Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Airmed
Airmid və ya Airmid — İrlandiya mifologiyasında şəfa ilahəsi, şəfa ilahı Dian Kextin qızı. O, möcüzəvi bir mənbənin köməyi ilə formorlarla döyüş zamanı əsgərlərə həyat və güc vermişdir. Dian Kext, Oxtriullax və Miax ilə birlikdə Airmed tilsimləri Sleyn quyusunda ölüləri diriltməyi bacaran sehrbazlardan biri idi.
Alfred
Alfred — ad. Alfred Nobel — İsveç mühəndis kimyaçısı. Alfred Yodl — Alman Generaloberst Alfred Vegener — alman geoloq və meteoroloqu. Alfred Marşall — ingilis iqtisadçı Alfred Qiqurs — Latviya dövlət və siyasi xadimi Alfred Ceyms Evart — İngiltərə-Avstraliya botaniki Alfred Qarsiya — İspaniya müğənnisi. Alfred Verner — İsveçrə kimyaçısı. Alfred Bine — fransız psixoloqu.
Alardeh (Meşkinşəhr)
Alardeh (fars. الرده‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (8 ailə).
Stefan Malarme
Stefan Malarme (fr. Stéphane Mallarmé; 18 mart 1842[…], Paris – 9 sentyabr 1898[…]) — Fransa yazıçısı və şairi.
Alameda Kolleci
Alameda Kolleci — Kaliforniyanın Alameda şəhərində ictimai icma kolleci. == Akkreditasiyası == Kollec 1968-ci ildə açılıb. O, Orta Təhsildən Sonra Təhsil üzrə Akkreditasiya Şurası və ABŞ tərəfindən tanınan İnstitusional akkreditasiya orqanı olan İcma və Kiçik Kolleclər üçün Akkreditasiya Komissiyası tərəfindən akkreditə edilmişdir. İlk dəfə Alameda Kolleci 1973-cü ildə, son dəfə isə 2012-ci ildə akkreditasiyadan keçib. Alameda Kollecinin fərdi peşə proqramları Amerika Stomatoloji Assosiasiyasının (ASA) Stomatoloji Assistentlər üçün Təhsil Şurası, Federal Aviasiya Administrasiyası (FAA) və Avtomobil Xidməti Mükəmməlliyi Milli İnstitutu tərəfindən akkreditə olunmuş və ya sertifikatlaşdırılmışdır. == Kampusu == Kollecin ilk dərsləri 1968-ci ildə Alameda şəhərinin Mərkəzi prospektindəki Tarixi Alameda Liseyində müvəqqəti müəssisələrdə keçirilirdi. Kollecin Aviasiyaya texniki xidmət proqramlarının dərsləri Oakland Beynəlxalq Hava Limanının şimal sahəsi ilə bitişik, Harbour Bay Parkvey adlı ərazidə keçirilir. == Akademik strukturu == Alameda Kolleci semestr təqvimində ingilis dili və riyaziyyat üzrə əsas bacarıq kursları, həmçinin fərdi laboratoriya dərsləri və başqa kurslar təklif edir. Elmlər və İncəsənət üzrə dərəcələr bir çox sahələrində əldə edilə bilər. Qazanılan kreditlərin əksəriyyəti Kaliforniya Universitetinə, Kaliforniya Dövlət kollec və universitetlərinə və digər dövlət və özəl qurumlara köçürülə bilər.
Alfred Adler
Alfred Adler (7 fevral 1870[…], Rudolfsheim[d], Avstriya-Macarıstan – 28 may 1937[…], Aberdin) — neofreydizmin nümayəndələrindən biri, tanınmış avstriyalı həkim və psixoterapevt, fərdi psixologiyanın yaradıcısı. Adler əvvəllər Ziqmund Freydin tələbəsi və əməkdaşı olmuş, lakin sonralar fikir ayrılıqları üzündən 1911-ci ildə ondan ayrılmışdır və psixoanalitik nəzəriyyənin müxtəlif istiqamətləri üzrə araşdırmalar aparmışdır. Onun əsas anlayışlarını fərdin faktiki vəziyyəti və istəkləri arasındakı ziddiyyətlər təşkil edir. == Bioqrafiyası == Alfred Adler 1870-ci il fevralın 7-də Vyanada şəhər ətrafında yerləşən Rudolfşeymdə anadan olmuşdur. Yəhudi ailəsində dunyaya gələn Alfred 6 uşaqdan ikincisi olmuşdur. Adler uşaqlıqda tez-tez xəstələnərdi. Ona görə də o tərəddüdsüz həkim peşəsini seçir. 1895-ci ildə tibb fakültəsini bitirmişdir , 1897-ci ildən isə elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərmişdir. Daha sonra o psixatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşmışdır. 1902-ci ildə Adler yeni psixologiya istiqamətinin yaradıcısı Ziqmund Freydin ətrafındabirləşərək dərnək yaradan 4 nəfərdən biri olur.1910-cu ildə Freydin təşəbbüsü ilə Vyanadakı psixoanalitik cəmiyyətin rəhbəri olur.
Alfred Bine
Alfred Binet (8 iyul 1857[…], Nitsa, Dənizkənarı Alplar – 18 oktyabr 1911[…], Paris) — fransız psixoloqu. == Həyatı == Hüquq təhsili almış, nevrologiya, gistologiya və s. elmlərlə məşğul olmuşdur. Fransada ilk eksperimental psixologiya laboratoriyasının (Sorbonna, 1889), Fransanın başlıca psixologiya jurnalına çevrilən illik “Ľ Année psychologique” (1894) məcmuəsinin yaradıcılarından biridir (Bine 1894–1911 illərdə jurnala rəhbərlik etmişdir). Şüurun patologiyası, beyin yorğunluğu problemləri, təlqin, qrafologiya və s. sahələrdə elmi araşdırmaların müəllifi olan Binet ali psixi funksiyaların öyrənilməsində ilk dəfə eksperimental metodları tətbiq etmiş, təfəkkürün tədqiqi üçün sorğu vərəqəsi, testlər, kliniki söhbətlər kimi bir sıra yeni üsullar işləyib hazırlamış və onları təkmilləşdirmişdir. == Fəaliyyəti == 20-ci əsrin əvvəllərində T. Simonla birlikdə Bine uşaqlarda yaddaşı, diqqəti, düşüncəni öyrənmək üçün bir sıra eksperimentlər aparmış və onların əsasında ilk intellekt testləri yaratmışdır; əqli cəhətdən zəif uşaqların xüsusi məktəblərə seçilib göndərilməsi məsələsini həll etməyə çalışaraq, intellekt inkişafı cədvəlini (Bine – Simon cədvəli) və müvafiq ölçmələr üçün sadə sınaqlar sistemini işləyib hazırlamışdır; bu proseduranın əsasını xronoloji və əqli yaşın fərqliyi ideyası təşkil edirdi. Cədvəlin yeni variantında (Stenford – Bine cədvəli, 1911) əqli inkişafın səviyyəsi intellekt əmsalını hesablamaqla müəyyənləşdirilir. Bine testləşdirmə hərəkatınınbanisi dir; onun testlərindən bir sıra ölkələrdə geniş istifadə edilmişdir.
Alfred Binet
Alfred Binet (8 iyul 1857[…], Nitsa, Dənizkənarı Alplar – 18 oktyabr 1911[…], Paris) — fransız psixoloqu. == Həyatı == Hüquq təhsili almış, nevrologiya, gistologiya və s. elmlərlə məşğul olmuşdur. Fransada ilk eksperimental psixologiya laboratoriyasının (Sorbonna, 1889), Fransanın başlıca psixologiya jurnalına çevrilən illik “Ľ Année psychologique” (1894) məcmuəsinin yaradıcılarından biridir (Bine 1894–1911 illərdə jurnala rəhbərlik etmişdir). Şüurun patologiyası, beyin yorğunluğu problemləri, təlqin, qrafologiya və s. sahələrdə elmi araşdırmaların müəllifi olan Binet ali psixi funksiyaların öyrənilməsində ilk dəfə eksperimental metodları tətbiq etmiş, təfəkkürün tədqiqi üçün sorğu vərəqəsi, testlər, kliniki söhbətlər kimi bir sıra yeni üsullar işləyib hazırlamış və onları təkmilləşdirmişdir. == Fəaliyyəti == 20-ci əsrin əvvəllərində T. Simonla birlikdə Bine uşaqlarda yaddaşı, diqqəti, düşüncəni öyrənmək üçün bir sıra eksperimentlər aparmış və onların əsasında ilk intellekt testləri yaratmışdır; əqli cəhətdən zəif uşaqların xüsusi məktəblərə seçilib göndərilməsi məsələsini həll etməyə çalışaraq, intellekt inkişafı cədvəlini (Bine – Simon cədvəli) və müvafiq ölçmələr üçün sadə sınaqlar sistemini işləyib hazırlamışdır; bu proseduranın əsasını xronoloji və əqli yaşın fərqliyi ideyası təşkil edirdi. Cədvəlin yeni variantında (Stenford – Bine cədvəli, 1911) əqli inkişafın səviyyəsi intellekt əmsalını hesablamaqla müəyyənləşdirilir. Bine testləşdirmə hərəkatınınbanisi dir; onun testlərindən bir sıra ölkələrdə geniş istifadə edilmişdir.
Alfred Dreyfus
Alfred Dreyfus (fr. Alfred Dreyfus; 9 oktyabr 1859[…], Müluz, İkinci Fransa İmperiyası – 12 iyul 1935[…], Paris) — yəhudi mənşəli fransız zabiti, böyük siyasi əhəmiyyət daşımış Dreyfus işi prosesinin baş qəhrəmanı. == Həyatı == Alfred Dreyfus 1859-cu ildə Elzasda anadan olan yəhudi olmuşdur. O, Fransanın Baş Qərargahında kapitan rütbəsində çalışmışdır. === Dreyfus işi === Bu proses XIX əsrin sonu XX əsrin əvvəllərində Fransa tarixində çox böyük iz buraxmış, o dövrkü Fransa cəmiyyətini "dreyfusçular"a və "antidreyfusçular"a bölmüşdür. Məşhur fransız yazıçısı Emil Zolyanın 1898-ci il yanvar ayının 13-də Parisdə nəşr olunan "L'Aurore" qəzetinin baş səhifəsində Fransa prezidenti Feliks Fora ünvanlanmış "Mən ittiham edirəm" (J'Accuse) başlıqlı məşhur məktubu dərc edildikdən sonra "Dreyfus işi" yeni mərhələyə qədəm qoymuşdur. Bu məsələ ətrafında hakim partiyalar və ordu rəhbərliyi arasında fikir ayrılıqları yaranmışdır. Dreyfusa qarşı irəli sürülən ittihamların əsassız olduğuna inananlar bu işin antisemitizm nümunəsi olduğunu iddia etmişlər. Kapitan Dreyfus 1894-cü ilin dekabrında məhkəmə qərarı ilə hərbi xidmətdən uzaqlaşdırılaraq ömürlük həbs cəzasına məhkum edilmiş və 1895-ci ilin yanvarında cəzasını çəkmək üçün Fransa Qvianasına, paytaxt Kayennadan 11 km aralıda yerləşən Şeytan adalarına göndərilmişdir. 1899-cu ilin sentyabrında kassasiya şikayəti əsasında məhkəmə işinə yenidən baxılmış və Alfred Dreyfusun həbs cəzası 10 ilə endirilmişdir.
Alfred Eyzenştadt
Alfed Eyzenştadt (d. 6 dekabr 1898 - ö. 24 avqust 1995) — alman əsilli amerikan fotojurnalisti. Daha çox Yaponiya üzərində qələbə (V-J Day) fotosuna məşhurdur. Fotoqraf ən çox 35 mm Leica kamerasından istifadə etmişdir. == Həyatı == Alfred Eyzenştadt 1898-ci ildə Almaniya İmperiyasının Qərbi Prussiya vilayətinin Dirşau şəhərində anadan olub. Onun ailəsi 1906-cı ildə Berlinə köçür. Hələ yeniyetmə ikən fotoqrafiyaya vurulur və 14 yaşından foto çəkməyə başlayır. İlk kamerası isə Eastman Kodak Folding Camera şirkətindən olur. A.Eyzenştadt Birinci dünya müharibəsində Almaniya artilleriyasının tərkibində xidmət edir və 1918-ci ildə yaralanır.
Alfred Fo
Alfred Fo (fr. Alfred Faure) — Fransanın Cənub və Antarktika ərazilərinə daxil olan elmi baza. Hind okeanının cənubunda, Kroze adalarına daxil olan Possenson adasında yerləşir. == Araşdırma stansiyası == Dəniz səviyyəsindən 143 m (460 ft) yuxarıda yerləşən bir yaylada qərarlaşır. Adanın şərq tərəfində yerləşir. Mövsümdən asılı olaraq bazada 15-60 arası işçi çalışır. Burada meteoloji, seysmoloji, bioloji və geoloji tədqiqat işləri aparılır. Tədqiqat stansiyası əvvəlcə 1963-64 illərin yay dövründə təsis edilmişdir. Bundan əvvəl burada isə 1961-ci ildə inşa edilmiş müvəqqəti elmi baza vardı. Burada sahili baza ilə birləşdirən kanat yolu vardır.
Alfred Hayoş
Alfred Hayoş (mac. Alfréd Hajós; 1 fevral 1878[…], Budapeşt – 12 noyabr 1955[…], Budapeşt) — Macar üzgüçü və memar. Müasir Olimpiya oyunlarının ilk üzgüçü çempionu və Macarıstanın ilk Olimpiya çempionudur. Tək oyunlarda heç bir digər üzgüçü belə bir yüksək nəticə göstərməmişdir. == Həyatı == Alfred Hayoş Macarıstanın paytaxtı Budapeşt şəhərində anadan olmuşdur və əsl adı Arnold Quttmann idi. 13 yaşı olarkən atası Dunay çayında boğulduqdan sonra mükəmməl bir üzgüçü olacağına söz verdi. İdmançı karyerasında özünə macar adı olan Hayoş (Macarıstanda üzgüçü) təxəllüsünü götürdü. 1896-cı ildə Afinada oyunları keçirilən zaman Hayoş memarlıq fakültəsində təhsil alırdı. Universitetdə ona oyunlarda iştirak etmək üçün icazə verdilər, lakin bu zaman bir sıra çətinliklər meydana çıxdı. O, oyunlardan sonra Politexnik Universitet Dekanlığına geri dönərkən dekan Olimpiya oyunlarındakı uğuruna görə Hayoşu təbrik etmədi və əvəzində isə belə dedi: "Sənin medalların məni maraqlandırmır, amma cavablarını növbəti imtahanınızda eşitmək istərdim".
Alfred Hiçkok
Alfred Cozef Hiçkok (d. 13 avqust 1899, London - ö. 29 aprel 1980, Los-Anceles) — məşhur İngilis-Amerika kino rejissoru və prodüseri, dəhşət filmlərinin ustası. Oskar mükafatı (1940-cı ildə, "Rebekka" filminə görə), Qızıl Qlobus və başqa mükafatları qazandı. Britaniya İmperiyası Ordeninə layiq görülüb. Çəkdiyi ən görkəmli filmləri arasında "Mister və missis Smit" (1941), "Psixo" (1960), "Quşlar" (1963). == Həyatı == Alfred Hiçkok 13 avqust 1899-cu ildə Londonda anadan olmuşdur. == Filmoqrafiya == Şantaj/ Blackmail (1929) Qətl! (film, 1930) / Murder! Rebekka (film, 1940) / Rebecca Psixo (film, 1960) / Psycho Quşlar (film, 1963) / The Birds Marni (film, 1964) / Marnie Cırıq kor (1966) Topaz (1969) Dəlilik (1972) Ailə sahəsi (1976) == Xarici keçidlər == Hiçkok Vikisi Adam öldürəndə kimlər ehtirasa gəlir?
Alfred Jarri
Alfred Jarri (fr. Alfred Jarry, 8 sentyabr 1873[…], Laval – 1 noyabr 1907[…], Paris) — fransız yazıçı, romançı, dramaturq, absurdizmin əsas sələfi , patafizika terminin yaradıcısı. == Həyat və yaradıcılığı == Bretanda tacir ailəsində anadan olmuşdur. 1879-cu ildə valideynlər ayrılarkən, uşaqlar anası ilə qaldı. Rennde təhsil aldı, sonra Parisdə IV Henri liseyində (müəllimlər arasında — Anri Berqson , sinif yoldaşları arasında — gələcək şair Leon-Pol-Farq və gələcək filoloq — Alber Tibode var idi). Ekol Normal məktəbində imtahanlar uğursuz keçdi,daha sonra Sorbonnada eyni nəticə aldı, heç bir zaman ali təhsil almadı. Merkur de Frans metropoliten nəşriyyat evinə daxil olaraq Marsel Şvob və Remi de Qurmon ilə tanış olub, davamlı olaraq nüfuzlu yazar Raşildin evini ziyarət etmişdir. 1894-cü ildə burada "Kral Ubü" adlı kukla dramı ilk dəfə olaraq oxundu. 1896-cı ildə rejissor Orelyen Lünye-Po dramı səhnələşdirdikdən sonra mübahisə yaşanmışdır. Jarri Kolridjin və Stivensonun tərcümə etmişdir, K. D. Qrabbenin «Zarafat, satira, ironiya» komediyasını bərpa etmişdir.
Alfred Jodl
Alfred Yodl (alm. Alfred Josef Ferdinand Jodl‎; 10 may 1890[…], Vürtsburq – 16 oktyabr 1946[…], Nürnberq Məhkəmə Həbsxanası[d]) — Alman Generaloberst. Üçüncü Reyxin hərbi xadimi.
Alfred Kelbassa
Alfred Kelbassa (21 aprel 1925, Helzenkirxen – 11 avqust 1988, Dortmund, Şimali Reyn-Vestfaliya) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. Karyerasının böyük hissəsini "Horst-Emşer" və "Borussiya Dortmund" klublarında keçirmişdir. O, Qərbi Almaniya millisinin heyətində 6 oyuna 2 qol vurmağı bacarmışdır və 1958 FİFA Dünya Kubokunda iştirak etmişdir.
Alfred Kreber
Аlfred Luis Kreber (11 iyun 1876[…], Hoboken, Nyu-Cersi – 5 oktyabr 1960[…], Paris) — Amerikalı antropoloq. == Həyatı == Alfred Kreber XX əsrin, Amerikanin böyük antropoloqlarindan biridir. O, 1876-cı ildə alman mühaciri ailəsində anadan olmuşdur. 1896-cı ildə Kolumbiya kollecində (Columbia College) ingilis dilindən bakalavr təhsili alib,1897-ci ildə isə incəsənət üzrə magistr təhsili alib. Ömrünün çoxunu Kaliforniya universitetində çalişib.Antropologiya üzrə professor rütbəsinəcən yüksəlib, Antropologiya muzeyinin direktoru olmuşdur. Doktorluq müdafiəsi isə 1901-ci ildə olub. Elmi rəhbəri Frans Boas idi. Onun müdafiə etdiyi disertasiya Amerikadakı hindular olan "arapaho" tayfalarından bəhs edir. Bu da Kaliforniya universitetində ilk işdir. Alfred Kreber antropologiya ilə o eyni vaxtda arxeologiya ilə də dərindən maraqlanib.Meksikada,Peruda buna aid çoxlu qazıntılar aparib.
Alfred Körner
`Alfred Körner (alm. Alfred Körner‎; 14 fevral 1926, Vyana – 23 yanvar 2020, Vyana) — hücumçu mövqeyində oynamış Avstriya futbolçusu. Digər futbolçu Robert Körnerin kiçik qardaşı. == Karyerası == === Klub === Karyerasının böyük hissəsini Rapid Vyana klubunda keçirmiş və onunla birlkidə yeddi Avstriya çempionatı, bir Avstriya kubokun və bir Mitropa kubokunu qazana bilmişdir. Karyerasını Admira Vyana klubunda bitirmişdir, klubun adı sonradan "Admira-Energi" olaraq dəyişdirilmişdir. === Milli === Millinin heyətində Alfred 47 oyuna 14 qol vurmuşdur. İlk oyununu 1947-ci ilin oktyabr ayında Çexoslovakiyaya qarşı keçirmişdir. 1948 Olimpiya Oyunları və 1954 (bürünc medal qazanmışdır) və 1958 Dünya Çempionatlarında iştirak etmişdir. Son oyunu 1958-ci ilin oktyabrında Fransa millisinə qarşı keçirdi.
Alfred Marşal
Alfred Marşal (ing. Alfred Marshall; 26 iyul 1842[…], London – 13 iyul 1924[…], Kembric[…]) ingilis iqtisadçı və öz vaxtının ən təsiredici iqtisadçılarından biri olmuşdur. Neoklassik iqtisadiyyatın tamamlayıcısı kimi tanınır. Onun "İqtisadiyyatın Prinsipləri" (1890) kitabı İngiltərədə üzün müddət dərslik kimi istifadə olunub. O, tələb və təklif, marjinal fayda və istehsalın xərcləri anlayışlarını qaydaya salınmış halda təqdim edir. == Həyatı == 1842-ci ilin iyulun 26-da Bermondsey, London, İngiltərədə anadan olmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində mə'lum olduğu kimi dünya kapitalist iqtisadiyyatında ciddi dəyişikliklər baş verdi. Kapitalizm öz fərdi fəaliyyətini genişləndirib, ictimai xarakter almağa başladı. Belə şəraitdə baş verən iqtisadi hadisələrə klassik yanaşmaq metodundan fərqli olaraq, yeni yanaşma metodları baş verdi. İqtisadi hadisələr təkcə əmək-dəyər baxımından deyil, subyektiv psixoloji və faydalılıq baxımından qiymətləndirilməyə başladı.
Alfred Zampa
Alfred Zampa (12 mart 1905, Selby[d], Kaliforniya – 23 aprel 2000, Tormey[d], Kaliforniya) — Kaliforniyanın bir mahalı olan Qərbi Kontra-Kosta qraflığında əsas körpü inşaatçılarından biri. O, 1905-ci ildə Nyu-Yorkda anadan olub və 2000-ci ildə ölümünə qədər tikinti sənayesində fəal olub. Zampa San-Fransisko körfəz sahəsindəki körpü layihələrində, xüsusilə Qolden Qeyt körpüsü və Karkines körpüsünün tikintisində ön plana çıxmışdır.
Alfred Döblin
Alfred Döblin (10 avqust 1878[…], Şetsin, Prussiya – 26 iyun 1957[…] və ya 24 iyun 1957) — Almaniya yazıçısı və jurnalisti. == Yaradıcılığı == Alfred Döblinin bütün yazdığı əsərləri ən məşhuru kollaj şəklində ekspressionizm və İtaliya futurizminin texnikasına yaxın olan "Berlin, Aleksanderplats" (1929) 1920-ci illərdə Berlində həyatı canlandıran romandır. O, bir neçə dəfə lentə alınmış (ilk dəfə 1931-ci ildə) və ildən-ilə ekspertlər tərəfindən alman dilində yazılmış ən yaxşı beş kitaba daxil edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Сайт международного общества Дёблина (англ.) Дёблин в США (англ.) Страница на сайте IMDB Линки Олег Комраков.
Alfred Marşall
Alfred Marşal (ing. Alfred Marshall; 26 iyul 1842[…], London – 13 iyul 1924[…], Kembric[…]) ingilis iqtisadçı və öz vaxtının ən təsiredici iqtisadçılarından biri olmuşdur. Neoklassik iqtisadiyyatın tamamlayıcısı kimi tanınır. Onun "İqtisadiyyatın Prinsipləri" (1890) kitabı İngiltərədə üzün müddət dərslik kimi istifadə olunub. O, tələb və təklif, marjinal fayda və istehsalın xərcləri anlayışlarını qaydaya salınmış halda təqdim edir. == Həyatı == 1842-ci ilin iyulun 26-da Bermondsey, London, İngiltərədə anadan olmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində mə'lum olduğu kimi dünya kapitalist iqtisadiyyatında ciddi dəyişikliklər baş verdi. Kapitalizm öz fərdi fəaliyyətini genişləndirib, ictimai xarakter almağa başladı. Belə şəraitdə baş verən iqtisadi hadisələrə klassik yanaşmaq metodundan fərqli olaraq, yeni yanaşma metodları baş verdi. İqtisadi hadisələr təkcə əmək-dəyər baxımından deyil, subyektiv psixoloji və faydalılıq baxımından qiymətləndirilməyə başladı.
Alfred Meyer
Dr. Alfred Meyer (5 oktyabr 1891, Göttingen – 11 aprel 1945) nasist zabiti idi. Avropada İkinci Dünya Müharibəsinin sonunda, ölümünə qədər Staatssekretär və Reyx işğalı altındakı Şərq regionları Nazirliyinin (Reichministerium für die Besetzten Ostgebiete və ya Ostministerium) nazir idi. Həm də toponomiyanı öyrənən bir arxeoloq idi. == Gənclik == Meyer Göttingen şəhərində bir hökumət rəsmisinin oğlu olaraq anadan olub. 1911-ci ildə Soesti bitirib Gimnaziyada oxudu. 1912-ci ildə Infanterieregiment 68 (Koblenz) ilə bir Fahnenjunker (hərbi tələbə) oldu. 1913-cü ildə zabit imtahanından keçdi. Birinci Dünya Müharibəsi dövründə iki dəfə Dəmir Xaç medalı qazandı. Qərb cəbhəsində Infanterieregiment 363 qoşununun tərkibində döyüşdü.
Alfred Mezon
Alfred Mezon (1808 – 12 yanvar 1885) — ingilis memar. O, Londonda Parlament Palatasının tikintisində Çalz Berriyə yardım edib və bir sıra digər görkəmli binaların tikilməsi ilə məşğul olub. == Həyatı == O, Londonda Parlament sarayının tikintisində Çalz Berriyə yardım edib və bir sıra digər görkəmli binaların tikilməsi ilə məşğul olub. Mezon Londonda doğulub və burada təhsil alıb, və həyatının erkən illərini Yorkşirdə Veykfild şəhərində memar və səyyah kimi keçirtmişdir. 1842-ci ildə memar Çarlz Berrinin dəvəti ilə Parlamet sarayının yeni binasında konstruksiya və mühəndislik işləri ilə məşğul olmaq üçün Londona gəlir və iş bitənə kmi Çarlzın köməkçisi kimi fəaliyyət göstərir. Səyahətçi və mühəndis kimi çox tanınırdı və 1851 və 1862-ci illərdə beynəlxalq sərgilərdə, həmçinin, bir sıra digər ictimai binaların tikintisində memar olmuşdur. Aleksandra sarayının yanğın nəticəsində dağılmasından sonra Con Conson ilə birlikdə onun yenidən bərpasında iştirak etmişdi.
Alfred Neuland
Alfred Neuland (10 oktyabr 1895 – 16 noyabr 1966, Tallin) — Estoniyalı ağır atlet. Alfred Neuland 1920-ci ildə Antverpen şəhərində baş tutan V-ci Yay Olimpiya Oyunlarının qızıl, 1924-ci ildə Paris şəhərində baş tutan VI-cı Yay Olimpiya Oyunlarının isə gümüş medalçısıdır. Alfred Neuland həmçinin 1922-ci ildə Dünya Çempionatının qızıl medalçısıdır. == Həyatı == Alfred Neuland 10 oktyabr 1895-ci ildə Estoniyanın Valqa şəhərində anadan olmuşdur. == Karyerası == Alfred Neuland 1920-ci ildə Belçikanın Antverpen şəhərində baş tutan V-ci Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarında iştirak etdi. Alfred Neuland 1-ci cəhd də 72.5 kq., 2-ci cəhd də 75 kq. və sonuncu üçüncü cəhd də 110 kq. ram etdi və V-ci Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. O həmçinin Yay Olimpiya Oyunlarında qızıl medal qazanan birinci Estoniyalı idmançı oldu. 2 ildən sonra isə Estoniyanın paytaxtı Tallin şəhərində baş tutan Dünya Çempionatına qatıldı.
Axaməd
Axaməd (əvvəlki adı: Ağəhməd) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kənd inzibati ərazi dairəsi tərkibindəki Ağəhməd kəndi Axaməd kəndi adlandırılmışdır.
Ağamməd Abdullayev
Ağamməd Səməd oğlu Abdullayev — ADPİ-də rektor (1966-1970) == Həyatı == Ağamməd Abdullayev 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirıniş (1926)Abdullayev Ağamməd Səməd oğlu 1976-cı ildə vəfat etmişdir.
Ağamməd Ağamalıyev
Ağamməd Şixməmmədov