Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Eyyub Qara
Eyyub Qara (ivr. ‏איוב קרא‏‎; 12 mart 1955) — İsrail siyasətçisi və ictimai xadimi. O, 15, 16, 18, 19 və 20-ci çağırış Knessetin üzvü olmuşdur. Qara 15-ci çağırışda Knessetin vitse-prezidenti vəzifəsində çalışmışdır. O, İsrailin 32-ci hökumətində Negev və Qalileyanın inkişafı üzrə nazir müavini vəzifəsində çalışmışdır. Qara 28 may 2017-ci ildə rabitə naziri vəzifəsinə təyin edilmişdir.
Hacı Qara
Yaşayış məntəqələriHacıqara (Quqark) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd.
Həsən Qara
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Əməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb. Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext). == Filmoqrafiya == Azərbaycan naminə (film, 2005) Bayquş gələndə... (film, 1978) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975) Firəngiz (film, 1975) Gecə söhbəti (film, 1971) Həyat bizi sınayır (film, 1972) Xoşbəxtlik qayğıları (film, 1976) İki dəfə iki (film, 1973) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qızıl qaz (film, 1972) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Putyovka (film, 1975) Səmt küləyi (film, 1973) Tütək səsi (film, 1975) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm...
Maaday-Qara
Maaday-Qara - həcminə görə ən böyük – 7738 sətirdən ibarət Altay qəhrəmanlıq dastanıdır. Nəzm şəklindədir. “Maaday-Qara” mətnlərindən biri 1963-cü ildə S.S.Surazakovun A.Q.Qalkindən yazıya aldığı variant hesab edilir. İki hissədən ibarət olan dastanın birinci – giriş hissəsində Qara-Qula xanın qoca bahadır Maaday-Qaranın yurduna basqını və onu əsir aparmağından danışılır. İkinci – əsas hissədə Maaday-Qaranın dağda qoca qarı tərəfindən böyüdülmüş oğlu Köqüdey-Merqenin qəhrəmanlıqlarından bəhs olunur. Baş qəhrəmanın Köqüdey-Merqen olmağına baxmayaraq, dastan yaşlı atanın adı ilə yaranmışdır. Süjet quruluşuna, məzmununa görə belə adlanma genetik-tipoloji xüsususiyyət kimi özünü türk xalqlarının qəhrəmanlıq dastanlarında geniş səviyyədə göstərir. Buna səbəb ural-altay xalqlarının qədim ortaq inanclarına görə, əcdad kultunun tanrı qavrayışından sonra ən müqəddəs səviyyədə tutulmağı təsəvvürüdür. “Maaday-Qara”da qədim türk dastanlarına xas süjet tipi, poetika xüsusiyətlərinə, motvlərə, şamançılıq mifologiyası elementlərinə, kultlara çox rast gəlinir. Qeyd olunan ortaq cəhətlər nəticəsində V.V.Radlovun XIX əsrin ortalarında yazıya aldığı “Xan Pudey” və A.Q.Qalkinin “Maaday-Qara” dastanları arsında çox yaxınlıqlar var.
Qara Daş
Qara daş — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.
Qara Drin
Qara Drin (mak. Црн Дрим, alb. Drini i Zi) — Şimali Makedoniyada və Albaniyada çay. Mənbəyi Oxrid gölü olub, Şimali Makedoniyanın Struqa şəhərindən keçməklə Albaniyanın Kukes şəhəri yaxınlığında Ağ Drin çayı ilə birləşərək Drin çayını əmələ gətirir. == Ümumi məlumat == Çay Oxrid gölündən dəniz səviyyəsindən 695 metr hündürlükdən axır və göldən çıxan yeganə su mənbəyidir. Şimali Makedoniya ərazisində çay üzərində 2 böyük su anbarı tikilib: Qlobovise və Spile. Bənd üzərində SES fəaliyyət göstərir. Spile su anbarı Debar şəhərində Debar gölü ilə birləşir. Debar gölünə Qara Drinin əsas qolu olan Radika çayı tökülür. Su anbarından sonra Qara Drin bir neçə km Şimali Makedoniya ilə Albaniya sərhəddi boyu axaraq Albaniyanın Kukes və Dibra vilayətləri ərazisinə daxil olur.
Qara Dəniz
Qara dəniz (bolq. Черно море, ukr. Чорне море, rum. Marea Neagră, türk. Karadeniz, gürc. შავი ზღვა, abx. Амшын/Амшын Еиқәа, q.yun. Εὔξενος Πόντος, yun. Μαύρη Θάλασσα, lat. Pontus Euxinus) Krım yarımadası və Kiçik Asiya yarımadası arasında yerləşən daxili dəniz.
Qara Dərviş
Qara Dərviş (11 oktyabr 1990, Bakı) — azərbaycanlı musiqiçi. == Həyatı == Qara Dərviş təxəllüsü ilə tanınan Hikmət Poladzadə 1990-cı il 11 oktyabrda Bakıda pedaqoq ailəsində doğulub. Seyid Cəfər Pişəvəri adına fars təmaüllü gimaziyada orta təhsilini tamamladıqdan sonra ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində davam etdirən Qara uşaq yaşlarından musiqiyə böyük maraq göstərir. O, Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almaqla yanaşı Bakı Musiqi Akademiyasında Opera vokal və Ümumi bəstəkaralıq dərsləri də almışdır. == Fəaliyyəti == Qara 2008-ci ildə dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin "Sığmazam", "İstəmə" qəzəllərinə olan bəstələrinin də yer aldığı ilk Demo proyektini dinləyicilərinə təqdim edir. Beləki, bu bəstələr Azərbaycanda və eləcə də dünyada metal janrının qəzəl ilə ilk sintezidir. 2010-cu ildə Sumqayıtda ilk solo konsertini edən Qara Dərviş, "Yuxu"-dan sonra Azərbaycanda dərin yuxuya getmiş roku yenidən oyadır. Elə həmin ildə Amerikanın məşhur qruplarından olan "Brazzaville" ilə eyni səhnəni paylaşaraq Azərbaycan rokunu təmsil edən Qara ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə üz tutur. 1 illik aradan sonra yenidən yaradıcılığa qayıdan Qara Dərviş bu dəfə sözləri Anara, bəstəsi Emin Sabitoğluya aid "İncəbellim"-i (Dədə Qorqud Dastanından – Bamsı Beyrəyin mahnısı) yenidən aranjeman və ifa edir. Dinləyiciləri arasında çox səs-küy salan ifadan sonra Qara 2013-cü ildə "TEDx Baku" layihəsində səhnə alır.
Qara Fatma
Qara Fatma (Fatma Səhər; 1888, Ərzurum, Ərzurum vilayəti – 2 iyul 1955, İstanbul) — Qurtuluş Döyüşü qəhrəmanı qadın Kürd əsgər, İstiqlal Medalı sahibi. == Həyatı == Qara Fatma ləqəbiylə tanınan Fatma Səhər xanım 1888-ci ildə Ərzurumda doğulmuşdur. Atasının adı Yusif Ağa, ərinin adı isə Dərviş Bəydir. Əri da əsgər (Mayor) olan Fatma Səhər xanım Ədirnədə yoldaşıyla birlikdə Balkan Hərbində fəaliyyət göstərirdi. Daha sonra isə öz ailəsindən 10-a yaxın qadını həvəsləndirərək I Dünya Müharibəsinə qatılmışdır. Həyat yoldaşı Dərviş bəyin Sarıqamışda şəhid olduğu xəbərini aldıqdan sonra məmləkəti Ərzuruma qayıdır. 1919-cu il gərgin günlərdə Mustafa Kamalla şəxsən görüşə bilmək üçün Sivasa gəlir. Milis Komandiri olaraq qərb cəbhəsində vəzifələndirilir. Aldığı talimatla İstanbula gedir, silah və adam qaçırma fəaliyyətlərində iştirak edir. İzmirin Yunan işğalına məruz qalması ilə İzmirə gedərək qurtuluş üçün döyüşür.300 adamdan çox komandası ilə I və II İnönü Müharibəsi, Sakarya Meydan Müharibəsi ilə Dumlupınar Meydan Müharibəsində vuruşur.
Qara Fətəliyev
Qara Hüseyn oğlu Fətəliyev — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, dosent, Parazitologiya laboratoriyasının müdiri. == Həyatı == Qara Hüseyn oğlu Fətəliyev 1940-cı ildə Azərbaycan Respublikası Cəbrayıl rayonunun Sarıcallı kəndində anadan olmuşdur. Atası Cəfərov Hüseyn Fətəli oğlu Kolxozda işləmiş, 1941-ci ildə Böyük Vətən Müharibəsinə getmiş, döyüşlərdə yaralanmış və aldığı yaradan vəfat etmişdir. Anası Kərimova Şahsoltan Həmzə qızı da uzun illər kolxozda işləmiş və 1998-ci ildə Cəbrayıl rayonunun Sarıcallı kəndində vəfat etmişdir. Qara Fətəliyev 1958-ci ildə Cəbrayıl rayonu Soltanlı kənd orta məktəbini, 1963-cü ildə Bakı Kənd Təsərrüfatı Texnikumunun Aqranomiya şöbəsini, 1971-ci ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakultəsini bitirmişdir. O, 1963-1966-cı illərdə EA (indiki AMEA) Botanika İnstitutunun Nəbatət bağında aqranom, baş aqranom, bağban və laborant, 1966-1969-cu illərdə Azərbaycan EA Kibernetika İnstitutunda bağban işləmişdir. Qara Fətəliyev 1969-cu ilin sentyabrında Azərbaycan EA Zoologiya İnstitutunda işə qəbul olunmuşdur. == Elmi fəaliyyəti == Qara Fətəliyev elmi fəaliyyətinin ilk illərində AMEA Zoologiya İnstitutunun Biometod laboratoriyasına baş laborant vəzifəsinə işə qəbul olunmuşdur (1969-1971). 1971-ci il sentyabrından Ekoloji parazitologiya laboratoriyasına baş laborant vəzifəsinə keçirilmiş, 1972-ci ildə kiçik elmi işçi, 1983-cü ildən böyük elmi işçi, 2008-ci ildən Helmintologiya laboratoriyasının müdiri, hal-hazırda Parazitologiya laboratoriyasının müdiri vəzifəsində çalışır. Q.H.Fətəliyev 1980-ci ildə "Azərbaycanın Kiçik Qafqazında və Mil-Qarabağ düzündə təsərrüfat əhəmiyyətli xəzdərili heyvan helmintlərinin yayılmasının ekoloji-faunistik xarakteristikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Qara Göl
AzərbaycandaQaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd.
Qara Hacılı
Qarahacılı (Balakən) — Azərbaycanın Balakən rayonunun inzibati ərazi vahidində kənd. Qarahacılı (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Qara Kitab
Qara kitab – ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun 1990-cı ildə nəşr olan romanıdır. Ədibin 1985-1989-cu illərdə yazdığı "Qara kitab" özünün yazdığı kimi, "ilk türk dedektif romanı"dır. == Məzmunu == Romanın qəhrəmanı Qalib (Şeyx Qalib - XVIII yüzilliyin böyük sufi şairlərindən, Cəlaləddin Ruminin ardıcıllarından biri) İstanbulda məşhur jurnalist, kələkbaz, özgə sirlərinin araşdırıcısı, mürəkkəb təxəllüslərin həvəskarı olan əmisi oğlu Cəlal Saliki, xarici dedektivlərin vurğunu, qəflətən yoxa çıxmış uşaqlıq sevgisi, dostu, əmisi qızı, arvadı olan Röyanı (anası tərəfindən Məhəmməd peyğəmbərin nəslindəndir) qarlı bir qış günü axtarmağa başlayır. Uşaqlıq illərindən bəri yazılarını heyranlıqla oxuduğu yaxın qohumu, qəzetdə işləyən Cəlalın köşə yazıları bu axtarışda ona işarələr verəcək, yoldaşlıq edəcəkdir. Əmisi oğlunun iziylə gedən Qalib onun köhnə qeydlərində, şəhərin uşaqlıqdan hər ikisinə tanış olan guşələrində özünü axtarır, bununla da, Cəlalın obrazına girir, elə bil, onun yerini tutub yazıçı olur. "Niyə adamlar öz həyatlarını yox, kiminsə başqalarının həyatını istəyirlər?" – romanın əvvəlində özünə bu sualı verən Qalib axırda cavabı tapır: "İnsanın özü olması üçün yeganə vasitə - başqası olması, başqalarının tarixçələrində dolaşmasıdır". Cəlal da öz yazılarında hər şeylə birgə Mövlanənin, onun "üzünün və ruhunun güzgüsü" Şəms Təbrizinin sirrinə varmağa çalışır - Ruminin "Məsnəvi"si öldürülmüş Şəms Təbriziyə duyduğu kədərdən yaranıb. Oxucu bir yandan hər bacası, hər küçəsi, hər adamı başqa sirli aləmin əlamətlərinə çevrilən İstanbulda Qalibin axtarışlarını, rast gəldiyi adamları təqib edərkən, bir yandan da bu araşdırmaları ayrı-ayrı əlamətlərlə, qəribə əhvalatlarla tamamlayan Cəlalın köşə yazıları ilə qarşılaşır...
Qara Meşə
Qara Meşə (alman dilində Schwarzwald — "Qara Meşə") — Almaniyanın cənub-qərbində Baden-Vürtemberq torpağında yerləşir. == Coğrafiyası == Bu meşə Reyn çayının şimalından cənuba doğru geniş ərazini əhatə edir. Ən yüksək nöqtəsi 1493 m Feldberqdir. Burada çoxlu sayda bulaqlar, kurort zonası var. Bu Baden-Baden və ya Badenveylərdir. Bu zona mənbəsi Dunay çayı ətrafında yayılmışdır. == Tarixi == Antik dövrlərdə bura Abnob adlanırdı. Romalılar IV əsrdə buranı zəbt edir və həmin dövrdə Marciana Silva adlanır. 1516-cı ildə vəba xəstəliyi yayılmışdır. == Ədəbiyyat == Шварцвальд // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т.
Qara Mustafayev
Qara Teyfur oğlu Mustafayev (25 dekabr 1931 – 8 oktyabr 2018) — məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri. == Həyatı == 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954–1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958–1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960–2018-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsində çalışmışdır. Bu müddətdə o baş müəllim, dosent, dekan müavini, dekan, professor vəzifələrində çalışıb, 1992-ci ildən "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiridir. Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunmuş, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilmiş və "Şöhrət Ordeni"nə layiq görülmüşdür. 3 övladı, 7 nəvəsi var idi. Qara Mustafayev 2018-ci il, 8 oktyabrda vəfat etmişdir.
Qara Məhəmməd
Qara Məhəmməd — Baharlılar sulaləsinin banisi olan Bayram Xocanın qardaşı oğlu Qara Məhəmməd 1380–1389-cu illərdə Qaraqoyunlu tayfa ittifaqının başçısı. == Həyatı və siyasi fəaliyyəti == Qara Məhəmməd Cəlairilərlə mövcud ziddiyəti aradan qaldırmaq məqsədilə Cəlairi Sultan Əhmədlə qohum oldu. Bu qohumluq hər iki tərəf arasında münasibətlərin yaxşılaşmasına kömək etdi. Vəziyyətdən istifadə edən Qara Məhəmməd mərkəzi Van olmaqla Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoydu. Sonradan Azərbaycanda öz hakimiyyətini yaymağa calışan Qara Məhəmməd bu qohumluğa əhəmiyyət vermədi və 1382-ci ilin sentyabrında böyük qoşunla Təbrizə hücum etdi. Şəhər ətrafında ciddi döyüşdə Qaraqoyunlu qüvvələri Cəlairi şahzadəsi Şeyx Əliyə qalib gəldi. 1384-cü ildə Qara Məhəmməd Mardin hökmdari Məcdəddin İsanın üzərinə yürüş etdi. Mardin hökmdarı müqavimət göstərmək istədi, lakin məğlub oldu və Qara Məhəmmədlə qohumluq münasibətləri yaratdı. Bunula da tərəflər arasında barışıq yarandı. 1385-ci ildə Qara Məhəmməd Mosul və Mardin arasındakı ərazinin sahibi olan Misir Xocanı Qahirəyə gondərək Sultan Bərqoqdan Suriyaya koçməyə razılıq aldı.
Qara Məşədiyev
Qara Məşədiyev (15 may 1939, Gədəbəy rayonu – 7 dekabr 2021, Bakı) — tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor. == Həyatı == Məşədiyev Qara İbrahim oğlu 1939-cu il may ayının 15-də Azərbaycan Respublikasının Gədəbəy rayonunun Göyəmli kəndində anadan olmuşdur. 1946-cı ildə Zamanlı kənd 7 illik məktəbinin 1-ci sinfinə daxil olub, 1956-cı ildə Çayrəsullu kənd orta məktəbini bitirib, 1958–1959-cu illərdə hərbi xidmətdə olub. 1959–1961-ci illərdə Bakı şəhərində 40 №-li evlər idarəsində işləyib. 1961–1966-cı illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alıb. Təyinatla üç il 1966–1968-ci illərdə Gədəbəy rayonunun Maarif kənd səkkizillik məktəbində müəllim işləyib. Qara Məşədiyev 1968-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda çalışır. 1968-ci ildən 1989-cu ilədək Müasir Azərbaycan dili şöbəsində işləyib. 1968–1974-cü illərdə kiçik elmi işçi, 1974–1979-cu illərdə elmi işçi, 1979–1989-cu illərdə isə böyük elmi işçi vəzifəsində çalışıb. 1989–1992-ci illərdə Onomastika şöbəsinin, 1992–1998-ci illərdə Tətbiqi Dilçilik və Onomastika şöbəsinin müdiri işləyib.
Qara Namazov
Qara Namazov (azərb. Namazov Qara Mustafa oğlu‎; 8 may 1930, Əmirxeyir – 11 may 2016, Bakı) — tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri doktoru (1987), professor (1989), Bakı Dövlət Universitetinin "Dədə Qorqud" ETL-in rəhbəri, BDU-nun Mir Cəlal adına Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimi, qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, "Şöhrət" ordeni laureatı. == Həyatı == Qara Namazov 8 may 1930-cu ildə Qazax qəzası Dilican rayonunun Əmirxeyir kəndində doğulub. 1939–1948-ci illərdə doğma kəndində və qonşu Gölkənd kəndində IX sinifə qədər təhsil almış, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Dağkəsəmən kəndində orta məktəbi bitirmişdir.Qara Namazov 1949–1950-ci illərdə ADPU-da təhsil alsa da, ordu sıralarına çağırılaraq (1951–1955) Abxaziyanın Suxumi şəhərində Aviatexnik məktəbdə oxumuş, sonra Türkmənistanın Nebit-Dağ şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin gizli şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1956–1961-ci illərdə Bakı Dövlət Universitetində təhsil alan Qara Namazov həmin illərdə yaradıcılığa şeirlə başlamışdır. İlk şeirləri "Sovet Ermənistanı" (1956), "Ədəbi Ermənistan", "Gənc qələmlər", "Aprel çiçəkləri", "Tər çiçəklər", "Gənclik nəğmələri", "Molodyoj Azerbaydjana" toplularında və qəzetlərində çap olunub. Onun Səməd Vurğunun ilk məhəbbətindən bəhs edən "Bir qərinədə" poeması da "Ədəbi Ermənistan" (1957) toplusunda işıq üzü görmüşdür. O, Yan Raynesin, Lesiya Ukrainkanın, Varvara Konstantinovnanın şeirlərindən nümunələri, 1902-ci ildə Şamaxıda baş verən zəlzələ haqqında Vladimir Şufun (Borey) "Şamaxının məhvi" ("Qibel Şamaxı" ("Salima") poemasını "Səlimə" adı ilə Azərbaycan dilinə çevirib geniş ön sözlə çap etdirmişdir. Qara Namazov 1962–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyl göstərmişdir. O, 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun şifahi xalq ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturasında təhsilini davam etdirmiş, 1968-ci ildə "Azərbaycan aşıq yaradıcılığı" (1920–1940-cı illər)" mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Qara Nuru
Qara Nuru (əvvəlki adları: Nikolayevka; Petropavlovka; Krasnoselski) — Azərbaycan Respublikasının Saatlı rayonu<nun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun Krasnoselski kəndi Qara Nuru kəndi adlandırılmışdır.Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Krasnoselski olmuşdur. Kəndin keçmiş adlarından biri — Nikolayevka, rus çarı I Nikolayın şərəfinə qoyulmuşdu. Bu adın ona 1909-cu ildə verildiyi deyilir. Amma rusdilli əhalinin bura köçürülməsi 19-cu əsrin sonlarına təsadüf edir. == Əhalisi == Qara Nuru kəndi Saatlının ən iri yaşayış məntəqələrindən biridir. Əhalisinin sayı 2009-cu ildə 6258 nəfərdir. Sonrakı illərdə əhali sayı 7 min nəfəri keçmişdir. Əhalinin milli tərkibi də maraq doğurur. Kənddə azərbaycanlılardan başqa, az sayda Axısqa türkləri, ruslar, ukraynalılar, belaruslar da var.
Qara Nəsirov
Qara Eldəniz oğlu Nəsirov (5 yanvar 1999, Beyləqan rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Qara Nəsirov 5 yanvar 1999-cu ildə Beyləqan rayonunda dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitəndə mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Qara Nəsirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qara Qarabəyli
Qara bәy Qarabәyov və ya Qarabəyli (14 yanvar 1874, Şiştəpə, Yelizavetpol qəzası – 27 sentyabr 1953, Səmərqənd) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyasının və İttihad fraksiyasının sədri, ictimai xadim, həkim == Həyatı == Qara bəy Qarabəyov 1873-cü ilin yanvar ayının 14-də Yelizavetpol quberniyasının Yuxarı Ayıblı (indiki Şiştəpə)) kəndində İsmayıl ağa ilə Şeyda xanımın ailəsində anadan olmuşdur. Şəmkir alman-rus liseyini, daha sonra Tiflis klassik gimnaziyasını bitirmişdir. 1892-ci ildə Moskva Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. O, təhsilini H.Z.Tağıyevin hesabına alırdı. 1896-cı ildə "inqilabi" fəaliyyətinə görə bir il həbs cəzasına məhkum edilib, həbsdən sonra təhsilini Yuryev (Tartu) Universitetinin tibb fakültəsində davam etdirmişdir. 1899-cu ildə universiteti bitirdikdən sonra iki il Moskvada işləyib. 1901-ci ildə Bakıya qayıtdıqdan sonra şəhərdə ilk dəfə olaraq zöhrəvi xəstəliklərin müalicəsi üzrə kabinet açıb. === Repressiya === Aprel işğalından sonra Qara bəy Qarabəyli həbs edilərək Arxangelskdəki Solovki həbs düşərgəsinə göndərilib. Nəriman Nərimanovun xahişindən sonra Vladimir Leninin müdaxiləsi nəticəsində 1923-cü ildə həbsdən azad edilir. Moskvaya köçərək Rusiya fövqaladə komissarlığının xəstəxanasında həkim işləyib, Kreml xəstəxanasına rəhbərlik etmişdir.
Qara Qarayev
Qara Əbülfəz oğlu Qarayev (5 fevral 1918[…], Bakı, Bakı qəzası – 13 may 1982[…], Moskva[…]) — Azərbaycan-sovet bəstəkarı və pedaqoqu, Sosialist Əməyi Qəhrəmanı (1978), SSRİ xalq artisti (1959), Azərbaycan SSR xalq artisti (1958), Stalin mükafatı laureatı (1946, 1948), "Lenin" mükafatı laureatı (1967), SSRİ Ali Sovetinin IV–IX çağırış (1955–1976) deputatı, AMEA-nın akademiki. Qara Qarayev yaradıcılığında Nizami Gəncəvi, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər, Uilyam Şekspir, Aleksandr Puşkin və Ömər Xəyyam, Mixail Lermontov və Lope de Veqa obrazlarına müraciət etmiş, müasirləri olan Nazim Hikmət, Lenqston Hyuz, Vsevolod Vişnevski, Piter Abrahams kimi XX əsr sənətkarlarının əsərlərindən ilhamlanmışdır. == Həyatı == === Erkən illəri === Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevin ailəsində anadan olmuşdur. Qara Qarayevin atası — əməkdar elm xadimi, Azərbaycanda ən öncül uşaq həkimi və Azərbaycan Demokratik Respublikası qurulanadək diaqnost, daha sonralar isə, nəzəriyyəçi kimi də böyük ad-san qazanmış, anası Sona xanım isə "Müqəddəs Nina" məktəbinin Bakı bölməsini bitirmişdi. O həm də fortepiano ifaçılığı təhsili almışdı.1925-ci ildə Qara Qarayev konservatoriya yanında musiqi məktəbində oxuduğu zaman pianoçu və pedaqoq Vladimir Mixayloviç Kozlov ilə tanış olmuşdu. Qara Qarayev V. M. Kozlovun Azərbaycandan çox-çox uzaqlarda tanınmasını yüksək qiymətləndirirdi. Bu haqda o belə demişdi: Qarayevin yaradıcılığında V. M. Kozlovun adı ilə bağlı əsərlərdən onun dünyadan köçdüyü 1960-cı ildə yazılmış və xatirəsinə həsr olunmuş violino ilə fortepiano üçün sonatanı göstərmək olar.1926-cı ildə Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə (professor Georgi Şaroyevin sinfi) daxil olmuşdur. 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxumuşdur. Təhsil müddətində professor Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs almışdır.
Qara Qartallar
Qara Qartallar (kor. ブラックイーグルス)) — Koreya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 12 dekabr 1994-cü ildə yenidən yaradılmışdır. Uçuşlar üçün Cessna A-37 Dragonfly təyyarələri istifadə olunurdu. 2007-ci ildə komanda müvəqqəti ləğv olunmuş, 2010-cu ildə isə T-50 Golden Eagle təyyarələri ilə yenidə qurulmuşdur. == Tarixi == İlk komanda 1 oktyabr 1953-cü ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd North American P-51 Mustang təyyarəsi istifadə olunurdu. 1959-cu ildə bu təyyarələr Lockheed T-33 ilə əvəz olundu. 1 oktyabr 1959-cu ildə North American F-86 Sabre təyyarələr ilə uçan komanda yaradıldı və Mavi Qılınclar adlandırıldı. 1978-ci ildə komanda ləğv olundu.
Qara Qışlaq
Qaraqışlaq (Zəngibasar) Qaraqışlaq (Soyuqbulaq) Qaraqışlaq (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının Mərkəzi bəxşinin Ləkistan qəsəbəsində yerləşib. Qaraqışlaq — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.
Qara-qala
Qaraqala — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraqala kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Qaraqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 15 kilometr şimalda, düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalisi taxılçılıq, heyvandarlıq, meyvəçilik və quşçuluqla məşğuldur. == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Qaraqala kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qara qarğa
Qara qarğa (lat. Corvus corone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. == Təsnifat == Qara qarğa ilk olaraq Karl Linney tərəfindən XVIII əsrdə "Systema Naturae" işi çərçivəsində növ olaraq qeydə alınmışdır. Bu gündə növün lanın adı ilkin variantını qoruyur. Latın adı olan Corvus corone lat. corvus "quzğun" və q.yun. κορώνη "qarğa" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Boz qarğalar kimi Qara qarğalarda ayrıca yarımnövlərə sahibdir. Bununla belə bir mübahisə yaranır ki, Avrasiyanın şərqində yaşayan qarğalarla, avropanın qərbinmdə yaşayanlar arasında nə fərq vardır. Bəzən boz və qara qarğaları eyni növə aid edirlər.
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Qətl gününün mühakiməsi
Qətl gününün mühakiməsi (ing. The Doomsday Conspiracy) — Sidni Şeldonun 1991-ci ildə yazdığı romandır.
Yeddinci günün adventistləri
Yeddinci Günün Adventistləri — protestant xristian məzhəbi. == Yaranması == 1831-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının Hempton şəhərində yaşamış baptist icmasının moizəçisi Uilyam Miller vaiz kürsüsünə çıxaraq, İsa Məsihin ikinci zühurunun yaxınlaşdığını bildirmişdir. Onun sözlərinə görə, bu əlamətdar hadisə on iki il sonra, yəni 1843-cü il martın 21-də baş verməli idi. Uzun illər Bibliyanı tədqiq etdikdən sonra belə nəticəyə gəldiyini iddia edən və bu məqsədlə "Məruzə icmallarında izah edilmiş İsa Məsihin 1843-cü ildə ikinci dəfə zühur edəcəyinə dair Müqəddəs Kitabdan və tarixdən dəlillər" adlı kitab nəşr edən Miller qısa müddətdə həm ölkəsində, həm də onun hüdudlarından kənarda xeyli tərəfdar toplamışdır. Beləliklə, yeni xristian dini cərəyanının əsası qoyulmuş və Millerin ardıcılları adventistlər (latınca "adventus" – zühur etmək) adlanmağa başlamışlar. İsa Məsihin gəlişini səbirsizliklə gözləyən Millerin ardıcılları onun alovlu nitqlərini maraqla dinləmiş və həmin ana sidqi-ürəklə hazırlaşmışlar. Bu "tarixi gün" gəlib çatdıqda minlərlə insan əllərində gül dağlara qalxaraq İsa Məsihi qarşılamağa çıxmış, lakin bunun baş vermədiyini görüncə məyus olmuşlar. İnamını itirməyən və insanlar qarşısında yalançı çıxmaq istəməyən Müller İsa Məsihin növbəti ilin yazında gələcəyini bildirmişdir. 1844-cü ilin yazında gözlənilən zühur baş vermədikdə, Miller yeni tarix müəyyənləşdirmişdir. Onun fikrincə, İsa Məsih 1844-cü ilin oktyabrında gəlməli idi, lakin bu da olmayınca, Miller və ardıcılları ümidsizliyə qapılmış, bu dövr cərəyanın tarixinə "Böyük məyusluq" adı ilə düşmüşdür.
Üçüncü günün adamı
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. == Mövzu == İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
Ahəng qanunu
Ahəng qanunu — qalın və ya incə saitlərin bir-birini izləməsi. Ahəng qanunu çox sayda Aqqlütinativ dillərində müşahidə olunur. == Nümunələr == === Türk dilləri === Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bəzən bu qanunu türk dillərinin "dəmir qanunu" adlandırırlar. Bu qanuna görə sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın sait olmalıdır. Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. Hər hansısa bir sözə şəkilçi qoşulduqda həmin sözün son hecasına uyğun olaraq qoşulur; sözün son şəkilçisi incə saitlidirsə, ona uyğun olaraq incə (köynək-dən²) saitli, son şəkilçi qalın saitlidirsə, uyğun olaraq qalın (yağmur-dan²) saitli şəkilçi əlavə edilir. Yəni sözə şəkilçi əlavə edildikdə mütləq son saitin ahəngi qorunmalıdır. (İstisna olaraq bir cür yazılan şəkilçilərimiz bəzən ahəng qanununa tabe olmaya bilər, məsələn; xalam-gil, vətən-daş, dəftər-xana). Bu xüsusiyyətinə görə ahəng qanunu həmçinin morfonoloji hadisə də adlanır.
Amonton qanunu
Amonton qanunu - cismlərin kontakt təsir etmə zamanı toxunan və normal əlaqə reaksiyalarını izah edən empirik qanundur. == Düsturlar == v ≠ 0 {\displaystyle {\textbf {v}}\neq 0} olduqda: F = − v | v | μ | N | {\displaystyle {\textbf {F}}=-{{\textbf {v}} \over {|{\textbf {v}}|}}\mu |{\textbf {N}}|} v = 0 {\displaystyle {\textbf {v}}=0} olduqda: | F | ≤ μ | N | {\displaystyle |{\textbf {F}}|\leq \mu |{\textbf {N}}|} == Xarici keçidlər == Самсонов В.А. Очерки о механике.
Amper qanunu
Amper qanunu — elektrik cərəyanı elementində maqnit sahəsinin göstərdiyi mexaniki təsir qüvvəsini müəyyən edən qanun. Maqnit sahəsinin cərəyanlı naqilə etdiyi təsir qüvvəsi (F) maqnit sahəsinin induksiyası B, naqilin uzunluğu L, naqildən keçən cərəyan şiddəti İ və naqil ilə maqnit sahəsinin induksiya vektoru arasındakı a bucağının sinusu ilə tərs mütanəsibdir.
Arximed qanunu
Arximed qanunu - hidrostatikanın əsas qanunlarından biridir. İlk dəfə eramızdan əvvəl III əsrdə yaşamış yunan alimi Arximed tərəfindən kəşf olunmuşdur. == Düstur == Mayeyə batırılmış cisim onun çıxardığı mayenin çəkisinə bərabər qüvvə ilə mayedən itələnir: F A = ρ g V , {\displaystyle {F}_{A}=\rho {g}V,} P = P 0 − F A {\displaystyle P={P}_{0}-{F}_{A}} P — cismin təzyiqi, P0 — havadakı təzyiqdir. Mayeyə tam batırılmış cismə təsir göstərən Arximed qüvvəsi "ρmgVc" ifadəsi ilə təyin olunur.
Avoqadro qanunu
Avoqadro qanunu (Avoqadro hipotezi) — 1811-ci ildə Amedeo Avoqadro tərəfindən kəşf olunan ideal qaz qanunudur. Qanuna əsasən bərabər temperatur və təzyiqdə bərabər qaz həcmləri eyni sayda molekul və ya zərrəcikdən təşkil olunub. Qanuna əsasən hidrogen və azot qazlarının eyni həcmləri eyni sayda molekuldan təşkil olunub. Qanunun riyazi ifadəsi belədir: V n = a {\displaystyle \qquad {{V} \over {n}}=a} .-burada: V qazın həcmi. n qazda olan molların sayını göstərir. a sabit ədəddir.Lakin yuxarıda qeyd olunan bərabərlik əhəmiyyətsizdir; o bütün homogen maddələr (homogen mayelər və bərk maddələrdə daxil olmaqla) üçün doğrudur. Bu bərabərlik Avoqadronun kəşfindən əvvəl də var idi. Avoqadro qanunun məntiqi nəticəsi belədir: "İdeal qaz sabitinin qiyməti bütün qazlar üçün eynidir." Riyazi ifadəsi isə: p 1 ⋅ V 1 T 1 ⋅ n 1 = p 2 ⋅ V 2 T 2 ⋅ n 2 = c o n s t {\displaystyle {\frac {p_{1}\cdot V_{1}}{T_{1}\cdot n_{1}}}={\frac {p_{2}\cdot V_{2}}{T_{2}\cdot n_{2}}}=const} -dır. Burada: p qazın təzyiqidir. T isə qazın temperaturudur.Bir mol ideal qaz standart təzyiq və temperatur şəraitində 22.4 litr (m3) həcmə malik olur.
Ber qanunu
Ber qanunu — meridian istiqamətində axan böyük çayların Şimal yarımkürəsində sağ, Cənub yarımkürəsində isə sol sahilinin yuyulması səbəblərini izah edən müddəa. 1857-ci ildə eston alimi Karl Ernst fon Ber (1792-1876) həmin hadisənin Yerin öz oxu ətrafında fırlanmasından yaranan Koriolis təcilinin təsiri nəticəsində baş verdiyini göstərmişdir. Koriolis təcili ekvatorda sıfıra bərabərdir; ən böyük qiymətə qütblərdə çatır. Buna görə də Ber qanunu orta və yüksək enliklərdə daha aydın müşahidə olunur. Çay sahilləri axınların məcradan kənara çıxmasına mane olduğundan Ber qanununa müvafiq yuyulmaya məruz qalır. Nəticədə sağ sahillər adətən dik, sol sahillər isə yastı olur. Cənub yarımkürəsində sahillərin yuyulması prosesi bunun əksinədir. Dnepr, Don, Volqa, Ob, Yenisey, İrtış, Dunay və s. Cənub yarımkürəsində isə Parana, Paraqvay və s. çaylarda Ber qanunu daha yaxşı müşahidə edilir.
Bernulli qanunu
Bernulli qanunu — boruda axan qazın (və ya mayenin) təzyiqi onun axın sürəti kiçik olan kəsiklərdə böyük, axın sürəti böyük olan kəsiklərdə isə kiçik olur. ρ v 2 2 + ρ g h + p = c o n s t {\displaystyle {\tfrac {\rho v^{2}}{2}}+\rho gh+p=\mathrm {const} } Burada ρ - sıxlıq v - mayenin sürəti h - hündürlük p - təzyiq g - sərbəstdüşmə təciliİdeal mayenin elementar axını ücün basqı, başqa sözlə, pyezometrik, sürət və həndəsi basqıların cəmi axının bütün kəsikləri ücün sabit bir kəmiyyətdir. Yuxarıdakı tənlik ilə aydınlaşdırılan teoremə Bernulli teoremi deyilir. Əgər qüvvə və uzunluq vahidi uyğun olaraq kiloqram və metrlər ilə ifadə edilmişsə, onda tənliyin hər bir toplananı uyğun olaraq 1 kq mayenin enerjisini göstərir. == İdeal maye üçün Bernulli tənliyi == Bernulli tənliyi maye enerjisinin itməməsi qanununun analitik ifadəsidir. Bu da Bernulli tənliyinin fiziki mənasını təşkil edir. Bernulli tənliyi mayenin hərəkət qanunlarını öyrənən һidrodinamikanın əsas tənliyidir. Enerjinin itməməsi qanunundan yazmaq olar ki, kinetik enerji + potensial enerji = const. == Real mayenin elementar şırnaq üçün Bernulli tənliyi == İdeal mayenin һərəkəti zamanı mayenin tam xüsusi enerjisi, yaxud elementar axının һər һansı bir kəsiyindəki (H) ümumi basqısı dəyişməz qalır. İdeal mayenin hərəkəti zamanı mayenin tam xüsusi enerjisi, yaxud elementar axının hər hansı bir kəsiyindəki (H) ümumi basqısı dəyişməz qalır.
Brüster qanunu
Brüster qanunu — dielektrikin (qaytarıcı səthin) n sındırma əmsalı ilə pol yarlaşma bucağı arasındakı əlaqəni gös tərən qanun; bu bucaq altında dielektrikin səthinə düşən polyarlaşmamış (təbii) işıq əks olunduqda (qayıtdıqda) tam polyarlaşır. Bu zaman işıq dalğasının elektrik vektorunun düşmə müstəvisinə perpendikulyar (yəni ayırıcı müstəviyə paralel) olan yalnız Es komponenti əks olunur. Düşmə müstəvisindəki Ep komponenti isə əks olunmur, sınır. Bu, tgφB=n olduqda baş verir.φB Brüster bucağı adlanır. Sınma qanununa görə sinφB/sinψ=n (ψ – sınma bucağı) olduğundan, Brüster qanunundan cos φB= sinψ və ya φB+ ψ=90° alınır, yəni sınan və əks olunan şüa lar arasındakı bucaq 90°-yə bərabərdir. Qanun David Brüster tərəfindən 1815-ci ildə müəyyən edilmişdir. Brüster qanununun fiziki izahı aşağıdakı kimidir. Düşən dalğanın elektrik sahəsi (Edüş.) dielektrikdə sınan dalğanın elektrik vektorunun (Esın.) istiqaməti ilə üst-üstə düşən istiqamətdə elektronların rəqsini yaradır. Bu rəqslər ayırıcı səthdə əks olunan dalğanı (Eəks ol.) həyəcanlandırır. Xətti rəqs edən elektronlar isə rəqs istiqamətində şüa saçmır.
Dolbear qanunu
Dolbear qanunu – havanın temperaturu ilə çəyirtkələrin cırıldama sayı arasında əlaqəni göstərən qanun. Qanunun düsturu Eymos Dolbear tərəfindən təklif olunmuş və 1897-ci ildə "Çəyirtkələr termometr kimi" adlı məqalədə nəşr olunmuşdur. Dolbeardan öncə 1881-ci ildə Marqaret Bruks çəyirtkələrin cırıldaması ilə temperatur arasında əlaqəni müşahidə etmişdir, lakin onun araşdırması Dolbearə qədər diqqətə alınmamışdır.Dolbear hansı çəyirtkə növü üzərində müşahidə apardığını qeyd etməsə də, tədqiqatçıların fikrincə qarlı ağac çəyirtkəsini (Oecanthus niveus) nəzərdə tutduğunu güman etmişdir. Lakin ilkin məqalələrdə qarlı ağac çəyirtkəsi səhvən Oecanthus niveus olaraq adlandırılmışdı, növün düzgün olan elmi adı Oecanthus fultoni şəklindədir.Bir çox düzənlik çəyirtkəsinin cırıldaması ilə temperatur arasında əlaqə çox dəqiq deyil. Onların cırıldaması yaş və cütləşmə kimi müxtəlif faktorlardan da asılıdır. Lakin Dolbearın düsturu ən dəqiq olan düstur hesab olunur. == Düstur == Dolbear havanın Farenheyt şkalası üzrə temperaturu ( T F {\displaystyle T_{F}} ) ilə çəyirtkənin 1 dəqiqədəki cırıldamalarının sayı ( N 60 {\displaystyle N_{60}} ) arasındakı əlaqəni bu düsturla vermişdir: T F = 50 + ( N 60 − 40 4 ) . {\displaystyle T_{F}=50+\left({\frac {N_{60}-40}{4}}\right).} Düsturun daha sadə versiyası çəyirtkənin 15 saniyədəki cırıldamalarının sayı ilə hesablanan versiyasıdır ( N 15 {\displaystyle N_{15}} ): T F = 40 + N 15 {\displaystyle \,T_{F}=40+N_{15}} Düsturun Selsi şkalasına uyğun olan ( T C {\displaystyle T_{C}} ) versiyası belədir: T C = N 60 + 30 7 {\displaystyle T_{C}={\frac {N_{60}+30}{7}}} Selsi şkalasına uyğun olan düsturun daha sadə forması isə 8 saniyədəki cırıldamaların sayı ( N 8 {\displaystyle N_{8}} ) ilə hesablanan və 5 əlavə olunan formasıdır: T C = 5 + N 8 {\displaystyle \,T_{C}=5+N_{8}} == Mədəniyyətdə == Riyaziyyat kitablarında Dolbear qanunu riyazi modellərin çökməsinə nümunə kimi göstərilir, çünki çəyirtkələrin olmadığı və ya ölü olduğu hər yerdə temperatur sabit olmalıdır, çünki çəyirtkə cırıldamasının sayı sıfır olur. Düstura cəbr tətbiq etdikdə isə 1000 °C temperaturda çəyirtkənin hər dəqiqə 6970 dəfə (hər saniyə 116 dəfə) cırıldamalı olduğunu hesablamaq olar. Lakin heç bir çəyirtkə bu cür temperaturda yaşaya bilməz.
Dollo qanunu
Dollo qanunu və ya Təkamülün dönməzlik qanunu – 1893-cü ildə Belçika paleontoloqu Lui Dollo tərəfindən verilmiş qanun. Qanuna görə istənilən orqanizm təkamül nəticəsində heç vaxt öz keçmiş formasına (hətta eyni mühit şəraiti olsa belə) qayıda bilməz. == Şərhlər == Riçard Dokinz Dollo qanunu belə izah edir ki, Dbu qanuna görə təkamülə təsir edən parametrlər o qədər çoxdur ki, baş verən dəyişikliyin təkrarlanması və ya bütünlüklə əvvəlki vəziyyətinə dönməsi ehtimalı statistik olaraq mümkünsüzdür. Stiven Cey Quld isə Dokinzə nisbətən məsələyə daha yumşaq yanaşmış və Dollo qanununu "dönməyən proses" mənasında ehtimallar kainatından seçilən bir ehtimalın digər ehtimalları məhv etməsi ilə izah etmişdir. Yəni qarşıya A, B, C, D ehtimalları mövcuddursa və A seçilərsə, digər 3 ehtimal normal olaraq ortadan qalxır. Qulda görə Dollo bu qanunda "dönməyən prosesi" izah etməyə çalışmışdır. == Qarşı faktlar == Şimali Amerikadakı Gastrotheca guentheri növündəki qurbağaların alt çənələrindəki dişlərin 200 milyon il sonra yenidən atalarındakı vəziyyətə təkamül keçirməsi "geriyə təkamül" ilə izah olunur. Sudan quruya çıxan heyvanların bəzilərinin su mühitinə qayıtması da misal kimi çəkilə bilər.Dollo qanunu təkzib edən misallardan digəri də tikanbalıqlarıdır. Tikanbalıqlarının əcdadları güclü pulcuqlara, zirehə və üç xətli tikanlara sahib heyvanlar olmuşdur. Vaşinqton gölündə yaşayan tikanbalıqları əsrlər boyunca gölün dibindəki lildə gizlənməyə məcbur qaldıqları üçün pulcuqları yumşalmış və kiçilmişdir.
Ekman qanunu
== Ekman qanunu == Ekman qanunu( V.Ekmanın adı ilə) –dreyf cərəyanlarının tabe olduğu qanunauyğunluqlar məcmuyinə deyilir. 1. Dreyf cərəyanlarının sürəti, onu yaradan küləyin sürətinin artması ilə artır, lakin en dairəsi artdıqca azalır, yəni, burada A- külək əmsalı(0,013), w- küləyin sürəti, - en dairəsidir. 2. Səth cərəyanının istiqaməti küləyin istiqamətindən nəzəri olaraq şimal yarımkürəsində sağa, cənub yarımkürəsundə isə sola 450- lik bucağa qədər meyl edir, 3. Küləyin yaratdığı suyun hərəkəti sürtünmə nəticəsində aşağıdakı su qatlarına verilir. Bu prosesdə cərəyanın sürəti həndəsi proqressiya ilə azalır, istiqaməti isə Yerin fırlanması ilə əlaqədar meyl etməkdə davam edir və müəyyən dərinlikdə əks istiqamət alır. Əks cərəyanın sürəti səth cərəyanının sürətinin 1/23-ni təşkil edir.(~4,1%). Cərəyanın əks istiqamət aldığı( yəni 1800 döndüyü) dərinlik sürtünmə və dreyf cərəyanının əhatə etdiyi dərinlik layına “Ekman layı” adı verilmişdir. Hesablamalar göstərir ki, Ekman layının qalınlığı 200m- dən çox deyildir.
Habbl qanunu
Habbl qanunu — qalaktikaların bir-birindən uzaqlaşma sürətini ifadə edir. ABŞ astronomu Edvin Habbl tərəfindən kəşf edilmiş bu qanun alimin şərəfinə adlandırılmışdır və astronomiyanın fundamental qanunlarından biridir. == Qanun == İstənilən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşmasının nisbi sürəti, aralarındakı məsafə ilə düz mütənasibdir. υ = H ⋅ D {\displaystyle \upsilon =H\cdot D} Burada D {\displaystyle D} - qalaktikalar arasındakı məsafə, υ {\displaystyle \upsilon } - qalaktikanın birinin digərinə nəzərən hərəkət sürəti, H {\displaystyle H} - Habbl sabiti olub, sürət artmasının məsafə artmasına nisbətini ifadə edir. == İsbatı == Kainatın quruluşunu təsəvvür etmək üçün aşağıdakı müşahidə faktlarından istifadə edilmişdir: mikrodalğalı diapazonda Kainatın relikt şüalanma fonunun kəşfi; qalaktikaların bir-birinə nəzərən böyük sürətlə uzaqlaşmaları; Kainatda əsas kimyəvi elementlər olan hidrogen və helium elementlərinin nisbəti.Kainat quruluşunun müasir modelinə verilən əsas tələb ondan ibarətdir ki, həmin model bu müşahidə faktları ilə ziddiyyət təşkil etməsin. 1923-cü ildə Habbl Andromeda dumanlığının spiralşəkilli qollarında bir neçə parlaq dəyişən ulduz müəyyən etmişdir. Bu ulduzların parlaqlıq əyriləri (parlaqlığın zamandan asılılıq funksiyası) bizim Qalaktikada Sefeidlər adlanan dəyişən ulduzların parlaqlıq əyrilərinə bənzəyir. Habbl, ulduzların spektr xətlərinin spektrin qırmızı ucuna tərəf sürüşməsinə və Andromeda dumanlığındakı ən parlaq ulduzların görünən parlaqlığına əsasən, həmin qalaktikalara qədər məsafələri qiymətləndirmişdir. Nəticədə müəyyən edilmişdir ki, spektrdə xətlərin qırmızı tərəfə sürüşməsi qalaktikaya qədər olan məsafə ilə mütənasib olaraq artır. Dopler effektinə əsasən spektral xətlərin qırmızıya tərəf sürüşməsi (buna qırmızı sürüşmə deyilir), işıq mənbəyinin müşahidəçidən uzaqlaşdığını göstərir.
Hays Qanunu
Film İstehsalı Aktı, Hays Qanunu, Hays kodeksi və ya Hays Qaydaları Hollivudda 1924-1966-cı illər arasında qüvvədə olmuş özünüsenzura tətbiqi idi. Filmlərin gənclərə əxlaqsızlıq aşıladığı ilə bağlı mühafizəkar dairələrin illərdir apardığı qarayaxma kampaniyası nəhayət Hollivudu ehtiyat tədbirləri görməyə vadar etmişdir. 1922-ci ildə MPPDA (Motion Picture Producers and Distributors of America/Amerika Kino Filmləri İstehsalçıları və Distribyutorları) yaradılmışdır. Təşkilatı yaradanlar kino aləmindən kənar bir adamı təşkilatın rəhbərliyinə gətirmək qərarına gəlirlər. Bu şəxs dindar, vətənini sevən, siyasətçilərlə yaxşı münasibətlərdə olan biri olmalı idi. William Harrison Hays ildə 150 ​​min dollar kimi çox yüksək bir maaşla bu vəzifəyə təyin edilir. Ştatdan ştata dəyişən və bir çox filmin qadağan edilməsinə səbəb olan senzuradan qaçmaq üçün o, “özünüsenzura”ya əl atdı. 1924-cü ildə kinoprodüserlər çəkəcəkləri filmlərin mövzu xülasəsini Haysın Ofisinə (Hays Office) göndərmək məcburiyyətində buraxıldılar. İki ildən sonra isə Studiya ilə əlaqələr departamenti (Studio Relations Department) yaradılmışdır. Bu departamentdə studiyaların nələrə diqqət etməli olduğuna dair əsasnamə hazırlanmışdır.
Hess qanunu
Hess qanunu — 1836-cı ildə Hess tərəfindən təcrübi nəticələrə əsasən termokimyanın əsas qanunu kəşf edilmişdir. Hess qanunu həmçinin reaksiya istilikləri cəminin sabitliyi qanunu da adlanır və aşağıdakı kimi istifadə olunur: — reaksiyanın istilik effekti prosesin yolundan (aralıq mərhələlərdən) asılı olmayıb, yalnız sistemin başlanğıc maddələr və reaksiya məhsullarının təbiətindən və halından asılıdır. Hess qanunu izoxor-izotermik və izobar-izotermik şəraitdə gedən reaksiyalar üçün doğrudur. Bu qanun termodinamikanın birinci qanunundan əvvəl kəşf edilməsinə baxmayaraq onun riyazi nəticəsi olub, termokimyanın nəzəri əsasını təşkil edir. CH 4 ( q ) ⟶ C ( q ) + 4 H ( q ) {\displaystyle {\ce {CH4 (q) -> C (q) + 4H (q)}}} ; △H= 1664 kC/mol Bu qanundan müxtəlif termokimyəvi hesablamalardan istifadə olunur. Hess qanunu proseslərin istilik effektlərini təcrübi nəticələr olmadıqda və hətda onların ölçülməsi mümkün olmayan şəraitlərdə hesablamağa imkan verir. bu nəyinki kimyəvi proseslər, həm də həllolma, buxarlanma, sublimasiya, kristallaşma və s. proseslərədə aiddir. Bu qanunun tətbiqi istilik effektinə qoyulan tələblərin dəqiq ödənilməsini tələb edir. Termokimyəvi hesablamalar termokimyəvi tənliklərin köməyi ilə aparılır.
Huk qanunu
Huk qanunu — cismin deformasiyası zamanı yaranan elastiklik qüvvəsi, bu deformasiyanın ölçüsü ilə düz mütənasibdir. Huk qanunu 1660-cl ildə ingilis alimi Robert Huk tərəfindən kəşf olunmuşdur. F= -kx Huk qanunu ancaq kiçik deformasiyalarda doğrudur mütənasiblik həddini aşdıqda, gərginliklə deformasiya arasındakı asılılıq qeyri xətti olur. == Nazik çubuqlar üçün Huk qanunu == Nazik çubuğun dartılmasında Hüq qanunu aşağıdakı kimi yazılır: F = k Δ l . {\displaystyle F=k\Delta l.} Burada F {\displaystyle F} — qüvvə , Δ l {\displaystyle \Delta l} — mütləq uzanma я, а k {\displaystyle k} — elastiki modul . Elastikiyyət əmsalı materialın xassəsindən və ölçülərindən asılıdır. Aşkar şəkildə çubuğun ölçülərini istifadə edərək elastikiyyət əmsalını aşağıdakı kimi yazmaq olar. (kəsiyinin en sahəsi S {\displaystyle S} və uzunluq L {\displaystyle L} ) k = E S L . {\displaystyle k={\frac {ES}{L}}.} E {\displaystyle E} birinci növ elastiklik modulu və ya Yunq modulu və materialın mexaniki xarakterikdir. ε = Δ l L {\displaystyle \varepsilon ={\frac {\Delta l}{L}}} en kəsiyindəki normal gərginlik σ = F S , {\displaystyle \sigma ={\frac {F}{S}},} σ = E ε .
Kulon qanunu
Kulon qanunu – sükunətdə olan yüklü iki nöqtəvi cismin vakuumda qarşılıqlı təsir qüvvəsi onların yüklərinin modulları hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Bu qanunu 1785-ci ildə fransız alimi Şarl Kulon kəşf etmişdir. Şarl Kulon ilk dəfə bu qanunu burulma tərəzisinin köməyi ilə tapmışdır. == Düstur == F = k C | q 1 | | q 2 | r 2 {\displaystyle F=k_{C}{\frac {|q_{1}||q_{2}|}{r^{2}}}} Burada: F {\displaystyle F\ } qüvvət, q 1 {\displaystyle q_{1}\ } birinci kütlənin yükü, q 2 {\displaystyle q_{2}\ } ikinci kütlənin yükü, r {\displaystyle r\ } aralarındaki məsafə, k {\displaystyle k\ } tərs mütənasiblik əmsalıdır.
Lotka qanunu
Lotka qanunu (ing. Lotka’s law) — 1926-cı ildə ABŞ riyaziyyatçısı, fiziki kimyaçısı Alfred Lotka tərəfindən təklif edilmişdir. Lotka öz işində 2 verilənlər bazasından istifadə etmişdir, 1907-1916-cı illərdə çap olunmuş “Chemical Abstracts” jurnalında kimya sahəsinə aid olan məqalələr (yalnız soyadı A və B hərfi ilə başlayan müəlliflər); “Auerbach’s Geschichtstafeln der Physik” jurnalında fizika sahəsinə aid olan məqalələr analiz olunmuşdur. Elmi məhsuldarlığın Lotka qanunu ixtiyari elm sahəsində məqalələrin çap edilmə tezliyini öyrənir. X {\displaystyle X} sayda məqaləsi olan alimlərin sayı ( Y {\displaystyle Y} ) 1 məqaləsi olan alimlərin sayının ( C {\displaystyle C} ) 1 / X n {\displaystyle 1/X^{n}} hissəsinə təxminən bərabərdir (n≈2): Y = C X n ; {\displaystyle Y={\frac {C}{X^{n}}};} Misal üçün, əgər elmin bir sahəsəində əsərlərinin sayı 1-ə bərabər olan alimlərin sayı 100 olarsa, onda əsərlərinin sayı 2 olan alimlərin sayı 25, 3 məqaləsi olan alimlərin sayı 11, 4 məqaləsi olan alimlərin sayı 6 və s. olacaqdır. Nəhayət, 10 məqalə çap etdirən yalnız 1 alim olacaqdır. == Həmçinin bax == Bibliometriya == Ədəbiyyat == Rasim Əliquliyev. Nigar İsmayılova. Bibliometriya: Müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri, 2015, 78 s.
Mendel qanunu
Mendel qanunu — Qreqor Yohan Mendelin təcrübə və tədqiqatlarına əsaslanan orqanizmlərin irsi əlamətlərinin nəsildən-nəsilə ötürülməsi prinsiplərini izah edən klassik genetikanın əsasını təşkil edən, irsiliyin molekulyar mexanizmlərini və "təmiz qamet hipotezini" izah edən qanun. Mendel qanununun məğzi ondan ibarət idi ki, hər bir canlı orqanizm irsi əlamətləri daşıyan, hal-hazırda gen adlandırılan əsas hissəciklərə malikdirlər. Bu hissəciklər vasitəsilə irsi xasiyyət və əlamətlər nəsildən-nəsilə ötürülmüş olur. == Tarixçə == Qeyd etmək lazımdır ki, Qreqor Yohan Mendelə qədər əldə olunmuş nəticələr qanun şəklində verməmişdir. XIX əsrin ortalarında (O.Sarje, Ş Noden) dominantlıq halı haqqında ilk təsəvvürlər meydana çıxmış olur. Çox vaxt birinci nəsil hibridləri bir-birilərinə və valideynlərin biri ilə (əlamət dominantlıq təşkil etdiyi üçün) oxşar olurlar. Resessiv olan və ya üzə çıxmayan əlamətlər itməyərək hibridlərin bibr-biri ilə çarpazlaşdırılmasından yaranan nəsildə üzə çıxa bilir. C. Qoss göstərmişdir ki, öz-özünə tozlanmada ikinci nəsil hibridlərində dominant əlamətlər iki cür: parçalanan və parçalanmayan ola bilirlər. Lakin tədqiqatçıların heç biri öz müşahidələrini nəzəri cəhətdən qiymətləndirə bilməmişdirlər. Növbəti iki biologiya imtahanından kəsilən Qreqor Yohan Mendel Avqustin monastrında abbatlıq etməyə başlamışdır.
Mur qanunu
Mur qanunu – Intel şirkətinin qurucusu Qordon Mur tərəfindən 1965-ci ildə irəli sürülmüş qanun. == Tarix == 1965-ci ildə Intel şirkətinin yaradıcısı Qordon Mur belə qanun ifadə etdi: istehsal olunan kompyüterlərin yaddaş həcmi hər iki ildə 2 dəfə artır. Əvvəlcə həmkarları buna skeptik yanaşdılar, amma sonra qeyd etdilər ki, qanun təkcə işləməklə kifayətlənmir, digər göstəricilərə də — prosessorun sürətinə, mikrosxemlərin ölçülərinə və s. də aiddir. Hər iki ildən bir kompyüterlər iki dəfə çox mükəmməl olur. Son illər Mur qanunu hətta sürətlənib. Tədqiqatçılar qeyd ediblər ki, "ikiqat yaxşılaşma hər il yarımda baş verir." Bu qanun əslində ilk dəfə 1865–1870-ci illərdə ortaya atılıb. Fikri ortaya atan İntel şirkətinin qurucularından olan mühəndis Qordon Murun şərəfinə Mur qanunu adlandırılıb. == Təsvir == Mur qanununa görə kompyuterlərin gücü hər 18 aydan bir 2 dəfə artacaq. Bunun səbəbi isə müasir texnologiyanın əsasını təşkil edən yarımkeçirici cihazların getdikcə ölçülərinin kiçilməsi və bir səthə hər 18 aydan bir 2 dəfə artıq yarımkeçirici cihaz yerləşdirilə bilinməsidir.
Möhür Qanunu
Amerikada Yeni kolonial sistemi meydana gətirən tədbirlərin sonuncusu, təşkil edilmiş ən böyük müqavimətə ilham verdi. "Möhür Qanunu" kimi tanınan bu qanun şərt qoyurdu ki, bütün qəzetlərə, plakatlara, pamfletlərə, lisenziyalara, icra müqavilələrinə və başqa qanuni sənədlərə vergi möhürü vurulsun. (Amerika gömrük agentlərinin topladığı) bu vergi koloniyaları "müdafiə etmək, onlara yardım etmək və onların təhlükəsizliyini təmin etmək" üçün istifadə olunmalı idi. Möhür Qanunu eyni zamanda biznesin hər hansı bir növü ilə məşğul olan adamlara da aid idi. Beləliklə, bu qanun Şimal və Cənubda, Şərq və Qərbdə Amerika əhalisinin ən güclü və bacarıqlı dəstələrindən olan jurnalistlər, hüquqşünaslar, ruhanilər, tacirlər və biznesmenlər arasında narazılıq hissi oyatdı. Tezliklə tacirlər müqavimət göstərmək üçün birləşdilər və idxaletməyən assosiasiyalar yaratdılar. Ana vətənlə ticarət 1765-ci ilin yayında çox ciddi şəkildə azaldı, çünki məşhur adamlar Möhür Qanununa qarşı çıxmaq üçün bir çox hallarda zorakı vasitələrlə özlərini "Azadlıq Oğulları" adı altında birləşdirərək, gizli təşkilatlar yaratdılar. Massaçusetsdən Cənubi Karolinaya qədər, bu qanun ləğv edildi və xalq kütlələri bədbəxt gömrük agentlərini öz idarələrini tərk etməyə məcbur edərək, nifrət doğuran möhürləri sıradan çıxardılar. Nümayəndə Pətrik Henrinin təhriki ilə Virciniya Bələdiyyə Palatası may ayında təqdim olunmadan vergiqoymanı kolonial azadlıqlar üçün təhlükə hesab edən bir neçə qətnamə qəbul etdi. Bələdiyyə Palatası elan etdi ki, virciniyalıların da ingilislərin hüquqları kimi hüquqları var və ona görə də onlara ancaq öz nümayəndələri vergi qoya bilər.
Om qanunu
Om qanunu — Elektrik dövrəsindəki naqildə gərginlik, cərəyan şiddəti və müqaviməti arasında münasibəti müəyyən edir. Qanun onu kəşf edən Georq Omun şərəfinə Om qanunu adlandırılmışdır. Om qanunu belədir: :Elektrik dövrəsindəki cərəyan şiddəti həmin hissədəki gərginliklə düz, müqavimətlə tərs mütənasibdir. Başqa sözlə, I = U R {\displaystyle I={U \over R}} , burada: I — cərəyan şiddəti (А), U — gərginlik (V), R — müqavimətdir (Om).
Optimum qanunu
Optimum qanunu — hər-hansı ekoloji amilin orqanizmlərə müsbət təsir göstərdiyi bir hədd. == Ümumi məlumat == Optimum — ekoloji amilin müsbət təsir gücü verilmiş orqanizmdir. Ekoloji amilin çatışmazlığı kimi izafi təsiri də fərdlərin həyatında mənfi nəticələrə səbəb olur. Belə ki, ekoloji amilin maksimal və minimal qiymətləri böhran nöqtələri adlanır. Böhran hədlərindən kənarda orqanizmlər mövcud olmayıb, hətta məhv olur. Ekoloji amilin böhran həddinə yaxın qiymətləri isə pessimum adlanır. Böhran nöqtələri arasındakı dözümlülük həddinə konkret ekoloji amilə görə orqanizmin valentliyi deyilir. Növün mühit amillərinin dəyişkənliyinə uyğunlaşma dərəcəsi orqanizmlərin plastikliyi və ya ekoloji valentliyi adlanır. Ekoloji valentlik ekoloji amillərin elə bir diapazonu ilə ifadə olunur ki, bu diapazonda verilmiş növ normal həyat fəaliyyətini saxlaya bilir. Bu diapazon nə qədər geniş olarsa, ekoloji valentlik də bir o qədər yüksək olar.
Qala qoyunu
Qala qoyunu – əsasən Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən olan Qala kəndində xalq selleksiyası nəticəsində əldə edilmiş və bu günümüzə qədər qorunub saxlanılmış qoyun papulyasiyalarından biri. Qala qoyunu populyasiya kimi Şirvan cinsinin bir qolu sayılır. Məhdud ərazidə yayıldığı üçün cins deyil populyasiya sayılır. == Ümumi məlumat == Heç təsadüfi deyildir ki, qoyunun adı da Qala kəndinin adından götürülmüşdür. Qala qoyun cinsinin saflaşdırılmasında, bərpasında, çoxaldılmasında, damazlıq-seleksiya işinin təkmilləşdirilməsində Abşeron heyvandarlıq təcrübə stansiyasınin aparıcı elmi işçisi, kənd-təsərüfatı elmləri namizədi Nəcəf Nəcəfovun əvəzsiz xidmətləri olmuşdur. Qala qoyunu eyni zamanda seleksiyaçı-alim Nəcəf Nəcəfovun tərəfindən selleksiya nəticəsində yaradılmış məhsuldar Abşeron cinsinin əcdadı sayılır. == İstinadlar == == Mənbə == Nəcəfov N.A. Qala qoyununun bəzi bioloji-təsərrüfat xüsusiyyətləri. // "Kənd təsərrüfatı elmi xəbərləri" jurnalı, №6, 1974. səh. 55-58.
ABŞ diplomatiyasının qara günü
ABŞ diplomatik sənədlərinin açıqlanması 2010 il noyabrın 28-də baş vermişdir. "Wikileaks.org" saytının ABŞ Dövlət Departamentinin məxfi sənədlərini kütləvi dərc etməsi. Birləşmiş Ştatların xarici ölkələrdəki səfirliklərinin məktub, teleqram və yazışmalarını açıqlayan sayt artıq 251288 sənədi dərc etmişdir. Onların 15500-dən artığı ABŞ-nin dünya ölkələrindəki 274 səfirlik və diplomatik nümayəndəliklərinin Vaşinqtona yolladığı məlumatlarda Vaşinqtondan aldığı xəbərlərdir.