Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abazalar
Abazin, Abazalar və ya Abaziniyalı(Abazin and Abxaz: Абаза; Çərkəz: Абазэхэр; rus. Абазины; türk. Abazalar; ərəb. أباظة‎) — Abxaz və çərkəz xalqları ilə sıx əlaqəli olan Şimal-Qərbi Qafqazda yaşayan etnik qrup. Əsasən Türkiyə, Misir və Rusiyanın Şimali Qafqaz bölgəsindəki Qaraçay-Çərkəz Respublikasında və Stavropol diyarında yaşayırlar. Abazinlərin bir qolu olan Tapantalar Kubanın yuxarı hissəsindəki Besleney və Kabardin knyazlıqları arasında yaşayırdı.. Abazinlər əvvəlcə Abxaziyanın qərb hissəsindəki Sadzen bölgəsində məskunlaşmış və 14–15-ci əsrlərdə Abxaziyadan Abaziniyaya köç etmişlər. Daha sonra 18–19-cu əsrlərdə keçmiş Osmanlı İmperiyasının müxtəlif bölgələrinə köç etdilər. 18-ci əsrin sonlarından etibarən onların hakim dini sünni İslamdır (Hənəfi). Abazin xalqı abxaz və çərkəz dillərinə çox yaxın, Şimal-qərb Qafqaz dillərindən olan abaza dilində danışır.
Abazqlar
Abazqlar (q.yun. Αβασγοί; lat. Abasci, Abasgi; gürc. აბაზგები) — Qafqazda, indiki Abxaziyanın qərbində məskunlaşan qədim xalq. Onlar abxazların əcdadları sayılır. Aşşur, sonralar isə antik mənbələrdə xatırlanan abazqlar Qafqazın Qara dəniz sahilinin köklü sakinlərindən olmuşlar. 550-ci ildə Laz müharibəsi zamanı abazqlar Bizans imperiyasına qarşı üsyan qaldıraraq Sasaniləri köməyə çağırmışdılar, lakin general Bess abasq üsyanını darmadağın etmişdir.
Abantlar
Abantlar (q.yun. Ἄβαντες) — Evbeya adasında yaşayan ioniyalı tayfası. Onlar haqqında Herodot və Homer bəhs etmişdir. Plutarxın qeyd etdiyi kimi, abantlar yaxın məsafəli döyüşlərdə usta idilər. Aristotelin yazdıqlarına görə, onlar Fokidadan Evbeyaya köçüb bu adanın ən qədim sakinlərinə öz adlarını vermiş frakiyalılardır. Abantlar Evbeyadan Elefenorun başçılığı ilə 40 gəmi ilə Troyaya getmişdir. Səyahət zamanı Teseyin övladları onlara qoşulmuşdur. Onlar geri qayıtdıqları zaman abantların 8 gəmisi fırtına ilə İlliriyadakı Keravniya dağlarına doğru irəliləmiş və oradan da İoniyaya köçmüşdür. == İstinadlar == == Xarici keçidlər == Гомер Илиада Плутарх, Сравнительные жизнеописания. Тесей.
Abazadağ
Abazadağ Suxumi rayonunda kənd adı. == Toponimkası == Abazadağ- Suxumi rayonunda kənd adı. 1948-ci ildə gürcücə Kvaloni adlandırılmışdır. Xəzərlərin Abaz(Avas) tayfasının adından və dağ sözündən ibarətdir. Azərbaycanda Abazdağ (Qazax rayonu) və Avazdağ(Tovuz rayonu) dağ adları ilə mənşəcə eynidir.
Abazallı
Abazallı (əvvəlki adı: Abasali) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Abasali kəndi Abazallı kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin adı 2001-ci ildən Abazallı kimi rəsmiləşdirilmişdir. Yardımlı rayonunda yerləşən Abasallı kəndi ilə əlaqəyə malik olduğu düşünülür. Biləsuvar rayonundakı Novomixaylovka (indiki Zəhmətabad) kəndinin adı da 1840-cı ilədək Abazallı olmuşdur. Bu oykonimlər xəzər və peçeneqlərin tərkibində Azərbaycana gəlmiş abaza (avaz/abas/abaz) tayfasının adı ilə bağlıdır. Türkmənistanda Avaza, Xakas MV-də Abaza, Gürcüstanda Abaşa, Abazlar toponimlərinin, Azərbaycanda isə Avazlar, Avaz, Abbazlı (Qazax rayonunun İkinci Şıxlı kəndində tayfa) toponim və etnonimlərinin qeydə alınması bu fikri təsdiq edir.Digər bir fikrə görə kəndin adı əslində Abasalılıdır (Abasəlikənd). Keçmişdə bu ərazidə iki Abasəlikənd olmuşdur: biri Aşağı Qaramanlı, digəri isə indiki Abbasəlli kəndi. == Coğrafiyası və iqlimi == Kənd Burovar silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 823 nəfər əhali yaşayır.
Abxazlar
Abxazlar — Şimali Qafqazda xalq. Dilləri abxaz dilidir. ABXAZLAR (özlərini apsua adlandırırlar) – abxaz-adıge xalqlarından biri, Abxaziyanın əsas əhalisi. Abxaziyada sayları 91,2 min nəfərdir (1995). Rusiyada və Türkiyədə, həmçinin ərəb ölkələrində də yaşayırlar. Ümumi sayları 140 mindən çoxdur (2000). Abxaz dilində danışırlar. Abxazların əcdadları Qafqazın Qara dəniz sahillərinin qədim sakinlərindən olmuşlar. Bəzi mülahizələrə görə, Abxazların etnogenezində e.ə. 3–2-ci minilliklərdə Kiçik Asiyadan bu əraziyə gəlmiş əhali qrupları iştirak etmişlər.
Alozalar
Alosa (lat. Alosa) — siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid balıq cinsi. Üst çənəsi çənəarası sümüklərdə kəsiklidir. Qarnının orta xətti boyunca kil pulcuqları uzanır.Quyruq üzgəcinin əsası yaxınlığında bir cüt uzanmış pulcuq vardır. Anal üzgəcin son süaları uzanmışdır. Fəqərələrinin sayı 43-49-dur.Bədənin hər iki tərəfində, qəlsəmə qapaqlarının gerisində tünd rəngli xal vardır. Bəzən bu xalların gerisində bir neçə xallardan əmələ gələn iri xallar da olur. Xəzər dənizində siyənəklərin 6 növü və bir çox yarımnövü, Azərbaycanın ərazi sularında isə 5 növü yaşayır. Alozalara şişqarın siyənəklərin 20-ədək növü daxildir. Uzunluğu 18 sm- dən 100 sm-ədək olur.
Avazlar
Avazlar — Azərbaycan Respublikasının Laçın rayonu Hoçaz kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Bu kəndin tarixi haqqında yazılı mənbələr demək olarki yox dərəcəsindədir. Kəndlə bağlı tədqiqatçı yoxdur. Araşdırmaçılar sadəcə olaraq Azərbaycan ərazisində yaşayan tayfalar haqqında, toponimlər haqqında, ya da hansısa türkçü düşüncə ilə yanaşdıqda hansısa bir mənbədə türkə bağlılıq görüblərsə, elə oradaca xalq qarşısında xidmətlərini bitmiş hesab ediblər. Unudurlar ki tarixi təhrif etmək, gələcək nəsilləri türkçü etmək demək deyil. Əksinə anti-türk tədqiqatçılara bu bir şans olur. O şanski, onlar Qafqazın türk tarixinin ancaq bu cür mənbələrdən ibarət olduğunu bildirib ələ salsınlar. Avazlar kəndinin adına aydınlıq gətirmək istəyən şəxslərin adlarını, aşağıdakı ardıcıllıqla qeyd edək. Necə olubki bu kənd haqqında hansısa mənbəyə söykəniblər? Gəlin bizdə onları araşdıraq: 1.
Zazalar
Zazalar və ya Dımli - əsasən Türkiyədə , İranda , İraqda və Suriyada yaşayan xalq . == Məskunlaşma == Hazırda əsasən Türkiyədə (milliyyətçi zaza kəsiminin iddiasına əsasən Türkiyə əhalisinin 3,33%-i) , qismən İranda , İraqda və Suriyada , müəyyən səbəblərdən doğan miqrasiya nəticəsində isə az sayda toplumlar şəklində dünyanın bir çox ölkəsində məskunlaşmış zazaların sayına dair dəqiq statistik - elmi məlumatlar yoxdur . Milliyyətçi zaza qeyri-dövlət təşkilatlarının iddialarına görə dünya üzrə zazaların ümumi sayı 4 - 6 milyon nəfər civarındadır . === Türkiyədə === Zazalar Türkiyədə türklərdən və kürdlərdən sonra ən böyük üçüncü etnik toplumu təşkil edirlər . Bingöl və Tunceli vilayətində əhalinin çoxluğunu təşkil etsələr də Türkiyənin digər vilayətlərində azlıqdadırlar . == Subetnik qruplar == Zaza-Talış toplumu bir-biri ilə yaxın bir neçə qrupa etnik qrupa bölünür : ZazaDeylemi ÇarojlarDimilibacalan şəbək sarlı avroman == Zaza tayfaları == Abas • Abdalan • Ağuçan • Alan • Ali • Ali Abas • Alxan • Alz • Arê • Aslan • Aşur • Az • Badil • Balaban • Balçık • Bali • Bamasur • Beyit • Bêx • Bêxtiyar • Bılêçık • Birm • Butk • Cafer • Çarek • Çekel • Çin • Demen • Derık • Dewrêscemal • Dersimli • Ferat • Fınd • Gınic • Gulabi • Hadik • Heciyan • Hemoçık • Hesn • Heyder • Heyr • Holik • Hoş • İbık • İksor • İzol • Karsan • Keçel • Kem • Khal • Khew • Khud • Khurêş • Kılawus • Kırdaşi • Kımsorçık • Kulik • Laçin • Lol • Nemremu • Nenik • Okçı • Phezgewr • Pilvank • Pirsultan • Qerebali • Qırğ • Qoçgiri • Reşık • Rut • Sandalan • Sarısaltuğ • Sefılçık • Semk • Sewdax • Seydan • Seydal • Seysabun • Seykemal • Sıl(êman) • Sis • Sur • Şad • Şawel • Şemk • Şêlm • Şêxmamed • Şeyx Hasanlı • Şırtık • Tanriverdi • Taw • Titenik • Usıv • Xıd • Xırançık • Xormeçık • Zeng • Zerkhewık • Zıkte Türkiyə Respublikasında Tunceli yaşayış məntəqəsinin keçmiş adı Dersim olmuşdur . Eyniadlı vilayətin əhalisinin əksəriyyətini hazırda zazalar təşkil edir . Vilayətdəki zaza əhalisi Şeyx Hasanlı və Dersimli tayfalarının ayrılıqda əmələ gətirdikləri tayfa konfederasyonunda birləşmişdir . Şeyx Hasanlı tayfası Oğuz türklərinin Bayat boyuna mənsubdurlar . XIII əsrdə Xorasandan köç edərək Andoluya gəlmiş öncə Malatyada sonralar isə indiki Tünceli (keçmiş Dersim) bölgəsində məskunlaşmışdırlar .
Abalar
Abalar (şor. абалар) — Rusiyada yaşayan şorların eli. Sayan dağlarının şimalında, Alatau yamaclarında və Tom çayının sahillərində yaşayırlar. Onlar qədim zamanlardan dəmirçi kimi tanınmışlar. Onların dili türk dillərinin Sibir qolundandır.
Afrika abxazlar
Zənci abxazlar (gürc. შავკანიანი აფხაზები) — Abxaziyada yaşayan Afrika mənşəli az saylı etnik qrup.
Nikosiyada bazarlar
Nikosiyada bazarlar — Kiprin paytaxtı Nikosiya şəhərində bazarlar. Şəhər XX əsrə qədər ilk növbədə ticarət şəhəri olaraq qalmışdır. Beləliklə, Nikosiyada tarix boyu iqtisadi fəaliyyət mərkəzlərini təşkil edən müxtəlif bazarlar var idi.Osmanlı dövründə Nikosiya bazarları dar küçələr şəbəkəsini tuturdu. 1873-cü ildə Lüis Salvator divarlı şəhərdə səpələnmiş, 18-i Famaqusta darvazası və Pafos darvazası arasındakı küçələr şəbəkəsində yerləşən 23 bazarı qeydə almışdır. Osmanlı imperiyasının digər şəhərlərində olduğu kimi, Nikosiya bazarları şəhərin ictimai həyatına hakim kəsilmiş və sənaye istehsalının mərkəzi olmuşdur.
Zənci abxazlar
Zənci abxazlar (gürc. შავკანიანი აფხაზები) — Abxaziyada yaşayan Afrika mənşəli az saylı etnik qrup.
İkitərəfli bazarlar
İkitərəfli bazarlar (ikitərəfli şəbəkələr) — aralarında şəbəkə effektləri olan iki istifadəçi qrupu olan şəbəkə bazarları. İkitərəfli bir şəbəkədə, istifadəçilərinin iki kateqoriyası vardır ki, bunlar üçün şəbəkədən istifadə məqsədləri və şəbəkədəki rolları açıq şəkildə fərqlənir. Müxtəlif qrupların ikitərəfli şəbəkənin funksionallığı üçün fərqli tələbləri var. Ancaq eyni zamanda, bir-birlərindən asılıdırlar və ümumi şəbəkədən istifadələrinin dəyərini təyin edən qarşılıqlı təsirlərdir. İqtisadiyyatdakı şəbəkə effekti artıq yaxşı öyrənilib və nəzəriyyədə və işdə müxtəlif sahələrdə praktik olaraq fəal şəkildə istifadə olunur. Bununla birlikdə, şəbəkə effekti ümumiyyətlə bir tərəfli olaraq qəbul edilir və bu, şəbəkə istifadəçiləri homojen olduqda qəbul edilir. 2001-ci ildən bəri, şəbəkə effektlərini daha geniş şəkildə nəzərdən keçirən elmi ədəbiyyatda, bir neçə istifadəçi kateqoriyasının qarşılıqlı əlaqəsində və praktiki tətbiq üçün bir sıra maraqlı və faydalı nəticələr verən terminlər ortaya çıxmağa başladı. == Nəzəriyyə == Bir çox şəbəkədə istifadəçilər homojendir, yəni eyni funksiyaları yerinə yetirirlər. Məsələn, telefon şəbəkələrində istifadəçilərdən biri göndərir, digəri zəng qəbul edir, bununla belə, abunəçilərdən hər biri həm alıcı rolunu oynayır, həm də müxtəlif vaxtlarda səsli mesaj ötürmə rolunu oynaya bilər. Tək yönlü şəbəkələrə nümunə olaraq mesajlaşma, faks göndərmə, e-poçt da verilə bilər.
Hibbsin fazalar qaydası
Hibbsin fazalar qaydası - ilk dəfə fazalar qaydası adı ilə 1876-cı ildə amerika alimi V.Hibbs tərəfindən verilmişdi. == İzahı == Tarazılıq halında olan sistemdə fazalar sayı (F), sərbəstlik dərəcəsi (S) və asılı olmayan komponentlər sayı (K) bir-biri ilə aşağıdakı sadə nisbət üzrə əlaqədardır: S+F=K+2 asılılığından sərbəstlik dərəcəsinin sayı tapılarkən, komponentlər sayından fazalar sayı çıxılır və alınan fərqin üzərinə 2 gəlinir. S=K-F+2 fazalar qaydasına əsasən sistemlərin komponentlər sayına, fazalar sayına və sərbəstlik dərəcəsi sayına görə müəyyən təsnifatı mövcuddur. Birkomponentli sistem üçün (K=1) yuxarıda göstərilən bərabərlik belə şəkil alır: S=3-F fazalar sayı da bir olduqda sistem ikivariantlı, yəni sərbəstlik dərəcəsinin sayı 2-yə bərabər olur. Sərbəstlik S=3-1=2 dərəcəsinin 2 olması o deməkdir ki, müəyyən həddə cictemin halını müəyyən edən parametrlərdən ikisi, məsələn təzyiq və temperatur dəyişdirilərsə, sistemin halı dəyişmir. sistemdə fazalar sayı vahiddən az ola bilmədiyindən, birkomponenetli sistem bundan artıq sərbəstlik dərəcəsi sayına malik ola bilməz. Belə sistemə misal buz, maye, su və ya su buxarı ola bilər. İki faza arasındakı tarazılıq halında sistem birvariantlıdır: S=3-2=1 Bunun misalı buz↔su, su↔buxar və ya buz↔buxar sistemləri ola bikər. Üç faza arasındakı tarazılıq halında sistem variantsızdır (nonvariantdır): S=3-3=0 bu hala misal müvazinətdə olan buz↔su↔su buxarı ola bilər. Sərbəstlik dərəcəsinin sıfra bərabər olması o deməkdir ki, sistemin heç bir parametri dəyişdirilə bilməz.
Qoldşmidtin fazalar qaydası
Qoldşmidtin fazalar qaydası - tarazlıq vəziyyətində eyni vaxtda mövcud olan mineralların sayı ilə süxuru təşkil edən sərbəst komponentlərin sayı arasında asılılıq qanunauyğunluğu. Qoldşmidtin fazalar qaydası qısa ifadəsi belədir: "İstənilən təzyiq və temperaturda n sayda komponentdən n-dən artıq mineral sabit müvazinət halında birgə mövcud ola bilməz". Qoldşmidt bu qaydanı qapalı sistemlərə aid etmişdir. == Həmçinin bax == Mineral Süxur Təzyiq Temperatur == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Harper's Bazaar
Harper's Bazaar — Qlamur, moda haqqında aylıq qadınlar üçün jurnal. Əsası 1867-ci ildə ABŞ-də qoyulmuşdu. Jurnal dünyanın 20 ölkəsində çap olunur. == Tarix == ABŞ da tək moda jurnalı olaraq ilk nəşri 1867-ci ildə edilən Harper 's Bazaar; orta-yüksək və yüksək sinifə xitab edən tərzi ilə gözəllikdən modaya, geyimdən məşhur mədəniyyətə çox sahədə cəmiyyətə istiqamət verir. Harper & Brothers adlı şirkətə sahib Fletcher, James, John və Cozef qardaşları tərəfindən qurulan jurnalın adı Harper s Bazar idi. Jurnalın 1913-cü ildə Harper qardaşlar William Randolph Hearst'e satılması nəticəsində Hearst şirkətin təzyiqi edildi və adı Harper 's Bazaar olaraq qaldı. == Harper’s Bazaar dünyada == Jurnal dünyanın 28 ölkəsində çap olunur: == Redaktorlar == Mary L. Booth (1867–1889) Margaret Sangster (1889–1899) Elizabeth Jordan (1900–1913) William Martin Johnson (1913–1914) Hartford Powell (1914–1916) John Chapman Hilder (1916–1920) Henry Blackman Sell (1920–1926) Charles Hanson Towne (1926–1929) Arthur H. Samuels (1929–1934) Carmel Snow (1934–1957) Nancy White (1957–1971) James Brady (1971–1972) Anthony Mazzola (1972–1992) Liz Tilberis (1992–1999) Katherine Betts (1999–2001) Glenda Bailey (2001–indiyə kimi) == İstinadlar == == Xarici keçidlər == Harper's Bazaar official website Harper's Bazaar UK official website Harper's Bazaar Australia official website Arxivləşdirilib 2021-11-08 at the Wayback Machine Harper's Bazaar Russia official website "Harper's Bazaar Romania" official website Arxivləşdirilib 2013-08-15 at the Wayback Machine "Harper's Bazaar Vietnam's official Facebook page" Online archive Arxivləşdirilib 2011-04-16 at the Wayback Machine of early covers NYPL Digital Gallery. Illustrations from Harper's Bazaar, various dates Cornell University.
Rəqs edən bağalar (film, 1935)
== Məzmun == Burada Qambay adlı oğlanın atası ilə sirkə getməsindən, heyvanların oyun çıxarmalarını görəndən sonra təlimçi olmaq fikrinə düşməsindən bəhs edilir. == Film Haqqında == Film yazıçı Abdulla Şaiqin "Oyunçu bağa" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Abdulla Şaiq Ssenari müəllifi: Aleksandr Popov Quruluşçu operator: Muxtar Dadaşov İkinci rejissor: Qəmər Salamzadə == İstinadlar == == Mənbə == Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 132. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.