Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fərzalı
Fərzalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Fərzalı Gədəbəy rayonunun Arabaçı inzibati ərazi vahidində, dağlıq ərazidə yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qarabağdan gəlmiş Fərzalı adlı şəxs saldığına görə kənd onun adı ilə adlandırılmışdır. 1917-ci ildə Cavanşir qəzasında Fərzalıbəyli (1933-cü ildə Bərdə rayonunda Fərzalılar), Qazax qəzasında Fərzalı, (1933-cü ildə Şəmkir rayonunda Fərzah Quşçu) kəndləri də qeydə alınmışdır. Oykonim Xələc tayfalarının bir tirəsi olan fərzalıların adını əks etdirir. Etnotoponimdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 559 nəfər yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Fərzalı Abbasov
Abbasov Fərzalı Hətəm oğlu (20 noyabr 1932, Göycəli, Qazax rayonu) — Sosialist Əməyi Qəhrəmanı. 1932-ci ildə Qazax rayonunun Göycəli kəndində anadan olmuşdur. 1952–1964-cü illərdə Ağstafa rayonunda "Nərimanov" və "Lenin" adına kolxozlarda inşaat briqadiri, 1964–1991-ci illərdə Qazax rayonunda S.Vurğun adına sovxozda üzümçülük üzrə briqadir işləmişdir. 1968-ci ildə Qazax Kənd Təsərrüfatı Texnikumunu, 1981-ci ildə isə AzKTİ — nin Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirmişdir. Üzümçülük sahəsində əldə etdiyi nailiyyətlərə görə 1971-ci ildə "Qırmızı əmək bayrağı" ordeni, 1976-cı ildə "Lenin ordeni", 1980-ci ildə "Oraq-Çəkic" medalı və Sosialist Əməyi Qəhrəmanı kimi yüksək mükafatlara layiq görülmüşdür. 1971–1990-cı illərdə Qazax rayon Partiya Komitəsinin Büro üzvü, 1974–85-ci illərdə SSRİ Ali Sovetinə, 1985–90-cı illərdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 1975–90-cı illərdə Azərbaycan KP MK-nin üzvü olmuşdur. 1990–1991-ci illərdə Kalininkənd Qəsəbə XDS-nin İcraiyyə Komitəsinin Sədri, 1991-ci ildən hal hazıra kimi Ağstafa RİN-nin Gəycəli kəndə nümayəndəsidir.
Gərdalı (Çaroymaq)
Gərdalı (fars. گردالو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (36 ailə).
Qaçaq Fərzalı
Fərzalı İmamqulu oğlu təxminən 1878-ci ildə Zəngəzur qəzasının (indiki Zəngilan rayonunun) Qaradərə kəndində — bir adı da Taydolaq Baharlıdır — anadan olub. Çarın kazak dəstələri ilə Araz çayı üzərində atışaraq bir neçə kazakı öldürdükdən sonra dağlara çəkilib qaçaqlığa başlamışdır. Bəhlul Əfəndi, Sultan bəy kimi igidlərlə əl—ələ verərək erməni quldurlarının Zəngəzurda törətdikləri türk-müsəlman qırğınının qarşısını almışdır. Nuru Paşanın ordusunun qarşılanmasında iştirak etmiş, yerli özünümüdafiə dəstələrinin rəhbəri olmuşdur. Məşhur Baharlı tayfasından olan Qaçaq Fərzalı Sovet hökuməti qurulandan sonra da silahı yerə qoymamış, bolşeviklərlə döyüşmüşdür. M.C.Bağırovun Bartaz meşəsində onunla şəxsən görüşməsi və ona vəzifə təklif etməsi də bu el qaçağını şirnikləndirməmişdir. Yalnız el-obasının, kəndinin əhalisinin sürgün olunacağı təhdidindən sonra silahı yerə qoyaraq təslim olmuşdur. 1928-ci ildə Bakıya gətirilərək Nargin adasında güllələndiyi güman olunur. Dörd övladı vardı. (Oğlu Rəhim , qızları Tavar, Naran, Təzəgül ) Yazıçı Azad Qaradərəli “Aşiqlər”, “Zəngəzur qazısı Bəhlul Behcət” kitablarında, “Kuma-Manıç çökəkliyi” romanında Qaçaq Fərzalıdan bəhs etmiş, 2016-cı ildə isə ayrıca “Qaçaq Fərzalı” kitab yazıb nəşr etdirmişdir.
Mirzə Fərzalı bəy Fətəlibəyov
Mirzə Fərzalı bəy Fətəlibəyov (1824-1887) — məmur, çar ordusunun zabiti, Tiflis Aleksandr Müəllimlər institutunun məzunu. Mirzə Fərzalı bəy Əli bəy oğlu 1824-cü ildə Otuziki mahalının Ətyeməzli obasında (indiki Ağdamın Ətyeməzli kəndi) anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mükəmməl mədrəsə təhsili görmüşdü. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Fərzalı bəy Şuşa Qəza məktəbində oxumuşdu. Burada o, türk, rus və fars dillərini öyrənmişdi. Sonra Tiflis Aleksandr Müəllimlər Institutunu bitirmişdi. Mirzə Fərzalı bəy 19 may 1843-cü ildə II dərəcəli dəftərxana xidmətçisi kimi Şuşa qəza polis şöbəsində xidmətə başlamışdı. 10 noyabr 1848-ci ildə könüllü kimi Qafqaz Atlı alayında xidmət etmişdi.
Fəxralı
Fəxralı (və ya Faxralı) — Azərbaycan Respublikasının Goranboy rayonunun Fəxralı kənd inzibati ərazi dairəsində kənd. Gəncə-Qazax düzənliyindədir. Gəncə şəhərindən 25 km şimal-şərqdə yerləşir. Fəxralı kəndi qədim kənddir. Tarixi tam dəqiqləşdirilməyib. Uzaq keçmişdən üzü bəri Fəxralılar Azərbaycan ərazində və onun sərhədlərindən kənarda müxtəlif coğrafi məkanlarda yaşamış, ən sərt məqamlarda belə öz mədəniyyətlərinin inkişaf etdirilməsini unutmamış, gələcək nəsillər üçün zəngin ənənə, qiymətli irs və çoxlu yadigarlar yaratmışlar. Onların qədim izlərinə və zəngin yardıcılıq nümunələrinə Azərbaycanın hər guşəsində və həmçinin Azərbaycanın hüdudlarından kənarda rast gəlmək mümkündür. Tarixi qaynaq və mənbələrdə Fəxralıların adı ilə bağlı toponimlər, hidronimlər, sənətkarlıq nümunələri "Faxralı", "Fəxralı", "Fəxrəli", "Fahralı", "Fəhralı", "Fəhrəli", "Fərəhli", "Fərəxli", "Fəraqlı", "Faxlaro" və. s. kimi adlandırılır.
Kürdalı
Kürdalı, Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli, lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır. Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Mərdanlı
Mərdanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocik kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Kənd Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsi kəndin əsasını qoymuş Hacı Mərdan adlı şəxsin adını daşıyır. 1950-1960-cı illərdə rayondakı Yuxarı Mollu kəndindən xeyli ailə buraya köçmüş və kənd daha da böyümüşdür.
Sərdarlı
Sərdarlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidliyində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir Sərdarlı oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də kənd. Araz çayının sol sahilində, Mil düzündədir. İslam Rzayev Əziz Xələfov Fəridə Vəzirova Məmməd Orucov Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Fərhad Fərhadlı
Fərhad Vüqar oğlu Fərhadlı (azərb. Fərhadlı Fərhad Vüqar oğlu‎) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi Fərhad Vüqar oğlu Fərhadlı 8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2011-ci ildə Sumqayit şəhər 12№ li orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BBA fakültəsinin Menecment ixtisası üzrə təhsil almağa başlamışdır. 2015-ci ildə Universiteti bitirib, 2016-cı ildə Hərbi xidmətə yollanmışdır. Aprel doyüşləri zamanı hərbi xidmətdə olub. 2017–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə olunması ixtisası üzrə magistr təhsilini almışdır. İş həyatına Gilan Holdinqdə başlayıb, sonra isə Kapital bankda davam etmişdir. Fərhad Fərhadlı 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. 20 oktyabr Cəbrayıl uğrunda gedən döyüş zamanı yaralı daşıyan sırada şəhid olur.
Fərhadlı (Kəleybər)
Fərhadlı (fars. فرهادلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 36 nəfər yaşayır (9 ailə).
Fəxralı (dəqiqləşdirmə)
Faxralı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Bolnisi bələdiyyəsində kənd. Fəxralı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Fahralı — Türkiyə Respublikasının Yozqat vilayətinin Çayıralan mahalında kənd.
Fəxralı bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fəxralı xalçaları
Fəxralı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Gəncə şəhərindən 25 km şimal-şərqdə yerləşən Fəxralı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Gəncə-fəxri" də adlandırırlar. Fəxralı xalçaları Gəncə xalçalarının yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir. Fəxralı xalçaları öz adını Gəncə şəhərindən 25 km şimal-şərqdə, indki Goranboy rayonunun ərazisində yerləşən Fəxralı kəndinin adından almışdır. Bu kənddə hazırlanan xalçalar qədim dövrlərdən Gəncə zonasının ən yaxşı xalçaları kimi məşhurdur. Qocaman xalçaçılar indiyə qədər bu xalçanı "Gəncə-fəxri" adlandırırlar. Fəxralı xalçaları müəyyən zaman ərzində Fəxralı kəndində toxunduqdan sonra ətraf kəndlərdə də toxunulmağa başladı. Əsasən Qaracəmirli kəndində, həmçinin, Şadılı, Bağçakürd, Çaylı, Borsunlu, Qaradağlı, Pənahlılar və digər kəndlərdə də istehsal olunurdu. Daha da təkmilləşən Fəxralı xalçalarının getdikcə məşhurluğu artır və eyni zamanda bu xalça toxunulan xalçaçılıq məntəqələrinin sayı da artırdı.
Faydalı qazıntılar
Faydalı qazıntılar — insanların təbiətdən əldə edərək, sənayedə və məişətdə effektli istifadə etdiyi kimyəvi maddələr və qiymətli daşlar. Faydalı qazıntı axtarmağın tarixi 12 −15 min il əvvələ qədər uzanır. Yer qabığında 88 kimyəvi element mövcuddur. Bu kütlədə oksigenin payı 47, silisium −27, alüminium −8, dəmir −5, kalsium −5, natrium, maqnezium və kalium 2–2,7 faiz təşkil edir. 4 elementin (titan, fosfor, manqan, hidrogen) payı 1% və digər 76 elementlərin payı cəmi 0,41% -dir. Bu kimyəvi elementlər yer qabığında sərbəst kristallokimyəvi sistem –bərk minerallar yaradır. Minerallar – təbii və süni yaranan dayanıqlı kimyəvi birləşmələrdir. Minerallar birlikdə dağ süxurlarını (dunitləri, piroksenləri, qabbronu, bazaltları, dioritləri, qranatları, qranodioritləri və s.) təşkil edirlər. Dağ süxurlarından daha dərin, maqma ilə əlaqədar olan dunitlər və piroksenlər sayılır ki, onunla almaz, xromit, qızıl, platin, nikel yataqları; qabbroidlərlə — dəmir, nikel titan, vanadium, mis; diorit, qranodioritlərlə — mis, molibden, volfram; qranitlərlə nadir metallar (qalay, volfram, beril, litium, tantal, uran və s.) yataqları əlaqədardır. Dünyada sənaye tələbatına görə faydalı qazıntı yataqlarının "Kreyter sxemi" deyilən bir sxemi qəbul olunub; bu sxem aşağıdakı şəkildədir: mineral yanacaq (kömür, neft, qaz, torf və s.) qara metal filizləri (dəmir, titan, manqan, xrom və s.) əlvan metal filizləri (sink, qurğuşun, qalay, alüminium, civə, sürmə və s.) qiymətli (nəcib) metal filizləri (qızıl, platin, və s.) nadir metal və səpinti elementlər (litium, beril, tantal, sirkonum, stronsium, molibden, volfram və s.) kimya sənayesi üçün filizlər (daş duz, apatit, kükürd, flüorit və s.) sənaye xammalı filizləri (almaz, asbest, talk, muskovit, qrafit, abraziv qranat və s.) flüslər, metallurgiya sənayesi üçün odadavamlı xammal və dulusçuluq istehsalı üçün xammal (əhəngdaşı, dolomitlər, gillər, kvars, çöl şpatı, olivin, kalsit, diatomit və s.) tikinti materialları (but və üzlük daşlar, çınqıl, qravi, qum, gil, əhəngdaşı və s.) qiymətli və zərgərlik daşları (ametist, qranat, kvars, peqmatitlər və s.) içməli və mineral sular.
Milan fərmanı
Milan Tolerantlıq Fərmanı, Milan Fərmanı və ya Milan Edictum (Latınca: Edictum Mediolanense, Müasir Yunanca: Διάταγμα των Μεδιολάνων, Diatagma tōn Mediolanōn) — Roma İmperiyası daxilindəki xristianlara kömək məqsədilə 313-cü ilin fevralında imzalanan razılaşma. Balkanlara nəzarət edən İmperator Licinius və Qərbi Roma İmparatoru I Konstantin, Mediolanumda (indiki Milan) bir araya gələrək, digər şeylərdən başqa, xristianlara qarşı siyasətlərini dəyişdirməyə razı oldular. Bu fərman imperator Galerius tərəfindən iki il əvvəl Serdicada imzalanmış fərmanlardan sonra verilmişdir. Milan Fərmanı, xristianlara hüquqi bir status verdi, ancaq Xristianlığı Roma İmperiyasının dövlət kilsəsi etmədi; Bu, 380-ci ildə, imperator I Theodosius dövründə Saloniki Fərmanı ilə həyata keçirildi.
Rahim Sərdarlı
Rahim Rafik oğlu Sərdarlı (3 avqust 1996, Canaxır, Xaçmaz, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Rahim Sərdarlı 13 avqust 1996-cı ildə Xaçmaz rayon Canaxir kəndində anadan olub. Məktəbi bitirdikdən sonra 2014–2016-cı illərdə müddətli hərbi xidmət çəkib. Rahim Sərdarlı 2016-cı il Aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rahim Sərdarlı, Cəbrayıl, Hadrut, Şuşanın azad edilməsində savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Rahim Sərdarlı Xaçmazda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahim Sərdarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahim Sərdarlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamı ilə Rahim Sərdarlı ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Rauf Sərdarlı
Rauf Sərdarlı Mədət oğlu — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Sərdarlı Rauf Mədət oğlu 8 yanvar 1949-cu ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun «Seqnetoelektriklərin Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professordur. Rauf Sərdarlı rezonans və anharmonik qarşılıqlı əlaqənin, anizotropiyanın və qəfəs fonon spektrlərində qanunauyğunluqları təyin etmişdir. A3B6 və A3B3C62 tipli birləşmələrin qəfəsinin temperatur qeyri stabilliyinin tədqiqatları faza keçidlərin mövcudluğu aşkar edilmiş və hərtərəfli tədqiq etmişdir. Onun tərəfindən ilk dəfə olaraq təyin edilmişdir ki, faza keçidləri ifrat strukturlu inkommensurate temperatur oblastları ilə müşahidə olunur. Həmçinin, tədqiq olunan obyektlərin qəfəs dinamikasını xüsusiyyətlərindən tam və dolğun informasiya əldə etməkdən ötrü Raman, infraqırmızı və neytron spektroskopiya üzrə eksperimentlər aparılmışdır. R.Sərdarlı elmi fəaliyyət istiqamətlərindən biri də qamma şüaların və Yan-Teylor tipli aşkarların A3B6 и A3B3C62 birləşmələrin energetik spektrə təsirini öyrənməkdən ibarət olmuşdur. Bu tədqiqatların nəticəsi kimi təyin edilmişdir ki, bəzi şərtlər çərçivəsində, laylı və zəncirvarı quruluşlu kristallar aşağı ölçülü sistemlər kimi özlərini göstərir.
Sarpet xardalı
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Serdika fərmanı
Serdika edikti, həmçinin Qalerinin tolerantlıq haqqında fərmanı — 311-ci ildə Serdikada (indiki Sofiya, Bolqarıstan) Roma imperatoru Qaleri tərəfindən verilmiş fərman. Roma imperiyasında xristianlığın təqibinə rəsmi ilə son qoymuşdur. Fərman dolayısı ilə xristianlığa "religio licita" statusu vermişdir.
Səttar Zərdablı
Zərdablı Səttar Mahmud oğlu (d. 5 may 1937, Allahqulubağı, Zərdab rayonu — ö. 29 oktyabr 2014, Bakı) — şair, publisist, ssenari müəllifi, kino redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977). Səttar Zərdablı 1937-ci ilin mayın 5-də Zərdab rayonunun Allahqulubağı kəndində anadan olub. M. Qirki adına Zərdab orta məktəbini bitirəndən sonra 1957–1959-cu illərdə Bakı Mədəni Maarif Texnikumunun mədəni-maarif şöbəsində, 1959-cu ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil almışdır. 1964–1979-cu illərdə patiyanın XXII qurultayı adına Bakı Neftayırma zavodunun klubuna bədii rəhbər, Azərbaycan Yazıçılar Birliyinin Natavan adına klubunda müdir, Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılığı Evində məsləhətçi, "Mozalan" satirik kinojurnalında redaktor olmuşdur. 1981-ci ildə "Kirpi" satirik jurnalının felyetonlar şöbəsinin əməkdaşı, 1992-ci ildə "Mozalan" müstəqil ictimai-siyasi satirik qəzetinin felyetonlar şöbəsinin müdiri vəzifələrində çalışmış, 1994-cü ildən "Güzgü" qəzetinin baş redaktoru olmuşdur. 1992-ci ildə H. Zərdabi Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin prezidenti olmuş şair öz şəxsi maşınını sataraq Həsən bəy Zərdabinin qəbrini düzəltdirmiş, eyni zamanda Terrora Qarşı Beynəlxalq İdeoloji Mübarizə Mərkəzinin sədri olmuşdur. İlk şeiri olan "Şəlalə" adlı qoşma 1958-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur. Onun yaradıcılığında " Lenin haqqında nəğmələrim" silsilə şeirlər başlıca yer tuturdu.
Zardalı (Ərdəbil)
Zardalı — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 141 nəfər yaşayır (31 ailə). .
Zərbalı Mirzə
Zərbalı Mirzə (tam adı: Allahverdiyev Zərbalı Mirzə oğlu; d. 1 yanvar 1960, Ucar rayonu, Yuxarı Şilyan kəndi, Azərbaycan SSR, SSRİ) — jurnalist, “İnşaatçı” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist (2015) 1 yanvar 1960-cı ildə Azərbaycan Respublikası Ucar rayonunun Yuxarı Şilyan kəndində qulluqçu ailəsində anadan olub. 1967-1977-ci illərdə Yuxarı Şilyan kənd məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1979-1981-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. Nümunəvi xidmətinə görə ordu komandanlığının göndərişi ilə 1981-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin hazırlıq şöbəsinə daxil olmuş, 1982-1987-ci illərdə isə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində tam kursu bitirərək jurnalist ixtisasına yiyələnmişdir. Hələ jurnalistika fakültəsində təhsil aldığı illərdə respublikanın aparıcı mətbuat orqanlarında – “Kommunist”, Sovet kəndi”, “Bakı”, “Azərbaycan gəncləri” və bir sıra digər qəzetlərdə tələbə-jurnalist kimi maraqlı yazılarla çıxış etmişdir. Universiteti bitirdikdən sonra – 1987-ci ildə təyinatla “İnşaatçı” qəzeti redaksiyasında işə başlamış, qısa vaxt ərzində müxbir, xüsusi müxbir, şöbə müdiri və məsul katib vəzifələrində pillə-pillə yüksələrək 2001-ci ildən qəzetin redaktor müavini vəzifəsinə təyin olunmuşdur. 2006-cı ildən “İnşaatçı” qəzetinin baş redaktoru vəzifəsində çalışır. Tanınmış inşaatçıların həyatından bəhs edən 5 avtobioqrafik əsərin müəllifidir. Həmçinin “Azərbaycan Respublikasının inkişafında tikinti kompleksinin rolu” kitabının və “Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası” kitablarının nəşr olunuş 1, 2, 3, 4 və 5-ci cildlərinin müəlliflərindən biridir.
Faydalı model
Faydalı model — cihazla bağlı ixtiraya bənzər qeyri-maddi əqli hüquqların obyekti (texniki həll). Faydalı modellər üçün patent qabiliyyəti üçün daha az sərt şərtlər, daha qısa müddətlər və ərizəyə baxılması üçün sadələşdirilmiş prosedurlar müəyyən edilir. Bu üstünlüklərin qiyməti qısaldılmış patent müddətidir - 10 il (2014-cü ildən — uzadılma imkanı olmadan). Faydalı modellər Roma-Alman hüquq ailəsinin ştatlarının böyük əksəriyyətində və bəzi kontinental hüquq ştatlarında qorunur (ABŞ və Böyük Britaniyada faydalı modellər üçün heç bir mühafizə yoxdur). Rusiyada olduğu kimi, faydalı modellərə daha az sərt tələblər qoyulur, adətən qeyri-aşkarlıq (ixtiraçılıq mərhələsi, ixtiraçılıq mərhələsi) tələb olunmur. Macarıstan, Almaniya və İspaniyada faydalı modellərə mütləq dünya yeniliyi deyil, nisbi yenilik şərti tətbiq edilir (yəni yeniliyə müəllif hüququndan azadolma nəzərdə tutulur). Nadir hallarda, cihaza əlavə olaraq, bir metod faydalı model kimi qoruna bilər (Ukrayna, Avstriya, Estoniya, Fransa, İrlandiya, Portuqaliya). Faydalı model patentinin ümumi qəbul edilmiş qüvvədə olma müddəti 10 ildir.
Məhəmməd fərmanı
Məhəmməd fərmanı — Sinay yarımadasında yerləşən Müqəddəs Yekaterina monastırının xristian rahiblərinə, İsanın davamçılarına müdafiə və digər imtiyazlar verən nizamnamə və ya sərəncam. Bu, islam peyğəmbəri Məhəmmədin əlini əks etdirən iz ilə möhürlənmişdir. Bu, "Məhəmməd aştinaməsi" (آشتی نامه) də adlanır. Farscadan tərcümədə "barışıq məktubu" mənasını verir. Mədinə konstitusiyası A complete and accurate translation of the charter can be read here [1] An English translation of part of the charter can be read here or here. Downloadable PDF of the 1630 Arabic and Latin edition at Google Books. English translation at Islamic Voice.
Fəryal Qadınəfəndi
Fəryal Qadınəfəndi (1845, Fransa – 21 fevral 1902, Misir) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı, I Fuadın anası. Əslən fransız olan Fəryal xanım 1845-ci ildə dünyaya gəldi. Xədiv İsmayıl Paşanın hərəminə necə və nə vaxt girdiyi məlum deyil. Ancaq mənbələrdə xanım yerinə Qadınəfəndi olaraq anılması, onun kəniz və ya cariyə olaraq saraya alındığını sübut edir. Yeganə övladı olan Əhməd Fuad 26 mart 1868-ci ildə Cizə sarayında dünyaya gəldi. Ancaq oğlu hələ 11 yaşında ikən İsmayıl Paşa İstanbuldan göndərilən fərmanla taxtdan endirildi və yerinə xədivin digər xanımından doğulan oğlu Tofiq Paşa Misir xədivliyinə gətirildi. Öncə Neapolda, ardından İstanbulda sürgün həyatı yaşayan İsmayıl Paşanın 1895-ci ildə vəfatı ilə dul qalan Fəryal xanım 21 fevral 1902-ci ildə oğlunun səltənətini görmədən Qahirədəki Safran sarayında vəfat etdi. Cənazəsi Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi. Oğlu Fuad Paşa isə anasına olduqca bağlı biri idi və "F" hərfinin ona uğur gətirdiyinə inanırdı. Bu səbəblə bütün övladlarına (Fövqiyyə, Faruq, Fövziyyə, Faizə, Faiqə, Fəthiyyə) bu hərflə başlayan adlar qoydu.
Ferrari
Fərxani
Fərxani — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ atəşkəs bəyənatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər məntəqələri ilə birlikdə işğaldan azad edilmişdir.
Fərzili
Fərzili (əvvəlki adı: Fərzəli) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Fərzəli kəndi Fərzili kəndi adlandırılmışdır. Kəndin tam adı Kərbəlayı Fərzəli olmuşdur. Yerli əhalinin məlumatına görə, Kərbəlayı Fərzəli həmin kənddə məskunlaşmış maldar ailələrin başçısının adı olmuşdur. XIX əsrin axırlarında həmin ailələrin qışlaq yerində oturaqlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Fərzəlinin adı ilə adlandırılmışdır. Oykonim 1917-ci ildə Fərzili variantında da qeydə alınmışdır. Kəndin adı 2001-ci ildən Fərzili kimi rəsmiləşdirilmişdir. Kənd Fərzəliçayın sahilində, düzənlikdə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 737 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Fərəhli
Fərəhli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyində yerləşir. Fərəhli oyk, sadə. Qazax r-nunun Alpout i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin II yarısında r-nun Ağköynək kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Bəzi tədqiqatçılar oykonimin əslinin Fəxrəli olduğunu güman edirlər. XX əsrin əvvəllərində Qazax qəzasında Faxralı adlı qışlaq və Fərəhli adlı kənd qeydə alındığından bunlar ayrı-ayrı toponimlərdir. Türk dillərində fərəhli sözü "genişlik, açıq yer" mənasında işlənir. 1917-ci ildə Cavanşir qəzasında Fərəhqanlı adlı yaşayış məntəqəsi də qeydə alınmışdır.
Zərdabi
Zərdabi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Qəsəbədə tam orta məktəb, valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbi, uşaq bağçası, xəstəxana, ruhi əsəb xəstələri üçün dispanser fəaliyyət göstərir. Həmçinin qəsəbədə yay və qış klubları, istirahət parkı, 1941-1945-ci il müharibəsinin iştirakçılarının şərəfinə ucaldılmış abidə və park yerləşir. Əhalisi 11256 nəfərdir. Qəsəbədə 1964-cü ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərir.
Kordali
Kordali və ya palayi (kürd. kurdaliî) — İran və İraq arasında sərhədyanı ərazilərdə danışılan kürd dillərindən biri. Bu idiom İranın İlam ostanının bəzi yerlərində (Abdanan, Dehluran və s.) danışılır. İraqda Əli-əl-Qərbidə və Vasit mühafəzəsində yayılmışdır.
Feodal
Dərəbəyi, Feodalizm dövründə torpaq mülkiyətçisi idi. Qərbdə feodallar krallar, hersoqlar, qraflar, baronlar, markizlər, vikontlar və sadəcə cəngavərlər sayılırdı. Şərqdə analoji olaraq xaqanlar, şahlar, xanlar, bəylər, məliklər və b. feodallara aid idi. Dini rəhbərlik olan monastırlar və vəqflər də kollektiv feodal sayılırdı.
Fərabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-iran (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təq. 870, Otrar – təq. 950[…], Dəməşq) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. Farabi müasir Xorasanın Fəryab bölgəsində doğulmuş və ömrü boyu bir kəlmə də olsun türkcə danışmayan böyük iranlı alimdir. Amma türklər tarixi saxtalaşdırmaqla Fərabinin türk olduğunu sübut etmək istəyirlər. Türk tayfalarından heç vaxt alim, filosof, mütəfəkkir doğulmayıb. Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində fars qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885–895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910–911 illərdə Bağdada getdiyini göstərmişdir.
Cəsəd ferması
Cəsəd ferması çürümənin (insan vücudunun çürüməsinin) müxtəlif parametrlərdə öyrənilə biləcəyi tədqiqat ərazisidir. Bu ərazilər 1972-ci ildə Viliam Bas adlı antropologist tərəfindən insan vücudunun cürümə prosesi haqqında nə qədər az məlumata sahib olunduğunu görəndən sonra ixtira edilmişdir. Bundan əvvəl 1970-ci illərdə hələ də çürümə prosesinin öyrənilməsində donuzlar istifadə edilirdi. Məqsəd çürümə prosesinin daha yaxşı başa düşülməsi, insan qalıqlarından ölümün necə və nə vaxt baş verdiyi kimi informasiyaları əldə etmək üçün olan texnikaların inkişafına zəmin yaratmaqdır. Cəsəd ferması tədqiqatı ədli antropologiya və əlaqəli sahələrdə maraq doğurur və hüquq-mühafizə və ədli tibb sahələrində tədbiq edilir. Cəsədləri işçilərin qarşısına çıxacaq şəkildə yerləşdirmək tədqiqatçıların çürümə prosesini daha yaxşı anlamalarına şərait yaradır.
Fərmail Paşayev
Fərmail Sabir oğlu Paşayev (12 oktyabr 1966, Xanlar rayonu) — Gəncə Dövlət Kukla Teatrına direktoru (2018). Fərmail Paşayev 1966-cı ildə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasını bitirib. 1987-1991-ci illərdə Texniki Universitetin “Ülvi” rəqs kollektivinin rəhbəri olub. 1991-1998-ci illərdə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Göy göl” mahnı və rəqs ansamblında artist-rəqqas kimi çalışıb. 1998-ci ildə Gəncə Dövlət Kukla Teatrında aktyor vəzifəsinə təyin olunub. 1999-cu ildə C.Məmmədquluzadənin “Poçt qutusu” eyni adlı hekayəsinə verdiyi quruluşdan sonra quruluşçu rejissor kimi fəaliyyət göstərib. 2000-ci ildə Gəncə Dövlət Kukla teatrına baş rejissor təyin olunub. Peşəkar səhnədə xeyli sayda tamaşaya quruluş verib. Ə.Səmədlinin “Artıq tamah baş yarar”, ”Cırtdan”, R.Həsənlinin “Ağca və Sarıca”, M.Seyidzadənin “Büllur qəsr”, R,Əlizadənin “Keçəlin toyu”, ”Hamam,hamam içində”, F,Tarverdiyevin “Oğul Noğul”, Xalq nağılı “Şəngülüm,Şüngülüm, Məngülüm”, “Göyçək Fatma”, A.Əlizadə “Toya gecikən tülkü”, H.X.Andersenin “Qar Kraliça”, B.Zvinin “Taxta Kral”, A.S.Ekzüperinin “Balaca Şahzadə”, N.Gəncəvinin “Xeyir və Şər”, A.S.Puşkinin “Qızıl balıq”, M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah”, “Xırs quldurbasan”, C.Rodarinni “Çippolino”, S.İbrahimlinin “Səlim və Sehirbaz” və s.
Fərzəli Əliyev
Fərzəli Fazil oğlu Əliyev (12 mart 1953, Ağdaş)— fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi. Əliyev Fərzəli Fazil oğlu 1953-cü il mart ayının 12-də Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Ləki kəndində anadan olmuşdur. 1961–1966-cı illərdə Aşağı Ləki kənd orta məktəbində və 1966–1971-ci illərdə Orta Ləki kənd orta məktəbində təhsilini davam etdirmişdir. 1971-ci ildə [[[Gəncə Dövlət Universiteti]]nə fizika-riyaziyyat fakultəsinin fizika ixtisasına daxil olmuş və 1975-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 1975–1981-ci illərdə Ağdaş rayonu Orta Ləki kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1981-ci ildə AMEA-nın Fizika İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1989-cu ildə "Gümüş tellur və selendə qalvano-termomaqnit hadisələr" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2005-ci ildə "Gümüş tellur və selendə elektron-fonon prossesləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını almışdır. Əsas elmi istiqamətləri: darzolaqlı yarımkeçiricilərdə elektron-fonon prossesləri, gümüş halkogenidlərdə və faza keçidinə (FK) məruz qalan bəzi materiallarda FK –nin mexanizminin öyrənilməsi. Əsas elmi nəticələri: 1. Ag2Te kristalının elektrikkeçirmə və termoelektrik əmsallarının temperatur asılılıqlarını köməyi ilə elektronların T≈65K-də aşqar səviyyələrindən rezonans səpilməsi müəyyənləşdirilmişdir; 2.
Həsənbəy Zərdabi
Həsən bəy Zərdabi (tam adı: Həsən bəy Səlim bəy oğlu Məlikov; 28 iyun 1837, 1837 və ya 28 iyun 1842, Zərdab, Göyçay qəzası – 28 noyabr 1907, 1907 və ya 15 (28) noyabr 1907, Bakı) — Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas və darvinist alim, "Əkinçi" qəzetinin redaktoru və Azərbaycan milli mətbuatının banisi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Həsən bəy Zərdabi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.. Həsən bəy Səlimoglu (Zərdabi) 1837-ci il iyun ayının 28-də (bəzi mənbələrdə 1842-ci il) keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsədə almışdır. Burada ərəbcə və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verəndə Qafqaz Təhsil Komissiyası Müdiri baron Nikolayın diqqətini çəkmiş və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir. Bu ərəfələrdə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişdilər. Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayev bu hadisədən sonra hadisəyə müdaxilə edərək, Zərdabini Tiflisə gətizdirmişdir. Tiflisdəki məktəb üçün girdiyi imtahanları uğurla bitirən Zərdabi 1858-ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olmuşdur. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir.