Ağayev (29 aprel 1995, Siyəzən rayonu – 26 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağali Ağayev 1995-ci il aprelin 29-da Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olub. 2001–2012-ci illərdə Siyəzən şəhərində N. Əsədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Ağali Ağayev 2013–2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Ağali Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ağali Ağayev oktyabrın 26-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Siyəzən rayonunun Balaca Həmyə kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Müzəffər Ağaliyev
Müzəffər Vahid oğlu Ağaliyev (30 dekabr 1981, Sumqayıt – 23 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağaliyev Müzəffər Vahid oğlu 1981-ci il dekabrın 30-da Sumqayıt şəhərində anadan olmuşdur. 1988–1999-cu illərdə H.Z.Tağyev qəhbəsəndə 19 Nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. == Hərbi xidməti == 1 yanvar 2000-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Tərxis olunduqdan sonra müxtəlif sahələrdə işləmişdir. 2006-cı il oktyabr ayında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olmuşdur. Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu kimi xidmətə başlamışdır. Ermənistanın Qarabağda təcavüzünə qarşı, aprel döyüşləri və Tovuz döyüşlərində iştirak etmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu olan Müzəffər Ağalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli istiqamətlərində döyüşmüşdür.
Ağalı
Azərbaycanda tərkibində Ağalı sözü olan aşağıdakı kəndlər mövcudur: Ağalı — Azərbaycanın Ağdaş rayonunda kənd. Ağalıq — Azərbaycanın Şabran rayonunda kənd. Ağalıkənd — Azərbaycanın Biləsuvar rayonunda kənd. Ağalı — Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi.Birinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. İkinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Üçüncü Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd.Əhmədağalı — Azərbaycanın Ağdam rayonunda kənd. Xanağalı — Azərbaycanın Bərdə rayonunda kənd. Qasımağalı — Azərbaycanın Gədəbəy rayonunda kənd. Məmmədağalı — Azərbaycanın Qəbələ rayonunda kənd. Mustafaağalı — Azərbaycanın Bərdə rayonunda kənd.
Arali
Arali Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. == Toponimkası == Arali - Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuşdur.Azərbaycanda Ərəş qəzasında Aral kənd, Şimali Qafqazda Kaytak-Tabasaran dairəsində Arallar - Göytəpə kənd, Dağıstan dairəsinin Kürə nahiyəsində Aral (Yenkicə) kənd və Teymurxan şura dairəsində Aral dağ və kənd adları ilə mənaca eynidir. XVII əsrdə Tiflis əyalətinin Ağcaqala nahiyəsində Aral tayfasının adı çəkilir. Mənşəcə Afşar tayfasının bir qoludur. Azərbaycanda Aral kəndi (Ağdaş rayonu), qaraqalpaqlarda isə Aral tayfası vardır.
Ağal
Ağalı (Ağdaş)
Ağalı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağalı Ağdaş rayonunun Aşağı Zeynəddin inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yerli əhalinin dediyinə görə, oykonim ağa və -lı komponentlərindən ibarət olub, "ağası, sahibi olan; mülkədara məxsus" deməkdir. 1917-ci ildə Xanlar rayonunda Ağalıbəyli, Kəlbəcər rayonunda Ağalıyeri, 1961-ci ildə Zəngilan rayonunda Birinci Ağalı, İkinci Ağalı, Üçüncu Ağalı adlı uc kənd qeydə alınmışdır. Etnotoponimdir. == Tanınmış şəxsləri == Əliyev Elbrus Əsgər oğlu (d.1962-ö.1992) — Qarabağ döyüşçüsü,şəhid.
Ağalı (Bərdə)
Yerliağalı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 191 nəfərdir.
Birinci Ağalı
Birinci Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Birinci Ağalı kəndi Həkəri çayının sol sahilində, dağətəyi düzənlikdədir. Kənd yerli əhali arasında Böyük Ağalı, yaxud Aşağı Ağalı kimi də tanınır. Azərbaycan toponimiyasında "birinci" komponenti "əvvəlinci", "ilkin", "baş", "Aşağı və ya yuxarı", "böyük" mənalarını verir. Ağalı komponenti isə burada məskunlaşmış nəslin adıdır. Etnotoponimdir.
Yuxarı Ağalı
Yuxarı Ağalı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Ağalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Biləsuvar rayonunun faktiki mövcud olan Yuxarı Ağalı kəndi dəqiqləşdirmə qaydasında Ağalıkənd kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Rayonda ağalı komponentli iki kənd mövcuddur: Ağalıkənd və Yuxarı Ağalı. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə keçmiş dilağarda tayfasının canşalı (cahanşahlı) tirəsinin ağalı nəslinin adını əks etdirir. 1870-ci ilə aid bir sənəddə Ağalıkəndin bu nəsilin nümayəndələri tərəfindən salındığı haqqında məlumat verilir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd rayonun cənubunda yerləşir. Muğan kəndi və İran İslam Respublikası ilə sərhəddir. 31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir. == Əhalisi == === Şəhidləri === Abdulov Asif Mirayə oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
Zaur Ağalı
Zaur Kamil oğlu Ağalı (11 dekabr 1996, İstisu, Lənkəran rayonu – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zaur Ağalı 11 dekabr 1996-cı ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olmuşdur. 2003-cu il İstisu qəsəbəsi R.Qurbanov adına orta məktəbə daxil olub, 2014-ci ildə həmin məktəbi bitirib 2015-ci aprel ayında həqiqi hərbi xidmətə yollanıb 2016-ci ildə oktyabr ayında xidmətə başa vurub qayıdıb. 2017-ci ildə ailə həyatı qurub. 2018 iyulun 7-sində bir Oğlan övladı dünyaya gəlib. == İkinci Qarabağ müharibəsində iştirakı == Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Zaur Ağalı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərndə savaşıb. Zaur Ağalı Füzuli istiqamətinndə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Zaur Ağalı oktyabrın 22-də yaşadığı qəsəbə qəbristanlığında böyük izdihamla dəfn olundu. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Üçüncü Ağalı
Üçüncü Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Üçüncü Ağalı kəndi Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Alirzah olmuşdur. Yerli əhali arasında Kiçik Ağalı, Yuxarı Ağalı kimi də tanınır. Oykonimin birinci komponenti kəndi ərazidəki eyniadlı iki kənddən (Birinci Ağalı, İkinci Ağalı) fərqləndirməyə xidmət edir.28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İkinci Ağalı
İkinci Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd.Kənd Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Hüseynxanlı olmuşdur. Yerli əhali arasında Orta Ağalı da adlanır. Oykonimin birinci komponenti r-nun ərazisindəki Ağalı adlanan üç yaşayış məntəqəsini bir-birindən fərqləndirməyə xidmət edir.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Amali sülaləsi
Qotlara hökm etmiş bir sülalə idi. Adlarını qədim bir qəhrəman olan Amaldan alırdılar. Amal güclü demək idi. Amalilər və Baltilər daim mübarizə aparan bir nəsil idi. Tarixdə Amalilərin nəslindən gəldiyini iddia edən iki ailə vardı: Sakson hersoqları olan Billunqlar və Rusiyadakı baron ailəsi olan Solovyevlər.
Ağaəli Abdullayev
Abdullayev Ağəli Rəsul oğlu (1897, Ağdaş - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Yelizavetpol (Gəncə) Mixail peşə məktəbinin kənd təsərrüfatı şöbəsini (1915), həmçinin Tiflis orta mədəni-texniki məktəbinin aqronomluq şöbəsini bitirmişdir (1919). Parlamentin 1919-cı il 1 sentyabr tarixli qərarına əsasən kənd təsərrüfatı sahəsində təhsilini davam etdirmək üçün İtaliyaya göndərilməsi qərara alınmış, lakin naməlum səbəblər üzündən bu səfər baş tutmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ağaəli Dadaşov
Ağəli Dadaşov (tam adı: Ağəli Abbasəli oğlu Dadaşov; 20 mart 1906, Bakı – 7 dekabr 1973, Bakı) — quruluşçu rejissor, rejissor-pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Ağa Əli Abbas Əli oğlu Dadaşov 20 mart 1906-cı ildə Bakıda anadan olub. 1923-cü ildə N. Nərimanov adına Sənaye Texnikumuna daxil olub. 1926–1929-cu illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində, 1930–1935-ci illərdə Moskvada Lunaçarski adına Ümumittifaq Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1935-ci ildə Akademik Milli Dram Teatrında işləməyə başlayan Ağəli Dadaşov 1936–1938-ci illərdə burada "Almas" və "Vətən namusu" əsərlərinin quruluşunu verir. 1938-ci ildə o, həbs olunaraq ailəsi ilə birlikdə Orta Asiyaya sürgün edilir. Həmin il yenidən Azərbaycana qayıdan Ağəli Dadaşov 1938–1948-ci illərdə Gəncə Dövlət Dram Teatrında və 1948-ci ildə Naxçıvan Dövlət Dram Teatrında rejissorluq edir. Bakıya qayıtdıqdan sonra M. Qorki adına Gənc Tamaşaçılar Teatrında, 1948–1954-cü illərdə quruluşçu rejissor və 1954–1956-cı illərdə baş rejissor kimi çalışır. 1956–1968-ci illərdə Azərbaycan Dövlət Radio Verilişləri və Televiziya Komitəsində baş rejissor işləyir. Ağəli Dadaşov 1968–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor və rejissorluq sənətindən dərs deyib.
Ağaəli Yusifov
Ağaəli Vaqif oğlu Yusifov (8 sentyabr 1997, Mərdəkan – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağaəli Yusifov 1997-ci il sentyabrın 8-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağaəli Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağaəli Yusifov oktyabrın 20-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Xəzər rayonunun Mərdəkan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəli Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəli Yusifov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağaəli İbrahimov
Ağaəli İbrahimov Müsəllim oğlu (6 fevral 1946, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyatı == Ağaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960–1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969–1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. == Ailəsi == Aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.
Ağəli Dadaşov
Ağəli Dadaşov (tam adı: Ağəli Abbasəli oğlu Dadaşov; 20 mart 1906, Bakı – 7 dekabr 1973, Bakı) — quruluşçu rejissor, rejissor-pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Ağa Əli Abbas Əli oğlu Dadaşov 20 mart 1906-cı ildə Bakıda anadan olub. 1923-cü ildə N. Nərimanov adına Sənaye Texnikumuna daxil olub. 1926–1929-cu illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində, 1930–1935-ci illərdə Moskvada Lunaçarski adına Ümumittifaq Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1935-ci ildə Akademik Milli Dram Teatrında işləməyə başlayan Ağəli Dadaşov 1936–1938-ci illərdə burada "Almas" və "Vətən namusu" əsərlərinin quruluşunu verir. 1938-ci ildə o, həbs olunaraq ailəsi ilə birlikdə Orta Asiyaya sürgün edilir. Həmin il yenidən Azərbaycana qayıdan Ağəli Dadaşov 1938–1948-ci illərdə Gəncə Dövlət Dram Teatrında və 1948-ci ildə Naxçıvan Dövlət Dram Teatrında rejissorluq edir. Bakıya qayıtdıqdan sonra M. Qorki adına Gənc Tamaşaçılar Teatrında, 1948–1954-cü illərdə quruluşçu rejissor və 1954–1956-cı illərdə baş rejissor kimi çalışır. 1956–1968-ci illərdə Azərbaycan Dövlət Radio Verilişləri və Televiziya Komitəsində baş rejissor işləyir. Ağəli Dadaşov 1968–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor və rejissorluq sənətindən dərs deyib.
Ağəli İbrahimov
Ağaəli İbrahimov Müsəllim oğlu (6 fevral 1946, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyatı == Ağaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960–1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969–1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. == Ailəsi == Aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.
Zeynal Ağaəli
Zeynalağalı, Aleksandrovka, Çkalovka (erm. Չկալովկա, rus. Чкаловка) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, sonralar Sevan rayonunda kənd. == Tarixi == Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "Zeynalağaya mənsub yer, kənd" deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 1850-ci illərdə kəndin adı dəyişdirilib Aleksandrovka qoyulmuşdur. Sonra Erm. SSR AS RH-nin 26.04.1946-cı il fərmanı ilə kəndin adı ikinci dəfə dəyişdirilərək Çkalovka adlandırılmışdır. == Əhalisi == Kənddə 1831-ci ildə 45 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır.
Fehmi Ağani
Fehmi Ağani (alb. Fehmi Agani) — 1990-cı illərdə Kosovo Demokratik Liqasının görkəmli mütəfəkkiri və siyasi strateqi kimi şöhrət qazanmış kosovalı sosioloq və siyasətçi. O, 1998-ci ildə Kosovo müharibəsi başlamazdan əvvəl onu beynəlxalq danışıqlarda təmsil edib, lakin böyük ehtimala əsasən müharibə zamanı Yuqoslaviya təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. == Erkən illər == Fehmi Ağani Cyakovitsada (Yuqoslaviya krallığı) anadan olub və Priştinada məktəbdə təhsil alıb. Belqrad Universitetinin İncəsənət fakültəsinə daxil olub, 1959-cu ildə oranı bitirib və 1964-cü ildə siyasi elmlər üzrə magistr dərəcəsi alıb. Daha sonra Priştinada sosiologiyadan dərs deyir, doktorluq dərəcəsini alır və Priştina Universitetində müəllimlik edir. Ağani həm də 1967-1970-ci illərdə Albanologiya institutunun direktoru, 1978-1980-ci illərdə Fəlsəfə fakültəsinin dekanı vəzifələrində çalışmışdır. Hakimiyyət onu 1981-ci ildə müəllimlik hüququndan məhrum edir və elə həmin il Kosovoda tələbə etirazlarından sonra Kosovo alban alimlərinə qarşı kampaniya çərçivəsində onu universitetdən qovur. == Siyasi karyera == Ağani 1994-cü ildə Kosovo Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü seçilir, iki ildən sonra isə həqiqi üzv olur. O, görkəmli mütəfəkkir və siyasi strateq kimi şöhrət qazandığı Kosovo Demokratik Liqasının həmtəsisçisi və rəhbərinin müavini kimi İbrahim Ruqovanın yanında çalışaraq Kosovonun gələcəyi ilə bağlı siyasi müzakirələrdə iştirak edir.
Ağadi mehrəli (Zəngəzur)
Ağadi mehrəli – Zəngəzur qəzasında kənd adı. == Toponimik izah == Ağadi mehrəli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ağa şəxs adından (yaxud əxi) və farsca deh-kənd sözlərindən ibarətdir. Mehrəli adlı şəxsə məxsus Ağadi mənasındadır. == Həmçinin bax == Gəncə quberniyası Zəngəzur == Ədəbiyyat == Səbahəddin Eloğlu. Zəngəzur hadisələri, Bakı, 1992. Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.
Ağaəli bəy Naseh
Ağaəli bəy Naseh (10 sentyabr 1856, Şamaxı – 1915, Şamaxı) – şair. Klassik Şərq üslubunda yazılmış əsərləri vardır, lakin şeirləri toplanılıb çap edilməmişdir. Ağaəli bəy M. Ə. Sabirin və A. Səhhətin yaxın dostu olmuşdur. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Ağaəli bəy Naseh təvəllüd edibdir Şamaxıda 1273-cü ildə məhərrəm ayının onuncu günündə – yövmi-aşura. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır.Təhsili Şamaxı məktəblərində üsuli-qədim üzrə olubdur. Atasının ondan başqa köməkçisi olmadığı cəhətinə, məktəbdə oxuyan zaman ticarət işlərilə dəxi məşğul olarmış. 16 sinnə çatdıqda məhz türk və fars dillərinin təhsilinə kifayətlənməyib, rusca oxumağa şövqü həvəs göstəribdir və lakin bu vaxtlarda müşarileyhin atası həmişə səfərdə olmaq cəhətilə ev və bazar işləri dəxi ona mühəvvəl olubdur. Belə ki, oxumağa və elm təhsil etməyə çəndan vaxtı olmayıbdır. Bununla belə rusca oxumağı hər şeydən əlzəm bilib, onun təhsilinə canü dil ilə müdavimət etmişdir. Ələlxüsus, o vaxtlarda rusca oxumaq xalq arasında bidət, bəlkə daha ziyadə bir əmri-şəni kimi sayıldığı halda və valideyninin mümaniəti ilə bərabər bir az vaxtın müddətində şəhər məktəbinin üç klass dərslərini ikmal etmişdir.
Ağəli bəy Naseh
Ağaəli bəy Naseh (10 sentyabr 1856, Şamaxı – 1915, Şamaxı) – şair. Klassik Şərq üslubunda yazılmış əsərləri vardır, lakin şeirləri toplanılıb çap edilməmişdir. Ağaəli bəy M. Ə. Sabirin və A. Səhhətin yaxın dostu olmuşdur. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Ağaəli bəy Naseh təvəllüd edibdir Şamaxıda 1273-cü ildə məhərrəm ayının onuncu günündə – yövmi-aşura. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır.Təhsili Şamaxı məktəblərində üsuli-qədim üzrə olubdur. Atasının ondan başqa köməkçisi olmadığı cəhətinə, məktəbdə oxuyan zaman ticarət işlərilə dəxi məşğul olarmış. 16 sinnə çatdıqda məhz türk və fars dillərinin təhsilinə kifayətlənməyib, rusca oxumağa şövqü həvəs göstəribdir və lakin bu vaxtlarda müşarileyhin atası həmişə səfərdə olmaq cəhətilə ev və bazar işləri dəxi ona mühəvvəl olubdur. Belə ki, oxumağa və elm təhsil etməyə çəndan vaxtı olmayıbdır. Bununla belə rusca oxumağı hər şeydən əlzəm bilib, onun təhsilinə canü dil ilə müdavimət etmişdir. Ələlxüsus, o vaxtlarda rusca oxumaq xalq arasında bidət, bəlkə daha ziyadə bir əmri-şəni kimi sayıldığı halda və valideyninin mümaniəti ilə bərabər bir az vaxtın müddətində şəhər məktəbinin üç klass dərslərini ikmal etmişdir.
Mirzə Ağaəli Əliyev
Mirzə Ağaəli Mirzə Əziz oğlu Əliyev ( 1878 – 1941) — Lənkəran tarix-diyarşünaslıq muzeyinin banisi, Azərbaycanın ilk muzeyşünaslardan biri, maarifçi Mirzə Ağaəli Əliyev. == Həyatı == M.A.Əliyev 1878-ci ildə Lənkəran şəhərində müəllim Mirzə Əzizin ailəsində dünyaya göz açıb. Məşhur Mirzə İsmayıl Qasiddən dərs alıb, fars dilini mükəmməl öyrənib. Həmçinin, indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. O, Lənkəranda ilk məktəblərin təşkil olunmasında yaxından iştirak edib, 1931-ci ildə müəllimlərin II qurultayına nümayəndə seçilib. Maarifçilik fəaliyyəti ilə məşğul olan Mirzə Ağaəli Əliyev dövrünün istedadlı şairi və jurnalisti kimi də tanınıb. O, Cəlil Məmmədquluzadənin dostu, indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində müəllim, ilk dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun müəllimi olub. == Ailəsi == Fatmanisa adlı xanımla ailə həyatı qurub.Tohidə və Aliyə adında qız övladları, Nizami adında bir oğlan övladı olub. == Yaradıcılığı == Ağaəli Əliyev bədii yaradıcılıqla da məşğul olmuşdur. Yazıları və satirik şeirləri "İctihad", "Şərqi-rus", Baxçasarayda çıxan "Tərcüman", habelə Hindistanda nəşr olunan "Həblümətin" qəzetlərində dərc edilib.
Arğalı
Arğalı — Arazbar qəzasında var olmuş kənd. Hal-hazırkı ərazidə Qazaxlar və Əhmədalılar kəndi yerləşir. == Tarixi == Arğalı yurdu qədim-qayım Qarabağın Arazbar qəzasında yerləşirdi. Orta çağlarda ara savaşları zəminində əhalisi köçürülmüşdür. Hazırda kəndin yerində Qazaxlar və Əhmədalılar yaşayış məntəqələri bərqərardır. XIII yüzillikdə Arğalı kəndində Arğalı türbəsi inşa edilmişdir.1727-ci ilə aid Osmanlı qaynağında yazılır: "Arazbar qəzasına tabe olan Arğalı kəndi". Heç kimin yaşamadığı bu kənddə kənardan gələn rəiyyətlər çəltik əkib-becərirdilər. Orta çağlarda Xudafərin körpüsündən Arğalıya qədər yol uzanırdı. Bu yol "Arğalı yolu" adlanırdı. Kəndin adı Arğalı olduğundan hal-hazırda bu ərazidə yerləşən qəbiristanlığa "Arğalı" və ya "Arğalıq" deyilir.
Ağalıq
Ağalıq (torpaq mülkiyyəti)
Zağalı
Zağalı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zağalı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim Qalaça dağının ətayində qayada sıra ila düzülmüş 5 zağanın (süni mağaranın) olması ilə əlaqədardır. Kəndin adı "zağalı, mağaralı yer" mənasındadır. == Tarixi == Kənd keçmişdə Zağa dərəsi adlanmışdır. Güney Zağalı və Dora Zağalı adlı iki hissədən ibarətdir. Yerli məlumata görə, kənd aran camaatının yaylaq yurdunda məskunlaşması nəticəsində yaranmışdır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qoşqarçayın sahilində, dağətəyi ərazidə yerləşir. Rayonun ərazisində eyniadlı su anbarı da var. == Əhalisi == Əhalisinin əksəriyyətini Goranboy (Qaraqucaq, Zəyva kəndləri) və Yevlax (Tanrıqulular kəndi) rayonlarından köçüb gəlmiş ailələr təşkil edir.
Qali
Qali (gürc. გალი, rus. Га́ли) və ya Qal (abx. Гал) – Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Qali bələdiyyəsində (qismən tanınmış Abxaziya Respublikasının Qali rayonu) şəhər. == Tarixi == Müasir Qali ərazisi orta əsrlərdə Abxaziyada mövcud olmuş Samurzakan knyazlığının tərkibində idi.. Yerli tarixşünas Konstantin Maçavariani bu ərazi barədə yazmışdır: 1990-cı illərin əvvəllərində Qali şəhəri Gürcüstan-Abxaziya münaqişəsinin mərkəzində idi. == Əhali == 1989-cu ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 15,763 nəfər ibarət idi. Bunların 93,3%-i gürcü (meqrellər), 3,2%-i rus, 1,6%-i abxaz idi. 2003-cü ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi yalnız 7,169 nəfərdən ibarət idi. Əhalinin kəskin şəkildə azalmasının səbəbi Abxaziya müharibəsi zamanı və sonrası Abxaziyada gürcülərə qarşı olan etnik təmizləmə və digər demoqrafik dəyişikliklərdir.
Yuxarı Ağalı bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Adəm ağacı
Pavlovniya (lat. Paulownia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin pavlovniyakimilər fəsiləsinə aid bitki cinsi.
Arğalı türbəsi
Arğalı türbəsi — Füzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşən türbə. == Tarixi == Vaxtı ilə türbənin olduğu ərazidə Arğalı kəndi yerləşirdi. Məhz buna görədə türbənin adı Arğalı adlandırılmışdır. == Memarlıq xüsusiyyətləri == Arğalı türbəsi əkin üçün yararlı olan düzən sahədədir yəni daha münbit və düzən ərazidə inşa edilibdi. Memarlıq və konstruksiya baxımından Arğalı türbəsi planı səkkizbucaqlı olunduğundan onun həm gövdəsi, həm də künbəzi eyni sayda tillərə malikdir. Lakin buna baxmayaraq memarlıq və konstruksiya baxımından Arğalı türbəsini künbəzi iki qatlı hörülüb, ara məsafəsi daş və əhəng qarışıqlı məhlulla doldurulub. Türbənin şimal tərəfində qoyulmuş qapı ilə üzbəüz mehrab əvəzinə ikinci qapı qoyulub. Hər iki qapıların partal çərçivələri həndəsi naxışlarla bəzədilib. Arğalı türbəsi üzərində heç bir kitabəyə rast gəlinmir. Elə bu səbəbdən də türbə "Arğalı türbəsi" adını almışdır.
Ağaclı xalçaları
“Ağaclı” xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid olan Azərbaycan xalça tipidir. Bu xalçalar öz adlarını istehsal olunduqları yerin adına görə deyil, kompozisiyasına görə adlanırlar. İranda bu xalçalar "Dəraxti", Əfqanıstanda "Baqqi", Azərbaycanda isə "ağacalı" kimi məşhurdurlar. "ağacalı" kimi tanınan xalçaların orta sahəsi, əsas etibarilə, bir və ya bir neçə ağac və kollardan ibarətdir, nadir hallarda isə ağac qruplarından ibarət olur. ağacların müxtəlif növləri olur. Qədim dövrlərdə əfsanəvi hadisələr, məhəbbət səhnələri, mifoloji, bəzən isə dini fantastik süjetlər bu kompozisiyaların əsas süjetini təşkil edirdi. Məlumdur ki, Orta Asiyada, Yaxın Şərqdə, həmçinin Azərbaycanda da zeytun, çinar, əncir ağacları, üzüm müqəddəs sayılırdı. Ağlayan söyüd məhəbbətin rəmzi, palıd – Güc və ərlik təcəssümü, nar ağacı isə var-dövlət, uğurun simvolu hesab olunurdu.
Ağası Məlikov
Ağası Məlikov (tam adı: Ağası Zərbəli oğlu Məlikov; 1 yanvar 1957, Siyəzən) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun "Kütləvi xidmət və ehtiyatların idarə edilməsi sistemlərinin modelləşdirilməsi" laboratoriyasının müdiri, Milli Aviasiya Akademiyasında “İnformasiya Texnologiyaları” kafedrasının müdiri. == Həyatı == Ağası Məlikov 1957-ci il yanvarın 1-də Siyəzən rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Amerikada nəşr olunan "American Journal of Operation Research" jurnalının yarandığı gündən onun Redaksiya Heyətinin üzvüdür və bu ildən o, həmin jurnalın Baş Redaktoru seçilmişdir . == Pedaqoji fəaliyyəti == Milli Aviasiya Akademiyasında “İnformasiya Texnologiyaları” kafedrasının müdiri == Elmi fəaliyyəti == Neft məhsulları ilə təminetmə obyektlərinin texnoloji proseslərinin riyazi modelləri və onların optimallaşdırılması üsullarını yaratmışdır. İdarə olunan prioritetləri olan çoxselli kütləvi xidmət sistemlərinin optimallaşdırılması üsullarını yaratmışdır. Çoxölçülü Markov zəncirlərinin stasionar paylanmasının hesablanması üçün səmərəli təqribi üsullar yaratmışdır. Əks əlaqələri olan kütləvi xidmət sistemlərinin və ehtiyatlanma-xidmət sistemlərinin yeni modellərini təklif etmiş və onların riyazi analizi üsullarını yaratmışdır. Gələcək nəsil kommunikasiya şəbəkələrin keyfiyyət göstəricilərinin hesablanması və optimallaşdırılması üçün üsullar təklif etmişdir. Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 220 Xaricdə çıxmış elmi əsərlərin sayı: 200 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 1 == Əsas elmi əsərlərin adları == Математические модели многопотоковых систем обслуживания.
Ağası Məmmədov
Ağası Ağagül oğlu Məmmədov (1 iyun 1980; Bakı, Azərbaycan SSR) — Azərbaycanı və Türkiyəni təmsil edən boksçu. 1997–2001-ci illərdə Türkiyə, 2002–2004-cü illərdə isə Azərbaycan yığmasının heyətində çıxış edib. Ağası Məmmədov 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Ağası Məmmədov Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. == Həyatı == Ağası Məmmədov 1980-ci il iyunun 1-də Bakı şəhərində anadan olub. == Karyerası == === 1997-ci il: Dünya Çempionatında debüt === Ağası Ağagüloğlu 1997-ci ildə Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Bu turnir 17 yaşlı Ağası Ağagüloğlunun beynəlxalq səviyyədə birinci nüfuzlu turniri idi. Turnirin 1/8 final mərhələsində Ağası Ağagüloğlu Argentina nümayəndəsi Ömər Narvaez ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ağası Ağagüloğlu rəqibinə 5:6 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini dayandırdı. === 1998-ci il: Avropa Çempinatında beşinci === Ağası Ağagüloğlunun növbəti turniri 1998-ci ilin 16–24 mayında Belarusda baş tutan Avropa Çempionatı oldu.
Ağası Məşədibəyov
Ağası Abutalıb oğlu Məşədibəyov (1912, Bakı – 1984) — Azərbaycan tarzəni, bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). == Həyatı == Ağası Məşədibəyov Abutalıb oğlu 1912-ci ildə anadan olub. 1935-ci ildə təhsilini müvəffəqiyyətlə bitirən Ağası Üzeyir bəyin təklifi ilə məktəbin notlu xalq çalğı alətləri orkestrinin dirijoru və xalq musiqisi şöbəsinin müdiri vəzifələrini daşımışdır.Tələbə ikən o, Radio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri orkestrində ikinci tarçılar qrupunun konsertmeysteri kimi çalışmışdır. Həm müəllim, həm də orkestrdə konsertmeyster olan A. Məşədibəyovun musiqiçi kadrların meydana gəlməsində rolu az deyildi.Böyük Vətən müharibəsi illərində A. Məşədibəyov konsert briqadaları ilə cəbhədə tez-tez çıxış etmiş, döyüşçüləri qələbələrə ruhlandırmışdır. Müharibədən sonrakı illərdə A. Məşədibəyov Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra Şəki Musiqili-Dram Teatrının musiqi hissə müdiri işləmişdir. Şəki teatrında çalışdığı dövrlərdə Azərbaycan bəstəkarlarının bir neçə səhnə əsərini: Z. Hacıbəyovun " Aşıq Qərib" operasını, S. Rüstəmovun "Beş manatlıq gəlin", "Durna", F. Əmirovun "Gözün aydın" musiqili komediyalarını tamaşaya hazırlamış, eyni zamanda dram tamaşalarına musiqi yazmışdır.A. Məşədibəyov 1939-cu ildə açılmış Azərbaycan Dövlət Musiqili Komediya Teatrının təşkilində bilavasitə yaxından iştirak etmiş, burada əvvəl tarzən-solist, sonra isə ikinci dirijor kimi işləmişdir. O, "Toy kimindir?" adlı musiqili komediyasını məhz bu teatr üçün yazmışdır. "Toy kimindir?" əsəri dövrünün populyar səhnə əsərlərindən idi. Görkəmli dramaturq Məhərrəm Əlizadənin librettosu əsasında yazılmış bu musiqili əsər rəngarəng obrazlar qalereyasını özündə təcəssüm etdirmişdir.A. Məşədibəyov demək olar ki, 40-cı illərin əvvəllərindən mahnı janrında müxtəlif səpgili mahnılar yazmışdır. "Azərbaycanı sevdim", "Üç gül", "Bakı", "Hardasan?", "Doymur ürək" mahnıları dinləyicilərin rəğbətini qazanmışdır.
Ağası xan
Ağası xan Xançobanlı-Sərkər (1731, Şamaxı – 1788, Bakı) — Şirvanın ilk xanı. Dövləti qardaşı Məhəmmədsəid xan ilə birlikdə idarə etmişdir. == Gəncliyi == 1731-ci ildə Şamaxıda, Allahverdi bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdir. Abbasqulu ağa Bakıxanov Ağası xanın atasını səhvən "Əsgər bəy" yazsa da, Nailə Bayramlının fikrincə bu ad Allahverdi bəy olmalıdır. Mənbələrdə 1748-ci ildən Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı kimi hesab olunurlar. 1761-ci ildə Ağası xan qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan almışdıdı. == Hakimiyyəti == Fətəli xanın Məhəmmədsəid xan və Ağası xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xanlar 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür.
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.
Abaəli
Abaəli (əvvəlki adı: Abalı) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Abalı kəndi Abaəli kəndi adlandırılmışdır. == Tarixi == Mənbələrin verdiyi məlumata görə, kəndin əsl adı Abaəlioba olmuşdur. Yerli əhalinin ehtimalına görə, oykonim Abaəli (Dağıstanın Çaroda kəndindən gəlmiş şəxsin adı) və oba (kəndin ərazisində kiçik icma) komponentlərindən ibarətdir. Türk dillərində, o cümlədən Azərbaycan dilinin dialekt və şivələrində aba "ata, baba, əmi; ana, xala, böyük bacı" mənalarında işlənir. Oykonimi Dədəli, Babalı və s. etnotoponimlərinin omonimi kimi qəbul etmək lazımdır. Bu oykonim sonrakı illərdə Abasalı (1979), Abaslı (1986) variantlarında qeydə alınmışdır. == Əhalisi == Əhalisi 120 nəfərdir (2008). == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Acari
Gənələr (lat. Acari) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan yarımsinfi. Gənə tünd qırmızı qəhvəyi rəngdə yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrdə olurlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım-Kongo qanamalı qızdırma sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür.
Adaçi
Adaçi rayonu (足立区, Adaçi-ku) — Tokionun şimali hissəsində yerləşən xüsusi rayon. Adı tarixi Adaçi qəzasından irəli gəlir (足立郡, adaçi koori).