Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aznauri
Aznauri (gürc. აზნაური; cəmi aznaurni, აზნაურნი, və ya aznaurebi, აზნაურები) — Gürcüstan zadəganlarının bir sinfi idi. adı V əsrdən məlumdur. Aznaurilər kral, knyaz və kilsəyə bölünürdülər. İrsi və xidməti Aznauri fərqlənirdi. Onlar torpaq sahibi idilər, məcburi hərbi xidmət keçirdilər. XIX əsrin əvvəllərində Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə aznaurilər rus zadəganlarının hüquqlarını almışdır.
İsgəndər Aznaurov
İsgəndər Aznaurov, və ya Topçu İsgəndər (tam adı: İsgəndər Söhrab oğlu Aznaurov; 16 avqust 1956, Buxara – 18 aprel 1993, Gədəbəy rayonu) — Axısqa türk əsilli Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir. 1963-cü ildə orada məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışmışdır.1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir.Aznaurovu "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdur. Başkəndin erməni quldurlarından təmizlənməsində, "Mutudərə", "Ərdağı", "Kaftar qayası", "Ləzgi daşı" əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv etmişdir.
Aznar
"Aznar" (tam adı: "Aznar" QSC) — Azərbaycan şirkəti. == Yeri == Şirkət Göyçay rayonunda fəaliyyət göstərir. == Rəhbərlik == Şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. O, həm də 2012-ci ildən "Aznar" Direktorlar Şurasının sədridir.
Şarl Aznavur
Şarl Aznavur (erm. Շառլ Ազնավուր; fr. Charles Aznavour; 22 may 1924[…], Parisin 6-cı rayonu[d] – 1 oktyabr 2018[…], Muryes[…]) — erməni əsilli fransız musiqiçi, aktyor və diplomat. Aznavur daha çox tenor səsi ilə məşhurluq qazanmışdır. Pop, caz və şanson janrlarında ifa etmişdir. Musiqiçi tərəfindən 1.200 dən çox mahnı yazılıb və bu mahnılar səkkiz ayrı dildə ifa olunub. Yazılan və ifa edilən mahnıların günümüzə qədər 180 milyon nüsxə satıldığı bildirilir. Şarl Aznavur Fransanın ən məşhur müğənnilərindən biri hesab olunur. Gənclik illərində ifasına görə Fransanın Frenk Sinatrası adlandırılmışdır.Musiqi fəaliyyəti ilə yanaşı aktiv humanitar və diplomatik fəaliyyətlə də məşğul olan Şarl Aznavur ermənilərlə bağlı bir çox fəaliyyətin Avropada təşkil olunmsında fəal rol oynayıb. 1988-ci ildə baş verən Spitak zəlzələsinin qurbanları üçün yardımların toplanmasında iştirak edib.
Znaur rayonu
Znaur rayonu (Oset. Знауыры район, gürc. ზნაურის რაიონი) — Cənubi Osetiyanın ən kiçik inzibati bölgəsidir. == Tarix == 1931-ci ilə qədər Znaur rayonu Okonski adlandırılırdı. 1931-ci ildə Gürcüstanda vətəndaş müharibəsinin iştirakçısı Znaur Zaurbəyoviç Aydarov (1889-1919) şərəfinə Znaur rayonu adlandırıldı. Gürcüstan SSR hakimiyyəti bölgədəki toponimlərin gürcüləşməsinin xeyrinə ərazinin Kornisk adlandırılmasına cəhd edildi. 1989-1992, 2004, 2006 və 2008-ci illərdə Cənubi Osetiya soyqırımı zamanı rayon, Tsxinvali kimi döyüş və iqtisadi mühasirədən əziyyət çəkmişdir, 2008-ci ildən sonra infrastrukturun aktiv şəkildə bərpası, mühüm sosial obyektlərin inşası başlanmışdır. 2014-cü ildə rayonda məşhur inqilabçı, Osetiyanın vətənpərvər vətəndaşı, Vətəndaş müharibəsi Qəhrəmanı Znaur Aydarovun anadan olmasının 125 illiyi qeyd olundu. Onun şərəfinə 1931-ci ildə Okonski rayonu Znaur adlandırıldı. == Coğrafiya == Bölgənin uzunluğu qərbdən şərqə 24 km, şimaldan cənuba 26 km təşkil edir.
Anamur
Anamur (türk. Anamur) — Mersin ilinin ilçəsi.
Aynazur
Aynazur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-qərbdə yerləşir. Toponim türk dilində «cin, şeytan» mənasında işlənən ayna sözü ilə, türk dilində «yarğan» mənasında işlənən car sözünün əsasında əmələ gələn zur sözünün birləşməsindən əmələ gəlmişdir. Ehtimal ki, həmin dərə qorxulu, vahiməli olduğu üçün Aynazur adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı 11 fərmanı ilə adı dəyişdirilib Axavnadzor qoyulmuşdur. == Əhalisi == Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər Aynazur kəndinə 1828-29-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən köçürülmüşdür. Kənddə ermənilərdən başqa 1897-ci ildə 75 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır . 1926-cı ildən sonra azərbaycanlılar kənddən çıxarılmışdır.
Azenkur
Azenkur (fr. Azincourt) — Fransada, Kale şəhərindən cənubda yerləşən kommuna. 2018-ci ilə olan məlumata görə, əhalisi 308 nəfərdir. 25 oktyabr 1415-ci ildə Yüzillik müharibə zamanı burada V Henrixin qoşunları sayca daha böyük olan Fransa ordusunu məğlub etmişdir. == Etimologiya == Kommunanın adı ilk dəfə 1175-ci ildə "Aisincurt" kimi qeyd edilmişdir. Bu, german kişi adı olan Ayzo, Ayzino və erkən şimali fransızcadakı "curt" sözündən (mənası – həyəti olan ferma) əmələ gəlmişdir. == Tarixi == Azenkur 25 oktyabr 1415-ci ildə İngiltərə kralı V Henrixin başçılıq etdiyi ordu ilə I Karl d'Albre Fransa kralı VI Karlın adından başçılıq etdiyi ordu arasında baş verən döyüşün yerinə yaxın olması ilə tanınır. Tarixşünaslıqda Azenkur döyüşü kimi qeyd olunan döyüşlər sayca az olan ingilis qüvvələri qalib gəlmişdir. Tarixçi M. Forrestin fikirlərinə görə, fransız cəngavərləri zirehləri ilə o qədər yüklənmişdilər ki, onlar hələ döyüş başlamazdan əvvəl taqətdən düşmüşdülər. == Demoqrafiya == == İstinadlar == == Xarici keçidlər == The Azincourt Alliance.
Anhur
Anhur — Erkən Misir mifologiyasında tanrı. Onun titullarından biri Düşmən Qatili idi. Anhur saqqallı kişi, bəzən isə şir başlı tanrı (güc və qüdrəti ifadə edən) kimi təsvir olunur, əynində xalat və dörd lələkli baş geyimi var, əlində nizə və ya nizə tutur. Bəzi təsvirlərdə xalat daha çox ətək kimi görünürdü. == Rollar == === Müharibə tanrısı === Döyüş tanrısı mövqeyinə görə o, qədim Misir ordusunun himayədarı və kral döyüşçülərinin təcəssümü idi. Doğrudan da, onun şərəfinə keçirilən festivallarda istehzalı döyüşlər təşkil edilirdi. Roma dövründə İmperator Tiberius Misir məbədlərinin divarlarında fərqli dörd lələkli Anhur tacı taxaraq təsvir edilmişdir. Yunanlar Anhuru öz döyüş tanrısı Aresə bərabər tuturdular. Tayfondan qaçan və Misirdə heyvan şəklini alan Olimpiya tanrılarının əfsanəsində Aresin Lepidotus və ya Onuris kimi balıq şəklini aldığı deyilirdi. === Göy daşıyıcısı === Anhurun adı Göy Daşıyıcı mənasını da verə bilərdi və ortaq baş geyiminə görə Anhur daha sonra Şu ilə eyniləşdirildi və Anhur-Şu oldu.
Aynur
Aynur — Azərbaycanlı qız adı. Aynur Məmmədova — Taekvondo üzrə 3 qat dünya və 2 qat Avropa çempionu Aynur Sofiyeva — Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini. Aynur Camalqızı — sabiq deputat, jurnalist, yazıçı, “Gündəlik Teleqraf” MMC-nin direktoru.
Azaru
Azaru — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Azaru Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. == Etimologiyası == Talış dilində azu (asu) «sürətli» və rud «çay» sözlərindən olub "iti axan çay" (İtiçay) və ya çay kənarındakı kənd mənasındadır. == Tanınmış şəxslər == === Şəhidləri === Pəncəli Teymurov (1981-2016).
Azqur
Azğur (gürc. აწყური Atskuri) — Gürcüstannın Samtsxe-Cavaxeti bölgəsinin Axaltsixe bələdiyyəsində kənd. == Toponimkası == Keçmişdə Axısqa türklərinin yaşayış məntəqələrindən idi. Görkəmli ictimai xadim Ömər Faiq Nemanzadənin doğulduğu kənddir. Budaqov və Qeybullayevin fikrincə, toponim Səlcuqi oğuzlarının Yazqur tayfasının adını əks etdirir. == Kənddə doğulanlar == Ömər Faiq Nemanzadə Məmmədzəki Dursunzadə Məmmədəmin Şeyxzadə Şəfiqə Əfəndizadə Fuad Əfəndiyev valideynləri Gürcüstanın Axıska bölgəsinin Azğur kəndindən olmuşdur.
Azğur
Azğur (gürc. აწყური Atskuri) — Gürcüstannın Samtsxe-Cavaxeti bölgəsinin Axaltsixe bələdiyyəsində kənd. == Toponimkası == Keçmişdə Axısqa türklərinin yaşayış məntəqələrindən idi. Görkəmli ictimai xadim Ömər Faiq Nemanzadənin doğulduğu kənddir. Budaqov və Qeybullayevin fikrincə, toponim Səlcuqi oğuzlarının Yazqur tayfasının adını əks etdirir. == Kənddə doğulanlar == Ömər Faiq Nemanzadə Məmmədzəki Dursunzadə Məmmədəmin Şeyxzadə Şəfiqə Əfəndizadə Fuad Əfəndiyev valideynləri Gürcüstanın Axıska bölgəsinin Azğur kəndindən olmuşdur.
Azenkur döyüşü
Azenkur döyüşü - ( Azincourt), Fransanın Kale şəhərindən 60 km cənubda yerləşir. Burada 25 oktyabr 1415-ci ildə Yüzillik müharibənin ən böyük döyüşlərindən biri baş verdi. İngilis kralı V Henrixin qoşunları(3-5 min oxçular və 1 min piyada cəngavər 10 min piyada fransız cəngavəri və arbaletçisinə qarşı), bacarıqlı manevr edərək və ustalıqla sapan silahlardan yararlanaraq, qətiyyətlə rəqibə hucum etdilər. Ş. d' Albrenin başçılığı ilə fransızlar, müdafiə taktikasını seçərək, pərakəndə hərəkət edirdilər, piyada cəngavərlər süvarilərin hucumunu dəstəkləmədi: o, ingilislərin özünü qorumaq üçün çevrələrinə düzdükləri daşınan hasarlarda asanlıqla dəf edildi. Döyüş fransızların ağır məğlubiyəti ilə bitdi. Onlar 4 min ölü və 1,5 min yaralı itki verdilər. Döyüşün uğurundan yararlanan ingilislər bütün Şimali Fransanı və Parisi tutdular. Döyüşdə fransız elitasını - fransız zadəgan kəsiminin böyük hissəsini məhv edən ingilislər, Fransanın böyük ərazisini işğal edərək, uzun müddətə öz üstünlüklərini təmin etdilər. == Mənbə == Советская военная энциклопедия. Военное издательство Министерства обороны СССР. Москва-1976 год.
Mişel Arnaud
Mişel Arnaud (18 mart 1919[…], Tulon, Var (departament), Fransa – 30 mart 1998[…], Mezon-Laffit[d], İvelin, Fransa) — fransız müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində Lüksemburqu "Ne crois pas" mahnısı ilə təmsil etmişdir.
Anar
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Anau
Anau (türkm. Änew) — eramızdan əvvəl 5 -ci minilliyin sonlarına aid arxeoloji yer NS. - XVI / XVII əsrlər. n. NS. Türkmənistanda, Kopetdağın ətəklərində. Qədim əkinçilik məskunlaşma yerlərinin və yaşayış yerlərinin qalıqları, M37 magistral yolunun cənubunda, Aşqabaddan 12 kilometr şərqdə , Axal velayatın inzibati mərkəzi olan Annau şəhərinin şərqində yerləşir. Abidə, erkən eneolit ​​- son tunc dövrünə aid yaşayış məskəni (iki təpə -izah) və XV əsrə aid Temurilər məscidinin xarabalıqları ilə erkən dəmir dövrü və orta əsrlər yaxınlığındakı "Gözəllik Evi" . 1904 -cü ildə Rafael Pumpellinin Anau qəsəbələri üzərində apardığı işlər nəticəsində alim Hubert Schmidt [de] ilk olaraq Türkmənistanın cənubundakı abidələr üçün stratiqrafik miqyas qurdu və bunun əsasında qədim əkinçilərin bu mədəniyyətinin mövcudluğu bölündü. eramızdan əvvəl II minilliyin ikinci yarısından dördüncü mərhələyə qədər NS. (Anau I - Anau IV) . Anau təpələrində aparılan qazıntılar Orta Asiyanın cənub -qərbindəki erkən əkinçilik tayfalarının tarixi ilə əlaqədar Anau mədəniyyəti adlanan və Anau ilə Qərbi Asiyanın əkinçilik mədəniyyətləri arasında əlaqələrin mövcudluğunu təsdiq edən bir çox material verdi. . Anau IA -nın ən qədim dövrünün təbəqələrində qara və qırmızı boyalarla işlənmiş dama taxtası və üçbucaqlı divar rəsmləri olan bir bina tapıldı.
Azna
Əzna – İranın Luristan ostanının şəhərlərindən və Əzna şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 37,645 nəfər və 9,178 ailədən ibarət idi. Bu şəhərin binasın gürcülər qoyublar. Azna sözünün kökü gürcüdür və aznauri sözündən alınıb.
Aynar Karlson
Aynar Karlson (13 oktyabr 1988) — Estoniyalı boksçu. Aynar Karlson Estoniyanı 2015-ci ildə I Avropa Oyunlarında təmsil etdi. Karlson 10 yaşından boks ilə məşğul olmağa başlamışdır. Kikboksinq üzrə dünya gənclər çempionu və 9 dəfə Estoniya boks çempionudur. Boksdan əlavə kikboksinq, sərbəst güləş, cüdo və ciu-citsu ilə məşğul olur. == Karyerası == Aynar Karlson birinci dəfə Avropa Oyunlarına 2015-ci ildə qatıldı. O, Bakıda baş tutan I Avropa Oyunlarında kişilər 81 kq çəki dərəcəsində, 1/32 final mərhələsində Monteneqronun nümayəndəsi Bosko Draskoviç ilə üz-üzə gəldi. Həmin görüşdə Aynar Karlson rəqibinə 1:2 hesabı ilə uduzdu.
Aynur Aydın
Aynur Aydın (15 dekabr 1985, Münhen) — Türkiyəli müğənni və bəstəkar.[mənbə göstərin] == Həyatı == 15 dekabr 1985-ci ildə Almaniyanın Münhen şəhərində dünyaya gəlib. İlk səhnə təcrübəsini teatrda qazanıb. Mühnehndəki "Westend Opera Musical" məktəbini bitirib. 1999-cu ildə "Sürpriz" musiqi qrupuna qatılmaqla professional musiqiyə başlayıb.
Aynur Camalqızı
Aynur Camal qızı Quliyeva (7 fevral 1975, Mamırlı, Mirbəşir rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, jurnalist, yazıçı, "Gündəlik Teleqraf" MMC-nin direktoru, publika.az və teleqraf.com saytlarının rəhbəri. == Həyatı == 1975-ci il fevralın 7-də Tərtər rayonunun Mamırlı kəndində anadan olmuşdur. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (BSİPİ) Politologiya fakültəsini bitirib. == İctimai-siyasi fəaliyyəti == 1996–2000-ci illərdə "Azərbaycan Ordusu", "Xalq qəzeti", "Şans", "Ulus", "Millətin səsi", "Yeni Yüzil" qəzetlərinin müxbiri işləyib. 2001–2005-ci illərdə "Yeni Müsavat" qəzetinin müxbiri işləyib. 2005-ci il noyabrın 6-da 95 saylı Tərtər seçki dairəsindən deputat seçilmişdir. Aynur Camalqızı Müsavat üzvü kimi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilmiş bu digər müsavatçı deputatlar tərəfindən etirazla qaşılanmışdır. Nəticədə Aynur Camalqızı partiyadan uzaqlaşdırıldı. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvü olub. Azərbaycan-İordaniya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Norveç, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Aynur Mustafayeva
Aynur Abbasova (qızlıq soyadı: Mustafayeva; 13 fevral 1998) — Azərbaycanı təmsil edən bədii gimnast. == Həyatı == Aynur Mustafayeva 1998-ci il fevralın 13-də olub. == Karyerası == 2014-cü ilin iyununda baş tutan Avropa Çempionatında Azərbaycanı Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman və Siyana Vasilevadan ibarət qrup təmsil elədi. Ümumi turniri 34.050 balla beşinci, 10 gürz turnirini isə 17.166 balla altıncı pillədə başa vuran Platonova, Paşayeva, Mustafayeva, Doman və Vasilevadan ibarət qrup 3 top+2 lent turnirində 17.650 ballıq nəticə göstərdi və Avropa Çempionatının gümüş medalına sahib oldu. Daha sonra Aynur Mustafayeva 2014-cü ilin sentyabrında İzmir şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman, Səbinə Abbasova və Siyana Vasilevadan qrup ümumi turniri 33.332 balla altıncı, 10 gürz turnirini 15.416 balla, 3 top+2 lent turnirini isə 16.608 balla 8-ci pillələrdə başa vurdu. Aynur Mustafayeva 2015-ci ilin sentyabrında Almaniyanın Ştutqart şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aleksandra Platonova, Aynur Mustafayeva, Diana Doman, Nigar Əbdüsəlimova, Səbinə Abbasova və Siyana Vasilevadan qrup ümumi turniri 32.532 balla 12-ci, 6 gürz+2 halqa turnirini isə 16.566 balla 8-ci pillələrdə başa vurdu.
Aynur Məmmədova
Aynur Tofiq qızı Məmmədova (21 fevral 1979, Təzə Şilyan, Ucar rayonu) – Paralimpiyaçı Taekvondo üzrə 3 qat dünya və 4 qat Avropa çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası və ictimai-siyasi xadim, Paratekvando üzrə Azərbaycan Milli Yığmasının üzvü, Prezident Mükafatçısı, Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası ictimai birliyinin sədri. == Həyatı == Aynur Tofiq qızı Məmmədova 21 fevral 1979-cu il tarixdə Azərbaycan SSR-in Ucar rayonunun Təzə Şilyan kəndində anadan olmuşdur. Uşaqlığı Təzə Şilyan kəndində keçmişdir. 1997-ci ildən Bakı şəhərində yaşayır. MirKamal Bəşirli adlı bir oğlu var. === Təhsili === 1996-cı ildə Təzə Şilyan kənd orta məktəbini bitirib. 2001-ci ildə Bakı Maliyyə İqtisad Kollecini bitirib. 2014-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıda təhsil almış, 2019-cu ildə bitirmişdir. == Fəaliyyəti == 1998-ci ildən ictimai-siyasi və xeyriyyəçilik fəaliyyəti fəal məşğul olmuşdur. 1998–2000-ci illərdə Azərbaycan Əlil Qadınlar Cəmiyyəti İdarə Heyətinin üzvü, 2000–2004-cü illərdə Azərbaycan Respublikası Müharibə Veteranları Cəmiyyətinin Sədr müavini, 2004–2009-cu illərdə "Pənah" Əlillər Cəmiyyətinin İdarə Heyətinin üzvü vəzifəsini tutmuşdur.
Aynur Poladov
Aynur Şıxbaba oğlu Poladov (20 oktyabr 1980, Dəvəçi rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aynur Poladov 1980-cı il oktyabrın 20-də Şabran rayonunun Zeyvə kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Aynur Poladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aynur Poladov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şabran rayonunun Zeyvə kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aynur Poladov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aynur Poladov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Aynur Poladov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azəbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli sərəncamı ilə Aynur Poladov ölümdən sonra " Cəsur döyüşçü" medalı ilə tətif edilib.
Aynur Quliyeva
Aynur Quliyeva — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı.