Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanəhay-i Asiyab (Astara, İran)
Xanəhay-i Asiyab (fars. خانه هاي اسياب‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 803 nəfər yaşayır (190 ailə).
Asiyabborg
Asiyabborg (fars. اسياب برگ‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfər yaşadığı naməlumdur, ancaq 3 ailə var.
Asiya
Asiya – Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) — 10,5 min km, qərbdən şərqə — 12,5 min km məsafədə uzanır. sahəsi 43,4 mln kv. km-dir. Əhalisinin sayı təxminən 4.3 mlrd nəfər təşkil edir. Onlardan 52,1 % kişilər, 47,9 %-ni qadınlardır. Şəhər-kənd əhalisinin nisbəti 37,6:62,4-ə olan kimidir. Əhalinin hər kv.km-də orta sıxlığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda-6742 nəfərə çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv.km-də 1,72 nəfərdir.
Asiya (dəqiqləşdirmə)
Asiya — Yer kürəsindəki ən böyük qitə
Asiya (okeanida)
Asiya (Asiya, q.yun. Ἀσία) — qədim yunan mifologiyasının personajlarından biri. Pilosdan gələn mətnlərdə bu, Potniya epitetidir. Müasir alimlərin fərziyyələrinə görə, epitet Kritin Asios şəhərində və ya Kiçik Asiyadakı Asiya bölgəsinə işarədir. Yunan mifologiyasında, okeanida Okeanla Tefiyanın qızıdır. Herodotun fikrincə, dünyanın bir hissəsinin şərəfinə adlandırılan Asiya Prometeyin həyat yoldaşıdır. Digər versiyalara görə, Asiya, Prometeyin anası, İapetin həyat yoldaşıdır . 1861-ci ildə İngilis astronomu Norman Pogson tərəfindən Madras Rəsədxanasında kəşf edilən asteroid (67) Asiyanın şərəfinə Asiya adlandırılır. Bu cür adlanması Asiya ərazisindən kəşf edilən ilk asteroid olması ilə əlaqədardır.
Asiya muflonu
Asiya muflonu (lat. Ovis vignei) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinə aid heyvan növü. Sayı azalmaqda olan azsaylı növdür. Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Nadir, azsaylı, az öyrənilmiş növ. == Ümumi məlumat == Bədən ölçülərinə görə başqa növlərdən kiçikdir (114 sm-ə qədər olur). Cida hündürlüyü – 65-83 sm-ə qədərdir. Erkək fərdlərin kütləsi (40-50 kq), dişilərinkinə (35 kq-a qədərdir) nisbətən çoxdur. Erkəklərdə uzun və sıx (20 sm-ə qədər) kəllənin əsasından uzanan cod tüklər (sağ və sol tərəflərdən) boğaz nahiyyəsində birləşərək yal əmələ gətirir. Belin oma hissəsi kürək hissəyə nisbətən 3-4 sm-ə qədər hündürdür.
Asiya məscidi
Həmzə-hacı məscidi — Başqırdıstanın Ufa şəhərinə daxil olan Kalinin rayonu Maksimovka kəndində yerləşən cümə məscidi. == Tarixi == «Asiya» məscidi heç bir dini qrumun dəstəyi olmadan İldus Urazbaxtıevin ailəsinin vəsaiti hesabına inşa edilir. Asiya sözü əəb dilindən tərcümədə «təsəlli, müalicə» mənasını verir. Məscidin tikintisi İldus Urazbaxtıevin babası Mansur tərəfindən başa çatdırılmışdır. O, isə öz növbəsində Molla Məhəmməd-Qarifin oğlu olmuşdur. == mənbə == "Уфа. Мечеть «Асия» возводится частными лицами" (rus). Regnum. 2002-02-18. İstifadə tarixi: 2012-08-08.
Asiya pişiyi
Asiya pişiyi (lat. Prionailurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Asiya porsuğu
Asiya porsuğu (lat. Meles leucurus) — Yırtıcılar dəstəsinə aid olan heyvan növü. Əsasən Rusiya (Volqadan Cənubi Sibirə qədəre ki ərazilər), Orta Asiya, Monqolustan, Çin və Koreya yarımadası ərazisində yayılmışdır. Həyat tərzi baxımında Asiya porsuqları Avropa porsuqları ilə eyni olsa da, rəng və ölçü baxımından kəskin şəkildə fərqlənirlər. Əsasən meşə zonasında rastlanılır. Ancaq tayqa çölləri və yarımsəhralarda da rastlanılır. Asiya porsuğu gecə həyat tərzi keçirir. Bitkilər, omurgasızlar, kiçik gəmiricilər, sürünənlər və kirpilərlə qidalanırlar. Dərin və mürəkkəb quruluşa malik dəliklər qazanırlar. Uzun sürən boğazlıq dövründən sonra (450 günə qədər) dişi 6 bala verir.
Asiya qaratoyuğu
Asiya qaratoyuğu (lat. Zoothera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinə aid heyvan cinsi.
Asiya qaymaqçiçəyi
Asiya qaymaqçiçəyi (lat. Ranunculus asiaticus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
Asiya qitəsi
Asiya – Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) — 10,5 min km, qərbdən şərqə — 12,5 min km məsafədə uzanır. sahəsi 43,4 mln kv. km-dir. Əhalisinin sayı təxminən 4.3 mlrd nəfər təşkil edir. Onlardan 52,1 % kişilər, 47,9 %-ni qadınlardır. Şəhər-kənd əhalisinin nisbəti 37,6:62,4-ə olan kimidir. Əhalinin hər kv.km-də orta sıxlığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda-6742 nəfərə çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv.km-də 1,72 nəfərdir.
Asiya qonurqanadı
Asiya qonurqanadı (lat. Pluvialis fulva) — Çovdarçılar fəsiləsinin qonurqanad cinsinə aid quş növü.
Asiya sentellası
Asiya sentellası (lat. Centella asiatica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin sentella cinsinə aid bitki növü.
Asiya tarakanı
Asiya Tarakanı(Periplaneta australasia). Bədən rəngi qırmızımtı qəhvəyidən tünd qəhvəyi və ya qaraya qədər dəyişən bu növdə qanadlar yaxşı inkişaf etmiş, pronotum tünd qəhvəyi rəngdə olub kənarları diqqətə çarpacaq dərəcədə açıq sarı rəngdə bir lentlə çevrili olur, bu zolağın qalınlığı dəyişə bilər, ön qanadların qaidə qisimində açıq sarı rəngdə bir xətt olur, dişilərdə abdomenin sonunda və alt tərəfində, yanında uzunlamasına yarığa bənzər bir xətt var. Yetişkilər 21–34 mm boyunda olur. == Mənbə == Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: М.,Москва,1989, 414с. Белозеров Е.С., Иоанниди Е.А. Курс эпидемиологии: АПП “Джангар”, 2005, 136с. Васильев К., Шляхов Э. Методы исследования в эпиде- миологии: Картя Молдовеняска, 1971, 186с. Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петер- бург, Фолиант, 2006, 716с. Клименко Е.П., Попов В.П. Эпидемиологический анализ: М., Медицина, 1983, 192с. Покровский В.И., Пак С.Г., Брико Н.И. Инфекцион- ные болезни и эпидемиология: М., Москва, 2006, 810с. Попов В.Ф. Руководство по эпидемиологическому ана- лизу: М., Медицина, 1973, 216с.
Asiya zirinci
Asiya zirinci (lat. Berberis asiatica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Asiya çılpaqgözü
Asiya çılpaqgözü (lat. Ablepharus pannonicus) — Çılpaqgözlülər cinsinə aid növ. == Təsviri == Çənəarası qalxancıq qısa tikişlə alın qalxancıqa toxunur. Alınönü qalxancıq 2, alıntəpə qalxancığı 1 dənədir. Təpəarası qalxancıqı 1 dənədir. Gözüstü qalxancığın xarici kənarına 3–4 dənə xırda kirpik qalxancığı söykənir. Gözaltı qalxancıqdan öndə 4, nadir hallarda 3 dənə üst dodaq qalxancığı yerləşir. Göz dənəvər pulcuqlarla əhatə olunmuşdur. Gicgahın birinci cərgəsində 3 qalxancıq yerləşir. İki aralı anal qalxancıq vardır.
Asiya çəyirtkəsi
Köçəri çəyirtkə (lat. Locusta migratoria) və ya Asiya çəyirtkəsi — əsl çəyirtkələr (Acrididae) fəsiləsindən düzqanadlılar növləri. == Polifaq == Tarla, bağ, bağ, meşə, tərəvəz, bostan, giləmeyvə və müxtəlif texniki bitkilərə zərər verir. Qarışıq forma 300 kilometrə qədər miqrasiya edir. Aralıq Avropa, Asiya, Afrikanın geniş ərazilərini əhatə edir. Bu sahədə növ 7 alt növ təşkil edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Бей-Биенко, Григорий Яковлевич. Руководство по учету саранчовых. Л.: Упр. Службы учета Гос.
Asiya şiri
Asiya şiri (lat. Panthera leo persica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü. Nəsli kəsilmə həddindədir. == Ölçüləri == Ölçüləri iridir. Erkəklərin bədən quruluşu massivdir, dişilər daha incədir. Növün nümayəndəsi üçün 204 sm. uzunluğu səciyəvidir. Quyruğun uzunluğu 90 sm. Asiya aslanı Afrika aslanından kiçikdir. Erkəklər dişilərdən iridir.
Asiya şirkəti
Asiya şirkəti (dan. Asiatisk Kompagni) — XVIII əsrdə Hindistan və Çin ilə ticarət etmək üçün qurulan Danimarka ticarət şirkəti. == Tarixi == Asiya şirkəti 1732-ci ildə (digər mənbələrə görə — 1730-cu ildə) əsasən çürümüş Danimarka Şərqi Hindistan Şirkətinin keçmiş səhmdarları tərəfindən quruldu və krallıq imtiyazına görə, Hind Okeanı bölgəsində və Çində yerləşən ölkələrlə ticarətdə inhisar aldı. Təşkilati olaraq şirkət ən böyük səhmdarları Kopenhagen tacirləri olan bir səhmdar cəmiyyətdi. Şirkətin nizamnamə kapitalı 100 min riksdalerdən ibarət idi və hər biri 250 riksdalerin 400 səhminə bölündü. Şirkət 1732-dən 1807-ci ilə qədər inkişaf etmişdir. O dövrdə Kopenhagen Şərqi Hindistan və Çin ticarəti üçün böyük bir mərkəz idi və Danimarka Avropa hərbi münaqişələri zamanı bitərəf qaldıqda şirkət əhəmiyyətli mənfəət əldə etdi. 1734-1745-ci illər arasında Danimarkaya 9,1 milyon Riksdaler dəyərində mal idxal edildi. Bu illər ərzində Şərqi Hindistana 15, Çinə 17 gəmi göndərildi və 1746 - 1765 arasında onların sayı müvafiq olaraq 27 və 38 gəmiyə yüksəldi. 1772-ci ildə imtiyazın bitməsindən sonra Şərqi Hindistan ilə ticarət sərbəst hala gəldi, lakin şirkətə 20 il müddətinə bu bölgəyə gəmi göndərən şəxslərdən müəyyən miqdarda haqq alma hüququ verildi.
Asiya şəhərləri
Bu siyahıda Asiya qitəsində olan şəhərlər ölkələrinə görə sıralanmışdır.
Asiya Dialoqu
Asiya Birliyi və yə Asiya Dialoqu (İngilis dilində: Asia Cooperation Dialogue) - Asiya ölkələri arasında birlik yaratmaq və ASEAN, SAARC və Körfəz Əməkdaşlıq Şurası kimi təşkilatlara kömək etmək məqsədi ilə 2002-ci ildə qurulan beynəlxalq təşkilatdır. Asiya qitəsində olslarada Şərqi Timor, Ermənistan, Gürcüstan, İraq, srail , Kipr, Şimali Koreya, Livan, Maldiv adaları, Papua-Yeni Qvineya, Suriya bu təşkilata üzv deyil.Həmçinin Azərbaycanda bu təşkilata üzv olmasada bu təşkilatla əməkdaşlıq edir.
Asiya Karrera
Eyşa Karrera (6 avqust 1973, Nyu-York, ABŞ) — ABŞ pornoaktrisası, ssenaristi və modelidir. 300-dən artıq pornoqrafik filmdə iştirak etmişdir. Eyşa Karrera ateistdir. == Həyatı == Eyşa Karrera 1973-cü ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Atası yapon, anası alman əsillidir. Ailədə 4 uşaqdan biridir. Uşaqlıq vaxtında piyano dərsləri almışdır. 1990-cı ildə barlarda striptizçi olaraq çalışmışdır. 1993-cü ildə isə artıq porno kassetlər yayımlamışdır. Bəzən "Cessika Bennett" ləqəbi ilə də filmlərdə iştirak etmişdir.
Asiya Oyunları
Asiya Oyunları — Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə, Asiya Olimpiya Komitəsinin isə birbaşa təşkilatçılığı ilə keçirilən çox idman növlü tədbir. Bir növ Yay Olimpiya Oyunlarının Asiya qitəsi üçün olan yarışlarıdır. Yarışlar ilk dəfə 1951-ci ildə Hindistanda, Yeni Dehli şəhərində keçirilmişdi. == Turnirin arxivi == == Ən dəyərli oyunçular == Samsung Group şirkətinin spornsorluğu ilə 1998-ci ildən "Asiya Oyunlarının Ən Dəyərli Oyunçusu" seçilir.
Asiya ardıcı
Azor ardıcı (lat. Juniperus brevifolia) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Azor adalarıında rast gəlinir, endemikdir. Təbii şəkildə dəniz səviyyəsindən 250–800 m yüksəklikdə olan dağlarda bitir.
Asiya ağacdələnləri
Asiya ağacdələnləri (lat. Megalaimidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Asiya boymadərəni
Asiya boymadərəni (lat. Achillea asiatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Aşiyan muzeyi
Aşiyan muzeyi (türk. Aşiyan Müzesi) — İstanbulun Beşiktaş mahalının Aşiyan məhəlləsində məşhur türk şairi Tofiq Fikrətin (1867–1915) evidir. 1906-cı ildə tikilib, daha sonra 1945-ci ildə muzeyə çevrilib. Muzey İstanbul Böyükşəhər Bələdiyyəsinə məxsusdur. == Tikilmə tarixi == Tofiq Fikrət 1906-cı ildən 1915-ci ildə vəfat edənə qədər bu evdə yaşayıb. Bina 1940-cı ildə İstanbul valisi və bələdiyyə başqanı Lütfi Kırdarın təşəbbüsü ilə T. Fikrətin həyat yoldaşı Nazimədən bələdiyyə tərəfindən alınıb və Yeni Ədəbiyyat Muzeyi (Osmanlı türkcəsində: Edebiyat-ı Cedide Müzesi)adlı muzeyə çevrilib və 1945-ci ildə açıldı. 1961-ci ildə Eyüp qəbiristanlığında dəfn edilən Tofiq Fikrətin qalıqları Boğaza panoraması ilə çox bəyəndiyi evinin həyətinə aparıldıqdan sonra muzeyin adı dəyişdirilərək Aşiyan Muzeyi adlandırıldı. Evin memarlıq layihəsini Tofiq Fikrət özü hazırlayıb və evinə fars dilindən tərcümədə "yuva" mənasını verən "Aşiyan" adını verib. Ev bağın içində üç mərtəbəli taxta tikilidir. == Muzeyin strukturu == Birinci mərtəbə inzibati ofislərdən ibarətdir.
Aksiya
Aksiya (alm. Aktion; Handlung‎; fr. Action; ing. Action; activity; ərəb. فؼم‎) – hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, insanın hər hansı bir xarici səbəblə deyil, birbaşa istəkdən qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya kəlməsi müasir sosioloji anlam kimi daha geniş mənalarda işlənməkdədir. İnsanların toplaşaraq hər hansı bir məkanda planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada da işlədilir.
Aliyah
Aliyah (İvrit dilində: עֲלִיָּה) yəhudilərin diasporadan İsrail torpağına immiqrasiyasını bildirən termindir. Bundan əlavə, “yuxarı qalxmaq” (Qüdsə getmək) və “İsrail torpağından keçərək Aliyah etmək” kimi təyin olunan vəziyyət sionizmin əsas prinsiplərindən biridir. Aliyahın əksi Yeridadır (İbranicə: ירידה), mənası “enmə” deməkdir. İsrailin Qayıdış Qanunu dünyadakı yəhudilərə, onların övladlarına və nəvələrinə avtomatik yaşayış və İsrail vətəndaşlığı hüququ verir. Yəhudi xalqının tarixinin əksər hissəsində “Aliyah” özünü əsrlər boyu milli arzu kimi ifadə edib və diasporda yaşayan yəhudi xalqının həsrəti olmuşdur. O, ümumiyyətlə, XIX əsrin sonlarında sionist hərəkatının inkişafına qədər yerinə yetirilməmişdir. Yəhudilərin Fələstinə genişmiqyaslı köçü 1882-ci ildə başlanmışdır. 1948-ci ildə İsrail Dövlətinin qurulmasından bəri 3 milyondan çox yəhudi İsrailə köçmüşdür. 2014-cü ilə olan məlumata görə, İsrail və Fələstin ərazilərində birlikdə dünya yəhudi əhalisinin 42,9%-i yaşayır.
Fasiya
Fasiya anlayışını geoloji ədəbiyyata ilk dəfə İsveçrə alimi Qressli daxil etmişdir. O, 1846-cı ildə İsveçrənin Yura dağları yamacı boyunca geoloji tədqiqat apararkən eyni yaşlı çöküntülərin öz litoloji tərkiblərini kəskin dəyişdiklərini müşahidə etmişdir. Daha sonra Qressli Portland çöküntülərində müəyyənləşdirdiyi onurğasızların asossasiyası Aralıq dənizinin müasir çöküntülərində də müşahidə etmişdir. O, həmin tədqiqatlara əsaslanıb eyni yaşlı suxurların sahə boyunca dəyişməsini "eyni horizontun petroqrafik modifikasiyası" adlandırmış, sonra bu anlayışı yığcam şəkildə ifadə edərək, "fasiya" sözü ilə əvəz etmişdi. Latınca Fasiya (facies) üz deməkdir. "Fasiya" – eyni stratiqrafik, intervalda olan, lakin fiziki- coğrafi əmələgəlmə şəraitlərinə və tərkiblərinə görə bir- birindən ayrılan çöküntü kompleksinə deyilir. Geoloji ədəbiyyatda fasiyanın aşağıdakı növlərinə, modifikasiyalarına rast gəlinir: 1. Litofasiya 2. ümumi geoloji fasiya 3. Mineroloji fasiya 4.
Aştiyan
Aştiyan — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Aştiyan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,324 nəfər və 2,597 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti Aştiyan dilində danışırlar.
Aştyan
Aştiyan — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Aştiyan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,324 nəfər və 2,597 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti Aştiyan dilində danışırlar.