Alfred Marşall

Alfred Marşal (ing. Alfred Marshall; 26 iyul 1842[1][2][…], London[3]13 iyul 1924[2][1][…], Kembric[2][4][…]) ingilis iqtisadçı və öz vaxtının ən təsiredici iqtisadçılarından biri olmuşdur. Neoklassik iqtisadiyyatın tamamlayıcısı kimi tanınır. Onun "İqtisadiyyatın Prinsipləri" (1890) kitabı İngiltərədə üzün müddət dərslik kimi istifadə olunub. O, tələb və təklif, marjinal fayda və istehsalın xərcləri anlayışlarını qaydaya salınmış halda təqdim edir.

Alfred Marşal
ing. Alfred Marshall
Doğum tarixi
Doğum yeri London, İngiltərə
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Kembric, İngiltərə
Vətəndaşlığı

{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Elm sahələri İqtisadiyyat
Neoklassik iqtisadiyyat
İş yerləri
Təhsili
Tanınmış yetirmələri Neoklassik iqtisadiyyatçılar, Con Meynard Keyns, Artur Sesil Piqu, Gari Beker
Tanınır Neoklassik iqtisadiyyatın banisi
İqtisadiyyatın Prinsipləri (Principles of Economics) (1890)
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1842-ci ilin iyulun 26-da Bermondsey, London, İngiltərədə anadan olmuşdur.

Elements of economics of industry, 1892

XIX əsrin sonu XX əsrin əvvəllərində mə'lum olduğu kimi dünya kapitalist iqtisadiyyatında ciddi dəyişikliklər baş verdi. Kapitalizm öz fərdi fəaliyyətini genişləndirib, ictimai xarakter almağa başladı. Belə şəraitdə baş verən iqtisadi hadisələrə klassik yanaşmaq metodundan fərqli olaraq, yeni yanaşma metodları baş verdi. İqtisadi hadisələr təkcə əmək-dəyər baxımından deyil, subyektiv psixoloji və faydalılıq baxımından qiymətləndirilməyə başladı. İqtisadi tədqiqatların belə yanaşılması ingilis iqtisadçısı Alfred Marşallın (1842–1924) əsərlərində aparılmağa başlanmışdır.

Kembric universitetinin professoru A. Marşallın "İqtisad elminin əsasları" (1890), "Sənaye və ticarət" (1922) əsas iqtisadi əsərləri kimi "son faydalılıq", "son məhsuldarlıq" ideyaları öz əksini tapmışdır. Neoklassik elmi cərəyanın banilərindən hesab olunan A. Marşall iqtisad elmində klassik iqtisadi nəzəriyyə ilə marjinalizmin inqilabi nailiyyətlərini sıxı surətdə birləşdirən iqtisadçıdır. İlk dəfə olaraq siyasi iqtisadı "ekonomiks" termini ilə əvəz etməklə, iqtisadi nəzəriyyəni praktika ilə qrafik metodla, riyazi yolla birləşdirməyə cəhd göstərən mütəfəkkirlərdəndir.

Siyasi iqtisadın predmetinin rifah halının maddi əsasının yaradılması və istifadə olunması fəaliyyətindən ibarət olduğunu qeyd edir. Avstriya iqtisadçılarından başlamış siyasi iqtisadın predmetinin iki müstəqil obyektə bölünməsini makroiqtisadiyyat və mikroiqtisadiyyatdan ibarət olduğunu əsaslandırır.

İqtisadiyyatın hərəkətverici qüvvələri sırasına iqtisadi sərbəstliyə və rəqabətə üstünlük verən A. Marşall iqtisadi məqsədlərin formalaşması prosesini əsaslandırır.

Marşall iqtisadi təliminin əsasında, ilkin marjinalistlər göstərdikləri bazarın tələb, təklif və qiymət amilləri arasındakı funksional asılılıq əlaqəsini nəzərə almaqla, o göstərmişdir ki, bu əlaqə sadə xarakter daşımır. O göstərdi ki, qiymətin aşağı düşməsi ilə tələb artır. Lakin qiymətin aşağı düşməsi ilə təklif də aşağı düşür, qiymətin artımı ilə isə artır. Ona görə də A. Marşall, sabit və yaxud müvazinatlı elə qiymətin olmasını göstərirdi ki, o tələb və təklif üst-üstə düşdüyü nöqtə ilə tuş gəlsin. Beləliklə, kəmiyyət qiymətləndirilməsinin əhəmiyyətini iqtisadiyyata gətirən Marşall, onun kasıb və dövlətlilər üçün daşıdığı əhəmiyyəti göstərmişdi. "Ekonomiks" adı ilə iqtisadi nəzəriyyəyə dəqiq elmlər kimi baxan Marşall, göstərirdi ki, iqtisadi həyata siyasi təsirlərdən, dövlət müdaxiləsindən kənar baxmaq lazımdır.

A. Marşall "Ekonomiksin prinsipləri" adlı əsəri ilə iqtisad elmində "müvazinatlı qiymət" anlayışı ilə bazar iqtisadiyyatında baş verən bütün funksional dəyişikliklərin sistemli yanaşma üsulunun əsasını yaratdı. İqtisadi fikir tarixində ən şəxsiyyətlərdən olan Alfred Marşall 1842-ci ildə Londonda bank işçisi ailəsində olmuşdur.

Atası Ulyams Marşall öz xarakterinə görə olduqca sərt, qəti və qəddar xarakterli, protestant ruhlu dindar bir şəxs idi. Onun sərt rəftarı ən çox qadınlara, xüsusən həyat yoldaşına idi. Təsadüfi deyildir ki, o hətta "kişilərin hüququ və qadınların borcu" adlı traktat da yazmışdır. Atasının olduqca ciddi həyat tərzini qəbul etmiş Alfred Marşall da olduqca çalışqan, zəhmətkeş bir gənc kimi təmkinliyi, düşüncəliyi və dərrakəliyi ilə fərqlənirdi.

Təhsil aldığı məktəbdə 1861-ci ildə üçüncü yer tutan Alfred o dövrdəki şərtlərə görə, artıq özünə Oksford kollecinin təqaüdünü almaq hüququnu təmin etmişdir. Sonralar üç illik aspirantura təhsili üçün də belə təqaüdün alınması hüququnu əldə etmişdir. Oğlunu belə zəngin biliklə ruhani görmək istəyən atasından fərqli olaraq, Alfred daha perspektivli həyat yolu axtarmağı üstün tuturdu. Ona görə də qədim dilləri öyrəndiyi Oksforddan Kembric universitetinin riyaziyyat fakültəsinə keçməyi qət etdi. Təhsil haqqının ödənilməsinə dayısı Çarlizin köməyi sayəsində, artıq o 1865-ci ildə riyaziyyat üzrə ikinci yeri tutdu.

1866-cı ildə Marşallın Ruhani Con Qrautun təsis etdiyi klubda iştirakı və onun mənəviyyatın fəlsəfəsi mühazirələrini dinləməyi, onda ciddi mənəvi dünyagörüşünün dəyişilməsinə səbəb olur. C. L. Milin "Kamiltonun fəlsəfəsinin tədqiqi" və C. Darvinin "Növlərin mənşəyi" əsərləri A. Marşallın fəlsəfi dünyagörüşünə ciddi təsir göstərir və etikaya meyl göstərir.

Məhz etika problemlərinin tədqiqi ilə o, iqtisad elminə gəlmişdir. Bu istiqamətdə C. S. Milin "Siyasi iqtisad" əsərinin ona böyük təsiri olur. Eləcə də 1868-ci ildə Almaniyaya Kantın əsərlərinin orijinaldan oxumaq fikri ilə səfəri də onun iqtisadi dünyagörüşünün formalaşmasına təsir göstərir. Marşalın iqtisadi görüşlərinin samballı şəkildə formalaşmasına təsir göstərən əsas cəhətlər kimi, artıq Smitin iqtisadi sisteminin, Rikardonun iqtisadi təliminin və Milin iqtisadi ideyalarının İngiltərə təhsil sistemində aparıcı mövqedə durması xüsusi təsir göstərmişdir.

Eyni zamanda Almaniyada formalaşmış fəlsəfi baxışların mövcud olması Marşallın iqtisadi hadisələrin tətbiqindəki mövqeyinə ciddi təsir göstərmişdir. Eyni zamanda Almaniyada formalaşmış tarixi məktəb nümayəndələrinin, xüsusən Romerin iqtisadi görüşləri Marşalda ciddi elmi maraq yaratmışdı.

Fransanın "fiziokratlar" məktəbinin nümayəndələrinin, eləcə də kəmiyyət nəzəriyyəsinin yaradıcılarının əsasən Kurnonun fikirləri ona iqtisadi hadisələrin izahını yeni metodla, qrafik üsulla şərh etməyə imkan vermişdir.

Marşalın riyazi təfəkkürü, fəlsəfi baxışı, iqtisadi düşüncəsi onda yeni bir iqtisadi nəzəriyyənin formalaşmasına imkan verir. Marşalın iqtisadiyyat sahəsindəki ilkin tədqiqatları 1867-ci ildə başlayır və 1883-cü ilə qədər davam edərək bitkinləşir. A. Marşall da Kembric universitetindəki həm müəllimlik, həm də tədqiqatçılıq fəaliyyəti ona 1875-ci ildə "Pul, kredit və ticarət" adlı əsərini yazmasına imkan verir. Bir cəhəti də qeyd etmək lazımdır ki, Marşalın iqtisadi görüşlərinin formalaşması elə bir dövrü əhatə edirdi ki, o dövrdə siyasi iqtisad sahəsində artıq özünə həyat vəsiqəsi almış sanballı əsərlər dərc olunmuşdur.

C. S. Milin 1848-ci ildə ilk dəfə dərc olunan əsəri 1871-ci ildə 7-ci dəfə düzəlişlərlə təkrar nəşr olunmuşdu. 1868-ci ildə K. Marksın "Kapital" əsəri meydana çıxmışdı.

1871-ci ildə Cevonsun "Siyasi iqtisad nəzəriyyəsi" əsəri, 1871-ci ildə Mengerin "Xalq təsərrüfatı haqqında elmin əsasları" və s. dərc olunmuşdu. Digər tərəfdən, Mill və Rikardonun iqtisadi nəzəriyyədə elmi nüfuzları olduqca böyük idi. Lakin riyazi təfəkkür tərzini iqtisadi dillə izah etmək Marşalın ən böyük arzusu idi və özünün qeyd etdiyi kimi, bu onda 1835-ci ildə dərc olunan Kurnonun "Sərvət nəzəriyyəsinin riyazi prinsipləri" əsərini oxuduğu zaman baş qaldırmışdır.

Rikardonun bir sıra təlimlərini, daha aydın və ümumiləşmiş şəkildə riyazi dilə çevirən Marşall, eyni zamanda meydana çıxan yeni iqtisadi konsepsiyalara, xüsusən alman iqtisadçıları Romerin, Marksın, Lassalın fikirləri onu ciddi elmi axtarışlar etməyə məcbur etmişdi. O qeyd edirdi ki, sosialistlərin məqsəd qoyduqları insanların qeyribərabərliyinin əsası olduğunu xüsusi mülkiyyətin məhv edilməsi probleminin həlli nə qədər çətin olduğunu görə bilməmişlər. Bu məqsədlə o biznesin praktiki sahələri və zəhmətkeş sinfinin həyatı ilə daha yaxından məşğul olmağa başlamışdır. Xarici ticarətin rolunun tədqiqatına da geniş yer verməyə başlamışdır. Bu istiqamətdə Amerikadakı proteksionist siyasətin mahiyyətini aydınlaşdırmağa cəhd göstərmişdir. Lakin vaxtı ilə tələbəsi olmuş, həyat yoldaşı Meri Peyli ilə "Sənayenin iqtisadiyyatı" əsərini yazması bu işi yarımçıq qoyur.

Marşalın iqtisadi nəzəriyyəsinin meydana gəlməsinə əsas təsiri Milin, Rikardonun, Kurnonun əsərləri olmuşdur. Eyni zamanda Alman iqtisadçısı Roşerin tədqiqat üsulunun da onun iqtisadi fikirlərinin formalaşmasına təsir göstərmişdir.

Marşall qeyd edirdi ki, bizim təbiət haqqındakı təsəvvürlərimiz istər mənəvi, istərsə də maddi sferalarda olsun, sadəcə məcmu kəmiyyətlərə aid etmək olmaz, onlar artan kəmiyyətlərə yönəldilməlidir. Çünki, şeyə olan tələb, daimi funksiya daşıyır. O cümlədən tələbin, "son həddi", sabit müvazinat şəraitində bu şeyin istehsalı onun artan dəyərinə uyğun olaraq bərabərləşir.

Beləliklə, ilk dəfə olaraq o özünün iqtisadi hadisələrin tədqiqində qrafik metodun tətbiqi ideyasını əsaslandırır. Bu dövrdə artıq Cevons, Marşalın olduqca ləng tətbiq etdiyi məvhumları ardıcıl olaraq öz əsərlərində dərc etdirir. Məsələn, faydalılıqla bağlı hədd, son hədd, sonuncu kimi məvhumları qeyd etmək olar.

Lakin, Cevons əgər iqtisadi hadisələrin şərhini zahiri, tələm-tələsik göstərirdisə, lakin, Marşall bu hadisələrin baş verməsi səbəbləri, onların daxili motivləri haqqında düşünürdü.

Nəhayət, qrafik metod vasitəsi ilə iqtisadi ideyalarını şərh edən Marşall, 1890-cı ildə 6 kitabdan ibarət "Ekonomiksin prinsipləri" əsərini dərc etdirir. İlk dəfə olaraq riyazi üsullarla, qrafik metodla iqtisadi nəzəriyyəni praktika ilə əlaqələndirməyə cəhd göstərir. Siyasi iqtisad elminin adını ekonomikslə əvəz etmədən əsaslandırır. Düzdür, belə mövqe onu Cevonsun mövqeyi ilə uyğunlaşdırırdı. Çünki Cevons da siyasi iqtisadı ekonomikslə əvəz etməyi qeyd edirdi.

Nəzəri məsələlərin həllində qrafik metodunun, tətbiqinə xüsusi əhəmiyyət verən Marşall qeyd edirdi ki, belə vəziyyət hadisələrin daha aydın, sadə və mükəmməl mənimsənilməsinə səbəb olar.

Bundan əlavə, tələb və təklifin müvazinatına xüsusi əhəmiyyət verən Marşall göstərirdi ki, onların kəmiyyətlərinin dəyişilməsi qiymət problemindən asılıdır. Qiymətin miqyasının dəyişilməsini isə o iki amillə "son faydalılıqla" və "istehsal xərcləri" ilə əlaqələndirir. "Son faydalılıqla" istehsal xərclərini tələb və təklif vasitəsi ilə birləşdirən Marşall qeyd edirdi ki, belə şəraitdə alıcının verdiyi qiymət, əmtəənin faydalılığından asılı olaraq məhsulun maksimum dəyərini müəyyən edir. İstehlakçının məhsula verdiyi qiymət, əgər onun faydalılığı ilə əlaqədardırsa, lakin istehsalçının satdığı məhsulla qoyduğu qiymət isə istehsal xərcləri ilə əlaqədardır. Alıcı və satıcıların məhsulların qiymətləndirilməsi ilə bağlı gəldikləri nəticə bazar qiymətini müəyyən edir.

Kembric məktəbinin başçısı hesab olunan Marşall, eyni zamanda iqtisad elminə " tələbin elas tik liy i" məvhumunu gətirdi. Tələbin elastikliyini, əmtəələrə olan tələb kəmiyyətinin qiymət səviyyəsindən asılılığı kimi müəyyən edən Marşall, artan mövcud ehtiyac tələbi ilə qiymətin artmasını və ya ehtiyacın azalma dərəcəsi ilə qiymətin artması arasındakı nisbəti şərh edirdi.

Beləliklə, Kembric məktəbinin nümayəndələri uzun müddət iqtisadi hadisələrin şərhində "tələbin elastikliyi" məvhumundan istifadə etməklə tələbin qiymətin dəyişilməsindən funksional asılılığını əsas götürdülər. Qeyd etmək lazımdır ki, Kembric universitetində 1868-ci ildə müəllim işləyən 1885-ci ildə "Siyasi iqtisad" kafedrasına başçılıq edən Marşalın iqtisadi ideyaları onun mühazirələrində söylənilirdi. Bu baxımdan onun ideyaları dərc olunmamışdan əvvəl, artıq tələbələr arasında əzbər söylənilirdi. Yeri gəlmişkən demək lazımdır ki, Marşalın pul nəzəriyyəsi ilə bağlı irəli sürmüş olduğu ideyaları mühazirələrinin məhsulu idi. Pul nəzəriyyəsi ilə bağlı irəli sürmüş olduğu fikirlər 1886-cı ildə ticarətdə və sənayedə böhranla bağlı Kral komissiyasında dərc etdirdiyi məcmudakı verdiyi cavablarda öz əksini tapmışdır.

Marşall kəmiyyətli pul nəzəriyyəsini ümumi dəyər nəzəriyyəsinin tərkib hissəsi kimi formalaşdırdığını göstərirdi. O qeyd edirdi ki, pulun dəyəri, bu bir tərəfdən onun təklif funksiyasıdır, digər tərəfdən ona olan tələb funksiyasıdır və o, əmtəələrin orta ehtiyatları ilə ölçülür. Marşall göstərirdi ki, iqtisadi tsiklin müşayiət etdiyi qiymət səviyyəsinin tərəddüdü, əhalinin ehtiyatda saxlamaq istədiyi, "sərəncamda olan" həcmin tərəddüdlüyünə uyğun gəlir.

"Real" faiz dərəcəsi ilə "pul" faiz dərəcəsi arasındakı fərqi şərh edən Marşall göstərirdi ki, bu fərq, pulun dəyərini tərəddüd etdiyi şəraitdə kredit tsiklinə uyğun gəlir.

Sonralar bu fikrini ekonomiksin prinsipləri əsərinin 6-cı kitabında ətraflı şərh edir.

Marşalın mühüm ideyalarından biri də kredit sistemində əlavə pul təklifinin qiymətlərə olan təsirinin səbəb əlaqələrinin, eləcə də uçot əlaqələrinin oynadığı rolu göstərməkdir. İlk dəfə olaraq 1887-ci qızıl və gümüş komissiyasına verdiyi göstərişlərdə də tələbələrə oxuduğu mühazirələrdə, daha sonralar 1899-cu ildə Hindistanın pul sistemi komitəsinə verdiyi göstərişlərdə də bu məsələyə toxunmuşdur.

Məhz Marşalın Kembric universitetində oxuduğu mühazirələr onun ilkin iqtisadi ideyalarının məkanı olmuşdur. Bu baxımdan onun ayrı-ayrı iqtisadi fikirləri Kembric məktəbinin formalaşmasına səbəb olmuşdur. Rikardo nəzəriyyəsinin daha da inkişaf etdirən Maltus xarici ticarətlə bağlı "paritet alıcılıq qabiliyyəti" adlı ideya irəli sürdü. Müqayisəli üstünlükləri prinsipi ilə ölkələr arasındakı xarici ticarət əsaslandırılırdısa, lakin onların valyutadəyişmə kursunun müəyyənləşdirilməsi açıq qalmışdı.

Çünki, metal pulların fəaliyyət göstərdiyi şəraitdə xarici ticarətin aparılması çətin deyildi. Lakin, ictimai əmək bölgüsünün dərinləşdiyi, texniki tərəqqinin iqtisadiyyatda aparıcı rol oynadığı bir şəraitdə ölkələr arasındakı mal mübadiləsi dönərli valyuta əsasında aparılmasını tələb edirdi. Bununla əlaqədar Marşallın "paritet alıcılıq qabiliyyəti" nəzəriyyəsində ölkələr arasında qarşılıqlı olaraq qeyri-dönərli valyutaların dəyişilmə kursu müəyyənləşdirildi. O göstərirdi ki, V ölkəsi qeyri dönərli kağız pula malikdir (deyək ki, rubl) hər ölkədə qiymət, pul kütləsinin həcmi ilə onun yerinə yetirdiyi funksiyalar arasındakı nisbətlə müəyyənləşdiriləcək. Rublun qızıldakı qiyməti ticarətin gedişatını müəyyənləşdirəcək. Bu eyni ilə A ölkəsinin qızıl qiyməti ilə V ölkəsinin rubl qiyməti arasındakı nisbəti də təyin edəcək. Maraqlı fikirlərdən biri də indekslərin "Zəncirvari" metodla tərtib edilməsidir.

Marşalın irəli sürdüyü mühüm ideyalardan biri də qızılgümüş standartlarına əsaslanan tədavülə kağız pulların buraxılması məsələsi idi. Bu istiqamətdə də o Rikardonun qənaətli və möhkəm pulların tədavülə buraxılması fikrinə əsaslanmışdı. Lakin o qeyd edirdi ki, adi bimetalizm hər şəraitdə alternativ metalizm meylini təzahür etdirəcəkdir. Marşall göstərirdi ki, mənim alternativ planımın mahiyyəti ondan ibarətdir ki, sadəcə olaraq qızıl və gümüş külçələri müəyyən çəkidə əridib hazırlasınlar. Tutaq ki, 2000 qramlıq gümüş, 100 qramlıq qızıl külçələr hazırlansın. Belə şəraitdə hökumət hər vaxt həmin külçələrin qeyd olunmuş müəyyən qiymətdə alınmasına və satılmasına hazır olduğuna təminat verməlidir. Bu planın reallaşmasına hər hansı bir ölkə, başqa bir ölkə ilə razılaşmadan istədiyi vaxt başlaya bilər. Marşalın pul nəzəriyyəsi ilə bağlı fikirləri o qədər tutarlı və sadə görünürdü ki, o heç vaxt onların hər hansının qəbul etməsini təkid etmirdi. Bununla əlaqədar onun pul təklifinin tənzimlənməsi ilə əlaqədar dediyi fikir çox təqdirəlayiqdir. O, qeyd edirdi ki, pul təklifinin, onun sabitliyi məqsədi ilə tənzimlənməsi beynəlxalq deyil, milli olmalıdır.

Öz yaradıcılıq ənənələrinə sadiq qalan Marşall göstərdi ki, iqtisad elmi konkret həq i qə t lər in məcmusu olmayıb, o sadəcə konkret həqiqətlərin açılması üçün bir vasitədir.

İqtisadi hadisələrin təhlilinin aparılması üçün bir vasitə kimi nəzərdə tutulması, Kembric məktəbinin inkişafına və onun tədrici müvazinat və ya təkamül nəzəriyyəsi əsasında formalaşmasına şərait yaratmışdır. O qeyd edirdi ki, artıq qarşılıqlı əlaqədə və qarşılıqlı təsirə malik olan iqtisadi hadisələrin səbəbini təmkinlə təhlil etməli və onların müşahidə olunacaq nəticələrini göstərmək lazımdır. 1907-ci ildə "Prinsiplərin" 5-ci nəşri ərəfəsində A. Marşall qeyd edirdi ki, mən, artıq 1885-ci ildə bu əsəri 3 cilddə dərc etdirmək istəyirdim. I. "Sənayenin və ticarətin fəaliyyət göstərməsinin müasir şəraiti"; II. "Kredit və məşğulluq"; III. "Hökumətin iqtisadi funksiyaları".

Lakin buna baxmayaraq bu istiqamətdə "Prinsiplər" əsəri yazılmasa da, o öz ideyasını 77 yaşında ikən 1919-cu ildə nəşr etdirdiyi "Sənaye və ticarət" əsərində qismən də olsa reallaşdıra bilmişdir. Üç kitabdan ibarət olan bu əsərin I kitabı, "Sənayeləşmənin və ticarətin hazırkı problemlərinin bəzi kökləri". Burada sənayeləşmə prosesinin tarixi və onun İngiltərədə, Fransada, Almaniyada və ABŞ-də XIX əsrin ikinci yarısında gedən meyllər və bu istiqamətdə onların liderlik uğrundakı mübarizələri şərh edilir. "Biznesin təşkilində hakim meyllər" adlandırılan II kitabda biznesin təkamül yolu, onun tarixi şəraiti eləcə də XIX əsrin ikinci yarısında biznesin təşkili ilə bağlı mütərəqqi meyllərin istiqamətləri izah edilmişdir. Əgər I kitabda iqtisadi inkişafın milli miqyasının ölkələr üzrə qısa xülasələri şərh edilirdisə, II kitabda göstərilən ölkələrin texniki-iqtisadi inkişafının maddi əsasları və imkanları izah edilirdi. III kitab "İnhisarçı meyllər və onların ictimai rifah halı ilə əlaqəsi". Artıq Marşall burada həmin dövrdə inhisarın iqtisadi formaları olan trestə, kartelə, kombinata, eləcə də nəqliyyata aid olan problemlər tədqiq edilmişdir.

Bu əsərində Marşall artıq olduqca çox böyük bir ümumiləşmə edir. Avropada XIX əsrin sonunda formalaşmış kapitalizmin fərdi formasının dəyişilməsi və cəmiyyətin mənafeyinə uyğun gələn formaya qədəm qoyması labüdlüyünü sübut edir. Beləliklə də Marşall göstərdi ki, iqtisadi davranış və onun nəticəsi, eləcə də biznesin təşkili forması daima dəyişilən istiqamətdə fəaliyyət göstərir.

Əsərin elmi əhəmiyyəti haqqında Keyns göstərirdi ki, bu əsəri oxumağa başlayan kəs heç olmazsa iqtisadiyyat haqqında nəsə bilməlidir. Çünki, əsərdə o qədər müdrik, samballı ideyalar var ki, ondan hər bir tədqiqatçı istənilən çıxış nöqtəsini əldə edə bilər. Məhz bu baxımdan iqtisadiyyatı təzə öyrənməklə onu artıq müəyyən səviyyədə öyrənmiş şəxs üçün Marşalın iqtisadi ideyaları öz əhəmiyyətini əks etdirə bilər. Nəhayət Marşall 1922-ci ildə 80 yaşında ikən özünün sonuncu irimiqyaslı "Pul, kredit və ticarət" əsərini yazır. Marşall burada pul və xarici ticarət nəzəriyyələri sahəsində əməli töhfəsini verir. Burada pulun xarici ticarətdə əlaqədar aktivliyin dönərliyi, tədavülü şərh edilir və onun cəmiyyət səviyyəsində daşıdığı əhəmiyyət göstərilir.

1924-cü ilin iyulun 13-də Kembric, İngiltərədə vəfat edib.

1924-cü ildə ömrünü başa vuran Marşall "Tərəqqi: onun iqtisadi şərti" adlı əsər yazmaq istəyi ona qismət olmur. Onun "Rifah halı" nəzəriyyəsini, məşğulluq, iqtisadi inkişaf nəzəriyyəsini şagirdləri olan iqtisadçı alimlər Piqu və Keyns inkişaf etdirib, onu Marşall zəkası ilə bəhrələnmiş ideyalar ilə zənginləşdirirlər.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 Маршалл Альфред // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1974. Т. 15 : Ломбард — Мезитол. С. 430.
  3. www.accademiadellescienze.it (it.).
  4. Pugh C. D. J., Pugh C. The household, household economics and housing (ing.). // Housing Studies Taylor & Francis, 1997. Vol. 12, Iss. 3. P. 383–392. ISSN 0267-3037; 1466-1810 doi:10.1080/02673039708720903