Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avtomobillər
Avtomobil (q.yun. αὐτός — özü, lat. mobilis – hərəkət edən) – mühərriklə hərəkətə gətirilən,sərnişin, yük və xüsusi avadanlıq daşıyan nəqliyyat vasitəsidir. Avtomobil hərəkət etdirici orqanı ilə (təkər, tırtıl, xizək) dayaq səthi (yol, torpaq) arasında yaranan ilişmə qüvvəsi nəticəsində hərəkət edir; minik avtomobili, yük avtomobili, avtobus və xüsusi təyinatlı avtomobillərə ayrılır. Bu avtomobil tipləri də müxtəlif əlamətlərə görə təsnif olunur. Məsələn: minik avtomobili mühərrikinin həcminə, qaabarit ölçülərinə, kuzasının (kuzovunun) tipinə (qapalı, açılabilən və açıq kuzalı) görə siniflərə ayrılır. Təyinatına görə nəqliyyat, xüsusi və yarış (idman) avtomobilləri olur. Nəqliyyat avtomobili yük, yük-sərnişin və sərnişin daşıyır. Sərnişin avtomobili minik avtomobili və avtobuslara ayrılır. Xüsusi avtomobillər üzərində quraşdırılmış müxtəlif təyinatlı (tikinti, sanitar, yanğın və s.) qurğuları daşımaq üçündür.
Terrorçu avtomobillər
Banqladeş üçün konsert
Banqladeş üçün konsert (ing. The Concert For Bangladesh) — Corc Harrison və Ravi Şankar tərəfindən 1 avqust 1971-ci ildə Nyu-Yorkun Medison-skver-qarden idman kompleksində təşkil edilən iki xeyriyyə konsertinin adı. Dağıdıcı Bhola siklonundan və Banqladeş istiqlal müharibəsində Pakistan ordusunun hərəkətlərindən zərər çəkən Şərqi Pakistandan (indi Banqladeş) olan qaçqınlara yardım etmək üçün vəsait toplamaq məqsədilə təşkil edilən konsertlərə təxminən 40 min adam qatıldı. "Banqladeş üçün konsert" tarixdə ilk böyük xeyriyyə konserti sayılır. Konsertdə bir çox tanınmış ifaçı çıxış etdi: Bob Dilan, Erik Klepton, Corc Harrison, Billi Preston, Leon Rassell, Rinqo Star və britaniyalı Badfinger qrupu. 1971-ci ilin ekabrında The Concert for Bangladesh musiqi albomu, 1972-ci ildə isə konsert filmi çıxdı. 2005-ci ildə yeni çəkilmiş sənədli filmin də daxil edildiyi DVD buraxıldı. Konsertdən 243 418 ABŞ dolları vəsait toplandı və BMT Uşaq Fonduna verildi. Albom və DVD-nin satışlarından daxilolmalar BMT Uşaq Fondu nəzdindəki Corc Harrison fonduna daxil olmaqda davam edir.
Dostluq üçün futbol
Dostluq üçün futbol (ing. Football for Friendship) — "Qazprom"—İSC tərəfindən həyata keçirilən illik beynəlxalq uşaq sosial proqramıdır. Proqramın məqsədi —futbol vasitəsilə, yeniyetmə nəslə aktual dəyərləri və sağlam həyat tərzinə marağı aşılamaqdır. Proqram çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan 12 yaşlı futbolçular illik beynəlxalq uşaq forumunda, "Dostluq üçün futbol" dünya çempionatında, beynəlxalq futbol və dostluq günündə iştirak edirlər. Proqrama FİFA, UEFA, BMT, Olimpiya və Paraolimpiya Komitetləri, ölkələrin başçıları, hökumətlər və müxtəlif ölkələrin futbol federasiyaları, beynəlxalq xeyriyyə fondları, ictimai təşkilatlar, dünyanın aparıcı futbol klubları dəstəkləyirlər. Proqramın qlobal operatoru AQT (Rusiya) Rabitə qrupudur. "Dostluq üçün futbol" ilk beynəlxalq uşaq forumu 25 may 2013-cü ildə Londonda keçirilib. Burada 8 ölkədən: Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Rusiya, Serbiya və Sloveniyadan 670 uşaq iştirak edib. 2018-ci ildə futbol üzrə dünya çempionatı ma tçlarını qəbul edən 11 Rusiya şəhərindən 11 futbol komandası Rusiyanı təqdim edirdilər. Forumda həmçinin "Zenit", "Çelsi", "Şalke 04", "Srvena Zvezda" klublarının yeniyetmələr komandaları, "Qazprom" ASC-nin uşaq spartakiadasının qalibləri, "Fakel" festivalının laureatları iştirak edirdilər.
Elcernon üçün güllər
Elcernon üçün gül (ing. Flowers for Algernon) — Daniel Kizin elmi fantastika janrında yazdığı hekayə. 1960-cı ildə "Ən yaxsı qısa elmi fantastik hekayə" nominasiyasında "Hyuqo" mukafatına layiq görülmüşdür. Sonradan Kiz hekayədəki süjetin əsasında eyniadlı roman yaratdı. Bu əsər 1966-cı ildə "Ən yaxsı roman" nominasiyasında "Nebula" mükafatına layiq görülmüşdür. Baş qəhrəman plastik qab istehsal edən müəssisədə döşəməsilən işləyən 37 yaşlı kəmağıl Çarli Qordondur (romanda Çarlinin 32 yaşı var və o, çörəkxanada süpürgəçi işləyir). Doktor Ştrauss və doktor Nemyur intellektin əməliyyat yolu ilə artırılması üzrə eksperiment keçirirlər. Əməliyyat Elcernon (ing. Algernon) adlı siçan üzərində uğurla keçiriləndən sonra alimlər eyni əməliyyatı insan üzərində aparmaq fikrinə düşür və yazıb-oxumağı öyrənmək arzusunda olan Çarli könüllü olaraq eksperimentə qoşulur. Əsər Çarlinin baş verənlər haqqında apardığı hesabatlar formasında yazılıb.
Qızlar üçün monastır
Qızlar üçün monastır (gürc. წმინდა სტეფანეს მონასტერი), həmçinin Müqəddəs Stepan monastırı və ya Kusanots monastırı — Tbilisidə. İndiki dövrdə Kvemo Betlemi adını daşıyır (Aşağı Vifleyem kilsəsi). Monastırı Melik-Aşxarbek tərəfindən təsis edilib, onun atası Aslan (Xocini) Bebudyan XVII əsrdə Persiyadan Tiflisə köçmüşdür. Melik-Aşxaru 1724-cü ildə Türklərlə döyüşdə öldüyünü iddia etdi. Nadir Şahın Hindistan kampaniyasındakı bir oğlu Melik Ağa atasının işini bitirmək qərarına gəldi, qurucusu və monastır monastırı idi. İlk binanın tikintisi 1727-ci ildə tamamlandı. Əvvəlcə yalnız bir şapel tikildi. Abbess Qeyənə (1840-1875) nəzdindəki yazılarda göstərildiyi kimi yenidən qurulmuşdur. Bütün bunlardan bəhs edək ki, bütün məlumatlar 1917-ci ildə Tavad Aşxabab Bebudov tərəfindən tikilmiş əsl şapeldir.
Xaçın xətri üçün
Almaniya üçün Alternativ
"Almaniya üçün Alternativ", AfD (alm. Alternative für Deutschland, AfD‎) — Almaniyanın radikal mühafizəkar və Avropaya inteqrasiya siyasətini rədd edən siyasi partiyası, 6 fevral 2013-cü ildə yaradılıb. Almaniya üçün Alternativ (AfD) partiyası ifrat sağçı və antisemitizm baxışlarını təbliğ etməkdə ittiham olunan mübahisəli siyasi partiyadır. Partiya son illərdə əhəmiyyətli seçki uğurları yaşasa da, Bundestaqda təcrid olunmuş vəziyyətdə qalır və digər siyasi partiyaların və medianın tənqid obyektinə çevrilib. AfD immiqrasiya, İslam və Avropa İttifaqını tənqid edən sağçı populist və millətçi siyasi partiyadır. Partiyanın ideologiyasını perspektivdən asılı olaraq ifrat sağçı və ya populist-sağçı kimi təsnif etmək olar. AfD son illərdə əhəmiyyətli seçki uğuru qazanıb. 2013-cü il federal seçkilərində partiya 4,7% səs toplasa da, Bundestaqa daxil ola bilməyib. 2017-ci il federal seçkilərində partiya 12,6% səs qazanaraq ilk dəfə Bundestaqa daxil olaraq parlamentdə üçüncü ən böyük partiya oldu. 2021-ci il federal seçkilərində partiya əvvəlki seçkilərlə müqayisədə müəyyən dəstəyi itirərək 10,3% səs qazandı.
Alış üçün opsion
Alış üçün opsion — müəyyən hallarda və müəyyən şəraitdə səhmdarların bəzi şirkətlərin səhmlərini aşağı qiymətə almaq hüququnun təmin edilməsi. Bu həmçinin, müəyyən şəxsin məhsulu ya müəyyən səviyyəli qiymətə, ya da müəyyən tarixə qədər almaq hüququdur. Satıcı həmin tarixə qədər bu malı heç bir başqa alıcıya satmamağı və onu satışdan çıxarmamağı öhdəyə götürür.
Yalnız almanlar üçün
"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi. Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.
Yalnız arilər üçün
"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi. Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.
Sevinc üçün oda
"Sevinc üçün" oda (alm. An die Freude‎) — Fridrix Şiller tərəfindən 1785-ci ildə yazılmış oda. 1786-cı ildə Leypsiqdə çıxan "Taliya" jurnalında nəşr edilmişdir. Oda 1793-cü ildə yenidən işlənmiş və sonradan müxtəlif bəstəkarlar tərəfindən bir neçə dəfə ona musiqi bəstələnmişdir. Ən məşhuru 1823-cü ildə Bethoven tərəfindən bu oda üçün bəstələnmiş və məşhur 9-cu simfoniyaya daxil edilmiş musiqidir. 1972-ci ildə Avropa Şurasının, 1985-ci ildən isə Avropa Birliyinin (1993-cü ildən Avropa İttifaqının) rəsmi himni kimi qəbul edilmişdir. 1974-cü ildə bu melodiya əsasında Cənubi Rodeziya dövlət himni " Daha yüksək səslən, Rodeziyanın səsi " qəbul edildi.
Drakula üçün qan
Drakula üçün qan (ing. Blood for Dracula) — 1974-cü ildə istehsal olunmuş filmdir. Drakula üçün qan — Internet Movie Database saytında.
Gənclər üçün Prezident Mükafatı
Gənclər üçün Prezident Mükafatı — Azərbaycan Respublikası Prezidenti 2019-cu il 28 iyun tarixli Fərmanı ilə təsis edilmiş mükafat. Mükafat elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən istedadlı gənclərə verilir və mükafat 10 000 Azərbaycan manatı məbləğində pul mükafatından, diplomdan, döş nişanından və həmin döş nişanının vəsiqəsindən ibarətdir. Mükafata layiq görülmüş şəxs Gənclər üçün Prezident Mükafatı laureatı hesab olunur. Mükafatın verilməsi, o cümlədən Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin hazırlanması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir. Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin təsvirini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Mükafat ildə bir dəfə, fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə verilir və Azərbaycan Respublikasının Prezidenti və ya onun vəkil etdiyi şəxs tərəfindən təntənəli surətdə təqdim edilir. Gənclər üçün Prezident Mükafatı laureatı vəfat etdikdə, habelə Mükafat şəxsə ölümündən sonra verildikdə, Mükafat onun ailəsinə təqdim olunur. Bu halda təqdim olunan pul mükafatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vərəsəlik üzrə keçir. Elm və təhsil sahələri üzrə – 2 mükafat Mədəniyyət sahəsi üzrə – 2 mükafat İctimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat Gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – 2 mükafat İnnovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat Mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.
Simfonik orkestr üçün konsert
Böyük simfonik orkestr üçün konsert — 1964-cü ildə bəstəkar Soltan Hacıbəyov tərəfindən simfonik orkestr üçün yazılmış kompozisiya əsəri. "Böyük simfonik orkestr üçün konsert" əsəri – təzadların parlaqlığı, orkestr rənglərinin zənginliyi ilə seçilən kompozisiya əsəridir. Digər əsərlərində olduğu kimi, konsert əsərində də Soltan Hacıbəyovun yaradıcılıq üslubunun xarakterik xüsusiyyətləri – obrazların janr məişət səciyyəsi və təsviriliyi öz ifadəsini tapır. Lakin bəstəkarın "Karvan" simfonik lövhəsi və "Simfonik orkestr üçün üvertura" əsərlərindən fərqli olaraq, konsert əsərində janr-məişət təsviri fon rolunu oynayır. Bu fonda psixoloji hadisələrdə – bəstəkarın həyat haqqında, sənətkarın cəmiyyətdəki yeri barədə fikirləri, onun dünyada baş verən mürəkkəb prosesləri düşünmə cəhdləri öz əksini tapır. Birhissəli konsert əsərinin ideya-bədii konsepsiyası dörd bölmədə açıqlanır. El şənliyinin çoxrəngli mənzərəsi – birinci və ikinci bölmələr, subyektiv-lirik düşüncə – üçüncü bölmə, daim hərəkətə çağıran həyat burulğanı – dördüncü bölmə bir-birini əvəz edir. Konsert əsərinin quruluşunu əmələ gətirən bu dörd bölmə sonata-simfonik silsilənin hissələrinə uyğun gəlir. Birinci bölmə əsərin ideya-məna mərkəzidir, ikinci bölmə əvvəlkinin obrazlı inkişafını davam etdirərək, onun yeni cəhətlərini açır. Üçüncü bölmə əsas dramaturji xətti gərginləşdirir, dördüncü bölmə isə silsiləni yekunlaşdırır.
Yapon dili üçün BFƏ
Yapon dili üçün BFƏ-nın cədvəli. (yap.) 城生佰太郎. 現代日本語の音韻 // 岩波日本語5 音韻. — 東京: 岩波書店, 1978. (yap.) 日本語の母音、子音、音節―調音運動の実験音声的研究 / 国立国語研究所編. — 東京、国立国語研究所、1990. (yap.) 日本語音声学入門 / 斉藤純男著. — 東京: 三省堂, 1997. (ing.) Okada, Hideo. "Illustrations of the IPA: Japanese." Handbook of the International Phonetic Association: a guide to the use of the International Phonetic Alphabet, edited by International Phonetic Association, Cambridge; New York: Cambridge University Press, 1999, pp.
İsrail üçün Yəhudi Agentliyi
İsrail üçün Yəhudi Agentliyi (ivr. ‏הסוכנות היהודית לארץ ישראל‏‎) — Dünyanın ən böyük yəhudi qeyri-kommersiya təşkilatıdır. 1929-cu ildə Dünya Sionist Təşkilatının operativ şöbəsi olaraq quruldu.
Fransız dili üçün BFƏ
Fransız dili üçün BFƏ-nın cədvəli.
Uğur üçün su tökmək
Uğur üçün su tökmək — Azərbaycan, Bolqarıstan, Ermənistan, İran, İraq, Serbiya, Şimali Makedoniya, Türkiyə və digər yaxın ölkələrdə xalq adəti. Xalq inancına görə, səfərə və ya bir işə gedən adamın arxasınca su tökmək xeyir gətirir. Bu, səfərin və ya işin xoşbəxtcəsinə sonlanması üçün edilir. Bu adət məktəbə, imtahana, iş müsahibəsinə, orduya və s. yerlərə gedəndə də edilir. Balkan yarımadası ölkələrinin etnologiyasında belə hesab edilir ki, tökülən və ya axan su mobilliyi və hərəkətin rahatlığını simvolizə edir. Buna səbəb onun dayanmaması və ya ilişib qalmamasıdır. Beləliklə, suyun tökülməsi kiminsə başladığı işin baş tutması üçün edilir ki, o da tökülən su kimi rəvan getsin. Bəzi ərazilərdə su töküləndə belə deyilir: "O, su kimi təmiz və aydın getsin".
Subst:Qəsb üçün müraciət
Salam, VP:İAD vasitəsilə başqa bir istifadəçi, deaktiv olduğunuzu nəzərə alaraq sizin istifadəçi adınızı əldə etmək üçün müraciət edib. İstifadəçi adınızı götürməsinə etiraz etmirsinizsə lütfən hesabınıza daxil olun və bunu bizə bildirin. Həmçinin istifadəçi adınız götürüldükdən sonra siz də yeni ad seçə bilərsiniz. Bunun üçün "Xüsusi:GlobalRenameRequest", yaxud Vikipediya:İstifadəçi adı dəyişdirmək səhifəsinə müraciət edə bilərsiniz. Heç bir şey etməsəniz, qısa müddətdə sizin istifadəçi adınız onun üçün müraciət edən istifadəçiyə veriləcək. Lakin sizin istifadəçi hesabınız silinməyəcək olduğu kimi qalacaq. Sadəcə istifadəçi adınız dəyişdiriləcək. Əgər adın dəyişdirilməsinə etiraz edirsinizsə, lütfən hesaba daxil olun və qəsb edilməsinə etiraz etdiyinizi açıq şəkildə bildirin. Sizin hər hansı bir etirazınız istifadəçi adınızın qəsb edilməsinin qarşısını alacaq. Nəzərə alın ki, cari istifadəçi adınız qəsb edilsə belə, siz yenə də redaktə edə bilərsiniz və məlumatlarınız itməyəcək.
Ağ atlar üçün vals
Ağ atlar üçün vals — tammetrajlı televiziya tamaşası rejissor Bünyad Məmmədov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası Özbəkistanın rayonlarından birində pambıq yığımında baş verən saxtakarlıq hadisəsindən bəhs edir. Teletamaşada əsas rolları Loğman Kərimov, Nübar Novruzova, Məhbubə Məlikova və Yasin Qarayev ifa edirlər. Televiziya tamaşası Özbəkistanın rayonlarından birində pambıq yığımında baş verən saxtakarlıq hadisəsindən bəhs edir. Traktorçu Teşa (Loğman Kərimov) isə bu saxtakarlığın üstünü açmağa çalışır. Lakin işin bir tərəfi istədiyi qız Zümrada (Nübar Novruzova), bir tərəfi də bacısı Munisə (Məhbubə Məlikova) toxunanda işlər qarışır... Televiziya tamaşası özbək yazıçısı Şərəf Başbəyovun əsəri əsasında ekranlaşdırılmışdır.
AMD prosessorları üçün anakartlar
Avropa üçün yaşıl pakt
2050-ci ilə qədər Avropa İttifaqına üzv ölkələrdə təbii xanmaldan bərpa olunan enerji və xammal mənbələrinə keçidlə sıfır xalis istixana qazı emissiyalarına və sıfır ümumi ətraf mühitin çirklənməsinə nail olmaq planı. Planın məqsədi qlobal istiləşmə və ətraf mühitin çirklənməsi ilə mübarizə aparmaqdır. Pakt 11 dekabr 2019-cu ildə Avropa Komissiyası tərəfindən qəbul edilmişdir. Havanı çirkləndirməyən avtonəqliyyat vasitələri, istilik izolyasiyası olan yaşayış binaları, müasir istilik sistemləri və ekoloji təmiz elektrik enerjisindən istifadə edilməsi nəzərdə tutulur. Aİ sənayesinin ekoloji standartlara keçidi, o cümlədən əlavə gömrük rüsumları ilə ucuz idxal məhsullarından qorunması, istixana qazları emissiyası üçün kvotaların istifadəsi üçün iqtisadi tədbirlər hazırlanmışdır. Avropa İttifaqında iqtisadiyyatın demək olar ki, bütün sektorlarında və ictimai həyatda baş verən son yaşıllaşdırma tendensiyaları Aİ-nin qonşularına, o cümlədən Şərq Tərəfdaşlığı (ŞT) ölkələri ilə bağlı siyasətinə də öz təsirini göstərir. Ətraf mühit və iqlim prioritetlərinin Aİ siyasətlərinə daxil edilməsi, onların əhatə dairəsinin, o cümlədən qlobal səviyyədə artırılması/genişlənməsi, ilk növbədə, Aİ-da Avropa Yaşıl Sazişinin (EGC) tətbiqinə başlanması ilə əlaqədardır. Artıq bu gün aydındır ki, Avropa yaşıl sazişinin Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna kimi Şərq Tərəfdaşlığı ölkələrinin iqlim siyasətinə əhəmiyyətli təsir göstərəcək. Önümüzdəki illərdə ŞT ölkələrinin iqlim siyasəti Aİ-nin ambisiyalarını gücləndirmək istiqamətində sistemli təsiri altında olacaq. The-European-Green-Deal-Communication.pdf The European Green Deal Европейский зеленый курс: формирование будущего Восточного Партнерства.
Təzə evlənənlər üçün çətir
"Təzə evlənənlər üçün çətir" (rus. Зонтик для новобрачных) — rejissor Rodion Naxapetovun Ramiz Fətəliyevin ssenarisi əsasında çəkdiyi sovet bədii filmi. Film "Mosfilm" kinostudiyasının Üçüncü Yaradıcılıq Birliyində istehsal olunmuşdur. Filmdəki hadisələr Sudak şəhərində, Krım sahillərinin payız aylarında başlanır. Sonra Moskvada baş verən əhvalatlar Yeni ilin ilk günü başa çatır. Zoya və Tolya – iki gənc aşiq dincəlməyə gəldikləri dəniz kənarında bir ailə cütlüyü ilə tanış olurlar. Bu, həkim-narkoloq Dmitri Pavloviç və laborant Vera İvanovnadır. Gənclər bu ailədən gecələmək üçün bir yer xahiş edirlər. Kraskov və İvanovna bu cavan aşiqlər üçün ən gözəl nümunədirlər: xoşbəxt ailə, üç uşaq və artıq neçə il davam edən evlilik həyatında tamamilə anlaşıqlı münasibət. Tətil başa çatır.
Bir yuxu üçün rekviyem
Bir yuxu üçün rekviyem (ing. Requiem for A Dream) Darren Aronofskinin 2000-ci ildə çəkdiyi dram və cinayət janrlı film. Hubert Selby Jr.'ün 1978də çap olunmuş romanından, 2000-ci ildə ekranlaşdırılıb. Başrollarında Ellen Burstyn, Jennifer Connelly, Marlon Wayans ve Jared Leto yer alır. Ellen Burstyn bu film ile 2000 Ən Yaxşı Aktrissa Oscar mükafatına namizəd olmuştur. Film müasir dünyada gəncləri ən çox zəhərləyən narkotik, bu bağlılığın yol açdığı əxkaqsızlıqlar və televiziya bağlılığından həyatları alt-üst olan 4 insandan danışır. Narkotik bağımlısı bir gənc, televizor bağımlısı anası və aralarında gündən-günə yüksələn bir uçurum… Narkotik batağı içərisindəki Harry’nin həyatdaki tək məqsədi daha çox narkotikdir. Ümidsiz anasını isə həyata bağlayan tək şey ən sevdiyi yarışma programıdır. Bir gün bu yarışmada iştirak haqqı kazananda tək düşündüyü şey qalib olmaq və bu zaman qırmızı paltarını geyinmiş olmaqdır. Yaşlı, dul ve bədbəxt qadın arıqlama həbləri atmağa başlayır.
Karxana avtomobilləri
Karxana avtomobilləri (Mədən avtomobilləri) — maksimal kütlələri (maksimal ox kütlələri), ölçüləri və başqa xətti parametrləri ümumi istifadədə olan avtomobil yollarından istifadəyə icazə verməyən iriqabaritli və ağırçəkili avtomobil nəqliyyatı vasitəsi. Karxana avtomobillərinin ölçülərinin və başqa xətti parametrlərinin, kütlələrinin və ox kütlələrinin minimal hədləri "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri" ilə müəyyən olunur.
İdman avtomobilləri
İdman avtomobilləri, idman maşını və ya idman avtomobili, kiçik həcmli, ümumiyyətlə iki oturacaqlı və iki qapılı formada hazırlanan çevik istifadəni təmin edən və yüksək performanslı maşınlara verilən addır. İdman avtomobilləri sadə dizaynlı və ya lüks sinfə aid ola bilər, lakin yüksək manevr və minimum çəkiyə malik olmalıdırlar.
Üçgün
Üçgün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. Üçgün Qubanın ən qədim, tarixi kəndlərindən sayılır. Üçgün kəndi Quba şəhərindən 16 km qərb tərəfdə Qudyalçayın sağ sahilində yerləşir. Kənd Bakı, Şamaxı, Dərbənd hüdudlarından, təqribən eyni məsafədə yerləşir. Əhalisi təxminən 1000 nəfərdən coxdur. Eyni adlı Üçgün-Qışlaq kəndi Xaçmaz rayonu ərazisində yerləşir və əhalisi 1000 nəfərdən çoxdur. Kənddə olan qəbiristanlıqlar və məscidlər kəndin qədimliyindən xəbər verir. Qədimdə bu kəndin əhalisi aran yerlərində Dərbənddən Qubaya qədər olan ərazilərdə isti və münbit torpaqlarda yaşamışlar. Rus-İran, Rus-Türk müharibələri zamanı bu vaxt şimaldan cənuba, cənubdan şimala quru qoşunları hərəkət edirdi.
Axırıncı dayanacaq (film, 2014)
Axırıncı dayanacaq tammetrajlı bədii filmi rejissor Fikrət Əliyev tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film İlqar Fəhmi və Fikrət Əliyevin ssenarasi əsasında "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film qocalar evində baş vermiş tragikomik hadisələrdən bəhs edir. İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir. Filmdə əsas rolları Tofiq Hüseynov, Arif Quliyev, Qorxmaz Əlilicanzadə, Səmayə Musayeva, Zemfira Sadıqova, Tariyel Qasımov, Fuad Poladov, Zemfira Nərimanova, Bəhram Bağırzadə və Ağaxan Salmanlı ifa edirlər. İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir. İlk epizodda avtobusdan düşüb soruşaraq üz tutduğu qocalar evində gəncliyində itirdiyi sevgilisi Lətifəni (Zemfira Sadıqova) tapacaq Kərim (Kərim Məmmədov) əsas dramaturji hadisədən kənarda qalmaqla ən azı mətn çatışmazlığı ucbatından səbəb-nəticə əlaqəsi sayılan süjet kontekstində mövcud olsa da, mühitin ilkin təqdimatında mühüm rol oynayır. Kapitanın (Tofiq Hüseynov) yaddaşsızlıq ucbatından itirdiyi min manatın tapılması üçün keçmiş sahə müvəkkili Qəmbərlə (Qorxmaz Əlilicanzadə) onun əlaltısı Tapdığın (Arif Quliyev) cinayətkarın tutulması üçün əməliyyat cəhdləri komediya elementlərini üzə çıxarır.
Ucan
Ucan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Uçan kimi əksini tapmışdır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli uc etnoniminə cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlib «ucların yaşadığı yer, uclara məxsus kənd» deməkdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 364 nəfər, 1897-ci ildə 444 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 318 nəfər, 1916-cı ildə 480 nəfər, 1918-ci ildə 300 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Muş, Van qəzalarından köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Uçqun
Uçqun — dağların dik yamaclarında və ya dənizlərin sıldırımlı sahillərində süxur kütlələrinin qoparaq böyük sürətlə aşağıya düşməsi. Uçqun aşınma prosesinin süxurları dağıtması, yerüstü və yeraltı suların qayanın altını yuması, habelə cazibə qüvvəsi və zəlzələ nəticəsində əmələ gəlir. Dağ uçqunundan başqa dağ zirvələrindən və yamaclarından qar kütləsinin sürüşüb düşməsi nəticəsində qar uçqunu və buz uçqunu da olur. Qafqazda, o cümlədən Türkiyənin dağlarında qar uçqunu müşahidə olunur. Uçqun bəzən dağlarda dərələri doldurur və kəndləri dağıdır. Uçqun – (rus. обвал, ing. rockfall) yamacda süxur kütləsinin qoparaq aşağıya düşməsi. U. sürüşmə və töküntü materiallarının qravitasion yerdəyişməsinə aiddir. Dağlarda ana sü-xurlarda baş verən uçqunlarla ya-naşı qar uçqunları, sıldırım yamac-lardakı asılı buzlağın qurtaraca-ğında buzlaq uçqunu da baş verir.
Uçux
Ücur
Ücur (fars. اوجور‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 456 nəfər yaşayır (88 ailə).
Daranaq
DARANAQ — Arsakda məntəqə adı ("Albaniya tarixi"). Xristian dininin Albaniyada yayılması ilə əlaqədar olaraq Suriya dilində daira "kilsə", "monostır" (ərəb dilində — "kilsə", "məbəd") və fars dilində bir şeyin olduğunu bildirən naq şəkilçisindən ibarətdir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında Dizaqnaq (Yuxari Qarabagda Dizaq, əsli Ditzək mahal adı), YII əsrə aid mənbədə Ermənistanda Darnaq mahal adı ilə quruluşca eynidir. Darahir- Arsakda məntəqə adı. "Arsak vilayətinin Darahır kəndi" ("Albaniya tarixi", I kitab, 28-ci fəsil). Həmin mənbənin başqa yerində Dparahor kimidir. ("Albaniya tarixi" I kitab, 33-cü fəsil). Suriya dilində (Albaniyada xristianlığı Suriyanın mişeldxerləri təbliğ edirdilər) dairə "monostır", "kilsə" (ərəb dilində deyir sözü ilə mənaca eynidir) sözündəndir.
Damancan (Sərab)
Damancan (fars. دامنجان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,732 nəfər yaşayır (328 ailə).
Halis Bayancuq
Halis Bayancuk (türk. Halis Bayancuk) və ya Əbu Hanzala (1984, Diyarbəkir) — İŞİD ilə əlaqədə olduğu iddiası ilə həbsdə olan zazaəsilli imam. Bayancuq Türkiyənin Diyarbəkir şəhərində Bingöldən gələn zaza ailəsində anadan olmuşdur. Onun atası Hacı Bayancuq, digər adı ilə "Hafiz" "Kürd Hizbullahı"nın siyasi qanadının lideri olmuş və hazırda ömürlük həbs cəzasındadır. 1998-ci ilə qədər Halis gəncliyini Diyarbəkirdə keçirmişdir. Atasının 2005-ci ildə həbsindən sonra 3 il Misirdə yaşamış, Almaniyada "Kürd Hizbullahı"na bağlı olan diaspor kürdlərinin dəstəyi ilə burada təhsil almış və 2008-ci ildə Türkiyəyə qayıtmışdır. Halis daha sonra 2008-ci ildə İstanbulda törədilən partlayışlarda əli olduğu iddiası ilə həbs edilmiş və 15 may 2009-cu ildə dəlil olmadığı üçün sərbəst buraxılmışdı. O, 2011-ci ildə "Əl-Qaidə" ilə əlaqəyə görə yenidən həbs edilmişdir. Bayancuq bomba planlaşdırmaqda şübhəli bilinən əlli nəfər ilə birlikdə həbs edilmişdi. O, 24 yanvar 2013-cü ildə prokurorlar sübut çatışmazlığı səbəbindən yenidən onu mühakimə edə bilmədikdən sonra sərbəst buraxılmışdır.
Qayanca (Bükan)
Qayanca (fars. ‎‎‎گاينجه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Avtomobildən qorun (film, 1966)
Avtomobildən qorun (rus. Берегись автомобиля) — rejissor Eldar Ryazanovun filmi. Bu qəribə hadisə tamamilə fantastika hesab oluna bilər. Ciddi və utancaq sığorta agenti (keçmiş sürücü, hazırda isə həm də aktyor) və özfəaliyyət teatrının aktyoru Yuri Detoçkin inanılmaz iş tutur. Doğrudur, o hər şeyi ədalətli edir, lakin XX əsrin Robin Huduna çevrilmiş Detoçkin artıq müstəntiq Maksim Podberyozovikov üçün ağıllı, tədbirli, təhlükəli və ən əsası – ələkeçməz caniyə çevrilmişdir… Bu filmdə Detoçkin rolunun ifaçısı İnnokenti Smoktunovski Hamlet rolunu ifa edir. Maraqlıdır ki, İnnokenti Smoktunovski artıq 2 il əvvəl – yəni, 1964-cü ildə Hamleti ("Hamlet" filmi) ifa etmişdi. Detoçkin rolu ilk dəfə Yuri Nikulin üçün nəzərdə tutulmuşdu. Lakin Nikulin sirk heyəti ilə Cənubi Afrikaya qastrola gedir. Sonra bu rol filmdə müstəntiqi canlandıran Oleq Yefremova təklif olunur. Ən sonda Detoçkin rolunu İnnokenti Smoktunovskiyə verirlər.
Avtomobildən qorun (film, 1974)
Avtomobildən qorun qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1974-cü ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. Oğlanın yol hərəkəti qaydalarını pozmasının bədbəxt hadisə ilə nəticələnməsi filmin əsas süjet xəttini təşkil edir. Burada hər bir piyada tərəfindən küçə hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyi haqqında danışılır. Professor Talışinski ilə müsahibə küçə hərəkəti qaydalarının pozulmasının acı nəticəsini əyani şəkildə nümayiş etdirir. Burada Respublika Dövlət Avtomobil Müfəttişliyinin rəisi Hüseynov qaydanı pozanlarla mübarizə tədbirlərindən və müfəttişliyin işindən söhbət açır.
Cordula dayana
Paphiopedilum dayanum (lat. Paphiopedilum dayanum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. Kyu Kral Botanika Bağının məlumatına əsasən : Cypripedium spectabile var. dayanum Lindl. 1860 basionym Cypripedium dayanum (Lindl.) Rchb.f. 1862 Cypripedium petri Rchb.f. 1880 Cypripedium ernestianum L.Castle, 1887 Cypripedium peteri Rchb.f., 1887, orth. var. Paphiopedilum petri (Rchb.f.) Pfitzer 1894 Paphiopedilum dayanum var.
Dayana Kamilo
Dayana Kamilo (15 dekabr 1977) — Braziliyanı təmsil edən bədii gimnast. Dayana Kamilo Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Dayana Ross
Dayana Ross (26 mart 1944[…], Detroyt, Miçiqan), Amerikalı müğənni və aktrisa. Fəhlə bir ata ilə müəllim bir ananın uşağı olaraq dünyaya gələn Dayana Ross uşaqlığını Alabamada keçirdi. 14 yaşındaykən ailəsiylə birlikdə Detroyta köçdülər. Yanvar 1962-ci ildə Ross, "Cass Technical High School"dan məzun oldu. Eyni illərdə musiqi karyerasını da cəmləşdirməyə başlayan sənətçi qonşuları olan Mary Vilson, Florens Ballard, və sonradan Supreyms və The Temptations adlarını alacaq olan Betti McGlovn ilə yerli icmaların meydana gətirib soul üslubunda sıxlaşan bir çox musiqi işlərinə imza atdı. Albomları The Beatlesdan sonra ən çox satan ikinci albom oldu. 1959-cu ildə başlayan Supremes macərasından sonra 1970-ci illərdə solo işlərinə başladı. 1972-ci ildə özünə Oskar namizədliyi gətirən Lady Sings the Blues adlı filmdə rol aldı. Yayımladığı bir çox albom və bir çox mahnı həftələrcə siyahı başında qaldı. İşləriylə müxtəlif mükafatlar qazanan Ross, 1971-ci ilin avqustunda meneceri Robert Ellis Silberstein ilə evləndi.
Phyllorchis dayana
Bulbophyllum dayanum (lat. Bulbophyllum dayanum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum dayanum növü Çindən Qərbi Malayziyaya qədər yayılmışdır. Bulbophyllum dyphoniae Tixier Bulbophyllum hispidum Ridl. Phyllorchis dayana (Rchb.
Phyllorkis dayana
Bulbophyllum dayanum (lat. Bulbophyllum dayanum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum dayanum növü Çindən Qərbi Malayziyaya qədər yayılmışdır. Bulbophyllum dyphoniae Tixier Bulbophyllum hispidum Ridl. Phyllorchis dayana (Rchb.
Pleurothallis dayana
Restrepia muscifera (lat. Restrepia muscifera) — səhləbkimilər fəsiləsinin restrepia cinsinə aid bitki növü.
Restrepia dayana
Restrepia muscifera (lat. Restrepia muscifera) — səhləbkimilər fəsiləsinin restrepia cinsinə aid bitki növü.
Kosmik uçuş
Kosmik uçuş — Yerdən atmosfer xaricində və ya kosmosda reallaşdırılan səfər. Kosmik uçuşkar insanlı və ya insansız kosmik gəmilər vasitəsiylə elmi, hərbi və ya kommersiya məqsədləri ilə həyata keçirilir. İnsanlı kosmik uçuşlara Rusiyanın Soyuz programını, Amerika Birləşmiş Ştatlarının Speys Şattlını, Beynəlxalq kosmik stansiyanı nümunə göstərə bilərik. İnsansız səfərlərə digər göy cisimlərinə göndərilən tədqiqat robotları və ya Yerin orbitinə göndərilən kommunikasiya peykləri nümunə olaraq verilə bilər. 1957-ci il 4 oktyabrda "Sputnik-1" adlı Yerin ilk süni peyki SSRİ tərəfindən orbitə buraxılmışdır.İlk dəfə insansız kosmik uçuş 1942-ci il 3 oktyabrda "Fau-2" alı dünyada uzaq mənzilli ilk ballistik raketi ilə baş tutdu. Kommersiya məqsədli kosmik uçuşlara kosmik turizm misal gətirilə bilər.
Uzun-Aral
Uzun-Aral — boğaz Aral dənizinin şərq və qərb hissələrini birləşdirir. Uzun-Aral boğazı 1989-cu ildə Aral dənizinin səviyyəsinin enməsi ilə yaranmışdır. Boğaz Kulandı yarımadasını Vozrajdeniya adasından ayırır. 2000-ci ildə Böyük Aral dənizi şərqi və qərbi olmaqla iki yerə bölünmüşdür. 2008-ci ildən iki hissə yalnız kiçik boğazla birləşmişdir. Bu boğaz sayəsində hər iki göllə əlaqə təmin edilir. Axın əsasən şərqdən qərbədir. 2009-cu ildə şərqi göl tamamən qurumuşdur. Bir il sonra isə göl Amudəryanın hesabına yenidən dolmuşdur. Yay ayı şərq gölü tamamən qurusa da yenidən dolur.
Uçuş məsafəsi
Uçuş məsafəsi — təyyarələrin təkərlərini yerdən kəsmək üçün lazım olan uçuş-enmə zolağının uzunluğuna verilən addır. Uçuş məsafəsinin hesablanması təyyarənin mühərrikinin tam gücü ilə işlədiyi və flap səviyyələri uçuş səviyyəsində olduqda hesablanır. Təyyarənin nə qədər müddət yer üzərində hərəkət etdikdən sonra uçmağa başlaması Təyyarənin bütün xüsusiyyətlərindən asılı olan bir dizayn parametridir. Məsələn, eyni çəkidə daha güclü bir mühərrik bir təyyarəyə quraşdırıldıqda, qanadların təyyarəni qaldıra biləcəyi sürət daha qısa məsafədə əldə edilə bilər. Və ya təyyarənin cari çəkisi uçuş məsafəsinə təsir göstərir. Dizayn parametri olduğundan, təyyarənin ağırlığına, sürütlənməsinə və qalxmasına təsir edən hər hansı bir dəyişiklik bu parametri də dəyişdirəcəkdir. Bundan başqa, uçuş zolağının nə qədər mükəmməlliyi, hava şəraiti, uçuş-enmə zolağının yerləşdiyi yerin hündürlüyü, küləyin istiqaməti kimi xarici amillər uçuş məsafəsinə təsir edir. Təyyarə qanadları təyyarənin ağırlığını tarazlayacaq bir qüvvə meydana gətirən kimi uçuş həyata keçirilir. Pilotun simmetrik olmayan qanad profillərinə müdaxiləsi lazım deyildir. Simmetrik olmayan profillərdə isə daşıyıcı qüvvə hücum bucağı ilə meydana gəldiyindən pilot hündürlük sükanı və ya digər uçuş idarəetmə vasitələrindən istifadə edə bilər.
Uçuş simulyatoru
Aviasiya (pilotaj) trenajoru — pilotların yerüstü hazırlığı üçün nəzərdə tutulmuş uçuş simulyatorudur. Aviasiya trenajorunda trenajorun hesablama kompleksinin proqram təminatında həyata keçirilən xüsusi modellərin köməyi ilə aparat-proqram kompleksi vasitəsilə, uçuş dinamikası və hava gəmisi (HG) sistemlərinin işi imitasiya olunur. Aviasiya trenajorunda pilotların hazırlanması — HG-nin təhlükəsiz istismarının təmin edilməsinin ən mühüm elementlərindən biridir. Bu, insan amilinin mənfi təsirini minimuma endirməyə imkan verir, yəni təyyarə heyətinin səhv hərəkətləri ehtimalını minimuma endirməyə imkan verir. Trenajor hazırlığının aktuallığı insan amilinin aviasiya qəzalarının əsas səbəbi olmağa davam etməsi səbəbindən sabit bir yüksəliş tendensiyasına malikdir. Bundan əlavə, EHM-in hesablama gücünün sürətlə artması müasir aviasiya trenajorlarını elə inkişaf səviyyəsinə çatdırmağa imkan verib ki, trenajorlarda pilotların hazırlanması real təyyarədə hazırlıqdan daha effektivdir. Aviasiya trenajorlarının bu cür effektivliyi onların yüksək hazırlıq intensivliyinin təmin edilməsi imkanları ilə şərtlənir. Belə ki, əgər real uçuşda ekipaj konkret təlim tapşırıqlarının yerinə yetirilməsilə bağlı olmayan, məsələn, uzun müddətli "qutu üzrə uçuş", hündürlüyün yığılması, zonaya uçuş və s. yerinə yetirilməsilə bağlı gündəlik əməliyyatların yerinə yetirilməsinə əhəmiyyətli vaxt ayırmalıdırsa, trenajorda isə xüsusi proqram təminatı uçuş şəraitini, havanı, coğrafi mövqeyi, təhlil və təkrarlama üçün tapşırığın yerinə yetirilməsini dayandırmağa və s. imkan verir.
Üçüncü günün adamı
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
Avtobus dayanacağı
Avtobus dayanacağı — sərnişinlərin minib-düşməsi üçün avtobusların dayandığı yer. Avtobus dayanacaqlarının tikintisi istifadə səviyyəsini əks etdirir, sıx yerlərdə qapalı dayanacaqlar, oturacaqlar və bəzən elektron sərnişin məlumat sistemləri ola bilər. Daha az məşğul dayanacaqlarda sadə dirək və bayraqdan istifadə edilə bilər. Avtobus dayanacaqları bəzi yerlərdə rahatlığı artırmaq üçün yaxınlıqdakı dayanacaqlardan marşrutlar və digər ictimai nəqliyyat növləri arasında keçid etməyə imkan verən nəqliyyat qovşaqlarına birləşdirilir. XVII əsrdən XIX əsrə qədər atlı səhnə məşqçiləri bir çox Avropa şəhərləri arasında müntəzəm xidmətlər həyata keçirirdilər, atların dəyişdirilə biləcəyi və sərnişinlərin minə və ya enə biləcəyi xüsusi mehmanxanalardan başlayaraq dayanaraq, əslində avtobus dayanacağının ən erkən formasını təşkil etməyə başlamışdılar. Londondan Yorka gedən marşrutun ilk dayanacağı olan Angel Inn, belə bir mehmanxananın nümunəsi idi. Con Qrinvud 1824-cü ildə Mançesterdə ilk avtobus xəttini açdı, sabit bir marşrutda gedərək sərnişinlərə sifariş olmadan yol boyu istəyə görə minməyə icazə verdi. İctimai evlər, dəmiryol stansiyaları və yol qovşaqları kimi görməli yerlər adi dayanacaqlara çevrildi. Atlı avtobuslar 1828-ci ildə Parisdə fəaliyyətə başladı. Corc Şillibir 1829-cu ildə Omnibus xidmətinə başladı.