Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bock (dudy)
Bock (Çexcə: Dudy) — ənənəvi Bohemiya tuluq zurnasıdır. Aləti çalma adəti XX əsrə kimi ilk əvvəl Blata, Chodsko, Bohemyanın Egerland və Saksonya bölgələri arasında çəkdi. Bock adı (almanca buck:erkək keçi) onun düzəldilməsində keçi dərisindən istifadə olunması ilə əlaqəlidir. Bockun dronu (musiqi alətinin hissəsi, səs çıxarır) adətən chanterin (musiqi alətinin bir hissəsi melodya yaradır, üzərində deşiklər olan boru) tonundan 2 oktava aşağı düşür. Bockun mövcud variantı ümumilikdə körüklə üfürüləndi. Buda tuluqzurnaçıya aləti çalmaqla bərabər mahnı oxumasınada şərait yaradır. Borunun yuxarı hissəsi adətən keçi başı formasındadır. Egerland tərzi alətlərdə dron (musiqi alətinin bir hissəsi, hansı ki səs çıxarır) torbadan aşağı asılarkən, Bohemiya tərzində isə onun çalanın çiynindən arxaya doğru uzanır. Bu musiqi aləti daha çox osrkestrlarda istifadə olunur. Bu musiqi aləti indi daha çox Çexiya Respublikasında, xüsusilə Cənubi Bohemiyadakı Strakonicede və Qərbi Bohemiyada Chodsko olaraq bilinən Domažlice regionunda istifadə olunur.
Rock
Rok (ing. Rock) sözü – yellətmək, yırğalamaq; tərpətmək, silkələmək; atıb-tutmaq mənalarını verir – onlar bu cərəyana xas ritmik hərəkətləri bildirir. Rokda elektron musiqi alətlərindən istifadə, öz yaratdıqları musiqini ifa etməklə kifayətlənmə ikinci dərəcəlidi və bəzən yanlış fikirlərə gətirib, çıxarır. Buna görə də bəzi musiqi növlərinin roka məxsusluğu sual altındadı. Rok, həmçinin subkultur. Dəb növləri, hippilər, panklar, qotlar kimi subkulturlar rokun müəyyən janrları ilə sıx bağlıdır. Rokun yüngül rok-n-rolldan (rock and roll) tutmuş ta aqressiv qrayndkora qədər bir çox axınları var. Mahnılar yüngül və sərbəst, dərin və filosofi mövzulardan danışa bilir. Bəzən rok pop musiqi ilə qarşı-qarşıya qoyulur. Əslində "Rok" və "pop" anlayışları arasında açıq-aydın sərhəd yoxdur və bir çox musiqi növləri bu ikisinin arasındadır.
BOK
Beynəlxalq Olimpiya Komitəsi (ing. International Olympic Committee (İOC); fr. Comité international olympique,) — müasir Olimpiya hərəkatının ali rəhbər orqanı. 23 iyun 1894-cü ildə Parisdə Beynəlxalq konqresdə Fransa ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə Olimpiya Oyunlarının dirçəldilməsi və təşkil olunması məqsədilə yaradılmış beynəlxalq təşkilat. == Məlumat == Təşkilatın mənzil-qərargahı İsveçrənin Lozanna şəhəridir. Rəsmi dilləri isə ingilis və fransız dilidir. BOK-un 20-dən çox komissiyası (o cümlədən idman, mədəniyyət və Olimpiya təhsili, etika, inkişaf, maliyyə, marketinq, hüquq, tibb, mətbuat, radio, televiziya və s.), 3 təşkilati, həmçinin icraedici, antidopinq komitələri var. BOK nəinki ölkələrin, həmçinin ayrı-ayrı coğrafi ərazilərin Olimpiya komitələrinin tanınması imkanlarını nəzərdən keçirir; Olimpiya bayrağının, rəmzinin və devizinin (lat. "Citius, altius, fortius" – "Daha sürətlə, daha yüksək, daha güclü") hüquqi qorunmasına görə məsuliyyət daşıyır, hər hansı idman növünün, həmçinin üsul və qaydalarının Olimpiya proqramına daxil edilməsini müəyyənləşdirir, bir sıra beynəlxalq təşkilatlarla müxtəlif formalarda əməkdaşlıq edir; Olimpiya hərəkatının inkişafında göstərilən xidmətləri Olimpiya ordeni (qızıl, gümüş, bürünc), Olimpiya diplomu və s. ilə mükafatlandırır.
Back Orifice
Sistem administratorlarına kompüteri məsafədən (adətən, İnternetdən) idarə etməyə icazə verən alət. "Cult of the Dead Cow" (cDc) adlı haker klubu tərəfindən 1998-ci ildə yaradılmışdı, iki ildən sonra qrup BO2K və ya Back Orifice 2000 adlandırılan daha yeni versiyanı buraxmışdı. Back Orifice krekerlər tərəfindən troyan vasitəsilə yayıla bilər. Quraşdırılandan sonra hədəf kompüteri məsafədən tam idarə etməyə imkan verir. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Folk rock
Folk-rok, xalq musiqisi və rok musiqisini birləşdirən bir musiqi növüdür. Ümumiyyətlə folk-rok termini 1960-cı illərin ortasında Birləşmiş Krallıq və ABŞ-də ortaya çıxmışdır. Liderliyini Los Angelesli musiqi qrupu The Byrds etmişdir. Qrup, ənənəvi xalq musiqisi ilə Dylanvari mahnıları rok alətləri ilə çalmış, bu nöqtədə isə The Beatles və digər İngilis qruplarının böyük ölçüdə təsiri olmuşdur."Folk rok" termini isə ilk dəfə ABŞ mətbuatı tərəfindən The Byrds'ün musiqisini təyin etmək üçün 1965 iyununda ortaya atılmışdır. The Byrds'ün "Mr. Tambourine Man" coveri və bu coverin ticarət müvəffəqiyyəti isə folk rokun 1960-cı illərin ortasında böyük bir müvəffəqiyyətə çatmasını təmin etmişdir. Dylanın özünün də bu növə böyük bir ilham qaynağı olmuşdu; xüsusilə elektro gitarla ifa olunan Bringing It All Back Home , Highway 61 Revisited və Blonde on Blonde albomları növün inkişafında böyük rolu oldu. Dylanın 25 iyul 1965 tarixində Newport Folk Festival'ında elektronik bir musiqi qrupuyla konsert verişi, eyni zamanda folk rok üçün əhəmiyyətli bir addım idi.
Glam rock
Qlem-rok (ing. Glam rock | /ɡlæm ɹɔk/; ing. «glamorous» sözündən) — 1970-ci illərin əvəllərində Böyük Britaniyada yaranan rok musiqi janrıdır. 70-ci illərin birinci yarımında dominant janrlardan biri olub. Qlem-rok ifaçıları üçun parlaq teatral imidj, ekzotik geyim, həddən artıq qrim istifadəsi, androgin görünuş xarakterlidi. Bu janrın ifaçıları musiqi və pop mədəniyyətinin müxtəlif şeylərindən, əsasən bablqam pop, 1950-ci illərin rok-n-rollu, kabare, elmi fantastika, psixodelik rok və art-rokdan ilhamlanırdılar. Musiqi planda qlem-rok bir stilistikalı deyil, rok-n-roll, art rok, estrada, hard roku bir birinə birləşdirən bir janrdı. Qlitter rok (ing. Glitter rock) Qeri Qlitter tərəfindən yaradılmış qlem-rokun daha ekstremal versiyasıdır.
Indie rock
İndi-rok (ing. Indie rock) — rok musiqisinin stillərindən biridir. İngilis dilindəki "independent" (tərc. "müstəqil") və "rock" sözlərindən yaranmışdır. İndi-rok ABŞ və Böyük Britaniyada formalaşmışdır. Bu musiqi tərzinin xüsusiyyəti ondadır ki, bu tərzdə oxuyan qruplar öz musiqilərini məhz özləri, yəni heç bir studiya olmadan geniş kütlə ilə paylaşırlar. Hazırda dünyada indi-rok tərzində oxuyan qruplar üstünlük təşkil edir.
Post-rock
Post-rok — adi rok musiqisində olduğu kimi instrumentlərdən istifadə olunsa da, daha fərqli olaraq səsin rəngi və hisslərini mümkün qədər çox musiqiyə aşılaması ilə fərqlənir. Don Caballero və Tortoise 90-cı illərdə olan ilk post-rok qrupları sırasında yer alır. Termin olaraq Simon Reynolds tərəfindən Bark Psychosis'in Hex adlı albomunun Mojo jurnalında mart 1994-də yayımlanan tənqidedici yazısından yarandığına inanılır. Reynolds bu düşüncəsini daha sonra the wire jurnalının may nəşrində aydınlaşdırdı və bu termini "rok instrumentlərini rokdan fərqli məqsədlər üçün istifadə etmək, gitaranı riff və güc akkordlarından əlavə səsin rəngini və hissini müəyyən edən bir tərzdə istifadə etmək" olaraq qiymətləndirdi. Post-rock qrupları 60-cı illərdə ABŞ`da yaranmış The Velvet Underground`dan çox böyük təsir almışlar. 90-ların ilk illərində qurulan Slint və ya daha əvvəl qurulan Talk Talk qrupunun Post Rock'a təsiri olduğu bilinir. Godspeed You!
Rock Me
Rock Me (Riva) — Mahnı 1989 Avroviziya Mahnı Müsabiqəsi Rock Me (One Direction) — One Directionun 2012-ci il albomu Take Me Home-a daxil olan mahnısı.
Villeroy & Boch
Villeroy & Boch (Fransızca tələffüz: [vilʁwa e bɔk], alman: [ˌvɪlərɔɪ.ʔʊntˈbɔx]) — keramik məhsullar istehsal edən Almaniya brendirir. Şirkətin əsası 1748-ci ildə Fransua Box və Nikolas Villerua tərəfindən qoyulmuşdur və şirkətin mərkəzi ofisi Almaniyanın Metlax şəhərində yerləşir.
Back vocal
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Back vocalist
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Back to Black
Back to Black — Emi Uaynhausun albomu. == Treklər == "Addicted" mahnısı albomun ABŞ-dakı versiyasında yoxdur və "You Know I'm No Good" remiksi ilə əvəz olunmuşdur.
Emil Bok
Emil Bok (rum. Emil Boc; d. 6 sentyabr 1966) — Rumıniya baş naziri. == Həyatı == Emil Bok 6 sentyabr 1966-cı ildə doğulmuşdur. 1991-ci ildə Babeş-Bolyai Universitetinin Tarix və Fəlsəfə fakültəsindən, 1995-ci ildə Babeş-Bolyai Universitetinin Hüquq fakültəsindən məzun olmuş, 2000-ci ildə isə Babeş-Bolyai Universitetinin Politologiya və siyasət fəlsəfəsi üzrə doktorantura təhsili almışdır. Doktorantura təhsili aldığı müddətdə, yəni 1996-cı ildə o, Kluj Barosunda hüquqşünas olaraq çalışmışdır. Təhsilini tamamladıqdan sonra, yəni 2000–2008-ci illərdə Babeş-Bolyai Universiteti, Politologiya və Dövlət İdarəçiliyi və Hüquq fakültələrində mühazirəçi olaraq çalışmışdır. Bununla yanaşı o, George Lazar adına Pedaqoji Texnikumda müəllim, Müasir tarix və siyasi elmlər fakültəsində kiçik elmi işçi, Siyasət və idarəetmə elmləri fakültəsində mühazirəçi assistent olaraq da fəaliyyət göstərmişdir. Emil Bok evlidir. İngilis və fransız dillərini bilir.
Ute Bok
Ute Bok (alm. Ute Bock‎; 27 iyun 1942, Lins – 18 yanvar 2018, Vyana) — Qaçqınlara yardım layihələri ilə tanınan avstriyalı pedaqoq. Vyanada "Bock auf Bier" kampaniyası qurulmuş, bu kampaniya zamanı qaçqınların mənzillə təmin olunmasını təşkil etmək üçün pivənin dəyərinin kiçik bir hissəsi (qiymət artırılması hesabına) toplamışdır. Layihənin adı "Bock for beer" kimi tərcümə olunur, lakin o, həm də pivə içmək istəyi üçün jarqondur və Bock for beer xüsusilə güclü çeşiddir. Layihə həmçinin geyim, təhsil kursları, tibbi və hüquqi müdafiə ilə bağlı yardım göstərir. Məzun olduqdan sonra, Bok pedaqoq olmaq qərarına gəlməzdən əvvəl bir il özəl sektorda çalışır. 1969-cu ildə Vyananın onuncu rayonu olan Favoritendəki Zomannqasse yataqxanasında baxıcı vəzifəsini tutur və 1976-cı ildə onun direktoru təyin edilir. 1990-cı illərdə Gənclərin Rifah İdarəsi Bok yataqxanasına getdikcə artan sayda əcnəbi gəncləri göndərir. Bu dövrdə o, qaçqınlara yardım təşkil etməyə başlayır. 1999-cu ildə 30-a yaxın afrikalı gənc sığınacaqda narkotik payladığına görə həbs edilir və Uta Bok qanqsterizm və narkotik alverində ittiham olunur və bununla əlaqədar işdən uzaqlaşdırılır.
Back to December
Back to December — amerikalı müğənni, musiqi müəllifi Teylor Svift tərəfindən yazılan və səsləndirilən kantri-pop tərzində sinql. Müğənninin "Speak Now" adlı üçüncü studiya albomunun ikinci sinqlı olan mahnı 15 noyabr 2010-cu il tarixində Big Machine Record şirkətinin dəstəyi ilə yayımlanmışdı. Sinqlın prodüserləri isə Svift özü və Neytan Çapman idi. Svift "Back to December" adlı bu sinqlının bir şəxsdən üzr istədiyi ilk mahnı olduğunu bildirmişdir. Sinqlın yayımlanmasından sonra tənqidçilər mahnının Sviftin köhnə sevgilisi Teylor Lotnerə yazıldığını iddia etsələr də, nə Svift, nə də Lotner bu fikirin doğru olub-olmadığı barədə heç bir fikir bildirmədilər. Janr olaraq bu sinql orkestr kontri-pop balladasıdır. Sinqlın sözlərində isə əsas mövzu iki sevgilinin ayrılığıdır. "Back to December" bir çox tənqidçi tərəfindən müsbət tənqidlər almışdır. Həmçinin sözləri səbəbi ilə bu sinql "Speak Now" albomunun ən cəlbedici mahnılarından biri olmuşdur. Bir çox tənqidçilər sinqlın mənalı sözlərini, təkrarlanan sabit melodiyasını bəyənmiş və Sviftin inkişaf etmiş vokal ifasına təriflər söyləmişdilər.
Hard Rock Hallelujah
Hard Rock Hallelujah — Lordi The Arockalypse albomuna daxil olan bir mahnısı.Sözləri ingilis dilində olan rok mahnı Lordi tərəfindən səslənir.
Love Me Back
Love Me Back (Azərbaycanca: Sən də Məni Sev) — Türkiyə 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Can Bonomo ifa etdiyi mahnıdır. 7-ci yeri tutdu.
Num Lock klavişi
Num Lock klavişi (ing. Num Lock key və ya ing. Numeric Lock key) — kompüterlərin klaviaturasında olan, rəqəm klaviaturasının ədədlərin daxil edilməsi və kursorun idarəolunması rejimləri arasında keçidi təmin edən düymə. Qoşulduqda rəqəm klavişləri ədələri daxil etmək üçün istifadə olunur, söndürüldükdə isə kursoru idarə etmək üçün.
Rock, Paper, Shotgun
"Rock Paper Shotgun" — ABŞ videooyun veb saytı. Saytın məzmunu videooyunlar və geyminq sənayesinə əsaslanmışdır. Strukturuna görə "Rock, Paper, Shotgun" bloqdur və diqqəti kompüter oyunlarına və çox platformalı oyunların PC versiyalarına yönəldir. Sayt 2007-ci ilin iyulunda təsis edilmişdir və 2010-cu ildə "Eurogamer" saytının tərəfdaşı olmuşdur. "Rock, Paper, Shotgun" saytının məzmunu xəbərlər, resenziyalar, önizləmələr, müsahibələr və analitik məqalələrdən ibarətdir. "Rock, Paper, Shotgun" videooyun jurnalistikasında kifayət qədər nüfuzlu resursdur və ona tez-tez istinad edilir.
Rock Me (dəqiqləşdirmə)
Rock Me (Riva) — Mahnı 1989 Avroviziya Mahnı Müsabiqəsi Rock Me (One Direction) — One Directionun 2012-ci il albomu Take Me Home-a daxil olan mahnısı.
Rock with You
Rock with You — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
The Yellow Book
The Yellow Book (azərb. Sarı kitab‎) — 1984–1997-ci illərdə Londonda nəşr olunan rüblük ədəbi jurnal idi.
BOK kodlarının siyahısı
Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Oyunlarında iştirak edən ölkələri və həmin ölkələrin hər bir idmançı qruplarını işarə etmək üçün üç hərfli abreviaturadan ibarət ölkə kodlarından istifadə edir. Hər bir kod isə bir Milli Olimpiya Komitəsini müəyyənləşdirir. Ancaq bəzi kodlar var ki, keçmiş Olimpiya Oyunlarında digər xüsusi hallar üçün istifadə olunub. Fərqli ölkələrdən olan idmançılardan ibarət komandalar və ya heç bir milləti təmsil etməyən idmançı qrupları bu xüsusi hallara misal ola bilər. BOK kodlarının bir neçəsi standartlaşdırlmış ISO 3166-1 alfa-3 kodlarından fərqlidir. FİFA kimi digər idman təşkilatıları təmsilçi ölkələri işarə etmək üçün oxşar kodlardan istifadə edir, ancaq bəzi fərqliliklər mövcuddur. Birlik Oyunları Federasiyası və ya Peşəkar Tennis Assosiasiyası kimi digər belə təşkilatlar BOK-la eyni siyahını istifadə edir. == Tarixi == 1956 Qış Olimpiya Oyunları və 1960 Yay Olimpiya Oyunları BOK tərəfindən dərc olunmuş məlumata görə hər bir Milli Olimpiya Komitəsini işarələmək üçün ölkələrin başlanğıc qısaltmalarından istifadə olunmuş ilk Olimpiyadalar idi. Lakin, kod kimi növbəti bir neçə il ərzində tez-tez təşkilatçı ölkənin dilinə uyğun olan qısaltmalardan (İtaliyanın ev sahibliyi etdiyi 1956 Qış Olimpiya Oyunları və 1960 Yay Olimpiya Oyunlarında Yaponiya üçün GIA qısaltmasından; italyan dilində Yaponiya Giappone kimi yazıldığı üçün) və ya ölkənin fransızca adına uyğun qısaltmalardan (Cənubi Koreya üçün COR; fransızca Corée yazıldığı üçün) istifadə olundu. 1972 Qış Olimpiya Oyunlarına yaxın əksər kodlar hazırkı standart hallarına gətirildilər, lakin sonrakı illərdə bir neçə dəyişikliklər olub.
Fyodor fon Bok
Fyodor fon Bok (alm. Fedor von Bock‎; 3 dekabr 1880[…], Kostşin-nad-Odra[d], Prussiya – 4 may 1945, Oldenburq[d], Şlezviq-Holşteyn) — alman hərb xadimi, general-feldmarşal, Almaniyanın SSRİ-yə hücumu zamanı "Mərkəz" qoşunlarının komandanı olmuşdur. 1941-ci ilin payızında Moskvaya hücuma komandanlıq etmişdir.
Böcək
Sərtqanadlılar (lat. Coleoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Bu dəstənin başqa dəstələrin nümayəndələrindən fərqləndirən ən mühüm əlamətlərindən biri — onların qanadlarının quruluşudur ki, bu da dəstənin adında öz əksini tapmışdır. Qanadüstü adlanan yuxarı cüt qanadlar, demək olar ki, həmişə sərt, çoxt vaxt qabarıq, az və ya çox dərəcədə iri qabarlar və ya çuxurlarla örtülmüş və ya uzununa qabırğalarla zolaqlanmışdır ki, bu da onlara daha çox möhkəmlik verir. Qanadüstləri tısbağa zirehi kimi daha zərif, şəffaf və ya yarımşəffaf qanadları örtür. Bunların köməyilə böcəklər uçur. Ancaq elə növlər, cinslər, hətta fəsilələr də vardır ki, onlarda qanadlar bitişmiş, alt qanadlar reduksiya olunmuşdur və bu böcəklər uçmur. Dinclik halında qanadlar elə yığılır ki, qanadüstləri onları tamamilə örtür. Uçmazdan əvvəl böcək qanadüstlərini qaldırır, qanadlarını açır, az və ya çox vızıltı ilə havaya qalxır. == Xarici quruluşu == Böcəklərin əksəriyyəti parlaq və rəngarəng boyanmışdır.
Bit (böcək )
Lələkyeyənlər (lat. Phthiraptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan parvdəstəsi.
Edmund Börk
Edmund Börk (12 yanvar 1729[…], Dublin – 9 iyul 1797[…]) — Böyük Britaniya filosofu. == Həyatı == Britaniya mühafizəkarlığının banisi irland protestantı Edmund Börk (1729–1797) hesab olunur. Mahir polemikaçı, filosof və siyasi xadim Börk 1776-cı ildə parlamentə seçilir və görkəmli natiq və erudit kimi şöhrət qazanır. Börk parlamentdə köləliyin və kölə alverinin ləğvi uğrunda mübarizə aparır, Amerika kolonistlərinin və bir az əvvəl zəbt edilmiş Hindistanın əhalisinin müdafiəsi üçün çıxış edir. Viqlər Partiyasının əqi dəli üzvü olan Börk xalq idarəçiliyi və insan hüquqları konsepsiyasına skeptik münasibətinin nəticəsi olaraq sonralar torilik ideologiyasının əsasını təşkil etmiş öz ideya və baxışlarının kompleksini irəli sürür. Fransa inqilabının və hər bir inqilab kimi onun gətirdiyi qarışıqlıqların şahidi olan Börk özünün "Fransada inqilab haqqında düşüncələr" kitabında belə bir mövqedən çıxış edir ki, insan öz taleyini həll etmək hüququnu dövlətə verməlidir, dövlət isə insanların qayğısına qalmalıdır. Börk həmçinin hesab edirdi ki, dövlət insanların iradəsindən nə qədər az asılı olsa, bir o qədər yaxşıdır. == Fəlsəfəsi == Börkün nəzəriyyəsi "Fransada inqilab haqqında düşüncələr" (Reflections on the Revolution in France, 1790) çox vədə verən Fransa inqilabına və zəkanın Maarifçi filosoflar tərəfindən yüksəklərə qaldırılmasına qarşı reaksiya kimi meydana gəldi. Maarifçilik dövrünün adamları zəkanı ənənələrdən, tarixdənkənar anlaşılan fərdi isə birlikdən üstün tuturdular. Börk bunların yerini dəyişdi: ənənə ayrı-ayrı intellektualların yaratdıqları nəzəriyyədən daha aqildir.
Kərgədan böcək
Kərgədan böcək (lat. Oryctes nasicornis L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər. == Həyat tərzi == Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar.
Kərkədan böcək
Kərgədan böcək (lat. Oryctes nasicornis L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər. == Həyat tərzi == Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar.
Maral böcək
Maral böcək (lat. Lucanus cervus) — Sərtqanadlılar dəstəsinə, Buynuzlu böcəklər fəsiləsinə aid böcək növü. == Təsviri == Bığcıkları dizlikli, buğumları isə toppuzşəkilli olub 3-6 ədəddir. Mandibuaları çox güclü olub, erkək fərdlərdə dişilərə nisbətən daha iridir. Bədənin rəngi əksər hallarda qəhvəyimtil qaradır. Qanadüstlükləri və çənələri şabalıdı – qəhvəyidir. Sürfləri ağ rəngdə olub, S formasında əyilmiş vəziyyətdə olurlar. Sürfələrin bədən uzunluğu 14 sm – dir. Erkək fərdlərin bədəninin uzunluğu mandibulaları ilə birlikdə 83 mm, dişi fərdlərinki isə 45 mm – dir. == Yayılması == Mərkəzi, Cənubi və Qərbi Avropa, Kiçik Asiyada yayılmışlar.
Qırmız böcək
Qızılı böcək
Qəşəng böcək
Qəşəng böcək (lat. Calosoma sycophanta) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür. Böcəyin bədənin uzunluğu 21 – 35 mm-dir; qanadüstlükləri qızılı yaşıl rəngdə olub metal parıltısına malikdir. Bığcıqları, ağız orqanlar, baldırları və pəncərələri qara rəngdə olub parlaqdır; ətrafları nadir hallarda qırmızımtıl rəngdə ola bilər. Avropa, Asiya və Qafqaz meşələrində yayılmışlar. Azərbaycanda düzən və dağətəyi meşə sahələrində rast gəlinir. 2000-ci ildə İ.Q.Kərimova tərəfindən Şabran rayonunda 1 fərd, 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 15 fərd, 2012-ci ildə 1 fərd qeydə alınmışdır. Tək ipəksarıyanın kütləvi artdığı illərdə böcəyin sayında da yüksəliş nəzərə çarpır.
Skripka-böcək
Yarpaqşəkilli böcək (lat. Mormolyce) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Yarpaqşəkilli böcək
Yarpaqşəkilli böcək (lat. Mormolyce) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.
Backh.
CeymsBekhaus (ing. James Backhouse; 8 iyul 1794 – 20 yanvar 1869) — Böyük Britaniya-Avstraliya botaniki.. == Elmi fəaliyyəti == Ceyms Bekhaus qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşıb və Avstraliya florasını öyrənilməsinə böyük töhfə verib. == Əsərləri == A Narrative of a Visit to the Australian Colonies. 1843. A Narrative of a Visit to the Mauritius and South Africa. 1844. A Memoir of Deborah Backhouse. 1828. Memoirs of Francis Howgill.