Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bağçalı
Bağçalı (Ağbaba)
Dalğalı
Dalğalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Dalğalı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Damğalı
Damğalı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Damğalı kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == XIII əsrdə monqol yürüşlərində iştirak etmiş, sonralar Azərbaycan ərazisində məskunlaşmış damğalı tayfasının adı ilə bağlı olduğu ehtimal edilir. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Darğalı
Darğalı (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Darğalı (Urmiya) — İranda kənd.
Daylaqlı
Daylaqlı (əvvəlki adı: Əzizbəyov) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Daylaqlı kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Əhalisi 405 nəfərdir.
Daylaxlı
Daylaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şərqdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə Daylaqan, Qafqazın 5 verstlik xəritəsinə Daylaxlı kimi qeyd edilmişdir. Toponim daylaxlı tayfa adı əsasında əmələ gəlmişdir. Fikrimizcə, daylaxlı etnoniminin əsasında qədim dey etnonimi dayanır. Dey>day tayfasım skiflərin bir qolu da hesab edirlər. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 87 nəfər, 1886-cı ildə 184 nəfər, 1897-ci ildə 60 nəfər, 1904 - cü ildə 218 nəfər, 1914 - cü ildə 240 nəfər, 1916-cı ildə 209 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir.
Qaybalı
Qaybalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Qeybalı kəndi Xəlfəli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qeybalı kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Kənd keçmişdə Qeybalıkənd adlanmışdır. Bu ad qismən təhrifə ugramışdır. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycanın Xoy mahalındakı Qeybəyli (Qayıbaylı) kəndindən koçüb gələnlər salmışlar. Bəzi tədqiqatçılar bu toponimi Qeybalı şəxs adi ilə əlaqələndirirlər. == Tarixi == Qaybalı kəndi Əzət bəyim Cavanşirə məxsus olub. == Coğrafiyası və iqlimi == Kənd Xəlfəliçayın (Qarqarçay hövzəsi) sahilində, Qarabağ silsiləsinin yamacında yerləşir.
Saybalı
Saybalı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Saybalı (Sisyan)— Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd.
Alçalı
AzərbaycanAlçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.ErmənistanAlçalı (Göyçə) — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. Alçalı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay. Aşağı Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.
Aynalı
Aynalı və Ağlyanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Aynalı (Susuz) — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Aynalı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Danalı
Danalı (Əcəbşir)
Qayalı
KəndlərQayalı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qayalı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qayalı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qayalı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonun ərazisində kənd.BələdiyyələrQayalı bələdiyyəsi —DigərQayalı (Kəkildağ) düşərgəsi Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi.
Bağçalı (Ağbaba)
Bağçalı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonun ərazisində kənd. == Tarixi == Güllübulaq kəndinin yaylaq yеrində yaranmışdır. 1918–20-ci illərdə azərbaycanlılar buradan ermənilər tərəfindən qovulmuş, erməni soyqırımına məruz qalmışlar. Azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilmişdir. İndi xaraba kənddir. == Əhalisi == 1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914-cü ildə 236 nəfər azərbaycanlı yaşamışdır. Qazax еlinin Qarapapaq tayfasından ibarət əhalisi 1921-ci ildə Türkiyəyə köçdükdən sonra kənd dağılmışdır. == Toponimi == Toponim bağça sözünə -lı şəkilçisi artırmaqla yaranmış fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Əsli Baxşalı, еhtimal ki, şəxs adındandır.
Bağçalı (Quba)
Bağçalı, Bağçaəli – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Bağçaəli kəndində bir təhsil ocağı, bir kitabxana və bir mədəniyyət evi vardır. Kənd meşələr və dağlarla əhatə olunub. == Toponimikası == Bağçalı oyk., düz. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Keçmiş adı Bağçalı Qışlaq olmuşdur. Kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən biridir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsl adı Bağça Əlidir. XIX əsrin əvvəllərində İsmayıllı r-nunun Lahıc kəndindən gəlmiş Əli adlı şəxsin ailəsinin orada məskunlaşması əsasında yaranmışdır. Lakin aparılan araşdırmalar Bağçalı toponiminin etnotoponim olduğunu söyləyir.
Dalğalı (Neftçala)
Dalğalı (əvvəlki adı: Prorva) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Sarıqamış kənd inzibati ərazi vahidi tərkibindəki Prorva kəndi Dalğalı kəndi adlandırılmışdır.
Dalğalı (Xaçmaz)
Dalğalı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Nabran inzibati ərazi vahidində qəsəbə. Xəzər dənizinin ləpədöyən sahilində yerləşdiyi üçün belə adlandırılmışdır.
Dalğalı birəcik
Dalğalı birəcik (lat. Phyllotreta undulata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Bu birəciyin rəngi qara və bozumtuldur. Hər qanadın üstündə sarı, uzun xətt keçir. Uzunluğu 2-2,8 mm-dir. == Həyat tərzi == Cinsi yetişkənliyə çatmayan yaşlı böcəklər tarlalarda, bağlarda, meşə kənarında yerə tökülmüş yarpaqların, müxtəlif bitki qalıqlarının altında, torpağın üst qatlarında və başqa yerlərdə qışlayırlar. Böcəklər martın ikinci yarısında qışlamadan çıxırlar, əvvəl onlar müxtəlif xaççiçəkli bitkilərin alaq otları ilə qidalanırlar. Şitillərin sahələrə köçürüldüyü və xaççiçəkli bitkilərin cücərtiləri əmələ gəldiyi vaxtlarda birəciklər mədəni bitkilər üzərinə keçirlər. Əsasən yarpaqları, bəzən isə yarpaqların saplaqlarını, çiçək və toxumların qınlarını zədələyirlər. Birəciklər yarpaqların üzərində çoxlu deşiklər açırlar.
Dalğalı tutuquşu
Dalğalı tutuquşu (lat. Melopsittacus undulatus) — tutuquşukimilər dəstəsindən quş. == Haqqında == Qəfəsdə saxlanılmasına və çoxaldılmasına görə ən çox dekorativ quşlardan (XIX əsrin ortalarından) biridir. == Xüsusiyyətləri == Bədəninin uz. 18 sm-ədək, kütləsi 25 q-a qədərdir. Vəhşi dalğalı tutuquşunda yaşıl rəng üstünlük təşkil edir; başın ön tərəfi və boğazı sarı, quyruğu göydür. Başında, mantiya da və qanadlarında nazik qara və sarı zolaqlar var. Erkəklərində gicgah tünd-göy, dişilərində açıq-göy, yuvalama dövründə boz rəngdə olur. == Yayılması == Avstraliyada geniş yayılmışdır. Savannalarda və suvatı olan quru seyrək meşələrdə məskunlaşır.
Damğalı xalçaları
Damğalı xalçaları — Qazax xalçaçılıq məktəbinə aid xovlu Azərbaycan xalçaları Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları 4 müxtəlif tərəfə ayrılan svastikanı andıran bu bəzəklər elə real səpgidə toxunmuşdur ki, sanki onlar bir nöqtə ətrafında fırlanaraq hərəkət edir. Bu ornament elementinə biz təkcə “Damğalı”adını almış bu tipli Qazax xalçalarında deyil, dekorativ – tətbiqi sənətimizin başqa növlərində də rast gəlirik. “Damğalı” tipli xalçalarda diqqəti cəlb edən ikinci element latın əlifbasındakı “S” hərfini xatırladn elementdir. Deyilənə görə, bu element əjdahanı təmsil edir. Xalçada diqqəti çəkən üçüncü element isə qoç buynuzlarını xatırladan naxışdır. Sənətşünas alim, Azərbaycan xalçalarının ən gözəl bilicisi Lətif Kərimov bu naxışın “qoç”,”qoyun”mənaları verdiyini bildirmişdir. Diqqəti ən çox cəlb edən isə xalçanın alt tərəfindəki simmetrik şəkildə iki dəfə təkrarlanan 3 oxdur. Görünür bu oxlar, haqqında “Oğuznamə”də söz açılan üçoxları təmsil edir. “Oğuznamə”də deyilir”. Oğuz Kağanın yanında ağ saqqallı, ağ saçlı bir kişi vardı.
Darğalı (Qəmərli)
Darğalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır. == Tarixi == === Aşağı Darğalı === Rayon mərkəzindən 3–4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mə'nasında işlənən darğa sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib "şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd" mə’nasını bildirir. "Aşağı" fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l. XII.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26lardan olan Anastas Mikoyanın şərəfinə), 30. XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.
Darğalı (Urmiya)
Darğalı (fars. دارغالو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 290 nəfər. yaşayır (91 ailə).
Dövlət Baxçalı
Dövlət Baxçalı və ya Dövlət Bağçalı (türk. Devlet Bahçeli; 1 yanvar 1948, Baxça[d], Osmaniyə ili) — Türkiyə Milliyyətçi Hərəkat Partiyası sədri. == Həyatı == 1 yanvar 1948-ci ildə anadan olub. 1997-ci ildə Milliyyətçi Hərəkat Partiyasının sədri seçilmişdir. 1999-cu il seçkilərində qalib gələrək Demokratik Sol Partiya və Ana Vətən Partiyası ilə koalisiya hökumət yaratmışdır. Baş nazirin müavini olmuşdur. 2007-ci ildə keçirilən seçkilərdə yenidən millət vəkili seçilmişdir. == İstinadlar == == Xarici keçidlər == "Devlet Bahçeli. Ülkü ve Şuur". Milliyətçi Hərəkat Partiyası.
Dövlət Bağçalı
Dövlət Baxçalı və ya Dövlət Bağçalı (türk. Devlet Bahçeli; 1 yanvar 1948, Baxça[d], Osmaniyə ili) — Türkiyə Milliyyətçi Hərəkat Partiyası sədri. == Həyatı == 1 yanvar 1948-ci ildə anadan olub. 1997-ci ildə Milliyyətçi Hərəkat Partiyasının sədri seçilmişdir. 1999-cu il seçkilərində qalib gələrək Demokratik Sol Partiya və Ana Vətən Partiyası ilə koalisiya hökumət yaratmışdır. Baş nazirin müavini olmuşdur. 2007-ci ildə keçirilən seçkilərdə yenidən millət vəkili seçilmişdir. == İstinadlar == == Xarici keçidlər == "Devlet Bahçeli. Ülkü ve Şuur". Milliyətçi Hərəkat Partiyası.
Faydalı qazıntılar
Faydalı qazıntılar — insanların təbiətdən əldə edərək, sənayedə və məişətdə effektli istifadə etdiyi kimyəvi maddələr və qiymətli daşlar. Faydalı qazıntı axtarmağın tarixi 12 −15 min il əvvələ qədər uzanır. Yer qabığında 88 kimyəvi element mövcuddur. Bu kütlədə oksigenin payı 47, silisium −27, alüminium −8, dəmir −5, kalsium −5, natrium, maqnezium və kalium 2–2,7 faiz təşkil edir. 4 elementin (titan, fosfor, manqan, hidrogen) payı 1% və digər 76 elementlərin payı cəmi 0,41% -dir. Bu kimyəvi elementlər yer qabığında sərbəst kristallokimyəvi sistem –bərk minerallar yaradır. Minerallar – təbii və süni yaranan dayanıqlı kimyəvi birləşmələrdir. Minerallar birlikdə dağ süxurlarını (dunitləri, piroksenləri, qabbronu, bazaltları, dioritləri, qranatları, qranodioritləri və s.) təşkil edirlər. Dağ süxurlarından daha dərin, maqma ilə əlaqədar olan dunitlər və piroksenlər sayılır ki, onunla almaz, xromit, qızıl, platin, nikel yataqları; qabbroidlərlə — dəmir, nikel titan, vanadium, mis; diorit, qranodioritlərlə — mis, molibden, volfram; qranitlərlə nadir metallar (qalay, volfram, beril, litium, tantal, uran və s.) yataqları əlaqədardır. == Kreyter sxemi == Dünyada sənaye tələbatına görə faydalı qazıntı yataqlarının "Kreyter sxemi" deyilən bir sxemi qəbul olunub; bu sxem aşağıdakı şəkildədir: mineral yanacaq (kömür, neft, qaz, torf və s.) qara metal filizləri (dəmir, titan, manqan, xrom və s.) əlvan metal filizləri (sink, qurğuşun, qalay, alüminium, civə, sürmə və s.) qiymətli (nəcib) metal filizləri (qızıl, platin, və s.) nadir metal və səpinti elementlər (litium, beril, tantal, sirkonum, stronsium, molibden, volfram və s.) kimya sənayesi üçün filizlər (daş duz, apatit, kükürd, flüorit və s.) sənaye xammalı filizləri (almaz, asbest, talk, muskovit, qrafit, abraziv qranat və s.) flüslər, metallurgiya sənayesi üçün odadavamlı xammal və dulusçuluq istehsalı üçün xammal (əhəngdaşı, dolomitlər, gillər, kvars, çöl şpatı, olivin, kalsit, diatomit və s.) tikinti materialları (but və üzlük daşlar, çınqıl, qravi, qum, gil, əhəngdaşı və s.) qiymətli və zərgərlik daşları (ametist, qranat, kvars, peqmatitlər və s.) içməli və mineral sular.Qeyd olunan sxemdə göstərilən yataqların demək olar ki, hamısı Azərbaycanda vardır.
Qaymalı dağlar
Qaymalı dağlar(rus. горы глыбовые столо¬вые, ing. block table mountains) -differensial hərəkət təsirinə məruz qalaraq qırılma və pozulmalarla parçalanmış və mürəkkəbləşmiş, yer qabığının ayrı-ayrı qaymalarının əmələ gətirdiyi dağlar. Struktur xüsusiyyətlərinə görə stolvari, qaymalı və qırışıq-qaymalı dağlara ayrılır.
Damcılı
Damcılı (Göygöl) — Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Damcılı (Qırxbulaq) — Qırxbulaq mahalında köhnə kənd. Damcılı (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. Damcılı mağarası — Qazax rayonunda yerləşən mağara.
Sancalı
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1591 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kənd əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. == Tarixi == Sarıcalı yaşayış məntəqəsi cavanşir tayfasının sarıcalı (əslində sarıcaəlili) qolunun burada məskunlaşması nəticəsində yaranmışdır. Qədimdə sarıcalılar türk tayfası bəhmənli elinə mənsub idilər. Onlar orta əsrlərdə cavanşir tayfasına qarışmışlar.XIX əsrin əvvələrində sarıcalılar Dərgahlı sarıcalısı, Əmiraslanbəyli sarıcalısı, Çəmənli sarıcalısı, İncilli sarıcalısı, Yetim sarıcalısı, Novruzlu sarıcalısı adlı tirələrə bölünmüşdülər.XX əsrin 30-cu illərinə qədər Ağdamın Novruzlu kəndi yaxınlığında da Sarıcalı adlı kənd olub. Qarabağ xanı olan Pənahəli xan bu tayfadandır.Ağdam, Tərtər, Cəbrayıl rayonlarında da Sarıcalı adlı kənd vardır. === Tanınmışları === Tofiq Sarıcalınski — Dövlət xadimi Rüstəm Rüstəmov — Professor , alim Ələsgər Rüstəmov — Hüquqşünas == Xarici keçidlər == Youtube-da bax: Bir kəndin nağılı. Sarıcalı (film) == İstinadlar == Kəmalə Sarıdcalinskaya — Hüquqşünas, Zakavkaziyada ilk qadın kriminalist.
Sarcalı
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Sarıcalı (Ağdam)Sarıcalı (Çəmənli, Ağdam) — Ağdam rayonunun Çəmənli inzibati ərazi dairəsində kənd. Sarıcalı (Sarıcalı, Ağdam) — Ağdam rayonunun Sarıcalı inzibati ərazi dairəsində kənd.Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı kənd inzibati ərazi vahidində kənd. Yuxarı Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. Sarıcalı — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Takab şəhristanının inzibati ərazi vahidində kənd. Sarıcalu — İranda, Zəncan ostanının Əbhər şəhristanının Sultaniyə bəxşinin Gözəldərə dehestanında kənd. Sarıcalı (Urmiya) — Sarıcalı (Takab) — Sarıcalı (Sultaniyə)Oxşar Sarıcalı oymağı — Cavanşir elinin qollarından biri. Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Dalcılı (Xoy)
Dalcılı (fars. دلجلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Damcılı (Abaran)
Damcılı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 19 km məsafədə, Abaran çayının sağ sahilində, Alagöz dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. XIX əsr rus mənbələrində kəndin adı Tamceli//Damcalu formasında qeyd edilir. Toponim «az sulu bulaq», «quyu tipli kiçik bir mənbənin müəyyən vaxtda verdiyi su» mənasında işlənən damcı sözünə -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı da dəyişdirilib Mravyan qoyulmuşdur. == Əhalisi == Ermənilər bu kəndə İrandan 1828-ci ildən sonra köçürülmüşdür.
Damcılı (Göygöl)
Damcılı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göygöl r-nun Qızılca i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd qonşu Qızılca kəndi ilə birləşmişdir. Yaşayış məntəqəsi adını kəndin ərazisindəki Damcılı bulağının adından almışdır. Bulağın adı suyunun damcı-damcı axması ilə əlaqədardır. Qazax r-nunun Daş Salahlı kəndi ərazisində, Avey dağının lap dibində damcı-damcı axan və Damcılı adlanan bulaq da mövcuddur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 12 nəfər əhali yaşayır.
Damcılı bulağı
Damcılı bulağı — Azərbaycanın Qazax ərazisində bulaq. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Ümumi hündürlüyü min metrə çatan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı təbii ovucda yığılaraq bulaq olur. Məşhur Azərbaycan şairi Səməd Vurğun Damcılını dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandırıb. Bura Qazax rayonun əsas istirahət yeri, turizm mərkəzidir. Yay mövsümündə Qazax əhalisi sərinləmək üçün buraya üz tutur. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur. Avey dağının aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdə yerləşir.