Cuhudlar məhəlləsi (Bakı)
Yəhudi məhəlləsi və ya Cuhudlar məhəlləsi — Bakının Sabunçu rayonunda yerləşən məhəllə, Bəhruz Kəngərli küçəsinin ənənəvi adı.
== Tarixi ==
Məhəllənin salınması Rusiya imperiyası dövrünə, XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycanda neft bumu zamanı baş tutan "yəhudi köçü"ndə Bakıya gələn yəhudilər üçün salınmışdır. Əhalisi ivritdilli idi. 1991–1992-ci illərdə SSRİ-nin süqutunun ardınca məhəllədəki yəhudi əhalisi kəskin səviyyədə azalmışdır. Azərbaycan yəhudilərinin əksəriyyəti iqtisadi problemlərə görə İsrailə, qismən də Rusiyaya kütləvi olaraq köçmüşdü. Burada bir neçə yaşlı yəhudi yaşayır. İndi məhəllədə əsasən məcburi köçkünlər, rayonlardan gələn kirayəçilərdir. Memarlığı Bakının "Sovetski" və "Kubinka" məhələllərinə, həmçinin İçərişəhərə oxşadılmışdır. Məhəllədəki evlərin çoxu baxımsız, köhnədir.