Ucan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.[2]
Kənd | |
Ucan | |
---|---|
40°17′54″ şm. e. 44°12′17″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Karbi mahalı |
Rayon | Əştərək rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.150 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Uçan kimi əksini tapmışdır[3]. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Toponim türk mənşəli uc etnoniminə[5] cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlib «ucların yaşadığı yer, uclara məxsus kənd» deməkdir. Etnotoponimdir.
Quruluşca düzəltmə toponimdir.
Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 364 nəfər, 1897-ci ildə 444 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 318 nəfər, 1916-cı ildə 480 nəfər[6], 1918-ci ildə 300 nəfər[7] yalnız azərbaycanlı yaşamışdır.
1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş[8], Türkiyənin Muş, Van qəzalarından köçürülən ermənilər burada yerləşdirilmişdir[9].
İndi ermənilər yaşayır.