Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cozef
Cozef — şəxs adı. Cozef Stiqlits — amerikalı iqtisadçı. Cozef Debone Qrex — Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Cozef Liklyayder — Amerika alimi. Cozef Lui Prust — fransız kimyaçısı.
Cozef Bayden
Cozef Robinet "Co" Bayden (ing. Joseph Robinette (Joe) Biden, Jr.; 20 noyabr 1942[…], Skranton, Pensilvaniya) — amerikalı siyasətçi, ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti. 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində yerləşən St. Mary's xəstəxanasında irland əsilli ailədə dünyaya gəlmişdir. Bir qız və iki oğlan övladına sahib olan Bayden ailəsində ən böyük övladı idi. Atası əvvəl varlı olsa da, Baydenin uşaqlığı dövründə maddi çətinlikləri var idi. Bayden bir neçə il ana tərəfdən baba və nənəsi ilə birlikdə yaşadı. 1950-ci illərdə Skrenton şəhərində iqtisadi problemlər mövcud idi. Buna görə də atası dəqiq iş tapa bilmirdi. 1953-cü ildən sonra ailəsi Delaver ştatının Kleymont şəhərində mənzil kirayəyə götürdü və bir neçə il orada yaşadılar.
Cozef Bernard
Cozef Bernard (fr. Joseph Bernard; doğum 1836-cı il - ölüm 1931-ci il) — müasir klassik fransız heykəltaraşı. Cozef Bernard Elie Fauerin 1927-ci il müasir incəsənətin "Spirit of Forms" icmalında yer alıb. O, Pyerre-Yulez Kavalyerin Ekol des Beaux-Arts atelyesində təlim keçmişdi. Cozef Bernard 1906-cı ildə La fete des pampres divar qabarmasını, 1912-ci ildə bürüncdən Torso de La Jeune Fille a la cruche heykəlini hazırlamışdır. Cozef Bernard yaradıcılığında daş, bürünc, gipsdən və mərmərdən istifadə edərək müxtəlif əsərlər yaratmışdır.
Cozef Blek
Cozef Blek (ing. Joseph Black; 16 aprel 1728[…], Bordo – 6 dekabr 1799[…], Edinburq) — Şotland həkimi, fizik və kimyaçısı. Ticarət işləri ilə əlaqədar olaraq Bordo şəhərinə köçmüş çaxır istehsal edən ailədə anadan olmuşdur. Ailəsi ana tərəfdən şotlandiyalı olduğu üçün Qlazqo Universitetinə daxil olmuş və sonra öz təhsilini Edinburqda tibb ixtisası üzrə davam etdirmişdir. 1756-cı ildə Qlazqo Universitetində professor adına layiq görülmüş və 1766-cı ildə Edinburqda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa, Cozef Blek 1783-cü ildə Sankt-Peterburq, 1789-cu ildə isə Parisdə Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Blek 1754-cü ildə ağ maqneziumun qızdırılmasından ayrılan əlaqədar hava, yəni karbon dioksid karbon dioksidi və yanmış maqnezium (maqnezium oksidi) əmələ gəlməsini aşkar etmişdir. Daha sonra əhəngdaşının yanmasında əlaqədar havanın çıxarılmasını göstərir. Bu eksperementlərə əsasən o, belə nəticəyə gəlir; karbon anhidridinin və qələvilərin əsasların fərqi ondan ibarətdir ki, birincilərin tərkibinə karbon qazı daxildir. Blekin bu ixtirası ilə pnevmanik kimyanın əsası qoyulur.
Cozef Boksholl
Cozef Boksholl (ing. Joseph Boxhall; 23 mart 1884, Kinqston-apon-Hall, Yorkşir və Hamber[d] və ya London – 25 aprel 1967) — Titanik gəmisinin dördüncü zabiti. Birinci Dünya Müharibəsi zamanı dəniz zabiti kimi qulluq edib.
Cozef Rayt
Cozef Rayt, daha çox Derbili Rayt kimi tanınan (ing. Joseph Wright, Wright of Derby; 3 sentyabr 1734[…], Derbi, Derbişir[d][…] – 29 avqust 1797[…], Derbi, Derbişir[d][…]) — XVIII əsrin görkəmli ingilis rəssamlarından biridir. O, təsviri sənətdə sənaye mövzusunun qabaqcıllarından hesab olunur. Rayt, ilk növbədə holland rəssamları Gerrit van Honthorst və Hendrik Terbruggen tərəfindən karavacizmdən təsirlənmişdir. Raytın bir çox rəsm və rəsmləri Derbi Şəhər Şurasının mülkiyyətidir və Derbi Şəhər Muzeyi və İncəsənət Qalereyasında nümayiş etdirilir. Cozef Rayt 3 sentyabr 1734-cü ildə Derbidə hüquqşünas Con Rayt (1697–1767) və sonradan şəhər rəsmisi olmuş həyat yoldaşı Hanna Bruks (1700–1764) ailəsində anadan olub. Rayt Derbi Qrammatika Məktəbində təhsil alıb və qravürları kopyalayaraq özü rəsm çəkməyi öyrəndi. Rəssam olmağa qərar verən Rayt 1751-ci ildə Londona səyahət etdi. Üç il (1751–1753 və 1756–1757) gələcək rəssam London Studiyasında məşhur portret rəssamı Tomas Hudsonda oxudu. 1760-cı ilə qədər portretləri Rayt müəllimi üsulu ilə çəkirdi (Miss Kettonun portreti, Sent-Luis, Missuri, Qor.
Cozef Kittincer
Cozef Uilyam Kittincer II (ing. Joseph William Kittinger II; 27 iyul 1928, Tampa, Florida – 9 dekabr 2022[…]) — "Manhigh" və "Excelsior" layihələrində iştirakı ilə tanınan ABŞ Hərbi Hava Qüvvələri zabiti. Vyetnam müharibəsi zamanı o, vurularaq əsir düşmüş və 11 ay əsirlikdə qalmışdır. Florida ştatının Tampa şəhərində anadan olub. 1949-cu ilin martında o, ABŞ Hərbi Hava Qüvvələrinə qatılır və pilot hazırlığı məktəbinə göndərilir. 1950-ci ilin martında təlimi başa vurduqdan sonra pilot adını və kiçik leytenant rütbəsini qazandı. Daha sonra 86-cı qırıcı-bombardmançı qrupun tərkibində AlmaniyadakıRamştayn Hava Bazasında xidmət etmişdir. 1953-cü ildə Nyu-Meksikodakı Holloman Hərbi Hava Qüvvələri bazasına köçürülmüş, burada hava təhlükəsizliyi zabiti olaraq sağ qalma və katapulta metodları üzrə təlimatçı kimi xidmət etmişdir. Layihənin adı latın dilindən "yüksək" mənasını verən "excelsior" sözündən gəlir. Layihə böyük hündürlükdən paraşütlə tullanmanı tədqiq etmək üçün planlaşdırılmış və stratostatlardan həyata keçirilməli olan cəmi üç tullanış nəzərdə tutulmuşdu.
Cozef Konrad
Cozef Konrad (ing. Joseph Conrad), əsl adı Yuzef Teodor Konrad Kojenyovski (pol. Józef Teodor Konrad Korzeniowsk, polyak: [ˈjuzɛf tɛˈɔdɔr ˈkɔnrat kɔʐɛˈɲɔfskʲi] ( dinlə)) və ya Feodor İosif Konrad Korjenevski (rus. Феодор Иосиф Конрад Корженевский; 3 dekabr 1857[…] – 3 avqust 1924[…], Kent qraflığı) — Polşa əsilli İngiltərə yazıçısı, dəniz romanının ustası. Yuzef Teodor Konrad Kojenyovski anasının mülkünün yerləşdiyi, Rusiya imperiyasının Kiyev quberniyasının Berdiçevski qəzasının (indiki Ukraynanın Jitomir vilayətinin Berdiçevski rayonu) Terexovo kəndində, Polşa zadəganı, şair Apollon Kojenyovskinin ailəsində anadan olmuşdur. Fransa və İngiltərədə dənizçi olmuşdur. 1886-cı ildə Britaniya vətəndaşlığını almış və ədəbi yaradıcılığa başlamışdır. O, 1895-ci ildə "Almayerin axmaqlığı" adlı ilk romanını nəşr etdirmişdir. İngilis dilini öyrənməkdə ilk çətinlikləri aradan qaldırmışdır. İnsana baxışında Dostoyevskiyə yaxın olan Konrad həyat haqqında amoral anlayışında nihilist idi.
Cozef Badger
Cozef Badger- (1707–1765) portret rəssamı. O, Massaçusets ştatının Çarlstaun şəhərində anadan olub. O, karyerasına evdə rəssamlıq edərək və şüşəçi kimi başlamışdır. Portret sifarişləri zəiflədiyi zaman dolanışığını təmin etmək üçün lövhələr və lyuklar çəkməklə yanaşı, evdə rəssamlıq edərək şüşəçi kimi işləyərək qazanc əldə etmişdir. 1731-ci ildə Katarina Felç ilə evləndi və onlar 1733-cü ildə Bostona köçdülər. O, Bratl Strit kilsəsinin üzvü idi. O, 1765-ci il mayın 11-də Bostonda vəfat edib. Badgerin əsərləri Vorçestr İncəsənət Muzeyinin, Boston Təsviri İncəsənət Muzeyinin və Tarixi Nyu England Filips House, Salem, Mas kolleksiyalarındadır. Ceyms (1676–1747), Massaçusets qubernatoru Ceyms Boudoinin atası Vilyam Foyenin həyat yoldaşı Elizabet Çambel Vilyam Kuper (1716–1743), Bostondakı Bratl Müqəddəs Kilsəsinin keşişi Andrev Krosvel (1709–1785), King's Çapel, Boston pastoru Tomas Kuşinq (1696–1746), Massaçusets Nümayəndələr Palatasının spikeri və Tomas Kuşinqin atası Tomas Daves Conatan Edvards Rəsm Rəssam Portret Butler Institute of American Art, Youngstown, Ohio. Joseph Badger.
Cozef Lyons
Cozef Aloysius Lyons (15 sentyabr 1879, Stenli[d], Tasmaniya – 7 aprel 1939, Darlinqxyorst[d]) — Avstraliyalı siyasətçi; Avstraliyanın 10-cu baş naziri; Karyerasına Avstraliya İşçi Partiyasında (ALP) başlamış, 1931-ci ildə Avstraliya İşçi Partiyasının parçalanmasından sonra Birləşmiş Avstraliya Partiyasının (UAP) qurucu lideri olmuşdur. 1923–1928-ci illərdə Tasmaniyanın 26-cı baş naziri olmuşdur. 1932–1939-cu illərdə Avstraliyanın 10-cu baş naziri olmuşdur.
Cozef Qoqen
Cozef Amadi Qoqen (28 iyun 1941 – 3 iyul 2006, San-Dieqo, Kaliforniya) — Amerikalı kompüter alimi. O, Kaliforniya və Oksford Universitetlərində Kompüter elmləri professoru olub, IBM və SRI International şirkətlərində tədqiqatçı kimi çalışmışdır. 1960-cı illərdə Lütfi Zadə ilə birlikdə qeyri-səlis məntiq üzrə tədqiqatlar aparmış və qeyri-səlis çoxluq nəzəriyyəsinə böyük töhfələr vermişdir .
Cozef Bonapart
Jozef Bonapart — (İtalyanca:Giuseppe Bonaparte; İspanca:José I Bonaparte) (7 yanvar 1768[…] və ya 1768 – 28 iyul 1844[…] və ya 1844, Florensiya) - Napoleon Bonapartın ən böyük qardaşı. Qardaşı tərəfindən 1806–1808-ci illər arasında Neapol Kralı və 1808–1813-cü illər arasında da (I Joze adı ilə) İspaniya kralı elan olunmuşdur. Napoleon Bonapartın devrilməsindən sonra Jozef özünü Survilliers Qrafı kimi adlandırmışdır. Qardaşları kimi Jozef də Fransada respublika idealına bağlanmışdı. Vətənpərvər lider Paskuale Paolinin Korsikaya hakim olması ilə adadan ayrılaraq Fransaya sığınmaq məcburiyyətində qaldı. 1796-cı ildə İtaliya səfərinin başlanğıcında Napoleonu müşayiət etdi. Sardiniya ilə aparılan və Çerasko atəşkəsi ilə nəticələn danışıqlarda iştirak etmişdi. Daha sonra isə Korsikanı geri qaytarmaq üçün aparılan yürüşə qatıldı; adada idarəçiliyin yenidən bərpa olunmasına kömək etdi. Direktoriya rəhbərliyi tərəfindən əvvəl Parma Hersoqluğuna (1796), daha sonra da Romaya elçi olaraq təyin olundu. 1797-ci ilin sonlarında isə Parisə geri qayıtdı, Beşyüzlər Şurasında Korsikanı təmsil etdi.
Cozef Cekson
Cozef Cekson (ing. Joseph Jackson; d. 26 iyul 1928 - ö. 27 iyun 2018) — amerikalı musiqiçi və prodüser, Maykl Ceksonun atasıdır.
Cozef Denobreqa
Cozef Erlanqer
Cozef Erlanqer (5 yanvar 1874[…], San-Fransisko, Kaliforniya – 5 dekabr 1965[…], Sent-Luis, Missuri) — Amerika fizioloqu, elektrofiziologiyanın banilərindən biri. Nobel mükafatı laureatı. Əsas əsərləri sinir hüceyrələrində və liflərində bioelektrik hadisələrinin öyrənilməsinə həsr edilmişdir. Birinci olaraq katod osilloqrafından istifadə etmiş və onun qeydiyyatı üçün orijinal metod işləyib hazırlamışdır. Arterial təzyiqin və ürəkdə qan dövranının qansız qeyd olunması üsulunu tətbiq etməklə ürək-damar fiziologiyasına mühüm töhfələr vermişdir. Ürək blokadasının mahiyyətini öyrənmişdir.
Ceyms Cozef Dresnok
Ceyms Cozef Dresnok (ing. James Joseph Dresnok; kor. 제임스 조지프 드레스녹) — ABŞ ordusunun keçmiş şəxsi birinci sinif rütbəli hərbçisi. Koreya müharibəsi zamanı Şimali Koreya tərəfə keçmiş altı ABŞ hərbçisindən biri. Dresnok Şimali Koreyanın keçmiş rəhbəri Kim Çen İrin rəhbərliyi altında çəkilmiş bir çox təbliğat filmində rol almış, həyatına paytaxt Pxenyanda ingilis dili müəllimi kimi davam etmişdir. 2017-ci ilin 28 yanvar tarixində Columbia Broadcasting System telekanalında yayımlanan 60 dəqiqə verilişində Dresnok Şimali Koreyada yaşayan sonuncu ABŞ hərbçisi kimi təqdim olunub. 2006-cı ildə həyatından bəhs edən Sərhəddi keçmək adlı sənədli filmi 2007-ci ildə Sandens Film Festivalında təqdim olunmuşdur. Özünü daha çox Co Dresnok kimi təqdim etməyə üstünlük verən Dresnok, qərb mediyası tərəfindən Ceyms, Co və Jim şəklində adlandırılmışdır. Ceyms Dresnok 2016-cı ilin noyabr ayında yaşadığı paytaxt Pxenyan şəhərində 75 yaşında vəfat etmişdir. Ceyms Desnok 1941-ci ilin 24 noyabr tarixində Amerika Birləşmiş Ştatlarının Virciniya ştatının Norfolk şəhərində anadan olub.
Ceyms Cozef Silvester
Ceyms Cozef Silvester (ing. James Joseph Sylvester; d. 3 sentyabr 1814 – ö. 15 mart 1897) — Əslən yəhudi olan İngiltərə riyaziyyatçısıdır. Silvester ilk dəfə "Amerika riyaziyyat jurnalı"nın (1878-ci il, ABŞ-də ikinci idi) əsasını qoymuşdur. Ceyms Silvester 1814-cü ildə İngiltərənin paytaxtı London şəhərində əslən yəhudi ailəsində anadan olmuşdur. 1831-ci ildə Təhsilini Kembric Universitetinin Sent-Con kollecində almışdır. 1837-ci ildə qəbul imtahanında ikinci yer tutur. Lakin bakalavr dərəcəsini ala bilmir. Ona görə ki, bu dərəcəni almaq üçün kilsəsinin doktrinaları ilə razılaşmalı idi.
Cozef A. Porro
Cozef A. Porro (ing. Jozeph A. Porro) – ABŞ kino rəssamıdır.
Cozef Con Tomson
Cozef Con Tomson (ing. Joseph John Thomson (18 dekabr 1856[…] – 30 avqust 1940[…], Kembric) — britaniyalı fizik. O, elektronun hissəcik kimi davranışını nümayiş etdirən təcrübələrinə görə 1906-cı ildə fizika üzrə Nobel mükafatı almışdır. C. C. Tomson 18 dekabr, 1856-cı ildə İngiltərədə (Mançester ətrafında) doğulmuşdur. Tomson uşaqlıqda təhsilə həvəsli idi. 14 yaşında o, Ouen Kollecinə (indiki Mançester Universiteti) daxil oldu. Valideynlərinin məsləhəti ilə Tomson bu kolleci bitirdikdən sonra mühəndis firmasında çalışmağı planlaşdırırdı. Lakin 16 yaşında ikən atasını itirməsi mühəndis firmasında işə düzəlmək üçün lazım olan ödənişin yığılmasına mane oldu. 1876-cı ildə Tomson müsabıqədə qalib gələrək sonrakı təhsil üçün təqaüd aldı və Kembric Universitetinə (Triniti Kollec) daxil oldu və ömrünün sonuna qədər bu universitetin üzvü oldu. 1880-ci ildə o, Kavendiş Laboratoriyasında çalışmağa başladı.
Cozef Dalton Huker
Cozef Dalton Huker (ing. Joseph Dalton Hooker; 30 iyun 1817[…] – 10 dekabr 1911[…] və ya 1911) — ingilis botaniki və səyyahı. 1844–1859: Flora Antarctica: the botany of the Antarctic voyage. 3 vols, 1844 (general), 1853 (New Zealand), 1859 (Tasmania). Reeve, London. 1846–1867: Handbook of the New Zealand flora 1849: Niger flora 1849–1851: The Rhododendrons of Sikkim-Himalaya 1854: Himalayan Journals, or notes of a naturalist, in Bengal, the Sikkim and Nepal Himalayas, Khasia Mountains … 1855: Illustrations of Himalayan plants 1855: Flora indica, with Thomas Thomson 1858: with George Bentham, Handbook of the British flora. ("Bentham & Hooker") 1859: A century of Indian orchids 1862–1883: with George Bentham, Genera plantarum 1870; 1878: The student's flora of the British Isles. Macmillan, London. 1872–1897: The flora of British India 1898–1900: Handbook to the Ceylon flora 1904–1906: An epitome to the British Indian species of Impatiens Hooker J. D. On the flora of Australia: Its origin, affinities, and distribution, being an Introductory essay to the Flora of Tasmania. — L.: Lovell Reeve, 1859 (ing.) Hooker J. D. On the origin and distribution of species: Introductory essay to the Flora of Tasmania // American Journal of Science and Arts.
Cozef Debone Qrex
Cozef Debone Qrex (17 sentyabr 1939, Malta) — Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi, maltalı parlamentar. Qrex 1939-cu il sentyabrın 17-də anadan olub. Malta Nümayəndələr Palatasının üzvüdür. 1958-ci ildə Malta Əmək Partiyasında katib və partiyanın bir neçə qolunun rəhbəri kimi fəaliyyətə başlayıb. 1959-ci ildə Əmək Briqadasının əsasını qoyanlardan biri olub. 1967-ci gənclər katibi, 1969-cu ildə partiya işləri üzrə sədr müavini seçilib. 1971-ci ildə Malta parlamentinə seçilib. O zamandan deputatdır. 1983-cü ildə Maltanın maliyyə və investisiya naziri, 1996-cı ildə nəqliyyat və limanlar naziri olub. 2003-2008-ci illərdə Malta beynəlxalq aeroportu və ölkə təhlükəsizliyi üzrə kölgə naziri kimi fəaliyyət göstərib.
Şarl Cozef Bartelemi, Baron Dümort
Şarl Jozef Bartelemi Dümortye — Belçika bitaniki, təbiətşünası və siyasi xadimi, Belçika parlamentinin nümayəndələr palatasının üzvü, Belçikanın Dövlət naziri. Şarl Jozef Bartelemi Dümortye əvvəlcə Belçikanın florasını öyrənmiş, sonra isə onurğalı və onurğasız heyvanların tədqiqi ilə məşğul olmuşdur. Dümortyenin çoxsaylı elmi işlərində bitkilərin sistematikası və anatomiyasına, bağırsaqboşluqluların anatomiyası və fiziologiyası, molyuskların embriologiyası, insanabənzər meymunlarla delfinlərin müqayisəli anatomiyası yer almışdır. 1832-ci ildə ilk dəfə olaraq yosun hüceyrələrinin bölünməsini təsvir etmişdir. Commentationes botanicae. Observations botaniques. Imprimerie de C. Casterman-Dieu, Tournay, 1823 Observations sur les graminées de la flore de Belgique. J. Casterman aîné, Tournay, 1823 Analyse des familles des plantes, avec l’indication des principaux genres qui s’y rattachent. J. Casterman aîné, Tournay, 1829 Lettres sur le manifeste du Roi et les griefs de la nation, par Belgicus. J. Casterman aîné, Tournay, 1830 Sylloge Jungermannidearum Europae indigenarum, earum genera et species systematice complectens.
Cozef Palmer (hərbçi, 1716)
Cozef Palmer (ing. Joseph Palmer; 1716 – 1788 və ya 25 dekabr 1788) — ABŞ sərkərdəsi, ABŞ İstiqlal müharibəsi iştirakçısı. 1770-ci illərdə Palmer Amerika müstəqilliyinin tərəfdarına çevrilmişdir. O, Leksinqton döyüşündə vuruşmuş, Massaçusets Vilayət Konqresində və Kembric Təhlükəsizlik Komitəsində xidmət etmişdir. Palmer 1776-cı ildə Massaçusets milislərində polkovnik və Massaçusets ştatının Suffolk dairəsində briqadir kimi komissiya almışdır. Vermont və Rod-Aylenddə kəşfiyyat toplama missiyalarına getmiş, briqada generalı kimi Rod-Aylend ştatının Nyuport şəhərinə uğursuz hücuma rəhbərlik etmişdir.
Cozef Stalin (həmkarlar ittifaqı üzvü)
Cozef Stalin (sinh. ජෝසප් ස්ටාලින් , tam. ஜோசப் ஸ்டாலின் ; 1960-cı illər) — Şri-Lanka həmkarlar ittifaqı üzvü. 2022-ci ildən etibarən Seylon Müəllimlər İttifaqının baş katibi vəzifəsini icra edir. O, Şri-Lankada təhsilin militarizasiyasına qarşı kampaniyalara rəhbərlik etmişdir. Cozef Stalin 1960-cı illərdə Seylon Kommunist Partiyasının (Pekin qanadı) fəalının ailəsində anadan olmuşdur. Sovet lideri İosif Stalinin adını daşıyır. O, 2020-ci ildə Şri-Lanka hökumətinin məktəbləri COVID-19 təcrid mərkəzlərinə çevirmək hərəkətlərinə qarşı çıxmışdır. Həmin ilin sonunda Təhsil Nazirliyində Baş Direktor – İdman vəzifəsinin yaradılmasının əleyhinə çıxış edərək hökumətin "qeyri-ixtisaslı insanları yüksək vəzifələrə təyin etməklə təhsil sistemini sarsıtmağa cəhd etdiyini" bildirmişdir. 2021-ci ilin iyul ayında Milli Müdafiə Universiteti qanun layihəsinin Şri-Lankada universitetləri militarizasiya ediləcəyi ilə bağlı narahatlıqlarını ifadə edərək ona etirazlarını bildirdikdən sonra digər on nümayişçi ilə birlikdə polis tərəfindən həbs edilmişdir.
Sent-Cozef (Missuri)
Sent-Cozef (ing. St. Joseph) — ABŞ-nin Missuri ştatında yerləşən şəhər.
Oze
Oze (fr. Auzet, oks. Auset) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04017. 2008-ci ildə əhalinin sayı 81 nəfər təşkil edirdi. 2007-ci ildə 60 yaşdan yuxarı (15-64 yaş arasında) 44 nəfər iqtisadi fəal, 16 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 67.3%). Fəal olan 44 nəfərdən 37 nəfər (19 kişi və 18 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi.
Code::Blocks
Code::Blocks — GCC, Clang və Visual C++ daxil olmaqla çoxsaylı tərtibçiləri dəstəkləyən pulsuz, açıq mənbəli kross-platformalı inteqrasiya olunmuş inkişaf mühitidir. O, GUI alət dəsti kimi wxWidgets istifadə edərək C++ dilində hazırlanmışdır. Plagin arxitekturasından istifadə edərək, onun imkanları və xüsusiyyətləri təqdim olunan plaginlərlə müəyyən edilir. Hazırda Code::Blocks C, C++ və Fortran dillərinə yönəlmişdir. Code::Blocks Windows və Linux üçün hazırlanıb və FreeBSD, OpenBSD və Solaris-ə köçürülüb. macOS versiyası üçün təqdim edilən ən son binar 2013/12/26 tarixində buraxılmış 13.12-dir (Mac OS X 10.6 və sonrakı versiyalara uyğundur), lakin daha yeni versiyalar tərtib edilə bilər və MacPorts 17.12 versiyasını dəstəkləyir.
Code:Breaker
Code:Breaker (コード: ブレイカー, Kōdo:Bureikā, azərb. Kod: Qırıcı‎) və ya bəzən CØDE:BREAKER — manqaka Akimine Kamicyo tərəfindən yazılıb çəkilən manqa seriyası. 2008-ci ildən 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunmuş və 26 cildi buraxılmışdır. Manqa seriyası döyüş incəsənət növləri ilə məşğul olan lisey tələbəsi Sakura Sakurakoci və liseyə yeni gəlmiş, fövqəltəbii güclərə malik Rey Oqaminin başına gələn hadisələrdən bəhs edir. Manqa əsasında Kinema Citrus studiyası tərəfindən çəkilmiş 13 seriyalıq anime adaptasiyası 7 oktyabrdan 30 dekabr 2012-ci ilə kimi yayımlanmışdır. Manqa seriyası Şimali Amerikada Del Rey Manga, Fransada Pika Édition, İtaliyada Planet Manga, Tayvanda Tong Li Publishing, Almaniyada Egmont Manga & Anime tərəfindən nəşr olunmuşdur. Anime adaptasiyası isə Şimali Amerikada Funimation Entertainment, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. Sakura Sakurakoci döyüş incəsənət növləri ilə məşğul olan və liseyin ən gözəl qızlarından biri olan tələbədir. Bir gün Sakura avtobusla gedərkən pəncərədən gənc bir oğlanın göy alovlarla qarşısındakı bir neçə adamı diri-diri yandırdığına şahidlik edir. Növbəti gün insidentin baş verdiyi yerə getsə də, cinayətdən heç bir iz qalmadığını görür.
Intel Core
Intel Core — Intel şirkəti tərəfindən yaradılan mərkəzi prosessor (ing. CPUs) seriyasıdır. Bu prosessorlar orta təbəqəli istehlakçılar, iş stansiyaları kimi güclü və adi kompüterlər üçün nəzərdə tutulub və Pentium prosessorlarının yerini tutub. Core prosessorlarının eyni və ya daha güclü versiyaları server və iş stansiyaları bazarları üçün Xeon prosessorları adı altında satılır. Core prosessorlarının sırasına Intel Core i3, Intel Core i5, Intel Core i7 və Intel Core i9, X seriyalı Intel Core prosessorları daxildir. Intel 2023-cü ildə prosessorlarından "i" ləqəbini çıxaracağını və onu "Core 3/5/7/9" edəcəyini elan etdi. Şirkət yüksək səviyyəli prosessorlar üçün də "Ultra" brendini təqdim edəcək. Intel Core heç bir daxili ardıcıllıq və ya davamlılıq vəd etməyən bir marka olsa da, bu ailənin prosessorları, əksər hallarda oxşardır. Mobil cihazlar üçün olan Core Solo və Core Duo Yonah prosessorları ilk məhsullar olub Pentium M dizayn ağacına aiddir. Bu prosessorlar 2006-cı ilin yanvarında 65 nm texnologiyası ilə istehsal olunub və satışa çıxarılıb.
Denis Loze
Denis Loze (30 iyul 1972) — Niderlandı təmsil edən triatlonçu. Denis Loze Niderlandı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 48-cı pillədə başa vurdu.
Cozef Heko
Hamada Hikozo (浜田彦蔵, 20 sentyabr 1837 – 12 dekabr 1897, Tokio), eləcə də, digər adları ilə Cozef Heko (ing. Joseph Heco) və ya Amerika Hikozo – ABŞ vətəndaşlığı almış ilk yapon. Xristianlığı qəbul etmiş, Yaponiyada ilk müasir qəzeti nəşr etdirmişdir. Hamada 1837-ci ildə Harima əyalətində bir gəmi kapitanının oğlu kimi doğulmuşdur. 1850-ci ildə Edo şəhərinə qayıdarkən gəmisi qəzaya uğramış və 52 gün boyunca açıq dənizdə üzdükdən sonra o və 16 dənizçi ABŞ-yə məxsus "Oakland" gəmisi tərəfindən xilas edilmişdir. Gəmi 1851-ci ilin fevralında San-Fransiskoya çatmışdır. Həmin dövrdə ABŞ hökuməti Metyü Perrinin başçılığı altında Yaponiyaya ekspedisiya göndərməyi planlaşdırdığı üçün bu 17 yaponu ekspedisiya zamanı Yaponiyaya qaytarmaq qərarı verilmişdi. Ekspedisiya 1852-ci ildə Yaponiyaya yola düşmüşdür. Honkonqa çatanda amerikalılar Hamadaya ABŞ-yə qayıtmağı təklif etmişdirlər. Hamada təklifi qəbul etmiş və yoldaşlarından ayrılaraq San-Fransiskoya qayıtmışdır.
Cozef Hild
Cozef Hild-(mac. Hild József, 8 dekabr 1789[…], Peşt[d], Peşt medyesi – 6 mart 1867[…], Peşt[d], Peşt medyesi) macar-alman əsilli memar. XIX əsrdə neoklassik üslubun ən güclü nümayəndələrindən, eləcə də Budapeşt şəhərinin foralaşmasında böyük pay sahibi olan memarlardan biridir. Cozef Hild 1789-cu ilin dekabr ayının 8-də memar ailəsində anadan olmuşdur. Daha sonra Vyana akademiyasında təhsil almağa başlamış və bu müddət ərzində Esterxazi ailəsi ilə çalışmışdır. Bundan başqa o Çarlz de Murun rəhbərliyi ilə Kismarton və Vyanada müxtəlif layihələrdə işləmişdir. 1811-ci ildə atasının vəfatından sonra Cozef fəaliyyətinə bir müddət fasilə Verdi. Bir müddət sonra isə təhsilini davam etdirmək məqsədilə İtaliyaya yola düşdü. Burada Neapol, Roma, Florensiya və Milan şəhərlərində təhsil aldı. 1820-ci ildə Macarıstana qayıdarkən o ölkənin məşhur memarlarından biri kimi tanınırdı.
Cozef Kotten
Cozef Çeşir Kotten (ing. Joseph Cheshire Cotten; 15 may 1905, Virciniya, ABŞ — 6 fevral 1994, Kaliforniya, ABŞ) — ABŞ aktyoru, Hollivud səviyyəsində ilk uğurlarını 1940-cı illərin əvvəllərində "Vətəndaş Keyn", "Şübhə kölgəsi" və "Sevgi məktubları" filmlərilə əldə etmişdir. Cozef Çeşir Kotten 15 may 1905-ci ildə Pitersberqdə anadan olmuşdur. Kotten Vaşinqtondakı Hikman aktyorluq məktəbini bitirdikdən sonra bir müddət reklam agenti işləmişdir. Sonrakı işi teatr tənqidçisi olduğuna görə, Kotten tez-tez teatr quruluşlarında iştirak edirdi. Əvvəlcə Virciniyada, sonralar isə Nyu-Yorkda ilk dəfə aktyor kimi özünü sınamışdır. Cozef Kotten 1930-cu ildə Brodveydə debüt edərkən yaradıcılığa yeni başlamış aktyor və rejissor Orson Uellslə tanış olmuşdur. Sonradan bu tanışlıq onları ən yaxın dosta çevirmişdi. 1937-ci ildə Kotten Uellsin teatr şirkətinə gedir və orada "Başmaqçının bayramı" və "Yuli Sezar" tamaşalarında baş rolları ifa edir. Onların əməkdaşlığı teatrla məhdudlaşmırdı.
Cozef Kudelka
Cozef Kudelka (10 yanvar 1938[…], Boskovitsə[d][…]) – çexiyalı fotoqraf. Cozef Kudelka 1938-ci ilin 10 yanvarında Çexiyanın Moraviya əyalətinin Boskovitse şəhərində anadan olub. 1956–1961-ci illərdə Praqada Çexiya Texniki Universitetində oxuyub Mühəndislik Dərəcəsi alıb. O, fotoqrafiyaya öz ailə üzvlərini və ətrafındakı dost-tanışı çəkməklə başlayıb. İlk fotosərgisi 1961-ci ildə olub. Sonralar Praqa və Bratislavada təyyarəçilik mühəndisi kimi işləyib. O, teatr jurnallarından sifarişlər qəbul etməyə başlayır və mütəmadi olaraq öz Rolleiflex aparatı ilə səhnə fotoları çəkir. 1967-ci ildə Kudelka öz mühəndislik karyerasından imtina edib bütövlükdə fotoqrafiya ilə məşğul olmağa qərar verir. 1968-ci ilin avqustunda Sovet işğalından iki gün əvvəl o, Rumıniyada qaraçılar haqqındakı layihəsini çəkib geri qayıdır. O, Çexiya islahatlarını boğan və Praqanı zəbt edən Varşava Paktının hərbi gücünü görür və bu hadisələri lentin yaddaşına köçürür.
Cozef Leydi
Cozef Leydi (ing. Joseph Leidy; 9 sentyabr 1823, Filadelfiya, Pensilvaniya – 30 aprel 1891 və ya 29 aprel 1891, Filadelfiya, Pensilvaniya) — Amerikalı paleontoloq, bioloq 1853-cü ildən Cozef Leydi Pensilvaniya universitetində anatomiya elmləri üzrə professor, daha sonralar isə Suartmor kollecdə təbiət elmləri üzrə professor olmuşdur. O, 1869-cu ildə dərc olunan "Extinct Fauna of Dakota and Nebraska" adlı əsərində Şimali Amerikada həmin vaxtadək naməlum olan çoxlu nəsli kəsilmiş heyvan növləri haqqında məlumat vermişdir. Leydi həmçinin tanınmış parazitoloq olmuşdur. 1846-cı ildə o müəyyən etmişdir ki, pendirdə və ya pis qızardılmış ətdə olan Trichinella spiralis paraziti zooloji mənşəli infeksion xarakterli trişinoz xəstəliyinin törədicisidir. Hələ Çarlz Darvinə qədər ətraf mühitin orqanizmə təsirindən bəhs etmişdir. Çarlz Darvin öz nəzəriyyəsini nəşr etdirəndə Leydi böyük sevinc hissi ilə onun yanına gəlmişdi. Buna görə də bəzən onu ateizə meyl etməkdə günahlandırırdılar. 1879-cu ildə o, "Freshwater Rhizopods of North America" əsərini nəşr etdirmişdir. 1884-cü ildə Cozef Leydi Layell medalı ilə təltif edilmişdir.
Cizə
Cizə, ə l - C i z ə (الجيزة) – Misirdə şəhər. Qahirənin cənub-qərbində şəhərətrafı. Cizə mühafazasının inzibati mərkəzi. Əhalisi 3,6 mln. (2012); Əhalisinin sayına görə Qahirə və İsgəndəriyyə şəhərlərindən sonra ölkənin üçüncü şəhəri. Nil çayının sol sahilində port. Nəqliyyat qovşağı; Metro xətti ilə Qahirəyə bağlanır. Turizm mərkəzidir. Cizə yaxınlığında fironların IV sülaləsinin nümayəndələri Xeops (Xufu), Xefren (Xafra) və Mikerinin (Menkaurun) e.ə. 3-cü minilliyin 1-ci yarısında tikilmiş və ellinizm dövrü ədəbiyyatında Dünyanın yeddi möcüzəsi sırasına daxil edilmiş əzəmətli Memfis nekropolu qalmışdır.
Cökə
Cökə (lat. Tilia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsinin bütün ilıq bölgələrinin gilli, sərin və nəmli torpaqlarında yetişir. Sürətlə böyüyən və 20-25 metrəyə kimi uzanan cökə ağaclarının gövdələrinin diametri 1.5 m belə ola bilər. Əvvəlcə düz olan gövdə qabığı, ağac yaşlandıqca çatlayır. Üstü tünd yaşıl yarpaqları uzun saplı, ürək formasında və kənarları da düzdür. Yarpağın boz və ya gümüş rəngindəki alt tərəfində qılcıqlar var. İyun-avqust ayları arasında açan sarımtıl rəngli xüsusi xoş ətirli çiçəklərinin 3-5-i bir yerdə, yarpaqların orta damarına bağlı və sarılı vəziyyətdə olur. Ağacın tək toxumlu meyvəsi minik, yuvarlaq və qurudur. Cökə ağacı toxumu, gövdə çəlikləri ilə və ya boy atan köklərinin ayrılıb əkilməsi ilə çoxaldılır.
Beqoniyayarpaq cökə
Bеqоniyаyаrpаq çökə
Cizə ehramları
Giza ehramları kompleksi (ərəb. جيزة يسروبوليس‎) — Misirdə, Qahirənin şəhəri ətrafında, Cizə platosunda yerləşir. Xeops (Xufu) ehramı qədim dünyanın yeddi möcüzəsindən tək qalmış abidədir. Bu qədim misir nekropolu Xufu ehramından (Böyük ehram və Xeops ehramı kimi məlumdur), Xefren ehramlarından və Menkaur ehramlarından ibarətdir, həmçinin çariçaların ehramları kimi məlum binalar, səkilər, vadinin ehramları. Böyük Sfinks kompleksin şərq tərəfində şərqə üzlə yerləşir. Çox alimlər hesab etməyə davam edirlər ki, Sfinks Xefren portret oxşarlığına malikdir. Lövhələr çəkiylə ən azı 2,5 tondurlar, hansılardan ki, ehramlar tikilmişdilər, yaxındakı karxanada daşdan kəsilirdilər və pandusların, blokların və linglərin köməyi ilə tikintinin yerinə çatdırılırdılar. Fikir mövcuddur, haşiyələrdə yazılan elmi cəmiyyət tanınmış ki, ehramın tikintisi vaxtı beton istifadə olunurdu, yəni lövhələr bilavasitə tikintinin yerində edilirdi. Ki, ehramların divarının sıxma-genişlənməsinin prosesi nəticəsində çatlamasınlar, ayrı bloklar inşaat məhlulunun incə qatlarıyla bölünürdü. Xarici divarların meyli düz 45° təşkil edir.
Ürəkvari cökə
Ürəkvari cökə (lat. Tilia cordata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. Krım dağlarının şimal yamaclarında, Şimali və mərkəzi Qafqaza qədər оlan ərazilərdə gеniş yayılmışdır. Hündürlüyü 30 m, diamеtri 1,5 m оlan оvalşəkilli çətirə malik ağacdır. Cavan ağaclarda gövdənin qabığı hamardır. Sоnralar isə gövdənin üzərində dərin şırımlar əmələ gəlir və rəngi tündləşir. Kök sistеmi güclü inkişaf еdərək tоrpağın dərin qatlarında yayılır. Yarpaqlarının uzunluğu 3-6 sm, ürəkşəkill, ucu sivridir, kənarları dişli, üst səthi tünd yaşıl, çılpaq, bəzən parlaq, alt tərəfi çılpaqdır, damarların künclərində tükcüklər dəstələrlə yеrləşir. Payızda yarpaqlar açıq sarı rəng alır. Çiçəkləri хırda, sarımtıl ağ rəngli, ətirlidir.
Ürəkvariyarpaq cökə
İriyarpaq cökə
Tüklü cökə
Tüklü cökə (lat. Tilia tomentosa) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.