Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəziləri bu istini sevir (film, 1959)
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.
Fistinq
Fistinq (ing. Fisting) ― seksual fəaliyyət zamanı əlin bütünlükdə yaxud qismən vagina və ya anusa daxil edilməsi halı. Barmaqlar sıxıldıqdan və əl yumruğa çevrildikdən sonra sözügedən hərəkət icra edilir. Fistinqin adətən cinsi partnyorla müştərək formada edildiyi müşahidə olunsa da, partnyor olmadan da edilə bilər.
Sistani
Əli Sistani (tam adı:Seyid Əli Hüseyni Sistani; d. 4 avqust 1930, Məşhəd, İran) — Mərkəzi Nəcəfdə olan "Alul-Bayt" elmi müəssisəsinin rəhbəri, Ayətullah əl-üzma. Hal-hazırda İraqın Nəcəf şəhərində yaşayır. 2014-cü il Nobel Sülh mükafatına namizəd göstərilmişdir. Əli Sistani 4 avqust 1930-cu ildə İranın Məşhəd şəhərinin yaxınlığında dünyaya gəlmişdir.Anası Seyid Rza Mehrabaninin qızı (Mehraban şəhəri). İbtidai və orta təhsilini Məşhəddə o dövrün məşhur alimlərindən alır. Ali dərəcədə Üsul, Fiqh, Əqli elmlər və ilahiyyat elmlərini o dövrün məşhur alimi Mühəqqiq Mirzə Mehdi İsfahani və d. alır. 1948/1949-cu illərdə təhsilini artırmaq üçün Qum şəhərinə köçür. Burada o, o dövrün məşhur alimlərindən Ayətullah əl-Üzma Seyid Hüseyn Burucərdi və b.
Bustani
Bustani (ərəb. بستاني‎ / ALA-LC: Bustānī) — Livan ədəbiyyatçıları və maarifçiləri ailəsi. Ərəb mədəniyyətinin inkişafında və ərəb ədəbi dilinin yeniləşdirilməsində mühüm rol oynamışlar. Nisbə olan bu ad ərəbcə bağ sözündən (orta farsca "bōyestān" sözündən alınma) əmələ gəlmiş, ən azı XV əsrə aid olduğu güman edilir.
Bistania
Litsea (lat. Litsea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Bikini
Bikini — qadınlar üçün nəzərdə tutulan və üzgüçülükdə istifadə edilən çimərlik geyimi növüdür.
Lisini
Flavi Qaleri Valeri Lisinian Lisini (lat. Flavius Galerius Valerius Licinianus Licinius), Roma tarixşünaslığında daha çox Lisini kimi tanınır (təq. 263 – 325, Saloniki) — 308–324-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. == Həyatı == Lisini illiriyalı kəndli ailəsində anadan olmuşdur. O, 307-ci ildə imperator olan dostu Qaleri tərəfindən avqust elan edilmişdir. Qaleri onun qərb torpaqlarını idarə edəcəyinə ümid edirdi, lakin İtaliya, Afrika və İspaniyanı qəsbkar Maksensi, Konstantin isə Qalliya və Britaniyanı idarə etdiyi üçün Lisini Pannoniya hakimi kimi kifayətlənməli olmuşdu. 311-ci ildə Qaleri vəfat edəndə Lisinin onun Avropadakı mülklərini ələ keçirmişdir. O, bacısı Konstansa ilə evlənərək Maksimin Dazaya qarşı Konstantinlə ittifaq qurmuşdur. Bu birliyin nəticəsi 313-cü ildə imzalanmış, xristianlara qarşı tolerantlıq haqqında Milan fərmanı olmuşdur. Adrianopol yaxınlıqlarında Maksimini məğlub edən Lisini bütün şərqin başçısı olmuşdur.
Bisti
Bisti — Səfəvilər dövlətində sah I Təhmasibin dövründə kəsilmiş gümüş sikkə. 20 dinara bərabər tutulurdu. XVII əsrin sonlarına qədər dövriyyədə olmuşdur.
Ayətullah Sistani
Əli Sistani (tam adı:Seyid Əli Hüseyni Sistani; d. 4 avqust 1930, Məşhəd, İran) — Mərkəzi Nəcəfdə olan "Alul-Bayt" elmi müəssisəsinin rəhbəri, Ayətullah əl-üzma. Hal-hazırda İraqın Nəcəf şəhərində yaşayır. 2014-cü il Nobel Sülh mükafatına namizəd göstərilmişdir. == Həyatı == Əli Sistani 4 avqust 1930-cu ildə İranın Məşhəd şəhərinin yaxınlığında dünyaya gəlmişdir.Anası Seyid Rza Mehrabaninin qızı (Mehraban şəhəri). == Təhsili == İbtidai və orta təhsilini Məşhəddə o dövrün məşhur alimlərindən alır. Ali dərəcədə Üsul, Fiqh, Əqli elmlər və ilahiyyat elmlərini o dövrün məşhur alimi Mühəqqiq Mirzə Mehdi İsfahani və d. alır. 1948/1949-cu illərdə təhsilini artırmaq üçün Qum şəhərinə köçür. Burada o, o dövrün məşhur alimlərindən Ayətullah əl-Üzma Seyid Hüseyn Burucərdi və b.
Bəyazid Bistami
Bəyazid Bəstami ərəb. أبو يزيد البسطامي‎ Əbu Yəzid əl-Bəstami), (fars. بایزید بسطامی‎) — IX əsrdə yaşamış sufi. == Həyatı == İranın Simnan ostanında olan Bəstam şəhərinde 804-cü ildə doğulmuşdur. Künyəsi, Əbu Yeziddir. Adı Tayfur, atasının adı Isadır. Qəbri yenə Bəstamdadır. Babası İslamiyəti sonradan qəbul etmiş olan bir Zərdüşt idi. Babasının Adam, Tayfur ve Ali isminde üç oğlu vardı. Hamısı da zöhd (zahid) həyatı yaşamağı seçmiş adamlar olaraq tanınıyorlardı.
Eharius kostini
Eharius kostini (lat. Eharius kostini) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin eharius cinsinə aid heyvan növü.
Fərruxi Sistani
Əbülhəsən Əli ibn Culuq Sistani Fərruxi (980–1078)—Qəznəvi saray şairi. == Həyatı == Qəznəvilər sarayının görkəmli şairlərindən biri də Əbülhəsən Əli ibn Culuq Sistani Fərruxidir. Onun barəsində də kifayət qədər məlumat yoxdur. Şairin yaradıcılığı da kifayət qədər öyrənil-məmişdir. 1932-ci ildə onun əlyazmalarını Tehranda Əli Əbdülrəsuli çap etdirmişdir. Bu nəşrdən əvvəl, 1883 -1884-cü illərdə də şairin şeirləri Tehranda çap olunmuşdur, ancaq həmin nəşrlərdə bəzi qüsur-lar var. Belə ki, mətnşünas şeirləri haradan əldə etdiyini, hansı əlyaz-madan istifadə etdiyini qeyd etmir. Bütün bu qüsurlara baxmayaraq, həmin nəşrlər Fərruxi irsinin araşdırılmasına maraq oyatmışdır. Şairin həyatı barədə mənbələrdə bir-biri ilə düz gəlməyən məlumatlar verilir. Məsələn, Rzaqulu xan Hidayət onun ölüm tarixini 1038-ci ili, Lütvəli bəy Azər isə 1078-ci ili göstərir.
Kross-listinq
Litsini-Seksti
Litsini-Seksti qanunu — Qədim Romada plebsin patrisiatla mübarizəsi əsnasında qəbul olunan qanun. E.ə 444-cü ildə Qədim Romada konsulların əvəzinə konsul səlahiyətli tribun adlandırılan, sayları 3-dən 8-ə qədər olanların seçilməsi praktikası tətbiq olunmağa başladı. Bu maqistratura plebeylərə əlçatan idi. Cari ildə kimin, konsulların yoxsa tribunların seçilməsi məsələsini senat həll edirdi. Buna cavab olaraq e.ə 443-cü ildə konsulun səlahiyətində senz yaratmaq və icmanın tərkibinə nəzarət etmək səlahiyəti alındı və ancaq patrisilərdən seçilən yeni maqistratlara-senzorlara verildi. E.ə V əsrin ikinci yarısında zümrələrin mübarizəsi bir az səngiyir. Əsas səbəb qonşulara qarşı uğurlu hucumlar və bir sıra yeni koloniyanın çıxarılması idi ki, bu aqrar məsələni qismən həll etmək imkanı verdi. E.ə 406-cı ildə Veyyi şəhərinin böyük ərazisi işğal edildi, lakin 390-cı ildə Roma qalların hucumuna məruz qaldı. Qalların hucumu yeni böhran yaratdı, hansı ki, öz apoqeyinə e.ə 376-cı ildə çatanda, xalq tribunları Litsini və Seksti üç qanun layihəsi irəli sürdü: birincisi, bir əldə 500 yuqerdən (125 hektar) artıq torpaq saxlamaq qadağan edildi, bu içtimai torpağın daha çox balanslaşdırılmış paylanmasını təmin etməli idi; ikincisi, konsulyar hakimiyətli tribun təsisatı ləğv edilirdi, bunun əvəzində həmişə, biri plebey olmaqla, konsullar seçilməli idi. Bu qanunla patrisial-plebey aristokratiyası (nobilitet) əsaslı surətdə öz mövqelərini möhkəmləndirdi.
Lodoviko Custini
Lodoviko Custini (12 dekabr 1685[…], Pistoya, Toskana – 7 fevral 1743 və ya 2 iyul 1743, Pistoya, Toskana) — barokko və erkən klassik dövrün italyan bəstəkarı.
Oskar Vistinq
Oskar Adolf Vistinq (ing. Oscar Adolf Wisting; 6 iyun 1871 – 5 dekabr 1936, Oslo) — Norveçli dəniz zabiti və qütb tədqiqatçısı. Roald Amundsenlə birlikdə həm Şimal həm də Cənub qütbünə çatan ilk insan olaraq tarixə keçmişdir.
Əli Sistani
Əli Sistani (tam adı:Seyid Əli Hüseyni Sistani; d. 4 avqust 1930, Məşhəd, İran) — Mərkəzi Nəcəfdə olan "Alul-Bayt" elmi müəssisəsinin rəhbəri, Ayətullah əl-üzma. Hal-hazırda İraqın Nəcəf şəhərində yaşayır. 2014-cü il Nobel Sülh mükafatına namizəd göstərilmişdir. Əli Sistani 4 avqust 1930-cu ildə İranın Məşhəd şəhərinin yaxınlığında dünyaya gəlmişdir.Anası Seyid Rza Mehrabaninin qızı (Mehraban şəhəri). İbtidai və orta təhsilini Məşhəddə o dövrün məşhur alimlərindən alır. Ali dərəcədə Üsul, Fiqh, Əqli elmlər və ilahiyyat elmlərini o dövrün məşhur alimi Mühəqqiq Mirzə Mehdi İsfahani və d. alır. 1948/1949-cu illərdə təhsilini artırmaq üçün Qum şəhərinə köçür. Burada o, o dövrün məşhur alimlərindən Ayətullah əl-Üzma Seyid Hüseyn Burucərdi və b.
Butrus Bustani
Butrus Bustani (ərəb. بيار البستانى‎; 1819[…], Dibbiyyə[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 1 may 1883[…]) — maruni məzhəbli Livan filoloq-ensiklopediyaçısı və maarifçisi. O, ərəb intibahı ideyalarının ifadəçisi hesab edilir. Bustani birinci Suriya milliyətçisi hesab olunur. == Həyatı == Butrus Bustani 1819-cu ilin yanvarında anadan olmuşdur. O, 1847-ci ildə "Elm və incəsənəti öyrənən Suriya cəmiyyəti"nin banisi olmuş, ərəb jurnalistikasının yaradıcısı hesab edilir. Bustani 1863-cü ildə Beyrutda Milli məktəbin əsasını qoymuşdur. 1870 ildən "Əl-Cüneynə" ("Bağ") qəzetini, "Əl-Cənnən" ("Bağban")jurnalını, "Əl-Cənnə" ("Cənnət") həftəliyini dərc etdirmişdir. Çoxlu məqalə və məruzələr ("Qadın təhsili haqqında", 1848; "Ərəblərin ədəbiyyatı haqqında", 1856 və s.) yazmışdır. Ərəb dilində "Mühit əl-mühit" ("Ümmanlar ümmanı", 1867–1870) izahlı lüğətini hazırlamışdır.
Süleyman Bustani
Süleyman Bustani (ərəb. سليمان البـسـتاني‎ / ALA-LC: Sulaymān al-Bustānī, türk. Süleyman el-Büstani; 22 may 1856[…] – 1 iyun 1925[…], Nyu-York, Nyu-York ştatı) — Osmanlı ərəblərindən olan ədəbiyyatçı, jurnalist, siyasi xadim. Süleyman Bustani 22 may 1856-cı ildə indiki Livanda anadan olmuşdur. O, Butrus Bustaninin nəvəsidir. Bustani Beyrutda Milli məktəbin məzunu olmuşdur. O, 1904-cü ildə Homerin "İliada"sını ərəb dilinə tərcümə etmişdir. Müəllifin klassik ərəb poeziyasının "İliada" ilə müqayisəsi zamanı meydana gələn şərhləri və tədqiqatları da bu nəşrdə verilmişdir. Bustani "Dairət ül-maarif"in nəşrini tamamlamışdır. Brockelmann С. Geschichte der arabischen Literatur.
Səlim Bustani
Səlim Bustani (ərəb. سليم البستاني‎; 1848 – 1884) — Livan jurnalisti, yazıçısı və siyasi xadim. O, ərəb tarixi romanının banilərindən biri hesab edilir. Səlim Bustani 28 dekabr 1848-ci ildə indiki Livanın Əbeyh kəndində anadan olmuşdur. O, Butrus Bustani və Rahil Atanın doqquz övladının ikincisi idi. Bustani fransız, ingilis, türk və ərəb dillərini öyrənmişdir. Onun romanları Suriya tarixinin mühüm hadisələrinə həsr olunmuşdur. Bustani "Əl-Cənnən" jurnalında və "Dairət ül-maarif" ensiklopediyasında çalışmışdır.
Sistani xalqı
Sistani xalqı (tarixdə " Sekzai " də deyilir). Onlar əsasən İranın cənub-şərqində və tarixən Əfqanıstanın cənub-qərbində Sistan adlı bölgədə yaşayan iran mənşəli etnik qrupdur . Onların dili fars və Sistani ləhcəsidir . Rolinson irqi cəhətdən Sistaniləri Ariya irqinin xalis nümunəsi hesab edir. Keçmişdə Sistan əhalisi Parfiya Pəhləvisi, Orta Fars ( Sasani Pəhləvisi ) kimi orta fars ləhcələrində danışırdılar və indi Sistani kimi tanınan fars ləhcəsində danışırlar.Sistanilər skif tayfalarından sağ qalanlardır. İskitlər eramızın 128-ci ildə ölən arilərin sonuncu qrupu idi.İrana daxil oldular . Onlar Sistan və Bəlucistan əyalətinin şimal hissəsində yaşayırlar və burada böyük azlıq təşkil edirlər. Son onilliklərdən bəri bir çoxları İranın şimalındakı Tehran və Gülüstan əyalətləri kimi İranın digər bölgələrinə də köçüblər. Sistanilər öz adını Sekastandan ("Saka ölkəsi") götürüblər. Sakalar İran yaylasına köç etmiş skif tayfası idi.
Metaseiulus bisoni
Metaseiulus bisoni (lat. Metaseiulus bisoni) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Sistin Madonna
Sikstin Madonnası (it. Madonna Sistina) — Rafael Santinin əsəri. İtalyan intibahının ən məşhur əsərlərindən biri. Drezden qalereyasında saxlanılır. Ölçülərinə görə çox nəhəng olan bu əsər Roma Papası II Yulinin sifarişi ilə Pyaçenzada yerləşən Müqəddəs Sikst kilsəsi üçün 1513–1514-cü illərdə yaradılıb. II Yuli bu əsəri fransız qoşunlarının İtaliyadan qovulmasının və Pyaçenzanın Papa vilayəti elan olunmasının şərəfinə sifariş etmişdir. Portretdə əlində körpə olan Madonna, Papa Sikst, Müqəddəs Barbara və 2 mələk təsvir olunub.
İstili (Sərab)
İstili (fars. اسطلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 304 nəfər yaşayır (62 ailə).
Audrey Bitoni
Audrey Bitoni (16 avqust 1986, Pasadena, Kaliforniya) — italyan əsilli amerikalı çılpaq model və pornoqrafik film aktrisası. 2008-ci ildə AVN mükafatlarında ən yaxşı gənc ulduz nominasiyasına namizəd olub.
Odri Bitoni
Audrey Bitoni (16 avqust 1986, Pasadena, Kaliforniya) — italyan əsilli amerikalı çılpaq model və pornoqrafik film aktrisası. 2008-ci ildə AVN mükafatlarında ən yaxşı gənc ulduz nominasiyasına namizəd olub.
Braziliya fıstığı
Malqaç basqını
Malqaç basqını — 16 iyun 1919-cu ildə Yörük Əli Əfə və qoşunlarının yunanların nəzarət etdiyi Malqaç körpüsünə basqını. Basqının hədəfi yunanlar tərəfindən Nazilliyə və onun hüdudlarından kənara hərbi texnika daşımaq üçün istifadə edilən Malqaç dəmir yolu körpüsü olub. Bu, Anadolunun qərbində işğalçı yunan qüvvələrinə qarşı ilk təşkil edilmiş mülki müqavimət hücumlarından biri idi. == Zəmin == Körpü Osmanlı imperiyasında tikilən ilk dəmiryolu olan İzmir–Aydın dəmir yolunun bir hissəsi idi. Malqaç körpüsü Sultanhisar və Atça arasında yerləşirdi və Malqaç dərəsinn üzərində tikilmişdi. == Basqın == Körpü pulemyotlarla dəstəklənən 20 ağır silahlı yunan əsgəri tərəfindən müdafiə olunurdu. İyunun 15-dən 16-na keçən gecə türklər Dondurandan irəliləyərək səhər saat 02:00-da sallarla Böyük Məndərəs çayını keçdilər. Keçid zamanı onlar iki qrupa bölündülər, hər qrupda 30 nəfər var idi. Onlar Malqaç körpüsünə çatanda qarğıdalı tarlalarında irəliləyərək körpünü mühasirəyə aldılar. Eyni zamanda, bəzi qoşunlar telefon dirəklərinə dırmaşaraq yunanların əlavə qüvvələr çağırmasının qarşısını almaq üçün telefon xətlərini kəsdilər.
Meşə fıstığı
Meşə fıstığı (lat. Fagus sylvatica) — pəncərkimilər fəsiləsinin fıstıq cinsinə aid bitki növü.
Şərq fıstığı
Yabanı halda Böyük və Kiçik Qafqazın orta və yuxarı dağ qurşaqlarında, Aralıq dənizi sahillərində yayılmışdır. Hündürlüyü 50 m-ə qədər olan ağacdır. Gövdəsinin diametri 150 sm-ə çatır, qabığı bozumtul-kül rəngli, yaşlı nüsxələrində qabığı qəhvəyi rəngli və hamardır. Uzunömürlüdür, 500 ilə qədər yaşayır. Yarpaqları sadə, qalın və parlaqdır kənarları xırda mişardişli və ya dalğavaridir. Yarpaqların alt tərəfi seyrək tükcüklü, ellipsvari və ya yumurtavaridir. Çiçəkləməsi yarpaqların yaranması ilə birlikdə başlayır. Erkək çiçəkləri zoğun ucunda yerləşir, sırğavaridir. Dişi çiçəkləri yarpağın qoltuğunda yerləşir. Hər çiçəkdə 12 dişicik vardır.
Ərbəyli basqını
Ərbəyli basqını — 20 iyun 1919-cu ildə Qüvayi-milliyə tərəfindən yunanların nəzarətində olan Ərbəyli stansiyasına edilmiş basqın. Aydın və Nazillini işğal etdikdən sonra Yunanıstan ordusu bölgədə artan müqavimət hərəkatlarından narahat idi. Bir neçə gün əvvəl baş vermiş Malqaç körpüsünə basqın onların narahatlığına yaxşı nümunə olmuşdu. Muğla könüllü taqımının türk leytenantı Qədri bəy bir neçə gün regiondakı yunan qoşunlarını müşahidə edirdi. O, Yunanıstan qoşunlarının hərəkət cədvəlini, kazarmalarını və qarovul dəyişdirmə vaxtlarını təyin etmişdir. Qədri bəy dəqiq müşahidədən sonra basqın üçün ən yaxşı hədəfin Ərbəyli qatar stansiyası olduğu qənaətinə gəlmişdir. Ərbəyli qatar stansiyası Ərbəyli kəndindən 1–2 kilometr aralıda yerləşirdi. Buna görə də kənd camaatı atəş səslərindən çox uzaqda idi. Qatar stansiyasını vağzalın yanındakı kiçik anqarda yerləşən pulemyotlarla təchiz edilmiş 20 yunan əsgəri mühafizə edirdi. Hücumdan bir gecə əvvəl Ərbəyli kəndinə bir evzon rotası göndərilmişdir.