Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Banan
Banan — banankimilər fəsiləsindən çoxillik ot bitkisi cinsi. Qısa gövdəli və iri kökümsovlu hündür, bəzən də nəhəng otdur. Vətəni Asiya, Afrika və Avstraliyanın tropik və subtropik bölgələridir. 70-ə yaxın növü var. İstisevən hibrid növləri (M. paradisiaca və M. sapientum) daha çox yayılmışdır. Kökdən çıxan iri, qınlı yarpaqları çoxqatlı boru — yalançı gövdə əmələ gətirir. Bircinsiyyətli və ikicinsiyyətli çiçəkləri nəhəng salxımı xatırladır. Meyvələri salxımda toplaşır, hər salxımda 300-ə qədər meyvə olur, ümumi kütləsi 50–60 kq-a çatır. Yeyilir, qurudulur, konserv, marmelad, şirə, şərab, banan unu və s. hazırlamaq üçün istifadə edilir.
Bənna
Bənna — tikinti sahəsində fəaliyyət göstərən peşəkar usta. Bənna anlayışı ilk dəfə Qədim Misirdə formalaşmışdır. Bu dövrdə piramida tikintisi ilə məşğul olan bənnalar böyük nüfuza sahib olmuşdular. Bənna — daşyonan ilə yaxın olan, lakin ondan fərqli olan kərpicçi, kərpic tikmək üçün kərpic qoyan usta və tacirdir. Terminlər həmçinin blok divarları və digər hörgü formalarını tikmək üçün bloklardan istifadə edən işçilərə aiddir. İngilis dilində kərpic ustası danışıq dilində “bənna” kimi tanınır . Daş ustası, bina divarlarının tikintisi və digər işlərdə daşların, şlak blokların və kərpiclərin hər hansı bir birləşməsini qoyandır. Kərpic hörgünün bir hissəsidir. Kərpic hörmək hobbi kimi də istifadə edilə bilər. Məsələn, BöyükBritaniyanın keçmiş baş naziri Uinston Çörçill hobbi kimi kərpic hörmə ilə məşğul olurdu.
Kənan
Kənan (finik. kĕnaʿan, ivr. ‏כְּנַעַן‏‎ , ərəb. کنعان‎) — Bərəkətli Hilalın qərb hissəsidir. == Tarixi == Bu ad Finikiya sözündən və dilindən törəyib. Tarixi qaynaqlarda "Kənan diyarı" olaraq adlandırılan yer, hal-hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlardır. Bu torpaqlar tarix boyunca bir çox peyğəmbərin yaşadığı, xalqlarını Allahın varlığına və birliyinə dəvət etdiyi, üzərində bir çox müqəddəs yerlərin yerləşdiyi mübarək torpaqlardır. Buna görə də, Kənan diyarı hər üç İlahi dinin mənsubları (müsəlmanlar, yəhudilər və xristianlar) üçün də müqəddəs torpaqlardır. Üç ilahi dinin mənsublarını bir yerə toplayan bu müqəddəs məkan, dinlərindəki ortaq yönləri tanıdıqları və bir olan Allaha inandıqları üçün bir-birlərinə sevgi və hörmət duymalarına səbəb olması baxımından da son dərəcə əhəmiyyətlidir. Kənan diyarı olaraq ifadə olunan torpaqlarda və əlbəttə bütün dünyada eyni peyğəmbərlərə iman edənlərin bir yerdə təhlükəsizlik, sevgi və dinclik içində yaşamaları, bütün möminlərin könüldən istəyəcəkləri, bundan sevinc və xoşbəxtlik duyacaqları bir vəziyyətdir.
Həsən Bənna
Həsən Bənna — Misirin ictimai-siyasi xadimi, Müsəlman qardaşlar təşkilatının banisi. == Həyatı == 1906-cı ildə Misirin Mahmudiyyə qəsəbəsində, sərmayədar Əhməd ibn Əbdürrəhman Bənnanın ailəsində doğulmuşdur. Ata İslamı öyrənsin deyə oğlunu Rəşadiyyəyə göndərir. Həsən ər-Rəşad Məktəbində Mühəmməd Zəhranın nəzarəti altında təhsilə başlayır. Burada Qurani-Kərimi hifz etməyə başlayan Əl-Bənna hifzini tamamlamadan Hazırlıq Məktəbinə keçir və ev şəraitində hifz fəaliyyətinə yiyələnir. Bu arada "Əxlaq və Ədəb Cəmiyyəti"ni qurur və cəmiyyətə nəzarəti öz öhdəsinə alır. Çox keçməmiş bir neçə mömin dostu ilə əl-ələ verib "Əmrun bil-məruf və nəhyun ənil-münkər" vəzifəsini həyata keçirmək üçün "Məni Mühərrəmat" ("Haramların yasaqlanması") cəmiyyətini qurur. Hazırlıq Məktəbindən sonra Dəmənhur İbtidai Sinif Müəllimi Məktəbinə daxil olur. Əl-Bənna Dəmənhurda olduğu dövr ərzində fiqh, təfsir, hədis, İslam qanunvericiliyinin tarixi və hikmətləri, məzhəb, firqə və bunlarla bağlı ətrafında toplananlardan mükəmməl dərs aldı. 17 yaşında olarkən bu məktəb də tamamlanır və həmin il Qahirəyə gedərək, Darül-Ülum Fakültəsinə daxil olur.
Kənan (ad)
Kənan — ad. Kənan Kərimov — Azərbaycan futbolçusu. Kənan Məmmədov — Azərbaycan kinooperatoru Kənan Doğulu — Türkiyə müğənnisi. Kənan Evrən — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Kənan Çoban — Tükiyə aktyoru Kənan İmirzaloğlu — Türkiyə aktyoru. Kənan Pars — Coğrafiyada Kənan — Bərəkətli Hilalın qərb hissəsidir.
Kənan Abdullaxanlı
Kənan Abdullaxanlı (2 iyul 1987) — Azərbaycanlı para-cüdoçu. Kənan Abdullaxanlı, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Kənan Abdullaxanlı 2016-cı ildə XV Yay Paralimpiya Oyunlarına qatıldı. 1/8 final mərhələsində Ukrayna idmançısı Aleksandr Pominovu 101:000 hesabı ilə məğlub edən Kənan Abdullaxanlı, 1/4 final mərhələsində Cənubi Koreya cüdoçusu Qvanqqeun Çoiyə 000:101 hesabı ilə məğlub oldu və təsəlliverici qrupa vəsiqə qazandı. Bu mərhələdə o, İran idmançısı Həmid Əlizadəni 000:000 hesabı ilə məğlub etsə də, həlledici görüşdə Özbəkistan cüdoçusu Şirin Şaripova 000:001 hesabı ilə məğlub oldu və XV Yay Paralimpiya Oyunlarını 5-ci yerdə başa vurdu. Kənan Abdullaxanlı 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. +100 kiloqram çəki dərəcəsində o, Türkiyə idmançısı Dursun Hayranı 0000:0003 hesabı ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Kənan Abdullaxanlı, Özbəkistan cüdoçusu Şirin Şaripova 000:011 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Kənan Abdullayev
Kənan Allahverdiyev
Kənan Axundzadə
Kənan Dadaşov
Kənan Dadaşzadə
Kənan Doğulu
Kənan Doğulu (31 may 1974, İstanbul) — Türkiyə müğənnisi. == Həyatı == 5 yaşından bu sənətə bağlanan musiqiçinin istəyinin belə erkən yaranması ona atası Yurdaər Doğulu dan keçib. Hazırda məşhur musiqiçilər sırasında adı hallanan Kənanın atası oğlunu da bu istiqamətdə savadlandıra bilib. Hazırda oxumaqla yanaşı, piano, gitara və fleyta kimi alətlərdə çalmağı bacaran Kənan Doğulu həm də xaricdə təhsil alıb. Orta musiqi məktəbini bitirdikdən sonra öz istəyi ilə Amerikada peşəkar musiqi dərsləri alıb. Daha sonra o, təhsilini İstanbul Dövlət Universitetinin musiqi bölməsində davam etdirib. Əksər çıxışlarında özünü müşayiət edən müğənninin adı bu illər ərzində ən çox albom çıxaran sənətçilər sırasında hallanır. Onun ilk albomu 1993-cü ildə "Yaparım, bilirsin" adı ilə işıq üzü görüb. Yüksək tirajlı toplunun işıq sürəti ilə satıldığını görən müğənni növbəti ildə "Sımsıkı" albomu və bunun ardınca 8 müxtəlif adda toplusunu satışa çıxarıb. Üç ildir şəxsi səsyazma studiyasını açan türkiyəli sənətçi bunu "Dogulu production" adlandırıb.
Kənan Evrən
Əhməd Kənan Əvrən (türk. Ahmet Kenan Evren; 17 iyul 1917, Külə[d], Manisa vilayəti – 9 may 2015[…], Ankara) — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlmiş, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilmişdir. 1982-ci ildə qurulan Mehmetcik fondunun qurucularından biridir. Maltəpə hərbi liseyini, Türkiyə Quru Qoşunları məktəbi və Hərbi Akademiyanı bitirib. Türk Silahlı Qüvvələrinin müxtəlif mərhələlərində xidmət etmişdir. Ordu Komandanlığı və Quru Qoşunları Komandanlığından sonra 7 mart 1978-ci ildə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi oldu. Vəzifə müddəti ərzində 12 sentyabr 1980-ci ildə həyata keçirdiyi hərbi çevrilişlə Dövlət başçısı və Milli Təhlükəsizlik Şurasının prezidenti vəzifələrini də icra etdi. 1982-ci ildə, özü və digər Milli Təhlükəsizlik Şurası üzvü komandirlərinin hər birindən 1000 TL toplamaqla Mehmetcik vəqfini qurdu. 7 noyabr 1982-ci ildə referenduma təqdim edilərək,91.37 % səs çoxluğu ilə Türkiyə Cümhuriyyətinin yeddinci prezidenti olaraq vəzifəsinə başladı.
Kənan Hacı
Kənan Hacı (Kənan Hacıyev; 1975, Buzovna) — şair, yazıçı, esseist, tərcüməçi. == Həyatı və Fəaliyyəti == Kənan Hacı 1975-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib. 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq çalışmışdır. "Mücrü" jurnalının baş redaktorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Kənan Hacıyev
Kənan Həsənov
Kənan Kalav
Kənan Kalav (d. 20 noyabr 1961, Mardin, Türkiyə) — Türk kino və televiziya aktyoru, rejissor, ssenarist, Yeşilçam kinostudiyasının ən yaraşıqlı aktyorlarından biri. == Həyatı == Alman qadın Suzi xanım və Mardindən olan kimya professoru Cavad bəyin ailəsində dünyaya göz açıb. Alman-Türk liseyini bitirdikdən sonra Marmara üniversitetinə qəbul oldu. Orada turizm və otel təhsili aldı. Həyat yoldaşının gül dükanında işləyən Lətif Dəniz ilə Kalav İstanbuldan İspaniyanın Barselona regionuna gedmək üçün yola çıxır. Hava limanında olarkən polis tərəfindən tutulur. Amma onların çantalarında 2 kq narkotik tapıldı. Aktyorun iddiasına görə o hava limanında qəhvə içərkən, çantaları Dənizə vermişdi. Aktyorun ifadəsinə görə narkotikli çantalar onun adına qeyd edilmişdi.
Kənan Kərimli
Kənan Kərimov
Kənan Kərimov (5 avqust 1976, Yevlax) — Keçmiş Azərbaycan futbolçusu. Azərbaycan Karvan İdman Klubunun nəznində yer alan Karvan futbol klubunun baş məşqçisi. == Həyatı == Kənan Kərimov 5 avqust 1976-cı ildə Yevlaxda anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Qarabağ, Viləş Masallı, Karvan, Kəpəz Gəncə, Şəmkir, Mis Kerman (İran), Turan Tovuz. 2008-ci ildən Qəbələdə çıxış edir. == Uğurları == Azərbaycan çempionu (Qarabağ — 1993) Azərbaycan kubokunun qalibi (Qarabağ — 1993) Azərbaycan superkubokunun qalibi (Qarabağ — 1993) 2 dəfə Azərbaycan çempionatının gümüş mükafatçısı (Şəmkir — 2004, Karvan — 2006).
Kənan MM
Kənan MM (tam adı: Kənan Mahmud oğlu Mahmudov; 17 may 1976, Naxçıvan, Azərbaycan SSR) — azərbaycanlı rejissor, ssenarist, şair, aktyor. == Həyatı == Kənan Mahmudov 17 may 1976-cı ildə Naxçıvanda anadan olub. 1990-cı ildə "Koktel" jurnalı vasitəsi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məktub göndərib. 1993-cü ildə əsgərliyə gedib. Rasim Balayev, Məlik Dadaşov, Şəfiqə Məmmədova kimi məşhur kino xadimləri və sənətçilərindən dərs alıb. İxtisası rejissordur. İlk dəfə Rövşən İsax tərəfindən aktyor kimi rol alıb. 2-ci dəfə Elxan Cəfərov, 3-cü dəfə Aqil M. Quliyev tərəfindən, 4-cü dəfə Eldar Quliyev tərəfindən rol alıb. İlk quruluşçu rejissor və aktyor kimi fəaliyyətə Ləkə serialı ilə başlamışdır. İlk vaxtlar Bakıda kirayədə qalmışdır.
Kənan Mahmudov
Kənan MM (tam adı: Kənan Mahmud oğlu Mahmudov; 17 may 1976, Naxçıvan, Azərbaycan SSR) — azərbaycanlı rejissor, ssenarist, şair, aktyor. == Həyatı == Kənan Mahmudov 17 may 1976-cı ildə Naxçıvanda anadan olub. 1990-cı ildə "Koktel" jurnalı vasitəsi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məktub göndərib. 1993-cü ildə əsgərliyə gedib. Rasim Balayev, Məlik Dadaşov, Şəfiqə Məmmədova kimi məşhur kino xadimləri və sənətçilərindən dərs alıb. İxtisası rejissordur. İlk dəfə Rövşən İsax tərəfindən aktyor kimi rol alıb. 2-ci dəfə Elxan Cəfərov, 3-cü dəfə Aqil M. Quliyev tərəfindən, 4-cü dəfə Eldar Quliyev tərəfindən rol alıb. İlk quruluşçu rejissor və aktyor kimi fəaliyyətə Ləkə serialı ilə başlamışdır. İlk vaxtlar Bakıda kirayədə qalmışdır.
Kənan Muradov
Kənan Müzəffərli
Kənan Məhəmmədov
Kənan Məmmədov (9 oktyabr 1946, Bakı) — Azərbaycan kinooperatoru, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000), Avropa Kino Akademiyasının üzvü (2010). == Həyatı == Kənan Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. 1965-ci ildə orta məktəbi bitirib. Hələ uşaqlıq illərində sənətkar Xan Babayevlə ünsiyyət onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1971–1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır. Hal-hazırda eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır. 1996–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir. 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilmişdir.
Kənan Məmmədli
Benin
Benin Respublikası (fr. République du Bénin; yor. Orílẹ̀-èdè Olómìnira ilẹ̀ Benin), Benin (fr. Bénin; yor. Benin — Qərbi Afrikada dövlət, rəsmi adı Benin Respublikası. 1975-ci ilədək Daqomeya) — Qərbi Afrikada dövlət. Benin körfəzinə və Qvineya körfəzinə çıxışı var. Şimalda Burkina Faso və Niger, şərqdə – Nigeriya, qərbdə Toqo ilə həmsərhəddir. Paytaxtı — Porto-Novo, ancaq hökumət ölkənin ən böyük şəhəri olan Kotonuda yerləşir. == Tarix == === Ən qədim dövrlərdən XIX əsrin sonlarınadək === Müasir Benin dövlətinin şimalında qurma tayfaları məskunlaşmışdı, sonralar onlar müasir Nigeriya ərazisindən gələn barba tayfaları tərəfindən sıxışdırıldılar.
Ernest Renan
Yozef Ernest Renan (fr. Joseph Ernest Renan; 28 fevral 1823[…] – 2 oktyabr 1892[…], V arondisman) — fransız yazıçısı, tarixçi və filoloqu. == Həyatı == Jozef Ernest Renan 1823-cü il fevral ayının 28-də Fransada Bretani şəhərciyində anadan olmuşdur. Atası dənizçi idi və Ernest Renanın 5 yaşı olanda dünyasını dəyişib. Renana böyük bacısı Genrietta daha çox təsir göstərmişdir. O, ölümünə qədər bacısı ilə həm də dost olmuşdur. Onun həyatını kilsəyə həsr etməsini istəyən anası 1838-ci ildə Ernesti ruhani seminariyaya qoymuşdur. O, yerli ruhani seminariyadan daha sonra təhsilini Müqəddəs Nikolay adına Paris Seminarında davam etdirir. Məhz həmin seminariyada dünyəvi ədəbiyyatla tanış olmuşdur. Mişle, Viktor Hüqo, Lamartinin əsərləri onda dərin iz qoymuşdur.