Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cuhudlar məhəlləsi
== Məhəllələr ==
Cuhudlar məhəlləsi (Gəncə)
Cuhudlar məhəlləsi — Gəncənin tarixi məhəllələrindən biri. Sakinləri əsasən yəhudilərdən ibarət olduğu üçün Cuhudlar məhəlləsi adlanıb. Sovet hakimiyyəti dövründə bu küçə Krivanosov küçəsi müstəqillikdən sonra isə Həsənli qardaşları küçəsi adlanır. == Haqqında == Qədim Gəncənin Cuhudlar məhəlləsi Əttarlar məhəlləsi yaxınlığında bir basalaq olub. Sakinləri yəhudilərdən ibarət olduğu üçün bu ərazini gəncəlilər “Cuhudlar məhəlləsi” adlandırıb. Burada yaşayan yəhudilər əsasən ayaqqabı tikməklə məşğul olduqları üçün buranı bəzən “Məstçilər məhəlləsi” də adlandırırdılar. Məhəllə kiçik bir küçədən ibarətdir. Sovet hakimiyyəti dövründə bu küçə Krivanosov bu gün isə “Həsənli qardaşları” adlanır. Məhəllə şərqdən Əttarlar, qərbdən Mirəli Qaşqay, şimaldan Həsən Əliyev, cənubdan Cavad xan küçələri ilə əhatə olunub. Məhəllədə yaşayan yəhudilər Rusiya və Avropadan köçüb gələn yəhudilərdən dil və görkəmcə fərqlənirdilər.
Cuhudlar məhəlləsi (Şuşa)
Cuhudlar məhəlləsi (Bakı)
Yəhudi məhəlləsi və ya Cuhudlar məhəlləsi — Bakının Sabunçu rayonunda yerləşən məhəllə, Bəhruz Kəngərli küçəsinin ənənəvi adı. == Tarixi == Məhəllənin salınması Rusiya imperiyası dövrünə, XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycanda neft bumu zamanı baş tutan "yəhudi köçü"ndə Bakıya gələn yəhudilər üçün salınmışdır. Əhalisi ivritdilli idi. 1991–1992-ci illərdə SSRİ-nin süqutunun ardınca məhəllədəki yəhudi əhalisi kəskin səviyyədə azalmışdır. Azərbaycan yəhudilərinin əksəriyyəti iqtisadi problemlərə görə İsrailə, qismən də Rusiyaya kütləvi olaraq köçmüşdü. Burada bir neçə yaşlı yəhudi yaşayır. İndi məhəllədə əsasən məcburi köçkünlər, rayonlardan gələn kirayəçilərdir. Memarlığı Bakının "Sovetski" və "Kubinka" məhələllərinə, həmçinin İçərişəhərə oxşadılmışdır. Məhəllədəki evlərin çoxu baxımsız, köhnədir.
Cunud
Cunud — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cunud Şəki rayonunun Baş Layski inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonimin XIII əsrdə monqolların tərkibində olmuş türkdilli sunnit tayfasının adından olması ehtimal edilir. == Əhalisi == Kəndin əhalisi 1010 nəfər təşkil edir ki, onun da 518 nəfəri kişi, 492 nəfəri isə qadındır. .
Uhud döyüşü
Uhud döyüşü — 23 Mart 625-ci ildə (Hicri təqvimlə 3 Şəvval 3-cü il) hal-hazırkı Ərəbistan yarımadasının şimal-qərbində yerləşən Uhud dağında, Mədinədə məskunlaşan Müsəlmanlar ilə Məkkəli Əbu Süfyanın başçılıq etdiyi ordu arasında baş vermişdir. Döyüşün gedişində baş verən ən önəmli hadisələrdən biri də İslam peyğəmbərinin əmisi Hz. Həmzənin öldürülməsidir. == Səbəbi == Döyüşün baş tutma səbəbi Məkkəli Müşriklərin Bədr döyüşündə aldıqları məğlubiyyətin qisasını almaq istəmələri, verdikləri itkiləri unutdurmaq və müsəlmanların aldıqları qələbədən sonra yüksələn döyüş əhval-ruhiyyəsini aşağı salmaq idi. == Döyüş barədə == Məkkə ordusu 11 mart 625-ci ildə Məkkədən Mədinəyə doğru hərəkət etdi. Müsəlmanlar da döyüş üçün hazır idilər. Qısa müddət sonra hər iki ordu Uhud dağının yamaclarında üz-üzə gəldi. Məhəmməd peyğəmbər iki ordunun qarşılaşdığı Uhud dağındakı dar keçidin hər iki tərəfinə də oxçuları yerləşdirdi. Bu Məkkəlilərin dağın ətrafını dolanaraq arxadan müsəlmanlara hücüm etməsinin qarşısını almaq üçün idi. Oxçulara xəbərdarlıq edilmədən yerlərini tərk etməmək əmrini verdi.
Vəhdətüş-Şühud
Vəhdətüş-Şühud (şahidlik vəhdəti, görmə birliyi) – sufi təlimi. == Haqqında == Bu təlimin müəllifi Əhməd Fəruqi olmuşdur. Onun dövründə mənsub olduğu Nəqşibəndi təriqətinin ardıcılları mənəvi yollarında İbn Ərəbinin vəhdəti-vücud təliminə üstünlük verirdilər. Ancaq bu təlim bəzi müəmmalı məqamlarına görə bir çox hallarda ənənəvi müsəlmanların etirazlarına gətirib çıxarmışdır. Buna görə Əhməd Fəruqi kübravi təriqətinin şeyxi Simnaninin (736/1336-cı ildə vəfat etmişdir) vəhdəti-şühud təlimini inkişaf etdirmişdir. == Simnani təlimi == Simnani yaradılmış varlıqda Allahın təcəlli etməsi ideyasını rədd etmişdir. Allahın yaratdığı varlıqların həqiqi və müstəqil mahiyyətləri vardır. Simnaniyə görə mənəviyyatın təkmilləşdirilməsini istəyən hər bir kəs vəhdəti-vücudda olduğu kimi Allahla qovuşmağa deyil, onunla görüşməyə və onun yaxınlığını duymağa can atmalıdır. Buna çatmaq üçün hər bir sufi, ilk olaraq şəriətin bütün qanunlarına tabe olmalıdır. Onun fikrincə yalnız şəriət yolu mənəvi yetkinliyə gətirib çıxara bilər.
Mühüd Orucov
Bulud
Bulud – atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısı. Bulud diametri bir neçə mikron olan su damcılarından, buz kristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. Bulud başlıca olaraq troposferdə toplanır. Buludu təşkil edən elementlər iriləşdikcə ağırlaşır və yağıntı əmələ gəlir. Planetimizin çox hissəsini dənizlər və okeanlar tutduğu üçün onların səthində daim buxarlanma prosesi baş verir. Buxarlanmış su damlaları buludları əmələ gətirir. Küləklərin qovduğu bu buludlar atmosferin soyuq layları ilə toqquşduqda buxarın kondensasiyası başlayır və yağış damlaları əmələ gəlir. == Buludluluq == Buludluluq göy üzünün buludlarla örtülmə dərəcəsidir və 10 ballıq şkala ilə ölçülür. Buludluluq sıfır bal olduqda göy üzü buludsuz, 10 bal olduqda isə tamamilə buludla örtülü olur. Ərazinin yerləşdiyi coğrafi mövqedən, iqlimdən asılı olaraq buludluluq dərəcəsi dəyişir.
Bunud
Bunud — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin adı keçən əsrə aid olan bir mənbədə Bunut formasında göstərilmişdir. XIX əsrin ikinci yarısında Vəndam kəndindən əmələ gəlmiş dörd kiçik məntəqədən biri-Buntdan söhbət gedir. Görünür Bunt məntəqəsi yaranmazdan əvvəl Bunut yer adı olub. Naməlum toponimlərdən sayılır və ümumiyyətlə mənası bəlli olmayan bu toponimlər Qafqaz mənşəli adlardır ki, zaman keçdikcə təhrif olunub, ya da Azərbaycan dilinin təsiri altında fonetik dəyişikliyə uğrayıb. Ancaq xalq yaddaşına əsaslansaq hər bir yurd yerinin yaranışı ilə bağlı fərziyyələr səslənir. Bu kəndin də qədim olduğu söylənilir. Hazırda 900 nəfər əhalidən ibarətdir. Əhali heyvandarlıqla məşğul olur, tərəvəz yetişdirir, taxıl sahələri, sarı buğda zəmilərinə xüsusi qulluq edirlər. Elektron ATS-i var.
Cahid
Cahid — Azərbaycanlı kişi adı. Cahid Hilaloğlu — rejissor. Sovet dövründə milli hərəkatçı, dissident. Cahid Sidqi Tarançı — Türkiyə şairi. Cahid Həsənov — Azərbaycanın tanınmış memarı.
Cihad
Cihad yəni Allah yolunda savaşmaq — İslamda dinin vacib əməllərindən biridir. Bu savaşda məqsəd haqq ayinlərin kafirlərə qəbul etdirilməsi, İslam hakimiyyətinin bərpasıdır. Quran bir çox ayələrdə cihadı ən həyati bir prinsip kimi önə çəkir. Belə ki, Quranda cihadın fitnə aradan qalxıb, İslam hakimiyyəti bərpa olanadək davam etdirilməsinin zəruri olduğu qeyd olunur.: "(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir)." Cihadı 5 qismə bölmək olar: Kafirlərə tövhidi qəbul etdirmək üçün ibtidai cihad (allahpərəstliyin, ədalətli ictimai quruluşun bərqərarı, İslamın bərqərarı, məzlumlar və məhrumların zülm-sitəmdən qurtuluşu, fitnə-fəsadın aradan qaldırılması, haqpərəstlik) Zamənə imamının icazəsi ilə şərtlənmiş cihad (şiə məzhəbində — zamanə imamı qeybə olduğundan bu cihad hazırda mümkünsüzdür); Müsəlmanları öldürmək və ya qarət etmək məqsədilə hücum edən kafirlərlə savaş; onların məqsədi İslamın kökünü kəsmək olur; Müsəlmanları öldürmək, onların malını qarət etmək üçün hücum edən kafirlərlə cihad; bu cihadda kafirlərin İslamı məhv etmək məqsədi olmur; Canın, malın və namusun müdafiəsi üçün savaş; bu savaşda məqsəd İslam torpaqlarını, müsəlmanların can və malını düşməndən qorumaqdır. Bu savaş yalnız düşmənin hücumundan sonra baş verir və siz malınızı, canınızı, namusunuzu, şərəfinizi qorumaq üçün düşmənlə savaşa qalxmalısınız.
Hunud
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Kurud
Kurud — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Kurud Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ku­rud kəndi rayon mərkəzindən 40 km şimal-qərbdə Şotalı çayının yuxarı axarında, dəniz səviyyəsindən 2.200 m hündürlükdə, Kirs dağının ətəyin­də, bir tərəfdən Sisyan, digər tərəfdən Goruş rayonları ilə həmsərhəd əra­zidə yerləşir. 1918-ci il qaçqınlığı dövründə Kurud kəndi bilavasitə keçid məntəqə­sinə çevrilmişdir. Ermənilərin azərbaycanlı kəndlərində törətdikləri qır­ğınlar Kuruddan da yan keçməmişdir. Kənd 1988ci ildə erməni daşnakları tərəfindən tamam dağıdılmış, əhalisinin əksəriyyəti həlak olmuşdur. Əhalinin bir hissəsi dağlardan aşaraq Naxçıvan ərazisinə qaçqın düşmüşdür. 1922-ci ildə kəndin əhalisinin bir qismi yenidən öz yurdlarına dönmüş­dü. Qonşu Çiriş və Kirs kəndləri ilə birlikdə yenidən özləri üçün güzəran yaratmışdı. Heyvandarlıq və əkinçilik əhalinin güzəranını yaxşılaşdırma­ğa xeyli kömək etmişdi.
Murud
Üçbulaq (əvvəlki adı: Murut) — Azərbaycan Respublikasının Göygöl rayonunun Aşıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Zurnabad kənd inzibati ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılmış və Aşıqlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 211 nəfər əhali yaşayır.
Yəhud
İudeya (ivr. ‏יְהוּדָה‏‎ [Yehuda]; yun. Ἰουδαία, [İoudaya]; lat. Iūdaea), həmçinin Yəhud, Yəhuda (ərəb. يهودا‎) və ya Yəhudiyyə — İsrail torpağında, müasir Fələstin və İsrail dövlətləri ərazisində tarixi vilayət. Şimaldan Samariya, qərbdən Aralıq dənizi, cənubdan Negev, şərqdən Ölü dəniz və qismən də İordan çayı ilə həmsərhəddir. Regionun tarixinin müxtəlif dövrlərində İudeyanın sərhədləri fərqli şəkildə müəyyən edilmişdir. İudeya çarlığının mərkəzi olan region kral İrodun hakimiyyəti dövründə Romanın vassal dövlətinə çevrilmişdir. B.e. 6-cı ilindən etibarən burada Roma imperiyasına bağlı İudeya vilayəti qurulmuşdur.
Şurud
Şurud — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimikası == Dağətəyi ərazidədir. Kənd eyniadlı çayın adını daşıyır. Çayın adı "şor çay" çay kimi izah edilir. Şurud variantında da qeydə alınmışdır. == Əhalisi == Əhalisi 172 nəfərdir.
Şuhua
Ye Şuhua (çin. 葉舒華; 6 yanvar 2000, Yanmey[d]) və ya tanınan səhnə adı ilə Şuhua (kor. 슈화) – Cənubi Koreyada fəaliyyət göstərən Tayvan müğənnisi. "(G)I-dle" qrupunun üzvüdür. == İlk illəri == Ye Şuhua 6 yanvar 2000-ci ildə Tayvanın Taoyuan şəhərinin Yanmey rayonunda doğulmuşdur. Kiçik və böyük bacısı var. Atası hakka, anası isə tayaldır. Şuhuanın ana dili Tayvan mandarincəsidir və hakka tayvancasında səlis danışa bilmir. Koreya dilində səlis bilməklə yanaşı, ingilis və yapon dili bacarıqları da yaxşıdır. O, teatrla məşğul olmaq üçün Hva Kan İncəsənət Məktəbində təhsil almışdır.
Zunud
Zunud kəndi — Azərbaycan Respublikasının Şəki rayonunun Zunud bələdiyyəsinə aiddir. == Coğrafiyası == Kənd şimal, qərb və şərq tərəfdən dağlarla əhatə olunub. Kəndin şimalında 1640 metr hündürlükdə zirvə yerləşib. Kəndin mərkəzindən Zunud çayı axır. Zunud çayı mənbəyini dağlardan götürür . Çayın mənsəbi isə Şin çayıdır. Kəndin ərazisində İnçə-Zunud kənd tam orta məktəbi yerləşir. Kəndin mərkəzində Zunud kənd qəbirstanlğı yerləşib. Həmçinin kəndin cənubunda vaxtilə Şəkidəki 6 karvansaradan biri olmuş Zunud Karvansarası yerləşir. == Tarixi == Zunud kənd ilə bağlı Rəşidəddinin (XIII əsr) əsərlərində çoxlu türk və monqol mənşəli etnonimlərin adı verilib.
Cuku
Cuku (塾) – Yaponiyada özəl və ödənişli hazırlıq məktəbləri. Əsas məktəbə və ya universitetə hazırlaşmaq üçün nəzərdə tutulub. == Tarix == Edo dövründə "cuku" termini fərdi alimlər və ya pedaqoqlar tərəfindən qurulan, döyüş sənətləri və ya fəlsəfi təlimləri öyrətmək üçün nəzərdə tutulan kiçik məktəbləri bildirmək üçün işlədilirdi. Digər məktəb növlərinə gənc samuraylar üçün nəzərdə tutulmiş hankolar və avam adamların uşaqları üçün nəzərdə tutulmuş terakoyalar idi. Meyci dövrünün əvvəllərində Yaponiyada vahid ibtidai təhsil sisteminin qurulmasından sonra cukular özəl hazırlıq məktəblərinə çevrilmişdir və əsasən ingilis dili, abak, piano kimi fənnləri öyrətmək üçün nəzərdə tutulmuşdu. 1970-80-ci illərdə Yaponiyada cuku təhsili öz pik nöqtəsinə çatmışdır. 1976-cı ilin statistikasına görə həmin il ibtidai şagirdlərin 20%-i, orta məktəb şagirdlərinin isə 38%-i cukuya gedirdi. Ölkədə isə 22.000-dən çox cuku fəaliyyət göstərirdi; hər cukuya 5 müəllim və 137 şagird düşürdü. == Vəziyyət == Müasir cukular incəsənət və idman kimi qeyri-akademik fənnləri və ya ingilis dili, riyaziyyat, yapon dili kimi universitetə daxil olmaq üçün lazım olan akademik fənnləri tədris edir. Bəzi cukular sadəcə ev şəraitində fəaliyyət göstərdiyi halda, şəbəkə şəklində fəaliyyət göstərən böyük cukular da mövcuddur.
Muhu
Muhu (həmçinin Moon, Muhumaa; est. Muhu) — Estoniyanın sahəsinə görə Saaremaa və Hiyumaa adasından sonra sahəsinə görə üçüncü böyük adası. Adanın ümumi sahəsi 204 km² təşkil edir. Muhu Moonzund arxipelaqının tərkibinə daxil olan, Baltik dənizində yerləşən ada. == Coğrafiyası == Yaxınlığında yerləşən digər adalar kimi torpaq örtüyü olduqca kasıbdır. Belə ki, qum və çınqıldan təşkil olunmuşdur. Burada Tozağacı meşəsi və sahil xətdində isə qamışlıq yayılmışdır. Ən hündür nöqtəsi 24 metrdir. == Tarixi == Adanın dəniz dibindən qalxıb səthə çıxması 8000 min il öncəyə aiddir. Hal-hazırda belə proses davam edir.
Urud
Urud (Zəngəzur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Urud (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Thud
Thud — 2017-ci ildə Ben Berkli, Kol Bolton və İlon Mask tərəfindən qurulan satirik media şirkəti idi. Şirkət satirik veb-saytları və məhsullar istehsal etmişdir. Mask maliyyə ayırmadıqdan sonra şirkət 2019-cu ilin may ayında iflas etdi. == Layihələr == TacStorm — davamlı atəş açan silahın reklamını edən satirik veb-saytı. 6 Minute Test — onlayn şəxsiyyət testlərinin satirikası. DNA Friend — ağız şəkillərindən istifadə edərək bir adamın soyununun izini izləyə biləcəyini iddia edən evdə istifadə olunanan DNT parodiyası. Ploog — "universal orifis adapteri" reklamı edən satirik məhsul veb-saytı. 833-GET-THUD — seçimlər labirintinə səbəb olan telefon əsaslı müştəri xidməti menyularının parodiyası. Mampfen — Los-Ancelesdəki restoranlara aid satirik turist rəhbəri.
CRUD
CRUD — məlumat bazalarında və proqram təminatında istifadə olunan əsas əməliyyatları ifadə edən bir abbreviaturadır. CRUD aşağıdakı dörd əməliyyatı təmsil edir: Create (Yaratma) — məlumat bazasında yeni bir qeyd (məlumat) yaratmaq. Məsələn, yeni istifadəçi hesabı əlavə etmək. Read (Oxuma) — məlumat bazasından mövcud olan məlumatı oxumaq və ya əldə etmək. Məsələn, istifadəçi siyahısını görmək. Update (Yeniləmə) — mövcud məlumatı yeniləmək və ya dəyişdirmək. Məsələn, bir istifadəçinin profil məlumatlarını yeniləmək. Delete (Silmə) — məlumat bazasından mövcud bir məlumatı silmək. Məsələn, bir istifadəçi hesabını tamamilə sistemdən çıxarmaq. == İstifadəsi == === Verilənlər bazaları === CRUD abbreviaturası verilənlər bazası tərəfindən həyata keçirilən əsas əməliyyatlara aiddir.
Hunud (dəqiqləşdirmə)
Hunud — tarixi Zəngəzur mahalının Qafan bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Hünüt — tarixi Zəngəzur mahalının Meğri/Mığrı bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Yuxarı Hımud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Aşağı Hunud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Günnüt — Naxçıvan MR-nın Şərur rayonu ərazisində kənd (Kömürlüdağ yaxınlığında).
Molekulyar bulud
Molekulyar bulud — bəzən, bir ulduz yuvası olaraq adlandırılan, sıxlığı və ölçüsü xüsusilə molekulyar hidrogen (H2) olmaq üzrə, molekulların meydana gəlməsinə imkan verən bir növ ulduzlararası buluddur.
Mulud Fereun
Mulud Fereun (8 mart 1913[…], Kabiliya[d] – 15 mart 1962[…], Əlcəzair, Fransa) — Əlcəzairin tanınmış yazıçılarından biri. Freunun yaradıcılığı onu bütün Məqribdə və Fransada adlı-sanlı yazıçılar sırasına çəkmişdir. 1913-cü il martın 8-də Kabiliyada kəndli ailəsində anadan olmuşdur. Tanınmış Əlcəzair yazıçılarının bir çoxu kimi Mulud Fereun da əsərlərini fransızca yazıb. Ömrünün son illərini paytaxtda yaşayıb. Mulud Fereunun ölümündən əvvəl üç romanı çap olunmuşdur: "Kasıbın oğlu", "Torpaq və qan", "Dağlara gedən yollar" romanları. Ölümündən sonra isə "Dostlara məktub" kitabı, yarımçıq qalmış "İldönümü" romanı çap edilmişdir. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 86–87.
Ruhid İslamlı
Ruhun arzuları
Ruhun arzuları (fr. Les Passions de l’Ame”) — 1649-cu ildə Dekartın qələmə aldığı esse. Düşüncə tarixində Dekartın son əsəri olaraq da xüsusi yeri olan Ruhun arzuları, filosofun Utrext Universitetində tibb professoru olan Henricus Regius ve Şahzadə Elizabetlə məktublaşmaları sırasında onların ruh barədə soruşduqları suallarla şəkil almış; Elizabetin, ruhun, yəni cisimsiz olan bir şeyin nə cür bir hərəkət qabiliyyətinə sahib olduğu və bədən tərəfindən necə hərəkət etdirilə bildiyinə əlaqəli maraqlı sorğu-suallarıyla get-gedə genişləyərək üç kitablıq əhatəli bir əsərə dönüşmüşdür. == Yazılma tarixi == Ruhun arzularının yazılma tarixi, Elizabetin filosofdan duyğuların tam tərifini istəməsi səbəbindən 1646-cı ildə başlayır. Dekart ilkin mövzuyla əlaqəli kiçik bir cəhdi qələmə alır və oxuması üçün Şahzadəyə göndərir. Şahzadə Elizabet bu cəhdi oxuyur və içərisindəki məlumatların olduqca qarmaqarışıq yazıldığını görür. Buna görə də Dekarta yenidən bir məktub yollayır və mövzuyla bağlı daha detallı və dəqiq məlumatlar yazmasını xahiş edir. Dekart bir neçə rəyləri diqqətə alaraq daha detallı və daha müntəzəm şəkildə 1649-cu ildə yenidən yazır. Ona görə bu çalışma üç kitabdan formalaşacaq, ilk kitab duyğuları ümumi olaraq ələ alacaq və xüsusilə ruh-bədən əlaqəsi üzərində duracaqdır. Digər kitablar isə altı əsas duyğu və bu əsas duyğulardan törəmə digər duyğulardan bəhs ediləcəkdir.
Ruhun fenomenologiyası
"Ruhun feonomenologiyası" (alm. Phänomenologie des Geistes‎) — Alman filosofu Hegelin ən böyük əsərlərindən birincisi. Ruh sözün geniş mənasında ideal olanla , şüurla maddi başlanğıcdan fərqli olaraq qeyri-cismani başlanğıcla eyniyyət təşkil edən anlayış; sözün dar mənasında təfəkkür anlayışı ilə eyni mənalıdır. Fəlsəfənin müxtəlif cərəyanlarının nümayəndələri mütləqləşdirilməsi subyektiv-idealizmə gətirib çıxarır, obyektiv ruhun (subyekt, şəxsiyyət, fərd) və birinciliyinin qəbul edilməsi obyektiv idealizmə gətirib çıxaran obyektiv Ruhun (insandan ayrılmış və müstəqil qüvvə kimi mistikləşdirilmiş şüur) olduğunu göstərirlər. Antik fəlsəfə ruhu nəzəri fəaliyyət hesab etmişdir (Məs; Aristotel üçün ruhun fəaliyyətinin ən yüksək forması təfəkkür haqqında təfəkkürdür, nəzəriyyədən həzz almaqdır). Lakin ruh bilavasitə, intuitiv (Platon) dərk olunan fövqəlağıllı başlanğıc kimi də başa düşülmüşdür. Belə nöqteyi-nəzər zahirən dini idealogiyaya bənzəyir. Həmin idealogiyaya görə ruh allahdır, yalnız dini etiqadın bir hissəsi kimi olacaq fövqəltəbii mahiyyətdir. Alman klassik fəlsəfi idealizmin nümayəndələri ruhun fəallığını xüsusilə qeyd etmiş, onu hər şeydən əvvəl mənlik şüurunun fəaliyyəti baxımından nəzərdən keçirmişlər. Məs; Hegel ruhu mənlik şüurunun və şüurun zəkada həyata keçirilən vəhdəti.
Cuyüm
Cuyüm – İranın Fars ostanının Laristan şəhristanının Cuyüm bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,396 nəfər və 1,397 ailədən ibarət idi.
Cücük
Cücük — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 503 nəfərdir (2009). Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, toponim cuy (arx) və -cik (kiçiltmə bildirən Şəkilçi) komponentlərindən düzəlib, "kiçik arx" mənasındadır. Cücük sözü elə bütövlükdə də dilimizdə "kiçik, balaca, bala" mənalarında işlənir. Oykonim "kiçik kənd, balaca yaşayış məntəqəsi" deməkdir.
Cülus
Cülus — Osmanlı imperiyasında padşahların taxta oturmasıyla bağlı istifadə edilən termindir. == Cülus sistemi == === Ərəblərdə cülus anlayışı === Cülus sözünün mənşəyi ərəbcə olub, "oturmaq" mənasını verir. Miniatürlərdə Hz. Süleyman bir çox dəfə taxt üzərində oturmuş halda təsvir edilmişdir. İslamiyyətdə gerçək hakimiyyət Allaha aiddir və insan onun Yer üzündəki xəlifəsi hesab edilir. Hz. Məhəmmədin vəfatından sonra Hz. Əbubəkr imam seçilmiş və ona xələf olmuşdur. Hz. Ömər isə Hz.
Cüyür
Cüyür (lat. Capreolus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi. Dağlıq və dağətəyi meşələrdə daim yırtıcı heyvanların əhatəsində yaşayan cüyürü, sözsüz ki, canavar, çaqqal, vəhşi pişik, yenot və vaşaq kimi yırtıcılar asanlıqla tutub yeyirlər. Mühafizə zonalarında da yırtıcı heyvanlar cüyürlərin həyatına mütəmadi təhlükə törədir. Digər tərəfdən, nəinki dağlıq və dağətəyi yerlərdə, həmçinin qoruqlarda da bəzi ovçular cüyürün real düşməninə çevrilirlər. Hər anı təhlükə qarşısında qalan cüyür yaşayış sahəsini seçərkən ilk növbədə salamatlığının qayğısına qalır. Odur ki, kəsilmiş sahələrlə növbələnən qarışıq və enliyarpaq meşələri, tala və gölməçələri seçir. Burada onlar həm özlərini gizləyir, həm də rəqibini aydın görmək imkanı əldə edir. Sabit qar örtüyü olmayan yerlərdə dağların cənub yamaclarındakı seyrək meşələrə çəkilməklə qışı keçirirlər. Cüyürlərdə də bir sıra heyvanlar kimi mövsümi uyğunlaşmalar var.
Dürud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Çuluq
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
Çuxur
Çuxur — ətrafına görə aşağı çökmüş olan yerdir.
Çüçür
Şanyü Çüçür (v. 172) — bir hun əyanı idi. Mete xaqanın nəslindən gəlirdi. 147-ci ildə imperator tərəfindən şanyü təyin olunmuşdu. Şanyü Çüçür syenbilərə qarşı mübarizəyə çətinliklə dözürdü və əsasən çinli əsgərlərdən istifadə edirdi deyə imperator onu 172-ci ildə taxtdan çəkilməyə məcbur etdi. Eyni il öldü. Yerinə oğlu gətirildi.
Şüyüd
Şüyüd (lat. Anethum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Birillik ot bitkisi olub, hündürlüyü 40–120 sm-ə bərabərdir. Əsas kökü incə, zərif, budaqlanandır. Gövdəsi düzqalxan və ya azacıq əyilmiş, budaqlanan, dairəvi, uzunsov açıq-yaşıl və yaşıl, mil-mil, incə mumabənzər qatlıdır. Yarpaqları növbəli, üçüncülü-dördüncülü lələkşəkilli olub, uzunluğu 30 sm, eni 4–25 sm-dir. Aşağı yarpaqlarının uzunluğu 4–12 sm, saplaqlı, orta və yuxarı yarpaqları qısa saplaqlı və oturaqdır. Hamaşçiçəkləri mürəkkəb, çoxşüalı çətirinin diametri 7–30 sm-dir. Çiçəkləri kiçik, ikicinsli, beşüzvlü, sarı ləçəkli, dar olub, zirvəsi bükülü vəziyyətdədir. Meyvələri sallaq, asılı vəziyyətdə, ellips və ya enli ellipsşəkilli, uzunluğu 3–7 mm, eni 1,5–4 mm, sarımtıl-qəhvəyidir.
Vücud
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. == Anatomiya == İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.