Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bulqarlar
Bulqarlar — II əsrdə ortaya çıxmış (lat. Bulensii) yarımköçəri türk xalqı. == Kökləri == Tədqiqatçılar bulqarları Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir. Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Moisey Xorenski yazır ki, erməni çarı Xosrovun vaxtında Ermənistana "qüdrətli basillər" gəlib məskunlaşmışlar. Bulqarlar hələ qədimdən Ptolomeyə məlum idi. Onlar Ukraynanın Cənubi Buq çayı sahilində yaşayırdı. == Böyük Bulqar xanlığı == Bulqar dövləti Onogur-Kutriqur-Utiqur ittifaqının Göytürk xaqanlığından azad olması nəticəsində yaranmışdı. Böyük Bulqar xanlığını Kubrat xan qurdu.
Ermənistan bulqarları
Ermənistan bulqarları — Kubrat xanın ölümündən sonra Ermənistana köçən xalq. == Ümumi məlumat == Onların adına ilk dəfə Moisey Xorenlidə rast gəlinir. Ermənilər onları xanlarının adı ilə Vənəndlilər olaraq tanıyırdılar. Ermənistan Sasanilər və Roma imperiyası tərəfindən bölünəndən sonra bulqarlar heç bir bölgüyə qoşulmamış, Kür çayı vadisində öz qalalarında möhkəmlənmişdilər. IV Xosrov tərəfindən təqib olunan bulqarlar Suriya sərhəddinəcən enmişdilər. Xorenatsi bulqarların qeyri-adi cəsarətli bir xalq olduğunu qeyd edir. Vənəndlilər Ermənistan əsilzadə ailələri siyahısı olan "Qaxnamə"də 17-ci sırada qeyd olunmuşdur. Erməni tarixçi Yegişenin verdiyi məlumata görə Sasanilərin xristianlığı qadağan etməsinə etiraz edənlər arasında Vanandın bulqar yepiskopu Qad da olmuşdur. Avarayr döyüşündə birləşmiş xristian ordularının 3-cü hissəsinə bulqar sərkərdə Tatul başçılıq edirdi. Sasanilərin həbs etdiyi əsilzadələr arasında Tatulun ailəsindən olan 3 bulqar da var idi.
Makedoniya bulqarları
Şimali Makedoniya bulqarları — Kubrat xanın oğlu Kuber xanın başçılığı ilə Şimali Makedoniyaya köçmüş xalq. == Tarixi == 680-ci ildə 70.000 nəfərdən ibarət olan ordası ilə hazırkı Şimali Makedoniyaya torpaqlarında yerləşmişdir. Burda öz xanlığını quraraq Balkanlardakı ikinci Bulqar dövlətini quran Kuberin adı 680-ci illərdən sonra çəkilmir. Lakin Tervel xanın yürüşlərində "Makedoniyadakı əmiləri"ndən kömək aldığı məlumdur. 800-cü illərdə bulqarlar artıq yerli slavyan qəbiləsi olan Draqobitlər ilə qaynayıb-qarışmışdı. I Presian dövründə Şimali Makedoniya bulqarları yenidən digər bulqarlar ilə birləşdirilmişdi. == Arxeolojik məlumat == Şimali Makedoniyalı arxeoloq İvan Mikulçikin başçılıq etdiyi qazıntılar nəticəsində Şimali Makedoniyada nəinki bulqar izləri, hətta tam geniş arxeoloji mədəniyyəti kəşf edilmişdir. Bu mədəniyyət Şimali Makedoniyadan şərqi Albaniyayacan uzanırdı. Arxeoloji qazıntılar nəticəsində bulqarlara aid qalalar, qəbirlər, metallurgiya nümunələri, saxsı qablar, pul xəzinələri, totemlər tapılmışdır.
İdil bulqarları
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur == Zəmin == Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.
İtaliya bulqarları
İtaliya bulqarları — Altsek xan ilə birlikdə VII əsrdə İtaliyada məskunlaşmış bulqarlara verilən ad. Altsek xan Kubrat xanın ən kiçik oğlu idi. 631-ci ildə qardaşı Batbayan xandan ayrılaraq Avar xaqanlığına sığınmışdı. Lakin burada çox qala bilməyərək üsyan etmiş və xaqanın qəzəbinə uğramışdır. Bundan sonra Bavariyaya gedən və I Daqobertdən sığınacaq tələb edən şahzadə xəyanətə uğradı və bu dəfə İtaliyaya köçməyə məcbur oldu. 9000 qəbilə üzvündən 800ü sağ qalmışdı. Lombard kralı I Qrimoald tərəfindən ona "qastald" titulu verilərək cənubi İtaliyadakı Sepino, Boyano, İserniya şəhərləri onun sərəncanıma verildi. == Ümumi məlumat == Bulqarlar İtalyanın indiki Kampaniya və Molize bölgələrində məskunlaşmışdılar. 787-ci ildə "Lanqobard tarixi" əsərinin müəllifi Pavel yazırdı ki, "bulqarlar Latın dilini mükəmməl danışır, bununla belə onlar öz dillərini unutmamışlar". Bulqarlar indi İtaliyada qəsəbə və şəhər statusuna sahib olan məskənlər də salmışlar.
Şimali Makedoniya bulqarları
Şimali Makedoniya bulqarları — Kubrat xanın oğlu Kuber xanın başçılığı ilə Şimali Makedoniyaya köçmüş xalq. == Tarixi == 680-ci ildə 70.000 nəfərdən ibarət olan ordası ilə hazırkı Şimali Makedoniyaya torpaqlarında yerləşmişdir. Burda öz xanlığını quraraq Balkanlardakı ikinci Bulqar dövlətini quran Kuberin adı 680-ci illərdən sonra çəkilmir. Lakin Tervel xanın yürüşlərində "Makedoniyadakı əmiləri"ndən kömək aldığı məlumdur. 800-cü illərdə bulqarlar artıq yerli slavyan qəbiləsi olan Draqobitlər ilə qaynayıb-qarışmışdı. I Presian dövründə Şimali Makedoniya bulqarları yenidən digər bulqarlar ilə birləşdirilmişdi. == Arxeolojik məlumat == Şimali Makedoniyalı arxeoloq İvan Mikulçikin başçılıq etdiyi qazıntılar nəticəsində Şimali Makedoniyada nəinki bulqar izləri, hətta tam geniş arxeoloji mədəniyyəti kəşf edilmişdir. Bu mədəniyyət Şimali Makedoniyadan şərqi Albaniyayacan uzanırdı. Arxeoloji qazıntılar nəticəsində bulqarlara aid qalalar, qəbirlər, metallurgiya nümunələri, saxsı qablar, pul xəzinələri, totemlər tapılmışdır.
Bolqarlar
Bolqarlar (bolq. българи) — Avropada xalq. Cənubi Slavyan xalqlarından və Bolqarıstanın əsas əhalisi.
Serbiyada bolqarlar
Serbiyada bolqarlar — rəsmi olaraq tanınan milli azlıq statusuna malikdirlər. 2011-ci ildə ölkədəki bolqarların sayı 18 543 nəfərə çatırdı. Əksəriyyəti Bosileqrad və Dimitrovqrad şəhərlərində yaşayır. == Demoqrafik məlumatlar == Bolqarlar 1948-ci ildən bəri Yuqoslaviyada və Serbiyada siyahıyaalmada qeyd olunur. 1948: 59 472 1953: 60 146 (bolqar dilini ana dili hesab edənlər: 59 166) 1961: 58 494 1971: 53 800 (bolqar dilini ana dili hesab edənlər: 49 942) 1981: 33,455 (bolqar dilini ana dili hesab edənlər: 35,269) 1991: 26,698 (bolqar dilini ana dili hesab edənlər: 25 408) 2002: 20,497 (bolqar dilini ana dili hesab edənlər: 16 459) 2011: 18 543 (bolqar dilini ana dili hesab edənlər: 13 337) 2011-ci il siyahıyaalınmasına əsasən Serbiyada bolqarlar ölkənin cənub-şərqindəki Bosileqrad və Dimitrovqrad şəhərlərində məskunlaşmışlar. Burada 18.543 etnik bolqar yaşayırdı: 5.839 Bosileqradda (ümumi əhalinin 71,9%), 5 413 bolqar isə Dimitrovqradda yaşayır (əhalinin 53,5%). Bolqarlar pravoslavlığı məzhəbində ediqad edir. Bosileqrad və Dimitrovqradın yerləşdiyi dağlıq bölgələrdə demək olar ki, müsəlman yoxdur. Bolqar keşişlərinin sayının az olması səbəbindən bolqarların bəziləri Serb Pravoslav Kilsəsinə gedir. Həm Bosileqrad və Dimitrovqrad şəhərlərində kilsələr var.
Ön bolqarlar
Bulqarlar — II əsrdə ortaya çıxmış (lat. Bulensii) yarımköçəri türk xalqı. == Kökləri == Tədqiqatçılar bulqarları Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir. Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Moisey Xorenski yazır ki, erməni çarı Xosrovun vaxtında Ermənistana "qüdrətli basillər" gəlib məskunlaşmışlar. Bulqarlar hələ qədimdən Ptolomeyə məlum idi. Onlar Ukraynanın Cənubi Buq çayı sahilində yaşayırdı. == Böyük Bulqar xanlığı == Bulqar dövləti Onogur-Kutriqur-Utiqur ittifaqının Göytürk xaqanlığından azad olması nəticəsində yaranmışdı. Böyük Bulqar xanlığını Kubrat xan qurdu.
Balkarlar
Balkarlar (Alanlar) — Şimali Qafqazda yaşayan və qumuqlar, qaraçaylılar ilə birlikdə türk xalqları ailəsinin qıpçaq qoluna aid xalq. Özlərini malkarlar adlandırılar. Balkarlar xüsusi ilə qaraçaylılara çox yaxındırlar. Bəzi araşdırıcılar qaraçaylılarla balkarları eyni xalq hesab edirlər. Belə ki yaylaq-qışlaq maldarlığı ilə məşğul olan bu xalqın bir hissəsi Şimali Qafqazın düzənliyində (qışlaqda) daim məskunlaşaraq qaraçay, dağlarda (yaylaqda) qalanlar isə balkar və yaxud malkar adlanmağa başlayıb. Bununla əlaqədar olaraq balkarlar özlərini davlular (dağlılar) da adlandırırlar. Dindarları müsəlman sünnülərdir. Kabarda-Balkar respublikasında ikinci böyük yerli xalqdırlar. Ümumi sayları 170 mindir. Əsas hissəsi, təxminən 110 mini, tarixi vətənləri olan Kabarda-Balkarda yaşayır.
Bulaqatlar
Bulaqatlar — Buryat xalqının tərkibində etnik qrup. == Tarixi == Bulaqatlar XVII-XVIII əsrlərdə buryatların ən böyük tayfası idi. Bulaqatlar tarixən Baykal gölü ətrafında köçəri həyat keçirirdilər. Çingiz xanın dövründə bulaqatların ulu babası Buxa noyon Orta Asiya səfərində iştirak etmişdi. Sonradan bulaqatların bir hissəsi Monqolustan Altayında köç saldılar. Qalanları isə əvvəlki yaşayış yerlərinə qayıtdılar. == Müasirlik == Hazırda bulaqatlar Buryatiyanın Exirit-Bulaqat, Osin, Boxan, Nukut rayonlarında və İrkutsk vilayətində yaşayırlar. == Ədəbiyyat == Балдаев С. П. Родословные предания и легенды бурят. Ч.1. булагаты и эхириты.
Bulaqlar
Bulaqlar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Bulaqlar kəndi rayondakı Herher kəndindən 4 km cənubda, Herher çayının sahilində yerləşirdi. Kənd dərədə çoxlu bulaq olan yerdə salındığı üçün Bulaqlar adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 68 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 149 nəfər, 1904 - cü ildə 132 nəfər, 1914 - cü ildə 145 nəfər, 1916-cı ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı 40 nəfər, 1931-ci ildə 63 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənd sakinləri 1948-49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür.
Quqarlar
Quqarlar — indiki Gürcüstanın Axalkalaki, Lori, Dmanisi, Ermənistanın Quqark rayonunun ərazilərində yaşayırdılar. Fransız tarixçisi Sen-Martinə görə buraya Quqark əyaləti ilə Ağstafaçayın yuxarı hövzəsi, Lori, Axuryan çayı sahilləri, Axalkalak, Tumanis, Göyəzən və b. mahallar daxil idi. Erməni mənbələrində Qexarkunik kimi yazılan bu əyalət erməni tarixçilərinə görə, Ermənistanın indiki Kamo, Martuni, Basar keçər, Sevan və Razdan ərazisini əhatə edirdi. Bəzi tədqiqatçıların fikrincə Quqark Gürcüstanın indiki Borçalı və Axalsıx rayonlarının qədim adıdır . K. V. Trever Qoqarenanın Albaniya-İberiya sərhəddində yerləşdiyini yazır. == Quqarların etnik mənsubiyyəti == İlk dəfə (I əsr) Böyük Pliniy Şimali Qafqazda yaçayan tayfalardan birinin adını qorar kimi qeyd etmişdir. Yuxarıda isə dedik ki, Strabonun Ermənistana aid etdiyi Qoqarena əyalətinin adı orada qoqar adını daşıyanların məskun olduğunu göstərir. Deməli, I əsr üçün qoqarlar və ya quqarlar iki regionda – Şimali Qafqazda və Cənubi Qafqazda yaşayırdı. Bundan əlavə, V əsr erməni tarixçisi Favst Buzand IV əsrin əvvəllərinə aid hadisələrlə əlaqədar olaraq yazır ki, Qafqaz Albaniyasının şimal-şərqində (Dərbənddən cənubda) quqar adlı tayfa yaşayır.
Banat bolqarları
Banat bolqarları və ya Palçane — Banat vilayətində yaşayan bolqarların etnik qrupu. Yazılı ədəbiyyatda banat-bolqar dilindən istifadə edirlər. Banat bolqarlarının çoxu Pavlikanlar hərəkatının üzvü olmuşların törəmələridir. Yazıda latın əlifbasından istifadə edirlər. Banat bolqarlarının böyük əksəriyyəti katolikdir. == Həyat və mədəniyyət == Mədəni anlamda banat bolqarları 1866-cı ilə qədər xorvatların təsir dairəsində olmuşdur. Onların kilsə xadimlərinin böyük əksəriyyəti xorvat idi, üstəlik uşaqları xorvat dilində təhsil alırdı. Bununla belə məhs bu dövrdə xorvat və macar latın əlifbası əsasında banat danışığına uyğun əlifba tərtib edilir. Bu işdə maraqlı olan müəllimlər (bolqar və alman) kitabları tərcümə edir, dərsliklər tərtib edir və yerli ləhcədə qəzet buraxırdılar. Ancaq 1899-cu ildə Macar hakimiyyəti ölkədə macvar dilinin məcburi şəkildə tətbiqinə və yerli ləhcələrin qadağan olunmasına başlayır.
Qazaxıstan bolqarları
Qazaxıstan bolqarları (bolq. Българи в Казахстан, qaz. Қазақстандағы болгарлар) — Qazaxıstan ərazisində yaşıyan çox saylı milli azlıqlardan biri. 1999-cu il siyahıyaalınmasına əsasən Qazaxıstanda 6 915 nəfər özünü bolqar hesab edir. == Tarixi == 1907-ci ildə Qazaxıstanda ilk bolqar köçkünləri meydana gəlir. Onlar Pavlodar vilayətində Razdumovka və Andrianovka, Aqtöbe vilayətində isə Bolqarka kəndlərini qururlar. İkinci Dünya müharibəsi dövründə Bolqarıstan sakinlərinin ikinci dalğası Qazaxıstana gəlir. Bolqarlar Qazaxıstanın hər yerində məskunlaşmışlar, lakin Aktöbe və Pavlodar vilayətində onların payı respublika üzrə orta göstəricidən yüksəkdir. Bolqarıstanın Qazaxıstandakı səfirliyi ilə əlaqəsi olan Qazaxıstanda Bolqarıstan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bolqar diasporunun yaranmasının yüz illiyi ilə Bolqarka kəndində yeni bir məktəb açılır.
İdil Bolqarları
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur == Zəmin == Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.
Bulaqlar (Dərələyəz)
Bulaqlar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Bulaqlar kəndi rayondakı Herher kəndindən 4 km cənubda, Herher çayının sahilində yerləşirdi. Kənd dərədə çoxlu bulaq olan yerdə salındığı üçün Bulaqlar adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 68 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 149 nəfər, 1904 - cü ildə 132 nəfər, 1914 - cü ildə 145 nəfər, 1916-cı ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı 40 nəfər, 1931-ci ildə 63 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənd sakinləri 1948-49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür.
Bulgaria Air
"Bulgaria Air" (bolq. България Ер, ing. Bulgaria Air) — Bolqarıstan dövlətinə aid olan aviaşirkət. Aviaşirkət Sofiya Beynəlxalq hava limanında bazalanmışdır. Şirkət Himimport Inc sahibidir. 2008-ci ildə şirkət 118 543 sərnişin daşımışdır. Dövriyyəsi 434 mln lev, ümumi gəliri isə 470 000 lev təşkil etmişdir. "Bulgaria Air" Bolqarıstan bazarında əsas hava daşıyıcısı hesab edilir. Ölkənin milli aviadaşıyıcısıdır. Şirkətin aviaparkında 17 təyyarə vardır ki, onlarda dünyanın 19 ölkəsinin 27 şəhərinə uçuşlar təşkil edir.