Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arxac dağı
Arxac dağı – Babək rayonu ərazisində dağ (hünd. 1094,4 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənar hissəsində, Nehrəm kəndindən 4,3 km cənubdadır. Orta Eosenin Lütet mərtəbəsinin alt hissəsinə aid Alt Dərəlik yarımlay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş, sıldırımlı cənub-qərb yamaclarında Üst Tabaşirin Turon mərtəbəsinin alt hissəsinə aid eyniadlı lay dəstəsinin vulkanogen törəmələri açılan günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Uyuk Arxan
Uyuk Arxan — Abidə Uyuk çayının sol sahilindən 2 km aralıda tapılmışdır. Abidə çay daşından ibarətdir. Orxon-Yenisey əlifbası ilə yazılmış 5 sətrlik yazının üstündə maral və qaban şəkilləri var. Abidə qədim türk-run abidələrini tədqiq edən alimlərin bir çoxu tərəfindən tərcümə və nəşr edilmişdir.
Artana
Artana Telavi rayonunda kənd adı. == Toponimkası == Artana- Telavi rayonunda kənd adı. XI əsrə aid gürcü mənbəyində Artaani kimidir. Bu məlumatı şərh edn Q.V.Sulaya yazır ki, hazırda bu yaşayış məntəqəsi Ardaqanidir. İlk dəfə olaraq VII əsrə aid mənbədə Quqar əyalətinin mahallarından birinin Ardaqan adlandığı yazılmışdır. Qars əyalətinin Ardaqan (Ərdəhan) mahal adı ilə müqayisədə aydın olur ki, bu ad da türkcə Ər-toqan şəxs adındandır.
Arvana
Arvana — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Arvana Yardımlı rayonunun Peştəsər inzibati ərazi vahidində kənd. Talış dağlarının ətəklərindədir. XIV əsrə aid Fəzlullah ibn Ruzbehan Xuncinin Tarixi-aləm arayi-Əmini əsərində Arvanadağı oronimi qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində arvana "boz diŞi dəvə" deməkdir. Lakin kəndin adı yaxınlığındakı dağlardan birinin adı ilə də adlandırıla bilər. Mənbələrin verdiyi məlumata görə, Peştəsər dağ silsiləsinin Alvan adlanan cənub qərb yamacında Arvana adlı yaşayış məntəqəsinin xarabalığı var. XIX əsrdə salınmış indiki kənd də həmin xarabalığın adı ilə adlanmışdır. Bəzi tədqiqatçılara görə, Arvana etnotoponim hesab edilir.
Arxont
Arxont (q.yun. ἄρχων — başçı, rəis, hökmdar; başlanğıc, hakimiyyət mənalarını verən ἄρχη sözündən əmələ gəlib) — qədim yunan polislərində (şəhər-dövlət) ən yüksək vəzifəli şəxs. Bizans İmperiyasında bu titulu yüksək vəzifəli ağalar daşıyırdılar. Arxont sözü çox hallarda slavyan sözü "knyaz" ilə eyni məna verirdi. Konstantinopolun fəthindən sonra arxont titulu Konstantinopol patriarxı tərəfindən xüsusi xidmətlərə görə bəzi pravoslav şəxslərə verilirdi. == Afina arxontları == Ən məşhur arxontlar Afinadandır, orada bu titul hələ Basilevsin dövründə yaranmışdır. Əfsanəyə görə, e.ə. XI əsrdə çar hakimiyyəti ləğv olundu və Kodridlər çar nəslinin nümayəndələri ömürlük arxont oldular. E.ə. VIII əsrin ortalarında Evpatridlər bu vəzifəyə təyin olunmağa başlandılar və arxontun hakimiyyət müddəti 10 ilə qədər azaldıldı, e.ə.
Aşxanə
Aşxanə- İranın Şimali Xorasan ostanının şəhərlərindən və Manə və Səməlqan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,234 nəfər və 4,642 ailədən ibarət idi.
Barxan
Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi. == Haqqında == Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var. == Ədəbiyyata gətirilməsi == Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir. == Barxan ehramlar == Barxan ehramlar piramidal dyunlar, ulduzvari dyunlardır. Piramidal formalı qum yığınları. Barxan ehramları sadə-bir mərkəzdə birləşən eyni ölçülü, dik yamaclı tirələrdən və kompleks (mürəkkəb) — bir neçə zirvəsi olan, bir çox müxtəlif ölçülü tirələrdən ibarət formaları olur.
Darxan
Karxana
Karxana - tikinti məhsulları (qum, daş, çınqıl, gil, üzlük daşlar) potensial-münbit süxurlar və faydalı qazıntıların çıxarılması ilə əlaqədar yer səthində və altında (şaxta) qazılmış müxtəlif forma və ölçüyə malik çökəkliklərdir. == Karxananın bağlanması == Müəyyən ərazidə olan faydalı qazıntıların istehsal ehtiyatının tükənməsi ilə əlaqədar və ya ətraf ərazinin təhlükəsizliyini təmin etmək məqsədilə istismarı dayandırılmış yataqdır. == Karxana sahəsi == Yatağın açıq üsulla işlənməsi və istismarı zamanı əmələ gələn örtük və qarışıq süxurların yerləşdirilməsi üçün ayrılmış sahədir.
Sarxan
Tarxan
Tarxan — Qədim türk dilində vergi və mükəlləfiyyətdən azad olunmuş rəiyyət. Ərəbcə tarxana məaf deyilir. Rəiyyət tarxanlığı sayəsində tezliklə varlanır, ağa, bəy ünvanı alırdı. Xəzər xaqanlığında titul, ünvan idi. Orta Asiya, Qazan, Həştərxan və Krım xanlıqlarında feodal tarxan adlanırdı.
Varxan
Qaralar — Azərbaycan Respublikasının Saatlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 2143 nəfərdir. Kənd 1944-cü ildə qanunsuz olaraq Axalsixi rayonundan (Gürcüstan) Özbəkistana sürgün edilmiş, sonralar isə Azərbaycana qayıtmış bir qrup türk ailəsinin məskunlaşması nəticəsində 1959-cu ildə yaranmışdır. Varxan onların köçürülməzdən əvvəl Axaltsixidəki kəndlərinin adı olmuşdur. Orta Asiyada Qoşqar əyalətində də qəd. türklərə aid Varxan qalası vardır. Oykonim var/bar (əşya, əmlak) və xan (titul) komponentlərindən düzəlib, "xanın əmlakı, varidatı" mənasındadır.
Xarxan
Xərxan — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xərxan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Oykonim Erkən orta əsrlərdə Qafqaz Albaniyasının Arsax əyalətində (indiki Ağdərə rayonu ərazisində) mövcud olmuş Xarx qalasının adındandır. Bu qalanın adı ilk dəfə XIII əsrə aid mənbədə çəkilmişdir. Xərxan yaşayış məntəqəsi kimi əvvəlcə Ağdərə rayonu ərazisində olmuş, orta əsrlərdə dağıdılmış, əhalisi Xocavənd və Şuşa rayonları ərazisində Xərxan adlı iki kənd salmışdır. Oykonim türk dillərindəki xarz (boş, kimsəsiz) və İran dillərindəki -an (yer) komponentlərinin birləşməsindən düzəlib, "kimsəsiz, boş yer" mənasındadır. Görünür, qala XIII əsrdə artıq boşalmış və kimsəsiz olduğu üçün bu adla qeydə alınmışdır Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Çarxana
Çarxana (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Çarxana (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Armani
Giorgio Armani S.p.A., əsasən Armani kimi tanınır — Corco Armani tərəfindən Milanda təsis edilmiş dəb, geyim, dəri məmulatları, ayaqqabılar, aksesuarlar və ev interyeri dizaynını, istehsalını, paylanmasını və pərakəndə satışını həyata keçirən italyan lüks dəb instruktoru.
ARINC
«Aviasiya radiosu» korporasiyası (ing. Aeronautical Radio, Incorporated, ARINC) — 1929–cu ildə qurulan şirkət, beş istiqamətdə kommunikasiya və sistem tədqiqatları sistemlərinin hazırlanmasında dünya liderlərindən biridir-aviasiya, hava limanları, müdafiə, dövlət və yüklərin daşınması. Baş qərargah Annapolisdə (Merilend, ABŞ). 1999-cu ildən bəri Londonda və 2003-cü ildən bəri Sinqapurda 2 böyük filial mövcuddur. Şirkətin 3800-dən çox heyəti dünyanın 80 zavodunda çalışır. == Standartların kateqoriyaları == 400: montaj, qoşulma, məlumat şinlərinin və məlumat bazalarının seçilməsi və s. üzrə texniki təlimatlar.
Arank
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Aranq
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Arjan
Arjan – Rusiya Federasiyasında (Tuva) Uyuk çayı vadisində iki skif kurqanı. === Arjan-1 === Arjan-1 1971–74-cü illərdə M.P.Qryaznov və M.X.Mannayool tərəfindən aşkar olunmuşdur. E.ə. IX-VII əsrlərə aid edilir. Daş qalağının (ilkin diametri 110 m, hündürlüyü 3,5–4 m) altında taxtadan düzəldilmiş, tavanı tirlərlə örtülmüş dairəvi formalı dəfn kompleksi yerləşir. Kompleks ümumi mərkəzli iki kvadrat kameradan və radial istiqamətlərdə yerləşən düzbucaq və trapesiya şəklində olan çoxsaylı bölmələrdən ibarətdir. Kurqanda 17 insan və 160-dan çox at, o cümlədən mərkəzi çatı kameranın kötük-tabutlarında “çar” və “çariça”, xarici mərkəzi kamerada 8 insan və 6 minik atı, 12 radial kamera və kameralararası yerlərdə isə qalanları dəfn olunmuşlar. Perimetr üzrə tirlərdən maili divar çəkilmişdir. 15–30 m məsafədə kurqan dairəvi daş cərgələrlə (diamet ri 2–3 m) qismən əhatə olunmuşdur. Daşların altında heyvan (əsasən, at) sümükləri aşkar edilmişdir.
Arqan
Sideroksilon (lat. Sideroxylon) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin sapotaceae fəsiləsinə aid bitki cinsi.
Arran
Arran və ya Aran — antik dövr və orta əsrlərdə Cənubi Qafqazın bütün şərq hissəsini, sonralar isə tədricən yalnız Kür və Araz çaylarının qovuşduğu ərazini, Qarabağ (dağlıq hissəsi də daxil olmaqla), Mil düzü və Muğan düzünün bir hissəsini əhatə etmiş tarixi-coğrafi bölgə. Keçmişdə Arran adlanan ərazinin çox hissəsi hazırda Azərbaycan Respublikası ərazisinin bir hissəsidir. Müasir dövrdə Azərbaycan Respublikasında 7 iyul 2021-ci ilədək bu bölgənin adını daşıyan Aran iqtisadi rayonu mövcud idi. Onun ərazisinə Mingəçevir və Şirvan (keçmiş Əli-Bayramlı) şəhərləri, habelə Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab rayonları daxil idi. 7 iyul 2021-ci ildə isə qeyd olunmuş iqtisadi rayonun yerinə Mərkəzi Aran iqtisadi rayonu yaradıldı. Bu iqtisadi rayonun ərazisinə Mingəçevir şəhəri, habelə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları daxildir. Keçmiş Aran iqtisadi rayonunun tərkibində olan Ağcabədi və Bərdə rayonları keçmiş Yuxarı Qarabağ iqtisadi rayonunun yerinə yaradılmış Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildilər. Bundan əlavə, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının ərazisində yeni Mil–Muğan iqtisadi rayonu, Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının ərazisində isə yeni Şirvan–Salyan iqtisadi rayonu yaradıldı. == Etimologiyası == Bəzi rəvayət və qədim tarixi mənbələr (Musa Kalankatlı) Arran sözünün Qafqaz Albaniyasının banisi Arranın adından götürüldüyü qeyd edilir. Bəzi rəvayətlərə görə bu şəxs Nuh peyğəmbərin oğlu Yafət olmuşdur.
Arxar
Arxar (lat. Ovis ammon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinə aid heyvan növü. Arxarlar ev qoyunlarının əcdadları sayılırlar. Aralıq dənizi adalarının bir neçəsində, Orta , mərkəzi, Şimal-şərqi, Şimali asiyada və Şimali Amerikanın qərbində yayılmışdır. == Xarici görünüşü == Arxarların kütləsi 200-220 kq-a qədər olur. Dişilər nisbətən kiçik olur. Olçulərindən başqa dişilərdə buynuz 10-30 sm əksər vaxtlarda isə olmur. == Davranışı == Bu heyvanlar dəniz səviyyəsindən 5500 metr yüksəklikdə açıq yamaclarda yaşayırlar. Payızda çütləşmə dövründə böyük sürülər əmələ gətirirlər. Arxarların hamiləlik dövrü 170 gün sürür.
Arçan
Arçan — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Arçan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 101 nəfər əhali yaşayır.
Arğac
Arğac - parçanın eni istiqamətində bir-birinə paralel saplar. Toxuma prosesində arğac sapları əriş saplarının arasından keçirilir. Tül pərdə, xalça, palaz və bir sıra trikotaj məmulatlarında da eninə saplar "arğac" adlanır. == İstinad == Azərbaycan Milli Ensiklopediyası, 2011, t.2.
Jorjio Armani
Corco Armani (it. Giorgio Armani; d.11 iyul 1934, İtaliya, Pyaçentsa) — İtaliyalı geyim dizayneri. == Məlumat == Corco Armani Pyaçentsa universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmamışdır. 1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlamışdır. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə etmişdir. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olmuşdur. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşmişdir. == Sport == "Olimpia Milano" basketbol yığımın prezidentidir.
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.