Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aytən
Aytən — Qadın adı.
Pinar Aylin
Pinar Aylin (12 may 1972, İzmir) — türk pop musiqisi müğənnisi. 1995: Ben Bahara Hazırım 1997: Güneşten 1998: Ay Işığında 2000: Çöl Fırtınası 2004: No.
Qeys Aylan
Qeys Aylan — Şimali Ərəbistanın böyük və qüdrətli qədim tayfa birliyi. Rəvayətə görə Qeys Aylanlar əvvəlcə Tihama düzənliyinin alçaq yerlərində yaşayırdılar. Məhəmməd Peyğəmbərin dövründə Ərəbistanın mərkəz və şimal hissələrinin geniş torpaqlarına yayıldılar. Onlar Məkkənin cənub-şərq və şimal-şərq tərəflərinə, Mədinə torpaqlarına, Hicazın hər yerinə, Bəhreynə, sonra da İraq və Suriya torpaqlarına köç etdilər .
Ayşən Gürcan
Ayşən Gürcan (1963, Burdur) — Türkiyəli bürokrat, keçmiş Ailə və Sosial Siyasətlər naziri. O, 28 avqust 2015-ci il - 17 noyabr 2015-ci il tarixləri arasında Əhməd Davudoğlunun sədrliyi ilə qurulan Türkiyə hökumətində vəzifəsini davam etdirib. O, həm də Respublika tarixində və seçki hökumətində ilk hicablı qadın nazir olub. Ayşən Gürcan 1963-cü ildə Burdurda anadan olub, ibtidai və orta təhsilini də orada bitirib. Ayşən Gürcan 1986-cı ildə Anadolu Universitetinin Rabitə Elmləri fakültəsini bitirib. 1987-1989-cu illərdə Təhsil Ünsiyyəti və Planlaşdırılması üzrə magistr dərəcəsinə yiyələnmiş, təhsil texnologiyası mövzusunda doktorluq dərəcəsini almışdır. 1990-2005-ci illər arasında Anadolu Universiteti Təhsil fakültəsində tədqiqatçı, müəllim və əməkdaş kimi çalışmışdır. O, təhsil elmləri, tədris və təlim, təhsil ünsiyyəti, texno-psixologiya və ailə təhsili ilə bağlı çoxsaylı əsərlərin müəllifidir. Hal-hazırda İstanbul Ticarət Universitetinin müəllim heyətinin üzvüdür. 2006-2011-ci illər arasında Gürcan Türkiyə Baş Nazirliyində Ailə və Sosial Araşdırmalar üzrə baş menecer vəzifəsində çalışıb.
Aylin Kontente
Aylin Kontente (30 iyun 1982 və ya 5 fevral 1989, İzmir) — Səfərad yəhudi əsilli türk aktrisası. O, aktrisalıq karyerasını "Güldür güldür şou" adlı proqramda davam etdirir. 2003-cü ildə Dokuz Eylül Universitetinin aktyorluq fakültəsini bitirib. Peşəkar aktyorluq karyerasına "Kampüsistan" teleserialı ilə başlayıb. Aylin Kontente 2012-ci ildə aktyor Alpər Qul ilə ailə həyatı qurub. Onun Arel və Leo adlı iki oğlu var.
Aylin Yaman
Aylin Yaman (1967, Ankara) — tibb işçisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Aylin Yaman 1967-ci ildə Ankara şəhərində anadan olub. 1991-ci ildə Ankara Universiteti Tibb bölməsindən məzun olub. 1996-cı ildə isə Ankara Universiteti Tibb bölməsində fiziologiya üzrə ixtisaslaşmanı bitirib. Uzun illər səhiyyə sahəsində çalışıb və vəzifələrdə təmsil olunub. Sağlamlıq Forumunda, Yaşlılar və Əlillər üçün Sosial Siyasət Seminarınıda və Uşaq Siyasətləri Seminarında töhfələri olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2020-ci ildə CHP Məclisinin üzvü seçilib. COVID-19 Məsləhət Şurasının üzvü, İnsan Hüquqları İşçi Qrupunun üzvü vəzifələrində təmsil olunub. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Aytən Kordu
Aytən Kordu (1971, Ərzincan ili) — sosioloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Aytən Kordu 1971-ci ildə Ərzincan ilində anadan olub. Anadolu Universiteti Sosiologiya Bölməsindən məzun olub. 2003-2011-ci illərdə Göyqurşağı Qadınlar Dərnəyinin sədri olub. 2015-2017-ci illərdə Tunceli Bələdiyyəsində qadın məsələləri şöbəsində çalışıb. Siyasi fəaliyyətinə görə 2.5 il müddətinə həbs edilib. 2018-ci ildə azadlığa buraxılıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Tunceli ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ətraf mühit Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Zazaca bilir.
Ayşən Əhmədova
Ayşən Əhmədova (5 may 2000) — Yunanıstan A Divizionunda PAOK və Azərbaycan qadınlardan ibarət milli komandasında müdafiəçi kimi çıxış edən azərbaycanlı futbolçu. O, həmçinin Azərbaycan U17 və U19 komandalarını da təmsil etmişdir. == Klub karyerası == 2021-ci ilin aprel ayında Əhmədova Türkiyəyə köçdü və 2020–2021 Türkiyə Qadınlar Futbol Liqasında oynamaq üçün Qaziantepdə yerləşən ALG Spor klubuna qoşuldu. Növbəti mövsüm Çaykur Rizespora transfer oldu. 2022-ci ilin oktyabrında Ankara BB Fomget GS ilə müqavilə imzaladı.
Aylan Kürdi
Aylan Kürdinin ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır. Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində dünyaya gəlmişdir. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir. Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir. Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib. Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir. Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır.
Aylin Fazelian
Aylin Fazelian — siyasətçi, millət vəkili. Aylin Fazelian 14 yaşından siyasətlə məşğuldur. O, 12 ildir ki, “Sosial-Demokrat Partiyası”da fəaliyyət göstərir. O, bundan əvvəl partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü seçilib. 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub. Aylin Fazelian İsveç milli parlamentinə seçilən ilk azərbaycanlıdır. 13 yanvar 1992-ci ildə anadan olan İsveç Sosial Demokrat siyasətçidir. 2018-ci il parlament seçkilərindən sonra Vastra-Qotalandın qərb dairəsində parlamentin üzvü seçildi. Aylin Fazelian Xarici İşlər Komitəsinin üzvü və Nordic Şurasının üzvüdür. S-women birliyinin idarə heyətindədir və beynəlxalq məsələlər üzrə birliyin nümayəndəsi.
Aylin Muxika
Aylin Muxika (ing. Aylin Mujica) — məşhur Meksika aktrisası, modeli və balerinası.
Aylin Urgal
Aymən Benəbdülrəhman
Aymən ibn Əbdülrəhman (‎ərəb. أيمن بن عبد الرحمان‎; 30 avqust 1966, Əlcəzair) — 30 iyun 2021-ci ildən Əlcəzayir Baş naziri və 23 iyun 2020-ci ildən isə Maliyyə Naziri vəzifələrini icra edən əlcəzairli siyasətçi. İbn Əbdülrəhman 30 avqust 1966-cı ildə Əlcəzair şəhərində anadan olub. Milli İdarəetmə Məktəbini bitirib. İbn Əbdülrəhman 2010-cu ilin martından 2020-ci ilin iyun ayına qədər Əlcəzair Bankında senzur vəzifəsində çalışıb. 2019-cu ilin iyun ayına qədər orada çalışdıqdan sonra 2019-cu ilin noyabrında Əlcəzair Bankına müdir təyin olundu. 23 iyun 2020-ci ildə ibn Əbdülrəhman Maliyyə Naziri təyin edildi. 30 iyun 2021-ci ildə Baş nazir seçildi. 10 iyul 2021-ci ildə ibn Əbdülrəhman COVID-19-a müsbət test etdi. Əlcəzair dövlət televiziyası onun yeddi gün karantində qalacağını, lakin vəzifələrini onlayn yerinə yetirməyə davam edəcəyini bildirib.
Aytən Alpman
Aytən Alpman (20 noyabr 1931, İstanbul – 20 aprel 2012, İstanbul), Türk pop musiqisi ve caz sənətçisi. Nişantaşı Qız Liseyində və Ərənköy Qız Liseyində təhsil almışdır. Liseydən sonra İlham Gencerin solistlik təklifi ilə İstanbul Radiosunda işləməyə başlamışdır. Daha sonra Arif Mardin ilə tanış olmuş və onun təklifi ilə caz musiqiləri oxumağa başlamışdır. 1953-cü ildə İlham Gencer ilə evlənmiş, 1960-cı ildə ondan ayrılmışdır. 1959-cu ildə ilk albomu "Sayonara/Passion Flower"i yayınlamışdır. 1963-cü ildə işləmək üçün İsveçə getmiş, üç il sonra Türkiyəyə dönmüşdür. Fecri Ebcioğlunun israrları ilə türkcə oxumağa başlamış və ilk çalışması - "İnan Bana / Ayrıldık Yalnızım"ı hazırladı. 1968-ci ildə Ümid Aksu ilə evlənmişdir. Fecri Ebcioğlu ilə birlikdə işlədikləri "Sensiz Olamam" ilə ilk böyük çıxışını etmişdir.
Aytən Mustafayeva
Aytən İnqlab qızı Mustafayeva (23 may 1968, Bakı) — hüquq elmləri doktoru, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru. Milli məclisdə insan hüquqları komitəsinin üzvü. Aytən Mustafayeva: Azərbaycanda insan hüquq və azadlığının təminatı yüksək səviyyədədir AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutuna direktor müavii təyin olundu.
Aytən Mustafazadə
Aytən İnqlab qızı Mustafayeva (23 may 1968, Bakı) — hüquq elmləri doktoru, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru. Milli məclisdə insan hüquqları komitəsinin üzvü. Aytən Mustafayeva: Azərbaycanda insan hüquq və azadlığının təminatı yüksək səviyyədədir AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutuna direktor müavii təyin olundu.
Aytən Səfərova
Piriyeva Aytən Sədaqət qızı (doğum soyadı: Səfərova; Ağsu) — azərbaycanlı jurnalist, teleaparıcı. Aytən Sədaqət qızı Səfərova martın 18-də Azərbaycanın Ağsu şəhərində anadan olub. 6 yaşından etibarən ailəsilə birlikdə Rusiyanın Tümen vilayətinin Nyaqan şəhərinə köçüb. Lakin bir neçə ildən sonra balaca qardaşı Arazın faciəvi şəkildə vəfatından sonra yenidən ailəliklə Azərbaycana qayıdıblar. Əmək fəaliyyətinə "Ayna"-"Zerkalo" qəzetlərində başlayıb. 1998-ci ilin aprel ayından etibarən ANS ÇM radiosunda fəaliyyətə başlayıb. Əvvəlcə radioda xəbər buraxılışlarının və "İsti-İsti" verilişinin aparıcısı, daha sonra ANS TV-də "Pressing", "İç xəbər" və "Xəbərçi" verilişlərinin prodüseri, "İç xəbər" verilişinin müxbiri və aparıcısı, "Xəbərçi" verilişinin aparıcısı, prodüseri, Baş aparıcı-redaktoru vəzifələrində çalışıb. 2005-ci il yanvarın 28-də ailə qurub. 2006-cı il yanvarın 23-də Ayza adlı qız övladı dünyaya gəlib. Bir müddət televiziyadan ayrılsa da (analıq məzuniyyəti) 2007-ci ilin may ayında yenidən ANS TV-yə işə qayıdıb.
Aytən Səfərəliyeva
Aytən Səfərəliyeva — Jurnalist. Aytən Səfərəliyeva 1983-cü il fevral ayının 2-sində anadan olub. 2000-ci ildə orta məktəb məzunu olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub. 2005-ci ildə eyni fakültənin beynəlxalq jurnalistika üzrə magistratura bölməsini bitirib. "Lider" telekanalında yayımlanan "Zəif Bənd" , "Milyonçu" verilişində redaktor vəzifəsində çalışıb. Hazırda Azərbaycan Televiziyasında yayımlanan "Sözün sirri" verilişinin müəllifi, eyni zamanda həmin telekanalda yayımlanan "Çoxbilmişlərdənsinizmi?" verilişinin redaktoru vəzifəsində çalışır. Bir sıra layihələrin müəllifidir . Fəaliyyəti Aytən Səfərəliyeva — Jurnalist Aytən Səfərəliyeva Məmməd qızı 1983-cü il fevral ayının 2-sində Beyləqanda (Azərbaycan) anadan olub. Hümmət təşkilatı, Fəhlə hərəkatının üzvü, inqilabçı Xanlar Səfərəliyevin nəslindəndir.
Aytən İsmixanova
Aytən Nuru qızı İsmixanova (3 sentyabr 1968, Bakı) — azərbaycanlı bəstəkar, aranjimançı, mahnı sözlərinin müəllifi. Aytən Nuru qızı İsmixanova 1968 il 3 sentyabr tarixində Bakıda ziyalı ailəsində anadan olub. Uşaqlıqdan musiqiyə çox böyük həvəsi olduğundan valideynləri ona kiçik bir elektropiano alır. Bu pianoda Aytən eşitdiyi musiqiləri dəqiqliyilə təkrar edəndə hamı təəccüblənirdi. Qonşuluqda iki baçı Asəf Zeynallı adına musiqi texnikumunda təhsil aldığından Aytən ifalarını dinləmək üçün tez-tez onlara qonaq gedərdi. Evə qayıdanda o, eşitdiklərini dərhal öz pianosunda təkrar edərdi. Bakının mərkəzi klinikaların birində Aytənin anası Tamilla xanım müalicə alarkan mərhum bəstəkarımız Süleyman Ələsgərovla tanış olur. Qızının istedadı haqqında ona danışanda bəstəkarımız balaca qızcığazla tanış olmaq istəmişdir. Aytənin anası qızını Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına professor Süleyman Ələsgərovun yanına aparır. Professor Aytəni dinlədikdən sonra anasına: "Bu qızın yeməyini, içməyini piano arxasına gətirin ki, o daim məşğul olsun!
Ayşən Bayramova
Ayşən Bayramova (24 dekabr 1998) — gimnast. 24 dekabr 1998-ci ildə Rusiyanın Çita şəhərində anadan olmuşdur. Azərbaycanlı bədii gimnastdır. Azərbaycanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. Müxtəlif illərdə çox saylı Dünya Kubokları və Grand Prix mükafatçısı. 2018-ci ildə Avropa çempionatı bürünc mükafatçısı. 2019-cu il Bakı şəhərində təşkil olunmuş Dünya Çempionatında Tokio 2020 Olimpiya oyunlarına lisenziya qazanmışdır. Ayşən Bayramova 24 dekabr 1998-ci ildə Rusiyanın Çita şəhərində anadan olmuşdur. 2007-ci ildən bədii gimnastika ilə məşğul olur. Bakı şəhəri 145 nömrəli tam orta məktəbi bitirib.
Ayşən Mehdiyeva
Ayşən Qruda
Ayşən Qruda (22 avqust 1944, Yeşilköy[d] – 23 yanvar 2019, İstanbul) — Türk teatr və kino aktrisası. Pomidor gözəli ləqəbi ilə tanınan Ayşən Qruda bir çox Yeşilçam sinema filmlərində Şener Şen, Adile Naşit, Kamal Sunal, İlyas Salman kimi aktyorlarla baş rolda yer aldı. 23 yanvar 2019-cu ildə mədəaltı vəzin xərçəngi səbəbindən 74 yaşında İstanbulda öldü. Onun kimi bir aktyor olan Ayten Ermanın bacısı olan Gruda'nın bacısı Ayben Erman da bu sənətdədir. Ayşən Qruda, 30 noyabr 1945-ci ildə Osmanlı dövründə qərargah olaraq istifadə edilən İstanbulun Yeşilköy qəsəbəsindəki Erman Ailəsinin ortancıl qızı olaraq dünyaya gəldi. Atası maşinist idi. Komediya qabiliyyətini hələ uşaq yaşlarında Yeşilköydəki evlərində erməni qonşularını təqlid edərkən ailəsi tərəfindən kəşf edildi. Məktəb dönəmində atasını itirən Ayşən Qruda maddi çətinliklərdən dolayı məktəbi buraxıb işləməyə başlayır. Bacıları Ayben Erman və Ayten Erman da onun kimi aktyor olacaqdı. Televiziya skitlərindən birində canlandırdığı "Pomidor Gözəli Nahide Şerbet" obrazından sonra ləqəbi "Pomidor Gözəli" olaraq qaldı.
Ayşən Əbdüləzimova
Ayşən Əbdüləzimova (11 aprel 1993, Şəki) — Azərbaycan qadın milli voleybol komandasının kapitanı.
Aylan Kürdinin ölümü
Aylan Kürdinin ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır. Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində dünyaya gəlmişdir. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir. Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir. Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib. Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir. Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır.
Aymən ibn Əbdülrəhman
Aymən ibn Əbdülrəhman (‎ərəb. أيمن بن عبد الرحمان‎; 30 avqust 1966, Əlcəzair) — 30 iyun 2021-ci ildən Əlcəzayir Baş naziri və 23 iyun 2020-ci ildən isə Maliyyə Naziri vəzifələrini icra edən əlcəzairli siyasətçi. İbn Əbdülrəhman 30 avqust 1966-cı ildə Əlcəzair şəhərində anadan olub. Milli İdarəetmə Məktəbini bitirib. İbn Əbdülrəhman 2010-cu ilin martından 2020-ci ilin iyun ayına qədər Əlcəzair Bankında senzur vəzifəsində çalışıb. 2019-cu ilin iyun ayına qədər orada çalışdıqdan sonra 2019-cu ilin noyabrında Əlcəzair Bankına müdir təyin olundu. 23 iyun 2020-ci ildə ibn Əbdülrəhman Maliyyə Naziri təyin edildi. 30 iyun 2021-ci ildə Baş nazir seçildi. 10 iyul 2021-ci ildə ibn Əbdülrəhman COVID-19-a müsbət test etdi. Əlcəzair dövlət televiziyası onun yeddi gün karantində qalacağını, lakin vəzifələrini onlayn yerinə yetirməyə davam edəcəyini bildirib.
Aalen
Aalen (alm. Aalen‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Ştutqart inzibati dairəsində şəhər. Sahəsi 146.624 km2, əhalisi 66252 nəfərdir (2007). Burada Qədim Roma dövründən xarabalıqlar var. Dəmiryol qovşağıdır. Müxtəlif sənaye, dəzgah və alət zavodları var.
Aalen mərtəbəsi
Aalen mərtəbəsi – Yura sistemindən Orta şöbənin birinci mərtəbəsi. 1864-cü ildə İsveçrə geoloqu Mayer-Eymar tərəfindən ayrılmışdır. Aalen mərtəbəsinin dəniz çöküntüləri gil, qumdaşı, tuflu qumdaşıdan ibarətdir.
Allen Center
Allen Center - ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn kompleksidir. Kompleks One Allen Center, Two Allen Center və Three Allen Center binalarından ibarətdir. Kompleks 280,000 m² yeri tutur.
Allen Mirqədirov
Allen Mirqədirov (ing. Allen Mirkadyrov; əvvəlki adı: Ələkbər Mirqədirov; 5 may 1979, Bakı) — Azərbaycan əsilli ABŞ aerokosmik mühəndisi və ABŞ Hərbi Hava Qüvvələrinin zabiti. Allen (Ələkbər) Mirqədirov 1979-cu il may ayının 5-də Bakı şəhərində anadan olmuşdur. O, ailəsi ilə birgə Bakının 8-ci kilometr şəhər tipli qəsəbəsində yerləşəm Tofiq Abbasov küçəsi, ev 30-da yaşayırdı. Birinci sinifdən altıncı sinfə qədər Bakı şəhəri 145 nömrəli tam orta məktəbdə təhsil alıb. 1991-ci ilin yayında ailəsi ilə birlikdə Bakını tərk edib ABŞ-yə köçüb. O, ABŞ-nin bir neçə ştatında, o cümlədən Arizonada, Havayda, Koloradoda, Kaliforniyada və Merilenddə yaşayıb. Allen Amerika Hərbi Hava Akademiyasında (USAFA) kosmik texnika üzrə bakalavr dərəcəsi, San Dieqo Dövlət Universitetində aerokosmik texnika üzrə magistr dərəcəsi almışdır. O, təhsilini başa vurandan sonra 10 il ərzində ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir. 2010-cu ildə isə NASA-nın orbital missiyalarında uçuşların təhlükəsizliyinə cavabdeh olan mərkəzdə aerokosmik mühəndis işinə təyin olunub.
Hovard Ayken
Hovard Ayken (8 mart 1900, Hoboken, Nyu Cersi – 14 mart 1973[…], Sent-Luis, Missuri) — ABŞ mühəndisi. Hovard Ayken İndianapolisdə, İndiana ştatında böyüyüb (o, 1900-cü il 8 martda anadan olub). 8-ci sinifdən sonra o, işıqlandırma və istilik təchizatı şirkətində gecə operatoru işləmək məcburiyyətində qalmışdı, gündüzlər isə Arsenal texniki məktəbinə gedirdi. Məktəb rəhbərliyi gəncin bacarıqları ilə maraqlandı və ona imtahanları vaxtından əvvəl vermək üçün şərait yaratdılar. Sonra o, Viskonsin ştatı universitetinə daxil olur və eyni zamanda qaz şirkətində işləyir. 1923-cü ildə Ayken bakalavr dərəcəsini, gecə işi üçün isə qaz şirkətinin baş mühəndis vəzifəsini əldə edir. 10 il energetika mühəndisi işlədikdən sonra o, 1935-ci ildə Çikaqo universitetinə daxil olur, sonra isə Harvard Universitetinin fizika üzrə aspirantı olur, 1939-cu ildə Aykenin Harvord universitetinin fizika şöbəsinə təqdim olunmuş "Enerjinin məkan keçiriciliyi nəzəriyyəsi" adlı doktorluq dissertasiyası analitik qeyri-xətti differensial bərabərliyi həll etməyin mümkünsüzlüyü haqqında məyus ifadələrlə boldur, adekvat olaraq tədqiq etdiyi məfhumu izah edərək deyir ki, hətta onların rəqəmsal həlli insan üçün əlçatmaz olan həcmdə hesablamalar tələb edir. 1937-ci ildə bu düşüncələr nəticəsində onun "Təklif edilən avtomatik hesablama maşını" adlı işi (o, bunu öz vəsaiti ilə çıxartmışdı) meydan gəldi. O, burda maşını kommutasiya lövhəsi şəklində izah edirdi, harda ki hesablayıcı maşının müxtəlif qovşaqları montaj olunub, belə ki kommutasiya lövhəsinin hər bir paneli ayrı-ayrı riyazi əməliyyatların icra edilməsi üçün nəzərdə tutulub. Harvord o dövrdə "əsl" araşdırmalar mərkəzi idi, ona görə də Ayken özünə dəstək tapa bilmədi, əksinə rəqabət var idi.
Palm-Aylend
Palm-Aylend (ing. Palm Island) — Niderland Krallığına daxil olan, Aruba adasından bir qədər aralıda yerləşən özəl ada. Ada turizm baxəımından görməli yerlərdən sayılır. Ada Arubadan bərə ilə 5 dəqiqəlik məsafədə yerləşir. Burad kiçik çimərlik və su parkı vardır Çimərlik zonası okean sahilinin bir hissəsini təşkil edir. Təhlükəsizlik məqsədilə uzaq məsafələrə üzməyə icazə verilmir. Snorkelinq ada turizminin əsasını təşkil edir. Burada çoxlu sayda balıq növünə rastlamaq mümkündür. Burada balılq ovlamaq və ya istənilən heyvanı öldürmək qadağandır. Bunun sayəsində balıqlar insanlardan qorxmur və dayazlığa yaxın ərazilərə üz tuturlar.
Pol Allen
Pol Allen (21 yanvar 1953[…], Sietl, Vaşinqton – 15 oktyabr 2018[…], Sietl, Vaşinqton) — Amerikalı biznes maqnatı, kompüter proqramçısı, tədqiqatçı, investor, film prodüseri və xeyriyyəçi. O, 1975-ci ildə uşaqlıq dostu Bill Geytslə birlikdə dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti olan Microsoft-u yaratması ilə tanınır. Allen 2018-ci ildə Forbes tərəfindən dünyanın 44-cü ən varlı adamı seçildi və ölümü zamanı təxmin edilən xalis sərvəti 20,3 milyard dollar idi. Allen 1983-cü ilin əvvəlində limfoqranulematoz diaqnozu qoyulduqdan sonra Microsoft-da gündəlik işlərini tərk etdi və idarə heyətində sədr müavini olaraq qaldı. O, 1986-cı ildə bacısı Codi Allenlə birlikdə biznes və xeyriyyəçilik səylərini idarə edən özəl şirkəti olan Vulcan-ı qurdu. O, texnologiya və media şirkətləri, elmi araşdırmalar, daşınmaz əmlak holdinqləri, özəl kosmik uçuş müəssisələri və digər sektorlarda hissələr daxil olmaqla bir neçə milyard dollarlıq investisiya portfelinə sahib idi. Milli Futbol Liqasında Sietl Sihoks və Milli Basketbol Assosiasiyasında Portlənd Treyl Bleyzers komandasına sahib idi və MLS-dəki Sietl Saundersin ortaq sahibi idi. 2000-ci ildə Microsoft-un idarə heyətindəki müavin vəzifəsindən istefa verdi və şirkətin idarə heyətinin strategiya üzrə baş məsləhətçisi vəzifəsini icra etməyə başladı. Allen neyroelm, süni intellekt və sitologiya üzrə Allen İnstitutunu, həmçinin Stratolaunch Systems və Apex Learning kimi şirkətləri təsis edib. O, təhsil, vəhşi təbiət və ətraf mühitin mühafizəsi, incəsənət, səhiyyə və ictimai xidmətlər kimi problemlərə 2 milyard dollardan çox vəsait ayırıb.
Rod-Aylend
Rod-Aylend (ing. Rhode Island) — ABŞ-də ştat. Sahəsinə görə ölkənin ən kiçik ştatıdır, ancaq əhalisinə görə 7 ştatı qabaqlayır. Əhali sıxlığına görə isə, ABŞ-nin ən sıx 6-cı ştatıdır. Mərkəzi Providens şəhəridir. Rod-Aylend ştatının ləqəbi "Okean Ştatı"-dır. Çünki bu ştat Atlantik okeanın sahilində yerləşir. Rod-Aylend ştatı, İngilislərə qarşı vuruşan 13 koloniyadan biri idi. Başlanğıcda, ştat iki hissədən ibarət idi: Ehtiyat plantasiyası (materik, ən böyük şəhər - Providens) və Rod Adası (ada, ən böyük şəhəri - Newport).
Staten-Aylend
Staten Aylend — Nyu-Yorkun 5 əsas bölgəsindən biri. Eyni adlı ada üzərində yerləşir. 477 377 nəfər əhalisi olan bölgə Nyu-Yorkun ən az əhalisi olan bölgəsidir.
Uest Aylend
Vest Aylend (ing. West Island) — Avstraliyanın xarici ərazisi Kokos adalarının paytaxtı. Sahəsi 6,2 kv. km., əhalisi 120 nəfərdir. Avstraliyaya qədər olan məsafə 2100 kilometrdir.
Vest Aylend
Vest Aylend (ing. West Island) — Avstraliyanın xarici ərazisi Kokos adalarının paytaxtı. Sahəsi 6,2 kv. km., əhalisi 120 nəfərdir. Avstraliyaya qədər olan məsafə 2100 kilometrdir.
Vudi Allen
Vudi Allen (tam adı: Allen Stüart Koniqsberq; 30 noyabr 1935, Bronks, Nyu-York, ABŞ) — Amerika kino rejissoru, ssenari müəllifi, aktyoru və prodüseri. Yəhudi ailəsində doğulmuşdur. İlk filmini ("Nə olub, pələng səhləbi?") 1966-cı ildə çəkib. Həmçinin pyeslərin ("Suyu içməyin", "Üzən kiçik lampa" və s.) və hekayələr məcmuələrinin müəllifidir. 1977-ci ildə "Enni Holl" çəkdiyi filmi üç Oskar mükafatı qazandı. 1985-ci ildə isə Allen Qızıl Qlobus aldı. Daha bir neçə mükafata layiq görülüb. Caz həvəskarı olan Allen həm də klarnet çalır.
İsaak Ayzen
İsaak Ayzen (ing. Icek Ajzen; 1942, Xelm[d], Ümumi Hökumət) — Polşa yəhudisi əsilli ABŞ psixoloqu. İsaak Ayzen 1942-ci ildə Polşanın Xelm şəhərində, yəhudi ailəsində anadan olmuşdur. O, 1966-cı ildə Yerusəlim şəhərində yerləşən Yəhudi Universitetində bakalavr dərəcəsi aldıqdan sonra İllinoys Universitetində magistratura təhsilini davam etdirmişdir. O, Massaçusets Universitetinin professoru kimi çalışmışdır. İsaak Ayzenin əsas tədqiqat münasibət nəzəriyyəsinə, münasibət və davranış arasındakı əlaqə probleminin aydınlaşdırılmasına həsr edilmişdir. O, Martin Fişbeynlə birlikdə sonradan "planlı davranış nəzəriyyəsi" adlandırılan motivasiyalı fəaliyyət konsepsiyasını inkişaf etdirmişdir. Bu konsepsiyaya görə münasibət şəxsin təmasda olduğu obyekt və şəxslərin gözlənilən əhəmiyyətinə inam funksiyasıdır və davranış bu münasibətin nəticəsidir. Davranış onu nümayiş etdirmək niyyətinə əsaslanır, bu davranışa münasibətdə münasibətin funksiyası və yaşanan sosial təzyiq (subyektiv norma) ilə müəyyən edilir. Planlaşdırılmış davranış nəzəriyyəsi davranışın proqnozlaşdırıla bilən və iradə tərəfindən idarə olunduğundan irəli gəlir, buna görə də müxtəlif vəziyyətlərdə davranışı proqnozlaşdırmaq üçün geniş istifadə olunur.
Allen çayı
Allen çayı — (fr. l'Allaine), (alm. Hall) — İsveçrənin şimal-qərbində və Fransanın şərqində yerləşən, 65 km uzunluğunda olan çay. Çay İsveçrənin Jura kantonunun şimalında yerləşən Porrentruy bölgəsini, həmçinin Belfort ərazisini və Fransanın Du departamentininin ərazisindən keçir. Allen çayı 605 m. hündürlükdə İsveçrənin Jura kantonundan qalxır və sonra Fransadakı Du çayına axır. Uzunluğu 58,2 km. olan çayın 28 km. İsveçrəyə aiddir. Su hövzəsi 1120 km²-dən çox ərazini əhatə edir.
Lonq-Aylend
Lonq-Aylend (ing. Long Island) — ABŞ-nin Nyu-York ştatının cənub-şərqində yerləşən bir ada.
Vest-Aylend
Vest Aylend (ing. West Island) — Avstraliyanın xarici ərazisi Kokos adalarının paytaxtı. Sahəsi 6,2 kv. km., əhalisi 120 nəfərdir. Avstraliyaya qədər olan məsafə 2100 kilometrdir.
Roy Allen
Sir Roy Corc Duqlas Allen (ing. Roy George Douglas (R. G. D.) Allen; 3 iyun 1906, Vuster[d] – 29 sentyabr 1983) — ingilis riyaziyyatçı iqtisadçısı və statistikaçısı, marjinal faydalılıq nəzəriyyəsi çərçivəsində ordinalizmin tərəfdarıdır. Mathematical Analysis for Economists (1938) Хикс Дж. Р., Аллен Р. Дж. Д. Пересмотр теории ценности // Вехи экономической мысли. Том 1. Теория потребления и спроса / Под ред. В. М. Гальперина — СПб: Экономическая школа, 2000. — С.117—141 — 380с. — ISBN 5-900428-48-6 (англ.
Ayfon
iPhone — Apple şirkətinin istehsal etdiyi telefon. Cihaz internetə daxil ola bilir, musiqi və videoları səsləndirə bilir, təqvim və kameraya sahibdir və mətn mesajları göndərə bilir. Multitouch funksiyası ilə onu bir və ya iki barmağı ekrana toxundurmaqla istifadə etmək mümkündür. iPhone 3GS və sonrakı modellər iOS 5.1.1 sistemi ilə satışa çıxarılıb və daha sonra iOS 6 yenilənməsi aktivləşdirilib, yalnız iPhone 4 və sonrakı modellər iOS 7 ilə çalışmaqdadır. Orijinal birinci nəsil iPhone-un arxası qara plastik vurğulu alüminiumdan hazırlandı. İPhone 3G və 3GS, GSM siqnalının gücünü artırmaq üçün tam plastik bir arxaya malikdir. IPhone 3G, 8 GB qara modeldə və ya 16 GB model üçün qara və ya ağ bir seçimdə mövcud idi. IPhone 3GS, saxlama qabiliyyətindən asılı olmayaraq hər iki rəngdə mövcud idi. iPhone 4-də antena kimi xidmət edən paslanmayan poladdan kənar bir alüminosilikat şüşə var. Əvvəlcə qara rəngdə idi; ağ versiyası açıqlandı, lakin 10 ay sonra 2011-ci ilin aprelinə qədər yayımlanmadı.
Aylar
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.