Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atlama
Atlama — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: qatıq – 400 q, su – 600 q, duz – zövqə uyğun, göyərti, xiyar == Hazırlanma qaydası == Atlama qatıqdan hazırlanan ayrana oxşar sərinləşdirici içkidir. Atlamanı qoyun və inək qatığından çoxlu miqdarda hazırlamaq üçün tuluğa qatıq və su töküb cavan oğlanın tərkinə bağlayırlar. Oğlan ata minir (atlanır) və atı otərəfə bu tərfə çalır. Bu zaman tuluq çalxalanır və qatıq suda yaxşı həll olur. Çox güman ki, içkinin adı da buradan götürülmüşdür. Atlamaya bir qədər duz vurduqdan sonra içilir. Ayranı əvəz etdiyindən atlamaya qatıq ayranı da deyilir. Müasir dövrdə atlamanı elektrik mikserində kokteyl kimi hazırlamaq daha əlverişlidir. Atlamadan doğramac hazırlamaq üçün də istifadə edilir.
Aşınma
Şarlama şəlaləsi
Şarlama şəlaləsi — Başqırdıstan Respublikasının Dövləkən rayonunda, Buqulma-Belebey yüksəkliyi ərazisində yerləşən şəlalə. Şəlalənin hündürlüyü 12 metrdir. Yay ayları su sərfiyyatı azaldığından çşəlalə demək olar ki yoxa çıxır. Asılıkul gölündən 4 km aralıda yerləşir (Başqırdıstanın ən böyük gölüdür.) Şarlama şəlaləsi təbiət parkı ərazisində yerləşir. Vikianbarda Şarlama ilə əlaqəli mediafayllar var.
Orqanik aşınma
Paraşütlə atlama
Paraşütizm — kafi bir yüksəklikdən atlanılılması nəticəsi paraşüt adı verilən parçanın etibarlı bir sürətdə yerə enmək məqsədiylə açılması olaraq reallaşan əyləncə idmanıdır. Paraşütçülər əksəriyyətlə təyyarədən atlar və ümumiyyətlə düzlüklərə və açıq bir göyə ehtiyac duyarlar. Kiçik bir aerodromdan yola çıxılar və paraşütçülər təxminən 4000 metr yüksəklikdə təyyarədən atlarlar. Əksəriyyətlə "qarın aşağı" mövqedə bir müddət sərbəst düşərlər. 760 metr ətrafında tam şişəcək şəkildə paraşütlərini açarlar. Paraşütçülər, təyin olunmuş bir sahəyə enməyi məqsədlər. Paraşütçülər sərbəst eniş əsnasında saatda 190 km və üzəri sürətlərdə hərəkət edər. İstifadə etdikləri paraşütlər bu şərtlərdə açılmağa dözə biləcək şəkildə hazırlanmış və özbaşına şüşən qanad paraşütləridir. Ana paraşüt pozular və ya açılmazsa vəsaitdəki avtomatik bir sistem dövrəyə girər və ehtiyat paraşüt açılar. Paraşütlər də sərbəst atlaçıların süzülməyi idarə etmək və yerə etibarla enə bilmək üçün istifadə etdikləri istiqamətləndirmə kordonları və qulpları vardır.
Şaxtadan aşınma
Fiziki aşınmanın bir növüdür. Şaxta aşınması soyuq sahələrdə (qütb ölkələrində və ya dağların nival qurşağındal) süxurların arasına dolan suyun donması nəticəsində onların mexaniki parçalanması və dağılmasıdır.
Atlama (dəqiqləşdirmə)
Atlama
Atlama (mifologiya)
Ağlama divarı
Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı (ivr. ‏ הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır. Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.
Aşınma qabığı
Aşınma qabığı — litosferin üst hissələrində (əsasən aerasion zonada) aşınma amillərinin təsiri altında maqmatik, metamorfik və çökmə süxurların dəyişilməsi nəticəsində əmələ gələn süxurlar kompleksi. Səth sularının daha dərinə süzülməsi (filtrasiya) üçün münasib şərait (süxurların kontaktı, parçalanma zonaları üzrə və b.) olduqda aşınma qabığı alt sərhədi aerasiya zonasından aşağı enir. Aşınma qabığı anlayışına ilkin süxur quruluş əlamətlərini saxlayan tipik elüviumdan başqa, həmçinin aşınma zamanı mad-dənin şaquli yerdəyişməsi nəticəsində bu əlaməntləri itirmiş elüvium törəmələri də (məsələn, əhəngdaşıları, halogen süxurlarının aşınması nəticəsində əmələ gələn elüvium, həmçinin bəzi infiltrasion törəmələr) aid edilir. Fiziki və biokimyəvi proseslər nəticəsində əmələ gələn aşınma qabığı ayrılır. İlkin süxurların dəyişmə dərəcəsi və xüsusiyyətindən asılı olaraq, bir sıra geokimyəvi qabıq tipləri ayrılır: laterit, sialit, oksidləşmiş filiz, qırıntılı və b. Ən çox yayılmış mineraloji aşınma qabığı növlərinə cipsit, kaolinit, montmorillinit, oksidləşmiş sulfid filizləri, sulfat və b. aid edilir. Aşınma qabığı litosferin üst hissəsində, ana süxurların əsasən öz yerlərində fiziki, kimyəvi və bioloji aşınma və denudasiya nəticəsində əmələ gələn, kövrək təbəqədən ibarət geoloji formasiyaya deyilir. Əmələgəlmə dövrünə əsasən, aşınma qabığı iki yerə ayrılır: müasir qədim == Mənbə == fiziki aşınma kimyəvi aşınma üzvi aşınma Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Başlama vuruşu (futbol)
Başlama vuruşu — futbolda oyuna başlama və bəzi hallarda oyunu bərpa etmə üsullarından biridi. Başlama vuruşu səkkizinci futbol qaydasının bir hissəsidir. Başlama vuruşu əsas vaxtın və, müvafiq hallarda, əlavə vaxtın hər hissəsini başlamaq üçün istifadə olunur. Start fitdən öncə atılan qəpik püşkatmasında uduzan komanda ilk başlama vuruşunu həyata keçirir, qəpik püşkatmasında udan komanda oyuna meydanın hansı tərəfindən başlayacağını seçir. Oyun hakim fitini çaldıqdan sonra başlıyır. İkinci hissədə başlama vuruşunu digər komanda edir. Əgər oyun əlavə vaxtlara qədər uzanırsa, onda əlavə vaxtın əvvəlində yenidən qəpik püşatması atılır. Əgər hər hansı bir komanda qol vursa, onda qolu buraxan komanda meydanın mərkəzindən başlama vuruşunu yenidən etməli olur, və oyun təkrarən davam edir. == Üsul == Başlama vuruşu mərkəzi dairədən yerinə yetirilir. Başlama vuruşu edilmədən öncə hər bir futbolçu meydanın öz yarısında olmalıdır və bütün rəqib futbolçular topdan ən azı 9 metr (məsafə mərkəzi dairədən ölçülür) uzaqlıqda qalmalıdılar, əgər hər hansı oyunçu bu məsafəni pozsa, başlama vuruşu təzədən yerinə yetirilməlidir.
Mehmet Aşıla
Mehmet Aşıla (1961, Çorum ili) — təqaüdçü və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Mehmet Aşıla 1961-ci ildə Çorum ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Çorumda alıb. Anadolu Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. Uzun illər torpaq sənayesi sahəsində çalışıb. Nəcməddin Ərbakan Vəqfinin il şöbəsinin sədri olub. Uzun illər Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Fəzilət Partiyasından Çorum Bələdiyyə Məclisinin üzvü seçilib. Səadət Partiyasında bir müddət il şöbəsinin sədri olub. Yenidən Rifah Partiyasının qurucularından olub.
Amilaza
Amilaza — Amilaza (/ˈæmɪleɪz/) nişastanın (Latın amylum) şəkərə hidrolizini kataliz edən ferment. Amilaza insanların və bəzi digər məməlilərin tüpürcəklərində olur, burada həzm kimyəvi prosesinə başlayır. Tərkibində çox miqdarda nişasta, lakin az şəkər olan qidalar, məsələn, düyü və kartof, çeynəndikcə bir az şirin dad əldə edə bilər, çünki amilaza onların nişastasının bir hissəsini şəkərə parçalayır. Mədəaltı vəzi və tüpürcək vəzi amilazanı (alfa amilaza) qida nişastasını digər fermentlər tərəfindən bədəni enerji ilə təmin etmək üçün qlükoza çevirən disakaridlərə və trisaxaridlərə hidroliz edir. Bitkilər və bəzi bakteriyalar da amilaza istehsal edir. Xüsusi amilaza zülalları müxtəlif yunan hərfləri ilə təyin olunur. Bütün amilazalar qlikozid hidrolazalardır və α-1,4-qlikozid bağları üzərində hərəkət edirlər. == İstifadə edilir == === Fermentasiya === α- və β-amilazlar nişastadan əldə edilən şəkərlərdən hazırlanmış pivə və içkilərin hazırlanmasında vacibdir. Fermentasiya zamanı maya şəkərləri qəbul edir və etanolu ifraz edir. Pivə və bəzi içkilərdə fermentasiyanın başlanğıcında mövcud olan şəkərlər taxılların və ya digər nişasta mənbələrinin (məsələn, kartofun) "əzilməsi" ilə istehsal olunur.
Saitama
Saytama (yap. さいたま市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Saytama prefekturasının eyniadlı paytaxtı.
Anlama... (film, 2008)
Sen Ağlama (albom)
Sen Ağlama – Sezen Aksunun 6 sentyabr 1984-cü ildə çıxan altıncı studiya albomudur. == Albom haqqında == Albomda yer alan mahnıların bəstələri Onno Tunç, sözləri isə daha Aysel Gürel və Sezen Aksunun özünə məxsus olub. Albomdakı musiqi və sözlərin hər biri türk popunda saysız-hesabsız mahnılara ilham verib. Albom LP və MC formatlarında nəşr olunub və 1984-1985 mövsümündə həftələrlə hit-paradların başında yer alıb və Sezen Aksunun ən populyar və ən çox satılan klassik albomu olub. Uzun illər sonra CD nəşri də buraxılıb.
Sidama
Sidama — Efiopiyada yaşayan xalqlarından biri, sidamo dilində danışirlar. Sidamanın etnik ərazisi Efiopiyanın cənubunda, Avasa və Dilla şəhərlərin arasında yerləşir. Təxmini sayı — 3 milyon nəfərdir. Dindarların əksəriyyəti — monofizit xristiandır, qismən müsəlmandırlar. Əkinçilik və heyvandarlıqla məşğuldurlar.
Asama
Asama (yap. 浅間山) — Yaponiyanın Honşu adasının mərkəzi hissəsnidə yerləşən fəaliyyətdə olan vulkan. Hündürlüyü — 2568 metrdir. 2 fevral 2009-cu ildə vulkanın oyanması başlandı və nəticədə Tokionun bir hissəsinə kül töküldü..
Asila
Asilə və ya Asiləh (ərəb. أصيلة‎) — Mərakeşin Atlantik okeanı sahillərində yerləşən şəhər. Tanca-Tetuan-Əl-Hüseyma inzibati ərazi vahidində yerləşir. == Tarixi == Müasir şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl 1500-cü ildə Finikiyanın koloniyası kimi mövcud olmuşdur. Roma imperiyası dövründə isə burada Karfagenin Zilis şəhəri yerləşirdi. Şəhər Mərakeşdə hökm sürən müxtəlif müsəlman sülalələrin hakimiyyəti altında olmuşdur. 1471-ci il avqustun 24-də şəhər portuqallar tərəfindən ələ keçirildi. Portuqallar tərəfindən şəhər ətrafında qala inşa edildi və bir neçə il ərzində şəhər əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi. Vasko Mouzinyo de Kevedonun (1611) "Afrikalı Afonso" adlı epik poemasında şəhərin Portuqaliya kralı V Afonso tərəfindən fəth edilməsi tərənnüm edilmişdir.
Bəsdir, ağlama! (film, 1999)
== Məzmun == Film Qarabağ müharibəsində ermənilərə əsir düşmüş azərbaycan əsgərlərinin, qadınlarının əzab-əziyyətli günlərindən danışır. == Film haqqında == Filmin çəkilişlərinə Şamaxı bölgəsi Kərkəng kənd sakinləri köməklik göstərmişdir.
Adilağa gölü
Adilağa gölü — Azərbaycanın Beyləqan rayonu ərazisində göl.
Akiyama Saneyuki
Akiyama Saneyuki (秋山 真之, 12 aprel 1868, Matsuyama – 4 fevral 1918, Odavara[d], Kanaqava prefekturası) – Yaponiya hərbi xadimi, Yaponiya İmperiya donanmasının zabiti. Yaponiyada müasir donanma doktrinasının memarıdır. O, 1900-cü illərdə Yaponiyada bacarıqlı dəniz döyüşü taktikaçısı kimi tanınmışdır. == İlk illəri == Akiyama Saneyuki 1868-ci ildə Yaponiyanın İyo əyalətində samuray ailəsində doğulmuşdur. == Karyerası == Akiyama 1890-cı ildə Donanma Akademiyasından məzun olmuşdur. 1894–1895-ci illərdə Çin-yapon müharibəsində iştirak etmiş, hərbi təhsil almaq məqsədilə 1897–1899-cu illərdə ABŞ-də yaşamışdır. O, Nyuport şəhərində yerləşən Dəniz Döyüşü Kollecində təhsil almaq istəsə də, ABŞ-nin Yaponiyaya qarşı hərbi planları olduğu üçün qəbul edilməmişdir. Buna görə də birbaşa Alfred Tayer Mehenə müraciət etmişdir. Mehen Akiyamanı donanma tarixindən bəhs edən əsərlər siyahısı ilə təmin etmiş, Akiyama bu əsərləri oxumuşdur. Akiyama 1898-ci ildə baş vermiş İspaniya-ABŞ müharibəsində əcnəbi müşahidəçi qismində iştirak etmişdir.
Aslamas bəy
Aslamas bəy (gürc. ასლამაზ ორბელიანი; XVII əsr) — Aslan xan kimi də tanınan Səfəvi məmuru və gürcü mənşəli hərbi komandir. 1693-1695-ci illərdə Şah qulam korpusunun (qullar ağası) komandiri və 1694-1695-ci illərdə və ya 1696-1697-ci illərdə Qəndəhar bəylərbəyi vəzifəsində çalışmışdır. Orbeliani ailəsindən olan Aslamas Şuştərin keçmiş qubernatoru (bəylərbəyi) Vaxuşti xanın ikinci oğlu idi. Aslamasın oğlu Məhəmmədəli xan 1722-ci ildə qısa müddət artilleriya komandiri vəzifəsini icra etdi. 1740-cı ildə vəfat edən Aslamasın eyni adda olan nəvəsi sonradan Nadir şah Əfşarın dövründə (1736-1747) Gürcüstanın (Qorcestan) bəylərbəyi kimi xidmət etdi. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001.
Aşikaqa şoqunatı
Aşikaqa şoqunatı – Yaponiyada mövcud olmuş şoqunat. == Ümumi məlumat == Minamoto dövrü (1192—1333)ndən sonra gələn yapon şoqunatının ikinci böyük mərhələsi Aşikaqa şoqunatı kimi tanınır. O iki yüz ildən çox davam edib. Sülalənin əsasını qoyan Aşikaqa Takauci şoqunun qərargahını Kamakuradan, yenidən Yaponiyanın paytaxtı olan Kyotoya keçirdi. Şoqun sarayı Kyotonun rayonlarından biri Muromatidə yerləşirdi. Bu mərhələnin adı da burdan yaranıb- "Muromati mərhələsi". == Xüsusiyətləri == Aşikaqa mərhələsi yapon şoqunat tarixində san ki ara dövrü vəziyətini tutur. Yapon şoqunatının başlanğıc dövrü ilə onun son dövrü arasında bir növ körpü olaraq, onu fərqləndirən cəhət odur ki, bu mərhələdə(XIV-ci əsrin ortasından XVI-ci əsrin ikinci yarısına qədər) ölkənin sosial-siyasi və iqtisadi həyatı durğunluq dövrü yaşayır. Ancaq XVI-cı əsrin ikinci yarısı mərhələsi istisna təşkil edir. Bu zaman hadisələr çox sürətlə cərəyan edirdi.
Aşikaqa şoqunluğu
Aşikaqa şoqunatı – Yaponiyada mövcud olmuş şoqunat. == Ümumi məlumat == Minamoto dövrü (1192—1333)ndən sonra gələn yapon şoqunatının ikinci böyük mərhələsi Aşikaqa şoqunatı kimi tanınır. O iki yüz ildən çox davam edib. Sülalənin əsasını qoyan Aşikaqa Takauci şoqunun qərargahını Kamakuradan, yenidən Yaponiyanın paytaxtı olan Kyotoya keçirdi. Şoqun sarayı Kyotonun rayonlarından biri Muromatidə yerləşirdi. Bu mərhələnin adı da burdan yaranıb- "Muromati mərhələsi". == Xüsusiyətləri == Aşikaqa mərhələsi yapon şoqunat tarixində san ki ara dövrü vəziyətini tutur. Yapon şoqunatının başlanğıc dövrü ilə onun son dövrü arasında bir növ körpü olaraq, onu fərqləndirən cəhət odur ki, bu mərhələdə(XIV-ci əsrin ortasından XVI-ci əsrin ikinci yarısına qədər) ölkənin sosial-siyasi və iqtisadi həyatı durğunluq dövrü yaşayır. Ancaq XVI-cı əsrin ikinci yarısı mərhələsi istisna təşkil edir. Bu zaman hadisələr çox sürətlə cərəyan edirdi.
Bislama dili
Bislama dili (bisl. bislama) — İngilis dili əsaslı kreol dili. Dünyada təxminən 200 min insan Bislama dili dilində danışır. Onların əksəriyyəti Vanuatuda yaşayır. Vanuatunun rəsmi dilidir. == Ədəbiyyat == Дьячок М. Т. Язык бислама и проблемы его формирования (социолингвистическая характеристика) // Techne grammatike (Искусство грамматики). — Вып. 3. — Новосибирск, 2008. — С. 181—192.
Miçio Aşikaqa
Miçio Aşikaqa (d. 22 may 1950) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Şozo İşiyama
Şozo İşiyama (石山正三, İşiyama Şozo, 23 fevral 1914, Tokio – 14 noyabr 1973) – Yaponiya ədəbiyyatşünası, dilçisi və tərcüməçisi. Rus dilini və ədəbiyyatını tədqiq etmişdir. 1914-cü ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. 1940-cı ildə Tokio Xarici Dillər Məktəbinin rus dili kursunu bitirmişdir. 1941-ci ildə həmin yerdə assistent-professor kimi işləməyə başlamışdır. Daha sonra Tokio Xarici Tədqiqatlar Universitetinin professoru olmuşdur. "Öz-özünə sadə rus dilini öyrənmək" adlı orijinal və populyar kitabın müəllifi olmuşdur. Nikolay Dobrolyubovun "Qaranlıq səltənətdə işıq şüası" əsərini və Nikolay Çernışevskinin əsərlərini rus dilindən yapon dilinə tərcümə etmişdir. Lev Tolstoyun yaradıcılığını tədqiq edərək "Tolstoy haqqında traktat" əsərini yazmışdır. The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II).
Saitama Universiteti
Saytama Universiteti (埼玉大学, Saitama Daigaku) ​​— Yaponiyanın Saitama şəhərində milli universitet. Universitet 1873-cü ildə qurulub. 1922-ci ildə Saytama Pedaqoji məktəbi və Saytama Gənclər məktəbi yaradılmışdır. 1929-cu ildə Urava Ali Məktəbi ilə birləşdi. 1949-cu ildə Saytama Milli universiteti kimi təsis edildi. Universitet bakalavr, magistr və doktorantura proqramları təklif edir. Hazırda bakalavr təhsili üçün 5 fakültə (məktəb) fəaləyyət göstərir: İncəsənət fakültəsi Təhsil fakültəsi İqtisadiyyat fakültəsi Elm fakültəsi Mühəndislik fakültəsi 4 magistratura məktəbi: Mədəniyyətşünaslıq məktəbi Təhsil və Elm məktəbi İqtisadiyyat elmləri məktəbi Mühəndislik məktəbi Universitet 5 bakalavr və 4 magistratura məktəbinin Okubo kampusunda bir yerdə yerləşməsi ilə fərqlənir. Bu, təhsil və tədqiqat, dərsdənkənar fəaliyyətlər və tələbə həyatı üçün əlverişli mühit təklif etməklə bir çox cəhətdən sərfəlidir. Məktəblərin hamısı magistratura ilə yanaşı doktoranturaya aparan proqramlar təklif edir. Okubo kampusu Peyk kampusu: Omiya Sonik şəhər kolleci Tokio Station kolleci 1992-ci ildə Elm və Mühəndislik Ali məktəbi İnşaat və Ətraf Mühit mühəndisliyi üzrə Beynəlxalq magistr proqramına başlamışdır.
Teysuke Akiyama
Teysuke Akiyama (秋山 定輔, Akiyama Teysuke, 24 avqust 1868, Okayama prefekturası – 19 yanvar 1950) – Yaponiya jurnalisti və siyasətçisi. == Həyatı == Teysuke Akiyama 1868-ci ildə Okayama prefekturasının Kuraşiki şəhərində doğulmuşdur. Tokio Universitetindən məzun olduqdan sonra bir müddət hökumətin audit bürosunda işləmişdir. == Fəaliyyəti == Akiyama 1893-cü ildə Yaponiyada "Niroku Shimpo" qəzetini təsis etsə də, qəzet 1894-cü ildə bağlanmış, 1900-cü ildə yenidən təsis etmişdir. O, mübahisəli reportaj üslublarının qabaqcılı olmuş, Mitsui maliyyə qruplaşmasının biznes fəaliyyətlərinə hücum edən, fahişəliklə mübarizə aparan və əmək həmrəyliyini müdafiə edən kampaniyalar aparmışdır. 1902-ci ildə Yaponiya parlamentinə seçilmiş, Katsura hökumətinin büdcə xərcləri siyasətini və Rus-yapon müharibəsi zamanı apardığı danışıqları tənqid etmişdir. Məmurlar onun bu mövqeyindən qəzəblənmiş, onu Rusiya casusu olmaqla ittiham etmiş və ona parlamentdə hücum etmişdirlər. Akiyama 1904-cü ildə parlamentdən istefa etməyə məcbur olmuş, qəzeti müvəqqəti bağlanmışdır. O, nəşrə "Tokyo Niroku Shimpo" adı ilə davam etsə də, əvvəlki populyarlığını qazana bilməmişdir. == İstinadlar == == Ədəbiyyat == Frédéric, Louis.
Axırıncı aşırıma qədər (film, 2002)
Axırıncı aşırıma qədər qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür. == Məzmun == Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür.
Asılay (Uçalı)
Asılay (başq. Аһылай, rus. Аслаево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 100 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 47 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.
Malek Salama
Malek Salama (1 fevral 1997, Qahirə) — Misirli karateçi. Malek Salama Misiri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Malek Salama birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilət kumite 60 kq çəki dərəcəsində, 1/16 final mərhələsində İranın nümayəndəsi Amir Mehdi Zade ilə üz-üzə gəldi. Həmin görüşdə Malek Salama rəqibinə 0:5 hesabı ilə uduzdu.
Viola silana
Viola riviniana (lat. Viola riviniana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.