Asiya (Asiya, q.yun. Ἀσία) — qədim yunan mifologiyasının personajlarından biri. Pilosdan gələn mətnlərdə bu, Potniya epitetidir. Müasir alimlərin fərziyyələrinə görə, epitet Kritin Asios şəhərində və ya Kiçik Asiyadakı Asiya bölgəsinə işarədir.
Asiya | |
---|---|
q.yun. Ἀσία | |
Mifologiya | Qədim Yunanıstan dini |
Cinsi | qadın[d] |
Atası | Okean |
Anası | Tefida |
Uşaqları |
Yunan mifologiyasında, okeanida Okeanla Tefiyanın qızıdır. Herodotun fikrincə, dünyanın bir hissəsinin şərəfinə adlandırılan Asiya Prometeyin həyat yoldaşıdır.
Digər versiyalara görə, Asiya, Prometeyin anası, İapetin həyat yoldaşıdır .
1861-ci ildə İngilis astronomu Norman Pogson tərəfindən Madras Rəsədxanasında kəşf edilən asteroid (67) Asiyanın şərəfinə Asiya adlandırılır. Bu cür adlanması Asiya ərazisindən kəşf edilən ilk asteroid olması ilə əlaqədardır.