Lamiyə Rövşən qızı Vəliyeva (5 aprel 2002) — T13 kateqoriyasında (görmə pozğunluğu) çıxış edən Azərbaycan paraatleti. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medallara, XVII Yay Paralimpiya Oyunlarında isə ikinci dəfə qızıl medala sahib olub.[1][2]
Lamiyə Vəliyeva | |||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||
Tam adı | Lamiyə Rövşən qızı Vəliyeva | ||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 5 aprel 2002 (22 yaş) | ||||||||||||||||||||||||||||||||||
Boyu | 1,64 m | ||||||||||||||||||||||||||||||||||
İdman növü | Yüngül atletika | ||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2015–h. h. | ||||||||||||||||||||||||||||||||||
Məşqçisi |
Oleq Panyutin (yığmada) Tofiq Əliyev (şəxsi) |
||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Lamiyə Vəliyeva 2002-ci il aprelin 5-də anadan olub. 2015-ci ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Tofiq Əliyev, yığmada məşqçisi isə Oleq Panyutindir.
Lamiyə Vəliyeva 2015-ci ildə Konya şəhərində beynəlxalq turnirdə 100 metr məsafəyə qaçışda turnirin qalibi oldu.
2016-cı ildə Belarusda beynəlxalq turnirdə 60 metr məsafəyə qaçışda beşinci pillənin sahibi olan Lamiyə Vəliyeva, 2017-ci ildə isə Macarıstanda XIV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında mübarizə apardı.
2018-ci ilin yanvar ayında 400 metr məsafəyə qaçışda şəhər çempionatının qalibi oldu, fevral ayında isə Belarusda beynəlxalq turnirdə bürünc medal qazandı. 2018-ci ildə U-18 Avropa Çempionatında mübarizə aparan Lamiyə Vəliyeva, 2019-cu ildə növbəti dəfə şəhər çempionatının qalibi oldu.
2019-cu ilin iyun ayında o, 200 və 400 metr məsafələrə qaçışda U-18 Azərbaycan Çempionatının qalibi oldu. İyun ayında XV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında çıxış elədi.
2021-ci ilin yanvar ayında Lamiyə Vəliyeva 100 və 200 metr məsafələrə qaçışda Azərbaycan Çempionatının qızıl medallarına sahib oldu. 2021-ci ilin avqustunda isə Lamiyə Vəliyeva XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı.
Avqustun 31-də isə qadınların 100 metr məsafəyə qaçış turniri baş tutdu.[3] Bu turnirdə Azərbaycanı üç idmançı — Lamiyə Vəliyeva, Yelena Çebanu və Yuliya Yanovsxaya.[3] Komandanın heyətində ən təcrübəli atlet 2016-cı il Rio-de-Janeyro Paralimpiadasında üç medala sahib olan Yelena Çebanu hesab olunurdu. Lamiyə Vəliyeva və Yuliya Yanovsxaya isə Paralimpiadanın debütantı və gənc idmançı hesab olunurdu. Təsnifat mərhələsində əvvəlcə Lamiyə Vəliyeva mübarizə apardı.[3] "A" qrupunda çıxış edən atlet, 12.08 saniyə nəticə göstərdi və altı idmançı sırasında birinci pillənin sahibi oldu.[3] Bununla da Lamiyə Vəliyeva final mərhələsinə adladı.[3] Daha sonra "B" qrupunda çıxış edən Yuliya Yanovsxaya mübarizə apardı.[3] 12.40 saniyə nəticə göstərən gənc atlet mərhələni altı idmançı sırasında üçüncü pillədə başa vurdu və final mərhələsinə adladı.[3] Sonda "С" qrupunda çıxış edən Yelena Çebanu mübarizə apardı və 12.16 saniyə nəticə göstərdi.[3] Bununla da altı idmançı sırasında birinci pillənin sahibi olan Yelena Çebanu da final mərhələsinə vəsiqə qazandı.[3][4] 8 idmançının mübarizə apardığı final mərhələsinin əsas favoriti 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının qalibi olan Leyla Acametova hesab olunurdu. Amma final mərhələsində gözlənilməz nəticələr qeydə alındı. Turnirin qalibi 11.96 saniyə nəticə göstərən İspaniya nümayəndəsi Adiaratu İqlesias Forneiro oldu.[3] Ondan cəmi 0.03 saniyə geri qalan Lamiyə Vəliyeva isə XVI Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[3] Yuliya Yanovsxaya 12:30 saniyə nəticə ilə dördüncü, Yelena Çebanu isə 12:40 saniyə nəticə ilə yeddinci pillələrin sahibi oldu.[3][5]
Sentyabrın 2-də həm də qadınların 400 metr məsafəyə qaçış turniri baş tutdu.[6] Bu turnirdə Azərbaycanı Lamiyə Vəliyeva və Yuliya Yanovsxaya təmsil elədi.[6] Təsnifat mərhələsinin "B" qrupunda çıxış edən Yuliya Yanovsxaya 56.55 saniyə nəticə göstərdi və 6 idmançı sırasında 2-ci pillənin sahibi oldu.[6] Bununla da Yuliya Yanovsxaya final mərhələsinə adladı. "C" qrupunda çıxış edən Lamiyə Vəliyeva isə 55.70 saniyə nəticə göstərdi və mərhələni 5 idmançı sırasında 2-ci pillədə başa vuraraq final mərhələsinə vəsiqə qazandı.[6] Lamiyə Vəliyeva ancaq 100 metr məsafəyə qaçış turnirin qalibi olan İspaniya nümayəndəsi Adiaratu İqlesias Forneirdən 0.01 saniyə geri qaldı.[6] Final mərhələsi sentyabrın 4-də baş tutdu.[6]
Sentyabrın 4-də baş tutan final mərhələsinin əsas favoriti 100 metr məsafəyə qaçışda qızıl medala sahib olan İspaniya nümayəndəsi Adiaratu İqlesias Forneir hesab olunurdu.[7] Amma idman mütəxəssislərinin ehtimalları özünü doğrultmadı.[7] 8 idmançının mübarizə apardığı final mərhələsində Lamiyə Vəliyeva 55.00 saniyə nəticə göstərdi və XVI Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib oldu.[7] Lamiyə Vəliyeva həm də 2012-ci ildə Kuba atleti Omara Durand tərəfindən müəyyən olunan Paralimpiya rekordunu da (55.12 saniyə) yenilədi. Final mərhələsində çıxış edən digər atlet Yuliya Yanovsxaya isə 56.18 saniyə nəticə göstərdi və beşinci pillənin sahibi oldu.[7] Final mərhələsində sonra Lamiyə Vəliyeva müsahibəsində bunları bildirdi: "Azərbaycana qızıl medal qazandırdığım üçün şadam. Özümlə fəxr edirəm. Rəqiblərim çox güclü idi. Mən buna hazır idim. Ona görə də qalib gəldim. Bu hələ başlanğıcdır. 2024 Paris Paralimpiadasına hazırlaşacam".[8]
Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Lamiyə Rövşən qızı Vəliyeva 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[9]
Lamiyə Vəliyeva 2023-cü ildə Fransanın Paris şəhərində baş tutan Dünya Çempionatında 2 qızıl medala sahib olub. 2024-cü ildə isə o, Yaponiyanın Kobe şəhərində keçirilən Dünya Çempionatında 2 qızıl medal qazanmış və bu onun 4-cü dünya çempionluğu olmuşdur.[10][11][12]
Vəliyeva 2024-cü ildə Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarının final mərhələsində 100 metr məsafəni 11,76 saniyəyə qət edərək 2-ci dəfə Paralimpiya çempionu olub.[13] O, həmçinin bu göstərici ilə Rio-2016 Paralampiyasında 11,79 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leyla Acametovanı qabaqlayaraq yeni dünya rekordunu müəyyənləşdirib.[14][15] [16] [17][18]
Lamiyə Vəliyeva XVII Yay Paralimpiya Oyunlarındakı yüksək nailiyyətlərinə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.[19] Prezidentin eyni tarixli sərəncamı ilə o, həmçinin Paralimpiya Oyunlarında birinci yeri tutduğuna görə 200 000 və ikinci yeri tutduğuna görə 100 000 manat pul mükafatı ilə mükafatlandırılıb.[20][21][22][23]