Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dürud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Dürud (Üşnəviyyə)
Dürud (fars. دورود‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (66 ailə).
Dürud şəhristanı
Dürud şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dürud şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 159,026 nəfər və 36,687 ailədən ibarət idi.
Dürri Mehmed Əfəndi
Dürri Mehmed Əfəndi (Konstantinopol – 1736, Üsküdar) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == Məşhur Osmanlı üləma ailəsi olan Dürrizadələr ailəsinin ilk fərdi olan Mehmed Əfəndi İstanbulda dünyaya gəlmişdir. Atası İlyas Əfəndi sadə məhəllə mollası olmuşdur. Mədrəsə təhsilini bitirdikdən sonra müdərris olaraq bəzi mədrəsələrdə fəaliyyətə başladı. Daha sonra IV Mehmed dövrünün məşhur başqazılarından Əbdülqadir Əfəndinin qızı ilə evlənərək nüfuzunu yüksəltdi. 1704-cü ildə Süleymaniyə müdərrisi ikən qazılığa yüksəldi və 1707-ci ildə Misir, 1716-cı ildə Məkkə, 1720-ci ildə isə İstanbul qazısı oldu. Ancaq son vəzifə yerində məsuliyyətsizliyi səbəbilə 1721-ci ildə vəzifədən alındı. Uzun müddət vəzifəyə gətirilməyən Mehmed Əfəndi 1726-cı ildə Anadolu başqazısı təyin olundu. Ancaq dövrün qazılarının Mehmed Əfəndini guya təyin məsələlərində rüşvətə yol verməsi haqqında sədrəzəm İbrahim Paşaya şikayət etməsi nəticəsində vəzifədən alındı və paytaxtdan sürgün edildi. Bir müddət sonra baş verən Patrona Xəlil ayaqlanmasının ardından 1730-cu ilin oktyabrında Rumeli başqazısı oldu.
Duruq (Vərziqan)
Duruq (fars. دوريق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 214 nəfər yaşayır (51 ailə).
Hordeum durum
Jül Düpüi
Jül Düpüi (fr. Arsène Jules-Émile Juvenal Dupuit; 18 may 1804, Fossano[d], Pyemont – 5 sentyabr 1866, XVI arondisman (Paris)[d] və ya Paris) — fransız mühəndis, mexanik və iqtisadçı, marjinalizmin qabaqcıllarından biri. == Bioqrafiyası == Jül 18 may 1804-cü ildə İtaliyada anadan olub (o dövr Napoleon qoşunları tərəfindən işğal edilmişdi). Jül 10 yaşında olanda ailəsi Fransaya köçdü. 1822-ci ildə Parisdə yerləşən Politexnik məktəbini bitirmişdir. Mühəndis olaraq işləyərək yol obyektlərini dizayn etmiş və 1843-cü ildə bu fəaliyyətinə görə Fəxri Legion Ordenini almışdır. == Elmi fəaliyyəti == === Mexanika === 1830-cu illərdə Jül Düpüi, üfüqi müstəviyə yuvarlandıqda radiusu R {\displaystyle R} olan silindrik bir silindirin yaşadığı müqaviməti təyin etmək üçün bir sıra təcrübələr aparmışdır. Bu məlumatları emal edərək 1837-ci ildə yuvarlanan sürtünmə qüvvəsi üçün R {\displaystyle {\sqrt {R}}} ilə tərs mütənasib bir düstur təklif etdi. Bunun ardından Dupuis ilə başqa bir Fransız mexanik - A. Morin arasında canlı və olduqca sərt bir müzakirə (1839-1841) davam etdi, təcrübə məlumatları Kulon düsturunun etibarlılığını inandırıcı şəkildə təsdiqlədi (ona görə yuvarlanan sürtünmə qüvvəsi R {\displaystyle R} ilə tərs mütənasibdir), sonra niyə Düpüinin yuvarlanan sürtünmə üzərində işi uzun müddət unuduldu. Lakin, XX əsrin ortalarında.
Duri dili
Duri dili — İndoneziyanın Sulavesi adasında Avstroneziya dili. 2010-cu ildə 123 min insan bu dildə danışırdı.
Nüket Duru
Nüket Duru (türk. Nükhet Duru; 19 may 1954, Niğdə) — türkiyəli müğənni və aktrisa. O, 70-80-ci illərdə Türkiyədə populyar musiqinin ən güclü səslərindən və ən məşhur müğənnilərindən birinə çevrilmişdir.
Abdullah Al-Duri
İzzət İbrahim Duri
İzzət İbrahim Duri (ərəb. عزة إبراهيم الدوري‎; 1 iyul 1942, Əd-Dаur, Səlahəddin mühafəzəsi – 26 oktyabr 2020, İraq) — İraq siyasətçisi və hərbi lideri. == Həyatı == İzzət İbrahim Duri 1 iyul 1942-ci ildə İraqın Əd-Daur şəhərində anadan olmuşdur. O, 2003-cü ildə İraqın işğalına qədər İraq İnqilab Komandanlığının vitse-prezidenti olmuşdur. Duri keçmiş prezident Səddam Hüseynin yaxın müşaviri və köməkçisi olmuşdur. O, İraqın üsyançı təşkilatı Nəqşbəndi Ordusuna rəhbərlik etmişdir. ABŞ 2003-cü ildə onun haqqında məlumat verənə 10 milyon dollar mükafat verəcəyini bildirmişdir. İzzət İbrahim Duri 26 oktyabr 2020-ci ildə İraqın Bağdad şəhərində, 78 yaşında vəfat etmişdir. Ölüm səbəbi naməlumdur.
Derbi
Derbi (ing. Derby ) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Derri
Derri (irlandiyaca: Doire ya da Doire Cholm Chille Scots : Derrie ya da Lunnonderrie) — Şimali İrlandiyanın Londonderri qraflığında şəhər. 2002-ci ildə Kraliçanın fərmanı ilə "Şəhər" statusunu qazanmışdır. Şəhər Foyle çayının qərbində qurulmuşdur. 2001-ci ildə əhalisi 90.663-ə çatmışdır. Şimali İrlandiyanın ikinci böyük şəhəridir. Derri adı İrlandiya dilində "meşəlik" mənasına gələn "doire" adından gəlməkdədir.
Dorud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Druid
Druid (vall .derwydd, irl. druí, şot.kelt Draoidh) — Qərb xalqlarında yəni keltlərdə(Qədim İspaniya, Fransa, İngiltərə, Uels, İrlandiya, Belçika və İtaliya xalqları) din xadimi, ruhani. == Etimologiya == Druid kəlməsi çox ehtimal ki, Keltlərin ağac cadusu vaxtından əvvəlki zamana gedib çatır."Deru" kəlməsi "sabit olmaq,bərk qalmaq" deməkdir.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Dərzi
Dərzi və ya dərzilik tekstil məhsullarını emal edərək geyim, paltar və ya ev tekstili məhsullarına çevirən insanlara verilən addır. Xüsusi tikiş məharəti tələb edən bu sahə fərdə identik olaraq xüsusi günlərdə nəzərdə tutulmuş sifarişli geyimlər tikən, həmçinin müəyyən standartlara uyğun olmayan, ölçülərə uyğun gəlməyən şəxslərə paltar tikən insana dərzi deyilir. Bu peşə Osmanlıda da çox edilmişdir. Dərzi və ya dərzilik, toxuculuq məhsullarını geyim və ya ev toxuculuq məhsullarına çevirənlərə deyilir. Şəxslərin istəklərinə görə geyim, şalvar, yubka, bluza, köynək, gödəkçə, gəlinlik paltarı, axşam paltarı və palto istehsal edən və/və ya təmir edən şəxsdir.
Qay Ummidi Durmi Kvadrat
Qay Ummidi Durmi Kvadrat (lat. Gaius Ummidius Durmius Quadratus; e. ə. I əsr – I əsr, Suriya) — Roma siyasətçisi. == Həyatı == Qay Ummidi Durmi Kvadrat karyerası ərzində iki dəfə konsul olmuşdur. O, ikinci dəfə imperator Klavdinin dövründə bu vəzifəyə təyin edilmişdir. Ummidi 51-ci ildə Suriyanın qubernatoru təyin edilmiş və ölənə qədər burada xidmət etmişdir. O, 52-ci ildə Roma prokurorlarının Yəhudeyada vurduğu zərərin təmirinə nəzarət edirdi. 55-ci ildə Roma generalı Qney Domisi Korbulon Qalatiya və Kappadokiya leqatı olaraq göndərilmişdir. Ummidi ordusunun yarısını Korbulonun komandanlığına təslim etməli olmuşdur.
Çurui Nauman Fili Muzeyi
Çurui Nauman Fili Muzeyi (忠類ナウマン象記念館, Çurui Nauman-zo Kinenkan) – Yaponiyanın Hokkaydo prefekturasının Makubetsu qəsəbəsində yerləşən fosil muzeyi. Yaponiyada nəsli kəsilmiş fil növü olan Nauman filinə həsr olunmuşdur. == Tarixi == Muzey 1969-cu ildə Çurui (indiki Makubetsu) qəsəbəsində kəşf edilmiş Nauman fili fosili münasibətilə 2 avqust 1988-ci ildə açılmışdır. Bu fosil 26 iyul 1969-cu ildə Çuruidə ferma yolu tikintisi zamanı təsadüfən kəşf edilmişdir. Ərazidə qazıntı-tədqiqat işləri aparılmış və Nauman filinə aid 46 fosilləşmiş sümük (diş, xortum, ayaq sümükləri) tapılmışdır. Yaponiyada fil fosili tapmaq çox nadir hal olduğu üçün Çuruidə tapılmış bu fosil əsasında Yaponiyanın müxtəlif muzeylərində sərgilənən 23 ədəd Nauman fili rekonstruksiyası yaradılmışdır. Bundan əlavə, 1970-ci ildə aparılmış əlavə qazıntı işləri zamanı mamonta aid azı diş və Nauman filinə aid ayaq izləri tapılmışdır. Bu mamont azı Hokkaydoda mamontların yaşadığını təsdiqləmişdir. == Xüsusiyyətlər == Fosil üçün qazıntı işlərinin aparıldığı ərazidə abidə və lövhə quraşdırılmışdır. Muzey binası yuxarıdan baxıldıqda fil formasını xatırladır.
Düren
Düren (alm. Düren‎) — Almaniyanın Şimali Reyn Vestfaliya regionunda şəhər.
Qürub
Qürub və ya Günbatımı — Yerin öz ətrafında fırlanmasının nəticəsi olaraq Günəşin üfüqün aşağısında qeyb olmasıdır.
Süruri
Süruri və ya Süruriyi-Şərqi, Süruriyi-Əcəm (XV əsr, Ağqoyunlu dövləti – 1520) — XV əsrin sonu və XVI əsrin əvəllərində yaşamış Azərbaycan şairi. Nəsiminin ardıcılı olan Süruri hürufiliyi təbliğ edən bir çox şeirin müəllifidir. == Həyatı == Süruri XV əsrin sonunda Ağqoyunlular dövlətinin ərazisində dünyaya gəlib. Əsasən Təbrizdə fəaliyyət göstərən o, 1515-ci ildə şəhər Osmanlılar tərəfindən işğal edildikdən sonra digər yazıçı və alimlər kimi Osmanlı İmperiyasına aparılıb. Ömrünün son günlərinə qədər burada yaşayıb, 1520-ci ildə dünyasını dəyişib. == Yaradıcılığı == Əsasən Azərbaycan türkcəsində yazıb-yaradan Süruri Nəsimi ədəbi məktəbinin davamçısı olub. Hürufiliyi təbliğ edən şair Şah İsmayıl Xətai hakimiyyətə gəldikdən sonra daha rahat fəaliyyət göstərib. Sürurinin 192 səhifəlik əlyazma divanı Fərid Ələkbərli tərəfindən 2013-cü ildə Vatikanın Apostol Kitabxanasında aşkarlanaraq Azərbaycana gətirilib və Əlyazmalar İnstitutuna təhvil verilib. Yaşadığı dövrdə "Süruri" təxəllüsündan istifadə edən bir neçə şair olduğuna görə onu fərqləndirmək üçün "Süruriyi-Şərqi", "Süruriyi-Əcəm" adlandırıblar. Vatikanın Apostol Kitabxanasında və Peterburq Universitetinin məcmuəsində şair "Süruriyi-Əcəm" kimi qeyd olunub.
Saccharum officinarum var. luteum-durum
Dərman şəkərqamışı (lat. Saccharum officinarum) - şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Arundo saccharifera Garsault Saccharifera officinalis Stokes [Illegitimate] Saccharum atrorubens Cuzent & Pancher ex Drake Saccharum fragile Cuzent & Pancher ex Drake Saccharum glabrum Cuzent & Pancher ex Drake Saccharum hybridum R.M.Grey [Invalid] Saccharum infirmum Steud. [Invalid] Saccharum luzonicum Cuzent & Pancher ex Drake Saccharum monandrum Rottb. Saccharum obscurum Cuzent & Pancher ex Drake Saccharum occidentale Sw. Saccharum officinale Salisb. [Spelling variant] Saccharum officinarum var. atrorubens Cuzent & Pancher ex Drake Saccharum officinarum var. brevipedicellatum Hack. Saccharum officinarum var.
Altı duru, üstü quru (film, 1983)
Alan Kürdi
Aylan Kürdinin ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır. Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində dünyaya gəlmişdir. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir. Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir. Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib. == Aylan Kürdinin ölüsünün şəkilləri == Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir. == Şəklə reksiyalar == Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır.
Albrext Dürer
Albrext Dürer (almanca Albrecht Dürer; 21 may 1471[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…] – 6 aprel 1528[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…]) — alman rəssamı və qrafiki, Qərbi Avropa İntibahının ən böyük ustalarından biri. Ksiloqrafiyanı əsl incəsənət səviyyəsinə qaldıran Dürer bu sənətin ustası hesab edilir. Şimali Avropa rəssamlarının arasında ilk incəsənət nəzəriyyəçisi olmuşdur. O, rəssamların hərtərəfli inkişafının zəruriliyini təbliğ edərək, alman dilində təsviri və dekorativ-tətbiqi sənəti üzrə praktiki dərsliklər yazmışdır. Müqayisəli antropometriyanın banisidir. Sadalanmışlardan başqa, hərbi mühəndislik incəsənətində də gözə çarpan iz qoymuşdur. Avropa rəssamları arasında avtobioqrafiyanı ilk o yazmışdır. == Həyatı == === Ailəsi. İlk illəri. Təhsili (1471–1490) === Gələcəyin rəssamı 21 may 1471-ci ildə Nürnberqdə, zərgər ailəsində anadan olmuşdur.
Aylan Kürdi
Aylan Kürdinin ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır. Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində dünyaya gəlmişdir. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir. Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir. Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib. == Aylan Kürdinin ölüsünün şəkilləri == Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir. == Şəklə reksiyalar == Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır.
Bayram (dərgi)
Bayram (fars. بايرام‎) — 2007-ci ilin mart ayından İranın Zəncan şəhərində Azərbaycan və fars dillərində yayınlanan müstəqil ədəbi-kulturoloji dərgi. == Ümumi məlumat == “Bayram” dərgisinin ilk sayı 2007-ci ilin mart ayında İranın (Güney Azərbaycan) Zəncan şəhərində nəşr olunub. Dərgi ölkənin şimal-qərbində yayılan ədəbi-kulturoloji təmayüllü mətbuat orqanıdır. Türkcə və farsca yayınlanan dərgi, İran mətbuatı sahəsində milli mahiyyət daşımaqla Zəncanda öz fəaliyyətini davam etdirir. Jurnal iki dillidir,A4 formatında yayınlanır. Bütün yazılar həm Azərbaycan, yaxud İstanbul türkcəsi, həm də farsca dərc olunur. Dərginin nəşr dövriyyəsi aylıq, ümumi həcmi 40 səhifədir. İndiyədək dərginin 80-dən artıq sayı işıq üzü görüb. Ancaq aylıq nəşrlərlə yanaşı, dərginin müxtəlif mövzulara aid ondan artıq özəl sayı da yayınlanıb.
Büruç (Zəncan)
Büruç — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Aşağı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 26 km cənub-qərbdədir.
Canis dirus
Aeonocyon dirus (lat. Aeonocyon dirus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin aeonocyon cinsinə aid heyvan növü.
Cek Dorsi
Cek Dorsi (ing. Jack Patrick Dorsey; 19 noyabr 1976[…], Sent-Luis, Missuri, ABŞ) — proqram təminatı arxitektoru, biznesmen; "Twitter"in ideya müəllifi və yaradıcılarından biri. == Həyatı == Cek Dorsi 19 noyabr 1976-cı ildə ABŞ-nin Missuri ştatının Sent-Luis şəhərində anadan olmuşdur. O, Sent-Luisdə Bishop DuBourg High School məktəbində orta təhsil alıb. Cek tennis, rəsm çəkmək və incəsənət tarixinə maraq göstərib, məktəb qəzeti üçün yazıb və kompüter klubunda iştirak edib. Yeniyetmə olaraq, o, kompüterləri xoşlayıb və IBM-in ilk versiyalarından birini öyrənərək saatlarla kompüterin qarşısında oturub. Dostları Cekin yeniyetməlik dövründən danışarkən onu sakit oğlan kimi təsvir edirlər. Onun danışığında pəltəklik olub və buna görə də susmağa üstünlük verib. Gənc Dorsi bunun öhdəsindən gələ bilib. Həkimlərin köməyi ilə sağalmağa ümidini itirib, o, qəsdən natiqlik məharəti üzrə məktəb yarışlarında iştirak etməyə başlayıb.
Cürci Zeydan
Cürci Zeydan (ərəb. جرجي زيدان‎ Jurjī Zaydān; 14 dekabr 1861[…], Beyrut – 21 iyul 1914[…], Qahirə) — ərəb yazıçısı və tarixçisi, maarifçisi və publisisti. Ərəb ədəbiyyatında tarixi roman janrının yaranıb geniş yayılması birinci növbədə onun adı ilə bağlıdır. Onun romanları hələ müəllifin sağlığında fars, türk, Azərbaycan, hind, urdu və bəzi Avropa dillərinə tərcümə olunmuşdur. Cürci Zeydanın ərəb ədəbiyyatının və elminin inkişafındakı xidmətləri, istər ərəb alimləri, istərsə də Qərbi Avropa və rus şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb alimlərindən Məhəmməd Hüseyn Heykəl, Abbas Mahmud əl-Aqqad, Mutran Xəlil Mutran, Əbdüləziz əl-Bəşəri, Yusif Həcm və başqaları Cürci Zeydana elmi məqalələr və məruzələr həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişlər. == Həyatı == Cürci Zeydan 14 dekabr 1861-ci ildə Beyrutda xristian ailəsində dünyaya gəlmişdir. Onun atası Həbib Zeydan xırda tacir idi. İlk təhsilini Beyrutda müxtəlif məktəblərdə almış, 6 ildə 3 məktəb dəyişmişdir. Ailəsinin ağır maddi vəziyyəti atasını Zeydanı çəkməçi yanına şagird verməyə məcbur edir.
Cürni (Urmiya)
Cürni (fars. جورنی‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 366 nəfər yaşayır (62 ailə).
Dargi dairəsi
Dargi dairəsi (rus. Даргинский округ) — Rusiya imperiyası (Dərbənd quberniyası və Dağıstan vilayəti tərkibində) və RSFSR–in (Dağıstan MSSR–də) tərkibində, 1854–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Levaşi kəndi idi. == Mənbə == О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: XII. Дербентская губернiя, стр. 42 – 49. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
Darsi düsturu
Darsi – Veysbax düsturu — Maye dinamikasında Darsi-Veysbax düsturu bir boru uzunluğunda sürtünmə nəticəsində sıxılmış sıvı üçün maye axınının orta sürətinə görə baş zədəini, ya da təzyiq itkisinə aid olan bir fenomenoloji tənlik. Denklem Henri Darsi və Julius Veysbax adına verilmişdir. Darsi – Veysbax düstüru sürtünmə faktoru olaraq bilinən dimensiz sürtünmə faktorunu ehtiva edir. Bu da Darsi-Veysbax sürtünmə faktoru, müqavimət əmsalı və ya axın əmsalı kimi müxtəlif adlanır. Məsamələrdən mayeni süzməklə süzülmənin xətti qanunu ilk dəfə Darsi tərəfindən (1856-cı ildə) müəyyən edilmiş və aşağıdakı empirik (təcrübi) düstur verilmişdir: Δ h = ξ ⋅ V 2 2 g , {\displaystyle \Delta h=\xi \cdot {\frac {V^{2}}{2g}},} Δ h {\displaystyle \Delta h} — hidravlik müqavimət zamanı təyziqin itirilməsi; ξ {\displaystyle \xi } — yerli müqavimətin nisbəti; V {\displaystyle V} — mayenin orta axın sürəti; g {\displaystyle g} — sərbəst düşmə təcili; величина V 2 2 g {\displaystyle {\frac {V^{2}}{2g}}} называется скоростным (или динамическим) напором. Формула Вейсбаха, определяющая потери давления на гидравлических сопротивлениях, имеет вид: Δ P = ξ ⋅ V 2 2 ⋅ ρ , {\displaystyle \Delta P=\xi \cdot {\frac {V^{2}}{2}}\cdot \rho ,} где Δ P {\displaystyle \Delta P} — потери давления на гидравлическом сопротивлении; ρ {\displaystyle \rho } — плотность жидкости.
Dhruv Kapila
Dhruv Kapila (1 fevral 2000, Ludhiana, Pəncab ştatı) — Hindistanı təmsil edən qadın badmintonçu.
Burfi
Burfi — Hindistan mətbəxinin (həmçinin Banqladeş və Pakistan mətbəxləri) məşhur şirniyyatlarından biri. Burfi qatılaşdırılmış süddən hazırlanmış şirin, konfetə bənzər şirniyyat növüdür. Hindistan yaranmış bu şirniyyat adı "qar" mənasını verən "barf" sözündən yaranıb. Bir neçə növü mövcuddur:besan burfi (qoyunnoxudu unu qatılır), kaaji burfi (Braziliya fıstığından hazırlanır), pista barfi (yerpüstəsindən hazırlanır) və sing barfi (yer fındığından hazırlanır).
Buruc
Buruc — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Buruc kənd inzibati ərazi dairəsinin mərkəzidir. == Tarixi == Dağətəyi düzənlikdədir. İlk dəfə XVI əsrə aid mənbələrdə Buruncru variantında təsadüf olunur. 1917-ci ildə Cavanşir qəzasında Təzə Bruc və Bruc Həsənqaya adlı iki yaşayış məntəqəsi, Lənkəran qəzasında Burçalı, 1933-cu ildə Zəngilanda Burcalılar adlı kəndlər qeydə alınmışdır". Mənbələrin məlumatına görə, kənd əvvəllər Ağdərə rayonunun İorbulaq adlı ərazisində olmuşdur. 1918-ci ildə erməni qırğınları zamanı əhali indiki əraziyə köçmüş, yeni yaşayış məntəqəsinə əvvəlki adı verilmişdır. Ərazidə Buruc adlı əkin yeri də var. Kəndin əhalisi yerli BUruc camaatı təşkil edir Azərbaycan dilinin yerli dialektlərində burusux tutqun", buruz "ədavət, kin", "acıqlı, kinli"( bu ləqəblər adlar onlara ona göre verilmişdir ki, olar öz tayfalarına hansısa qarətciləri yaxın buraxmır düşmən tayfalara qorxunc kin bəx etmişdilər) mənalarında işlənməkdədir Buruc sözunun məşəyi qədim tür tayfalarının adı ilə bağlıdır.Türküyədə və keçmiş irəvan xanlıqı ərazisində Buruc düzü deyilən ərazilər möcud olub.bəzi mənbələrin məlumatnda göre Buruc adının mənası Bürc və Burc adlarnan götürülüb.Buruc əhalisi ta qədimdən hec bir tayfa ilə geniş əlaqəsi olmayan bir tayfa olaraq hələdə mövcudur(yani bu tayfa hamısı bir birinə sıx qohumluq əlaqələri ilə bağlıdır).Buruc tayfası sırf İrəvan xanlıqının bəzi əraziləri Qarabağ ərazisinin ən qədim və yerli tayfasıdır.kəndin əsas məşquliyyəti əkincilik və maldarlıqdan ibarəti.Kəndin indiki ərazisi bəzi mənbələrdə 7 təpə adlanır. 7 təpə adlanmaqının səbəbi həmən ərazidə 7 ədəd 4 böyük 3 xırda qədimi təpədən ibarət olmasıdır..
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir. Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir.
Buruni
Buruni (mald. ބުރުނީ) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Txaa atoluna daxildir. == Coğrafi yerləşmə == Buruni adası Txaa atoluna daxil olan 66 adadan biridir. Lakkadiv dənizində yerləşən ada ölkənin paytaxtı Male şəhərindən 196 km cənub-qərbdə yerləşir. == Əhali == 2006-cı il məlumatına əsasən Burunidə 1130 nəfər yaşayır: 48,84 % kişi və 51,15 % qadın. Əhalinin yaş strukturu: 44,69 % — 18 yaşından aşağı; 14,07 % — 19 - 25 yaş arası; 35,57 % — 26 - 64 yaş arası və 5,66 % — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 98, 93 %.
Buruq
Buruq — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Ərazisi 5 km² (504 ha), əhalisi 368 nəfər (2016). Etnik tərkibi: 85 % azərbaycanlı və qarışıq, 15 % talış. Adının mənası qədim talış dilində "isti yer", "güney" deməkdir. Kənddə Alihəmdəm, Qulamlı, Məcidli, Dadi, Bağırlı, Ağayarlı-Ruhullahlı və Cəfərli tayfaları yaşayır. Ağayarlı tayfasının qədim İran-Parfiya sülaləsi Mehranilərdən gəldiyi güman olunur. Kənddə tayfa münasibətləri daim gərgin olmuşdur == Tarixi == Buruq kəndi XVIII əsrdən mövcud olsa da, onun ərazisində Paleolit və Tunc dövrü məskənləri aşkar edilmişdir. Belə ki, Gilgil, Xortaxaran, Haləsər, Kalannığıl, Sığəsər, Bicar və Loçığ kimi qədim yaşayış məskənlərinin tarixi min illərlə ölçülür. Kənd ərazisindəki toponimlərin əksəriyyəti talış dilindədir.[mənbə göstərin] == Coğrafiyası == Talışın orta dağlıq hissəsində yerləşən Buruq kəndi əsasən Neogen çöküntülərindən ibarət yamaclarda yerləşir. Ən hündür nöqtəsi Qızqotəpə 957 m-dir.
Dunus
Dunus — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qantiadi kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şərqdə, Çapal çayının sol sahilində, Başkeçid yaylasında yerləşir. == Tarixi == Borçalı bölgəsində "Dunus" yaşayış məntəqəsi adına ilk dəfə 1536-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Kənddə 1870-ci ildə 8 ailədə 54 nəfər, 1926-cı ildə 26 ailədə 195 nəfər azərbaycanlı yaşayırdı. 17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 454 nəfər (223 nəfəri kişilər, 231 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 612 nəfər əhali yaşayır. == Təhsil == Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 84 şagird təhsil almaqdadır.
Dalüi
Dalüi (fr. Daluis) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Qiyom kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 40,03 km², əhalisi — 120 nəfərdir (2006) artım tendensiyası ilə: 152 nəfər (2012), əhalinin sıxlığı 3,8 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 149 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 152 nəfər.
Buruc Surəsi
85-ci surə əl-Buruc (Bürclər) surəsi (Məkkədə nazil olmuşdur, 22 ayədir). Surə adını ilk ayədə işlənən və bürclər mənasını verən əl-Buruc sözündən götürmüşdür. Sürənin Məkkə dövrünün ortalarında bütpərəstlərin müsəlmanlara qarşı əziyyət və işgəncələrə başlamalarından sonra endirildiyinə inanılır. Buruc sürəsində Allahın qüdrətindən, Allah uğrunda sıxıntı çəkənlərin cənnətə gedəcəklərindən, müsəlmanlara zülm edənləri üçün isə pis sonun olduğundan bəhs edilir.