Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəzmi Basqın
Cəzmi Basqın (tam adı: türk. Cezmi Baskın; 11 mart 1949, İstanbul) — Türk aktyor və rejissoru. Daha çox "Akasiya dayanacağı" teleserialında olan "Safiyə-Osman" rivması ilə tanınmışdır. Cəzmi Basqın teatra Bakırköy Xalq Evində həvəskar olaraq başladı. Daha sonra həmin teatrda praktikant aktyor olaraq çalışdı. İstanbul İqtisadiyyat və İdarəetmə fakültəsində təhsilini bitirən Cəzmi Basqın, Ayla Alqan və Beklan Alqanın təlimatçı olduğu DMM Dil və Mədəniyyət Mərkəzində teatr təhsili aldı. Bir müddət "qrup oyunçularında" çalışan aktyor, Ankara İncəsənənət Teatrı və Dövlət Teatrında da çalışdı. Ankara Sənət Teatrına məcburi şəhər dəyişikliyi və hərbi xidmət xaricində uzun müddət xidmət etdi. Bu teatrda gənc oyunçuların yetişdirilməsi üçün təlimatçı olaraq iştirak etdi. O, İzmir Dövlət Teatrında iki mövsüm oynadı, ancaq Ankara İncəsənət Teatrına döndü.
Cezmi Basqın
Cəzmi Basqın (tam adı: türk. Cezmi Baskın; 11 mart 1949, İstanbul) — Türk aktyor və rejissoru. Daha çox "Akasiya dayanacağı" teleserialında olan "Safiyə-Osman" rivması ilə tanınmışdır. Cəzmi Basqın teatra Bakırköy Xalq Evində həvəskar olaraq başladı. Daha sonra həmin teatrda praktikant aktyor olaraq çalışdı. İstanbul İqtisadiyyat və İdarəetmə fakültəsində təhsilini bitirən Cəzmi Basqın, Ayla Alqan və Beklan Alqanın təlimatçı olduğu DMM Dil və Mədəniyyət Mərkəzində teatr təhsili aldı. Bir müddət "qrup oyunçularında" çalışan aktyor, Ankara İncəsənənət Teatrı və Dövlət Teatrında da çalışdı. Ankara Sənət Teatrına məcburi şəhər dəyişikliyi və hərbi xidmət xaricində uzun müddət xidmət etdi. Bu teatrda gənc oyunçuların yetişdirilməsi üçün təlimatçı olaraq iştirak etdi. O, İzmir Dövlət Teatrında iki mövsüm oynadı, ancaq Ankara İncəsənət Teatrına döndü.
Bəzmi-Süleyman
Bəzmi-Süleyman, ərəbcə: "Süleymanın məclisi" — Dinə görə, Süleyman peyğəmbər bütün heyvanların və quşların dilini bilirmiş, guya o istədiyi zaman onlar Süleyman peyğəmbərin məclisində hazır olarlarmış.
Cahangir Rəzmi
Cahangir Rəzmi (16 dekabr 1947, Ərak) mükafat qazanmış İranlı fotoqraf və hadisə yerindən xəbərlər fotoqrafiya müəllifi olmaq üçün 1980-ci ildə Pulitzer mükafatı qazandı. Onun fotoşəkili "İranda güllələmə", 27 avqust 1979-cu ildə qəbul olundu və İran qəzeti İttilaatda anonim şəkildə çap oldu.Neçə gün sonra, o, dünyanın çoxsaylı qəzetlərinin ön səhifələrinə çıxdı.Bu fotoqraf,Pulitzer mükafatının 90 illik tarixində yalnız anonim qalibi olmuşdur,çün Rəzminin kimliyi fotoqraf kimi 2006-cı ilə qədər aşkar olunmamışdı.
Əli Nəzmi
Məmmədzadə Əli Məhəmməd oğlu (Əli Nəzmi; 1878, Sarov, Yelizavetpol qəzası – 1 yanvar 1946, Bakı) – şair, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əli Nəzmi 1878-ci ildə Yelizavetpol (Gəncə şəhəri) yaxınlığındakı Sarov kəndində yoxsul ailədə doğulmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra rus-tatar məktəbində oxumuşdur. Atasının vəfatından sonra güzəranı ağır keçdiyindən doğma yurdu tərk edib Orta Asiyanın Buxara və Səmərqənd şəhəriərində iki il tacir dükanında şagird olmuşdur. Mütaliə yolu ilə təhsilini artırmış, klassik Şərq ədəbiyyatını dərindən öyrənmişdir. "Bikəs" təxəllüsü ilə şeirlər də yazmışdır. Ədəbi fəaliyyətə 1904-cü ildə "Şərqi-Rus" qəzetində dərc etdirdiyi "Kənddə ibtida" adlı ilk şeri ilə başlamışdır. 1905-1907-ci illərin inqilabi hərəkatı onun yaradıcılığında dönüş yaratmışdır. Satirik şeirlərini "Məşədi Sijimqulu", "Kefsiz" və s.
Bəzmi Qadınəfəndi
Bəzmi Qadınəfəndi və ya Bəzmiara Qadınəfəndi (1834, Çərkəzistan – 25 yanvar 1909, Konstantinopol) — 31-ci Osmanlı sultanı Sultan Əbdülməcidin xanımlarından biri. Əslən çərkəz olan Bəzmi xanım Misir hakimi Kavalalı Mehmed Əli Paşanın oğlu İsmayıl Kamil Paşanın övladlıq aldığı qız uşaqlarından biri idi. Üstəlik, İsmayıl Kamil Paşa sədrəzəm Xəlil Həmid Paşanın nəvəsi Fatma Zəhra xanımla evli idi və bu səbəblə, uşaqlıq illərində mükəmməl saray təlim-tərbiyəsi almışdır. İsmayıl Kamil Paşanın vəfatından sonra 1822-ci ildə analığı Fatma Zəhra xanımla birlikdə İstanbula dönən Bəzmi xanım qısa zamanda gözəlliyi ilə paytaxtda məşhurlaşdı. Sultan Əbdülməcid Fatma Zəhra xanımı ziyarəti əsnasında gördüyü Bəzmi xanımı nigahına almaq istəsə də, onun bu təklifi ilk başda geri çevrildi. Ancaq çox keçmədən cütlük 1849-cu ildə nigahlandı və Bəzmi xanım altıncı qadınəfəndi ünvanı alaraq Sultan Əbdülməcidin Çırağan sarayındakı hərəminə daxil oldu. 22 fevral 1850-ci ildə ilk övladı Mukbilə Sultanı dünyaya gətirən Bəzmi Qadınəfəndi bu övladını bir neçə ay sonra körpə yaşlarında itirdi. Misir saraylarındakı sərbəst həyat tərzinə uyğunlaşan Bəzi Qadınəfəndi hərəmdəki qapalı həyata uyğunlaşa bilmədi. Sultan Əbdülməcidin digər xanımlarıyla münasibətləri pis idi və bu səbəblə qısa zaman sonra gözdən düşdü. Nəticədə 2 iyun 1859-cu ildə Sultan Əbdülməcid bu xanımı boşadı.
Abel cəmi
λ = {λ0, λ1, λ2, …} sonsuza istiqamətlənmiş artan bir ardıcıllıq olarsa və λ0 ≥ 0 olduğunda, əgər λn = n şərti ödənərsə, Abel cəmi metodu əldə edilə bilir. Burada f ( x ) = ∑ n = 0 ∞ a n exp ⁡ ( − n x ) = ∑ n = 0 ∞ a n z n , {\displaystyle f(x)=\sum _{n=0}^{\infty }a_{n}\exp(-nx)=\sum _{n=0}^{\infty }a_{n}z^{n},} Burada z = exp(−x) bərabərliyi mövcud olur. Beləliklə, x müsbət həqiqi ədədlərdən 0-a yaxınlaşdığında ƒ(x)-in limiti z 1-ə aşağıdan yaxınlaşdığında ƒ(z)-nin limitinə bərabər olur. Bu halda Abel cəmi A(s)s A ( s ) = lim z → 1 − ∑ n = 0 ∞ a n z n {\displaystyle A(s)=\lim _{z\rightarrow 1^{-}}\sum _{n=0}^{\infty }a_{n}z^{n}} şəklində təyin edilir. Abel cəmi Sezaro cəmi ilə uyumludur, ancaq ondan daha qüvvətli üsul hesab olunur. Ck(s)-nin təyin edildiyi bütün nöqtələrdə A(s) = Ck(s) bərabərliyi mövcud olur.
Borel cəmi
Borel cəmi — ardıcıllıqların toplanması üçün bir ümumiləşdirilmədir. Bu anlayış hər hansı bir cəm dəyəri olmayan dağılan ardıcıllıqlar üçün belə bir böyüklük dəyəri təyin edə bilir. y = ∑ k = 0 ∞ y k z − k {\displaystyle y=\sum _{k=0}^{\infty }y_{k}z^{-k}} z-də bir baza ardıcıllığı olsun və y {\displaystyle y} -nin Borel çevrilməsi B y {\displaystyle {\mathcal {B}}y} aşağıdakı şəkildə təyin edilsin. ∑ k = 0 ∞ y k + 1 k ! t k {\displaystyle \sum _{k=0}^{\infty }{\frac {y_{k+1}}{k!}}t^{k}} B y {\displaystyle \scriptstyle {\mathcal {B}}y} -nin sıfırdan fərqli bir yığılma radiusu olduğu, B y {\displaystyle \scriptstyle {\mathcal {B}}y} -nin y ^ ( t ) {\displaystyle \scriptstyle {\widehat {y}}(t)} kimi bir funksiyaya bütün müsbət həqiqi ədədlər üçün davam etdirilə bilindiyi, y ^ ( t ) {\displaystyle \scriptstyle {\widehat {y}}(t)} -nin həqiqi ədədlər çoxluğunda eksponensial sürətlə böyüdüyü qəbul edilsin. Bu halda y-in Borel cəmi y ^ ( t ) {\displaystyle \scriptstyle {\widehat {y}}(t)} -nin Laplas çevrilməsinə bərabər olur.
Camal Əzmi
Mehmed Camal Əzmi bəy (türk. Mehmet Cemal Azmi Bey, 1868, Ərəbgir[d] – 17 aprel 1922, Berlin) — Osmanlı siyasətçisi, dövlət xadimi, Trabzon vilayətinin valisi. Birinci Dünya müharibəsi dövründə fövqəladə mülki və hərbi səlahiyyətlərlə Trabzon valisi olaraq xidmət göstərən Camal Əzmi müharibədən əvvəl təsis edilən məhkəmə tərəfindən Erməni soyqırımını törətməklə təqsirləndirilərək edam edilmiş və erməni terrorçularının təşkil etdiyi sui-qəsd nəticəsində Almaniyanın paytaxtı Berlin şəhərində qətlə yetirilmişdir. Mübahisəli bir şəxsiyyət olan Camal Əzmi bir tərəfdən Trabzon valiliyi dövründə minlərlə erməninin öldürülməsiylə təqsirləndirilmiş və "Trabzon qəssabı" adlandımışlır, digər t rəfdən isə Rusiya donanmasının Trabzon şəhərini bombalamasına qarşı durmuş, Osmanlı ordusunu ərzaqla təmin etmək və türk əhalini erməni terrorçu qrupların hücumlarından qorumaq üçün böyük səy göstərən bir şəxs olaraq bilinir.
Eyler cəmi
Eyler cəmi — yığılan və dağılan ardıcıllıqlar üçün istifadə olunan bir cəm metodu. Bir Σan ardıcıllığının Eyler çevrilməsi bir qiymətə yaxınlaşırsa bu qiymət Eyler cəmi olaraq adlandırılır. q ≥ 0 olmaq şərtiylə Eyler cəmi (E, q) olaraq göstərilən ümumi üsullar çoxluğu içində sayıla bilər. (E, 0) mümkün (yığılan) cəmi ifadə etdiyi halda, (E, 1) mümkün Eyler cəmini ifadə edir. Bu üsulların hamısı Borel cəmindən gücsüz olmasına baxmayaraq, q > 0 halında Abel cəmiylə müqayisə edilə bilməzlər. Eyler cəmi alternativ ardıcıllıqların yığılmasını sürətləndirmək məqsədilə istifadə edilir. Bu üsulla dağılan toplananların da hesablanması mümkün ola bilir. E y ∑ j = 0 ∞ a j := ∑ i = 0 ∞ 1 ( 1 + y ) i + 1 ∑ j = 0 i ( i j ) y j + 1 a j = lim n → ∞ ∑ j = 0 n a j ⋅ y j + 1 ∑ i = j n ( i j ) ( 1 + y ) i + 1 {\displaystyle _{E_{y}}\,\sum _{j=0}^{\infty }a_{j}:=\sum _{i=0}^{\infty }{\frac {1}{(1+y)^{i+1}}}\sum _{j=0}^{i}{i \choose j}y^{j+1}a_{j}=\lim _{n\to \infty }\sum _{j=0}^{n}a_{j}\cdot y^{j+1}\sum _{i=j}^{n}{\frac {i \choose j}{(1+y)^{i+1}}}} Bu üsul təkrarlama yoluyla tətbiq edilə bilmir. Bunun səbəbi isə E y 1 ∑ E y 2 ∑ = E y 1 y 2 1 + y 1 + y 2 ∑ {\displaystyle _{E_{y_{1}}}\sum \,_{E_{y_{2}}}\sum =\,_{E_{\frac {y_{1}y_{2}}{1+y_{1}+y_{2}}}}\sum } bərabərliyinin mövcudluğudur.
Nəzarət cəmi
Nəzarət cəmi (Checksum) – tamlığa nəzarət mexanizmidir, əsasən verilənlərin saxlanması və şəbəkə protokollarında istifadə edilir. Nəzarət cəmi müəyyən alqoritmlə hesablanır, verilənlərə əlavə edilir və yadda saxlanır. Nəzarət cəmini bilən şəxs həmin verilənlər üçün nəzarət cəmini hesablayıb müqayisə etməklə məlumatın dəyişdirilmədiyinə əmin ola bilər. Bəzi səhvlər – məlumatda baytların yenidən nizamlanması, sıfırlardan ibarət baytların daxil edilməsi və ya çıxarılması, nəzarət cəmini əks istiqamətlərdə artıran və azaldan səhvlər – nəzarət cəmində aşkarlana bilmir. Bu problemdən yaxa qurtarmaq üçün kriptoqrafik nəzarət cəmləri – kriptoqrafik heş funksiyalar daxil edilir. İmamverdiyev Y.N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
Qırxlar cəmi
Qırxlar cəmi (türk. Kırklar Cemi) və ya Qırxlar məclisi (türk. Kırklar Meclisi) — Ələvilik və Bəktaşilikdə toplu ibadət. Ənənəyə görə, Məhəmməd 621-ci ildə Meracdan qayıtdıqdan sonra "qırx müqəddəs"i ziyarət etmiş və onlarla bu ibadəti yerinə yetirmişdir. Bu toplu ibadət məsciddə yox, cəm evində yerinə yetirilir.
Sezaro cəmi
Sezaro cəmi — riyazi analizdə sonsuz ardıcıllığa cəm dəyəri vermənin xüsusi bir yolu {an} bir silsilə olması şərtilə s k = a 1 + ⋯ + a k {\displaystyle s_{k}=a_{1}+\cdots +a_{k}} ifadəsinin ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} ardıcıllığının k-cı qismi cəmi olduğu güman edilərsə, lim n → ∞ s 1 + ⋯ s n n = lim n → ∞ n a 1 + ( n − 1 ) a 2 + ⋯ 1 a n n = A {\displaystyle \lim _{n\to \infty }{\frac {s_{1}+\cdots s_{n}}{n}}=\lim _{n\to \infty }{\frac {na_{1}+(n-1)a_{2}+\cdots 1a_{n}}{n}}=A} bərabərliyi ödənirsə {an} ardıcıllığının Sezaro cəmi A olur.
Bəzmi-aləm Sultan
Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan. Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi.
Cəmi ət-Təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Bəzmi-aləm Validə Sultan
Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan. Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi.
Yalanların cəmi (film, 2008)
Yalanların cəmi (ing. Body of Lies) — 2008 filmi. Devid Iqnatiyus-un eyni adlı romanından kinoya uyğunlaşdırmışdır. Filmin ssenarisini Vilyam Monahan yazmış və filmə Ridley Skot rəhbərlik etmişdir. Baş rollarda Leonardo DiKaprio və Rassel Krou oynayıb. 10 oktyabr 2008-də ekrana olacağı çatdırılmışdır. Rocer Feris İraq zabitidir. O, terror adlı Əl-Səlimi izləyir. O, Şimali Amerikada informasiya təklif etməyə hazır olan terror təşkilatının üzvü ilə görüşüb. O, Boss, Ed Hofman etirazlarına baxmayaraq, o nizar işini görməyə razıdır.
Ceymi Karrager
Ceyms "Ceymi" Karrager (28 yanvar 1978[…]) — İngiltərə futbolçusu, Liverpulun vitse-kapitanı və müdafiəçi. 2004 və 2006-cı illərdə İngiltərə milli futbol komandasında oynamışdır.
Ceymi Kuk
Ceymi Robert Kuk (8 iyul 1985, Şeffild, Yorkşir və Hamber[d]) – İngiltərəli gitaraçı və bəstəkar. O indi-rok qrupu Arctic Monkeys-in üzvü kimi tanınır.
Ceymi Marqolin
Ceymi Marqolin (ing. Jamie Margolin; 10 dekabr 2001, Sietl, Vaşinqton) — ABŞ ətraf mühit fəalı. "Zero Hour" təşkilatının qurucularından biri. "CNN" və "HuffPost" kimi müxtəlif kütləvi informasiya vastələri üçün məqalələr yazmışdır. 2017-ci ildə 15 yaşında olan Ceymi Nadia Nazar, Zanaqi Artis və digər gənc fəallarla birlikdə iqlim dəyişikliyi gənclər təşkilatı olan "Zero Hour"u qurur. O, təşkilatın icraçı direktorlarından biri idi. Marqolin, Puerto-Rikoda Mariya qasırğasından sonra keçirdiyi təcrübələr və 2017-ci ildə Vaşinqtondakı meşə yanğınları zamanı şəxsi təcrübələri nəticəsində "Zero Hour"un həmtəsisçisi olub. Qız sabit iqlimin insan hüququ olduğunu əsas gətirərək, iqlim dəyişikliyi ilə mübarizədə hərəkətsizliyə görə Vaşinqton əyalətini məhkəməyə verərək Vaşinqtonda iddiaçı kimi məşhurlaşır. Onun iqlim dəyişikliyi ilə bağlı məqalələri "HuffPost", Teen Ink və "CNN" daxil olmaqla bir çox nəşrlərdə dərc olunub. O, 2018-ci ildə Teen Vogue kursunun iştirakçısı olub.
Ceymi Oliver
Ceyms Trevor "Ceymi" Oliver (ing. James Trevor 'Jamie' Oliver; 27.05.1975, Klavering, Esseks) — ingilis aşpaz, restorator, teleaparıcı, məşhur kulinariya kitablarının müəllifi.
Ceymi Pyetro
Pyetro Cermi (14 sentyabr 1914, Genuya – 5 dekabr 1974, Roma) — italyan kinorejissoru, ssenaristi və aktyoru. Neorealizmin banilərindən biri. Romada Eksperimental kinomərkəzdə əvvəl aktyorluq, sonra rejissorluq şöbələrini bitirmişdir. "Şahid" filmi (1946) rejissor debütü olmuşdur. "Yolunu azmış gənclik" (1947), "Qanun naminə" (1949), "Ümid yolu" (1950, Qərbi Berlin Beynəlxalq kinofestivalının mükafatı) və "Şəhər müdafiə olunur" (1951, Venesiya Beynəlxalq kinofestivalının mükafatı) filmləri Ceymini neorealizmin aparıcı sənətkarlarından biri etmişdir. Neorealizm hərəkatının tənəzzülü dövründə "Takka del Lupodan olan quldur", "Prezident arvadı" (hər ikisi 1952), "Qısqanclıq" (1953) kommersiya filmlərini çəkmişdir. Ceymi öz filmlərinin həm ssenaristi olmuş, həm də aktyor kimi ("Maşinist", 1956, San-Sebastyan Beynəlxalq kinofestivalının mükafatı; "İradəsiz kişi", 1958, psixoloji dramlarında; antifaşist "Lənətə gəlmiş çaşqınlıq", 1959) yaddaqalan obrazlar yaratmışdır. Onun böyük uğur qazanmış "İtalyansayağı boşanma" (1961, Beynəlxalq Kann kinofestivalının mükafatı, "Oskar" mükafatı), "Aldadılmış və atılmış qadın" (1964), "Xanımlar və cənablar" (1965, Kann Beynəlxalq kinofestivalının baş mükafatı) filmləri "italyansayağı komediya"nın əsasını qoymuşdur. "Əxlaqsız" (1967), "Serafino" (1968, Moskva Beynəlxalq kinofestivalının baş mükafatı), "Şabalıdlar dadlıdır" (1970), "Alfredo, Alfredo" (1971) və s. filmləri var.
Ceymi Vardi
Ceymi Vardi 11 yanvar 1987-ci ildə İngiltərədə anadan olub. Premyer Liqa klubu Leicester City və İngiltərə millisində forvard rolunu oynayan İngilis peşəkar futbolçusudur. 16 yaşında sərbəst buraxıldıqdan sonra Vardi, Stocksbridge Park Steels ilə karyerasına başladı, 2007-də ilk komandaya girdi və üç mövsüm orada keçirərək 2010-cu ildə Şimali Premyer Liqa klubu FC Halifax Town'a qatıldı. 25 qol vurdu debüt mövsümündə klubun "İlin Oyunçusu" mükafatını qazandı və ardından açıqlanmayan bir ödəniş qarşılığında Avqust 2011-ci ildə Konfrans Premyer klubu Fleetwood Town-a keçdi. Yeni komandasında ilk mövsümündə 31 liqada qol vurdu və bölüyü qazandıqları üçün komandanın "İlin oyunçusu" mükafatını qazandı. 2012-ci ilin may ayında Vardi Leicester City-də çempionluqda 1 milyon funt-sterlinq olmayan rekord transfer qiyməti ilə müqavilə imzaladı və komandanın 2014-cü ildə çempionluğu qazanmasına kömək etdi. 2015-16 Premyer Liqa mövsümündə ardıcıl on bir Premyer Liqada qol vurdu. Matçlarda Ruud van Nistelrooyun rekordunu qırdı və Premyer Liqada Sezonun Ən Yaxşı Oyunçusu və Festival Liderini autsayder olaraq İlin Futbolçusu seçildi. 2019-20 mövsümündə Premyer Liqanın Qızıl Çəkməsini qazandı və mükafatı alan ən yaşlı oyunçu oldu. O, eyni zamanda 38 qolla "ilk 6" ya qarşı ən çox Premyer Liqada vurduğu rekordun sahibidir.
Pyetro Cermi
Pyetro Cermi (14 sentyabr 1914, Genuya – 5 dekabr 1974, Roma) — italyan kinorejissoru, ssenaristi və aktyoru. Neorealizmin banilərindən biri. Romada Eksperimental kinomərkəzdə əvvəl aktyorluq, sonra rejissorluq şöbələrini bitirmişdir. "Şahid" filmi (1946) rejissor debütü olmuşdur. "Yolunu azmış gənclik" (1947), "Qanun naminə" (1949), "Ümid yolu" (1950, Qərbi Berlin Beynəlxalq kinofestivalının mükafatı) və "Şəhər müdafiə olunur" (1951, Venesiya Beynəlxalq kinofestivalının mükafatı) filmləri Ceymini neorealizmin aparıcı sənətkarlarından biri etmişdir. Neorealizm hərəkatının tənəzzülü dövründə "Takka del Lupodan olan quldur", "Prezident arvadı" (hər ikisi 1952), "Qısqanclıq" (1953) kommersiya filmlərini çəkmişdir. Ceymi öz filmlərinin həm ssenaristi olmuş, həm də aktyor kimi ("Maşinist", 1956, San-Sebastyan Beynəlxalq kinofestivalının mükafatı; "İradəsiz kişi", 1958, psixoloji dramlarında; antifaşist "Lənətə gəlmiş çaşqınlıq", 1959) yaddaqalan obrazlar yaratmışdır. Onun böyük uğur qazanmış "İtalyansayağı boşanma" (1961, Beynəlxalq Kann kinofestivalının mükafatı, "Oskar" mükafatı), "Aldadılmış və atılmış qadın" (1964), "Xanımlar və cənablar" (1965, Kann Beynəlxalq kinofestivalının baş mükafatı) filmləri "italyansayağı komediya"nın əsasını qoymuşdur. "Əxlaqsız" (1967), "Serafino" (1968, Moskva Beynəlxalq kinofestivalının baş mükafatı), "Şabalıdlar dadlıdır" (1970), "Alfredo, Alfredo" (1971) və s. filmləri var.
Cemi Aleksandr
Cemi Aleksandr (14 mart 1984) Amerikalı aktrisadır. O, daha çox Kyle XY adlı serial və Thor, Thor: The Dark World (Tor: Qaranlıq dünya) filmlərindəki rolları ilə tanınır. Jaimie Alexander Cənubi Karolina ştatının Greenville şəhərində anadan olub, lakin dörd yaşında ikən ailəsi ilə birlikdə Texas ştatının Grapevine şəhərinə köçüb. İbtidai sinifdə hobbi kimi teatr dərsləri almış, lakin orta məktəbdə mahnı oxuya bilmədiyi üçün məktəbdən qovulmuş və bunun əvəzinə idmanla məşğul olmuşdur. 17 yaşında olarkən skautinq agentliyi ilə görüşdə dostunun yerini tutmuş və ona bəzi ssenarilər göndərən meneceri Rendi Ceymslə tanış olmuşdur. Orta məktəbi bitirdikdən sonra aktyorluq fəaliyyətini davam etdirmək üçün Los-Ancelesə, Kaliforniyaya köçmüşdür. Onun karyerası 2003-cü ildə mükafat qazanan aşağı büdcəli film olan The Other Side (2006) filmində Hanna Tompson rolunu oynaması ilə başlamışdır. DVD şərhinə görə, o, əvvəlcə kişi aktyorlara qarşı çıxaraq kömək etmək üçün seçimlərdən keçmişdir, lakin rejissor Gregg Bishop onun replikaları ifa etdiyini eşitdikdən sonra onu baş rola çəkmək qərarına gəlmişdir. Onun ikinci rolu 2004-cü ildə Saranın köməkçi baş rolda çəkildiyi “Squirrel Trap” (2004) filmində olub. Bir il sonra o, ABC Ailəsi serialı Kyle XY (2006) serialında Jessi XX rolunu oynamış və burada laboratoriya təcrübəsi olaraq alimlər tərəfindən yaradılmış fövqəlbəşər varlıq rolunu oynamışdır.
Ceymi Li Körtis
Ceymi Li Körtis (22 noyabr 1958[…], Santa-Monika, Kaliforniya) — ABŞ aktrisası. Hezer Lencenkemp 22 noyabr 1958-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərində aktyor Toni Krtis və aktrisa Canet Li ailəsində dünyaya gəlmişdi. Valideynləri 1962-ci ildə anasının yanına qalmış və bir müddət sonra anası yenidən ailə qurmuşdur. 1976-cı ildə orta məktbəi bitirdikdən sonra Stokton şəhərində aktyorluq peşəsi üzrə təhsilinə başlamışdır. Bir müddət sonra filmlərdə rol almış və 1978-ci ildə məşhur sleşer janrında çəkilən Hellovin filmində iştirak etmişdir. Ardınca, bir çox filmlərdə, o cümlədən, "Hellovin" filminin seriyalarında rol almışdır. Ceyminin bacısı Kelli Körtis aktrisadır. Ceymi Li Körtis — Internet Movie Database saytında.
Cizgi
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Cəhim
Cəhim — İslam dinində Cəhənnəmin 4-cü təbəqəsinə verilən ad.
Cəhri
Cəhri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilmiş, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Oykonim xalq toponimik termini olan cəhir/cühür sözünün fonetik dəyişməsi olub, "çayın alçaq sahili" deməkdir. Cəhri qəsəbəsi çox qədim yaşayış məskəni olmuşdur. Bunu onun hazırda yerləşdiyi ərazidə aparılan qazıntılar nəticəsində aşkar olunmuş kurqanlar və 2-3 min ilə qədər yaşı olan küp qəbirlər və qəbirlərdən çıxan gildən hazırlanmış qablar və müxtəlif məişət əşyaları sübut edir. 1904-1905 ci illərdə erməni soyğunlarına məruz qalmış, Araz-Türk Cumhuriyyətinin yaradılmasında əsas dayaq nöqtələrindən və stratejik mərkəzlərindən biri olmuşdur. 1921-ci il inzibati ərazi bölgüsünə görə Cəhri Naxçıvan qəzasının rayonlarından biri olmuşdur. Bu rayonun mərkəzi Cəhri kəndi olmuş, onun tərkibində 1 qəsəbə 20 kənd olmuşdur. 1929-cu ildə Ermənistan SSR-ə verilən kəndlərdən (Sultanbəy, İtqıran, Almalı, Ağxaç) 1921-ci ildə bu rayonun tərkibində olmuşdur. 19 iyun 2020-ci ildə Cəhri kəndinə qəsəbə statusu verilib.
Cəmil
Cəmil — Azərbaycanlı kişi adı. Cəmil Ağayev — Cəmil Debbouz — Cəmil bəy Haqverdiyev — Cəmil bəy Musayev — Cəmil bəy Vəzirov — Cəmil bəy Köçərlinski — Cəmil bəy Rəfibəyli — Cəmil Cahid bəy Toydəmir — Cəmil bəy Xazalanski — Cəmil Lənbəranski — Cəmil Mərdəm Bəy — Cəmil Sadıqbəyov — Cəmil Kavukçu — Cəmil Çiçək — Cəmil Əlibəyov — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984) Cəmil Quliyev — Azərbaycan kinorejissoru, İctimai Televiziyanın baş direktoru (2013-cü ildən).
Cəngi
Cəngi (rəqs) — Rəqs növü. Cəngi (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Cəngi (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Cəngi GK — Güləş Klubu.
Cəyli
Cəyli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Cəyli oykonimdir. Şirvan düzündədir. Boz Ulus tayfalarından cəklərin adı ilə əlaqələndirilir və etnotoponim hesab edilir. Azərbaycan dilinin bəzi dialektlərinde isə cey sözü "tayfa, nəsil" mənasında işlənir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1567 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Cəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Cəzari
Əl-Cəzari (1136, Cəzirə – 1206, Türkiyə) — 1136–1206-cı illərdə Diyarbəkirdə (Türkiyə) yaşamış müsəlman astronom, ixtiraçı və mühəndisdir. Texnika sahəsindəki yaradıcılığı ilə öz dövrünün tanınmış mühəndisi sayılan Əl-Cəzari Şırnakta anadan olmuşdur. Cəzari su nəql edən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazmış olduğu "Mexaniki sənətin nəzəri və praktiki əsasları" (ərəb. Əl Cəmi Bein Əl-Elm Val-Amal Əl-nafi Fi Sinat) kitabında təsvir etmişdir. Bu kitab XIII əsrdə Avropada bərabəri olmayan, nəzəri və praktiki mexanika haqqında vacib bir texniki əsər sayılırdı. Əl-Cəzarinin kitabında praktiki aspekt çox sahəli olmuşdur, çünki, o yaxşı mühəndis və təcrübəli sənətçi idi. Kitabda müxtəlif qurğuları şəkillərlə izah edərək maşınqayırmanın tarixi üçün dəyərli bir əsər qoymuşdur. Kitabda 50-yə yaxın maşının layihələndirilməsini, hazırlanmasını və yığılmasını təsvir edən texnologiya 6 fəsildə təsvir edilmişdir. Kitabda əsasən iki silindrli nasosların işləmə prinsipi, dişli valların maşınqayırmada tətbiqi, su saatları, deşiklərin dəqiq kalibrlənməsi, tikintidə ağacların laminasiyası, valların statik tarazlanması, kağız modellərin maşınların layihələndirilməsində tətbiqi, bağlı qum qəliblərdə tökmə kimi texnologiyalar tarixdə ilk dəfə olaraq onun tərəfindən izah edilmişdir. Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında hazırlanan bir çox qurğuların tətbiqi ona böyük şöhrət gətirmişdir.
Fəzli
Fəzli Çələbi Füzulizadə (Əski əlifba ilə: فضلی چلبی فضولی زاده; c. 1543–1605) və ya daha çox bilinən adı ilə Fəzli (فضلی) – XVI əsrdə yaşamış və şeirlər yazmış şair. Onun yaradıcılığının əsasını Azərbaycan türkcəsində, farsca və ərəbcə yazdığı şeirlər təşkil edir. Məhəmməd Füzulinin oğlu olan Fəzli xronoqramlar yaratmaqda və şeirlərində tapmacalardan istifadə etməkdəki istedadına görə seçilməkdə idi. Yaradıcılığı zamanı həm əruz, həm də heca vəznində şeirlər yazmışdır. Fəzlinin əsl adı Fəzli Çələbi Füzulizadədir. O, Fəzli ləqəbi ilə şeirlər yazmışdır. Fəzli sözünün mənası "comərdlik və ya bolluq" anlamına gəlməkdədir. Mütəxəsislər bu anlam ilə onun atasının ləqəbinə işarə etdiyini bildirirlər. Belə ki, atasının ləqəbi olan Füzuli sözünün mənası da "qürurlu, çoxlu", həm də "uca, üstün, fəzilətli" kimi tərcümə olunur.
Gərmi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Ləzgi
Ləzgilər (ləzg. лезгияр, лекьер) — əsasən Cənubi Dağıstanda və Azərbaycanın şimal-şərqində yaşayan Qafqaz xalqlarından biri. Ləzgilərin çoxu islam dininin Sünni əqidənin Şafii məzhəbin Müridizm təriqətinə etiqad edir. Qafqaz dillərin Dağıstan grupuna aid Ləzgi dilində danışırlar. Ləzgilərin mədəniyyəti İslam dininə, Ləzgival əxlaq qaydalarına, Ləzgi soylara (sixil) və Ləzgi dilinin istifadəsinə əsaslanır. Ləzgilərin mədəniyyəti, digər Dağıstan xalqlarında olduğu kimi suvarar (adətlər) və İslamdan ibarətdir. Ən önəmli bayramları Ramazan və Qurban bayramlarıdır. Ləzgilərin qeyrət, əxlaq və ədəb anlayışlarına Ləzgival deyilir. Ləzgival heç kim tərəfindən yazılmamış, ləzgilərin arasında öz-özünə formalaşmış yüksək əxlaq və davranış qaydalarıdır. Uşaqlıqdan bəri cəmiyyətin hər bir üzvünün həyatının bütün sahələrini əhatə edər.
Mərmi
thumb|60 sm-lik morze mərmisi Mərmi — düşmənin canlı qüvvəsini, texniki qurğularını və qalalarını məhv etmək üçün topdan atılan vasitədir. Müasir mərmilərin çoxu içərisində yandıqda qaz yığılan yastı dibə malik assimetrik gövdədə hazırlanırlar. Bu güvdə dolu və ya içi boş hazırlanır. Tətbiq məqsədindən asılı olaraq mərmilər faydalı yük aparan olur və ya yox. Mərmi ilə aşağıdakı məqsədlərə nail olmağa cəhd olunur: Deşmək, Partlatmaq, Parça-parça etmək, Tüstü, duman yaratmaq, Yanğın yaratmaq (termit, Napalm, Fosfor və s.), Zəhərlənmə təsiri (bioloji, kimyəvi), Radiaktivlik, Koretmə. Kimyəvi və bioloji mərmilərin, həmçinin çəkisi 400 g-dan az olan yanğın və partlayıcı mərmilərin tətbiqi beynəlxalg hüquq tərəfindən qadağan edilmişdir. Əgər mərmi silindrik boruda yerləşdirilirsə, onun üzərində burulma hərkətini almaq üçün üzük yerlşdirilr.Bu üzlüklər adətən mis və bürüncdən hazırlanır. Raketlə atılan mərmilər xüsusi atıcıdan atılır. Bu atıcının üstün cəhəti ondan ibarətdir ki, onları bir yerdən başqasına aparmaq olur. Əl ilə atılan mərmilərə qranat deyilir.
Xəzri
Xəzri (külək)
Çerri-Hill (Nyu-Cersi)
Çerri-Hill (ing. Cherry Hill) — ABŞ-nin Nyu-Cersi ştatındakı Kamden dairəsində yerləşən şəhər.
Cecim
Cecim (fars. جاجیم‎) — xovsuz xalçalar növünə aid olan xalça. Cecim toxuculuğu qadın əməyi tətbiq edilən ev sənətlərinin ən arxaik növlərindən biridir. Cecimlər eni 30-35 sm, uzunluğu 15-20 metr olan ensiz üfüqi zolaqlara iplik dəzgahın üzərində tikilir. Bu zaman divar xalçası, yataq örtükləri, pərdə qismində istifadə olunan parça alınır. Cecimlərin eni toxucunun ayaqları arasındakı məsafənin eninə bərabər olur, belə ki, parçanın hazırlanması zamanı cecimin eni onun ayaqları arasından keçməlidir. Cecimlərin ornament dekoru müxtəlif və zəngindir. Cecimi bəzəyən müxtəlif şaquli zolaqlar qeyri-adi effektiv, parlaq və dekorativdir. Əksər hallarda toxucular zolaqları məişət əşyalarının (daraq, iplik, şamdan) və həndəsi elementəlrin üslüblaşdırılmış təsvirləri ilə bəzəyirlər. XX əsrin ortalarına qədər nazik cecimlərdən qadın və kişi paltarları tikirdilər.
Cekli
Ceklilər və ya ceklər — Azərbaycan Respublikasıda Şahdağ xalqlarının nümayəndələrindən biri; aborigen azərbaycanlılar. Azərbaycan Respublikasında irili-xırdalı onlarla xalqlar, etnik qrupların nümayəndələri yaşayırlar ki, onlardan biri də, Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün Şahdağ qrupu kimi fərqləndirilən, sayca azlıq təşkil edən, milli etnik qruplardan biri olan ceklilərdir. 1926-cı ildə Quba qəzası üzrə özünü cekli hesab edən cəmi 9 nəfər qeydə alınmışdır. Lakin maraqlıdır ki, bu qəzada cek dilini ana dili hesab edənlərin sayı 3176 nəfər idi. Onlardan 764 nəfəri Quba qəzasının Anıx dairəsində, 1267 nəfər Qonaqkənd dairəsində, 1 nəfər Qusar dairəsində, 492 nəfər Xaçmaz dairəsində və 652 nəfər isə Xudat dairəsində yaşayırdı. Bundan başqa, 1926-cı ildə Nuxa qəzasının Vartaşen dairəsində də cek millətindən 590 nəfər qeydə alınmışdır və onlar hamısı cek dilini ana dilləri hesab edirdilər. Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanın aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir. Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub.
Ceyms
Ceyms — Kişi adı. Ceyms Monro — Amerika Birləşmiş Ştatlarının 5-ci prezidenti Ceyms Byukenen — Amerika Birləşmiş Ştatlarının 17-ci prezidenti Ceyms Coys — irland yazıçı Ceyms Qarfild — Amerika Birləşmiş Ştatlarının 20-ci prezidenti Ceyms Eyveri — aktyor Ceyms Cozef Silvester — Əslən yəhudi olan İngiltərə riyaziyyatçısı Ceyms Naçvey — ABŞ fotojurnalisti və hərbi fotoqrafı. Ceyms Rey — Amerika Birləşmiş Ştatları ordusunun polkovniki. Ceyms Hekman — amerikalı iqtisadçı. Ceyms Mirrlis — şotland iqtisadçı. Ceyms Mid — məşhur ingilis iqtisadçısı. Ceyms Tobin — amerikalı iqtisadçı.