Bulaqatlar — Buryat xalqının tərkibində etnik qrup.
Bulaqatlar XVII-XVIII əsrlərdə buryatların ən böyük tayfası idi. Bulaqatlar tarixən Baykal gölü ətrafında köçəri həyat keçirirdilər.[1] Çingiz xanın dövründə bulaqatların ulu babası Buxa noyon Orta Asiya səfərində iştirak etmişdi. Sonradan bulaqatların bir hissəsi Monqolustan Altayında köç saldılar. Qalanları isə əvvəlki yaşayış yerlərinə qayıtdılar.
Hazırda bulaqatlar Buryatiyanın Exirit-Bulaqat, Osin, Boxan, Nukut rayonlarında və İrkutsk vilayətində yaşayırlar.
Etnik qrup ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |