Kənan Hamil oğlu Axundzadə (2 avqust 1994; Lənkəran, Azərbaycan — 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Kənan Axundzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Girdəni |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Kənan Axundzadə 1994-ci il avqustun 2-də Lənkəran şəhərində anadan olub.[2] Subay idi.
Kənan Axundzadə 2020-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Kənan Axundzadə 2020-ci il oktyabrin 31-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocəvənd istiqamətində gedən döyüşlərdə savaşıb. Kənan Axundzadə oktyabrın 31-də Füzuli və Xocavənd rayonlarının sərhədində yerləşən strateji əhəmiyyətli Üryandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Girdəni kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Axundzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
(25.12.2020) — "Füzulinin" azad edilməsinə gorə (ölümündən sonra)[5]