Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bamiyə
Bamiyə (bitki)
Nadiyə
Nadiyə (19 iyun 1973, Tur) — fransız müğənnisi, Fransanın yüngül atletika üzrə çempionu. 2005-ci il "Victoires de la Musique" mükafatı laureatıdır. Əlcəzair ailəsində doğulmuşdur. "L'histoire en 16/9" və "Nâdiya" DVD-ləri buraxmışdı.
Bamiyə (bitki)
Bamiyə (lat. Abelmoschus esculentus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin abelmoş cinsinə aid bitki növü. Hündürlüyü 1,5 m-ə çatır. Xarici görünüşünə və çiçəklərinə görə pambıq koluna oxşayır. Vətəni Şərqi Afrikadır. Bamiyənin yetişməmiş meyvəsi tərəvəz kimi işlədilir (xörəyə tökülür, salat və konserv hazırlanmasında istifadə edilir); gövdəsindən qaba lif alınır. Qovrulmuş toxumundan qəhvə surroqatı hazırlanır. Tropik və subtropik ölkələrdə, Şimali Amerika və Cənubi Avropada bir çox sortu yetişdirilir. Bamiyə Azərbaycanda da (əsasən Xaçmaz rayonunda) əkilir. == Etimologiyası == Bamiyə sözünün mənşəyi ərəbcə eyni məna daşıyan باميا (bāmiyā) sözünə əsaslanır.
Bamiyə (şirniyyat)
Bamiyə və ya Tulumba (fars. باميه‎) — Azərbaycan mətbəxinə, həmçinin Türkiyə və Balkan ölkələrinə aid şirniyyat növüdür. == Lazım olan məmulatlar == Əla növ buğda unu – 527q, şəkər tozu – 235q, yumurta – 1 əd., bitki yağı – 120q, çay sodası – 0,5q, duz – 5q. == Hazırlanma qaydası == Una çay sodası və qaynar su əlavə edib xəmir yoğurulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşından keçirilir. Lakin ətçəkən maşına bıçaq yerinə 0,15 mm qalınlığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7–8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopdurulur və quruduqdan sonra üstünə şəkər pudrası səpilir.
Nadiyə Murad
Nadiyə Murad Base Taha (ərəb. نادية مراد باسي طه‎; 10 mart 1994, Koço[d], Neynəvə mühafəzəsi) — Almaniyada yaşayan 1993-cü ildə doğulmuş İraqlı Yezidilərdən olan insan hüquqları müdafiəçisi. 2014-cü ildə məmləkəti Koçodan qaçırılaraq üç ay müddətində İraq Şam İslam Dövləti tərəfindən saxlanılıb. Murad, "soyqırım, kütləvi vəhşiliklər və traffikinq (insan alveri) qurbanları olan qadınların və uşaqların həyatlarını və icmalarını sağaltmaq, yenidən qurmaqda köməklik edən" "Nadiyə Təşəbbüsü" təşkilatının yaradıcısıdır. 2018-ci ildə insan hüquqları üzrə fəallar Nadiyə Murad və Deni Mukveqe "cinsi zorakılığın döyüş silahı kimi və silahlı qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə" Nobel sülh mükafatı lauretı olublar. Murad, İraqın Səncər qəzasının Koço kəndində anadan olub. Ailəsi, yezidi azlığından olan əkinçi ailəsi idi. 19 yaşında, İraq Şam İslam Dövləti döyüşçüləri kənddəki Yezidi camaatını yaxaladıqda, Murad İraqın şimalındakı Səncar qəzasının Koço kəndində yaşayan bir tələbə idi, Nadiyənin altı qardaşı və ögey qardaşları da daxil olmaqla 600 nəfər öldürülür və gənc qadın və qızlar kölə kimi aparılır. Həmin il, Murad İraq Şam İslam Dövləti tərəfindən İraqda əsir götürülmüş 6.700-dən çox yezidi qadın və qızlarıdan biri idi. O,15 avqust 2014-cü ildə tutuldu.
Şadiyə Sultan
Şadiyə Sultan (30 noyabr 1886, Konstantinopol – 20 noyabr 1977, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Şadiyə Sultan 30 noyabr 1886-cı ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli yeddinci xanımı Əmsalinur xanımdır. Mükəmməl saray təhsiliylə yanaşı, piano dərsləri də alan Şadiyə Sultan sarayda tərtib edilən teatr proqramlarına da bacısı Nailə Sultan və atasıyla birlikdə iştirak edirdi. 31 mart 1909-cu ildə atasının istəyilə Səid Paşanın oğlu Əli Namiq bəylə nişanlansa da, 2 həftə sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi. Sürgündə anası Əmsalinur xanımla birlikdə atasının yanında yer alan Şadiyə Sultan bir il sonra atasının istəyilə bacıları Ayşə Sultan və Rəfiyə Sultanla birlikdə İstanbula qayıtdı. Ancaq Səid Paşanın atasına qarşı sərt tutumu səbəbilə, qayıtdıqdan sonra nişan pozuldu. Ardından əmisi Sultan Rəşad onu Ənvər Paşayla evləndirmək istəsə də, Şadiyə Sultan atasını devirən İttihadçılardan olması səbəbilə bu təklifi geri çevirdi. Nəhayət, Qalibpaşazadə Mustafa Fazil bəyin oğlu Fahir bəylə nişanlandı.
Şadiyə Müvəddət Qadınəfəndi
Şadiyə Müvəddət Qadınəfəndi (12 oktyabr 1893, Adapazarı, Osmanlı imperiyası – 1951) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin üçüncü xanımı. Kiçik yaşlarında olan Müvəddət xanım Şahzadə Vahidəddinin xəzinədarı olan xalası Həbibə xanımın vasitəsilə Çəngəlköy sarayına alınmış, burada saray təhsili almışdır. Sarayda xidmət edərkən Şahzadə Vahidəddinin nəzərini cəlb etmiş, 24 aprel 1911 tarixində onun üçüncü xanımı olaraq evlənmişdir. Bir il sonra sultanın yeganə oğlu olan Şahzadə Mehmed Ərtoğrul Əfəndini dünyaya gətirmişdir. Sultan Vahidəddin taxta çıxdıqdan sonra isə Şadiyə Müvəddət xanım sultanın ikinci qadınəfəndisi elan edildi. 1922-ci ildə Sultan Vahidəddin taxtdan endirilərək sürgün edilmiş, Şadiyə xanım da onunla birlikdə İtaliyadakı San-Remo qəsəbəsinə getmişdir. Burada böyük bir köşkdə yaşayan Şadiyə xanım 1926-cı ildə ərinin vəfatının ardından İsgəndəriyyəyə köçdü və burada 2 may 1932-ci ildə Şakir bəy Əminpaşazadə ilə evləndi. Ancaq bu evlilik 28 fevral 1936 tarixinədək davam etdi. 1944-cü ildə oğlunun vəfatının ardından İstanbula qayıtmaq istədi və davam edən müzakirələrin ardından 1948-ci ildə vətənə qayıtmaq üçün xüsusi icazə aldı. Ancaq çox keçmədən 1951-ci ildə İstanbulun Çəngəlköy rayonunda vəfat etdi və burada dəfn olundu.
Amadiyə
Amadiyə (İmadiyə adı ilə də tanınır) — İraqın şimalında qəsəbə. == Tarixi == Yüksəklikdə sərt bir təpədə 1142-ci ildə İmadəddin Zəngi tərəfindən salınmışdır. == Coğrafiyası == Mosulun 100 km şimalında, Türkiyə sərhəddindən 17 km məsafədədir.
Babirə
Aşağı Babirə (Mərənd)
Bamiyә
Cariyə
Cariyə — sosial vəziyyətinə görə məşuqdan daimi asılı olan (maddi vəziyyətinə görə və ya şəxsi asılılıq vəziyyətində olan kölə qadın) məşuqə. XIX əsrin ortalarında Rusiyada Vladimir İvanoviç Dal tərəfindən tərtib edilmiş lüğətə əsasən cariyə termini aşağıdakı mənalarda izah olunurdu: "qeyri-qanuni arvad", "yataq yığışdıran" Bibliyanın rusca tərcümələrində cariyələr patriarxlara uşaq doğan məşuqə (Xettura) adlandırılmışdır. Bibliyaya görə çar Solomonun 300 cariyəsi var idi.. Qədim Rusiya dövlətinin tarixində də cariyələrin olması haqqında çoxlu faktlar vardır. Məsələn, rus tarixçisi V.Koptevin qeyd etdiyi kimi knyaz Vladimirin 700-ə yaxın cariyəsi var idi.. Cariyəlik 19-cu əsrin ortalarında qadağan edilmişdir. == Həmçinin bax == Konkubina == Xarici keçidlər == Nikahsız halallar – cariyələr!
Damiyə
Damiyə — Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. == Toponimkası == Damiyə Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. İrəvan quberniyasının Eçmiadzin qəzasında Dəm, Surməli qəzasında Dəmitəpə, Şarur-Dərələyəz qəzasında Dəmitəpə və Dəmibulaq. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında Dəmidaq adları ilə mənaca eynidir.
Hadisə
Hadisə və ya olay — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Haşiyə
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Qafiyə
Qafiyə — şeirdə beytlərin və ya misraların son söz və ya səslərinin uyğunluğu, həmahəngliyi. Qafiyə – misraların sonunda sözlərin səs, şəkil, quruluş baxımından ahəngdar şəkildə tələffüz olunmasına deyilir. Şeirdə qafiyənin rolu əsasən belə səciyyələndirilir: «misraların sonunda və ya misra içində səslər bir-birinə uyğun, fonetik tərkibcə həmahəng və şeirə xüsusi gözəllik, ahəng, aydın forma verən sözlər. Şeirin məna və ahəngcə təşkilində qafiyə böyük rol oynayır. Bəzi müəlliflərin fikrincə, qafiyə türk şeirinə, həmçinin digər şərq xalqlarının şeirinə ərəb şeirindən keçmişdir. Lakin tarixi çox qədim olan Azərbaycan şifahi xalq ədəbiyyatında qafiyəli nümunələrin mövcud olması həmin fikrin yanlış olduğunu göstərən kifayət qədər tutarlı faktdır. Qafiyənin şeirdə məhdudiyyət yaratmaqla bərabər öz funksiyaları var. Bunlara deyilişi gözəlləşdirmə, yadda saxlamanı asanlaşdırma və s. aiddir. Məhz bu funksiyalar nəticəsində qafiyə şeirdə öz əhəmiyyətini itirməmişdir.
Lahiyə
Layihə — başlanğıc və son zaman nöqtələri olan, yeni məhsul və ya xidmət yaradılmasını nəzərdə tutan, konkret resursa malik olan , keyfiyyət və risk tələblərinə malik unikal fəaliyyət. == Layihə mərhələləri == Planlaşdırma - bu ilkin mərhələdə problemlər və tərəfdaşlar, hədəflər və bunlara çatmaq üçün ehtiyaclar müəyyən olunur; Hazırlıq - fərdi tapşırıqlar bölüşdürülür, qrafik və büdcə hazırlanır, ilk iclas - açılış icrası keçirilir; İcra (başlama) - müntəzəm iclaslar, qrafik və büdcəyə nəzarət, ardıcıl hesabatlar hazırlanır. Gözlənilən və gözlənilməyən çətinliklər aradan qaldırılır; Təslim (tamamlama) - son məhsul, yaxud proses hazırdır və məsul şəxsə ötürülə bilər. Bunun üçün son hesabat hazırlanır. == Layihə idarəedilməsinin müxtəlif səviyyələri == Vaxtın idarəedilməsi Büdcənin idarəedilməsi Resursların idarəedilməsi Keyfiyyətin idarəedilməsi İnsan resurslarının idarəedilməsi Risklərin idarəedilməsi == Layihənin növləri == Sosial layihələr İqtisadi layihələr Ekoloji layihələr 1)hazırlanan hər bir şeyin ilk variantı; 2)tikiləcək bina, yaradılacaq qurğunun, məmulatın quruluşu və s. haqqında lazımi təsəvvür verən və sonrakı mərhələdə iş sənədlərinin işlənib hazırlanması üçün kafi məlumat əks etdirən konstruktor sənədlər kompleksi; hər hansı bir əsaslı tikinti layihəsi fərdi və ya birtipli ola bilər. Fərdi layihələr işlənilib hazırlanarkən birtipli konstruksiya, memarlıq layihələri və s.-dən istifadə olunur. 3)mahiyyəti və onun praktiki reallaşması imkanları təsvirlər, əsaslandırmalar, hesablamalar, rəsmlər formasında açıqlanan fikir, ideya, surət; 4)tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Məsələn, tikintinin layihəsi; 5)hər hansı bir sənədin, qərarın və s.-nin əvvəlcədən yazılmış təxmini mətni. Məsələn, qərarın layihəsini hazırlamaq, nizamnamənin layihəsi, müqavilənin layihəsi; 6)nəzərdə tutulmuş niyyət, fikir mənasında.
Bakirə
Bakirəlik – heç vaxt cinsi əlaqədə olmayan insanın vəziyyəti. Bakirə termini əvvəlcə yalnız cinsi cəhətdən təcrübəsiz qadınlara aid edilmiş, lakin ənənəvi, müasir və etik anlayışlarda tapıldığı kimi bir sıra tərifləri əhatə etmək üçün inkişaf etmişdir. Heteroseksual fərdlər bakirəliyin itirilməsinin yalnız penis-vaginal penetrasiya yolu ilə baş verdiyini hesab edə bilər və ya hesab etməyə bilər, digər cinsi oriyentasiyalı insanlar isə bakirəliyini itirmə təriflərinə tez-tez oral seks, anal seks və ya qarşılıqlı masturbasiya daxildir. Bu hala xüsusi dəyər və əhəmiyyət verən, əsasən subay qadınlara münasibətdə şəxsi təmizlik, şərəf və dəyər anlayışları ilə əlaqəli mədəni və dini ənənələr var. İffət kimi, bakirəlik anlayışı da ənənəvi olaraq cinsi əlaqədən çəkinməyi əhatə edir. Bakirəlik anlayışı adətən əxlaqi və ya dini məsələləri əhatə edir və sosial status və şəxsiyyətlərarası münasibətlər baxımından nəticələri ola bilər. Baxmayaraq ki, bakirəlik sosial təsirlərə malikdir və keçmişdə bəzi cəmiyyətlərdə əhəmiyyətli hüquqi təsirlərə malik olsa da, bu gün əksər cəmiyyətlərdə bunun heç bir hüquqi nəticəsi yoxdur. Bakirəliyin sosial nəticələri hələ də bir çox cəmiyyətlərdə qalmaqdadır və fərdin sosial agentliyinə müxtəlif təsirlər göstərə bilər. == Mədəniyyət == === Anlayış === Bakirəlik anlayışı yalnız müəyyən sosial, mədəni və ya əxlaqi kontekstdə əhəmiyyət kəsb edir. Hanne Blankın fikrincə, "bakirəlik heç bir məlum bioloji imperativi əks etdirmir və sübut edilə bilən təkamül üstünlükləri vermir".
Fadimə
"Fadimə" filmi — Türker İnanoğlunun rejissoru və prodüseri olduğu 1970-ci ildə çəkilən Türk filmidir. == Rollarda == Filiz Akın . . . Fadimə (səs. Ceyan Mahfi Tözüm ) Qartal Tibet . . . Ərol (səs. Abdurrahman Palay ) Cahangir Qaffari . . . Faruk (səs. Toron Karacaoğlu ) Mansur Türkmen .... Ömər (səs. Saadettin Erbil ) Məhəmməd Motevaselani . . .
Euseius badius
Euseius badius (lat. Euseius badius) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Nahiyə
Nahiyə — Tarixən Azərbaycan və Şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nayiyələrə bəylər başçılıq edirdilər.
Saniyə
Saniyə — zaman ölçü vahididir. 60 saniyə 1 dəqiqəyə bərabərdir. 1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.
Zaviyə
Zaviyə — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 6,141 nəfər və 1,624 ailədən ibarət idi.
Eupatorium badium
Ageratina badia (lat. Ageratina badia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium badium Klatt ex Klatt Eupatorium chlorophyllum Klatt Eupatorium chlorophyllum Klatt ex T.Durand & Pitt.
Lamiyə Səlimova
Lamiyə Vəliyeva
Lamiyə Rövşən qızı Vəliyeva (5 aprel 2002) — T13 kateqoriyasında (görmə pozğunluğu) çıxış edən Azərbaycan paraatleti. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medallara, XVII Yay Paralimpiya Oyunlarında isə ikinci dəfə qızıl medala sahib olub. == Həyatı == Lamiyə Vəliyeva 2002-ci il aprelin 5-də anadan olub. 2015-ci ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Tofiq Əliyev, yığmada məşqçisi isə Oleq Panyutindir. == Karyerası == Lamiyə Vəliyeva 2015-ci ildə Konya şəhərində beynəlxalq turnirdə 100 metr məsafəyə qaçışda turnirin qalibi oldu. 2016-cı ildə Belarusda beynəlxalq turnirdə 60 metr məsafəyə qaçışda beşinci pillənin sahibi olan Lamiyə Vəliyeva, 2017-ci ildə isə Macarıstanda XIV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında mübarizə apardı. 2018-ci ilin yanvar ayında 400 metr məsafəyə qaçışda şəhər çempionatının qalibi oldu, fevral ayında isə Belarusda beynəlxalq turnirdə bürünc medal qazandı. 2018-ci ildə U-18 Avropa Çempionatında mübarizə aparan Lamiyə Vəliyeva, 2019-cu ildə növbəti dəfə şəhər çempionatının qalibi oldu. 2019-cu ilin iyun ayında o, 200 və 400 metr məsafələrə qaçışda U-18 Azərbaycan Çempionatının qalibi oldu.
Badinyer
Badinyer (fr. Badinières) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Syud kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38024. Kommunanın 1999-cu il üçün əhalisi 418 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 396 ilə 550 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Bidens abadiae var. abadiae
Bidens pilosa (lat. Bidens pilosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü. == Sinonimləri == Bidens abadiae DC. Bidens abadiae var. abadiae abadiae Bidens abadiae var. pilosoides Sherff Bidens adhaerescens Vell. Bidens africana Klatt Bidens alausensis Kunth Bidens alba (L.) DC. Bidens alba var. radiata (Sch.Bip.) Ballard ex Melchert Bidens arenaria Gand. Bidens arenicola Gand. [Invalid] Bidens aurantiaca Colenso Bidens barrancae M.E.Jones Bidens bimucronata Turcz. Bidens bonplandii Sch.Bip.
Elnur Dadiyev
Hüseynağa Balıyev
Hüseynağa Hadiyev
Hüseynağa Məmməd oğlu Hadıyev (19 noyabr 1946 – 12 yanvar 1994) — 1970–1980-ci illərdə populyar olan Azərbaycan müğənnisi. == Həyatı == Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olmuşdur. Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi. Hüseynağa musiqi ilə "Pionerlər evi"ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı. Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına qoşulmağa razılıq vermişdi. Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurmuş, institutu bitirdiyi il hərbi xidmətə çağrılmışdı. 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəldi. Hüseynağa bu xəbəri hospitalda eşitmişdi. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətirmişdilər. Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumazdı.
Hüseynağa Hadıyev
Hüseynağa Məmməd oğlu Hadıyev (19 noyabr 1946 – 12 yanvar 1994) — 1970–1980-ci illərdə populyar olan Azərbaycan müğənnisi. == Həyatı == Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olmuşdur. Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi. Hüseynağa musiqi ilə "Pionerlər evi"ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı. Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına qoşulmağa razılıq vermişdi. Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurmuş, institutu bitirdiyi il hərbi xidmətə çağrılmışdı. 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəldi. Hüseynağa bu xəbəri hospitalda eşitmişdi. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətirmişdilər. Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumazdı.