Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kükürd qazından təmizlənmə üsulları
Kükürd qazından təmizlənmə üsulları — Sənaye müəssisələrində atmosfer havasına buraxılan tullantı qazları ayrı-ayrı zərərli kimyəvi birləşmələrdən təmizlənməsi üçün hər bir maddənin kimyəvi xassələri ilə şərtlənən spesifik üsuldur. == Kükürd qazı == Atmosferi kükürd qazı (SO2)ilə ən çox çirkləndirən mənbələr əlvan metallurgiya, istilik-energetika və sulfat turşusu istehsal qurğularıdır. == Qrupları == Havaya buraxılan qazları kükürd-4-oksiddən təmizləməyin üsullarını 2 qrupa bölmək olar: Sonradan sərbəst halda çıxarmadan təmizləmə; Utilləşdirmək məqsədilə sonradan sərbəst halda çıxarılmaqla təmizləmə. Kükürd qazından təmizlənən tullantı qazlar seçilən üsuldan asılı olaraq öncədən təmizləyici qurğunun işinə mane olan bərk hissəciklərdən, hidrogen-sulfiddən, nəmdən, oksigendən və başqa maddələrdən ayrılmalıdır. == Kükürd qazını zərərsizləşdirməyin üsulları == Kükürd qazını zərərsizləşdirməyin mühüm üsulları aşağıdakılardır: Maqnezit üsulu Əhəng üsulu Ammonyaklı tsiklik proses Ammonyak turşu üsulu Quru ammonyak üsulu Manqan-oksid üsulu İonitlərlə SO2-nin təmizlənməsi == Maqnezit üsulu == Burada tərkibində SO2 olan qazlar maqnezium-oksid suspenziyasından keçirilərək maqnezium-sulfitə çevrilir. == Əhəng üsulu == Bu üsulda qazlar əhəngli suspenziyadan keçirilir. Üsul ucuzdur və udulma tam gedir. == Ammonyaklı tsiklik proses == Burada qazlar ammonyak məhlulu ilə alçaq temperaturda absorbsiya edilir, sonra qızdırılaraq ondan sərbəst şəkildə ayrılır. Absorbsiya prosesində ammonium-sulfit və ammonium-hidrosulfit əmələ gəlir. == Ammonyak turşu üsulu == Bu üsulda kükürd qazı ammonium-sulfit məhlulu ilə udulur, sonra H2SO4 əlavə edilməklə ondan ayrılır.
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı (Əfqanıstan)
Zindan
Zindan — Orta əsrlərdə məhkumların saxlanılması üçün nəzərdə tutulmuş yerlər. Zindanlar adətən qəsrlərin zirzəmilərində yerləşirdi. Zindanlarda verilən işgəncələr barədə İntibah dövrü mənbələrində geniş məlumatlar mövcuddur.
Zindan-Muruq
Zindanmuruq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Zindanmuruq bələdiyyəsinin mərkəzi. == Toponimikası == Zindan-Muruq oyk., miir. Qusar rayonunun eyniadlı i.ə.v.-də kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Qusarçayın sağ sahilində, Qızılqaya platosunun (Böyük Qafqaz) yamacmdadır. Əsl adı Sindanmuruqdur. Dağıstanın cənubunda erkən orta əsrlərə aid Sindan (Şindan) qalasının adından və Muruq kəndinin adından yaranmışdır. Talış zonasında da Şindan qalası var. Qalanın adı ilk dəfə VII əsr hadisələri ilə əlaqədar çəkilir. Oykonim "Sindan yaxınlığındakı Muruq kəndi" mənasmdadır.
Zindan (alət)
Zindan və ya qədim qıpçaq türkcəsində Örs — əl ilə sərbəst döymədə pəstah üçün dayaq kimi işlədilən stasionar dəmirçi aləti. Zindanın işlək səthi pardaqlanmış ağır polad tökmə hissədən ibarətdir. Tökmə adətən kötük oturacağa bərkidilir. Cihazqayırmada və saat istehsalında masaya bərkidilmiş kiçik zindanlardan istifadə edilir.
Zindan qalası
Zindan qalası və ya Dairəvi qala — XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsi. Dairəvi qala və ona bənzəyən ikinci tikili Lənkəran mayakıdır. Bu iki tikili Lənkəran qala sisteminin cənub və şimal dayaq məntəqələri olublar. Rus işğalından sonra isə Lənkəran qalası dağıdılmış və qalanın dayaq məntəqləri də bir birindən aralı qalmışdır. 1869-cu ildə şimal dayaq məntəqəsi olan qalanın başına fanar quraşdırılır və binadan mayak kimi istifadə edilməyə başlanılır. Hazırda həmin mayak Xəzər Dəniz Gəmiçiliyinin tabeliyindədir. Cənub dayaq məntəqəsi olan Zindan qala isə 1869-cu ildən 1959-cu ildə qədər, həbsxana kimi istifadə olunub. Burada hətta 1903–1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də cəza çəkib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu qala memarlıq abidələri siyahısına daxil edilərək dövlət tərəfindən mühafizə olunur. == Ümumi məlumat == Dairəvi qala Lənkəran qalası ilə eyni vaxtda XVIII əsrdə inşa edilib.
Zindan sümükcüyu
Zindan sümükcüyü (lat. Incus, incudis f.) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Bu sümük ilk dəfə italyan anatomu Alessandro Akillini tərəfindən təsvir edilmişdir. Zindan sümüyü çəkic sümükcüyünün zərbələrindən alınan səs dalğalarını üzəngi sümükcüyünə ötürmüş olur. Bu sümük ancaq məməli heyvanlarda mövcuddur. == Qurluşu == Zindan sümüyünün cismi-lat. corpus incudis və bir-birindən uzaqlaşan qısa-lat. crus breve və uzun ayaqcığı-lat. crus longum vardır. Uzun ayaqcığının ucunda mərciyəbənzər çlxlntı-lat.
Çoxistifadəçili zindan
Çox istifadəçili zindan (MUD /mʌd/; ing. Multi-User Dungeon, rus. многопользовательский мир) — İnternet üzərindən mətn mesajları vasitəsilə oynanan fantezi rollu kompüter oyunlarının ümumi adı. Tipik MUD oyununda elflər, əjdahalar və bənzəri əfsanəvi varlıqlarla yanaşı savaşçılar, oğrular və maqlar kimi insani xarakterlər də mövcud olur. Oyunçular virtual dünya ilə uzaq serverə komanda sətrli interfeys vasitəsilə göndərilən mətn komandalarının köməyilə qarşılıqlı əlaqədə olurlar. Cavabında onlara otaqların, əşyaların, hadisələrin, başqa oyunçuların personajlarının, virtual aləmin cürbəcür başqa elementlərinin təsviri göndərilir. Oyunçular, adətən, adi danışıq dilində ünsiyyətdə olurlar. Son illər İnternet üzərindən oynanan qrafik dəstəkli proqramların inkişafı və İnternet bağlantı sürətlərinin artması ilə əlaqədar olaraq MUD oyunları, demək olar ki, sıradan çıxmışdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Zindan sümükcüyü
Zindan sümükcüyü (lat. Incus, incudis f.) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Bu sümük ilk dəfə italyan anatomu Alessandro Akillini tərəfindən təsvir edilmişdir. Zindan sümüyü çəkic sümükcüyünün zərbələrindən alınan səs dalğalarını üzəngi sümükcüyünə ötürmüş olur. Bu sümük ancaq məməli heyvanlarda mövcuddur. == Qurluşu == Zindan sümüyünün cismi-lat. corpus incudis və bir-birindən uzaqlaşan qısa-lat. crus breve və uzun ayaqcığı-lat. crus longum vardır. Uzun ayaqcığının ucunda mərciyəbənzər çlxlntı-lat.
Zindan adası (film, 2010)
Zindan Adası (ing. Shutter İsland) — Dennis Liheynin eyni adlı romanı əsasında çəkilmiş, Martin Skorsezenin rejissoru olduğu psixoloji triller filmi. Martin Skorseze və Leonardo DiKaprio, bu filmlə birlikdə 4-cü dəfə əməkdaşlıq edirlər. (Əvvəlki filmləri: Nyu-Yorkun bandaları (2002), Aviator (2004) və Dönüklər (2006). Leonardo DiKaprio xəstələrdən birinin itkin düşməsindən sonra Zindan Adasındakı psixiatriya xəstəxanasını araşdıran, federal hüquq-mühafizə orqanı olan ABŞ Marşal Xidmətində işləyən Eduard "Teddi" Danielz rolunu oynayır. Filmin premyerası 13 fevral 2010-cu il tarixində, 60-cı Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur. Film klassik musiqidən istifadə olunan saundtrek ilə də diqqət çəkir. IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur. == Məzmunu == 1954-cü ildə ABŞ Marşal Xidməti nümayəndəsi Eduard "Teddi" Danielz və yeni həmkarı Çak Ol Boston Limanındakı Qala adasında yerləşən, Amerikanın ən təhlükəli ağıl xəstələrinin saxlanıldığı "Ashecliffe" Xəstəxanasına gedirlər. Onlar üç uşağını boğaraq öldürdüyü üçün buraya həbs edilən ağıl xəstəsi Reyçel Solandonun itkin düşməsini araşdırırlar.
Çox istifadəçili zindan (İnformatika)
Çox istifadəçili zindan (MUD /mʌd/; ing. Multi-User Dungeon, rus. многопользовательский мир) — İnternet üzərindən mətn mesajları vasitəsilə oynanan fantezi rollu kompüter oyunlarının ümumi adı. Tipik MUD oyununda elflər, əjdahalar və bənzəri əfsanəvi varlıqlarla yanaşı savaşçılar, oğrular və maqlar kimi insani xarakterlər də mövcud olur. Oyunçular virtual dünya ilə uzaq serverə komanda sətrli interfeys vasitəsilə göndərilən mətn komandalarının köməyilə qarşılıqlı əlaqədə olurlar. Cavabında onlara otaqların, əşyaların, hadisələrin, başqa oyunçuların personajlarının, virtual aləmin cürbəcür başqa elementlərinin təsviri göndərilir. Oyunçular, adətən, adi danışıq dilində ünsiyyətdə olurlar. Son illər İnternet üzərindən oynanan qrafik dəstəkli proqramların inkişafı və İnternet bağlantı sürətlərinin artması ilə əlaqədar olaraq MUD oyunları, demək olar ki, sıradan çıxmışdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Altından Qazıma
Ağıldan bəla
Ağıldan bəla (rus. Горе от ума) — Aleksandr Qriboyedovun 1824-cü ildə nəzm ilə yazdığı komediya. O, 19-cu əsrin əvvəllərində yeni olan klassisizm, romantizm və realizm elementlərini özündə birləşdirir. Təhkimçilik dövründə dünyəvi cəmiyyəti təsvir edir və 1813-1824-cü illərdə həyatı göstərir. "Aksiya özü baş verir... 1812-ci il müharibəsindən on il sonra, yəni 1822-ci ildə." "Ağıldan bəla" komediyası 19-cu əsrin birinci yarısının aristokratik Moskva cəmiyyətinin satirasıdır – rus dramaturgiyasının və poeziyasının zirvələrindən biridir; əslində bir janr kimi mənzum komediyanı tamamladı. Aforistik üslub əsərin sitatlara bölünməsinə kömək etdi. == Yaranma tarixi == Qriboedov rus ədəbiyyatı tarixinə ilk rus realistik komediyasının müəllifi kimi daxil oldu "Ağıldan bəla", baxmayaraq ki, əvvəllər yazılmış digər əsərləri də (məsələn, "Gənc həyat yoldaşları", "Tələbə" komediyaları) yazmışdır. Artıq Qriboedovun erkən pyeslərində müxtəlif üslublar birləşdirərək yenisini yaratmaq cəhdləri var idi, lakin 1825-ci ildə Puşkinin "Boris Qodunov" faciəsi ilə birlikdə "Ağıldan bəla" komediyası həqiqətən rus ədəbiyyatının inkişafı üçün yenilikçi bir əsər idi. Komediya ideyası 1820-ci ildə (bəzi mənbələrə görə, artıq 1816-cı ildə) yaranıb, lakin müəllif Persiyadan qayıtdıqdan sonra Tibilisidə mətn üzərində fəal işə başlayıb.
Maşından maşına
Maşından maşına və ya maşınlar arasında əlaqə (ing. M2M, Machine-to-Machine) — texnologiyası, cihazların bir-biri ilə insan müdaxiləsi olmadan birbaşa əlaqə quraraq məlumat mübadiləsi aparması prosesini ifadə edir. Bu konsept əşyaların interneti (IoT), ağıllı şəhərlər, sənaye avtomatlaşdırılması və müxtəlif sahələrdə geniş tətbiq olunur. M2M texnologiyası sensorlar, aktuatorlar, mobil və simsiz şəbəkələr kimi texnologiyalar vasitəsilə məlumatları real vaxt rejimində toplayır, analiz edir və şəbəkə üzərində digər cihazlara ötürür. Bu yanaşma ilə cihazlar daha “ağıllı” və avtonom fəaliyyət göstərə bilir. == Tarixi == Telefoniya və hesablamanı birləşdirən maşından maşına cihazlar ilk dəfə 1968-ci ildə zəng edənin identifikasiyası sistemi üzərində işləyərkən Teodor Paraskevakos tərəfindən hazırlanmış və daha sonra 1973-cü ildə ABŞ-da patentləşdirilmişdir. 1920-ci illərin panel zəng göstəricisindən və 1940-cı illərin telefon nömrələrini maşınlara ötürən avtomatik zəng edənin identifikatorundan oxşar, lakin fərqli olan bu sistem indi nömrələri insanlara ötürən zəng edənin identifikatoru adlanan sistemin xəbərçisi idi. Bir neçə cəhd və təcrübədən sonra telefonun zəng edənin telefon nömrəsini oxuya bilməsi üçün onun zəkasının olması lazım olduğunu anladı və ona görə də o, zəng edənin nömrəsinin çağırılan qəbuledicinin cihazına ötürülməsi üsulu işləyib hazırladı. Onun portativ ötürücü və qəbuledicisi 1971-ci ildə Boeing-in Huntsville, Alabama müəssisəsində istehsala gətirilib və zəng edənin identifikasiyası cihazlarının dünyada ilk işləyən prototiplərini təmsil edir (sağda göstərilir). Onlar Alabama ştatının Lisburq şəhərində və Yunanıstanın Afina şəhərindəki Xalq Telefon Şirkətində quraşdırılmış və burada böyük müvəffəqiyyətlə bir neçə telefon şirkətinə nümayiş etdirilmişdir.
Ağızdan alov çıxarma
Ağızdan alov çıxarma — alov üzərində tez alışan maddə tökməklə yaranan şou xarakterli hərəkət. Alov adətən düz istiqamətdə və ya qol boyu çıxarılır. Ağızdan alov çıxarma sənətinin Hindistanda yarandığı ehtimal olunur.
Maşından-asılı proqram təminatı
Maşından-asılı (ing. machine-dependent, rus. машинно-зависимы) — müəyyən kompüterlə bağlı olan və onun spesifik və ya unikal xüsusiyyətini gerçəkləşdirən proqram və ya qurğu. Maşından-asılı proqramları, yaxud qurğuları başqa bir kompüterdə asanca (əgər, ümumiyyətlə, mümkündürsə) istifadə etmək olmur. Maşından-asılı olan yüksək səviyyəli dillər maşının bütün imkanlarından tam istifadə etməyə, aydın və asanlıqla oxunan proqramlar yazmağa imkan verirlər. Bu dillərdə operatorlar və ifadələr istifadəçi üçün daha rahat şəkildə yazırlar. Onlara misal olaraq PL/M dilinin göstərmək olar. Bununla belə bu dillər konkret quruluşdan çox asılıdır və bu səbəbə görə praktikada geniş yayılmışdır. Maşından-asılı olmayan yüksək səviyyəli dillərin yaxud alqoritmik dillərin tərkibində maşından asılı olan operatorlar iştirak etmir. Bu dillərə Alqol, Fortran, BASIC, Fokal, PL/1, Paskal və s.
Mühasirəyə alınan tərəflər (film, 1992)
Ölümcül mühasirələr (ing. Dead end of Besiegers) — 1992-ci ildə döyüş filmi janrında çəkilən Honkonq filmidir. Filmin digər adı "Polad at" kimi səslənir. == Məzmun == Müxtəlif döyüş novləri üzrə müəllim öz ölkəsində Yaponiyada çətin həyat tərzi sürür. Ondan xoşları gəlməyən insanlar üzündən bu ölkəni tərk edir. Yaponiyanı tərk edəndən sonra Çinə gəlir. Burada Kunq Fu ilə məşğul olmağa başlayır. Lakin bəzi hadisələr səbəbindən yapon dəniz quldurlarının gəmilərinə düşür...
Re-S sistemində alınan ərintilər
Re-S sistemində alınan ərintilər == Re-S sistemi == Hazırda renium sulfidlərinin alınması üçün bir neçə üsul var. Re-S sistemində aşağıdakı tərkibli sulfidlərin olduğu məlumdur: Re-S, Re2S3, ReS2, Re2S5, ReS3 və Re2S7. Bütün sulfidlərin yalnız ReS2-ni komonentlərdən birbaşa sintez yolu ilə alınır. Qalan sulfidlər əlavə üsullarla alınır. Reniumun ən davamlı sulfidi ReS2-dir. [2]-də renium disulfidi havasız ampulalarda elementlərdən birbaşa sintez yolu ilə, [3–4]-də isə yüksək sulfidlərin dissosasiyası nəticəsində alınmışdır. Bu birləşməni həm də metal reniumu [4] və renium oksidini (ReO2) sulfidləşdirmə yolu ilə də almaq mümkündür [4]. ReS2 – qara rəngli toz şəklində sıxlığı 7.506 q/sm3 olan maddədir. Havada davamlıdır. H2SO4, HCl turşusunda və qələvilərdə həll olmur.
Re-Se sistemində alınan ərintilər
Re-Se sistemində alınan ərintilər == Re-Se sistemi == Renium ilə Se arasında müxtəlif tərkibli birləşmələr alınır. Belə ki, renium-selenid üçün aşağıdakı birləşmələr məlumdur: Re2Se7 (hepta selenid), ReSe2 (diselenid), ReSe (monoselenid), Re3Se2. Re2Se7 – KReO4 və potaş qarışığı üzərindən H2Se keçirməklə almaq olur. Potaş ona görədir ki, reaksiya nəticəsində əmələ gələn artıq seleni birləşdirsin. Re2Se7 – qara rəngli toz halında olub, spirt və digər üzvi həllediciləri udma qabiliyyətinə malikdir. ReSe2 – ilk dəfə Re2Se7-ni vakuumda 330ºC-də 9 saat müddətində qızdırmaqla almışlar: Re2Se7 → 2ReSe2 + 3Re Müəlliflər renium diselenidin alınması üçün quru H2Se-nin metal reniumla və yaxud ammonium perrenata təsiri ilə alınma üsulunu təklif etmişlər. Hər iki halda temperatur 700ºC-dir. Re+H2Se=ReSe2+2H2 2NH4ReO4+7H2Se=2ReSe2+2NH3+8H2O+3Se Renium diselenid hidrogen mühitində 400ºC-yə qədər qızdırıldıqda davamlıdır, sonra temperatur yüksəldikcə ondan selen ayrılmağa başlayır, 900ºC-də və ondan yüksək temperaturda selen tamamilə ayrılır, təmiz metallik reniuma çevrilir. Renium selenidin əmələ gəlməsi rentgenoqrafik tədqiqat nəticəsində də təsdiq edilir. Renium monoselenid ReSe, renium xlorselenid ReSeCl2 ilə hidrogen təsirindəbn 490–500ºC-də alınır.
Re-Te sistemində alınan ərintilər
Re-Te sistemində alınan ərintilər — == Re-Te sistemi (ReTe2, Re2Te5, Re2Te7) == Hal-hazırda elm və texnikada telluridlər əsasən təbəqə şəklində istifadə edildiyindən, kütlə və ya toz şəklində alınmış birləşmələrin üzərində daha əlavə təcrübələr aparmaq lazımdır ki, bu da müxtəlif cihazların, əlavə təcrübə və reaktivlərin sərf olunmasına gətirib çıxarır. Bununla əlaqədar olaraq renium-telluridlərin nazik təbəqələrinin müxtəlif əsaslar üzərində alınması aktual məsələlərdən biridir. Renium və onun ərintilərinin alınması üçün müxtəlif üsullar mövcuddur. Re-Te sistemində aşağıdakı birləşmələr var: Re2Te, ReTe2, Re2Te5, Re3Te, Re2Te7 . Re–Te sistemi öyrənilmiş və ReTe2 birləşməsini komponentlərin stexiometrik miqdarının havası çıxarılmış, ucu lehimlənmiş kvars ampulada 20 gün müddətində 7000C temperaturda qızdırmaqla alırlar. Nümunələri xırdaladıqdan sonra müxtəlif temperaturlarda (500–11000C) yandırırlar, sonra həm buzlu suda, həm də havada soyudurlar. Müəlliflər güman edirdilər ki, ReTe2-nin kristal qəfəsi rombikdir və qəfəs parametrləri aşağıdakı kimidir: a= 12,987 ± 0,007, b= 13,055 ± 0,008, c= 14,271 ± 0,008 Å. Termiki və mikroquruluş analizlərinə görə 1000±50C ərimə temperaturuna malik konqruyent əriyən birləşmə Re2Te7 (29% Re) əmələ gəldiyi ehtimal olunur. 30–50% tərkibli termofaza oblastında termiki effektin tədqiqi və onların mikrobərkliyinə əsasən 968±50C peritektik inkonqruyent əriyən Re2Te5 (37% Re) birləşməsinin olduğu ehtimal olunur. Renium-tellur sistemi eyni zamanda T. X. Qurbanov, R. A. Dovlyətşina və b. tərəfindən də geniş tədqiq edilmişdir.
Dağ qara (meşə altından çıxmış) torpaqlar
Dağ qara torpaqlar (və ya meşə altından çıxmış torpaqlar) — bu torpaq tipinin müxtəlif yarımtiplərinə Böyük Qafqazın Şamaxı yayalasında, İsmayıllının İvanovka yaylasında, Qudyalçay və Qaraçayın orta axarlarında, Kiçik Qafqazın Murovdağın cənub və şimal yamaclarında, Qarabağda, Gəncəçay, Kürəkçay və Zəyəmçay hövzəsində, Kəlbəcər və Laçın rayonlarında, ayrıca zolaq şəklində meşələrin kənar hissələrində rast gəlinir. == İqlimi == Bu torpaqların yayıldığı ərazilərdə iqlimi qışı quraq keçən mülayim istidir. Burada orta illik temperaturu 7,3-11,6°C -dir. Ən soyuq mülayim olub, temperatur 0,6-dan 3,3 arası dəyişir. Payız adətən isti olur. İlin isti dövrü havanın orta temperatur 17,1-23,6°C-ni ötmür. Orta illik yağıntının kəmiyyəti 380-640 mm arasında dəyişir. Rütubətlənmə əmsalı 1,22-1,29 təşkil edir. == Morfoloji əlaməti == Humusu profil boyu bərabər paylanması və karbonatlılığın profil yuyulması xarakterikdir. Belə ki, mitselyar formada karbonatlara yalnız 80-90 sm dərinlikdə rast gəlinir.
Avindin (Mərənd)
Avindin (fars. اويندين‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (89 ailə).
Karine Ğazinyan
Karine Ğazinyan — Ermənistan Respublikası xarici işlər nazirinin müavini (2009–2011). == Həyatı == Karine Ğazinyan 1955-ci ildə İrəvan şəhərində anadan olub. 1977-ci ildə İrəvan Dövlət Universitetinin alman dili fakültəsini bitirib. Təhsilini başa vurduqdan sonra 4 il Mozambikdə SSRİ səfirinin köməkçi-katibi, 1983–1988-ci illərdə Portuqaliyada SSRİ səfirinin köməkçisi vəzifələrində çalışıb. 1988–1992-ci illərdə Moskvada 31 nömrəli liseydə ingilis dili müəllimi, 1992–1994-cü illərdə İrəvan Dövlət Universitetində ingilis və portuqal dillərindən dərs deyib. Ermənistanın Rumıniyada və Almaniyada fövqəladə və səlahiyyətli səfiri olub. 2009-cu il mart ayından 2011-ci il sentyabradək Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini tutub. 2011-ci il sentyabr ayında Ermənistan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri təyin olunub. Karine Ğazinyan 57 yaşında qəflətən Los-Ancelesdə müalicə olunduğu xəstəxanada əməliyyat zamanı vəfat edib. Ermənistan Respublikasının Mxitar Qoş medalı və Rumıniya Böyük Xaç Ordeni ilə təltif olunub.
Tiqran Avinyan
Tiqran Avinyan (erm. Տիգրան Ավինյան; 28 fevral 1989, İrəvan) — Ermənistan siyasətçisi. O, Ermənistan Baş nazirinin müavini vəzifəsini tutur və "Yelk" blokunun siyahısından İrəvan Şəhər Şurasının keçmiş deputatı olmuşdur. Avinyan "Vətəndaş Müqaviləsi" Partiyasının yaradıcılarından biridir. 2018-ci ilin mayında o, Nikol Paşinyanın yeni administrasiyası zamanı baş nazirin müavini təyin edilmişdir.
Electronic Arts tərəfindən alınan şirkətlərin siyahısı
Electronic Arts — kompüter oyunları hazırlayan və yayımlayan ABŞ mərkəzli şirkət. 1982-ci ildə əsası qoyulmuşdur. Məhsulları arasında EA Sports ilə birgə hazırlanan idman simulyatorları, həmçinin The Sims və digər oyunlar yer alır. Electronic Arts, intellektual mülkiyyətini genişləndirmək üçün daim yeni şirkətlər almağa çalışır. İndiyə qədər alınan şirkətlərdən ən böyüklərindən biri də JAMDAT Mobile olmuşdur. EA sədri və baş icraçı direktoru Larri Probst bu böyük alışdan sonra: "Mobil oyunlarda liderlik etməyi qərara aldıq." — deyə çıxış etmişdir. JAMDAT Mobile şirkətinin alınmasından sonra Electronic Arts-ın bir qolu olan EA Mobile yaranmış və hazırlanan məzmunlar telefon və planşet istifadəçilərinə də təqdim edilmişdir. Origin Systems şirkətinin alınmasından sonra bəzi şirkət işçiləri Electronic Arts-ın onlara daha çox imkanlar yaratdığını, lakin bir çox məsələdə onlara güvənmədiyini, səhv etdikləri təqdirdə uzun müddət təlimlərdən keçirildiklərini bildirmişdir. DICE Canada, Origin Systems, EA Chicago və Pandemic Studios da daxil olmaqla, Electronic Arts tərəfindən alınan bütün şirkətlər qısa müddət ərzində fəaliyyətini dayandırmışdır. Oyun bloqqeri Brayan Kreskent, Electronic Arts, aldığı şirkətlərin keyfiyyəti ilə maraqlanmadığını və sadəcə onlara maraqlı olan məhsulu əldə etdikdən sonra, həmin şirkətlərlə əlaqələrini tamamilə kəsdiyini bildirmişdir.
Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti
Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti — tətbiq sahəsindən asılı olaraq yanacaqlar: karbürator (təyyarə, avtomobil benzinləri və traktor kerosinləri), reaktiv, dizel yanacaqlarına bölünür. == Neft emalı == Neft məhsullrından xalq təsərrüfatında geniş istifadə olunur. Ümumiyyətlə, neftdən yanacaq maddələri, yağlayıcı materiallar, plastik kütlələr, sintetik liflər, yuyucu maddələr, sintetik kauçuk, gübrə və s. kimi məhsullar alınır. Neftdən alınan bir çox qiymətli məhsullardan biri də müxtəlif təyinatlı və çeşidli yanacaqlarıdır. Karbürator yanacağı kimi ən çox neftin alçaq və orta temperaturlarda qaynayan benzin, liqroin və kerosin fraksiyalarından, sıxılmış karbohidrogen qazıntılarından və neftin təkrar emalından alınan yüngül məhsullarından istifadə edilir. === Neft məhsullarının keyfiyyətinin orqanoleptik metodu === Neft məhsullarının keyfiyyətinin təyin edilməsində istifadə olunan metodlardan biri də orqanoleptik metoddur. Bu metodla keyfiyyətin qiymətləndirilməsində xarici əlamətlər əsas götürülür. Yanacağın xarici əlamətləri onun zərərliliyi, stabilliyi və təmizliyi haqqında təxmini fikir söyləməyə imkan verir. Etilli benzin zərərsizliyi etil mayesinə əlavə edilən boyayıcının rəngi ilə şərtləndirilir.
Sindan (Sərab)
Sindan (fars. سندان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 389 nəfər yaşayır (101 ailə).
Şindan qalası
Şindan qalası — Astara və Nəmin yolununda Şindan ya Çindan dağının başında yerləşibdir və Azərbaycanın Astara şəhərinin böyük tarixi əsərlərindəndir ki, tarixi İslamdan əvvələ aiddir. Daş və sarucdan hörülən qalanın hündürlüyü 20 metrdir. Heyran gədigi və Astara Nəmin yolundan rahatca görünür. Qərb tərəfində qədim qəbristanlıq vardır. Bu qəbirlərin bir dəstəsi Gör qəbiridi və bir dəstəsində qıç tərəf qərbə və baş tərəf şərqə basdırılıbdır ki şah İsmayıl dövrünün Qaraqoyunlularındandır. == Tarixi hadisələr == Şindan qalasında mühüm hadisələrindən biri Şah Abbas zamanında, Talış Həmzə xan, Astaranın hökmdarının qiyamıdır. O zaman Zülfüqar xan Qaramanlı, Ərdəbilin hökmdarı bu qalanı mühasirə də saxlamış və Həmzə xan dəniz yolu ilə Şirvana qaçmışdır.[mənbə göstərin] Mehranlı İsa xan və Musa xanın döyüşləri və Mir Mustafa xan i talış ibni Mir Cəmaləddinin (Qara xan) Ağa Məhəmməd şah Qacar zamanında bu qalaya sığınagı bu qalada olubdur. Mehranlı İsa xan və Musa xanın qəbiri bu qaladadır. Deyilənə görə bir zamanlar Babək də bu qalada olmuşdur.
2022-ci il aprel ayında vəfat edənlər
2022-ci il aprel ayında vəfat edənlərin siyahısı. === 13 aprel === Mişel Buke — 96 yaşında vəfat edib. === 8 aprel === Teymur Bünyadov (tarixçi) — 94 yaşında vəfat edib. === 6 aprel === Vladimir Jirinovski — 75 yaşında vəfat edib. === 4 aprel === Keti Lamkin — 74 yaşında vəfat edib. === 2 aprel === Mkrtıç Markosyan — 83 yaşında vəfat edib. === 1 aprel === Zülfüqar Abbasov (xalq artisti) — 81 yaşında vəfat edib.
Namiq Kamal zindanı
Namiq Kamal zindanı (türk. Namık Kemal Zindanı) — Kiprin Famaqusta şəhərində 1873–1876-cı illərdə Türkiyə yazıçısı Namiq Kamalın iqamətgahı olması ilə tanınan tarixi bina. Binanın yeri əvvəlcə Venesiya sarayının bir hissəsi idi, lakin bina indiki formada Osmanlı dövründə tikilmişdir. Bina iki mərtəbəlidir, aşağı mərtəbəsi Osmanlıdan əvvəlki memarlıq nümunəsi, yuxarı mərtəbəsi isə Osmanlı üslubundadır. Arxeoloq Tuncər Bağışqan Osmanlıdan əvvəlki üslubu Luzinyanlar dövrünə aid olduğunu müəyyən etmişdir. Bina "L" formasında olub, aşağı mərtəbəsi yonma daşdan, yuxarı mərtəbəsi isə Bağdadi texnikası ilə tikilmişdir.
Süleyman Zindanı dağı
Süleyman Zindanı dağı, Taxti Süleymandan 3 km qərbdə yerləşən bir içi boş konus formalı dağın adıdır. Bu dağ minlərlə il əvvəl göldə su minerallarının çökməsi səbəbindən yaranmışdır. Çevrəyə görə bu dağın hündürlüyü 97 yada 107 metr, üstündən təxminən 80 metr dərin bir çuxur, dağın üstdə açılış diametri təqribən 65 metrdir. Bu dağ Mannalar dövründə e.ə. 830–660-cı illərdə İbadət yeri olmuşdur. == Açıqlama == Süleyman Zindanı dağı yerdən 100 metr yüksəklikdəki bir təpədir. Sasanilər dövründə Zərdüştilik keşişlərin qurban və ibadət yeri olmuşdur və ətrafındakı tikililərin qalıqları bu müqəddəs məkanın əhəmiyyətini göstərir. Yəqin ki, iki min il əvvəl bu gün boş olan və təpənin ağzında yerləşən konus su ilə doluydu və konusun ətrafındakı əsərlərin qalıqları bu ağızın və içərisindəki gölün suyunun yararsız olduğunu göstərir; Ancaq zaman keçdikcə çöküntülərin nəticəsində nəticəsində 100 metr dərinlikdə yerləşən göldəki çatlar bağlandı və konus qurudu. == Yerli inanc == Yerli əhali bu dağı Süleyman Zindanı və ya Dev Zindanı olaraq tanıyır və inanırlar ki, Süleyman bu dağda onun əmrinə tabe olmayan devləri həbs edir. Bu dağın adı yerli inamdan alınmışdır.
Zinəddin Zidan
Zinəddin Zidan (fr. Zinédine Zidane, ərəb. زين الدين يزيد زيدان‎ ; 23 iyun 1972[…]) — fransalı futbolçu, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası ərzində, 1988–1992-ci illərdə, Fransanın "Kann", 1992–1996-cı illərdə "Bordo", 1996–2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001–2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub. 1988–1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994–2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub.
Zinədin Zidan
Zinəddin Zidan (fr. Zinédine Zidane, ərəb. زين الدين يزيد زيدان‎ ; 23 iyun 1972[…]) — fransalı futbolçu, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası ərzində, 1988–1992-ci illərdə, Fransanın "Kann", 1992–1996-cı illərdə "Bordo", 1996–2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001–2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub. 1988–1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994–2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub.
Şaxi Zinda
Şaxi Zinda (özb. Shohizinda; fars. شاه زنده‎ - "yaşayan şah") ― Özbəkistanın Səmərqənd şəhərinin şimal-şərqində nekropol. == Tarix == Şaxi Zinda kompleksinə 11-15-ci və 19-cu əsrlərə aid məqbərələr və dini tikililər daxildir. Şaxi Zinda ("yaşayan kral" deməkdir) adı Məhəmməd peyğəmbərin əmisi oğlu Qutam ibn Abbasın burada dəfn edilməsi ilə bağlı əfsanə ilə əlaqələndirilir. O, VII əsrdə, ərəb istilası dövründə Səmərqəndə İslamı təbliğ etmək üçün gəlmişdi. Məşhur əfsanələrdə inancına görə onun başının kəsildiyi, amma ölmədiyi, başını götürüb indi də yaşadığı dərin quyuya (Cənnət bağı) girdiyi söylənilir. Şaxi Zinda kompleksi səkkiz əsr (11-19-cu əsrlər) boyu formalaşmışdır və hazırda iyirmidən çox tikilini ehtiva edir. Kompleks üç tikili qrupundan ibarətdir: yerli dildə çartak adlandırılan dörd tağlı günbəz keçidlərlə birləşdirilmiş alt, orta və yuxarı. Buradakı ən qədim tikililər 11-12-ci əsrlərə aiddir.