Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Endless Summer
Endless Summer — Alman müğənni Okeana Malmannın "My House" (2012) adlı ikinci albomundan bir UEFA Avro 2012 -nin rəsmi mahnısı idi.Mahnının bir hissəsini UEFA Euro 2012 video oyununda eşitmək olar.
Cucumis melo var. adress
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Anemas ailəsi
Anemalar (yun. Ἀνεμᾶς) — IX–XV əsrlərdə mövcud olmuş Bizans aristokrat ailəsi. Adın mənşəyi və etimologiyası qeyri-müəyyəndir. Adın "anemos", yəni "külək" sözü ilə əlaqəli olması güman edilir, lakin filoloq Fedon Kukules "kələfçə" mənasını verən "anem"dən törəməsi ehtimalını da təqdim etmişdir. Fransua Şalandon kimi digər alimlər ailənin xristianlığı qəbul edərək Bizans ordusuna qoşulan sonuncu Krit əmirinin oğlu Anemasın nəslindən gəldiyini irəli sürmüşdür. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Kacan, Aleksandr, redaktorThe Oxford Dictionary of Byzantium. Oxford and New York: Oxford University Press. 1991. ISBN 0-19-504652-8. == Əlavə ədəbiyyat == Comnena, Anna, The Alexiad, Sewter, E. R. A. tərəfindən tərcümə olunub, Penguin Classics, 1969 [Written around 1148] Trapp, Erich; Beyer, Hans-Veit; Walther, Rainer; Sturm-Schnabl, Katja; Kislinger, Ewald; Leontiadis, Ioannis; Kaplaneres, Sokrates (1976–1996).
Batori ailəsi
Batori ailəsi — Qutkelid klanına daxil macar zadəgan nəsli. Ailə orta əsrlər dövründə Mərkəzi Avropada vacib rol oynamış, ailənin nümayəndələri Macarıstan krallığının ali hərbi, inzibati və dini vəzifələrində çalışmışdır. Yeni dövrün əvvəllərində ailə bir neçə Transilvaniya şahzadəsi, bir Polşa kralı və Böyük Litva knyazı bəxş etmişdir. Ailənin kökü onların ailə qəsrlərinin yerləşdiyi Şimleu-Silvaniya şəhərindən başlayır. Qəsr XIII əsrdə Mikloş Batori tərəfindən tikdirilmiş və 1319-cu ildə ilk dəfə olaraq bu qəsr barədə məlumatlara rast gəlinmişdir. 1592-ci ildə Batori ailəsi şəhərdə özlərinə malikanə tikdirdikdən sonra qəsr baxımsız vəziyyətdə qalmış və hal-hazırda xarabalığa çevrilmişdir. Batorilərin sonun nümayəndəsi XVII əsrin əvvəllərində Reç Pospolitada yaşamışdır. sonuncu Batoru nümayəndəsi qrafinya Sofya Dyörd II Rakoçinin həyat yoldaşı olmuşdur. Qrafinya 1680-ci ildə Palanok qəsrində dünyasını dəyişmişdir. == Mənşəyi == Ailə macar zadəganlarının daxil olduğu Qutkelid klanına məxsus idi.
Hatoyama ailəsi
Hatoyama ailəsi — Yaponiyanın siyasi ailələrindən biridir. Yaponiyada "Yapon Kennedi ailəsi" olaraq da adlandırılır. Ailənin iki üzvü İchiro Hatoyama 1954–1956 və Yukio Hatoyama 2009–2010 Yaponiyanın Baş Nazirləri olmuşdular.
Kavalalı ailəsi
Kavalalı ailəsi və ya Məhəmməd Əli sülaləsi (türk. Kavalalılar Hanedanı; ing. Muhammad Ali dynasty) — İlk illər Osmanlı imperiyasının tərkibində, daha sonra isə müstəqil şəkildə 1805–1953-cü illərdə Misir və Sudanda hakimiyyəti əlində saxlayan ailə. 1805–1867-ci illərdə vali, 1867–1914-cü illərdə xədiv, 1914–1922-ci illərdə sultan, 1922–1953-cü illərdə isə kral ünvanıyla bölgəni idarə edən bu türk mənşəli ailənin banisi 1805-ci ildə buraya vali təyin edilən Mehmed Əli Paşadır. == Sülalənin mənşəyi == Sülalənin banisi hesab edilən Mehmed Əli Paşa 4 mart 1769-cu ildə Rumeli əyalətinə bağlı Kavalada dünyaya gəldi. Ailənin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyadan Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Ailənin daha sonrakı hakimiyyət illərində türk dilini mənimsəməsi və Osmanlı-türk irsini davam etdirməsi də onların mənşəyi ilə bağlı yetərli məlumatı verir. == Ailənin nəsil ağacı == == Mənbə == Baten, Jörg (2016). A History of the Global Economy.
Kennedi ailəsi
Kennedi ailəsi — bir çox nümayəndəsi məşhur siyasətçi olan və ABŞ-nin rəhbər orqanlarında yüksək vəzifələr tutan İrlandiyalı mənşəli məşhur Amerikan sülaləsi. Kennedilər Katolik, Demokratikdir və Massaçusets ştatındandılar. Ailənin patriarxı Patrik Cozef Kennedi və ən məşhur nümayəndələri nəvələri, 35-ci ABŞ prezidenti Con Fitzcerald Kennedi, 64-cü ABŞ Baş prokuroru Robert Frensis Kennedi və senator Edvard Mur Kennedidir. Kennedi ailəsi nəsillər boyu Con və Robert sui-qəsdləri və dörd təyyarə qəzası da daxil olmaqla faciəvi qəzalar yaşadı. Jurnalistlər bu hadisələr zəncirini "Kennedi lənəti" adlandırdılar . Ailənin qalan üzvləri çox yaşayan (orta yaş — 90 yaş) olublar. == Ailə ağacı == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Kennedi ailəsi ilə əlaqəli mediafayllar var.
Keçəçi ailəsi
Keçəçi ailəsi — Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin idarə olunmasında mühüm rol oynamış və müxtəlif dövrlərdə mühüm vəzifələr tutmuş üzvləri olan zadəgan ailəsi. == Tarixi == Keçəçi ailəsi Təbriz şəhərində məskunlaşan zadəgan ailəsidir. Ailənni adı həmçinin, bəzi mənbələrdə Kuçəçi və ya Kukaçi deyə də qeyd olunur. Ailənin adı tarixi mənbələrdə XV əsrdən XVIII əsrə qədər qeyd olunur. Ailənin ilk məşhur nümayəndəsi Məhəmməd Zəkəriyyə Keçəçidir. O, Ağqoyunlu dövlətində vəzir vəzifəsində çalışmış, lakin sonradan Səfəvi iperiyasının şahı I İsmayılın (1501-1524) tərəfinə keçmişdir. Şah I ismayıl da onu özünə vəzir təyin etmişdir. Zəkəriyyə Keçəçi 1512-1513-cü ildə vəfat etmişdir. Zəkəriyyənin oğlu Cəlaləddin Məhəmməd Təbrizi 1523-cü ildə Şah İsmayıl tərəfindən vəzir təyin edilmiş və I Şah Təhmasibin ilk vəziri olmuşdur. Lakin o, bu vəzifədə çalışarkən Rumlu tayfasına mənsub olan Div Sultan Rumlu tərəfindən qətlə yetirilmişdir.
Kürilər ailəsi
Parisdəki Sorbonna universitetinin teləbəsi Mariya Sklodovskaya ilk dəfə Pyer Küriyə rast gələndə Pyer artıq tanınmış fizik idi. Elmə olan həvəs onları yaxınlaşdırdı. Sonralar onlar bir-birlərini sevdilər, evləndilər, işdə bir-birlərinin ən yaxın məsləhətçisi oldular. Pyer və Mariya varlı deyildilər. Onlar çox sadə yaşayırdılar. Laboratoroya almağa pulları yox idi. Onlar taxtadan tikilmiş köhnə bir daxmada elmi tədqiqatla məşğul olurdular. Daxmaya şüşəli damdan işıq düşürdü. Yayda bura şitillikdəki kimi çox isti olurdu, qışda isə paslı bacası olan çuqun soba otağı güclə qızdırırdı. Lakin bu daxmada Pyer ilə Mariya çox böyük kəşflər etmişdilər.
Malkoçoğlu ailəsi
Malkoçoğulları — adı Malkoç bəy olan və I Murad dövründən etibarən xüsusilə Balkan ölkələrinə edilən axınlarda iştirak etmiş, Türk mənşəli axıncı bəynin soyundan gələn ailə üzvlərinə verilən addır. Malkoçoğulları XIV, XV və XVI əsrlərdə fəal olmuş və apardıqları uğurlu axınlarla tanınmışdılar. Malkoçoğlu axıncıları Silistrə yaxın ərazidə yaşayırdılar. Məlum olan Malkoçoğlu bəyləri qohumluq bağlılıqlarına görə bu şəkildədir: == Ailənin soyağacı == == Malkoç bəy == Sultan I Murad və İldırım Bəyazid zamanının komandanlarındandır. 1389-cu ildə I Kosovo müharibəsində sağ cinah oxatan komandiri kimi vuruşmuş, bu müharibədə oğlu Mustafa bəy də sol cinah oxatan komandiri kimi döyüşdə iştirak etmişdir. Tarix səhifələrində bu müharibədə adı Həmidoğlu Malkoç olaraq geçmişdir. 1396-cı ildə Niğbolu müharibəsində Osmanlı ordusunun sol qanadında komandir olaraq iştirak etmişdir. Malkoç bəyin türbəsi hazırda Bolqarıstan sərhədləri içərisində yerləşən Buryadadır (keçmiş adı Malkoçova). Malkoç bəyin Malkoçoğlu Mustafa bəy və Malkoçoğlu Mehmet bəy adlarında bilinən iki oğlu var. == Malkoçoğlu Mustafa bəy == Malkoç bəyin oğludur.
Malqoçoğlu ailəsi
Malkoçoğulları — adı Malkoç bəy olan və I Murad dövründən etibarən xüsusilə Balkan ölkələrinə edilən axınlarda iştirak etmiş, Türk mənşəli axıncı bəynin soyundan gələn ailə üzvlərinə verilən addır. Malkoçoğulları XIV, XV və XVI əsrlərdə fəal olmuş və apardıqları uğurlu axınlarla tanınmışdılar. Malkoçoğlu axıncıları Silistrə yaxın ərazidə yaşayırdılar. Məlum olan Malkoçoğlu bəyləri qohumluq bağlılıqlarına görə bu şəkildədir: == Ailənin soyağacı == == Malkoç bəy == Sultan I Murad və İldırım Bəyazid zamanının komandanlarındandır. 1389-cu ildə I Kosovo müharibəsində sağ cinah oxatan komandiri kimi vuruşmuş, bu müharibədə oğlu Mustafa bəy də sol cinah oxatan komandiri kimi döyüşdə iştirak etmişdir. Tarix səhifələrində bu müharibədə adı Həmidoğlu Malkoç olaraq geçmişdir. 1396-cı ildə Niğbolu müharibəsində Osmanlı ordusunun sol qanadında komandir olaraq iştirak etmişdir. Malkoç bəyin türbəsi hazırda Bolqarıstan sərhədləri içərisində yerləşən Buryadadır (keçmiş adı Malkoçova). Malkoç bəyin Malkoçoğlu Mustafa bəy və Malkoçoğlu Mehmet bəy adlarında bilinən iki oğlu var. == Malkoçoğlu Mustafa bəy == Malkoç bəyin oğludur.
Mazepa ailəsi
Mazepa (pol. Mazepa, ukr. Мазе́па) — Reç Pospolita və Ukraynada zadagən nəsli. Şlyaxta zümrəsinə aid olan Mazepaların tarixi 1544-cü ilə aid edilir. == Mənbə == Малороссийский гербовник, с. 104 Gajl T. Polish Armorial Middle Ages to 20th Century. — Gdańsk: L&L, 2007. — ISBN 978-83-60597-10-1.
Mediçi ailəsi
Mediçilər (it. Medici) — italyan bank ailəsi, siyasi sülalə və sonradan XV əsrin birinci yarısından Florensiya Respublikasına rəhbərlik edən Kosimo Mediçinin sayəsində kral evinə çevrilmiş ailə. Ailə Toskananın Mucello adlanan bölgəsindən mənşəyini götürmüşdür. Sonradan bank işində təkmilləşərək Mediçi bankını yaradan ailə XV əsr ərzində Avropanın ən böyük bankına çevrilmişdir. Florensiyada olan siyasi güclərinin getdikcə artdığını görən ailə üzvləri özlərini monarx yox, rəsmi olaraq vətəndaş kimi qalmalarını üstün tutmuşdular. Mediçi ailəsindən dörd Roma papası - X Leo (1513-1521), VII Kliment (1523-1534), IV Piy (1559-1565) və XI Leo (1605); Fransanın iki regent kraliçası - Yekaterina Mediçi (1547 -1559) və Mariya Mediçi (1600-1610) çıxmışdır. 1531-ci ildən başlayaraq ailə üzvləri irsilik prinsipinə əsasında Florensiya hersoqlarına çevrilmişdilər. 1569-cu ildə ərazi ekspansiyasından sonra hersoqluq Böyük hersoqluğa çevrilmişdir. Onlar Toskana hersoqluğunu ailənin sonuncu nümayəndəsi Can Qastone Mediçi 1737-ci ildə öldüyü tarixə qədər idarə etmişdilər. Böyük hersoqluq ilkin böyük hersoqlar dövründə iqtisadi gücün artmasının şahidi olsa da, III Kosimo Mediçinin dövründən başlayaraq Toskana hersoqluğu maliyyə cəhətdən bankrot olmuşdur.
Nikkinin ailəsi
Nikkinin ailəsi (çex. Nickyho rodina) — 2011-ci ildə rejissor Matey Minas tərəfindən sənədli dram janrında çəkilmiş Çexiya sənədli filmidir. Filmdə İkinci dünya müharibəsi ərəfəsində 669 nəfər yəhudi əsilli uşağı Hitler qoşunları tərəfindən işğal olunmuş Praqadan Böyük Britaniyaya göndərərək xilas etmiş britaniyalı Nikolas Uinton haqqında danışılır. Ben Abeles — özü rolunda Dalay-lama — özü rolunda Klara İszova — ana rolunda Co Şlezinqer — özü rolunda Mihal Slen — Nikolas Uinton rolunda Nikolas Uinton — özü rolunda Nikkinin ailəsi — Internet Movie Database saytında.
Orsini ailəsi
Orsini — Orta əsrlər, İntibah dövründə Roma, İtaliya və Avropada ən nüfuzlu italyan feodal, zadəgan ailələrindən biri. Orsinilər ailəsinə üç Roma Papası — III Selestino (Celestino) (1191 – 1198), III Nikkolo (Nokolas) (1277 – 1280), XIII Benedikt (Benedetto) (1724 – 1730) daxil olub. Bundan əlavə, ailədə 34 kardinal, çoxlu sayda kondotyer və başqa nüfuzlu, məsul siyasi və dini xadimlər daxil olub III Selestina (Caçinto Bobone Orsini), (1191 – 1198); III Nikolas (Covanni Qaetano Orsini, 1244-dən kardinal), (1277 – 1280); XIII Benedikt (Pyetro Françesko Orsini de Qravina), (1724 – 1730). Pietro Orsini (1181); Matteo Rubeo Orsini (1262); Orsini ailəsi haqda Covanni Bokkaççonun "Dekameron" (5-ci gün, 3-cü novella) əsərində qısa məlumat verilmişdir. Bundan əlavə, mətndə orta əsrlərdə Orsini ailəsinin sahib olduğu Kampo dei Fyori (Campo de' Fiori) qəsri də xatırlanır. Castello Orsini-Colonna di Avezzano; Castello Orsini-Odescalchi di Bracciano; Castello ducale Orsini di Fiano Romano; Castello degli Orsini di Morlupo; Castello Orsini di Nerola; Castello Orsini-Cesi-Borghese di San Polo dei Cavalieri; Castello Orsini di Soriano nel Cimino; Palazzo Ducale di Tagliacozzo; Palazzo Orsini di Bomarzo; Palazzo Orsini di Ghedi; Palazzo Orsini di Gravina; Palazzo Orsini di Licenza; Palazzo Orsini di Milano; Palazzo Orsini di Monterotondo; Palazzo Orsini di Mugnano in Teverina; Palazzo Orsini di Napoli; Palazzo Orsini di Pitigliano; Palazzo Orsini di Sorano.
Rotşild ailəsi
Rotşild ailəsi — Son araşdırmalara əsasən dünyanın ən zəngin ailəsi. Rotşild ailəsi hazırda dünyada fəaliyyət göstərən 10 ən böyük bankdan 3-nün sahibidir. Forbes jurnalının hesablamalarına görə 10–15 trilyon arası bir sərvətə sahib olduqları bildirilir. Rotşild nəslinin ən önəmli şüarı belə idi: "Məlumata sahib olan dünyaya sahibdir". Bu şüarı gerçəkləşdirmək üçün Rotşildlər bütün Avropada ən sürətli kuryer şəbəkəsini yaratmışdı. Onların kuryerləri məlumatı, hətta dövlət kuryerlərindən belə tez çatdırırdılar. 1815-ci ildə Napoleon Vaterloda öz sonuncu döyüşünü keçirir. O, döyüşdə məğlub olaraq İngiltərəni Avropanın birinci ölkəsinə Rotşildləri isə Avropanın bir nömrəli bankirlərinə çevirir. Napoleonun məğlubiyyəti İngiltərə istiqrazlarının qiymətini görülməyən məbləğə çatdıracaqdı. Onun döyüşdə qalibiyyəti isə əksinə — dövlət istiqrazlarının qiymətlərini aşağı salacaqdı.
Safra ailəsi
Safra ailəsi (port. Família Safra) — Braziliyanın ən varlı ailələrindən biri. Əsas fəaliyyətləri bank sahəsindədir. Safra ailəsinin ən məşhur üzvləri bunlardır: Yakob Safra (d. 1891 – ö. 1963) Edmond Safra (d. 1932 – ö. 1999) Moise Safra (d. 1935 – ö. 2014) Cozef Safra (d.
Tletseruk ailəsi
Tletseruk soyu — şimal-qərbi Qafqazın yerli xalqlarından olan adıgeylərin Şapsığ qoluna mənsub çərkəz ailə soyudur. Böyük köçdən əvvəl Krasnodar əyalətinin Tuapse bölgəsi və Soçinin Lazarevski bölgəsində yaşayırdılar. Bu gün isə əsasən, Rusiyaya bağlı Adıgey Respublikasının Pseytuk kəndi də daxil olmaqla, Türkiyənin Aydın, Afyon, İzmir, Çanaqqala, Adabazarı, Çorum, Yozqat, Samsun, Balıkesir və Düzcə vilayətlərində yaşamaqdadırlar. Tletseruklar 1552-ci ildə Qara dəniz sahillərini gəzən genuyalı səyyah Georg İnteriano və 1820-ci illərdə yenə buraları gəzən fransız Leonti Yakovleviç Lyulyenin xatirələrinə görə, Goaiye qəbiləsi içində məskunlaşan böyük bir ailə idi. Goaiyelər daha sonralar Natuhaj qəbiləsinə daxil oldular. Natuhajlar Prezüye, digər adı ilə Psezüape vadisinin üst hissələrində, Tağaps vadisində yaşayırdılar. Adlarındakı fərqlilik nəzərə alındığında Natuhajlarla Şapsığlar fərqli etnoslar kimi görünə bilər, lakin eyni xalqdırlar. Çünki ikisi də Adıgey kökənlidirlər, eyni dildə danışırlar və ortaq olaraq özlərini Aquçips adlandırırlar. Bu adın xüsusi bir mənası yoxdur, lakin qarşılaşdıqlarında onlar üçün bir növ xitab funksiyasını yerinə yetirir. Daha sonralar Natuhaj və Şapsığların bütün qolları öz aralarında qarışdılar.
Çandarlı ailəsi
Çandarlı ailəsi — XIV əsrin birinci yarısında Osmanlı sülaləsi ilə birlikdə tarix səhnəsinə çıxan və Osmanlı dövlətinin böyüməsində önəmli rol oynayan türk əsilli ailə. I Orxan dövründən başlayaraq II Səlimin taxta çıxışının ilk illərinə qədər üləma və siyasətçi zümrəsinə nüfuzlu şəxslər yetişdirmiş ailədir. Hal-hazırda əldə olan şəcərə sənədlərinə görə, bu ailənin bəzi nümayəndələri günümüzdə İznik bölgəsində yaşayır. Çandarlı ailəsinin banisi olan Qara Xəlil Əfəndi ilk Osmanlı padşahı Osman Qazinin qaynatası Şeyx Ədəbalı ilə bacanaq idi və Osmanlı dövlətinin qurulmasında önəmli rol oynamışdı. Qara Xəlil Əfəndidən sonra gələn oğulları və nəvələrindən Əli Paşa, İbrahim Paşa, Xəlil Paşa və II İbrahim Paşa sədrəzəmliyə qədər yüksəlmiş dövlət adamlarıdır. Xəlil Xeyrəddin Paşanın 3 oğlundan ikincisi olan İlyas Paşa isə atası və qardaşları kimi elm sahəsinə yönəlməmiş, bəylərbəyliyinə qədər yüksələrək İldırım Bəyazid dövründə vəfat etmişdir. Məzarının harada olduğu bilinmir. Ailənin Serez kəndində yaşayan qolu İlyas Paşanın nəslindən irəliləyərək günümüzə qədər gəlmişdir. İlyas Paşanın İznikdə bəzi əsərləri və vəqf torpaqları olmuşdur. Onun 1482-ci ilin noyabrında vəfat edən oğlu Davud Çələbi İznikdə babası Xeyrəddin Paşanın türbəsində dəfn edilib.
Putin ailəsi
2000-ci ildən 2008-ci ilə qədər və 2012-ci ildən bu günə qədər Rusiya prezidenti vəzifəsində olan Vladimir Putinin ailəsi rus kəndindəndir. Spiridon İvanoviç Putin (1879–1965) Qorkidə aşpaz olub, oğlu Vladimir (1911–1999) İkinci Dünya müharibəsində iştirak edib, nəvəsi Vladimir (1952-ci il təvəllüdlü) DTK və FSB-də karyera qurub, 1999-cu ildə Rusiya hökumətinin sədri olmuş, 2012-ci ildən yenidən qayıtdığı prezident vəzifəsini icra edir. 1983-cü ildə Putin Lyudmila Aleksandrovna Şkrebneva ilə evləndi və iki qız — Mariya (1985) və Katerina (1986) dünyaya gəldi. 2014-cü ildə məhkəmənin qərarı ilə bu evlilik rəsmən bitdi. Vladimir Putinin ailəsi haqqında çox az rəsmi məlumat var. Hər iki qızın Rusiyada yaşadığı və işlədiyi, 2017-ci ilə qədər prezidentin iki nəvəsi olduğu məlumdur. Bir çox KİV Mariya Putinanı endokrinoloq Mariya Vorontsova, hollandiyalı Jorrit Joost Faassenin həyat yoldaşı, Nomeko şirkətinin həmsahibi ilə eyniləşdirir; Milli İntellektual İnkişaf Fondunun və İnnopraktika şirkətinin rəhbəri, milyarder Kirill Şamalovun həyat yoldaşı Katerina Tixonovanın Putinin ikinci qızı olduğu iddia edilir. Mənbələr arasında Vladimir Putinin müxtəlif biznes strukturlarında tanınmış vəzifələr tutan digər qohumları da var. Bunlar onun əmisi oğlu İqor Aleksandroviç Putin (Master Bank -ın vitse-prezidenti və idarə heyətinin üzvü), əmisi oğulları Roman İqoreviç Putin (MRT Şirkətlər Qrupu MMC-nin direktorlar şurasının sədri, MRT-AVİA-nın ortaq sahibi) və Mixail Şelomovdur. 2022-ci ildə jurnalist araşdırmalarından birinin müəllifləri böyük Kolmar kömür mədən şirkətinin sahibi, Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilevin həyat yoldaşı Anna Evgenievna Tsivilevanı Putinin əmisi oğlu adlandırıblar.
Putinin ailəsi
2000-ci ildən 2008-ci ilə qədər və 2012-ci ildən bu günə qədər Rusiya prezidenti vəzifəsində olan Vladimir Putinin ailəsi rus kəndindəndir. Spiridon İvanoviç Putin (1879–1965) Qorkidə aşpaz olub, oğlu Vladimir (1911–1999) İkinci Dünya müharibəsində iştirak edib, nəvəsi Vladimir (1952-ci il təvəllüdlü) DTK və FSB-də karyera qurub, 1999-cu ildə Rusiya hökumətinin sədri olmuş, 2012-ci ildən yenidən qayıtdığı prezident vəzifəsini icra edir. 1983-cü ildə Putin Lyudmila Aleksandrovna Şkrebneva ilə evləndi və iki qız — Mariya (1985) və Katerina (1986) dünyaya gəldi. 2014-cü ildə məhkəmənin qərarı ilə bu evlilik rəsmən bitdi. Vladimir Putinin ailəsi haqqında çox az rəsmi məlumat var. Hər iki qızın Rusiyada yaşadığı və işlədiyi, 2017-ci ilə qədər prezidentin iki nəvəsi olduğu məlumdur. Bir çox KİV Mariya Putinanı endokrinoloq Mariya Vorontsova, hollandiyalı Jorrit Joost Faassenin həyat yoldaşı, Nomeko şirkətinin həmsahibi ilə eyniləşdirir; Milli İntellektual İnkişaf Fondunun və İnnopraktika şirkətinin rəhbəri, milyarder Kirill Şamalovun həyat yoldaşı Katerina Tixonovanın Putinin ikinci qızı olduğu iddia edilir. Mənbələr arasında Vladimir Putinin müxtəlif biznes strukturlarında tanınmış vəzifələr tutan digər qohumları da var. Bunlar onun əmisi oğlu İqor Aleksandroviç Putin (Master Bank -ın vitse-prezidenti və idarə heyətinin üzvü), əmisi oğulları Roman İqoreviç Putin (MRT Şirkətlər Qrupu MMC-nin direktorlar şurasının sədri, MRT-AVİA-nın ortaq sahibi) və Mixail Şelomovdur. 2022-ci ildə jurnalist araşdırmalarından birinin müəllifləri böyük Kolmar kömür mədən şirkətinin sahibi, Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilevin həyat yoldaşı Anna Evgenievna Tsivilevanı Putinin əmisi oğlu adlandırıblar.
Miranşahi ailəsi
Miranşahi ailəsi — Bayandurlar sülaləsinin ikinci dərəcəli qolu olan ailə. Ailə Teymuri sülaləsi ilə Bayandurlu sülaləsinin qarışığından, yəni Sidi-Əhməd ibn Miranşah Teymuri ilə Uzun Həsənin qızı Rüqəyyə Sultanın evliliyindən ortaya çıxmışdır. Sultan Yaqub Qarabağdakı düşərgədə öldükdən sonra Sufi Xəlilin yardımı ilə oğlu Baysunqur hakimiyyətə gəldi. Baysunqurun taxta çıxışında Miranşahi ailəsinin dəstəyi mühüm rol oynamışdı. Hökmdarlığın faktiki hakimi olan Sufi Xəlil Yaqubun baş komandanı Mirzə Əli ibn Sultanxəlili ələ keçirib edam etdirdi. Onun bu addımı Bayandurluların və Miranşahilərin Sufi Xəlildən uzaqlaşmasına və üsyana başlamasına səbəb oldu. Üsyan nəticəsində hökdmar düşərgəsində qanlı döyüş baş verdi və döyüş nəticəsində Miranşahilərin daxil oldğu koalisiya məğlub oldu. Ağqoyunlu dövləti Teymurilər John E. Woods. The Aqquyunlu: Clan, Confederation, Empire (Revised and Expanded Edition). University of Utah Press.
Addams ailəsi
Addams ailəsi (ing. The Addams Family) — amerikalı karikaturaçı Çarlz Addams tərəfindən yaradılmış uydurma ailə. Çarlzın çəkdiyi rəsmlər 1938-ci ildən 1988-ci ilə qədər "The New Yorker" jurnalda çap olunub. Addams ailəsi haqqında teleseriallar, filmlər, videooyunlar, komikslər və bir çox şey istehsal olunmuşdur. Addams ailəsi başqalarının onları qəribə və ya qorxulu hesab edə biləcəyindən tamamilə xəbərsiz olan, qaranlıq və qorxulu şeylərdə sevinc tapan özünəməxsus imkanlı ailədir. Bu ailənin personajlarına 1964-cü ildə serial çəkilənə qədər ad verilməmişdir. Addams ailəsi Qomez və Morticia Addams, onların uşaqları Venzdey və Paqsli, həmçinin onların yaxın qohumları Fester əmi və Nənədən ibarətdir. Həmçinin onların Lurch adlı sadiq nökərləri də vardır.
Hüquq ailəsi
Hüquq ailəsi və ya hüquq sistemi — müqayisəli hüququn mərkəzi anlayışlarından biri; ümumi hüquq mənbəyi, əsas anlayışlar, hüququn strukturu və onun formalaşmasının tarixi yolu ilə birləşdirilən milli hüquq sistemlərinin geniş məcmusu. Hüquqi ailə termini elmi dövriyyəyə alman alimi Qotfrid Leybnits tərəfindən daxil edilmişdir, o, 1667-ci ildə Nova Methodus Discendae Docendaeque Iurisprudentiae (hüquq elminin öyrənilməsi və tədrisinin yeni üsulları) əsərini latın dilində nəşr etdirmişdir. Məhz bu əsərdə Leybnits ailə-genetik yanaşmadan istifadə edərək bir sıra ölkələrin qanunlarının vahid mənbəsinin olması və inkişafın oxşarlığını vurğulayaraq unikal ailələrdə mümkün birləşməsi ideyasını irəli sürmüşdür . Bir qədər əvvəl Leybnits dil ailəsi (dillər ailəsi) terminini yaradaraq dillərlə bağlı oxşar ideyalar irəli sürmüşdür. Hər bir hüquq sistemi unikaldır, lakin müqayisəli hüquq onların oxşar və fərqli cəhətlərini müəyyən etməklə hüquq sistemlərinin tipologiyasını yaratmağa imkan verir. Bu yolla hüquq ailəsi adlanan hüquq sistemlərinin növləri formalaşır. Meyarlar aşağldakılardır: hüquq mənbələrinin əlaqəsi və istifadəsi, presedentlərin yaradılmasında məhkəmənin rolu, hüquq sisteminin mənşəyi və inkişafı. Ən məşhuru fransız alimi Rene Davidin təsnifatıdır, ona görə aşağıdakılar fərqlənir: Roman-german hüquq ailəsi, Anqlosakson hüquq ailəsi, dini hüquq ailəsi (müsəlman, yəhudi və s.), sosialist hüquq ailəsi, ənənəvi hüquq ailəsi , bəzi digər hüquq ailələr. == Roman-german hüquq ailəsi == Roman-german hüquq sistemi kontinental Avropanın bütün ölkələrinin hüquq sistemlərini birləşdirir. Bu hüquq sistemi Roma hüququnun əsasında yaranmışdır.
Mask ailəsi
Mask ailəsi (ing. Musk family) — əsasən ABŞ və Kanadada fəaliyyət göstərən CAR əsilli ailə. Mask ailəsi ingilis, anql-kanadalı, Pensilvaniya almanı və isveçrəli mənşəlidir. Ailə sahibkarlıq təşəbbüsləri ilə tanınır. "Bloomberg Billionaires Index"in verdiyi məlumata görə, İlon Mask 2023-cü ildə təxminən 232 milyard ABŞ dolları xalis sərvət ilə dünyanın ən varlı şəxsi olmuşdur. == Tarixi == İlon Maskın ata tərəfdən nənəsi holland, ana tərəfdən nənəsi və babasından biri isveçrəlidir. Ata tərəfdən nənəsi Liverpullu ingilis, ata tərəfdən babası isə CAR-lıdır. Ana tərəfdən babası CAR və Kanadada yaşamış səyyahlardır. İlon Maskın atası Errol Mask cənubi afrikalı keçmiş elektrik və mexaniki mühəndəs məsləhətçisi və əmlakçıdır. 1980-ci illərdə bir müddət zümrüd işi ilə məşğul olmuşdur və Cənubi Afrika Mütərəqqi Federal Partiyasının üzvüdür.
Kolonna ailəsi
Sciarrillo və ya Sciarra kimi də tanınan qədim Roma soyadı Kolónnoların (ital. Colonna, lat. Columnensis) nəsli olan Kolónnolar ailəsi və ya Kolónnolar Evi — Orta əsr Roma tarixində böyük rol oynamış, papa zadəganlığının bir hissəsini təşkil edən İtalyan zadəgan ailəsidir. == Tarixi == Nəslin əsasını qoyan 1037-ci ildə Almaniyadan gəlmiş hersoq Stefan hesab olunur. O, Palestrinanın sahibəsi qrafinya Emili ilə evlənmişdir. Onun nəslindən, Tuskulum (ital. Conti di Tuscolo, lat. Comites de Tusculana o de Tusculo) qrafları qanadına aid olan Pietro della Kolonna (1099 — 1151) öz "ləqəbini" (soyadını) rəvayətə görə yaxınlığında yaşadığı Trayan sütunundan almışdır. Burada o, Palestrina daxil böyük ərazilərə və möhtəşəm qəsrlərə malik idi. Başqa bir versiyaya görə isə ailənin soyadı öz mənşəyini Xll əsrdən yaşadığı Roma ətrafindakı Kolonna şəhərciyindən götürür.