Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dürri Mehmed Əfəndi
Dürri Mehmed Əfəndi (Konstantinopol – 1736, Üsküdar) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == Məşhur Osmanlı üləma ailəsi olan Dürrizadələr ailəsinin ilk fərdi olan Mehmed Əfəndi İstanbulda dünyaya gəlmişdir. Atası İlyas Əfəndi sadə məhəllə mollası olmuşdur. Mədrəsə təhsilini bitirdikdən sonra müdərris olaraq bəzi mədrəsələrdə fəaliyyətə başladı. Daha sonra IV Mehmed dövrünün məşhur başqazılarından Əbdülqadir Əfəndinin qızı ilə evlənərək nüfuzunu yüksəltdi. 1704-cü ildə Süleymaniyə müdərrisi ikən qazılığa yüksəldi və 1707-ci ildə Misir, 1716-cı ildə Məkkə, 1720-ci ildə isə İstanbul qazısı oldu. Ancaq son vəzifə yerində məsuliyyətsizliyi səbəbilə 1721-ci ildə vəzifədən alındı. Uzun müddət vəzifəyə gətirilməyən Mehmed Əfəndi 1726-cı ildə Anadolu başqazısı təyin olundu. Ancaq dövrün qazılarının Mehmed Əfəndini guya təyin məsələlərində rüşvətə yol verməsi haqqında sədrəzəm İbrahim Paşaya şikayət etməsi nəticəsində vəzifədən alındı və paytaxtdan sürgün edildi. Bir müddət sonra baş verən Patrona Xəlil ayaqlanmasının ardından 1730-cu ilin oktyabrında Rumeli başqazısı oldu.
Dürriyə
Dürriyə — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. == Etimologiyası == Toponim talışca "Dıriyə" kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, bu oykonim Talış dilindəki dü/dı (iki) və riyə (yol, cığır) sözlərindən ibarət olub, "iki yol ayrıcında salınmış kənd" mənasındadır. == Tanınmış şəxslər == === Şəhidləri === Həzi Sovqatov (1972-1994). Kənan Dadaşov (2000-2018).
Dürriyə Sultan
Dürriyə Sultan (3 avqust 1905 – 15 iyul 1922) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Dürriyə Sultan 3 avqust 1905-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 26 mart 1920-ci ildə atasının əmisi qızı Naimə Sultanın yeganə oğlu Mehmed Cahid Osman bəylə evləndi. Cütlüyün toy mərasimi Ulduz sarayında baş tutdu və nikah şeyxülislam Heydərizadə İbrahim Əfəndi tərəfinən bağlandı. Mərasimin ardından yeni evli cütlük Naimə Sultanın sahilsarayında yaşamağa başladılar. Ancaq cəmi 1 il sonra 6 noyabr 1921-ci ildə cütlüyün nikahı öz istəkləriylə şeyxülislam Mehmed Nuri Əfəndi tərəfindən ləğv edildi. Ayrılıq səbəbi məlum olmasa da, Mehmed Cahid Osman bəy çox keçmədən Dürriyə Sultanın xalası Levrens Həcər Hüseynlə evlənmiş, cütlüyün ayrılma səbəbi də məhz bu sevgi hekayəsi olaraq görülmüşdür. Ayrıldıqdan qısa müddət sonra Dürriyə Sultan 15 iyul 1922-ci ildə tutulduğu vərəm xəstəliyi səbəbilə müalicə aldığı Heybəliadada vəfat etdi.
Dürriyə bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dürrizadə Abdullah Bəyəfəndi
Dürrizadə Abdullah Bəyəfəndi (1867, Konstantinopol, Osmanlı imperiyası – 30 aprel 1923, Hicaz) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşîhat Arşivi, Ulemâ Sicil Defterleri, IV, 235. Galib Kemal Söylemezoğlu, Başımıza Gelenler, İstanbul 1939, s. 219 vd. Danişmend, Kronoloji2, V, 164. Cemal Kutay, Kurtuluşun ve Cumhuriyetin Manevi Mimarları, Ankara, ts. (Diyanet İşleri Başkanlığı Yayınları), s. 188–196. Albayrak, Osmanlı Ulemâsı, I, 10–11. Tarık Zafer Tunaya, Türkiye’de Siyasal Partiler, İstanbul 1986, II, 17–19.
Dürrizadə Abdullah Əfəndi
Dürrizadə Abdullah Əfəndi (1769, Konstantinopol – 1 dekabr 1828, Konstantinopol) — Osmanlı alimi, şair və şeyxülislamı. Məşhur üləma ailəsi Dürrizadələrə mənsub olub, I Mahmudun şeyxülislamlarından Dürri Mehmed Əfəndinin nəslindəndir. == Həyatı == 1769-cu ildə İstanbulda dünyaya gəlmişdir. Şeyxülislam Dürrizadə Arif Əfəndinin oğludur. Atasından və dövrün mühüm alimlərindən dərslər aldı. 1781-ci ildə icazət alaraq müddərislik fəaliyyətinə başladı. Atasının şeyxülislamlığı əsnasında əvvəlcə İzmir, daha sonra Qalata qazısı təyin olundu. Sultan Səlimin atası Mehmed Arif Əfəndini ziyarəti əsnasında Məkkə qazılığı da ona verildi. Bunun ardından İstanbul qazılığı və Anadolu başqazılığı gəldi. 1805-ci ildə Anadolu başqazılığını icra etməyə başladı və 2 il sonra naqibüləşraflığa gətirildi.
Dürrizadə Mehmed Arif Əfəndi
Dürrizadə Mehmed Arif Əfəndi (1740, Konstantinopol – 9 oktyabr 1800, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Oğlu Abdullah Əfəndi Sultan Mahmud səltənətində şeyxülislamlığa yüksəlmişdir. == Həyatı == 1740-cı ildə İstanbulda dünyaya gəldi. Atası müxtəlif zamanlarda şeyxülislam olmuş Dürrizadə Mustafa Əfəndi, anası isə məşhur şeyxülislam ailəsi olan Başmaqçızadələrdən Seyid Abdullah Əfəndinin qızı Şərifə Safiyə xanımdır. İlk təhsilini atasından alaraq şeyxülislam övladlarına xas imtiyazla hələ 14 yaşında ikən icazət aldı. İstanbulun bəzi mədrəsələrdində xidmət etməsinin ardından 1766-cı ildə Yenişəhər, 1774-cü ildə Məkkə və Bursa, 1780-ci ildə isə İstanbul qazısı oldu. Ana şəcərəsinin Hz. Hüseyndən gəlməsi səbəbilə Seyid ünvanı da daşıyan Arif Əfəndi 1782-ci ildə naqibüləşraf elan edildi. Beləcə, Dürrizadələr ailəsindən çıxan ilk naqibüləşraf oldu. 1783-cü ildə Anadolu, bir illik xidmət müddətini tamamlamasının ardından 1784-cü ildə Rumeli qazəsgəri təyin edildi.
Dürrizadə Mehmed Ataullah Əfəndi
Dürrizadə Mehmed Ataullah Əfəndi (1729, Konstantinopol – 15 may 1785, Gelibolu, Çanaqqala vilayəti) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1729-cu ildə doğulmuşdur. Atası müxtəlif zamanlarda şeyxülislam olmuş Dürrizadə Mustafa Əfəndi, anası isə məşhur şeyxülislam ailəsi olan Başmaqçızadələrdən Seyid Abdullah Əfəndinin qızı Şərifə Safiyə xanımdır. İlk təhsilini atasından alaraq şeyxülislam övladlarına xas imtiyazla hələ 7 yaşında ikən icazət aldı. Buna baxmayaraq uzun müddət təhsil həyatı davam etdi və müdərris təyin edilmədən 1759-cu ildə birbaşa Saloniki qazılığına gətirildi. 1764-cü ildə Məkkə, 1769-cu ildə isə İstanbul qazısı oldu. Ancaq bir neçə ay sonra vəzifədən alındı və uzun müddət dövlət vəzifələrindən uzaq tutuldu. 1774-cü ildə Anadolu qazəsgəri oldu və 1 illik vəzifə müddətini tamamladı. Ardından 1778-ci ildə və 1782-ci ildə 2 dəfə Rumeli qazəsgərliyinə təyin olundu. Seyid İbrahim Əfəndinin vəfatının ardından 20 may 1783-cü ildə saraya dəvət edilərək sədrəzəm Xəlil Həmid Paşanın da iştirak etdiyi mərasimlə şeyxülislamlığa yüksəldi.
Dürrizadə Mustafa Əfəndi
Dürrizadə Mustafa Əfəndi (1702, Konstantinopol – 8 fevral 1775, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Məşhur Dürrizadələr ailəsinə mənsubdur. == Həyatı == 1702-ci ildə İstanbulda dünyaya gəldi. Atası Sultan Mahmud səltənətinin məşhur şeyxülislamlarından Dürri Mehmed Əfəndidir. Təhsilini tamamladıqdan sonra müdərrisliyə yüksəldi və müxtəlif mədrəsələrdə xidmət etdi. Atasının şeyxülislamlığı dönəmində 1734-cü ildə Qalata, ardından Ədirnə və Məkkə qazılığına gətirildi. Atasının ölümünün ardından 3 il boyunca dövlət vəzifələrindən uzaq tutuldu və 1739-cu ildə İstanbul qazısı olaraq yenidən vəzifəyə gətirildi. Ertəsi il vəzifədən alınsa da, 1746-cı ilin oktyabrında Anadolu qazəsgərliyinə təyin edildi. Ardından 26 iyun 1751-ci ildə və 10 may 1756-cı ildə 2 dəfə Rumeli qazəsgəri oldu. Ancaq ikinci təyinatından bir neçə ay sonra 26 iyulda şeyxülislamlığa yüksəldi.
Derri
Derri (irlandiyaca: Doire ya da Doire Cholm Chille Scots : Derrie ya da Lunnonderrie) — Şimali İrlandiyanın Londonderri qraflığında şəhər. 2002-ci ildə Kraliçanın fərmanı ilə "Şəhər" statusunu qazanmışdır. Şəhər Foyle çayının qərbində qurulmuşdur. 2001-ci ildə əhalisi 90.663-ə çatmışdır. Şimali İrlandiyanın ikinci böyük şəhəridir. Derri adı İrlandiya dilində "meşəlik" mənasına gələn "doire" adından gəlməkdədir.
Dürrə Məmmədova
Dürrə Əlabbas qızı Məmmədova-Kosmodemyanskaya — II Dünya müharibəsi iştirakçısı, baş leytenant, SSRİ tibb xidməti əlaçısı, Azərbaycan SSR əməkdar səhiyyə işçisi (1981). == Həyatı == Dürrə Məmmədova 25 dekabr 1923-cü ildə Şəki şəhərində anadan olub. 1940-cı ildə Şəkidəki Nuxa Əczaçılıq Texnikumunu bitirib. Bu zaman Dürrə xanımın 17 yaşı varidi. Müharibənin ilk günlərindən o, könüllü cəbhəyə gedərək, Qara Dəniz Donanmasında 43 №-li hərbi hospitalda xidmət etmişdir. Dürrə xanım Novorossiysk şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə 18-ci Ordunun tərkibində tibb işçisi kimi iştirak etmiş, 1948-ci ildə ordudan tərxis olunmuşdur. O, 1949–1951-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq), 1951–1961-ci illərdə Uzaq Şərqdə hərbi hospitallarda işləyib. 1961-ci ildən Bakıda, Baş Aptekler İdarəsi sistemində çalışıb.
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Hurri
Hurrilər vəya Hurri dövləti ― e.ə III minillikdən etibarən, Şumer, Akkad, Hitit, Ugarit və Misir qaynaqlarında haqqında bilgilər olan, Mesopotamiya və Yuxarı Dəclə bölgələrində hökm sürən, danışdıqları dil etibarilə (Hurricə) Asiya kökənli olduğunu qəbul edilən və e.ə VII əsrə qədər varlığını davam etdirən dövlət.
Duri dili
Duri dili — İndoneziyanın Sulavesi adasında Avstroneziya dili. 2010-cu ildə 123 min insan bu dildə danışırdı.
Abdullah Al-Duri
Abdullah Al-Duri (13 dekabr 1998) — İraqlı üzgüçü. Abdullah Al-Duri İraqı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Abdullah Al-Duri birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 26.28 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 60-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
İzzət İbrahim Duri
İzzət İbrahim Duri (ərəb. عزة إبراهيم الدوري‎; 1 iyul 1942, Əd-Dаur, Səlahəddin mühafəzəsi – 26 oktyabr 2020, İraq) — İraq siyasətçisi və hərbi lideri. == Həyatı == İzzət İbrahim Duri 1 iyul 1942-ci ildə İraqın Əd-Daur şəhərində anadan olmuşdur. O, 2003-cü ildə İraqın işğalına qədər İraq İnqilab Komandanlığının vitse-prezidenti olmuşdur. Duri keçmiş prezident Səddam Hüseynin yaxın müşaviri və köməkçisi olmuşdur. O, İraqın üsyançı təşkilatı Nəqşbəndi Ordusuna rəhbərlik etmişdir. ABŞ 2003-cü ildə onun haqqında məlumat verənə 10 milyon dollar mükafat verəcəyini bildirmişdir. İzzət İbrahim Duri 26 oktyabr 2020-ci ildə İraqın Bağdad şəhərində, 78 yaşında vəfat etmişdir. Ölüm səbəbi naməlumdur.
Derbi
Derbi (ing. Derby [ˈdɑrbi]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir.Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Dərzi
Dərzi və ya dərzilik tekstil məhsullarını emal edərək geyim, paltar və ya ev tekstili məhsullarına çevirən insanlara verilən addır. Xüsusi tikiş məharəti tələb edən bu sahə fərdə identik olaraq xüsusi günlərdə nəzərdə tutulmuş sifarişli geyimlər tikən, həmçinin müəyyən standartlara uyğun olmayan, ölçülərə uyğun gəlməyən şəxslərə paltar tikən insana dərzi deyilir. Bu peşə Osmanlıda da çox edilmişdir. Dərzi və ya dərzilik, toxuculuq məhsullarını geyim və ya ev toxuculuq məhsullarına çevirənlərə deyilir. Şəxslərin istəklərinə görə geyim, şalvar, yubka, bluza, köynək, gödəkçə, gəlinlik paltarı, axşam paltarı və palto istehsal edən və/və ya təmir edən şəxsdir.
Abdurahmane Barri
Abdurahmane Barri (21 fevral 2000, Kurbevua[d]) — müdafiəçi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == === Liferinq === Barri Pari Sen-Jermen akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2018-ci ilin iyul ayında Red Bull Zalsburq klubu ilə 2023-cü ilin may ayına kimi müqavilə imzalamışdır. Barri öz peşəkar karyerasında debütünü 27 iyul 2018-ci ildə Horn klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 2–1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 27 iyul 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir. == İstinadlar == == Xarici keçidlər == Abdurahmane Barri at WorldFootball.net Abdurahmane Barri — transfermarkt.com saytında.
Adam Berri
Adam Berri (ing. Adam Berry) — ABŞ bəstəkarı. == Filmoqrafiya == Herkules Kim Possibl Ulduz Komandasından Bazz Layterin macəraları Madaqaskar pinqvinləri Tara Bethoven 5 == İstinadlar == == Əlavə ədəbiyyat == Nye, Sean. "From Punk to the Musical: South Park, Music, and the Cartoon Format." Music In Television: Channels of Listening, ed. James Deaville. London: Routledge, 2011. pp. 143–64. Nye, Sean. "Generation X, South Park, and TV Music Composition: An Interview with Adam Berry.” Music In Television: Channels of Listening, ed.
Ageratina dorrii
Ageratina dorrii (lat. Ageratina dorrii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Barri Kassin
Barri Kassin (1924 – 14 Yanvar 2017) — İrlandiyalı televiziya, teatr və kino aktyoru. Səhnədə daha çox Kassin On iki acıqlı kişi layihəsində yaratdığı roluna görə tanınır.Ekranda isə daha çox Kassin televiziya serialı olan Tir Na Noqun Mistik Cəngavərləri və 2012-ci ildə çəkilmiş Bizantium filmindəki ikinci dərəcəli rolları ilə məşhurdur. O, Con Brendan Kinin əsərləri əsasənda hazırlanan Səhra oyununun birinci bölümündə xarakterlərdən birini səsləndirmişdir. Kassinin qızı Anna Kassin Raydio Teilifis Eyreannın tanınmış jurnalisti və xəbər aparıcısıdır.
Barri Nobles
Barri Nobles (2 dekabr 1986) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Barri Nobles ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Barri Nobles 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.756 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu.
Barri Qriffits
Barri Qriffits (29 fevral 1964) — Yeni Zelandiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Barri Qriffits Yeni Zelandiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub.
Barri Uayt
Barri Vayt (ing. Barry White, 12 sentyabr 1944, Texas, ABŞ — 4 iyul 2003, Kaliforniya, ABŞ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re The First, The Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi. == Həyatı == Barri Vayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir.Musiqi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlamış, 70-ci illərdə isə müğənni kimi disko stilindəki mahnıları ilə uğur qazanmışdır. Uzun illər hipertoniyadan əziyyət çəkən Barri Vayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və 4 iyul tarixində vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.
Barri Vayt
Barri Vayt (ing. Barry White, 12 sentyabr 1944, Texas, ABŞ — 4 iyul 2003, Kaliforniya, ABŞ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re The First, The Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi. == Həyatı == Barri Vayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir.Musiqi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlamış, 70-ci illərdə isə müğənni kimi disko stilindəki mahnıları ilə uğur qazanmışdır. Uzun illər hipertoniyadan əziyyət çəkən Barri Vayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və 4 iyul tarixində vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.
Bayram (dərgi)
Bayram (fars. بايرام‎) — 2007-ci ilin mart ayından İranın Zəncan şəhərində Azərbaycan və fars dillərində yayınlanan müstəqil ədəbi-kulturoloji dərgi. == Ümumi məlumat == “Bayram” dərgisinin ilk sayı 2007-ci ilin mart ayında İranın (Güney Azərbaycan) Zəncan şəhərində nəşr olunub. Dərgi ölkənin şimal-qərbində yayılan ədəbi-kulturoloji təmayüllü mətbuat orqanıdır. Türkcə və farsca yayınlanan dərgi, İran mətbuatı sahəsində milli mahiyyət daşımaqla Zəncanda öz fəaliyyətini davam etdirir. Jurnal iki dillidir,A4 formatında yayınlanır. Bütün yazılar həm Azərbaycan, yaxud İstanbul türkcəsi, həm də farsca dərc olunur. Dərginin nəşr dövriyyəsi aylıq, ümumi həcmi 40 səhifədir. İndiyədək dərginin 80-dən artıq sayı işıq üzü görüb. Ancaq aylıq nəşrlərlə yanaşı, dərginin müxtəlif mövzulara aid ondan artıq özəl sayı da yayınlanıb.
Berri Letts
Berri Letts (ing. Barry Letts; 26 mart 1925, Lester – 9 oktyabr 2009[…], Devon qraflığı, Cənub-Qərbi İngiltərə[d]) — Böyük Britaniya prodüseridir. "Doktor Kim" televiziya serialının 1970-1975-ci illərdə prodüseri, 1980-1981-ci illərdə isə icraedici prodüseri olmuşdur.
Qay Ummidi Durmi Kvadrat
Qay Ummidi Durmi Kvadrat (lat. Gaius Ummidius Durmius Quadratus; e. ə. I əsr – I əsr, Suriya) — Roma siyasətçisi. == Həyatı == Qay Ummidi Durmi Kvadrat karyerası ərzində iki dəfə konsul olmuşdur. O, ikinci dəfə imperator Klavdinin dövründə bu vəzifəyə təyin edilmişdir. Ummidi 51-ci ildə Suriyanın qubernatoru təyin edilmiş və ölənə qədər burada xidmət etmişdir. O, 52-ci ildə Roma prokurorlarının Yəhudeyada vurduğu zərərin təmirinə nəzarət edirdi. 55-ci ildə Roma generalı Qney Domisi Korbulon Qalatiya və Kappadokiya leqatı olaraq göndərilmişdir. Ummidi ordusunun yarısını Korbulonun komandanlığına təslim etməli olmuşdur.
Düren
Düren (alm. Düren‎) — Almaniyanın Şimali Reyn Vestfaliya regionunda şəhər.
Dürud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Albrext Dürer
Albrext Dürer (almanca Albrecht Dürer; 21 may 1471[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…] – 6 aprel 1528[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…]) — alman rəssamı və qrafiki, Qərbi Avropa İntibahının ən böyük ustalarından biri. Ksiloqrafiyanı əsl incəsənət səviyyəsinə qaldıran Dürer bu sənətin ustası hesab edilir. Şimali Avropa rəssamlarının arasında ilk incəsənət nəzəriyyəçisi olmuşdur. O, rəssamların hərtərəfli inkişafının zəruriliyini təbliğ edərək, alman dilində təsviri və dekorativ-tətbiqi sənəti üzrə praktiki dərsliklər yazmışdır. Müqayisəli antropometriyanın banisidir. Sadalanmışlardan başqa, hərbi mühəndislik incəsənətində də gözə çarpan iz qoymuşdur. Avropa rəssamları arasında avtobioqrafiyanı ilk o yazmışdır. == Həyatı == === Ailəsi. İlk illəri. Təhsili (1471–1490) === Gələcəyin rəssamı 21 may 1471-ci ildə Nürnberqdə, zərgər ailəsində anadan olmuşdur.
Berri Marşall
Berri Marşall — avstraliya alimi, 2005-ci ildə həmyerlisi Robin Uorrenlə birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Berri Qibb
Berri Alan Krompton Qibb (1 sentyabr 1946[…], Duqlas) - ingilis müğənni, mahnı müəllifi və prodüser. Qardaşları Robin Qibb və Moris Qibb ilə yaratdığı, albom satışlarına görə dünyanın ən uğurlu pop qrupu Bee Gees üzvüdür. Qrup Avstraliyada musiqi karyerasına başlayıb. Əldə etdikləri uğurdan sonra İngiltərəyə qayıdıblar. Berri mahnıların çoxunu qadın səsinə bənzər incə səslə ifa edir.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.
Burfi
Burfi — Hindistan mətbəxinin (həmçinin Banqladeş və Pakistan mətbəxləri) məşhur şirniyyatlarından biri. Burfi qatılaşdırılmış süddən hazırlanmış şirin, konfetə bənzər şirniyyat növüdür. Hindistan yaranmış bu şirniyyat adı "qar" mənasını verən "barf" sözündən yaranıb. Bir neçə növü mövcuddur:besan burfi (qoyunnoxudu unu qatılır), kaaji burfi (Braziliya fıstığından hazırlanır), pista barfi (yerpüstəsindən hazırlanır) və sing barfi (yer fındığından hazırlanır).
Burre
Burre (fr. bourrée, bourrer sözündən – gözlənilməz sıçrayışlar etmək) — qədim fransız rəqsi. == Haqqında == XVI əsrin ortalarında yaranmışdır. XVII əsrdən Burre səciyyəvi cüt ölçülü (alla breve), iti templi, dəqiq ritmli saray rəqsi olmuşdur. XVII əsrin ortalarında instrumental süitanın tərkibinə salınmış, J.B. Lülli B.-ni opera və baletə daxil etmiş dir. XVIII əsrin 1-ci yarısında Fransanın hüdudlarından kənarda da məşhur idi. Q. Muffat, G.F. Hendel, İ.S. Bax, A. Kampra, A.K. Detuş, J.F. Ramo öz yaradıcılıqlarında Burreyə müraciət etmişlər.