Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Busir
Busir — 7-ci əsrin sonundan 8-ci əsrin əvvəllərinə qədər Xəzər xaqanlığına hökmdarlıq etmişdir. Xəzər xaqanlığı VII əsrdə Krım qotlarını özünə tabe etdi. 787-ci ildə isə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını da ələ keçirən xəzərlər, qotların Krımdakı hakimiyyətlərinə tamamilə son qoydular. Qara dənizin şimal hssəsinin və Krımın Xəzər xaqanlığı tərəfindən tutulması, Xəzər xaqanlığı və Bizans arasındakı əlaqələrin daha da sıxlaşmasına gətirib çıxarmışdır. Xəzərlərin Krımı tutmasından əvvəl, 695-ci ildə taxtdan salınmış Bizans imperatoru II Yustinian Krım qotlarına sığınmışdı. Qotlar da II Yustinianı Xəzər xaqanı Busirə təhvil verdilər. 704-cü ildə Busir xaqan öz bacısını II Yustinian ilə evləndirdi. Yenidən Konistantinopola dönən II Yustinian hakimiyyəti ələ keçirsə də yenidən taxtdan salındı və öldürüldü. == İstinadlar == == Ədəbiyyat == Togan, Zeki Velidi. Hazarlar md.
Aristid Busiko
Aristid Busiko(fr. Aristide Boucicaut; 14 iyul 1810 – 26 dekabr 1877, Paris) — fransız xeyriyyəçisi, ticarətçisi. == Həyatı == Aristid Busiko 4 iyul 1810-cu ildə Bellemdə anadan olmuş, 26 dekabr 1877-ci ildə isə Parisdə vəfat etmişdir, həyat yoldaşı isə Marqarita Qeren (1816-1887) idi. Emil Zolyanın 1883-cü ildə yazdığı "Qadın xoşbəxtliyi" romanında Aristid Busikonun qeyri-adi həyatı öz əksini tapır. Lakin buna əks olaraq, "Bon Marşe" romanını təqdim etmək olar. "Bon Marşe" ideyası öz yolunda inqilabi xarakter daşıyırdı, lakin eyni zamanda "iki vur iki" kimi sadə idi: hər bir şöbə ixtisaslaşmış mağazaya uyğun gəlirdi; gəlirlər sistematik olaraq azalırdı, əmtəələrlə ticarət etmək üçün qiymətlər markalanırdı; hər il hərrac həyata keçirilirdi və nəinki Parisdə, hətta onun əyalətlərində reklamlar aparılırdı… Belə təşkilatçılıq təkcə Busikoya deyil, onun müştərilərinə də xüsusi üstünlük verirdi. Satışların yüksək həcmi maya dəyərini aşağı salmağa və əməyin rentabelliyini artırmağa imkan verirdi. Bir neçə mağazanın bir yerdə cəmləşməsi alıcılara geniş çeşid və vaxtlarına qənaət etmək imkanı verirdi (əyalətdən gələnlər bunu çox yüksək qiymətləndirirdilər, belə ki, onlar hər şey bir gün ərzində alıb, axşam qatarı ilə geri qayıda bilərdilər). Ucuz, lakin böyük miqdarda sataraq, Aristid Busiko müasir iqtisadi prinsip yaratdı. Daha sonra "Bon Marşe" ideyasını bir çoxları tətbiq etməyə başladılar və "böyük mağaza" ideyası geniş vüsət aldı.
Busido
Busido (yap, 武士道 "döyüşçünün yolu") - Yapon cəngavərlik kodeksi. Kodeksdə əsasən samurayların riayət etməsi tələb olunan qaydalar və həyat tərzi əks olunmuşdu. Bu baxımdan busido Avropa orta əsr cəngavərlik qaydalarının analoqudur. Kodeksə görə samuraydan ölümə qədər məğrurluq, sədaqət, qənaətcillik və döyüş sənətlərində məharət tələb olunurdu. Kodeksin inkişafına Buddizm və Konfutsiçilik ciddi təsir göstərmişdir. Busido (hərfi mənada “döyüşçünün yolu” deməkdir) cəngavər davranışı haqqında təlimi özündə əks etdirir. Busido – bir yandan samurayların əxlaq kodeksi, digər bir yandan isə – yapon millətinin sonralar ənənəyə çevrilmiş əzəli ruhunun daşıyıcısıdır. Qeyd etmək lazımdır ki, busido – samurayların əxlaq kodeksi kimi heç bir dərslikdə, yaxud qanun-qayda kitablarında sistemləşdirilməyib. Buna baxmayaraq, yaponların həyatında busidonun təsiri azalmamış, o hər bir yaponun qəlbində özünə möhkəm yer etmişdir. Samurayların əxlaq kodeksinə çevrilməmişdən hələ çox qabaqlardan busidonun əsas amilləri yapon xalqı arasında yaşamaqda idi.
Business24 TV
Business Software Alliance
Business Software Alliance (BSA) – piratçılığa qarşı proqram təminatı istehsalçılarını birləşdirən qrup. 1988-ci ildə qurulub. BSA qrupu proqram təminatı oğurluğunu qadağan edən qanunların qəbul olunmasına köməklik göstərir, istifadəçilər arasında maarifləndirmə işləridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Busiris (nom)
Busiris (q.yun. Βουσιρίτης νομός) və ya Anceti (q.misir 𓈩; "lələkli şahin"), — Qədim Misirdə inzibati rayon (nom). Busiris Aşağı Misirdə yerləşirdi və regionda sayca doqquzuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Anceti", "Aneceti", "Anetzi" və "Ati" daxildir. Tədqiqatda bu nom adətən "L09" adlandırılır.
CEU Business School
Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ing. Central European University Business School və ya qısaca CEU BS)- menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır. == Tarixi == MAU Biznes Məktəbinin əsası Beynəlxalq Menecment Mərkəzi (BMM) adı altında 1988-ci ildə əfsanəvi investor və filantrop Corc Soros və digər uzaqgörən liderlər tərəfindən qoyulub. Biznes Məktəb o vaxtdan (onun Beynəlxalq Menecment Mərkəzi (BMM) kimi yaradılmasından) bu yana üç təkamül mərhələsi keçib: 1988-1995. BMM tələbələri təhsillərinin ilk illərini Budapeştdə başa vururdular və daha sonra Qərbi Avropada və Şimali Amerikada yerləşən partnyor məktəblərə keçərək orada təhsillərini bitirib MBA diplomlarını alırdılar. 1996-2001. BMM Klivlənddə (Ohayo) yerləşən Keyz Vestern Rezerv Universitetinin Vezerhed Menecment Məktəbinin françayzinqi kim fəaliyyət göstərib. 2002-indiyədək.
Central European University Business School
Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ing. Central European University Business School və ya qısaca CEU BS)- menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır. == Tarixi == MAU Biznes Məktəbinin əsası Beynəlxalq Menecment Mərkəzi (BMM) adı altında 1988-ci ildə əfsanəvi investor və filantrop Corc Soros və digər uzaqgörən liderlər tərəfindən qoyulub. Biznes Məktəb o vaxtdan (onun Beynəlxalq Menecment Mərkəzi (BMM) kimi yaradılmasından) bu yana üç təkamül mərhələsi keçib: 1988-1995. BMM tələbələri təhsillərinin ilk illərini Budapeştdə başa vururdular və daha sonra Qərbi Avropada və Şimali Amerikada yerləşən partnyor məktəblərə keçərək orada təhsillərini bitirib MBA diplomlarını alırdılar. 1996-2001. BMM Klivlənddə (Ohayo) yerləşən Keyz Vestern Rezerv Universitetinin Vezerhed Menecment Məktəbinin françayzinqi kim fəaliyyət göstərib. 2002-indiyədək.
Consumer News and Business Channel
«CNBC» (tələffüzü: si-en-bi-si) — kabel və peyk vasitəsilə yayımlanan ABŞ biznes xəbərləri telekanalı. Telekanal «Comcast» şirkətinin sahibi olduğu «NBCUniversal» şirkətinin bir mülküdür və baş qərargahı ABŞ-nin Nyu-Cersi ştatındakı Enqlvud Klifs borosunda yerləşir. Telekanal əsasən ABŞ və beynəlxalq iqtisadiyyatlarını əhatə edirdi, ancaq artıq daha çox biznes-mövzulu sənədli filmlər və realiti şoular yayımlayır. Telekanal 17 aprel 1989-cu ildə «NBC» ilə «Cablevision» şirkətlərinin birgə müəssisəsi olaraq «Consumer News and Business Channel» adı altında təsis edilmişdir. 1991-ci ildə telekanal əsas rəqibini — «Financial News Network» şirkətini satın almış, öz distribusiyasını və işçi gücünü artırmışdır. Daha sonra «Cablevision» telekanalda sahibi olduğu səhmləri «NBC» şirkətinə satmışdır. 2015-ci ilin fevral ayında telekanalın 93.623.000 abunəçisi (ABŞ-dəki ümumi televiziya sahiblərinin 80.4%-i) var idi. Dəyəri 4.000.000.000 ABŞ dolları olan telekanal 2007-ci ildə ABŞ-dəki ən dəyərli 19-cu kabel ilə yayımlanan telekanal olmuşdur. Əsas telekanal ABŞ-də yayımlansa da, «CNBC» telekanalının müxtəlif regionlara və ölkələrə xidmət göstərən lokal variantları da fəaliyyət göstərir. Bu variantların çoxunun sahibi və ya səhmlərinin sahiblərinsən biri – «NBCUniversal».
EMLYON Business School
EMLYON Business School (École de Management de Lyon ), Paris, Lion, Saint-Etienne, Bhubaneswar, Casablanca, və Shanghai da kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1872-ci ildə qurulan məktəb. EMLYON, Financial Times tərəfindən 2021-cu ildə Avropa Biznes Məktəbləri arasında 19-ci yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur.
ESCP Business School
ESCP Business School (École supérieure de commerce de Paris), Paris, Berlin, London, Madrid, Turin, və Varşava da kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1819-cu ildə qurulan məktəb. ESCP, Financial Times tərəfindən 2021-ci ildə Avropa Biznes Məktəbləri arasında 14-cü yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur.
International Business Machines
IBM (tələffüzü: ay-bi-em; ing. International Business Machines) — əsası 16 iyun 1911-ci ildə qoyulan, texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış ilk transmilli kompüter şirkətlərindən biri. IBM kompüter texnologiyaları sahəsində və satış həcminə görə dünya lideridir. IBM meynfreymləri mavi rəngli idi və buna görə də mətbuatda bu şirkəti çox zaman Big Blue ("Mavi nəhəng") adlandırırlar. Baş qərargahı Armonkda (Nyu-York olan IBM dörd şirkətin birləşməsindən yaranıb. Onlardan biri – The Tabulating Machine Company tabulyatorların istehsalı ilə məşğul idi. 1935-ci ildə International Business Machines (IBM) şirkəti IBM-601 hesablayıcılarının geniş istehsalına başladı. 1937-ci ildə IBM şirkətinin mühəndisləri Howard Arken və Brown ilk avtomatik kompüterini düzəltdilər. Bu IBM-in ilk modeli olan MARK-I idi. 1956-cı ildə Massaçusets Texnologiya İnstitutunda tranzistor əsaslı ilk kompüter, "IBM" şirkəti tərəfindən isə ilk elektron informasiya daşıyıcısı "KAMAC-305" sərt diski yaradıldı.
International Business School
Budapeşt Beynəlxalq Biznes Məktəbi (mac. IBS Nemzetközi Üzleti Főiskola, ing. International Business School, Budapest, rus. Международная Школа Бизнеса) — Macarıstanda və Böyük Britaniyada qeydiyyatdan keçmiş ali təhsil müəssisəsidir. 1991-ci ildə macar iş adamı prof. İştvan Tamaş (mac. István Tamás) tərəfindən yaradılıb, Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərir, Avstriyanın paytaxtı Vyanada da korpusu var. International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. == Haqqında == Ali məktəbdə dünyanın 80-dən çox ölkəsindən (o cümlədən Azərbaycandan) 1200-dən çox tələbə ingilis dilində təhsil alır. Tələbələrə Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi verilir, hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil almaq mümkündür.
International Business School, Budapest
Budapeşt Beynəlxalq Biznes Məktəbi (mac. IBS Nemzetközi Üzleti Főiskola, ing. International Business School, Budapest, rus. Международная Школа Бизнеса) — Macarıstanda və Böyük Britaniyada qeydiyyatdan keçmiş ali təhsil müəssisəsidir. 1991-ci ildə macar iş adamı prof. İştvan Tamaş (mac. István Tamás) tərəfindən yaradılıb, Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərir, Avstriyanın paytaxtı Vyanada da korpusu var. International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. == Haqqında == Ali məktəbdə dünyanın 80-dən çox ölkəsindən (o cümlədən Azərbaycandan) 1200-dən çox tələbə ingilis dilində təhsil alır. Tələbələrə Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi verilir, hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil almaq mümkündür.
Veritas Business Suite
Retired from Sad, New Career in Business
Retired from Sad, New Career in Business — amerikalı müğənni Mitskinin ikinci studiya albomu. Mitski albomu SUNY-də sonuncu kursda oxuyarkən tələbə layihəsi kimi hazırlayıb. Albom 1 avqust 2013-cü ildə işıq üzü görmüşdür. Albomun hazırlanmasında 60 nəfərlik tələbə ansamblının iştirakı da olub. "Square" treki istisna olmaqla albomdakı hər bir mahnının musiqi videosu və hekayəsi var. 2020-ci ilin mayında albomun "Strawberry Blond" mahnısı TikTok sosial şəbəkəsində populyarlıq qazanmışdır. Albomun üz qabığında döşəmədə əyləşən qadın kimi bəzənmiş kişi şəkli yer alıb.
Busida
Busida (lat. Bucida) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinə aid bitki cinsi.
BuBi
"BuBi" (rəsmi olaraq: MOL BuBi) — Macarıstanın Budapeşt şəhərində velosiped paylaşma şəbəkəsidir. Adı, Budapeşt və Bicikli (macar dilində velosiped) sözlərindən yaradılmış və "baloncuq" mənasını verir. 2019-cu ilin may ayına kimi şəbəkə 143 dok stansiyadan və 1846 velosipeddən ibarət idi. == Tarixi == BuBi layihəsi Budapeşt Bələdiyyəsi tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu layihə üçün kapital qoyuluşu təqribən 900 milyon HUF (təxminən 3 milyon €) təşkil edir. Bu məbləğin 85% -i Avropa Birliyi, qalan 15% -i isə yerli hökumət tərəfindən ödənilir. Təxminən 250 milyon HUF (təxminən 800.000 €) illik əməliyyat xərcləri ən böyük inteqrasiya edilmiş neft və qaz qrupu olan MOL tərəfindən ödənilir və Macarıstanda bir yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir, buna görə də layihə "MOL Bubi" adlandırılmışdır. Təchizat və proqram təminatı və velosipedləri özündə birləşdirən Nextbike-nin velosiped paylaşma sisteminin həyata keçirildiyi hər yerdən fərqli olaraq Budapeştdə bu sistem Nextbike tərəfindən idarə edilmir. Budapeştdə bu sistem T-Systems və Csepel tərəfindən idarə olunur. Normalda nextbike-nin velosiped paylaşma sisteminin digər tətbiqlərində velosipedlər Nextbike-nin öz istehsal salonuna toplanaraq dünyaya çatdırılır, lakin Budapeştdə velosipedlər Macar velosiped istehsalçısı Csepel tərəfindən istehsal olunur və yığılır.
Husi
Husilər və ya rəsmi adı ilə Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş təşkilat. Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn əl-Husiyə görə verilmişdir. 2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004-cü ildə silahlı iğtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
Budi
Budi (ukr. Буди, rus. Буди) — Ukraynanın Xarkov vilayətinin Xarkov rayonunda yerləşən kənd tipli yaşayış məntəqəsi. Merefanın sol sahilində, Donun drenaj hövzəsində yerləşir. 2022-ci ilin məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 5,829 nəfərdə ibarətdir. 2024-cü ilin 26 yanvar tarixinədək Budi şəhər tipli qəsəbə statusuna malik olub. Həmin tarixdə isə yaşayış məntəqəsinin şəhər tipli qəsəbə statusu ləğv edilərək, kənd tipli yaşayış məntəqəsi statusuna çevirilmişdir.
Usi
Usi (və yaxud Vuşi, çin. 无锡), Çin Xalq Respublikasıın Jianqsu vilayətinin cənubunda şəhər və eyniadlı bələdiyədir. Tai gölünün şimal-şərqinin yaxınlığında, Büyük kanalın Xichenq kanalıyla birləştiyi nöqtədə yerləşmişdir. Jianqsu vilayətinin cənubunda əsas nəqliyyat sistemini teşkil edən suyolları və kanalların qovuşduğu əsas mərkəzdir. == Tarix == Yanszı çayının deltasında tikilən ilk yaşayış mərkəzlərindən biridir. Əvvəllər bir qalay rezerv mərkəzi kimi bilinirdi, sonra Şərqi Xan sülaləsi dövründə (b.e.ə. 206-b.e. 25) qalay rezervlərinin qutarması ilə əlaqəli adı "qalayı olmayan" mənasını verən Usi adlandırılmışdır. III əsrin sonlarından başlayaraq Bilinq (Changzhou) kapitanlığına verildi. Yuan sülaləsi dövründə (1206-1368) müstəqil bir vilayət oldu və illərcə müstəqil olaraq qaldı.
Ket Susi
Ketrin Ellen Susi (ing. Katherine Elaine Soucie; 20 fevral 1967, Nyu-York, Nyu-York ştatı) — ABŞ səs aktrisası . Adı tez-tez Ket Susi və ya Ket Eleonor Susi kimi qeyd edilir. O, əmək fəaliyyətinə 1979-cu ildə başlamışdır və bu günə kimi fəaliyyətini davam etdirir. O, cizgi filmlərində və cizgi seriallarında (xüsusilə "The Walt Disney Company" tərəfindən istehsal olunanlar), eləcə də video oyunlarda bir çox personajları səsləndirmişdir. Susi Ohayo ştatının Klivlend şəhərində anadan olmuşdur.
Lusi Cons
Lusi Betan Cons (ing. Lucie Bethan Jones; d. 20 mart 1991, Kardiff, Uels, Böyük Britaniya) və ya sadəcə Lusi Cons — Uels əsilli Böyük Britaniya müğənnisi, aktrisası və modeli. O Böyük Britaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Lusi Cons 20 mart 1991-ci ildə Uelsin Kardiff şəhəri yaxınlığında olan kiçik bir kənddə anadan olmuşdur. Kiçik yaşlarından musiqiyə həvəsi olan Lusi Kardiffdə keçirilən konsert və festivallarda çıxış etmişdir. === The X Factor === 2009-cu ildə Lusi Cons Böyük Britaniyanın The X Factor musiqi yarışmasının dinləmələrində iştirak etmişdir. İlk mərhələni uğurla adlayan ifaçı yarışma boyunca göstərdiyi yüksək səviyyəli ifalar sayəsində yarışmanın beşinci həftəsindək yüksələ bilmişdir. Beşinci həftədə isə Lusi Jedward qrupuna məğlub olmuşdur. Nəticələrin açıqlanmasının ardınca bir çox izləyici yayımçı telekanalı saxtakarlıqda ittiham etmişdir.
Lusi Hanna
Lusi Hanna (16 iyul 1874, Linden[d], Alabama – 21 mart 1993, Detroyt, Miçiqan) — Dünyanın ən uzunömürlü sakinlərindən biri. Ən çox yaşayan afrikan-amerikalı olan Hannah dünyanın ən yaşlı sakini adını ala bilməyib. Çünki onunla eyni dövrdə yaşayan Jeanne Calment bu adı götürmüşdü.
Lusi Septimi
Lusi Septimi (lat. Lucius Septimius; e. ə. I əsr – e. ə. I əsr) — Roma hərbçisi və muzdlu əsgəri. O, Axill ilə birlikdə Qney Pompeyin əsas qatillərindən biri kimi tanınır. Misirə qabiniani olaraq təyin edilən Lusi Septimi e.ə. 67-ci ildə Pompeyin quldurlara qarşı müharibəsində iştirak etmişdir. O, "Assassin's Creed Origins" (2017) video oyununda qeyri-oyunçu personajdır.
Lusi Ver
Lusi Avreli Ver (lat. Lucius Ceionius Commodus, Lucius Aelius Commodus, Lucius Aelius Aurelius Commodus; * 15 dekabr 130; † 169 Altinum) — Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuşdur. == Həyatı == === Kimliyi === Doğma atası Lusi Eliy Ver Adrian tərəfindən oğulluğa götürüldüyünə görə qısa müddət imperatorluğa xələf olmuş, lakin 1 yanvar 138- ci ildə Adriandan qabaq vəfat etmişdir. Bundan sonra azyaşlı Lusi Ver növbə üzrə ikinci xələf adlandırılır ki, öz növbəsində imperatorluğu Antonin Piydən Mark Avreli ilə birlikdə qəbul etmiş olur. === Siyasi fəaliyyəti və müştərək imperatorluğu === Karyerasına 153- cü ildə Kvestor, 154-cü ildə konsul kimi başlamışdır. 32 yaşında Pretor, 161- ci ildə təzədən konsul kimi fəaliyyət göstərir. Antonin Piyin ölümündən sonra Mark Avreli artıq hakimiyyətdə olsa da, və senatın idarəetməni tək ona tapşırmasına baxmayaraq hakimiyyəti Lusi Ver ilə bölüşməyi qərara alır. Ciddi və tədbirli Mark Avrelidən fərqli olaraq, Lusu Ver öz kefi üçün yaşamağa, gününü kef məclislərində, əyləncədə keçirməyi üstün tuturdu. Antik mənbələrdə şəxsiyətinə cox tənqidi yanaşılır və o Neron ilə müqqayisə edilir. === Parfiya müharibəsi === 162—166-ci illərdə Ver Parfiya çarlığı ilə müharibədə imperiya qoşunlarına rəhbərlik etmişdir.
Klüver-Büsi sindromu
Klüver-Büsi sindromu – beynin iki gicgah payının ön bölgələrinin daxilində yerləşən badamabənzər cisimlərin dağılması nəticəsində müşahidə olunan bir sıra davranış dəyişiklikləri ilə xarakterizə olunan xəstəlik. Xəstəliyin müşahidə olunduğu heyvanlarda yüksək dərəcəli qorxusuzluq, hər şeyə qarşı maraq, unutqanlıq, hər şeyi ağzına aparma, hətta bərk cisimləri yeməyə çalışma, tez-tez körpə heyvanlarla, hətta fərqli cinsiyyət və növə aid heyvanlarla belə cütləşməyə çalışacaq səviyyədə cinsi impulslar meydana çıxır. Bənzər xəstəlik nadir hallarda insanlarda rast gəlinsə də, simptomlar heyvandakılara oxşar olur. == Səbəblər == Bu xəstəliyin öyrənilməsində meymunların qan qrupları önəmli rol oynayıb. Xəstəlik ilk dəfə insanlarda 1955-ci ildə gicgah lobektomiyası zamanı qeydə alınmışdır. Lakin herpes səbəbli ensefalit və meninqoensefalit zamanı da insanda müşahidə oluna bilər. Həmçinin bir sıra situasiyalar Klüver-Byüsi sindromuna səbəb ola bilər. Məsələn, Pik xəstəliyi, Altshaymer xəstəliyi, işemiya, anoksiya, proqressiv subkortikal qlioz, Rett sindromu, porfiriya və dəm qazı zəhərlənməsi və s. kimi hallar sindorum səbəbkarlarından hesab olunur. == Simptonlar == Sindromun simptomlarını aşağıdakılardır: Xatirələri yada salmaq bacarığının itməsi.
Nəsirəddin Tusi
Nəsirəddin Tusi (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; 18 fevral 1201, Tus, Nizari İsmaili Dövləti – 26 iyun 1274, Kazımiyyə, Bağdad, Elxanilər dövləti) — fars filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Əsasən Marağada yaşamış və fəaliyyət göstərmişdir. Türkoloq Əhməd Zəki Vəlidi Toğana görə Nəsirəddin Tusi türk və monqol dili və yazısını, monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrini öyrənmişdir. Türk dilində əsər yazmışdır. Nəsirəddin Tusinin Molla Nəsirəddin ilə eyni bir şəxs olduğu düşünülür. Bir sıra Azərbaycan alimləri Tusinin azərbaycanlı/türk olduğunu iddia edir. == Həyatı == Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il 18 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün "Tusi" nisbəsi ilə tanınmışdır. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görmüşdür.
Besi Turner
Besi Turner (17 sentyabr 1977) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Besi Turner Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Buci (Sultaniyə)
Buci — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (29 ailə).
Buqi dili
Buqi dili (Basa Ugi, Bahasa Bugis, Bugis, Bugi, De), əsasən İndoneziyanın Sulavesi adalarının cənub hissəsində dörd milyon nəfər tərəfindən danışılan dil.
Buse (Alye)
Buse (fr. Boucé) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03034. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 556 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 321 nəfərdən (15-64 yaş) 237 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 73.3%). Fəal 237 nəfərdən 221 nəfəri (122 kişi və 99 qadın), 16 nəfəri işsizdir (7 kişi və 9 qadın). 84 hərəkətsiz 27 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 35 digər səbəblərə görə fəaliyyətsizdir.
Nəsrəddin Tusi
Nəsirəddin Tusi (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; 18 fevral 1201, Tus, Nizari İsmaili Dövləti – 26 iyun 1274, Kazımiyyə, Bağdad, Elxanilər dövləti) — fars filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Əsasən Marağada yaşamış və fəaliyyət göstərmişdir. Türkoloq Əhməd Zəki Vəlidi Toğana görə Nəsirəddin Tusi türk və monqol dili və yazısını, monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrini öyrənmişdir. Türk dilində əsər yazmışdır. Nəsirəddin Tusinin Molla Nəsirəddin ilə eyni bir şəxs olduğu düşünülür. Bir sıra Azərbaycan alimləri Tusinin azərbaycanlı/türk olduğunu iddia edir. == Həyatı == Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il 18 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün "Tusi" nisbəsi ilə tanınmışdır. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görmüşdür.
Tusi cütü
Tusi cütü – riyaziyyat terminidir. Kiçik çevrə radiusu kiçik çevrənin diametrinə bərabər olan böyük çevrənin içində fırlanır. == Orijinal təsviri == == Tarixi == Tusi cütü ilk dəfə 13-cü əsrdə Nəsrəddin Tusi tərəfindən təklif edilmişdir. == Təsiri == Cim Xəlili “Elm tarixi və müsəlman alimlər” kitabında Nikolay Kopernikin Tusinin hazırladığı “Tusi cütü” riyazi fikrindən istifadə etdiyini qeyd edir.
Şeyx Tusi
Şeyx Tusi (fars. شیخ توسی‎; tam adı: Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi, fars. ابوجعفر محمد بن حسن توسی‎; 995[…] və ya 995, Tus – 2 dekabr 1067 və ya 1067, Nəcəf) — fars əsilli islam alimi. HQ. V əsrin Şiə-Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi oktyabr 995-ci ildə Tus şəhərində kasıb bir ailədə dünyaya gəlmişdir. 1017/1018-ci ilə qədər bu şəhərdə yaşamışdır. 7 dekabr 1067-ci ildə Nəcəf şəhərində vəfat etmiş və vəsiyyətinə əsasən bu şəhərdəki evində dəfn olunmuşdur. Dəfn olunduğu ev sonradan Tusi məscidi'nə çevrilmişdir. == Təhsili == Tus şəhərində yaşadığı 995–1017/1018-ci illərdə müqəddimə elmlərindən dərs demişdir. Təhsilini davam etdirmək məqsədilə 1017/1018-ci illərdə Bağdada köçmüşdür.
Şərəfəddin Tusi
Şərəfəddin Müzəffər ibn Məhəmməd bin Müzəffər ət-Tusi (təq. 1135, Tus, Abbasilər xilafəti – 1213, güm. Bağdad, Abbasilər xilafəti) — riyaziyyatçı və astronom. == Həyatı == Həyatına dair yetərli bilgi yoxdur. Nisbəsindən Xorasan bölgəsindəki Tus şəhərindən olduğu anlaşılır. Təbaqət kitablarında onunla ilgili olaraq verilən dağınıq və sınırlı bilgilərdən bir çox elm mərkəzini dolaşdığı, Mosul, Hələb və Dəməşqdə qaldığı, Həmədana da uğradığı öyrənilməkdədir. Onun riyaziyyat elmini yaxşı bildiyini və hikmət mövzusunda bilgi sahibi olduğunu söyləyən İbn əl-Kıfti, Hələbə gəldiyi sırada Əbül-Fəzl Bünyaminin (ö. 1207) ondan dərs aldığını bildirir. Bünyamin ondan hesab, astronomiya və digər əqli elmləri ox00umuşdur. İbn Əbu Usaybia da Əbül-Fəzl Müəyyidəddin Məhəmməd ibn Əbdülkərim əl-Mühəndis əl-Harisidən (ö.
Əsədi Tusi
Əsədi Əbu-Nəsr Əli ibn Əhməd Tusi (?, Tus — 1072, Təbriz) — İran şairi. == Həyatı == Əsədi Əbu-Nəsr Əli ibn Əhməd Tusi məşhur fars-tacik şairidir. XI əsrdə Xorasanda hərc-mərclik yarandı. Səlcuqlular İranın qərbindən Kiçik Asiyaya doğru hərəkət etdilər. Buna görə fars dili geniş şəkildə yayıldı və Azərbaycan üslubu yarandı. Xorasanda yaranmış vəziyyətə görə bir çox farsdilli şairlər Xorasandan Azərbaycana köç etdi, o cümlədən Əsədi Tusi Təbrizə gəldi. Əsədi Tusi ömrünün mühüm hissəsini Azərbaycanda (əsasən Naxçıvanda və Gəncədə) keçirmişdir. O, əsərlərinin çoxunu Naxçıvan hakimi Əbu-Düləfə həsr etmişdir. Əbu-Düləfin Əsədiyə səxavəti isə dillər əzbəri olmuşdur. O, "Lüğəti-fürs"ün ("Fars lüğəti"nin) müəllifi idi və bir çox kitabların tərtibçisi olub.
Husi hərəkatı
Husilər və ya rəsmi adı ilə Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş təşkilat. Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn əl-Husiyə görə verilmişdir. 2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004-cü ildə silahlı iğtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
Lusi Rie
Lusi Rie (Almanca tələffüz: [lʊtsiː ʀiː]; 16 mart 1902[…], Vyana – 1 aprel 1995[…], London) Avstriya doğumlu, müstəqil, Britaniyalı studio dulusçusu keramikaçıların əksəriyyəti kişi olan zaman bu sənətdə çalışırdı.
Əbdülmalik Husi
Əbdülmalik əl-Husi (ərəb. عبد الملك الحوثي‎) (1 yanvar 1979) — Yəmən zeydilərinin lideri, Hüseyn əl-Husinin qardaşı. == Həyatı == Hüseyn Bədrəddin əl-Husinin qardaşı olan Abdulmalik əl-Husi 1979-cu ildə dünyaya gəlib. Özəl təhsil müəssisəsində dərs almış Abdulmalik ailəsinin elimi təcrübəsindən bəhrələnərək, 13 yaşında atası tərəfindən Əllamə kimi elmi ada layiq görülüb. O 2004-cü il hadisələrində mübarizə meydanında qardaşının yanında önəmli yer tutub. 2004-cü il hadisələri bir müddət sonra yenidən təkrarlanır. 2005-ci ildə Yəmən hökuməti Husilərə qarşı təhdid siyasəti yürüdür. Belə ki, həmin ildə baş vermiş qiyamda 700 nəfər öldürülür, 2708 nəfər yaralanır. O zaman hərəkatın başında duran Abdullah Ayza ər-Rezami təslim olmaq məcburiyyətində qalır.
Hüseyn əl-Husi
Hüseyn əl-Husi (ərəb. حسين بدر الدين الحوثي‎; 20 avqust 1959 – 10 sentyabr 2004) — Yəmən zeydilərinin lideri. == Həyatı == Ənsarullah adlı hərəkatın ilk lideri olan bu şəxs Bədrəddin Husinin böyük oğludur. O 1956–2004-cü illərdə yaşayıb. Tez-tez İran və Livana səfərlər edib. Sudan respublikasında şəriət elmi üzrə ali təhsil alan Hüseyn Əl-Husi ölkədəki zeydilərlə birlikdə 1990-cı ildə Hizbul Haqq partiyasını yaradır. 1993-cü ildə ölkənin parlament seçkilərində yüksək səs toplayaraq, məclis üzvü olur. Lakin 1997-ci ildə siyasi səbəblərdən deputat mandatından imtina edərək, Husilər hərəkatını yaradır. 2004-cü ildə ABŞ və İsrail əleyhinə apardığı təbliğatlar nəticəsində hakimiyyətin təzyiqi ilə qarşılanır. Həmin il Yəmən ordusu və Husilər arasında qarşıdurma yaşanır.
Suşi
Suşi (yap. 寿司, 鮨, 鮓) — balıqdan hazırlanmış yemək növü. İlk suşi adlı yemək Cənubi Asiyada meydana gəlmişdir. Təmizlənmiş və müxtəlif hissələrə bölünmüş balıqlar nazik təbəqələr formasında düzülür. İçərisinə duz da əlavə edildikdən sonra qabın ağız hissəsi daş preslərlə örtülürdü. Bir neçə həftədən sonra daşı götürürdülər və əvəzində adi qapaqlarla bağlayırdılar. Bir neçə ay ötdükdən sonra balıq acıyı, mayalanırdı və məhz bundan sonra işlənilməsi üçün hazır sayılırdı. Hələ də Tokionun bir neçə restoranında bu orijinal suşini gələn qonaqlara təklif edirlər. Bu suşinin adı narezushi adlandırılır və sualtı heyvan olan karp balığından hazırlanır. Hazırlanan bu qidanın olduqca sərt qoxusu olur və nəticədə balığın qoxusunu udmağı bacarır.
Büst
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.
Şuşi
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar. Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.
Buş
Buş — soyad. Hironimus Buş — Hollandiyalı rəssam Rebeka Buş — aktrisa Corc Herbert Uoker Buş — Corc Buş (ata) — ABŞ-nin 41-ci prezidenti. Corc Uoker Buş — Corc Buş (oğul) — ABŞ-nin 43-cü prezidenti.
Büi
Büi (fr. Buhy) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — . Əhalisi — 293 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimalda, Serji belediyyənin 28 km qərbdə yerləşir.
Uşi
Uşi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km şərqdə yerləşir. Azərbaycanlıların həyatı ilə bağlı IX–XI əsrlərə aid tarixi abidələr indi də durur. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində "yüksəklik, dağın zirvəsi" mənasında işlənən uç (uş) sözü əsasında əmələ gəlmişdir. Türk dilində uş//uç sözü "son", "başlanğıc", "yuxarı", "zirvə", "qıraq, kənar" mənalarında işlənir. Eyni zamanda qaraqalpaq dilində "dağın zirvəsi" mənasını uşa sözü ifadə edir. Toponimin sonundakı "i" topoformant kimi çıxış edir. Relyef əsasında yaranan sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 167 nəfər, 1873-cü ildə 909 nəfər, 1886-cı ildə 1105 nəfər, 1897-ci ildə 1249 nəfər, 1908-ci ildə 1360 nəfər, 1914-cü ildə 1444 nəfər, 1916-cı ildə 1486 nəfər, 1918-ci ildə 1380 nəfər, 1919-cu ildə 500 nəfər yalnız azərbaycanlılar yaşamışdır.
Hüseyn Muşi
Hüseyn Muşi və ya Dengbêj Huseyno (1936) - kürd müğənni. == Həyatı == Hüseyn Muşi 1936-cı ildə Muşun Orginos kəndində anadan olmuş kürd müğənnisidir. Onların mənşəyi Sasondandır, lakin sonralar Mauba kəndində məskunlaşıblar. Atasının adı Şakir Nimət, anasının adı Hüsniyədir. Məktəbdə oxuyub. O Mauba kəndindən Orginos kəndinə köçüb və orada muxtar şəxs olub. Ona görə də ona Hüseyn Orqinosi deyirdilər. O, evli idi. Doqquz övladı var. 2001-ci il aprelin 8-də vəfat edib.
Kürülü suşi
Kürülü suşi — Yapon mətbəxinin yeməyi. Nori dəniz yosunu, kürüdən, üzüm sirkəsi, balıq, tərəvəz və digər yerli delikateslərlə tamlandırılmış düyüdən ibarət olur. == Suşi haqqında == Suşinin vətəni Yaponiya deyil. Eramızdan əvvəl 500-cü illərdə Tailand, Borneo və Laosda insanlar tutduqları çay balıqlarını düyü içində saxlayıblarmış. Düyü turşuda olan fermentasiyaya bənzər dəyişiklik keçirib balıqların pozulmasını önləyibmış. Bu üsul Çində də istifadə olunarkən 300 il sürən Monqol işğalı zamanı monqolların balıq yeməmələri ucbatından unudulmuşdu. Yaponlar bu ölkələrdən düyü yetişdirməyi öyrənərkən bu saxlanma üsulunu da almışdılar. Böyük qapaqlı qablar içində bir sıra düyü, bir sıra balıq döşəyərək bir il qədər saxladıqları balıqları yeyib düyünü atarlarmış. Zamanla fermentasiya texnikalarının inkişafı ilə gözləmə müddəti bir, iki günə enincə düyünün kəskin və dəyişik dadı xoşlarına gəlib onu da yeməyə başlamışdılar. 17-ci əsrdə düyünün içinə sirkə qoyduqlarında bir neçə gün gözləmələrinə gərək qalmadan eyni ləzzətə çatdıqlarını kəşf etmişdilər.
Layın başı
Layın başı (rus. голова пласта, ing. outcrop, head of bed) — bilavasitə səthi açılan və eləcə də cavan çöküntülərlə örtülmüş şaquli, yaxud maili lay və ya təbəqələrin yuxarı hissəsi.
Le-Buşo
Le-Buşo (fr. Le Bouchaud) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03035. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 213 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 125 yaş arasında (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən fəal, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə 65.0%). Fəal olan 93 nəfərdən 83 nəfəri (45 kişi və 38 qadın), 10 nəfər işsizdir (5 kişi və 5 qadın). 32 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lüsi Dakus
Lüsi Elizabet Dakus (2 may 1995, Norfolk, Virciniya) — amerikalı müğənni-bəstəkar və prodüser. Əslən Virciniya ştatının Riçmond şəhərindən olan Dakus, 2016-cı ildə Matador Records ilə bağladığı müqavilədən sonra buraxdığı "No Burden" albomu ilə diqqətləri üzərinə çəkib. Onun 2018-ci ildə yayımladığı ikinci albomu olan "Historian" müsbət rəylərlə qarşılanıb. Dakusun üçüncü studiya albomu "Home Video" 2021-ci ildə işıq üzü görüb. Dakus, Fibi Bricers və Cülyen Beyker ilə birlikdə yaratdığı indi-rok super qrupu Boygenius-un üzvüdür. == Həyatı == Dacus körpə ikən övladlığa götürüleb. Riçmond şəhərinin yaxınlığında yerləşən Virciniya ştatının Mekaniksvill şəhərində böyüyüb. Özbək və irland əsillidir. Övladlığa götürən anası peşəkar pianoçu və musiqi müəllimi, övladlığa götürən atası isə qrafik dizaynerdir. Dakus musiqiyə erkən yaşlarından maraq göstərib.
Lüsi Lauless
Lucy Lawless (ing. Lucille Frances Ryan, 29 mart 1968, Mount Albert[d], Oklend regionu[d]) — ABŞ pop və ritm-end-blüz müğənnisi, mənşəcə barbadosludur. Amerikan "Zena: Cəngavərlərin şahzadəsi" serialında baş qahramanıdır. == Həyatı == Lüsi Louless (ingLucy Lawless, d.29 Mart 1968,Mount Albert, Auckland),Yeni Zelandiyalı aktrisa və müğənni.Beynəlxalq mükafat almış Televiziya serialı Zena: Cəngavər Şahzadəsində 1995-dən 2001-ə qədər canlandırdığı Zena rolu ilə tanınmışdır.Bundan başqa Battlestar Galacticada da önəmli rol almışdır.Sonuncu çəkildiyi serial Spartacus: Blood and Sand və Spartacus: Vengeancedə Batiatın arvadı rolunu canlandırmışdır(ancaq serialın İntiqam hissəsində Batiat yoxdur). == Şəxsi həyatı == Lüsi 19 yaşında Qarz Loulessdən hamilə qalmışdır.1988-ci ildə Kalgoorlie,Avstraliyada evləndilər.Yeni Zelandiyaya qayıdanda Deysi Louless adlı qızları doğulmuşdur.(doğum tarixi 15 iyul 1988-ci il).Cütlük 1995-ci ildə boşanmışlar.Lüsi daha sonra Zenanın yaradıcısı Robert G. "Rob" Tapert ilə 28 Mart 1998-ci ildə evləndi.Julius Robert Bay Tapert (doğum tarixi 16 Oktyabr 1999) və Judah Miro Tapert (doğum tarixi 7 May 2002) adında iki oğulları var.
Luşi-Monfan
Luşi-Monfan (fr. Louchy-Montfand) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03149. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 453 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 288 nəfərdən (15–64 yaş) 216 nəfəri iqtisadi cəhətdən fəal, 72 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75,0%, 1999-cu ildə 77,1%). Fəal 216 nəfərdən 208 nəfəri (114 kişi və 94 qadın) işləyir, 8 nəfər işsizdir (1 kişi və 7 qadın).
Xan bağı (Bakı)
Xan bağı — İçərişəhərdə yerləşən və Bakı xan sarayı kompleksinin tərkibində olan tarixi bağdır. Xan bağı sarayın birinci həyətinə, xan ailəsinə məxsus evin qarşısında yerləşir. Bağın mərkəzində kiçik hovuz yerləşir. Həmçinin bağ ərazisində ovdan və təndir vardır. Park ərazisində Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları vardır. 2018-ci ildən Bakı xan sarayı kompleksi ərazisində bərpa və yenidənqurma işlərinə start verilmişdir. == Tarixi == Bakı xan sarayı şəhərin qədim nüvəsi olan İçərişəhərdə tikilmişdi. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır. Azərbaycanın SSRİ tərkibinə qatılmasına kimi sarayın birinci həyətində bulaqlar və bağ mövcud idi.
Yapon bağı (Bakı)
Yapon bağı — Azərbaycanın Bakı şəhərində, Xətai rayonunun Heydər Əliyev parkında yerləşən yapon üslubunda bağ. == Tarixi == Azərbaycanda ilk yapon bağı 2009-cu ilin oktyabrında İsmayıllı rayonunda tikilmişdir. Açılış mərasimində prezident İlham Əliyev iştirak etmişdir. Bakıda yapon bağının salınması barədə qərar 2014-cü ildə verilmişdir. Tikinti işləri isə 2015-ci ilin fevralında başlamışdır. Tikintidə Yaponiyadan gəlmiş 11 nəfər mütəxəssis çalışmışdır. Bağın açılışı 15 oktyabr 2015-ci ildə baş tutmuşdur. Açılış mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış "Kosugi Zohen" şirkətinin prezidenti Saki Kosuqi və rayon sakinləri, səlahiyyətli şəxslər iştirak ediblər. == Xüsusiyyətlər == Parkda qədim Yaponiya mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar, torii quraşdırılıb, İtaliyanın Pistoya şəhərindən gətirilmiş sakura, aser, şam ağacı və digər yapon mənşəli ağac və gül kolları əkilib. Xızı rayonundan gətirilən təbii qaya və çay daşlarından şəlalə kompleksi yaradılıb, eləcə də oturacaqlar quraşdırılıb.