Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəşrlər
Nəşr – 1)çap edib yayma; 2)dini etiqada görə, qiyamət günü bütün ölülərin dirilməsi; 3)poliqrafik cəhətdən müstəqil tərtibatı olan, redaksiya–nəşriyyat işləməsindən keçən, müəyyən buraxılmış məlumatları olan və müəyyən informasiyaların yayılmasını təmin edən çap əsəri. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Dövri cədvəl dövrü
Dövri cədvəl dövrü — Dövr elementlərin üfüqi istiqamətdə dövri sistemdə yerləşməsidir. Hidrogen atomu və ya qələvi metalla başlayıb, təsirsiz qazla qurtarır.
Dövri mətbuat
Dövri mətbuat — müəyyən vaxt ardıcıllığı ilə çap edilən nəşrlər; kütləvi informasiya və təbliğatın əsas vasitələrinin ümumi adı. Dövri mətbuata qəzet, jurnal, dövri məcmuələr, bülletenlər və s. aid edilir. == Əsas xüsusiyyətləri == Dövri mətbuatın əsas xüsusiyyətləri onun müəyyən edilmiş vaxtda müntəzəm çıxması, bütün nömrələrin eyni ad daşıması, illik nömrə və cildlərin sıra ilə artması, redaktorun və ya redaksiya heyətinin rəhbərliyi ilə buraxılmasıdır; əlavə xüsusiyyətləri: jurnallar üçün – dövriliyi (həftəlik, iki həftədən bir, aylıq, rüblük), hər ildə yeni nömrələrlə çıxması, çap vərəqlərinin qatlanaraq tikilməsi; qəzetlər üçün – dövriliyi (gündəlik, həftədə üç dəfə, həftəlik), illik nömrə ardıcıllığı, iriformatlı kağızdan istifadə, tikilmədən çap olunması və sairədir. == Dövri mətbuatın əsas məqsədi == Sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahı olan mətbuatın xalq kütlələrinin maarifləndirilməsində, milli iqtisadiyyat və mədəniyyətin inkişafında rolu getdikcə artır. Kapitalist formasiyasının məhsulu olan mətbuatın beş əsrdən artıq tarixi var. O, birdən-birə indiki mərhələyə gəlib çatmamışdır, uzun və mürəkkəb yol keçmişdir. Mətbuat informasiya alıb və vermək üçün yarandığından, onun digər bir adı kütləvi informasiya vasitəsidir. Mətbuat vasitəsi ilə informasiyanı ictimaiyyətə çatdırmaqda məqsəd bunlardır: • İctimai rəyi formalaşdırmaq; • Xalqı maarifləndirmək; • Elm və tərəqqinin yolunu açmaq; • Mətbuatın inkişafı və tərəqqiyə mane olan qüvvələrə qarşı mübarizəsi və s. == Tarixi == Dövri mətbuat deyəndə ilk növbədə qəzetin yada düşməsi də təsadüfi deyildir.
Dövri cədvəl
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Dövri enkoder
Dövri enkoder — mexaniki hərəkəti, bucaq yerdəyişməsini elektrik siqnalına çevirən elektromexaniki qurğudur. Onun göndərdiyi siqnal sayğac və ya proqramlaşdırılabilən məntiqi kontroller (ing. PLC) vasitəsilə oxuna bilir. Bu siqnal vasitəsilə kontroller vəziyyəti, sayı, sürəti və ya istiqaməti müəyyən edə və buna müvafiq əmri icra edə bilər, məsələn, müəyyən olunmuş nöqtəyə rəng vurma və ya müvafiq uzunluqdan sonra kəsmə. Dövri enkoderlər iş prinsipinə görə iki kateqoriyaya bölünürlər: mütləq və artan enkoderlər. Artan enkoderlərin hər mövqe üçün xüsusi göstəricisi yoxdur, onlar yalnız hərəkətin bir nöqtədən digərinə keçməsini göstərir. Mütləq enkoderlərin isə hər mövqe üçün ayrıca qiyməti var.
Dövri funksiya
Təbiətdə və texnikada bəzi proseslər periodik olaraq təkrar olunur. Periodik dəyişən kəmiyyətləri öyrənmək üçün dövri funksiya anlayışından istifadə olunur. Hər bir "x" ədədi ilə birlikdə "x-T" və "x+T" (T sıfırdan fərqli) ədədləri də "f" funksiyasının təyin oblastına daxildirlərsə və f ( x − T ) = f ( x ) = f ( x + T ) {\displaystyle f(x-T)=f(x)=f(x+T)} bərabərliyi ödənirsə, f funksiyasına dövrü T olan "dövri funksiya" deyilir. 0 (sıfır) istənilən funksiyanın dövrüdür. Dövrü "0" olan funksiyalar maraqlı deyil. Ona görə də T-ni sıfırdan fərqli qəbul edilir. Dövri funksiyanın tərifi aşağıdakı teoremlərlə alınır. == Teoremlər == === Teorem 1: === "T" ədədi "f" funksiyasının dövrüdürsə "(-T)" ədədi də "f" funksiyasının dövri olur. === Teorem 2: === "T1" və "T2" ədədləri f funksiyasının dövrüdürsə T1+T2 və T1-T2 ədədləri də f funksiyasının dövrü olur. === Teorem 3: === T ədədi f funksiyasının dövrüdürsə, n istənilən tam ədəd olduqda "nT" ədədi də f funksiyasının dövrüdür.
Dövri qanun
Dövri qanun — 1869-cu ildə Dmitri Mendeleyev tərəfindən o dövrdə məlum olan kimyəvi elementlərin xassələri və onların atom kütlələrinin qiymətləri müqayisə edilərkən kəşf edilmiş əsas təbiət qanunu. == Təriflər == Dövri qanunun kəşfindən sonra Dmitri Mendeleyev iki il onun tərtibini təkmilləşdirdi və nəhayət, aşağıdakı formada rəsmiləşdirdi (1871): Atom fizikası və kvant kimyasının inkişafı ilə Dövri Qanun ciddi nəzəri əsas əldə etdi. C.Rıdberqin (1897), A.Van den Brukun (1913), Q.Mozelinin (1913) klassik əsərləri sayəsində elementin sıra (atom) nömrəsinin fiziki mənası açılmışdır. Daha sonra kimyəvi elementlərin atomlarının nüvələrinin yükləri artdıqca elektron strukturunun dövri dəyişməsi üçün kvant mexaniki modeli yaradılmışdır. Hal-hazırda D. I. Mendeleyevin Dövri Qanunu aşağıdakı formadadır: Dövri qanunun digər fundamental qanunlar arasında özəlliyi ondan ibarətdir ki, onun riyazi tənlik şəklində ifadəsi yoxdur. Dövri qanun Kainat üçün universaldır: məşhur rus kimyaçısı N.D.Zelinskinin obrazlı şəkildə qeyd etdiyi kimi, dövri qanun “kainatdakı bütün atomların qarşılıqlı əlaqəsinin kəşfi” idi. Qanunun qrafik (cədvəl) ifadəsi Mendeleyev tərəfindən işlənmiş kimyəvi elementlərin dövri sistemidir. Ümumilikdə dövri sistemin təsvirinin bir neçə yüzvariantı (analitik əyrilər, cədvəllər, həndəsi fiqurlar və s.) təklif edilmişdir. == Tarixi == Kimyəvi elementlərin təbii təsnifatı və sistemləşdirilməsi üçün əsasların axtarışı Dövri Qanunun kəşfindən çox əvvəl başlamışdır. Bu sahədə ilk dəfə işləyən təbiət alimlərinin qarşılaşdıqları çətinliklər eksperimental məlumatların olmaması ilə əlaqədar idi: XIX əsrin əvvəllərində məlum kimyəvi elementlərin sayı az idi və atomun qəbul edilən dəyərləri çoxlu elementlərin kütlələri yanlışdır.
Dövri cədvəl bloku
=== Bloklar === Bəzən, Atomların malik olduğu axırıncı elektronu hansı xarici elektron təbəqədə yerləşidiyinə görə dövrü cədvəli bloklara bölürlər. S-bloku ilk iki qrupu, yəni qələvi metallar və qələvi torpaq metallar, həmçinin hidrogen və helium elementlərini əhatə edir, P-bloku axırıncı altı qrupu (BNTKİ klassifikasiyası üzrə 13-dən 18-dək, amerikan sistemi üzrə IIIA-dan VIIIA-dək), digər elementlərdən əlavə bütün metalloidləri əhatə edir, D-bloku BNTKİ klassifikasiyası üzrə 3-dən 12-dək, amerikan sistemi üzrə IIIB-dan IIB-dək olan qruplardakı keçid metalları əhatə edir F-bloku adətən cədvəldən kənara çıxarılan lantanoidlər və aktinoidlərdən ibarətdir.
Dövri cədvəl qrupu
Dövri cədvəl qrupu - Qrup elementlərin şaquli sütunuda yerləşməsidir. Eyni qrupda yeləşən elementlərin elektron quruluşu və kimyəvi xassələri eynidir. İki yerə ayrılır: Əsas və əlavə yarımqrup elementləri.
Dövri ikilik kod
Dövri ikilik kod (cyclic binary code) – ədədlərin ikilik təsvirində hər bir ədədin özündən qabaqkından yalnız bir mərtəbədə fərqlənməsi. İkilik 0 və 1 rəqəmlərinə əsaslansa da, dövri ikilik ədədlər adi ikilik ədədlərdən fərqlənir. Dövri ədədlər Morze koduna çox oxşayan kod əmələ gətirir, adi ikilik ədədlər isə həqiqi qiymətləri ikilik say sistemində göstərir. Dövri ikilik kodda ardıcıl ədədlər yalnız bir mərtəbədə fərqləndiyindən, onlardan ölçü proseslərində xətaları minimuma endirmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dövri sistemin altıncı periodu
6-cı period elementləri — altıncı periodda yerləşən elementlərdir. Bu periodda Lantanoidlərlə birlikdə 32 element yerləşir.
Dövri sistemin beşinci periodu
5-ci period elementləri — beşinci periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Dövri sistemin birinci periodu
1-ci period elementləri — birinci periodda yerləşən elementlərdir. Bu periodda 2 element yerləşir: Hidrogen və Helium. == Xarici keçidlər == Bloch, D. R. Organic Chemistry Demystified. McGraw-Hill Professional. 2006. ISBN 0-07-145920-0.
Dövri sistemin dördüncü periodu
4-cü period elementləri — dördüncü periodda yerləşən elementlərdir. Bu periodda 18 element yerləşir.
Dövri sistemin ikinci periodu
2-ci period elementləri — ikinci periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Dövri sistemin səkkizinci periodu
8-ci period elementləri — yeddinci periodda yerləşən elementlərdir. Bu periodda Aktinoidlərlə birlikdə 32 element yerləşir.
Dövri sistemin yeddinci periodu
7-ci period elementləri — yeddinci periodda yerləşən elementlərdir. Bu periodda Lantanoidlərlə birlikdə 32 element yerləşir. Perioddakı elementlərin hamısı Radioaktiv elementlərdir. Periodda Yer kürəsində təbii halda ən ağır element olan Uran elementi yerləşir.
Dövri sistemin üçüncü periodu
3-cü period elementləri — üçüncü periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Kimyəvi elementlərin dövri cədvəli
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Kimyəvi elementlərin dövri sistemi
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Dövri sistemin 10-cu qrupu
Dövri sistemin 10-cu qrupu — periodik cədvəldə 10-cu qrupda yerləşən elementlərdir. Bu qrupda 4 element yerləşir. == Ədəbiyyat == Ахметов Н. С. Общая и неорганическая химия. — М.: Высшая школа, 2001. — ISBN 5-06-003363-5. Лидин Р. А.. Справочник по общей и неорганической химии. — М.: КолосС, 2008. — ISBN 978-5-9532-0465-1.
Dövri sistemin 11-ci qrupu
Dövri sistemin 11-ci qrupu — periodik cədvəldə 11-ci qrupda yerləşən elementlərdir. Bu qrupda 4 element yerləşir. == Xarici keçidlər == Greenwood, Norman N.; Earnshaw, Alan (1997). Chemistry of the Elements (2nd ed.). Butterworth-Heinemann. ISBN 0-08-037941-9.
Dövri sistemin 12-ci qrupu
Dövri sistemin 12-ci qrupu — periodik cədvəldə 12-ci qrupda yerləşən elementlərdir. Bu qrupda 4 element yerləşir. == Biblioqrafiya == CRC contributors. David R. Lide (redaktor). Handbook of Chemistry and Physics (87th). Boca Raton, Florida: CRC Press, Taylor & Francis Group. 2006. ISBN 0-8493-0487-3.
Dövri sistemin 13-cü qrupu
Dövri sistemin 13-cü qrupu - periodik cədvəldə 13-cü qrupda yerləşən elementlərdir. Bu qrupda 6 element yerləşir. Bu qrupa bəzən "Bor yarımqrup elementləri" də deyilir.
Dövri sistemin 14-cü qrupu
Dövri sistemin 14-cü qrupu — periodik cədvəldə 14-cü qrupda yerləşən elementlərdir. Bu qrupda 6 element yerləşir.
Azərbaycanda orta əsrlər dövrü
Azərbaycanda orta əsrlər dövrü — eramızın III–XVIII əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü 3 əsas mərhələyə bölürlər: III–X yüzilliklər erkən orta əsrlər və ya erkən feodalizm XI–XV əsrlər klassik feodalizm XVI–XVIII əsrlər son feodalizm Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. Azərbaycanın orta əsrlər tarixi 3–18 yüzillikləri əhatə edir. Bu yüzilliklər ərzində Azərbaycan xalqının dövlətçilik təcrübəsində, ictimai-iqtisadi, dini, mədəni həyatında əsaslı dəyişikliklər baş verdi. Orta əsrlər dövrünün əvvəlində Azərbaycan Sasani və Ərəb işğallarına məruz qaldı. Lakin İslam dininin qəbul olunması ilə Azərbaycan qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycan torpaqlarında Şirvanşahlar , Sacilər ,Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Səlcuqlar dövründə Qafqazda türklər əsas etnik amilə çevrildi.
Azərbaycanda erkən orta əsrlər dövrü
Azərbaycanda erkən orta əsrlər dövrü — Azərbaycan tarixinin dövrlərindən biri olaraq III əsrdən XI əsrə qədər davam etmişdir. III əsrdə həm müasir Azərbaycan Respublikası ərazisi, həm də Cənubi Azərbaycan ərazisi Sasani imperiyası ərazilərinə qatılmışdırlar. Həmçinin elə bu dövrdə Azərbaycan ərazisində feodalizm formalaşmağa başlamış, Qafqaz Albaniyası ərazisi Bizans və Sasani imperiyaları arasında müharibə meydanına çevrilmişdir. Sasani imperiyasının Ərəb xilafəti tərəfindən süquta uğradılmasından sonra həm keçmiş Atropatena, həm də Albaniya əraziləri Ərəb xilafətinə daxil edilmişdir. Bu zamana qədər artıq dövlətçiliyini tamamilə itirmiş Atropatenadan əlavə olaraq, Albaniyada tədricən zəifləmiş və 705-ci ildə tamamilə yox olmuşdur. Bundan sonra Ərəb xilafətinin də regoindakı hakimiyyəti tədricən zəifləmiş, bunun nəticəsində Azərbaycan ərazisində - həm cənubi, həm də şimali - yeni feodal dövlətlər ortaya çıxmışdır. == Sasani işğalı == === Tarixi === 252-253-cü illərdə Albaniya, bundan daha əvvə isə Atropatena Sasani imperiyası tərəfindən ələ keçirildi. Atropatena tamamilə Sasani imperiyasına birləşdirilsə də, Albaniya vassal dövlətə çevrildi və özünün monarxiyasını qoruyub saxlaya bildi. Lakin Alban hökmdarının real gücü yox idi, mülki, dini və hərbi hakimiyyət əsasən Sasani canişini olan mərzbanın əlində cəmləşmişdi. 260-cı ildə Sasani şahı I Şapurun Roma ordusunu məğlub etməsindən sonra Albaniuyanın ilhaq edilməsi məlumatı Nəqşi-Rüstəmdəki üçdilli abidə verilən mətndə keçməkdədir.
Dövr
Dövr ərəb sözüdü (دور), цикл (rusca), cycle (ingiliscə), devir, devre(türkcə) yəni devrə, dolanma, bir şeyin öz oxu ətrafında hərəkəti, bir şeyi təkrarlama, gəzib dolanib əvvəlki vəziyyətə qayıtma. Dövr (astronomiya) — Günəş dövrülüyü Dövr (məclisin baş tərəfi) — Dövr (geologiya) — Geologiyada bir geoloji sistemin çöküntülərinin əmələ gəlməsi üçün lazım olan vaxt (zaman).
Dövrü alqoritm
Dövri alqoritm - hesablama prosesində tez-tez eyni əməliyyatlar qrupunun çoxlu sayda təkrar olunması lazım gəlir. Bu halda dövr alqoritmindən istifadə olunur. Dövrlər sadə və mürəkkəb olur. Sadə dövrlü alqoritmin bir dövrü olur. Əgər hər hansı bir alqoritmdə bir neçə daxili dövr iştirak edirsə, onda belə dövrlərə mürəkkəb dövr deyilir.DÖVRİ ALQORİTM BLOK SXEM ŞƏKLİNDƏDƏ OLA BİLƏR. == Mənbə == AMEA İnformasiya Texnologiyaları İnstitutu, "", tex.f.d.
Dövrə şəhristanı
Dövrə şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sarab Dövrə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 44,146 nəfər və 9,722 ailədən ibarət idi.
Dəmir dövrü
Dəmir dövrü — e.ə XI–VIII əsrləri əhatə edir. Tunca nisbətən daha möhkəm, keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri və silahlar yeni yüksəlişə səbəb oldu. At və dəvədən minik vasitəsi kimi istifadəyə başlanmışdır. Süni suvarmanın yaranması ilə bağçılıq və bostançılıq inkişaf etmişdir. Erkən Dəmir dövründə Azərbaycanda müdafiə tikililəri, siklopik qalalar inşa edilmişdir. E.ə. 7-ci əsrdən etibarən dəmirdən geniş istifadə edilməyə başlanmışdır. Bu dövrdə yazı meydana gəldi. Yazını papirus, gil lövhələr, daş, dəri və başqa materiallar üzərində yazırdılar. E.ə.
Edo dövrü
Edo dövrü (江戸時代, Edo jidai) və ya Tokuqava dövrü (徳川時代, Tokuqava jidai) — Yaponiya tarixində 1603-1868-ci illəri əhatə edən dövr. Yapon cəmiyyətinin Tokuqava şoqunatınin və 300 regional daymyonun hakimiyyəti altında olması ilə səciyyələnir. Bu dövr iqtisadi inkişaf, ciddi sosial qaydalar, xarici siyasətdə özünütəcrid, sabit əhali, incəsənət və mədəniyyətə qarşı isti münasibət, materialların təkrar istehsalı və davamlı meşə idarəetməsi ilə xarakterizə olunur. Bu, məhdud ehtiyatların tam istifadəsinə əsaslanan davamlı və özü-özünü təmin edən cəmiyyət idi. Şoqunat, rəsmi olaraq, 24 mart 1603-cü ildə Edoda Tokuqava İeyasu tərəfindən yaradılmışdır. Bu dövr 3 may 1868-ci ildə Meydzi islahatının başlaması və Edonun ələ keçirilməsi ilə sona çatdı. == Hadisələr == 1600: Sekiqahara döyüşü. Tokuqava İeyasu daymyoların ordularını məğlub edərək Yaponiyanın böyük hissəsi üzərində hakimiyyətini qurur. 1603: İmperator Tokuqava İeyasunu şoqun təyin edir və o öz hökumətini Edoya (indiki Tokio) köçürərək Tokuqava şoqunlar sülaləsinin əsasını qoyur. 1605: Tokuqava İeyasu şoqunluqdan gedir və yerini oğlu Tokuqava Hidetadaya verir.
Ektaz dövrü
Ektaz dövrü və ya Ektaz — (yun. ἔκτασις (éktasis) - "uzadılmaq" deməkdir) Mezoproterozoy erasında ikinci geoloji dövrdür və 1400 milyon il əvvəldən 1200 milyon il əvvələ qədər davam etmişdir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur. Geoloji olaraq bu dövr platforma örtüklərinin davamlı genişlənməsi ilə xarakterikdir. Cinsi çoxalmanın ilk dəlilləri bu dövrə aid edilir. Kanadanın Somerset adasında tapılmış 1.2 milyard illik ov formalaşmalası Ektaz dövrünün sonundan başlayır. Bu, ilk taksonomik olaraq həll edilmiş eukariot olan Bangiomorpha pubescens (qırmızı yosunların növü) çox hüceyrəli filamentlərinin mikrofosillərini ehtiva edir. Bu mürəkkəb bir çoxhüceyrəli orqanizm üçün vacib bir xüsusiyyət olan cinsi çoxalma nümayiş etdirən ilk orqanizm idi. Mürəkkəb çoxhüceyrəlilər orqanizmlərin koloniyaları şəklində yaşayan "sadə" çoxhüceyrəlilərdəndən fərqlənir. Həqiqi çoxhüceyrəli orqanizmlər müxtəlif funksiyalar üçün ixtisaslaşdırılmış hüceyrələrə sahibdirlər.
Eneolit dövrü
Mis dövrü, mis-daş dövrü, xalkolit (yun. χαλκός — mis + λίθος — daş kəliməsindən), eneolit (lat. aeneus — mis + yun. λίθος — daş kəliməsindən) — bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsi. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi. Eneolit daş dövrünün sonu – metal əsrinin başlangıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi; qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır; yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu; Bəşəriyyət daş dövründən mis dövrünə,qədəm qoyraq inkişaf etmişdir.Alimlərin əksəriyyəti metal dövrünün e.ə IV minilliyin əvvəlində başladiğını ehtimal etsə də, ayrı-ayrı ərazilərdə bu mərhələ xeyli sonra başlamışdır.Lakin harda baş verməsindən aslı olmayaraq,istənilən halda metal əmək alətlərinin meydana gəlməsi Qobustanda olduğu kimi,həyat tərzinin ciddi surətdə dəyişməsinə səbəb olurdu.İnsanlar artıq darısqallaşmış beşiyə siğmayan körpə kimi,minilliklər boyu sığındıqları qayaları daha fəal surətdə tərk etməyə başlayırdı.Arxeoloqların fikrincə,insanın mislə ilk tanışlığı külçələr vasitəsilə baş verib.Onların emalı prosesində insanlar zərbə nəticəsində parçalanmayan külçələrin deformasiyaya uğramasına diqqət yetirmişlər.Yəni müəyyən bacarıq olduqda onlara zəruri şəkil vermənin mümkünlüyü,eyni zamanda materialın möhkəmliyinin artdığı dərk edildi.Mis kifayət qədər yumşaq material olsa da,ondan hazırlanan məmulatlar asanlıqla təmir edilir və onların istifadə muddəti xeyli uzanirdi.Üstəlik misdən düzəldilən silah və əmak alətləri daha kəskin və iş prosesində rahat,ovda və düşmənlə çapışmada daha öldürücü idi. Azərbaycan ərazində tunc dövrünün başlanğıcı adətən e.ə V minilliyin sonlarına aid edilir.
Fırlanma dövrü
Fırlanma periodu — Planetlərin, peyklərin və digər səma cisimlərinin hər hansı bir nöqtəsinin həmin cismin mərkəzi oxlarının ətrafında dönməsi nəticəsində ərtaf-mühitə nəzərən yenidən eyni yerdə olmasına qədər sərf olunan zaman müddəti. Yer kürəsinin fırlanma periodu 1 sideral gün, yəni 23 saat 56 dəqiqə təşkil edir. == Dönmənin növləri == Sideral dönmə — Ayın Yer ətrafında fırlanaraq müəyyən müddət sonra Yerin mərkəzində duran müşahidəçiyə nəzərən ikinci dəfə eyni nöqtəyə gəlməsi onun sideral dönməsi olub, 27.3 günə bərabərdir. Sinodal dönmə — Ayın fırlanaraq müəyyən müddət sonra Günəşlə Yer arasında yenidən eyni bucaqda olmasıdır, 29.5 gün təşkil edir.
Himiko dövrü
Himiko (yaponcaː 卑弥呼; bilinmir – 247, Yaponiya) — Yaponiyanın erkən dövlət qurumlarından birinin hakimi (173-250). == Haqqında == Himiko barədə məlumat verən yeganə etibarlı yazılı mənbə Çin tarixi salnaməsi "3 şahlığın yazıları" əsərdir. Bu əsərin xüsusilə "Şərq varvarları haqqında bölməsi"ni qeyd etmək olar. Həmin əsər təxminən 297-ci ildə yazılmışdır. Bu əsərdə Yaponiya arxipelaqının sakinlərinin - "Va insanları"nın (倭人 — «karlik insanlar) sosial təşkili, həmçinin "Qadın hökmdar Himikonun hakimiyyəti dövrü təsvir olunur. O, çin mənbələrində Yamatay ölkəsinin şaman və Yaponiyanın asılı ölkələrinin hakimi kimi xatırlanır. Çin salnamələri qeyd edir ki, 239-cu ildə Himikonun Çin sülaləsi - Veyə (220-265) hədiyyələr göndərməsi barədə məlumat verilir. 243-cü ildə Himikonun ikinci dəfə hədiyyələrlə öz nümayəndəsini Loyana göndərməsi barədə məlumat verilir. Sonuncu dəfə isə 248-ci ildə Çinə Himiko tərəfindən hədiyyələr göndərilməsindən bəhs edilir. Eramızın əvvəllərində Yaponiya adaları ərazisində yaşayan kumaso (xayato) (Şikoku adasında və Kyüsyü adasının cənubunda), tenson (Kyüsyü adasının şimalında), icumo (Xonsyu adasında, Noto yarımadasının mərkəzində) və emişi (eco) (Xonsyu adasının şimal-şərqində) tayfalarını göstərmək olar.
Kalim dövrü
Kalim və ya Kalim dövrü (yun. μμα (kálymma) - "örtük" deməkdir) — Mezoproterozoy erasında ilk geoloji dövrdür və 1600 milyon il əvvəl ilə 1400 milyon il əvvəl arasında davam edir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur. Dövr, mövcud platforma örtüklərinin genişlənməsi və ya yeni platformalar ilə xarakterizə olunur. Supercontinent Kolumbiya Kalim dövrü zamanı, 1500 milyon il əvvəl parçalanmağa başladı. == Mənbə == "Calymmian Period". GeoWhen Database. May 12, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 5, 2006. James G. Ogg.
Kembri dövrü
Kembri dövrü — davamiyyəti 85 mln. ilə yaxındır. Bu dövrdə karbonat, silisium, fosfat mineral sekresiyalı skeletli heyvanların kütləvi şəkildə meydana gəlməsi müşahidə edilir ki, bu da kembri biotunu vend biotundan kəskin fərqləndirir. Kembridən başlayaraq foraminiferlərin aqqlütiniv skeletləri rast gəlinir. Kembri dövrü ərzində demək olar ki, hazırda mövcud olan heyvanların bütün tipləri, o cümlədən xordalılar meydana gəlmiş, arxeosiatlar isə yalnız bu dövrdə yaşamışdır. Onlarla bir yerdə hidrokonozoa, trilobitlər, xırda qastropodalar, hiolitlər, qıfılsız braxiopodalar, dərisitikanlılar, sianobiontlar və bəzi yosunlar, həmçinin sistematik vəziyyəti aydın olmayan qruplar, xüsusən akritarxilər geniş yayılmışdır. Orta kembridə ilk qraptolitlər (stereostolonatlar) və konodontlar meydana gəlmişdir. Arxiosiatlar kembriyəqədərki rifquran sianobiontları (stromatolitlər) əvəz etmiş ilk rifquran heyvanlar olmuşdur. Kembri biotunun əksəriyyəti dəniz və sahil-dəniz hövzələrində məskunlaşmışdır. Bu zaman ilk yerüstü onurğasız heyvanlar (qurdlar və çoxayaqlılar) meydana gəlmiş, onlarla birlikdə yerüstü süxur qatlarında bakteriyalar və göbələklər yaşamaqda davam etmişdir.
Keçid dövrü
== Keçid dövrünün mahiyyəti və zəruriliyi == İnsan cəmiyyəti meydana gəldiyi vaxtdan etibarən tədriclə inkişaf edir. Inkişafın bir mərhələsindən, digərinə keçir, cəmiyyətin bir forması başqasını, daha mütərəqqi formasını əvəz edir. Bu zaman cəmiyyətin məhsuldar qüvvələri inkişaf etdikcə mövcud sosial-iqtisadi münasibətlər sistemi də dəyişir və yeniləri ilə əvəz olunur. Bu dəyişikliklər prosesi həm tədriclə, təkamül yolu ilə, həm də sıçrayışla, inqilabi yolla baş verir. Iqtisadi münasibətlər sisteminin əsasında xüsusi mülkiyyətin durduğu cəmiyyətlərin birinin digərini əvəz etməsi təkamül yolu ilə baş verir. Buna misal olaraq, feodalizmdən kapitalizmə keçilməsi prosesini gostərmək olar. Hər iki cəmiyyət xüsusi mülkiyyətə əsaslanır və bu da imkan verdi ki, kapitalist təsərrüfat formaları, kapitalist münasibətləri feodalizmin içərilərində yaransın və feodal təsərrüfat formaları ilə eyni vaxtda mövcud olsun. Hər iki təsərrüfat formasının eyni vaxta mövcud olduğu bir şəraitdə iqtisadiyyat, qarışıq iqtisadiyyat kimi fəaliyyət göstərsə də getdikcə feodal münasibətləri sistemi zəifləyir, kapitalist münasibətləri sistemi genişlənərək hakim uklad forması alır. Belə bir şəraitdə iqtisadiyyat keçid vəziyyətində olur və tədriclə kapitalist təsərrüfat formasına keçid baş verir və yeni iqtisadi sistem bərqərar olur. == Keçid iqtisadiyyatı == Keçid vəziyyətində olan iqtisadiyyatı iqtisadçı alimlər "Keçid iqtisadiyyatı" adlandırırlar.
Kofun dövrü
Kofun dövrü (yaponca 古墳時代 kofun dziday, hərfən. "kurqanlar dövrü") — Kurqanlar mədəniyyəti ("Kofun") dövrü. 250 (300) — 538-ci illər. Yamato dövrünün ilk yarımdövrü. Bu dövrün əsas xüsusiyyəti kurqanlar mədəniyyətinin Yamato ərazisində meydana çıxmasıdır. == Haqqında == Kofun dövrü (古墳 — qədim kurqan) Yaponiyada 5 əsr ərzində yayılan kurqanlara görə belə adlanır. Bu kurqanların bir neçə tipi var. Kofun kurqanları 400 metr dərinlikdədir. Daş və ağac məzardan ibarətdir. Şaquli (縦穴 — tateana) və ya üfuqi (横穴 — yokoana) vəziyyətdə yerləşirlər.
Komanda dövrü
Komanda dövrü ( ing. instruction cycle ~ ru. командный цикл ~ tr. komut çevrimi) – mikroprosessorun aşağıdakı əməliyyatları yerinə yetirdiyi proses: komandanı yaddaşdan götürür, dekodlaşdırır və icra edir. Komanda dövrü iki hissədən ibarətdir: komandanın yaddaşdan götürülmə zamanı və çalışdırma (translyasiya və icra olunma) zamanı; komanda dövrü bütün əməliyyatların baş verdiyi takların (kompüterin sistem saatının impulslarının) sayı ilə ölçülür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Lalə Dövrü
Lalə Dövrü (Osmanlı türkcəsi: لاله دورى) — Osmanlı imperiyasında, 1718-ci ildə Avstriya ilə imzalanan Pojarevatsk sülhü ilə başlayıb, 1730-ci ildəki Patrona Xəlil üsyanı ilə sona çatan dövrdür. "Eyş-işrət və əyləncə" dövrü olaraq bilinən bu dövrün padşahı III. Əhməd, sədrəzəmi isə Nevşəhərli Kürəkən İbrahim Paşadır. Osmanlı xronologiyasında Lalə dövrü anlayışı yoxdur. 1718-ci ildə Avstriya və müttəfiqi Venesiya ilə imzalanan Pojarevatsk sülhünün ardından başlayan uzun sülh dövründə, Haliç və Boğaziçi səmtləri başda olmaqla paytaxtın əksər yerlərində israfa çatacaq dərəcədə lalə bağçaları qurulmuş, bu səbəblə tarixdə ilk dəfə bu dövr tarixçi Yəhya Kamal Bəyatlı tərəfindən Lalə dövrü adlanmışdır. Tarixçi Əhməd Rəfiq Altınayın 1913-cü ildə İkdam qəzetində dərc olunan məqaləsində və iki il sonra eyni adla nəşr olunan kitabında bu dövr Osmanlı tarixinin əyləncə, sülh, yeniliklər və ictimai reformasiya dövrü olaraq anılır. Nevşəhərli Kürəkən İbrahim Paşanın sədarət dövrünü əhatə edən və 1730-cu ildə Patrona Xəlil üsyanı ilə başa çatan bu dövr qərb dünyası ilə siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması ilə səciyyələnir. Belə ki, Parisə, Vyanaya və Moskvaya göndərilən elçilərdən yalnız diplomatik və ticarət əlaqələrinin tənzimlənməsi yox, eyni zamanda Avropa diplomatiyası və hərbi gücü barədə informasiya toplamaq da tələb olunurdu. XV Lüdoviq dövründə Parisə elçi olaraq göndərilən İyirmisəkkiz Çələbi Mehmed Əfəndi buradakı təhsil səviyyəsini eynilə İstanbula daşımağa cəhd göstərmişdir. Bu əsnada ticarət əlaqələri genişlənmiş, iki ölkə arasında ildə 500 ticarət gəmisi səyahət etmişdir. Yenilikçilik siyasətinin ən önəmli nümunəsi isə Çələbi Mehmed Əfəndinin oğlu Mehmed Səid Əfəndi və İbrahim Mütəfərrikanın səyləri ilə 1727-ci ildə qurulan mətbəədir.
Orta Əsrlər
Orta əsrlər (lat. medium aevum) — italyan humanistləri-linqvistləri və ədəbiyatçıları, klassik latıncanı diriltməyə çalışaraq, onların dövrünü klassik qədim çağlardan ayıran zamanı, "orta əslər"(medium aevum) adlandırmışdılar. XV əsrdə bu istilah artıq tarixçilər tərəfindən də, Qərbi Roma İmperiyasının süqutundan onların yaşadığı İntibah dövrünə qədər olan dövrə də aid edilməyə başladı. XVII əsrdə tarix elmində ümumdünya tarixini əntiq, orta əsrlər və yeni dövrə bölmək ənənəsi möhkəmləndi. Orta Əsrlər anlayışı humanist və sonrakı burjua tarixşunaslığında ciddi elmi anlam və xronoloji müəyyənlik daşımırdı. Orta Əslərin başlanğıcı, gah sonuncu Roma imperatorunun taxtdan salınması(476), gah Konstantinin hakimiyəti dövrü(306–337), gah da ərəblərin Avropaya hücumu (VIII əsrin əvvəli) hesab edilirdi. Orta əsrlərin sonu anlayışı isə daha yayqın idi. Bəziləri bunu Konstantinopolun süqutu(1453), bəziləri Amerikanın kəşfi(1492), bəziləri isə Almaniyada Reformasiyanın başlanğıcı(1517)ilə müəyyən edirdilər. Orta Əsrlərin səciyəsi barədə də müxtəlif mövqelər var. Humanistlərin ardınca İntibah dövrü tarixçiləri də orta əsrləri nadanlıq, mövhumat və düşkünlük çağları kimi dəyərləndirirdilər.
Şovri
Şovri (fr. Chauvry) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Taverni. Əhalisi — 278 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 23 km şimalında, Serji bələdiyyəsinin 15 km şərqində yerləşir.
Məşrutə dövrü mətbuat
Cənubi Azərbaycan mətbuatı — Cənubi Azərbaycanda mətbuat. 1905–1911 illər Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının içtimai-siyasi və milli düşüncəsinin inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədə siyasi fəzanın açılmasına gətirdi. Gündən-günə genişlənən siyasi hadisələr və içtimai çəkişmələr ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif qəzetlər yayılmağa başladı. İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra Azərbaycan millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edildi. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Əhməd Kəsrəvi yazırdı ki: "…doğrudur, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. Lakin onların çoxusu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və s. kimi yazılarla dolu idi.
Bəşirlər
Bəşirlər — Azərbaycan Respublikasının Ağdərə rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. == Tarix == Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Bəşirlər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Bəşirlər kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Nəbilər
Nəbilər (Şuşa) — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Nəbilər (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.
Nənələr
Nənələr — Lənkəranın Separadi kəndindən olan folklor və rəqs ansamblıdır. Bu qrup "Lənkəran Nənələri" adı ilə də tanınır. Ansambl hal-hazırda 6 üzvdən ibarətdir. Bu ansamblın əsası 1970-ci ildə qoyulub.. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Qrupun ifasında Azərbaycan və Talış dillərində olan 100-ə qədər bayatı və mahnı var. Bunlara misal olaraq "Ay lolo", "Gəl, gözəlim, naz eləmə", "Mirvari gəlin", "Almanı alma, gəlin", "Yar bağa gəldi", "Bulaq başında", "Gəlin", "Kinəlim-kinəlim", "Maralı göndər bizə", "Verin bizim gəlini", "Əllərə xına çəkərlər", "Yar-yar", "Can gülüm", "Bülbüllər oxuyur" və s. mahnıların adını çəkmək olar. Qrup ilk yarandığı vaxtda 4 nəfərdən (Gülbacı, Ağabacı, Xanımbacı və Qızbəs) ibarət olub. Bu vaxtlar onlar "Bacılar" adı ilə fəaliyyət göstəriblər.
Nərələr
Nərələr (lat. Acipenseridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Nərələrin dünya ehtiyatının 80%-dən çoxu Xəzər dənizindədir. Uzunsov, iynəşəkilli bədənləri və sifətləri (burnu) (seyrək hallarda konusvarı və ya kürəşəkilli) vardır. Ağzı hərəkətli, dişsizdir (körpələrdə zəif dişlər olur), başın alt tərəfində yerləşmiş, ətli dodaqlarla vardır. Döş üzgəcinin ön şüasıgüclü şəkildə qalınlaşmış və tikana çevrilmişdir. Bel üzgəci quyruğatərəf itələnmişdir. Fəsilənin 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri vardır. Dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır.
Sədrlər
Sədrlər — şərqin tanınmış soylarından biri. İslam Peyğəmbərinin (s) nəslindən olan Sədrlər ailəsinin ilk tanınmış nümayəndəsi Seyid Sədrəddin təxminən 200 il əvvəl İranın İsfahan şəhərindən şiə elm mərkəzi olan Nəcəfə köçə­rək burada məskunlaşıb. Sonradan Sədrlər ailəsinin bir qolu Livanın cənubuna - Cəbəl Amil məntəqəsinə köçüb və orada yaşamağa başlayıb. Livanda İslam müqavimətinin liderlərin­dən olan şəhid Musa əs-Sədr də bu ailəyə mənsubdur. Nə­cəfdə məskunlaşan Sədrlər burada elmi fəaliyyətlə məşğul olublar. İraqda Səddam Hüseyn hakimiyyəti ələ keçirəndən sonra şiə­lərə, xüsusən də ruhanilərə qarşı təqiblər başlayır. Çoxlu say­da məşhur şiə üləması həbsə atılır, bir çoxu qətlə yetirilir. Səddam qəti şəkildə şiə ruhanilərinin ölkədən çıxmasını tələb edir. Bu zaman Nəcəfin nüfuzlu alimlərindən olan Seyid Məhəm­mədbağır Sədr Səddam hakimiyyətinə qarşı açıq mübarizə­yə başlayır. O və bacısı, təhsilli ruhani qadın olan Bintul Hu­da diktatura rejimini ifşa edən çağırışlar edirlər.
Metyu Basbi
Metyu Basbi (26 may 1909, Belshill[d] – 20 yanvar 1994, Mançester) — Şotlandiya futbolçusu və meneceri. O, 1945-1969-cu illərdə və 1970-71 mövsümünün ikinci yarısında "Mançester Yunayted"i idarə etmişdir. Müharibəyə qədərki illərdə "Mançester Siti" və "Liverpul" komandalarında oynayıb. "Mançester Yunayted" klubunun meneceri vəzifəsində daha çox məşhur olub. Burada 25 il çalışıb. Basbinin rəhbərliyi altında "Mançester Yunayted" komandası beş dəfə İngiltərə çempionu olmuş, iki dəfə İngiltərə Kubokunu və bir dəfə UEFA Çempionlar Kubokunu qazanmışdır.
Metyu Brayza
Metyu Brayza (ing. Matthew Bryza; 16 fevral 1964) — amerikalı diplomat. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri və ABŞ-nin Azərbaycandakı səfiri olmuşdur. Metyu Brayza Stenford Universitetini və Fletçer Məktəbini bitirib. 1988-ci ildə diplomatik fəaliyyətə başlayıb. Metyu Brayza ABŞ Xarici Xidmətinə 1988-ci ilin avqustunda qoşulub. ABŞ-nin Poznandakı (Polşa) konsulluğunda, Varşavadakı səfirliyində çalışıb (1989–1991). 1991–1995-ci illərdə ABŞ Dövlət Departamentində, 1995–1997-ci illərdə ABŞ-nin Rusiyadakı səfirliyində diplomatik xidmət keçib. 1997–1998-ci illərdə ABŞ-nin Qafqaz və Mərкəzi Asiya ölkələrinə iqtisadi yardımı məsələlərinə kuratorluq edib. 1998–2001-ci illərdə ABŞ prezidenti və dövlət katibi yanında müşavir postunu tutub, Xəzər bölgəsində qaz kəmərlərinin tikilməsinə kömək məsələləri ilə məşğul olub.
Metyu Bredi
Metyu Bredi (18 may 1822, Uorren[d], Nyu-York ştatı və ya Nyu-York ştatı – 15 yanvar 1896[…], Manhetten, Nyu-York ştatı) — Amerika vətəndaş müharibəsi zamanı ən vacib şəxslərin fotolarını çəkərək XIX əsrin ən məşhur fotoqrafı olmuşdur. Metyu Bredi fotoqrafiyanın qurucusu hesab olunur. Bredi Nyu-Yorkun Uorren qraflığında irlandiyalı mühacir Endryu və Culiya Bredinin ailəsində anadan olub. Gələcək fotoqraf 16 yaşında Nyu-Yorkun Saratoqa qraflığına köçdü. 1841-ci ildə Bredinin bədii qabiliyyəti ona ixtisaslı mütəxəssis Samuel Morse ilə təhsil almağa icazə verdi. 1844-cü ildə Nyu Yorkda öz fotoqrafiya studiyası var. Bredi məşhur amerikalıların portretlərini sərgiləməyə başladı. 1849-cu ildə Bredi Vaşinqtonda studiya açdı və burada 1850-ci ildə evləndiyi Culiya Handi ilə tanış oldu. Bredi nin ilk işi dagerreotip texnikasında edildi, və işinə görə bir çox mükafatlar aldı. 1850-ci illərdə dagerreotip məşhurlaşan ambrotiplə əvəz olundu.
Metyu Buçinger
Metyu Buçinger (Matthew Buchinger; 2 iyun 1674 - 17 yanvar 1740), və yaxud da Matthias Buchinger, alman sənətçisi, sehrbaz, xəttat idi. O, dünyaya əlləri və ayaqları olmadan, 74 sm boy ilə gəlmişdir. Onun illüstrasiyaları çox kiçik mətnlərdən ibarət olurdu. Buçinger 2 iyun 1674-cü ildə Almaniyanın Ansbach şəhərində, əlləri və ayaqları olmadan doğuldu. Onun valideynləri yaxşı rütbələrə sahib idilər. Onlar uşaqlıq dövründə Buçingeri digərlərindən gizlətməyə çalışırdılar. Byüdükdən sonra onlar Buçingeri işlə təmin etmək istədilər, lakin bunda da əziyyət çəkdilər. Sonda isə bu fikirdən əl çəkməli oldular. Buçinger öz fiziki cəhətdən gözəl qəhrəmanları ilə birliktə, bütün Şimali Amerikanın kral və aristokratlarını əyləndirmək üçün səyahətlərə çıxırdı. Ona "Nürnberqdən kiçik adam" deyə də səslənirdilər.
Metyu Daddario
Metyu Daddario (tam adı: Metyu Kuinzi Daddario, ing. Matthew Quincy Daddario; 1 oktyabr 1987, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyoru. Freeformun fantastik serialı olan Kölgə Ovuçuları-dakı Alek Laytvud rolu ilə tanınır. Daddario Nyu York şəhərində doğulub. Onun anası Kristina hüquqşunas, atası Riçard isə ittihamçı və NYPD-nin keçmiş əməkdaşıdır. Aleksandra Daddario adlı böyük bacısı aktrisadır. Onun həmçinin Katerina Daddario adlı kiçik bacısıda var. Onun babası Emilio Q. Daddario 1959-71-ci illər ərzində ABŞ Nümayəndələr Palatasında demokratik nümayəndə kimi fəaliyyət göstərib. Daddario italyan, irland, slovak və ingilis kökənlidir. 2010-cu ildə Indiana University Bloomingtonda biznes fakultəsindən məzun olmamışdan əvvəl o, Collegiate Məktəbində təhsil aldı.
Metyu Foks
Metyu Foks (ing. Mathew Fox; 14 iyul 1966) amerikalı kinoaktyordur. O, 14 iyul 1966-cı ildə ABŞ-nin Pensilvaniya ştatında anadan olmuşdur. Əsasən, Lost teleserialında ifa etdiyi baş roldan sonra populyarlıq qazanmışdır.
Metyu Holman
Metyu C. Holman (Tam adı: ing. Matthew J. Holman; 1967, ABŞ) — Smitsonian Astrofizika Rəsədxanasının astrofiziki və Harvard Universitetinin müəllimi. Metyu Massaçusets Texnologiya İnstitutunun məzunudur: belə ki, məhz həmin institutda 1989-cu ildə riyaziyyat üzrə bakalavr, 1994-cü ildə isə planetologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. 1998-ci ildə Nyukom Klivlend Mükafatına layiq görülüb. Timoti B. Spar vəzifədən getdikdən sonra 25 yanvar 2015-ci ildən Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planet Mərkəzinin direktorudur. Alyaska Senatına namizəd Co Millerlə Salina Mərkəzi Liseyində (Kanzas) eyni sinifdə oxumuş və debat komandasının üzvü olmuşdular. 3666 Holman asteroid qurşağı 1999-cu ildə onun şərəfinə belə adlandırılmışdır. 1999-2000-ci illərdə Holman Kiçik Planet Mərkəzi tərəfindən (44594) 1999 OX3 və (60621) 2000 FE8 kimi transneptun obyektləri kəşf edən və kəşfində iştirak edən astrofizik kimi tanınır. Metyu kentavrların aktiv tədqiqatçısıdır.
Metyu Labortö
Metyu Labortö (ingiliscə: Matthew Laborteaux; 8 dekabr 1966, Los-Anceles, Kaliforniya) – ABŞ aktyorudur.
Metyu Makkonaxi
Metyu Makkonaxi — Amerikalı, Oskar mükafatlı aktyor Metyu Makkonaxi, Meyri Ketlinin üç oğlundan biri olaraq Texas ştatının Uvalde şəhərində anadan olub. Anası müəllim, atası Ceyms Donanld Makkonaxi, yanacaqdoldurma stansiyasının sahibi idi Atası işə başlamazdan əvvəl Green Bay Packers futbol komandasının üzvü idi. Makkonaxi, İrlandiya mənşəlidir və xristiandı. Makkonaxinin valideynləri boşandıqdan sonra bir neçə dəfə yenidən evləndilər. Makkonaxi bunu "Sevgi, amma qeyri-sabit bir əlaqə" olaraq şərh etdi. Metyu Makkonaxi - Amerikalı aktyor, rejissor, ssenarist və prodüser. Əvvəlcə özünü komediya filmlərində sınamış, XXI əsrin ikinci onilliyində isə ,əsasən, dramatik rollara keçib. "Vəkil üçün Linkoln", "Mad", "Killer Joe", "Super Mayk", "Interstellar" kimi filmlərdə onadığı rollara görə bir sıra mükafat və müsbət rəylər alıb. "Dallas Alıcılar Klubu" (2013) dramındakı roluna görə “Qızıl Qlobus”, “ABŞ Film Aktyorları Gildiyası”, karyerasındakı ilk Oskar da daxil olmaqla bir çox mükafata layiq görülmüşdür. Makkonaxi aktyorluq karyerasına 1991-ci ildə başlayıb.
Metyu Perri
Metyu Lenqford Perri (ing. Matthew Langford Perry; 19 avqust 1969[…], Vilyamstaun[d], Massaçusets, ABŞ – 28 oktyabr 2023, Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı-kanadalı aktyor, komik, icraçı prodüser, ssenarist və dramaturq. 1994–2004-cü illlərdə yayımlanan NBC televiziya sitkomu Dostlar serialında canlandırdığı Çendler Binq roluna görə bütün dünyada şöhrət qazanmışdır. Perri 19 avqust 1969-cu ildə Massaçusets ştatının Uilyamstoun şəhərində anadan olub. Anası Suzen Morrison kanadalı jurnalistdir. Atası Con Bennet Perri amerikalı aktyor və keçmiş modeldir. Valideynləri onun bir yaşında ayrılıblar və anası onu Ottava şəhərində böyüdüb. Məktəb illərində tennisə maraq göstərdi və üst səviyyəli oyunçu oldu. Perrinin həm Kanada, həm də Amerika vətəndaşlığı var. Ulduz olmasına baxmayaraq, Metyu çoxlarının həsəd aparmayacağı bir həyat yaşayıb.
Metyu Seliqman
Metyu Seliqman (14 iyul 1955 – 17 aprel 2020, London) — Böyük Britaniya gitaraçısı. 14 iyul 1955-ci ildə doğulub. Metyu Seliqman Böyük Britaniyada Devid Boui və Şineyd Okonnor ilə birlikdə çıxış edibdir. Seliqman 1980 və 1990-cı illərdə tanınmış ifaçılarla birlikdə eyni səhnəni bölüşüb. 1985-ci ilin iyul ayında məşhur pop və rok musiqiçilərini bir yerə toplayan “Live Aid” xeyriyyə konsertində Boui ilə birlikdə gitara ifa edib. 17 aprel 2020-ci ildə koronavirus xəstəliyindən Londonda vəfat edib.
Metyü Seyad
Matye Syed (2 noyabr 1970) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. Matye Syed Birləşmiş Krallıqı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Matye Syed Birləşmiş Krallıqı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Metyu Merser
Metyu Kristofer Miller (ing. Matthew Christopher Miller), daha çox Metyu Merser (ing. Matthew Mercer; 29 iyun 1982) — anime, cizgi filmləri və videooyunlarda fəaliyyət göstərmiş ABŞ səs aktyoru. O, ailə üzvlərinin keçmişdə istifadə etdiyi Merser soyadını istifadə etməyə qərar vermişdir, çünki bu, Millerdən daha az yayılmış ad idi. O, "Resident Evil 6", "Mortal Kombat 9", "Titanfall 2", "Overwatch", "Persona 5", "League of Legends" və "Fallout 4" kimi videooyunlarda səs aktyorluğu etmişdir. Aktyorluqdan əlavə, Merser "Critical Role" veb-serialında Zindan masteri kimi görünür.
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Coğrafi kəşflər
Böyük coğrafi kəşflər və ya sadəcə Coğrafi kəşflər — XV–XVII əsrlərdə Avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədilə başladılan və yeni okeanların, qitələrin kəşf edilməsi ilə nəticələnən tarixi prosesdir. Avropada olan səyyah və dənizçilərdə olan böyük maraq coğrafi kəşflərin başlanmasına böyük təkan vermişdir. Digər tərəfdə orta əsrlərdə Avropada iqtisadi vəziyyətin gərgin olması, insanların yeni zəngin torpaqlar axtarması həvəsini daha da sürətləndirirdi. İlk coğrafi kəşflər Atlantik okeanı və Afrika sahillərindən, fransız və cenoalı gəmiçilər tərəfindən başladılmışdır. Kanar adaları və Azor adalarının kəşf edilməsi, bu səyahətlər nəticəsində mümkün olmuşdur. Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən Portuqaliya və İspaniya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki — Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər. Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi. Deməli, Böyük Coğrafi kəşfləri ilkin hazırlayan və həyata keçirən iki Pireney dövləti- İspaniya və Portuqaliya olmuşdur.
Nəbilər (Kəlbəcər)
Nəbilər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Nəbilər (Şuşa)
Nəbilər — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun аaktiki mövcud olan Nəbilər kəndi Daşaltı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zarıslı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nəbilər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Nənələr (ansambl)
Nənələr — Lənkəranın Separadi kəndindən olan folklor və rəqs ansamblıdır. Bu qrup "Lənkəran Nənələri" adı ilə də tanınır. Ansambl hal-hazırda 6 üzvdən ibarətdir. Bu ansamblın əsası 1970-ci ildə qoyulub.. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Qrupun ifasında Azərbaycan və Talış dillərində olan 100-ə qədər bayatı və mahnı var. Bunlara misal olaraq "Ay lolo", "Gəl, gözəlim, naz eləmə", "Mirvari gəlin", "Almanı alma, gəlin", "Yar bağa gəldi", "Bulaq başında", "Gəlin", "Kinəlim-kinəlim", "Maralı göndər bizə", "Verin bizim gəlini", "Əllərə xına çəkərlər", "Yar-yar", "Can gülüm", "Bülbüllər oxuyur" və s. mahnıların adını çəkmək olar. Qrup ilk yarandığı vaxtda 4 nəfərdən (Gülbacı, Ağabacı, Xanımbacı və Qızbəs) ibarət olub. Bu vaxtlar onlar "Bacılar" adı ilə fəaliyyət göstəriblər.
Nərələr (yarımfəsilə)
Nərələr (lat. Acipenseridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Nərələrin dünya ehtiyatının 80%-dən çoxu Xəzər dənizindədir. Uzunsov, iynəşəkilli bədənləri və sifətləri (burnu) (seyrək hallarda konusvarı və ya kürəşəkilli) vardır. Ağzı hərəkətli, dişsizdir (körpələrdə zəif dişlər olur), başın alt tərəfində yerləşmiş, ətli dodaqlarla vardır. Döş üzgəcinin ön şüasıgüclü şəkildə qalınlaşmış və tikana çevrilmişdir. Bel üzgəci quyruğatərəf itələnmişdir. Fəsilənin 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri vardır. Dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır.
Viki nənələr
Viki nənələr (başq. Вики-өләсәйҙәр) — Başqırdca Vikipediyada təqaüd yaşına çatmış qadın könüllülərdən ibarət bir qrup. Bir qrup yaratmaq ideyası 2016-cı ildə İjevskdə keçirilən Wiki-Ural seminarına gedərkən ortaya çıxır. Layihənin məqsədi "Eurovision" da çıxış edən Udmurt "Buranov nənələrinin" nümunəsini izləmək, yaşlı qadınların internetdə özünü tanıma potensiallarını nümayiş etdirmək idi. Əsas sütun VKontakte sosial şəbəkəsinin «Başqırd qadınları» qrupunun üzvlərindən ibarətdir. 2016-cı ildə Sankt-Peterburqda beynəlxalq konfrans zamanı digər dil bölmələrinin nümayəndələrinin istəyi ilə wiki-nənələr haqqında daha geniş məlumat geniş kütləyə təqdim olunur. 2016-cı ildə Ukrayna beynəlxalq konfransında Muxamadeeva iştirakçıları layihə ilə tanış etdi. 2017-ci ildə Berlində З. ӘЙЛЕ və Visem təxəllüsülü könüllülər (Ukraynaca Vikipediyasının könüllüləri) Wikimedia dünya ictimaiyyətinin qarşısında Viki nənələri haqqında bir təqdimat etdilər. Elə həmin il Başqırdca Vikipediyasının böyük bir heyəti, o cümlədən altı nənə viki könüllüsü, Moskva viki konfransında iştirak etdi, burada iştirakçıları öz fəaliyyətləri ilə tanış etdi. 2018-ci ildə Keyptaunda keçirilən Wikimania iştirakçıları, o cümlədən başqırd Viki-nənələri - Banat Valeeva-Yaubasarova adından qarşılandı.
Eneslər
Eneslər (özlərini enço, moqadi, pebay) — Samodi dillərində danışan az saylı xalq. Sayları 300 nəfərdən azdır. Öz dillərini qoruyub saxlaya bilmişdir. Qohum xalqları: Nqanasanlar və Neneslər. == Adı == «Enes» adını onlara Q. N. Prokofev tərəfindən 1930-ci ildə vermişdir. «Enneçe» qədim sözündən götürülmüş və mənası insan deməkdir. Tundra enesləri özlərini «Somatu», Meşə enesləri «Pe-bay» adlandırırlar. == Sayı və yayılması == Eneslər Rusiya Federasiyasında 237 insan müəyyənləşmişdir. Onların 213 nəfəri Krasnoyarsk diyarı ərazisində yaşayırlar. Taymır Dolqan-Nenes rayonu ərazisində 197 enesdən cəmi 66 nəfəri (33,5 %) Enes dilini bilirlər 2002-ci il məlumatına görə Krasnoyarsk diyarının Potapovo qəsəbəsində 86 enes yaşayır.
Eserlər
Sosialist İnqilabçılar Partiyası, qısaca SR, eser, eserlər və ya PSR — Rusiya imperiyası ərazisində fəaliyyət göstərmiş sosialist partiyası. == Tarixi == === Yaradılması === === Sol eserlər === === Sağ eserlər === === Seçkilərdə === == Azərbaycanda eserlər == Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. 1904-cü ildən özəl mətbəəyə malik idilər. Mətbuat orqanları "Kavkazkoe slovo" qəzeti olmuşdur. Bakı eserlərinin sosial bazası, əsasən, fəhlələrdən, Xəzər ticarət gəmiçiliyi donanmasının dənizçilərindən, həmçinin tələbə gənclərdən ibarət idi. 1904–1907-ci illərdə Şuşa, Yelizavetpol (Gəncə) və Zaqatalada da eser təşkilatları yaradıldı. Bakı eserlərinin təşəbbüsü ilə İttifaq Partiyası (1905) və "Əş-Səms " (1906) adlı milli sosialist inqilabçılar təşkilatları yaradıldı. İttifaq Partiyasının liderləri sırasında R. Şərifzadə, M. Cuvarlinski və R. Məlikov kimi şəxslər olmuşdur. 1906–1907-ci illərdə, çoxsaylı həbslərə baxmayaraq, eserlərin Azərbaycandakı mövqeləri xeyli möhkəmləndi. Onların təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə var idi.
Meşələr
Meşə — Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir. Meşələrin bir çox növü olur məsələn: rütubətli ekvatorial meşələr, enliyarpaqlı meşələr, iynəyarpaqlı (tayqa) meşələri. Məsələn: çinar ağacı,şam ağacı,iydə ağacı,qoz ağacı, meyvə ağacı Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Nestlera
Nestlera (lat. Nestlera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Nestlera biennis (Jacq.) Spreng. Sinonim Columellea biennis Jacq. Nestlera reflexa (Thunb.) DC. Relhania biennis (Jacq.) K.Bremer Relhania reflexa Thunb.
Peşələr
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Herlər
Herlər — haputluların ulu əcdadları. Qiyasəddin Qeybullayevə görə Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar.
Nenlər
Nenlər (nen. ненэй ненэче, хасово, нещанг; köhnə — samoyedlər, юраки;luoravetlan) —Cənubi Sibirdə xalq. İndiki Arxangelsk, Tümen, Tomsk, Krasnoyarsk və b. rus əyalətlərində yaşayan və cəmi 34 min nəfərdən ibarət nenlər ("nenes", "iqanasan" "selkup" da adlanırlar) azsaylı millətlərdəndir. Nenlər, və ya Nen xalqı ya da Yuraklar (Rusca yazılışı: Ненцы — Nentsı [çoxluq]) Rusiya Federasiyasında yerli bir xalqdır. 2002 ili siyahıyaalmaya görə Rusiya Federasiyasında 41,302 Nenet yaşamaqdadır. Dilləri Nencədir. Bəzən İngiliscədəki çoxluq takısı olan (s) ilə qarışdırıldıqları üçün Nenet şəklində tələffüz edilməkdədir. Nenləriçlərində Enets xalqı, Selkup və Nganasan xalqının da daxil olduğu Samoyedler qrupu içinə girərlər. İki böyük Nenqrupu vardır: Tundra Nenləri və Meşə Nenləri.
Nestle
Nestlé S.A.- Qida məhsulları istehsal edən məşhur İsveçrə kompaniyasıdır. Kompaniyanın əsası 1866-cı ildə Henri Nestle tərəfindən qoyulmuşdur. Kompaniyanın baş ofisi Veve şəhərində yerləşir. Nestle şirkətinin yaradılmasına səbəb olan əsas amil Henri Nestlenin körpələrini döşlə əmizdirə bilməyən analar üçün sağlam, və qənaətcil alternativ axtarışı olmuşdu.1860-cı illərin ortalarında ixtisaslı əczaçı olan Nestle bu cür anaların körpələrini qidalandırması üçün alternativ mənbənin yaradılması məqsədilə inək südü, buğda unu və şəkər tozunun müxtəlif kombinasiyalarını təcrübədən keçirməyə başladı. Onun əsas məqsədi pis qidalanma səbəb olduğu uşaq ölümü probleminin aradan qaldırılmasına yardım etmək olmuşdu. O, yeni məhsulu “Farine Lactee Henri Nestle” adlandırdı. Nestlenin ilk müştərisi nə ana südü, nə də ki şərti əvəzediciləri qəbul edən və həkimlər tərəfindən ölüm diaqnozu qoyulan yarımçıq doğulmuş uşaq olmuşdu. İnsanlar Nestlenin yeni məhsulunun dəyərini uşağın həyatını xilas etdikdən dərhal sonra və bir neçə il ərzində tanıdılar və “Farine Lactee Nestle” Avropanın bir çox ölkələrində satılmağa başladı. Henri Nestle, həmçinin markalaşma gücünü də tez anladı. O, ticarət nişanı kimi öz ailə gerbini yaratdı, alman dilinin İsveçrə aksentində Nestle “balaca quş yuvası” deməkdir.