Daylaxlı

Daylaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.[2]

Kənd
Daylaxlı
39°43′38″ şm. e. 45°29′38″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Paşalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.630 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 309 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Daylaxlı xəritədə
Daylaxlı
Daylaxlı

Rayon mərkəzindən 7 km şərqdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə Daylaqan[3], Qafqazın 5 verstlik xəritəsinə Daylaxlı kimi[4] qeyd edilmişdir.

Toponim daylaxlı tayfa adı əsasında əmələ gəlmişdir. Fikrimizcə, daylaxlı etnoniminin əsasında qədim dey etnonimi[5] dayanır. Dey>day tayfasım skiflərin bir qolu da hesab edirlər[6].

Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Kənddə 1873 - cü ildə 87 nəfər, 1886-cı ildə 184 nəfər, 1897-ci ildə 60 nəfər, 1904 - cü ildə 218 nəfər, 1914 - cü ildə 240 nəfər, 1916-cı ildə 209 nəfər azərbaycanlı yaşamışdır[7].

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir. Yalnız 1926-cı ildə burada 6 nəfər azərbaycanlı olmuş[8], onlar da 1928-29 - cu illərdə sıxışdırılıb kənddən çıxarılmışdır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.59
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.73
  5. Hacıyev T. Azərbaycanın qədim onomastikasına dair. Azərbaycan filologiyası məsələləri, II bur., Bakı, «Elm», 1984. s.128
  6. Eyvazova R. Əfqanıstanda türk mənşəli toponimlər, Bakı, «Elm», 1995. s.161
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.88-89, 158-159
  8. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.88-89