Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəbit Əxmərov
Gəbit Abdulla oğlu Əxmərov (başq. Әхмәров Ғәбит Абдулла улы, rus. Габи́т Абду́ллович Ахме́ров; 24 fevral 1921 – 11 aprel 1996, Fyodorovka rayonu (Başqırdıstan), Başqurdıstan) — Böyük Vətən müharibəsi iştirakçısı, 62-ci qvardiya süvari alayının 45 mm-lik silah batareyasının atəş taqımı komandirinin köməkçisi (16-cı qvardiya süvari diviziyası, 7-ci qvaridya süvari korpusu, Mərkəzi cəbhə), sovet qvardiyasının baş çavuşu. Sovet İttifaqı Qəhrəmanı (02.09.1944), 1945-ci ildən ehtiyatda olan leytenant. 24 fevral 1921-ci ildə Başqırdıstanın Fyodorovski rayonunun Starı Çetırman kəndində kəndli ailəsində anadan olmuşdur. Milliyətçə başqırd idi. 1943-cü ildən BKP (b) üzvü. 1941-ci ilin dekabr ayında Başqırd Muxtar Sovet Sosialist Respublikasının Fyodorovski rayon hərbi qeydiyyatdan könüllü olaraq Qırmızı Orduya qoşuldu. 1942-ci ilin aprel ayından fəaliyyətdə olan orduda xidmət etməyə başladı. O, ən çox Ukraynanın Çerniqov vilayəti ətrafında keçirilən döyüşlərdə fərqlənmişdir.
Gəzin (Xuzistan)
Gəzin (fars. گزین‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش‎) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Altıncı ostanda, Əhvaz şəhristanının Həftkel bəxşinin Nəft Sefid dehestanına daxil olan Gəzin kəndinin farsca – türkcə danışan və şiə olan əhalisi 500 nəfərdən ibarət idi. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 83 ailədə 165 nəfəri kişilər və 160 nəfəri qadınlar olmaqla cəmi 325 nəfərdir.
Gəzin dehestanı
Gəzin dehestanı (fars. دهستان گزین‎) — İranda, Xuzistan ostanının Həftkel şəhristanının Rüğeyvə bəxşində inzibati-ərazi vahidi. 2011-ci il siyahıyaalınmasına əsasən dehestanın əhalisi 372 ailədə 670 nəfəri kişilər və 685 nəfəri qadınlar olmaqla cəmi 1.355 nəfərdir. İnzibati cəhətdən 14 kəndi əhatə edir.
"Azərbaycan" dünyanı gəzir
"Azərbaycan" dünyanı gəzir — qısametrajlı sənədli film. Rejissor Cəmil Fərəcov tərəfindən 1984-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır. Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır.
Gəzi parkı etirazları
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
Taksim Gəzi Parkı
Taksim Gəzi parkı — İstanbulun Bəyoğlu rayonunda, Taksim meydanı ilə Elmadağ rayonu arasında yerləşən şəhər parkıdır. Gəzi Parkının yerləşdiyi yerdə 1806-cı ildə Halil Paşa Topçu Kışlası adında özündə osmanlı, rus ve hind memarilərinin elementlərini ehtiva edən böyük və dəbdəbəli bir topçu kazarması tikilmişi. Kazarma binasına müharibələrdə xeyli zərər dəymişdi. Xüsusilə, 31 mart hadisələrindən (13 aprel 1909) sonra ətrafı hasarlandı və təmir olundu. Amma memari ve tarixi baxımdan əhəmiyyətinə baxmayaraq kazarma, 1940-cı ildə ö dövrün İstanbul valisi Lütfi Kırdarın qərarı ilə , Henri Prostun hazırladığı abadlıq işləri planı çərçivəsində söküldü. Kazarma sökülməsindən əvvəlki illərdə yenidən quruluraq idman zalı kimi istifadə olunurdu. Türkiyə milli futbol komandası ilk rəsmi futbol matçını Rumıniya millisinə qarşı, Gəzi parkının bu gün yerləşdiyi stadionda, 26 oktyabr 1923-cü ildə oynamişdır ve matç 2:2 hesabla nəticələnmişdir. Kazarmanın sökülməsindən sonra ətrafda ucaldılan otellər üçün ərazilərin ayrılması və yenidənqurma işləri nəticəsində parkın ərazisi zamanla daha da kiçildi. Buna baxmayaraq İstanbulun mərkəzində mühüm bir istirahət ərazisinə çevrildi və tez-tez aparılan yenidənqurulma işləri nəticəsində görünüşü dəyişdi. 28 may 2013-cü ilin ilk saatlarında, Taksim ərazisinin piyada zonasına çevrilməsi layihəsi çərçivəsində Taksim Gəzi parkının dağıdılmasının başlanması səbəbindən başlayan ve polis tərəfindən müdaxiləyə məruz qalan etiraz hərəkətləri.
Gedit
gedit — GNOME desktop mühiti üçün mətn redaktorudur. gedit Linuxdan əlavə Microsoft Windowsda və Mac OS X-də də işləyir. gedit - sintaksis işarələmə (highlight) xüsusiyyətinə malikdir.
Qəzet
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi. Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar. İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar.
Dov Qazit
Dov Qazit (tam adı: Dov Qazit, ivr. ‏דב גזית‏‎; 17 iyun 1908, Bakı – 1986) — Hayfa şəhərindəki İsrail Hərbi Hava Qüvvələri Texniki Məktəbinin baş komandiri. Afrikada xidmət edərkən aslan balasına sahib çıxmışdır. Həmin aslan Aharon Şulovun Qüds Bibliya Zooparkında saxlanılan ilk aslan olub. Dov Qazitin əsl adı Boris Ruvinoviç/Romanoviç Qrobşteyndir. Solomon Qrobşteynin qardaşı, Bakıda neft sahəsində mühəndis olan Ruvin/Roman Qrobşteynin oğludur. Ailədə üç qardaşdan biridir. 8 yaşında olarkən atası erməni-müsəlman davasında qətlə yetirilmişdir. 18 yaşında Boris Sankt-Peterburq Dövlət Texnoloji Universitetinə təhsil almağa getmiş və burada sionist tələbə qrupuna qoşulmuşdur. SSRİ Xalq Daxili İşlər Komissarlığı sionist qrupun aksiyasını dağıtmış və Boris də daxil olmaqla, qrupun bütün üzvlərini həbs etmişdi.
Dərbənd (qəzet)
«Dərbənd» qəzeti — Dağıstanda, azərbaycan, rus dillərində buraxılan ictimai və siyasi mətbu orqan. Bu qəzetdə Dağıstanda baş verən ictimai və siyasi hadisələr, azərbaycan türklərinin tarixi və mədəniyyəti haqqında materiallar dərc edilir. Qəzet 1920-ci ildə «Şurai Dağıstan» adı ilə dərc olunmağa başlamışdır. 1922-ci ildən isə «Dağıstan fuqarası» (ərəb əlifbası ilə) adı ilə dərc olunur. 1931-ci ilin oktyabr ayından qəzet «Kolxoz yolu» («Kolxoz jolu»), 1932-ci ilin martından isə «Lenin bayrağı» («Lenin вajraƣь/Ленин байрағы/Ленин бајрағы») adı ilə nəşr olunur. 1960 - 1963-cü illərdə isə qəzetin buraxılışı dayandırılır. Sonradan «Kənd mayakı» («Кәнд маjaкы»). Daha sonradan isə «Leninçi» («Ленинчи») adını alır. 1990-cı illərin əvvəllərindən isə bu gün ki adını alır. 1920 - 1922-ci illərdə Buynakskda, 1922 və 1924 - 1930-cu illərdə Maxaçqalada, 1923 və 1930-cı ildən Dərbəndə dərc olunur.
Elm (qəzet)
"Elm" (qəzet) — Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı. Qəzet Azərbaycan və rus dillərində, 2000 tirajla, həftəlik nəşr edilir. Elm qəzeti 1984-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin, Partiya Komitəsinin, Birləşmiş Həmkarlar Komitəsinin və Komsomol Komitəsinin mətbu orqanı kimi yaradılıb. Qəzet "Kommunist" qəzetinin mətbəəsində nəşr olunmağa başlayıb. Qəzetin ilk saylarında "Kəşflər və ixtiralar", "Elm və istehsalat", "Azərbaycan alimi xaricdə", "Elm və texnika yenilikləri", "Yeni əsərlər" kimi rubrikalar olub. Qəzetdə alimlərin yazılarına, onların elmi tədqiqatların nəticələrinə, fəaliyyətlərindəki yeniliklərə yer ayrılır. Qəzet 1984-cü ildən iki dildə, Azərbaycan və rus dillərində nəşr edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı kimi çap olunur. Qəzetin redaksiya heyəti AMEA Rəyasət Heyətinin binasında yerləşir. 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.
Exo (qəzet)
Exo və ya echo.az (rus. Эхо) — Azərbaycanda fəaliyyət göstərmiş rusdilli qəzet və hələ də fəaliyyət göstərən rusdilli xəbər saytı. Qəzet olaraq 2001-ci ilin yanvarından 2018-ci il mayın 26-na kimi fəaliyyət göstərmişdir.
Futbol+ (qəzet)
"Futbol+" — idman qəzeti. "Futbol+" qəzeti 1997-ci il oktyabrın 21-dən işıq üzü görür. Qəzetin təsisçisi Vüqar Məmmədov, ilk baş redaktoru Mahir Rüstəmovdur. "Futbol +" əvvəllər həftədə 1 dəfə işıq üzü görüb, 1998-ci ilin martından isə həftədə 2 dəfə nəşr olunmağa başlayıb. Sonrakı illərdə dövrülük 3, 4, 2009–cu ilin 1 fevralından isə 5 dəfəyə çatdırılıb. Qəzet adətən futbol üzrə dünya və Avropa çempionatları ərəfəsində oxucuların mühakiməsinə xüsusi buraxılış təqdim edir. Bundan başqa Azərbaycandakı vacib futbol olayları, klubların uğurları xüsusi buraxılış və ya plakatla işıqlandırılır. "Futbol+" Azərbaycan futbol çempionatının bütün oyunlarına reportyor göndərir, hər ilin sonunda Azərbaycanda ilin ən yaxşı futbolçusunu və ən yaxşı idmançını müəyyənləşdirən geniş sorğu keçirir. 1-ci, 4-cü, 5-ci və 6-cı günkü saylar 16, 2-ci günkü saylar 24 səhifədən ibarət olur. Qəzetin 30-a yaxın əməkdaşı, bir neçə bölgədə müxbiri var.
"Azərbaycan" dünyanı gəzir (film, 1984)
"Azərbaycan" dünyanı gəzir — qısametrajlı sənədli film. Rejissor Cəmil Fərəcov tərəfindən 1984-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır. Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır.
2013 Taksim Gəzi parkı etirazları
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
Qetit
Qetit — oksid və hidroksid metallar qrupundan olan mineral. Düsturu — FeOOH. Kimyəvi tərkibi Fe2O3=90% H2O = 10% Ng=2,415 np=2 Ng-Np=0,06 Rentgenoqrafik d\n reflekslər üzrə müəyyən edilir: 4,15+4,16A;2,67A, 2,43A,3,43A və s. Xüsusi çəkisi 4,3 Rütubətli tropiklərin — lateritlərin və başqa torpaqların xarakterik mineralıdır. Aşınma, torpaqəmələgəlmənin daha dayanıqlı məhsullarından biridir. Al və Ti mineral oksidlərlə bərabər həmişəyaşıl meşə torpaqlarının yuxarı horizontlarında nisbətən toplanma qabiliyyətinə malikdir.
2013-cü il Gəzi parkı etirazlar
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
2013-cü il Gəzi parkı etirazları

Daşkəsən (qəzet)
Diplomat (qəzet)
Diplomat (kürd. Dîplomat) və ya "Diplomata kurdı" (kürd. Dîplomata Kurdî) — Azərbaycanda fəaliyyəti dayandırılmış kürddilli qəzet. "Diplomat" həftəlik qəzeti 2003-cü ildə təsis olunmuşdur. Qəzetin təsisçisi və baş redaktoru Tahir Süleyman olmuşdur. "Diplomat" qəzeti kürd, Azərbaycan, rus və türk dillərində çap olunurdu. Qəzet Rusiyanın müxtəlif vilayətlərində, həmçinin Qazaxıstanda, Qırğızıstanda və Ukraynada yayımlanırdı. "Diplomat" qəzetində Kürdüstan Fəhlə Partiyasının (PKK) liderləri Murad Karayılan və Abdullah Öcalana dəstək verən yazılar dərc olunmuşdur. Qəzetin baş redaktoru Tahir Süleyman özü Abdullah Öcalanı "milli azadlıq hərəkatının rəhbəri" adlandırmışdır. O, zaman-zaman İraqa gedərək, oradakı İraq Kürdüstanı iqtidarı ilə görüşlər keçirmişdir.
Dodo (qəzet)
"Dodo" — Azərbaycanda talış dilində nəşr olunan qəzet. Qəzetdə Azərbaycan dilində də məqalələr dərc olunur. Baş redaktoru müstəqil araşdırmaçı və tədqiqatçı İradə Məlikovadır. 2017-ci ildən nəşr olunur. Qəzet 25 may 2017-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. 8 səhifədən ibarət olan qəzet 1000 tirajla nəşr olunur. 2017-ci ildə 6 nömrəsi çap edilmişdir. Qəzetin dodoqezeti.az adlı saytı fəaliyyət göstərir. Əbülfəz Rəcəbli; İmamaverdi Həmidov; Anar İsgəndərəov; Nəsrulla Məmmədov; Mirağa Cəfərquliyev; Əli İbrahimov; Məsud Məmmədov; Yadulla Ağayev; Allahverdi Bayrami; Bahadur Tahirov; Mehman Ağayev; Mehman Fərzəliyev.
Dönüş (qəzet)
Dövran (qəzet)
Dövran qəzeti — 1997–2000-ci illərdə nəşr olunan müstəqil qəzet. Həftədə bir dəfə nəşr olunan "Dövran" qəzeti iqtidaryönlü qəzet idi. "Dövran" qəzetinin təsisçisi və baş redaktoru Salman Vilayətoğlu olmuşdur.
Fəryad (qəzet)
"Fəryad" — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri. Qəzet 21 fevral 1907-ci ildə Urmiya şəhərində nəşrə başlamışdır. Mahmud Qənizadə tərəfindən nəşr olunan bu qəzetin məsul redaktoru Həbib Urmulu idi. Cəmi 23 sayı işıq üzü görmüşdür. "Fəryad" dövrünün inqilabi-demokratik mətbuatının ön sıralarında gedirdi. Həftəlik çıxan bu qəzetin səhifələrində ədəbi-bədii materiallara geniş yer verilirdi. İlk sayları əsasən fars dilində çıxsa da qəzetin yaradıcı kollektivi onun səhifələrində Azərbaycan həyatını əks etdirməyə çalışırdı. Cənubi Azərbaycandakı kütləvi inqilabi hərəkatdan ilham alan redaksiya heyəti 3-cü sayından etibarən qəzetdə Azərbaycan dilində materiallara geniş yer verməyə başlamışdır. Qəzetin adının aşağısında daim belə müraciətnamə verilirdi: Ömrünü qalma-qalla keçirdin, Ey dost, qalx ki, artıq macal çalmağa. Qəzetdə bədii ədəbiyyata, xüsusilə vətənpərvərlik mövzusunda yazılmış şeirlərə xüsusi yer verilmişdir.
Gavurbağı (qəzet)
Gavurbağı — İraqda qəzet. 29 iyun 1959-cu ildə təsis edilmişdir. İlk sayı 29 iyun 1959-cu ildə dərc olunmuş "Gavurbağı" 15 sentyabr 1960-cı il tarixində 34-cü sayını çap etmişdi Qəzet 26 sentyabr 1960-cı il tarixində yenidən "Kərkük"ə çevrildi. "Gavurbağı"nın birinci səhifəsində ilk dəfə təsbit olunmuş "türkmanca qismi" ifadəsi daha əvvəl "Kərkük" qəzetinin ilk səhifəsində "türkcə qismi" şəklində idi. Qəzetin iki sayı çap edildikdən sonra "türkmanca" ifadəsi götürüldü və "Gavurbağı" ancaq ərəb dilində çap olunmağa başlamışdır. Qəzetin ilk səhifəsini bəzəyən "Gavurbağı" dizaynı qırmızı olmaqla, yanında neft qülləsi və yaşıl rəngdə sünbül təsvir edilmişdi. 29-cu sayından etibarən qəzet qara rəngdə çıxmağa başladı.
Göyəzən (qəzet)
Göyəzən qəzeti - Qazax rayonunun rəsmi orqanı. Baş redaktoru Elçin İsmayıldır. Qəzet A2 formatında 4 səhifədən ibarətdir. Azərbaycanda bu formatda nəşr olunan yeganə rayon qəzetidir. Qəzet 12 mart 1932-ci ildə Qazax rayonunda "Kommuna yolu" adı ilə nəşr olunmağa başlamış, 1968-ci ildə isə adını dəyişərək Qalibiyyət bayrağı adı ilə fəaliyyətinə davam etmişdir. 1980-ci illərdə 14 min tiraja malik qəzet SSRİ-nin süqutundan sonra fəaliyyətini azaltdı. 1988-ci ildə yenidən adını dəyişən qəzetin son adı "Göyəzən" oldu. Azərbaycan respublikası qurulandan sonra qəzet ildə 1-2 dəfə olmaqla az tirajla çıxırdı. 2007-ci ildən başlayaraq ayda iki dəfə nəşr olunmağa başladı. Həmin il qəzetin tirajı 3000 ədəd idi.
Günəş (qəzet)
"Günəş" qəzeti — 1910-1911-ci illərdə Bakıda Azərbaycan dilində nəşr olunan ictimai-siyasi ədəbi qəzet. İlk nömrəsi 1910-cu il yanvarın 20-də çıxmışdır. 1910-cu (104 nömrə) və 1911-ci (17 nömrə) illərdə işıq üzü görmüşdür. Cəmi 121 nömrəsi çıxmışdır. Naşiri Orucov qardaşları, baş redaktoru Əhməd Kamal idi. Qəzetdə A.Şaiq, Q.Rəşad, A. Divanbəyoğlu və b. mütərəqqi fikirli ziyalılar iştirak etmişlər. "Günəş"də türk və islam birliyi ideyaları ardıcıl təbliğ olunurdu. Qəzet "Molla Nəsrəddin" jurnalını "millətimiz üçün faydalı, qiymətli bir ayineyi-ibrət" adlandırır, eyni zamanda onu ehtiyatlı olmağa çağırırdı ki, "qərəzi-şəxsi sahibləri onu özlərinə aləti-intiqam edib öz heysiyyətindən düşürməsinlər". "Günəş"də M.T.Ərəszadənin "Molla Nəsrəddin"lə polemika aparan məqalələri dərc olunmuşdu; amma bu məqalələr ümumən, mətbuat etikası tələblərindən kənara çıxmırdı.
Hakikat (qəzet)
Hakikat (avar. XӀакъикъат) - Dağıstan Respublikasının Mahaçqala şəhərində avar dilində nəşr olunan qəzet. Qəzet 1917-ci ildə təsis edilmişdir. 1979-1918: XӀакъикъат - (azərb. Həqiqət‎) 1918-1920: ХӀалтӀулел чагӀи - (azərb. İşləyən insanlar‎) 1920-1921: БагӀараб байрах - (azərb. Qırmızı bayraq‎) 1921-1934: БагӀарал мугӀрул - (azərb. Qırmızı dağlılar‎) 1934-1951: МагӀарул большевик - (azərb. Bolşeviklər dağlarda‎) 1951-1957: Дагъистаналъул правда - (azərb. Dağıstan həqiqətləri‎) 1957-1990: БагӀараб байрах - (azərb.
Havkari (qəzet)
Havkari (qəzet) — Həftəlik mədəni qəzet. "Havkari" qəzeti 1970-ci ildə Bağdadda çap edilib. İlk sayı həmin il yavarın 9-u cümə günü çap edilmiş "Havkari" o dövrdə kürdlərin önəmli nəşri idi. 2003-cü ilə qədər fəaliyyətini davam etdirən "Havkari"nin Bəəs Partiyasının hakimiyyət tərəfindən nəşrinə son qoyuldu.
Housaper (qəzet)
Housaper (erm. Յուսաբեր) - Misirin paytaxtı Qahirə şəhərində 1915-ci ildən nəşr edilən erməni dilli qəzet.
Həqiqət (qəzet)
Həqiqət (az-əbcəd. حقيقت‎) — gündəlik ictimai-siyasi və ədəbi qəzet. 1909-1910-cu illərdə Bakıda Orucov qardaşlarının mətbəəsində nəşr edilirdi. 156 sayı çıxmışdır. Naşiri və baş redaktoru Üzeyir bəy Hacıbəyov idi; 121-ci sayından sonra redaktoru O. Orucov olmuşdur. Üzeyir bəy Hacıbəyovun "Bəyani-məslək" ünvanlı baş məqaləsi ilə nəşrə başlayan "Həqiqət"də onun onlarca dəyərli publisist məqaləsi ("Halımıza dair", "Qədrşunaslıq", "Hər işi öz əhlinə tapşırmalı", "Dil" və s), çoxlu duzluməzəli felyetonu ("Purişkeviç və Hacı Xudu" və s), 2 açıq məktubu, neçə-neçə səhnəciyi dərc olunmuşdur. Üzeyir bəy Hacıbəyovun 1910-cu il mayın 30-da rus dilində çıxan "Kaspi", "Baku" qəzetlərində dərc edilmiş məktubunda onun daha "Həqiqət" qəzetində işləmədiyi və həmin qəzetlə heç bir əlaqəsi olmadığı bildirilirdi.
Həyat (qəzet)
"Həyat" qəzeti (az-əbcəd. حیات‎) — Azərbaycan mətbuat tarixində mühüm rolu olmuş gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi qəzet. 1905-ci il yanvarın 9-da Peterburqda çara ərizə ilə müraciət etməyə toplaşmış dinc nümayişçilərin gülləbaran edilməsi ilə başlayan və bütün Rusiya ərazilərinə yayılan inqilab iri sənaye mərkəzlərindən olan Bakıda da ciddi etirazlarlaç siyasi gərginliklərlə müşayiət olunurdu. Şəhərdə tətil və nümayişlər başladı. "Həyat" qəzeti nəşrə 1905-ci il iyunun 7-də başladı. “Həyat”ın fəaliyyətə başladığı ilk iki ayda - iyun və iyul aylarında Bakıdakı sənaye müəssisələrinin dörddəüç hissəsini tətil bürüdü. Çar quruluşu idarəsinin zəifləməsindən istifadə edən Tiflis və Bakıda özlərinin siyasi mərkəzlərini yaratmış Daşnaksütun Partiyasının üzvləri və Erməni Milli Şurasının nümayəndələri açıq-aşkar yerli müsəlman əhalisinə, Azərbaycan xalqına qarşı terror və təxribat törədirdilər. Ermənilərin Bakıda, Naxçıvanda, Qarabağda və Zaqafqaziyanın azərbaycanlılar yaşayan hissəsində törətdikləri qətliamlar sistemli şəkil almışdı. 1905-ci ilin fevral ayının ilk ongünlüyündə Bakıda qırğınlar törədildi, dinc əhali dəhşətli günlər yaşadı. Beləbir ağır şəraitdən çıxmaq üçün informasiya və təbliğat vasitəsinə ciddi ehtiyac var idi.
Gazir
Gazir (fars. گازير‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (38 ailə).
Gizir
Gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə miçman rütbəsidir.
Güzik
Güzik (Şepiran)
Gədik
Gədik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Gədik oyk., sadə. Quba r-nunun Vəlvələ i.ə.v,-də kənd. Gədik çayının (Vəlvələ çayının qolu) sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Gədik Seyidlər olmuşdur. Sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Toponimik termin kimi gədik türk dillərində, o cümlədən Azərb. dilində "hündür dağ, dağ keçidi, aşırım" deməkdir. Kənd belə bir coğrafi mövqedə yerləşdiyi üçün Gədik adlandırılmışdır. Oykonim "gədikdə yerləşən Seyidlər kəndi" mənasındadır.
Gəlin
Gəlin — ailə quran qadın. Eyni zamanda ailənin ərli qadın üzvü də "gəlin" adlanır. Qaynata və qaynanaya da münasibətdə qadın bütün həyatı boyu gəlin adlanır. "Gəlin" sözü azərbaycan dilindəki "gəlmək" felindən yaranmışdır. Azərbaycan milli adətlərində əsrlərnən gəlinə xüsusi münasibətlər sistemi formalaşmışdır və bu gün də bu mədəniyyət həssaslıqla qorunur. Gəlinin həyat yoldaşı toy mərasimidə "bəy", sonradan isə "ər" və ya "həyat yoldaşı" adlanır.
Gəlir
Gəlir — İstehsal olunan məhsulun, tikintinin və xidmətin satışından əldə olunan vəsaitlərə, məvacibə gəlir deyilir. Gəlir dedikdə dövlətin, təşkilatların və ya əhalinin aşağıdakı gəlirləri başa düşülür: Dövlət gəlirləri — vergilərin, rüsumların, ödənişlərin, xarici ticarət əməliyyatlarının, xarici kreditlərin, xarici yardımların yığılması yolu ilə dövlət tərəfindən əldə edilən və dövlət funksiyalarını həyata keçirmək üçün istifadə edilən gəlirlərdir. Təşkilatın gəlirləri — iştirakçıların töhfələri istisna olmaqla, bu təşkilatın kapitalının artmasına səbəb olan aktivlərin (pul vəsaitlərinin, digər əmlakın) alınması və (və ya) öhdəliklərin (əmlak sahibləri) ödənilməsi nəticəsində iqtisadi mənfəətin artmasıdır . Təşkilatın adi fəaliyyətindən əldə edilən gəlir mal və xidmətlərin satışından əldə edilən gəlirdir. Əhalinin gəlirləri — vətəndaşların, ailələrin və ev təsərrüfatlarının nağd pul formasında əldə etdikləri şəxsi gəlirləri. Bunlara aşağıdakılar daxildir: əmək haqqı, pensiya, təqaüd, müavinətlər, öz təsərrüfatlarında istehsal olunan məhsulların satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə haqq şəklində nağd pul qəbzləri, qonorar, şəxsi əmlakın satışından, icarəyə verilməsindən əldə olunan gəlirlər. Qanuni və qeyri-qanuni gəlirlər də mövcuddur: qanuni gəlir — qanuni yolla əldə edilən gəlir; qeyri-qanuni gəlir — qanunsuz yolla əldə edilən gəlir. Gəlir son dərəcə geniş tətbiqi olan bir termindir. Bu anlayış müxtəlif mənalarda istifadə olunur. Bu sözün ən ümumi mənası belədir — fəaliyyət nəticəsində vəsaitlərin, öhdəliklərin, maddi və qeyri-maddi dəyərlərin alınması.
Gəmir
Gəmir - Oğuz rayonunu ərazisində dağ aşırımı. Gəmir Oğuz və Daşağıl çaylarının hövzələri arasındadır. Tədqiqatçılar oronimi türk dillərində "dağ başında dar yarğan, uçurum yer" mənasında işlənən kömür sözü ilə əlaqələndirirlər. Azərbaycanın şimal-qərb rayonlarında da gəm sözü "dar, kiçik" mənasında işlənir. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, 2007.
Gətir
Gətir — lazımi məhsulları 10 dəqiqə ərzində gətirməyi hədəfləyən tətbiqetmə üzərindən işləyən onlayn bazar tətbiqidir. İstanbul, Ankara, İzmir, Bursa və Kocaelinin seçilmiş bölgələrində 100-dən çox anbarı ilə istifadəçilərə xidmət göstərir. Gətir ərzaq sifariş sistemi ilə yanaşı, yemək sifarişini qısa müddətdə çatdırmaq üçün müəyyən bölgələrdə Getir Yemek sistemini xidmətə gətirdi. Maykl Moritzin başçılıq etdiyi xarici investorlar bu tətbiqetməyə 38 milyon dollar sərmayə qoymuşlar.
Gəzəz
Gəzəz (fars. گزاز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 357 nəfər yaşayır.
Ləkit
Ləkit Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Ləkit kəndi qədim tarixə malikdir. Onun yaşının ən azı 2000 il olması sübut olunmuş fakt hesab oluna bilər. Belə ki, Ləkit kəndinin adı qonşu Qum kəndi ilə birlikdə qədim yunan tarixçilərinin əsərlərində çəkilir. Bu kəndlərdə mövcud olan, qədim albanlara aid edilən məbədlərinin qalıqları da bunu sübut edir. Ləkit sözünün də qədimdə həmin ərazidə yaşamiş "lək" ("leq") tayfalarının adından götürüldüyü güman edilir. Tarixin müxtəlif zamanlarında iri yaşayış məskəninə çevrilən kənddə bəzi vaxtlarda 1000-ə qədər ev olduğu bildirilir. Kənd dağətəyi ərazidə yerləşir. Kəndin ərazisində VI əsrdə tikildiyi müəyyən edilən və hal-hazırda dağınıq halda olan, Qafqaz Albaniyasına aid xristian məbədi - Ləkit məbədi yerləşir. Bəzi tədqiqatçılar bu coğrafi adı Böyük Qafqaz dağlannm cənub ətəklərində (əsasən, Samurçay hövzəsində, o cümlədən Qafqaz Albaniyasında) yaşamış qəd.
Ləzir
Ləzir — Azərbaycan Respublikasının Yardımlı rayonunun Bərcan inzibati ərazi vahidində kənd. Talada yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi 1918-20-ci illərdə keçmiş binə yerində salın­mışdır. Keçən əsrin əvvəllərində Lənkəran qəzasında Ləzran adlı iki kənd və Ləzir adlı bir köçəbə qeydə alınmışdır. Tədqiqatçılara görə, ləzir və ya ləziran orand tayfasının birinci qoluna məxsus tirənin adıdır.
Vəzir
Vəzir (ərəb. وزير‎, wazīr sözündən) — müsəlman Şərqinin dövlət və ölkələrində nazirvə ya ən yüksək rütbəli məmur titulu İlk Səfəvi şahının dövründə vəkil və əmir əl-üməra dövlət idarəçiliyi işlərində vəzirdən önəmli idi. Qüdrətli şiə ruhanilərinin işlərinə vəzirin qarışmasına yol verməyən sədrin olması da vəzirin hüquq və vəzifələrini məhdudlaşdırırdı. Səfəvi hökmdarının ilk vəziri uzun müddət Ağqoyunlu hökmdarlarına vəzirlik etmiş Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi olmuşdu. O, hicri 906 (1500)-cı ildə, İsmayıl Şirvanşahlara qalib gəlib Mahmudabadda qışladığı vaxt ona qoşulmuş və vəzarət-divani əla vəzifəsinə təyin edilmişdi. İsmayıl onun mühüm rolunu qeyd edərək ona "Azərbaycanın açarı" adını vermişdi. İki il sonra – hicri 909 (1503–1504)cu ildə Əmir Zəkəriyyə ilə birlikdə Sultan Əlvənd bəy Ağqoyunlunun divanında qulluq etmiş Qəvaməddin Mahmud xan (yaxud Mahmudcan) Deyləmi Qəzvini vəzir təyin olunmuşdu. Çaldıran vuruşmasına qədər əlimizdə vəzir vəzifəsinə təyinatlar barədə məlumat yoxdur. Şah Hüseyn İsfahani vəkil olduğu dövrdə bu vəzifəyə Xacə Cəmaləddin Məhəmməd Təbrizi ilə birgə Qazi Cahan Qəzvini təyin olunmuşdu. Biz artıq I Şah İsmayılın sonuncu dəfə təyin etdiyi vəzirin onun ölümündən dərhal sonra edam olunduğu barədə danışmışıq.