Uşi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.[2]
Kənd | |
Uşi | |
---|---|
40°20′54″ şm. e. 44°22′23″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Karbi mahalı |
Rayon | Əştərək rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.400 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 4 km şərqdə yerləşir. Azərbaycanlıların həyatı ilə bağlı IX–XI əsrlərə aid tarixi abidələr indi də durur.
1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[3], 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.
Toponim türk dilində "yüksəklik, dağın zirvəsi" mənasında işlənən uç (uş) sözü[6] əsasında əmələ gəlmişdir. Türk dilində uş//uç sözü "son", "başlanğıc"[7], "yuxarı", "zirvə", "qıraq, kənar"[6] mənalarında işlənir. Eyni zamanda qaraqalpaq dilində "dağın zirvəsi" mənasını uşa sözü ifadə edir[6].
Toponimin sonundakı "i" topoformant kimi çıxış edir. Relyef əsasında yaranan sadə toponimdir.
Kənddə 1831-ci ildə 167 nəfər, 1873-cü ildə 909 nəfər, 1886-cı ildə 1105 nəfər, 1897-ci ildə 1249 nəfər, 1908-ci ildə 1360 nəfər, 1914-cü ildə 1444 nəfər, 1916-cı ildə 1486 nəfər[8], 1918-ci ildə 1380 nəfər[9], 1919-cu ildə 500 nəfər[10] yalnız azərbaycanlılar yaşamışdır.
1918–1919-cu illərdə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuş[11], 1920-ci ildə buraya Türkiyədən köçtirülən ermənilər yerləşdirilmişdir. Azərbaycanlılardan sağ qalanları ata yurdlarına indiki Ermənistanda sovet hökuməti qurulandan sonra dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 291 nəfər, 1926-cı ildə 296, 1931-ci ildə 33 nəfər azərbaycanlı yaşamışdır[8].
SSRİ hökumətinin xüsusi qərarı ilə 1948–49-cu illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından çıxarılıb zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.