Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birlad
BIRLÁD — (rum. Bârlad [bɨrˈlad])Ruminiyanınnın ş.-ində, Vasluy judetində şəhər. Əh. 67,3 min (2006). Moldova yüksəkliyinin c.-unda, Bırladçayının (Siret çayının qolu) sahilindədir. Nəql. qovşağı (o cümlədən Buxarest–Kişinyov avtomobil yolu). Arxeoloji məlumatlara görə, təqr. 13 əsrin 2-ci yarısında yaranmışdır, yazılı mənbələrdə 15 əsrdən qeyd olunur. 1401 ildən Moldova knyazlığının tərkibində olmuşdur; Krım tatarlarının, osmanlıların, kazakların və polyakların yürüşləri zamanı dəfələrlə dağıdılmışdır (1440, 1659, 1711).
Bizlan
Bizlan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Bizlan kəndi Tircan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bizlan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, toponim qədim İran dillərindəki vis (ev) və lan (hasar, divar) sözlərinin birləşməsindən əmələ gəlib, "divarla əhatə olunmuş ev, hasarlı ev" mənasındadır. Əslində Bizlan "dağla əhatə olunmuş" kimi izah edilməlidir. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin cənub-şərq ətəyində, Bakı-Muğanlı-İsmayıllı magistral yolu üstündə yerləşir. == Əhalisi == Bizlan kəndində 92 ev, 115 təsərrüfat var. Kənd əhalisinin ümumi sayı 466 nəfərdir. ki onunda 239 nəfəri kişi, 227 nəfəri qadındır. == Təhsil == Bizlan kənd orta məktəbinin açılışında H.Əliyev fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva iştirak etmişdir. Kənd məktəbində 70 şagird təhsil alır.
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Kiçibəyov — Azərbaycan alimi. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Biyac
Biyac (fars. بیاج‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 104 nəfər yaşayır (31 ailə).
Bəluc
Bəluclar — Pakistanda, İranda və Əfqanıstanda kompakt halda yaşayan xalq. Dilləri Hind-Avropa dil ailəsinə daxildir. Bəluc dilinə ən yaxın dil kürd dilidir. İran İslam Respublikasında Sistan və Bəlucistan və Kirman vilayətlərində yaşayırlar, İran cəmiyyəti ilə az inteqrasiya olublar. İranda yaşayan bəlucların böyük bir qismi köçəri həyat tərzi sürür.
Birlad (çay)
Birlad — (rum. Râul Bârlad) Rumıniyada çay. Siret çayının sol qolu. Uz. 250 km, hövzəsinin sah.7,6 min km2 . Başlanğıcını Bırlad platosunun q. hissəsindən götürür, əsasən, Moldova yüksəkliyi ilə axır. Yaz daşqınları olur, yayda bəzən quruyur. Suvarmada istifadə olunur; dəyirman qurğuları var. Vasluy,Bırlad, Tekuç şəhərləri Birlad sahilindədir.
Birlan (Urmiya)
Birlan (fars. بيرلان‎‎) və ya Bilan — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Urmiya şəhərindən 8,5 km. cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (35 ailə).
Aşıq Bilal
Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov (12 mart 1872, Ağsu – 26 noyabr 1937) — aşıq, şair. == Həyatı == 1872-ci il mart ayının 12-də Şirvan qəzasının Ağsu rayonunda Qəşəd kəndində anadan olmuşdur. Həmyerlisi Molla Xasının məktəbində oxumuş, sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Burada o, ərəb-fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur. Şamaxı ədəbi mühiti – "Beytül-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla şagird yetişdirmişdir. Böyük nüfuz sahibi olması hökumət yetkililərinin nəzərindən yayınmamış, ona Xalq Cümhuriyyəti dövründə (1918–1920) Şamaxı qəzasının əmniyyət müdiri vəzifəsi həvalə olunmuşdur. Onun repressiya qurbanı olmasının əsas faktorlarından biri də məhz budur.
Bilal (Baymak)
Bilal (başq. Билал, rus. Билялово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 70 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 109 km. Sakmara çayınınn sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Bilal Bilalov
Bilal Telman oğlu Bilalov — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA Rəyasət Heyətinin üzvü. "Riyaziyyat" üzrə Problemlər Şurasının Sədr müavini, Azərbaycan Aktuarlar Assosiasiyasının sədri. Fəxri fərman ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə ekspert şurasının sədridir. Türk Dünyası Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur (2009–2011). == Həyatı == Bilal Telman oğlu Bilalov 2 yanvar 1963-cü ildə Azərbaycan Respublikası Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1986-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. 1986–1989-cu illərdə MDU-nun əyani aspirantı. 1989-cu ildə akademik Y. İ. Moiseyevin rəhbərliyi altında "Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi" mövzusunda MDU-da fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 1990–1993-cü illərdə Azərbaycan Texnologiyaları İnstitutunda assistent vəzifəsində çalışmışdır.
Molla Bilal
Bilal Nazim( (tam adı-Molla Bilal bin Molla Yusuf Nazim;1825 və ya 1824 – 1899) — Uyğur şairi və yazıçısı, XIX əsr uyğur ədəbiyyatının mərkəzi siması, uyğur klassik ədəbiyyatının son nümayəndəsi. Bilal Nazim 1825-ci ildə Çinin Kulja şəhərində çəkməçi ailəsində anadan olmuşdur. Kuljadakı Baytulla mədrəsəsində təhsil almışdır. Şəxsi mütaliəsi sayəsində Şərq xalqlarının tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. O, Uyğur xalqının milli-azadlıq hərəkatının fəal mübarizlərindəndir. 1864-1867-ci illərdə Şərqi Türküstanda Uyğur, Qazax və Dungan xalqlarının Mançu-Çin müstəmləkəçilərinə qarşı milli-azadlıq hərəkatı yayılarkən Sadır Paluan, Molla Şakir, Səidməhəmməd Kaşi kimi şairlərlə yanaşı, Bilal Nazim da hərəkatda yaxından iştirak etmişdir. Müəllif Çün müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatı ilə bağlı təəssüratını “Çin dövlətində hərəkat” (1876) tarixi poemasında yüksək bədii sənətkarlıqla əks etdirmişdir. Bilal Nazim 1899-cu ildə Qazaxıstanın Yarkənd (indiki Jarkənd) şəhərində vəfat etmişdir. Ədəbi yaradıcılığa 1840-cı illərdə şeirlə başlamışdır. Lakin müəllifin 26-27-yaşlarına qədər yazdığı əsərlər haqqında məlumat yoxdur.
Olavo Bilak
Olavo Bilak (port. Olavo Bilac; 16 dekabr 1865[…], Rio-de-Janeyro, Braziliya imperiyası – 28 dekabr 1918[…], Rio-de-Janeyro) — Braziliyalı şair, jurnalist, tərcüməçi. Olavo Bilak 16 dekabr 1865-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində anadan olmuşdu. O, Braziliya ədəbiyyatının şahzadəsi sayılır.İmperiya dövründə və respublikanın ilk illərində yaradıcılıqla məşğul olmuş, yumoristik və satirik mətnlər qələmə almışdır. Əsərlərin çoxunu fərqli təxəllüslərlə yazmışdır. Olavo Bilak 28 dekabr 1918-ci ildə vəfat edib.
Bilal Əkşi
Bilal Əkşi (türk. Bilal Ekşi; 1968, Rizə, Rizə ili) — Türkiyə biznesmeni. O, Türk Hava Yollarının sədr müavini və baş icraçı direktorudur. == Həyatı == Əkşi 2011-ci ilin aprelində Türk Hava Yollarından ayrılaraq, Türkiyə Mülki Aviasiya Baş İdarəsinin rəhbəri olmuşdur. 21 oktyabr 2016-cı il tarixində Əkşi Təməl Kotildən sonra Türk Hava Yollarının baş icraçı direktoru, idarə heyəti və icraiyyə komitəsinin sədr müavini vəzifəsinə təyin edilmişdir.
Bilal Bilici
Bilal Bilici (1984, Adana ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Bilal Bilici 1984-cü ildə Adana ilində anadan olub. Boston Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Bahçeşehir Universitetində qlobal əlaqələr üzrə magistr dərəcəsi alıb. Birləşmiş Ştatlarda özəl sahədə baş məsləhətçi vəzifələrində çalışıb. Dubayda (BƏƏ) neft sahəsində menecer olaraq çalışıb. Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) üzvü, Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) — ABŞ-Karib hövzəsi İş Şurasının vitse-prezidenti, Qvatemalanın İstanbulda Fəxri Konsulu və Dünya Konsullar Assosiasiyasının Qəyyumlar Şurasının üzvüdür. İYİ Partiyada sədrin müşaviri və İYİ Partiya Vaşinqton təmsilçisi olub. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Bilal Çompuzov
Bilal İsmayıl oğlu Çompuzov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 1-ci Ordu Korpusunun Komandiri (v. m. i. e.). == Hərbi xidməti == Kapitan Bilal Çompuzov Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən 24 iyun 2003-cü ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Bilal Çompuzov 27 sentyabr 2020-ci ildə başlanan və altı həftə davam edən Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı istiqamətlərində gedən hərbi əməliyyatlarda olub. O döyüşlərin gedişində yaralansa da, sonadək vuruşub. Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Bilal İsmayıl oğlu Çompuzov Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə, "Vətən uğrunda" medalı ilə, "Xocavəndin azad olunmasına görə" medalı ilə, "Qubadlının azad olunmasına görə" medalı ilə və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyev 25 iyun 2023-cü il tarixli 3947 nömrəli Sərəncamı ilə Bilal Çompuzova "general-mayor" ali hərbi rütbəsi verildi. Bilal Çompuzov 19 sentyabr 2023-cü ildə başlanan və 24 saat davam edən anti-terror tədbirləri zamanı Birinci Ordu Korpusunun Qərargah rəisi olub.
Bəluc soyqırımı
Bəluc soyqırımı — Pakistan İslam Respublikası Bəlucistan üsyanı zamanı Bəlucistan əyalətində bəluc xalqına qarşı soyqırımı törətdiyi ittihamı. 2014-cü ildən bəri ölüm qrupları, eləcə də kütləvi məzarlıqların aşkar edilməsi barədə məlumatlar var. Bəluc fəalları və alimləri soyqırımın əsas günahkarları kimi Pakistan Silahlı Qüvvələrini ittiham etmişlər. Soyqırımı aktları kimi etiketlənən hərəkətlərə ayrı-seçkilik etmədən hərbi hücumlar, adam oğurluğu və məcburi itkin düşmələr, habelə məhkəməsiz həbs, işgəncə, sui-qəsd və məhkəmədənkənar qətllər daxildir. Pakistan Dövləti hər hansı soyqırım ittihamını davamlı olaraq rədd edir. == Ölənlər və itkin düşənlər == İsveçrədə məskunlaşan bəluc təşkilatının lideri Brahumdağ Buqtinin sözlərinə görə, Cenevrə Mətbuat Klubunda etdiyi çıxışda o, 2006-cı ildən bəri qırx min bəlucun öldürüldüyünü və ən azı iyirmi min bəlucun itkin düşdüyünü iddia etmişdir. Hindistan xəbər kanallarının xəbərlərinə görə, "Bəluc İtkin Şəxslərin Səsi" (VBMP) təşkilatının lideri Mama Qadir Bəluc verdiyi açıqlamada indiyə qədər ən azı 20,000 bəluc cəsədinin tapıldığını və hələ də 60,000 bəlucun itkin düşmüş halda olduğunu bildirmişdir. Pakistan xəbər saytı "The Express Tribune" Mama Qadir Bəlucun sözlərini başqa formada vermiş, Bəlucistanda 21,000 bəlucun itkin düşdüyünü və 6,000 bəlucun cəsədinin olduğunu bildirmişdir. Pakistan hökumətinin rəsmisi Can Açaqzay əyalətdə itkin düşən 2,200 nəfərin tapıldığını açıqlamışdır. O, növbəti mətbuat konfransı zamanı Bəlucistanda itkin düşdüyü bildirilən 2,700 nəfərdən 2,200-nün ailələrinə qovuşduğunu açıqlamışdır.
Bilal Dadaşov
Bilal Ataş oğlu Dadaşov (30 dekabr 1915, Rəncbər, Hacıqabul rayonu – 13 fevral 2007, Bakı) — azərbaycanlı alim, Azərbaycan SSR EA‐nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Dadaşov Bilal Ataş oğlu 1915‐ci il dekabrın 30‐da Şamaxı qəzasında (indiki Hacıqabul rayonu) Rəncbər kəndində anadan olmuşdur. 1931-ci il — Rəncbər kəndində məktəbi bitirmişdir. 1931–1934-cü illər — Xalq Təsərrüfatı İnstitutunun fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1934–1939-cu illər — Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinin tələbəsi, eyni zamanda üzvi kimya kafedrasının laborantı işləmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə fakültəni əla qiymətlərlə bitirdikdən sonra fiziki kimya kafedrasında assistent kimi saxlanılmışdır. 1939-cu ildə BDU-nun fiziki-kimya kafedrasının aspirantı olmuşdur. 1940–1945-ci illər BDU-nun kimya fakültəsində Y. H. Məmmədəliyev ilə birgə işləmişdir. 1944-cü il — Kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün ''Azərbaycanın vulkanik küllərinin təsirindən piroqazın propilen fraksiyasının katalitik oksidləşməsi''mövzusunda dissertasiya müdafiə etmişdir. Onun elmi rəhbəri D. İ. Mendeleyevin tələbəsi V. İ. Tixomirov olmuşdur.
Bilal Dündar
Bilal Hassani
Bilal Həsəni (fr. Bilal Hassani; ərəb. بلال حسني‎; 9 sentyabr 1999) — Ərəb əsilli Fransa müğənnisi, bəstəkarı və "YouTube" kanal müəllifi. O, "Roi" mahnısı ilə Fransanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Bilal Həsəni 9 sentyabr 1999-cu ildə Paris şəhərində Mərakeş ailəsində dünyaya göz açmışdır. O, anası ilə Parisdə yaşayır. Taha adlı böyük qardaşı var. Atası isə Sinqapurda yaşayır. Bilal 2017-ci ildə rəsmi olaraq homoseksual olduğunu sosial şəbəkələrdə etiraf etmişdir. Bunun ardınca əslən ərəb olan gənc ifaçı sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən təhqirlərə məruz qalır və hətta ölümlə təhdid edilir.
Bilal Həbəşi
Bilal ibn Rubah əl-Həbəşi (ərəb. بلال بن رباح‎ Bilal ibn Rabah al-Habaşi) — Məhəmməd peyğəmbərin səhabəsi. İlk müəzzin. == Həyatı == Bilal əslən Afrika həbəşlərindən olan Rəbbahın oğlu idi. Bilalın Fil ilindən on il ötmüş dünyaya gəldiyi bildirilir. Bilalın ata-anası qul olmuşdur. Bilalın fitri paklığı qul olmasına baxmayaraq, onu nəzərə çarpdırırdı. Ona ehtiram göstərir, böyük işlər tapşırırdılar. Bilal məhrumluq və təhqir nəzərincə başqa qullardan fərqlənməsə də, yaxşı xüsusiyyətlərinə görə seçilirdi. Onun qəlbində müşriklərə, zalım ağalara qarşı daim qəzəb alovlanırdı.
Bilal Həsəni
Bilal Həsəni (fr. Bilal Hassani; ərəb. بلال حسني‎; 9 sentyabr 1999) — Ərəb əsilli Fransa müğənnisi, bəstəkarı və "YouTube" kanal müəllifi. O, "Roi" mahnısı ilə Fransanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Bilal Həsəni 9 sentyabr 1999-cu ildə Paris şəhərində Mərakeş ailəsində dünyaya göz açmışdır. O, anası ilə Parisdə yaşayır. Taha adlı böyük qardaşı var. Atası isə Sinqapurda yaşayır. Bilal 2017-ci ildə rəsmi olaraq homoseksual olduğunu sosial şəbəkələrdə etiraf etmişdir. Bunun ardınca əslən ərəb olan gənc ifaçı sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən təhqirlərə məruz qalır və hətta ölümlə təhdid edilir.
Bilal Kiçibəyov
Kiçibəyov Bilal Səlim oğlu (1932, Yasaboba, Hil rayonu – bilinmir) — tibb elmləri doktoru, professor. == Həyatı == Bilal Kiçibəyov 1932-ci ildə Xaçmaz rayonunun Yasaboba kəndində anadan olub. Kənd yeddiillik və Xudat şəhər Çkalov adına orta məktəbi bitirdikdən sonra, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olaraq, 1955-ci ildə həmin institutda təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1955–1961-ci illərdə Azərbaycanın Cəbrayıl və Xudat rayonlarında sanitariya-epidemioloji stansiyanın baş həkimi vəzifələrində işləyib. 1962–1965-ci illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun aspirantı kimi Leninqrad Elmi-Tədqiqat Radiasiya Gigiyenası İnstitutuna ezam olunub və 1965-ci ildə aspiranturanı "Mingəçevir və Ceyranbatan su hövzələrinin radiasion-gigiyenik səciyyələndirilməsi" mövzusunda namizədlik dissertasiyasının müdafiəsi ilə bitirib. 1975-ci ildə "Azərbaycan SSR əhalisinə radiasiya təsirini göstərən əsas amillərin gigiyenik səciyyələndirilməsi" mövzusunda doktorluq disseratasiyasını müdafiə edib. SSRİ Tibb Elmləri Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, general-polkovnik F. Q. Krotkov məktəbinin yetişdirməsi və davamçısıdır. 1965–1995-ci illərdə Azərbaycan Tibb İnstitutunun (indiki Tibb Universitetinin) "Ümumi gigiyena" kafedrasının assistenti, dosenti, professoru, "Kommunal gigiyena" kafedrasının müdiri vəzifəsində işləyib. 1995-ci ildə Rusiya Federasiyasının "Yujdağ" institutuna tibb fakültəsinin təşkili üçün dəvət olunub, orada "Gigiyena, sosial təbabətin, səhiyyənin təşkili və iqtisadiyyatı" kafedrasını təşkil edərək ona rəhbərlik edib. 2001-ci ildə Azərbaycana qayıdaraq "Odlar Yurdu" Universiteti tibb fakültəsinin professoru, 2002-ci ildən isə Azərbaycan Beynəlxalq Universitetinin "Profilaktik təbabət" kafedrasının müdiri vəzifəsində işləyib.
Bilal Mahmudov
Bilal Mahmudov (5 may 1929, İsmayılbəyli, Qarabağ dairəsi – 14 mart 2018) — Azərbaycan Kommunist Partiyası Balakən Rayon və Kürdəmir Rayon Komitəsinin birinci katibi. == Haqqında == 5 may 1929-cu ildə Tərtər rayonunda anadan olmuşdur. Bilal Mahmudov uzun müddət partiya və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, Tərtər, Bərdə və Yevlax rayonlarının Partiya Dövlət Nəzarəti Komitəsinin sədri və Balakən, Kürdəmir Rayon Partiya Komitələrinin 1-ci katibi vəzifələrində fəaliyyət göstərib. Eləcə də IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Bilal Mahmudov 89 yaşında vəfat edib.
Bilal Məmmədov
Bilal Nazim
Bilal Nazim( (tam adı-Molla Bilal bin Molla Yusuf Nazim;1825 və ya 1824 – 1899) — Uyğur şairi və yazıçısı, XIX əsr uyğur ədəbiyyatının mərkəzi siması, uyğur klassik ədəbiyyatının son nümayəndəsi. == Həyatı == Bilal Nazim 1825-ci ildə Çinin Kulja şəhərində çəkməçi ailəsində anadan olmuşdur. Kuljadakı Baytulla mədrəsəsində təhsil almışdır. Şəxsi mütaliəsi sayəsində Şərq xalqlarının tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. O, Uyğur xalqının milli-azadlıq hərəkatının fəal mübarizlərindəndir. 1864-1867-ci illərdə Şərqi Türküstanda Uyğur, Qazax və Dungan xalqlarının Mançu-Çin müstəmləkəçilərinə qarşı milli-azadlıq hərəkatı yayılarkən Sadır Paluan, Molla Şakir, Səidməhəmməd Kaşi kimi şairlərlə yanaşı, Bilal Nazim da hərəkatda yaxından iştirak etmişdir. Müəllif Çün müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatı ilə bağlı təəssüratını “Çin dövlətində hərəkat” (1876) tarixi poemasında yüksək bədii sənətkarlıqla əks etdirmişdir. === Vəfatı === Bilal Nazim 1899-cu ildə Qazaxıstanın Yarkənd (indiki Jarkənd) şəhərində vəfat etmişdir. == Yaradıcılığı == === Bədii yaradıcılığı === Ədəbi yaradıcılığa 1840-cı illərdə şeirlə başlamışdır. Lakin müəllifin 26-27-yaşlarına qədər yazdığı əsərlər haqqında məlumat yoxdur.
Bihaç
Bixaç (serb-xorv. Bihać) — Bosniya və Herseqovinanın şimal-qərbindəki Bosniya diyarı vilayətində, Una çayı üzərində yerləşən bir şəhər. Şəhər 56,261 nəfərlik bir əhaliyə malikdir. Bixaç, Bosniya və Herseqovina Federasiyasının Una-Sana kantonunda (I Kanton) yerləşir. Bələdiyyənin səthi 900 km2-dir. 1995-ci ilə qədər edən təxminən 689 km2-lik bir ərazini əhatə edirdi. Dayton sazişindən sonra, Drvar bələdiyyəsinin bir qismi Bixaç bələdiyyəsinə verilmişdir. == Coğrafiyası == Bixaç, Bosniya və Herseqovinanın şimal-qərbi hissəsində, Una-Sana Kantonunun iqtisadi, inzibati və mədəni mərkəzində yerləşir. Bixaçın qərbində, Xorvatiyanın Donyi Lapas bələdiyyəsi və Plitviçka Gölləri Milli Parkı, şimalında Cazin bələdiyyəsi, şərqində Bosanska Krupa və Bosanski Petrovac bələdiyyələri və cənubunda isə Drvar bələdiyyəsi yerləşir. Bixaç bələdiyyəsinin relyefi, əksəriyyətlə çöllərdən, təpələrdən və dağlardan ibarətdir.
Biraç
Biraç (serb. Birač) — Bosniya və Herseqovinanın tarixi vilayəti. Serb Respublikasının Miliçi, Vlasenisa, Srebrenisa, Bratunas, Zvornik və Şekovisi icmaları daxildir. == Coğrafiya == Osmanlı İmperatorluğu dövründə Biraç bölgəsi Podrine vilayəti daxilində yerləşirdi. Qərbdən Vlasenisa və şərqdən Srebrenitsa ilə əlaqəli oəhatələnir. Öz növbəsində 600 - 900 metr arası hündürlüyə malik platodur. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Hündür zirvələri — Sirika (1071 m), Komiç (1032 m), Lisina (1262 m). Yavor dağlarının cənub-qərbindən axan çay vadiləri Yadar çayına şimal-şərqdən tökülür. Biraç özünəməxsus yumşaq iqlimə və bitki örtüyünə malikdir.
Bixaç
Bixaç (serb-xorv. Bihać) — Bosniya və Herseqovinanın şimal-qərbindəki Bosniya diyarı vilayətində, Una çayı üzərində yerləşən bir şəhər. Şəhər 56,261 nəfərlik bir əhaliyə malikdir. Bixaç, Bosniya və Herseqovina Federasiyasının Una-Sana kantonunda (I Kanton) yerləşir. Bələdiyyənin səthi 900 km2-dir. 1995-ci ilə qədər edən təxminən 689 km2-lik bir ərazini əhatə edirdi. Dayton sazişindən sonra, Drvar bələdiyyəsinin bir qismi Bixaç bələdiyyəsinə verilmişdir. == Coğrafiyası == Bixaç, Bosniya və Herseqovinanın şimal-qərbi hissəsində, Una-Sana Kantonunun iqtisadi, inzibati və mədəni mərkəzində yerləşir. Bixaçın qərbində, Xorvatiyanın Donyi Lapas bələdiyyəsi və Plitviçka Gölləri Milli Parkı, şimalında Cazin bələdiyyəsi, şərqində Bosanska Krupa və Bosanski Petrovac bələdiyyələri və cənubunda isə Drvar bələdiyyəsi yerləşir. Bixaç bələdiyyəsinin relyefi, əksəriyyətlə çöllərdən, təpələrdən və dağlardan ibarətdir.
Yovan Biyeliç
Yovan Biyeliç (30 iyun 1884 və ya 1886, Kolunic[d] – 12 mart 1964 və ya 1964, Belqrad) — Rəssam və akademik. XX əsrin ən məşhur Yuqoslaviya rəssamlarından biri, Yuqoslaviya və Serbiyanın koloristik ekspressionizminin görkəmli nümayəndəsi. 5 dekabr 1963-cü ildə Serbiya Elmlər Akademiyasının Belqraddakı Təsviri İncəsənət və Musiqi Bölməsinin həqiqi üzvu seçilib. Biyeliç, 100 ən görkəmli serb siyahısına daxildir. Yovan Biyeliç əvvəlcə Sarayevoda Yan Karel Yanievskidən rəssamlıq təhsili alıb, sonra 1909–1913-cü illərdə Krakov Rəssamlıq Akademiyasında Teodor Aksentoviç, Leon Vychulkovski, Yozef Pankyeviçin tələbəsi olub. Daha sonra, 1913–1914-cü illərdə Parisdə "Academy de Grande"də dərslərdə iştirak edib. 1915-ci ildə Praqada təhsilini davam etdirib. 1919-cu ildən Belqradda yaşayayaraq əvvəlcə rəsm müəllimi, sonra Belqrad Milli Teatrında səhnə tərtibatçısı və rəssam kimi çalışıb. Sonra, müxtəlif vaxtlarda Danica Antic, Pavle Vasiç, Duşan Vlajic, Nikola Graovac, Miomir Denic, Peja Milosavlevich, Cordje Popovic, Yuritsa Ribar, Alexa Celebonovic və başqalarının iştirak etdiyi rəssamlıq məktəbi təşkil edir. Yovan Biyeliç Yuqoslaviya incəsənət qruplarının ("Rəssamlar qrupu", "Forma", "Azad və Müstəqil") yaradıcılarından biri və üzvüdür.
Bela
Bela — ad. Bela Luqoşi — Macar teatr oyunçusu və qorxu filmi aktyoru. Bela Tarr — macar rejissor, prodüser, ssenarist. Bela Bartok — Macarıstan bəstəkarı, folklorşünası.
Beluc dili
Bəluc dili - İran, Əfqanıstan, Pakistan və Türkmənistan ərazilərində yayılmış dildir. Ethnologue 1978–ci ildə gerçəkləşmiş IX nəşrində bəluc dilində danışanların ümumi sayını 2.753.850 nəfər təxmin etmişdir. Hazırda bu dildə danışanların ümumi sayı 4,5 milyondan yuxarıdır. İki əsas dialektə bölünür: qərbi və şərqi. Pakistan və Əfqanıstandakı bəlucların yazısı ərəb qrafikası əsasında tərtib olunub.
Tatyana Belan
Tatyana Belan (10 noyabr 1982) — Belarusu təmsil edən bədii gimnast. Tatyana Belan Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Bayram Beqac
Bayram Beqay (alb. Bajram Begaj; 20 mart 1967, Rroqojina[d], Albaniya Xalq Sosialist Respublikası) — Bayram Beqay (20 mart 1967-ci ildə anadan olub) Albaniyanın prezidenti seçilmiş alban keçmiş hərbçi və siyasətçidir. O, 24 iyul 2022-ci ildə Albaniyanın 9-cu prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb. Albaniya ordusunda uzunmüddətli karyerası olan Beqac 2020-ci ilin iyulundan 2022-ci ilin iyununa qədər Albaniya Silahlı Qüvvələrinin 26-cı Baş Qərargah rəisi vəzifəsində çalışıb. 3 iyun 2022-ci ildə Beqac hakim Sosialist Partiyası tərəfindən rəsmi olaraq seçkilərin dördüncü tura namizədliyi irəli sürülüb. Beqac Albaniyanın Ahmet Zoqu, Ramiz Alia, Alfred Moisiu və Bujar Nişanidən sonra hərbi keçmişi olan beşinci prezidentidir. == Həyatı və karyerası == Beqaj 20 mart 1967-ci ildə Rroqojinada anadan olub. 1989-cu ildə Tirana Tibb Fakültəsini bitirib, 1998-ci ildə aktiv feldşer olub. Peşəkar doktorantura təhsilini başa vurduqdan sonra Tibb üzrə "dosent" elmi adını almışdır. 31 illik hərbi karyerası ərzində Begac ABŞ-da Təhlükəsizlik və Müdafiə, Ali Tibb Məktəbi, Qastrohepatologiya üzrə Aspirantura İxtisaslaşması, Yunanıstanda Xəstəxana İdarəetmə Kursu və Strateji Tibbi Liderlik Kursu, İxtisas Tibb Kursu və Sağlamlıq Kursu üzrə çoxsaylı təlim, seminarlarda və kurslarda iştirak etmiş və bitirmişdir.
Boris Belaş
Boris Fedoroviç Belaş (ukr. Борис Федорович Білаш; 1941, Çiraqidzor şaxtası, Xanlar rayonu) — sovet, ukraynalı yazıçı və şair, Ukrayna Milli Yazıçılar Birliyinin üzvü, siyasətçi, Rusiya Bloku partiyasının üzvü, həmçinin Regionlar Partiyası kimi, V, VI çağırış Ukraynanın xalq deputatı, Ukrayna Qəhrəmanı (2011). Ukraynanın əməkdar mədəniyyət işçisi (1999). == Bioqrafiya == 1941-ci il avqustun 1-də Azərbaycanın Çiraqidzor mədənində anadan olub. 1944-cü ildə ailəsi ilə birlikdə Donbasa köçüb. İlk illəri Qorlovkada keçib, burada Sənaye Texnikumunu bitirib, sonra o, Donbas Koçeqarka mədənində uzunvallı mədənçi kimi çalışıb. Ali təhsilli, əvvəlcə Xarkov Pedaqoji İnstitutunu, daha sonra 1974-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu poeziya fakültəsini bitirib. SSRİ Yazıçılar İttifaqının üzvü, Ukrayna Yazıçılar İttifaqının üzvü, bir çox şeir kitablarının müəllifidir. O, həm də Svyatogorsk şəhərinin himninin müəllifidir. 1980-ci illərdə Donetskdə Vladimir Sosyura adına regional ədəbi birliyə rəhbərlik edib.