Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Raed Həmdan
Raed Həmdan (7 yanvar 1962) — Səudiyyə Ərəbistanını təmsil edən stolüstü tennisçi. == Karyerası == Raed Həmdan Səudiyyə Ərəbistanını 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Cabbar ibn Həyyan
Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufi (fars. جابر بن حيان‎; Tus, təx. 721, — Əl-Kufə, təx. 815) — Ərəb və ya Türk əsilli əlkimyaçı, həkim, əczaçı, riyaziyyatçı, astronom. Əczaçı Həyyan əd-Əzdinin ailəsində dünyaya gəlib. Orta əsrlər Avropasında Geber adı ilə tanınıb. Cabir ibn Həyyan Şiələrin 6-cı İmamı, İmam Cəfər Əs-Sadiqin (s) tələbəsi olmuşdur. Kimya elmini ona, o Həzrət (ə.s) öyrətmişdir. == Həyatı == İbn Həyyan ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar.
Cabir bin Həyyan
Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufi (fars. جابر بن حيان‎; Tus, təx. 721, — Əl-Kufə, təx. 815) — Ərəb və ya Türk əsilli əlkimyaçı, həkim, əczaçı, riyaziyyatçı, astronom. Əczaçı Həyyan əd-Əzdinin ailəsində dünyaya gəlib. Orta əsrlər Avropasında Geber adı ilə tanınıb. Cabir ibn Həyyan Şiələrin 6-cı İmamı, İmam Cəfər Əs-Sadiqin (s) tələbəsi olmuşdur. Kimya elmini ona, o Həzrət (ə.s) öyrətmişdir. == Həyatı == İbn Həyyan ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar.
Cabir ibn Həyyan
Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufi (fars. جابر بن حيان‎; Tus, təx. 721, — Əl-Kufə, təx. 815) — Ərəb və ya Türk əsilli əlkimyaçı, həkim, əczaçı, riyaziyyatçı, astronom. Əczaçı Həyyan əd-Əzdinin ailəsində dünyaya gəlib. Orta əsrlər Avropasında Geber adı ilə tanınıb. Cabir ibn Həyyan Şiələrin 6-cı İmamı, İmam Cəfər Əs-Sadiqin (s) tələbəsi olmuşdur. Kimya elmini ona, o Həzrət (ə.s) öyrətmişdir. == Həyatı == İbn Həyyan ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar.
Şandor Demyan
Şandor Demyan (mac. Demján Sándor; 14 may 1943 – 26 mart 2018, Budapeşt) — Macarıstan sahibkarı, ölkənin ən varlı insanlarından idi. TriGránit şirkətinin rəhbəri olmuşdur. == Həyatı == Macarıstan krallığının Berven kommunasında (indiki Rumıniya) anadan olmuşdur. Sekellər subetnosundan olan atası 1940-cı ildə Macarıstana köçdü, ancaq II Dünya Müharibəsi zamanı öldürüldü. Dunay şvablarından olan anası müharibə köçkünü kimi Bervenə gəldi. 1965-ci ildə Demyan Budapeşt Ticarət və Turizm Kollecini bitirdi. Sonradan Gorsium ÁFÉSZ şirkətinin prezidenti oldu (1968–1973), 1973–1986-cı illərdə isə onların birgə müəssisəsinin həmsədri oldu. 1986–1990-cı illərdə Macarıstan Kredit Bankının təsisçilərindən biri və rəhbəri idi. 1990-cı ildən Mərkəzi Avropa İnkişaf Korporasiyasının təsisçisi və tərəfdaşı idi, 1991-ci ildə isə Mərkəzi Avropa İnvestisiya Şirkətinin rəhbəri oldu.
Heman Hess
Herman İvanoviç Hess (26 iyul (7 avqust) 1802, Cenevrə, Cenevrə kantonu[d] – 30 noyabr (12 dekabr) 1850, Sankt-Peterburq) — Rusiyalı kimyagər. == Tərcümeyi hal == Heman Hess 1802-ci ildə Cenevrə şəhərində rəssam ailəsində anadan olmuşdur. Herman 15 yaşında Derpt şəhərinə köçür, harada ki ilk öncə özəl məktəbdə təhsil alır, daha sonra ise yerli gimnaziyada tehsil alir, hansını ki 1822-ci ildə mükəmməl şəkildə başa vurur. Gimnaziyanı bitirdikdən sonra isə, o yerli Derpt universitetində tibb fakültəsinə daxil olur, harada ki, kimya elminə qeyri-üzvi və analitik kimya üzrə mütəxəssiz olan Hodfird Ozanna'dan yiyələnir.1825-ci ildə Gess tibb elmlər doktoru dərəcəsinə çatmaq üçün nəzərdə tutulan məqaləni mudafiə edir. Universiteti bitirdikdən sonra Ozanna ilə, tərəf müqavili olaraq, o Ozanna tərəfindən yarımillik təyinat verilir və o Stokholma, Yens Berselius labaratoriyasına yola düşür. Orada Gess bəzi mineralların, analizi ilə məşğul olur. Dahi kimyaçı isə onun haqqında belə demişdir:"bu oğlanın çox gözəl əqli var, onun gələcəyi parlaq görünür. Onun bilikləri əla sistemləşmiş formadadır." Derpt şəhərinə qayıdar-qayıtmaz Irkutskda vəzifə alır. Onun vəzifəsi isə, tibbi praktika ilə, məşğul olmaq idi. İrkutsda belə o, mineral suların müalicəvi təsiri və kimyəvi analizi ilə məşğul idi.
Heyan-cinqu
Heyan məbədi (平安神宮, Heyan-cinqu) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən şintoist məbədi. Yaponiya imperatorları Kanmu və Komeyə həsr olunmuşdur. == Haqqında == Heyan məbədi 1895-ci ildə Heyan şəhərinin qurulmasının 1100 illiyi münasibətilə tikilmişdir. Məbəd Heyan şəhərinin qurulduğu dövrdə imperator olmuş Kanmuya və 1868-ci ildə Kiotoda oturan son imperator olan Komeyə həsr olunmuşdur. Məbədin haydeni və əsas darvazası Kioto sarayının orijinal binasının replikalarıdır.Məbəd bağçalarına görə tanınır. İllik festivalları 3 aprel və 30 yanvar tarixlərində baş tutur. 3 apreldəki festival İmperator Kanmuya, 30 yanvardakı festival isə İmperator Komeyə həsr olunur. Bunlardan əlavə, məbəd 22 oktyabr tarixində baş tutan Ciday festivalına sponsorluq edir. Bu tədbir münasibətilə Kioto şəhərinə bir çox ziyarətçi gəlir. == Qalereya == == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Heyan məbədi
Heyan məbədi (平安神宮, Heyan-cinqu) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən şintoist məbədi. Yaponiya imperatorları Kanmu və Komeyə həsr olunmuşdur. == Haqqında == Heyan məbədi 1895-ci ildə Heyan şəhərinin qurulmasının 1100 illiyi münasibətilə tikilmişdir. Məbəd Heyan şəhərinin qurulduğu dövrdə imperator olmuş Kanmuya və 1868-ci ildə Kiotoda oturan son imperator olan Komeyə həsr olunmuşdur. Məbədin haydeni və əsas darvazası Kioto sarayının orijinal binasının replikalarıdır.Məbəd bağçalarına görə tanınır. İllik festivalları 3 aprel və 30 yanvar tarixlərində baş tutur. 3 apreldəki festival İmperator Kanmuya, 30 yanvardakı festival isə İmperator Komeyə həsr olunur. Bunlardan əlavə, məbəd 22 oktyabr tarixində baş tutan Ciday festivalına sponsorluq edir. Bu tədbir münasibətilə Kioto şəhərinə bir çox ziyarətçi gəlir. == Qalereya == == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Heyan dövrü
Heyan dövrü — ( yap. 平安時代 : Heian-jidai ) Yaponiya tarixində eramızın 794-1185-ci illərini əhatə edən dövrdür.Heian dövrü klassik Yapon tarixinin son fəslidir və paytaxtı bugünkü Kyoto olan Heian-kyonun şərəfinə adlandırılmışdır. Bu, Yapon tarixində Konfutsiçilik və digər Çin təsirlərinin zirvəsində olduğu bir dövrdür. Heian dövründə incəsənətə, xüsusən də şeirə və ədəbiyyata önəm verilirdi. Heian (平安) sözü yapon dilində "sülh" və ya "sakitlik" deməkdir. == Tarix == Heian Dövrü Nara Dövrünün davamıdır və 794-cü ildə Yaponiyanın paytaxtı Heian Kyoya (平安京, indiki Kyoto ) köçürüldükdən sonra İmperator Kammu (50-ci imperator) ilə başlamışdır. Heian dövründən sonra da nəsillər təriflənir və Yapon mədəniyyətinin yüksək nöqtəsi hesab olunur. Bu dövr həm də samuray sinfinin də yüksəlişdə olduğu bir dövr idi (sonunda hakimiyyəti ələ keçirərək Yaponiyanın feodal dövrünü başlatdılar). Güman ki, hakimiyyət imperatora məxsus idi, amma əslində bu səlahiyyəti nəcib Fucivara klanı saxlayırdı. Bununla belə, Fucivaralar və digər zadəganlar əyalətlərdə öz maraqlarını qorumaq üçün əsgərlərə, cangüdənlərə və polisə ehtiyac duyurdular.
Demyan Bednıy adaları
Demyan Bednıy adaları — Şimal Torpağının qərb hissəsində (Rusiya) yerləşın adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Adalar qrupunun tərkibinə 8 ada və ən azı beş adacıq daxildir. Onlar cənub-şərqdən şimal qərbə doğru 10 km məsafədə uzanır. Qrupun şərq nöqtəsini təşkil edən ada Komsomoles adasından Posadoçnaya çayının mənsəbindən 5 km şimalda yerləşir. Tərkibi (qərbdən şərqə): Kolobok — oval formaya malik və şimalında kiçik körfəzi olan ada. Ada 650 m uzunluğa malikdir. Şimal — elədə böyük olmayan qayadan ibatət olan ada. 800 metr uzunluğa malikdir.
Heyan dövrü ədəbiyyatı
Heyan dövrü ədəbiyyatı (平安文学, Heian-bungaku) və ya Çuko ədəbiyyatı (中古文学, Chūko-bungaku, azərb. Orta qədim ədəbiyyat‎) – Heyan dövründəki Yapon ədəbiyyatına verilən ad. 794-cü ildən 1185-ci ilə kimi davam etmişdir. Heyan dövrünün ilk poeziya almanaxı olan "Kokinşu", ilk nağıl kimi təqdim edilən "Taketori-monoqatari", ilk lirik povest sayılan "İse-monoqatari" bütünlüklə bu yeni dövrə məxsusdur. Heyan dövrü ədəbiyyatı mövcud olan tayfa aristokratiyası ilə çox sıx bağlı idi. Həyat qayda-qanunlarının yeni forması, hakim sülalənin dünyagörüşü ilə bağlı olan yeni ədəbiyyat cəmiyyətin bütün məzmununu özündə əks etdirirdi. Heyanların mədəni yaradıcılığı özünəməxsus okkultizm xətti ilə inkişaf edirdi.Heyanlıların bütün həyat tərzinə gedonistik tendensiyalar çox dərindən işlənmişdir. Heyanlılar üçün sevgi ancaq utilitar xarakter daşıyırdı. Qadın diqqət mərkəzində idi: qadın gözəlliyi ətrafında iki əsas gözəllik də dururdu, təbiət və məişət gözəlliyi, yəni Heyanlılar təbiətdən də zövq alırdılar, hətta sadə mənzərələrdən də onlar öz fərdi evlərində də bu gözəllik qanunları ilə yaşayırdılar. Bununla belə, Heyanlılar heç vaxt ləzzət mənbəyinə, ləzzət predmetinə bir başa yaxınlaşmırdılar.
Həmkar
Kolleqa (lat. collega) — iş yoldaşı; əməkdaş; təhsil, tədris, iş və ya birgə fəaliyyət üzrə birgə yoldaş.. == Anlayışın tarixi == Qədim Romada kollegiya (Qədim Roma) — kollektiv, əməkdaşlar birliyi.
Həmədan
Həmədan — İranın Həmədan ostanında şəhər. Şəhər həm vilayətin, həm də eyni adlı şəhristanın və bəxşin inzibati mərkəzidir. == Əhali == Rəsmi mənbələrə əsasən Həmədan şəhərinin əhalisi : 1929-cu il r.t. əsasən 60,000 nəfər 1937-ci il lokal s.a. əsasən 80,280 nəfər 1940-cı il lokal s.a. əsasən 103,874 nəfər 1956-cı il s.a. əsasən 99,909 nəfər 1966-cı il s.a. əsasən 124,167 nəfər 1976-cı il s.a. əsasən 165,785 nəfər 1986-cı il s.a. əsasən 272,499 nəfər 1990-cı il r.t.
Həssan
Həssan (ərəb. حَسَّان‎ Ḥəssan) — ərəb mənşəli ad.
Qəlyan
Qəlyan — Orta Şərq, Qafqaz və Cənubi Asiyaya xas ənənəvi bir tütün çəkmə vasitəsi İstifadəçinin bir xortum vasitəsilə sudan keçərək süzülən tüstünü içinə çəkməsini təmin edən bir qurğudur. Qəlyanın içim şəkli və forması yüzlərlə il keçdikdən sonra daha da formlaşmışdır. Bu istifadə ənənəsi ilə sadə bir alətdən daha çoxunu ifadə edir, hətta şərq mədəniyyətinin bir parçası halına gəlmişdir. Qəlyan təməl olaraq 4 hissədən meydana gələr: Sər: Qəlyanın uzun gövdəsi. Boyun qisimi dar olmaqla birlikdə qarın qisiminə enildikcə diametri genişləyən, quruluş olaraq dolçaya bənzəyən bir parçadır. Şüşə, metal və dulusçuluqdan edilir. Lülə: Ən üstdə olan, təmbəkinin qoyulduğu dəlikli tabaq. Gümüş, düyü ya da misdən edilmiş, oymalarla bəzəkli bir mühafizə ilə çevrilidir, üzərinə köz qoyularaq lazımlı istilik təmin edilir. Marpuç: Tüstünü şüşədən alan və ağıza çatdıran hissədir. Bu hissədə istifadə edilən xortum qoyun dərisindən edilir.
Qəzyan
Qazyan və ya Qəzyan; Qəzyan (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Səlyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. == Tarixi == Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rüdbəri tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rüdbərini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.. 1729–1782-ci illərdə Salyan Sultanlığının paytaxtı olub.
Çəmran
Çəmran— İranın Xuzistan ostanının Bəndər Mahşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,519 nəfər və 3,935 ailədən ibarət idi.
Abbarik (Həmədan)
Abbarik — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Hacılu kəndistanında, Kəbudərahəng qəsəbəsindən 22 km şimal-şərqdədir.
Abmeşkin (Həmədan)
Abmeşkin - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 68 km şimal-qərbdədir.
Şimal adası (Demyan Bednıy adaları)
Şimal adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şimalında yerləşir. Öz adınıda yerləşdiyi mövqeyi ilə əlaqədar almışdır. Komsomoles adasının 12,3 km şimal-qərbdə yerləşir. 550 m qərbdə Kolobok adası, 1 km-dən bir az artıq məsafədə Çervyak və Utyonok adaları yerləşir. Adalar su altı qumlu sayla bir-birinə birləşmişdir. == Təsviri == Ada uzunsov formaya malikdir. Uzunluğu 700 metrdir. Qərbində kiçik göl vardır.
Gəyan
Gəyən düzü — Cəbrayıl rayonu və Qubadlı rayonu rayonlarının arasında yerləşir. == Adın etimologiyası == Türk mənşəli addır. Tam aydın, işıq olmayan mənalarına malik olduğu bilinir. Bəzi mənbələrdə "gəyən" sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrimizdə bu söz genişlik, açıqlıq mənalarındadır. "Mal-qaranı gəyənlikdə bağladılar" deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də "Gəyən" adı düzün geniş, ucsuz-bucaqsız olması ilə əlaqədardır. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir. Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır. == Toponimikası == Mil düzünün bir hissəsidir.
Həmas
HƏMAS (Ərəbcə: حماس, Tam adı: حركة المقاومة الاسلامية; Hərəkət əl-Müqavəmə l-İslamiyyə, İslami Müqavimət Hərəkatı) — Fələstinli hərbiləşdirilmiş təşkilat və siyasi partiya. == Quruluşu və inkişafı == 1987-ci ildə Şeyx Əhməd Yasin, Əbdüləziz əl Rantisi və Məhəmməd Taha tərəfindən İlk intifadanın başlanğıcında Misirdəki Müsəlman qardaşlar təşkilatının Fələstindəki hissəsi olaraq qurulub. 1988-ci ildəki Həmas öz siyasi proqramında Fələstinin əsla, qeyri-müsəlmanlar tərəfindən qurulmuş bir İslam ölkəsi olmayacağını bildirmişdi və fələstinli Müsəlmanlar üçün Fələstinin idarəsini İsraildən almaq məqsədilə döyüşməyi dini cihad kimi qiymətləndirirdi. Bu, 1988-ci ildə İsraili bir dövlət kimi tanıyan Fələstin Azadlıq Təşkilatı ilə Həmas arasında münaqişəyə gətirib çıxardı.1992-ci ilin sonunda Qəzzədə 600 məscid vardı. Həmas öz təsir gücünü univerisitetlərə, bazarlara, peşə təşkilatlarına yayırdı. 2004-cü ildə başlayan yerli siyasi müqaviməti genişlətdirməzdən əvvəl zəkat və xəyir işləri ilə ətrafını gücləndirirdi. == Əməliyyat == Həmas təşkilatı tərəfindən həyata keçirilən əməliyyat hadisələri: 6 iyul 1989-cu ildə Kiryat Yearim yaxınlığında meydana gələn bir intihar hücum nəticəsində 22 nəfər öldü. 6 aprel 1994-cü il tarixində Afulada (İsrail) bir avtobusda meydana gələn intihar-hücum nəticəsində 8 nəfər öldü. 13 aprel 1994-cü il tarixində Haderada bir avtobus dayanacağında meydana gələn intihar hücum nəticəsində 5 nəfər öldü. 19 oktyabr 1994-cü il tarixində İsrailin paytaxtı Təl Əvivdə meydana gələn bir intihar hücumu nəticəsində 22 nəfər öldü.
Həyat
Həyat — bioloji baxımdan, kimyəvi reaksiyalar və ya bir təkamül ilə nəticələnən başqa hadisələr kimi bəzi bioloji proseslər göstərən orqanizmlərin xüsusiyyəti. Üzvi birləşmələr inkişaf və çoxalma qabiliyyətlərinə malikdir. Bəzi canlılar bir-birilə ünsiyyət və ya əlaqə qura bilir və bir çox canlı daxili dəyişikliklər keçirərək ətraf mühitə uyğunluq göstərə bilirlər. Həyatı bir başqa deyişlə izah edəsi olsaq, canlılıq xarakteri daşıyan varlıqların hamısının yaşadıqları müddət ərzində qazandıqları təcrübə və yaşayışlarının toplusudur. Həyatın fiziki bir xüsusiyyəti neqativ entropiya prinsipinə tabe olmasıdır. == Həyat anlayışları == === Biologiyada === Biologiya canlıları tədqiq edən bir elm sahəsidir. Bioloqlar, bütün canlıları bütün planeti əhatə edən qlobal miqyasdan, hüceyrə və molekulları, mikroskopik ölçüyə qədər olan canlılara təsir edən mühüm dinamik hadisələrlə birlikdə araşdıran, biologiya elmi ilə məşğul olan insanlardır. Bir çox prosesi özündə saxlayan həyatı proseslərdən bəziləri: Enerji və maddənin işlənməsi, bədəni təşkil edən maddənin işlənməsi, yaraların sağalması və bütün orqanizmlərin çoxalmasıdır. Həyatın sirləri, tarixdəki bütün insanlara təsir etdiyindən; İnsanın fiziki quruluşu, bitkilər və heyvanlar haqqındakı araşdırmalar bütün cəmiyyətlərin tarixlərində yer tapır. Bu qədər marağın bir hissəsi, insanların həyata hökm etmə və təbii qaynaqları istifadə etmək istəyindən gəlir.
Əmman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Abhindu (Həmədan)
Abhindu - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsinin Çaharbölük kəndistanında, Həmədan şəhərindən 32 km cənubdadır.
Abənbar (Həmədan)
Abənbar — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsində, Həmədan şəhərindən 67 km cənub-şərqdə, Qaraçayın qərb sahilindədir.
Acərli (Həmədan)
Acərli — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Pişxor kəndistanında, Rəzən qəsəbəsindən 38 km. şimal-qərbdədir.
Ağabulağı (Həmədan)
Ağabulağı — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 48 km. şimal-qərbdədir.
Ağac (Həmədan)
Ağac — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Şəra kəndistanında, Rəzən qəsəbəsindən 63 km cənub-şərqdədir.
Ağtəpə (Həmədan)
Ağtəpə - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Hacılı kəndistanında, Kəbudərahəng qəsəbəsindən 7 km şimal-qərbdədir.
Ağçay (Həmədan)
Ağçay - İranın Həmədan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Dərcəzin kəndistanında, Rəzən qəsəbəsindən 12 km şimal-şərqdədir.
Bahar (Həmədan)
Bahar — İranın Həmədan ostanının Bahar şəhristanında şəhər, həmin şəhristanın inzibati mərkəzi. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,271 nəfər və 6,956 ailədən ibarət idi. Əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Şəhərdə bir neçə tarixi körpü, o cümlədən Aramand, Bahar, Rubat, Salehabad və Simin körpüləri yerləşir.
Heksan
Heksan (n-heksan) (C6H14) — Alkanlar sinfindən doymuş karbohidrogen. == Xassələri == Zəif iyli rəngsiz maye. Sındırma əmsalı p20D 1,37506-dir. Oktan ədədinin aşağı olması səbəbindən(25)heksan sintetik benzinin tərkibi üçün arzuolunmazdır.
Heptan
Heptan və ya normal heptan H3C(CH2)5CH3 və ya (C7H16) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Heyvan
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Şenyan
Şenyan (çincə: 沈阳市) Çin Xalq Respublikasının Liaonin əyalətinin ən böyük şəhəri. Mancur dilində Mukden və ya Fenqtian adlanır. Şimal-şərqi Çin bölgəsində urbanizasiya səviyyəsinə görə də ən böyük şəhərdir. 2010-cu il hesablamalarına görə, şəhər əhalisinin ümumi sayı 8.1 milyon nəfərdir.17-ci əsrdə Şenyan şəhərinin mancurlar tərəfindən işğal olunmasından sonra Tzin sülaləsi tərəfindən idarə olunmağa başlamışdır. Qonşu şəhərlərlə birlikdə Şenyan şəhəri Çinin vacib sənaye mərkəzlərindən biri hesab olunur və ölkənin şimal-şərq qonşuları olan Yaponiya, Rusiya və Koreya ilə nəqliyyat və iqtisadi əlaqələrin saxlanmasında mühüm rol oynayır.Şəhər 1930-cu ildən etibarən Çində ağır sənaye mərkəzi olaraq qalmaqdadır. == Beynəlxalq əlaqələr == === Xarici konsulluqlar === Yaponiya, Cənubi Koreya, Rusiya, Fransa, Almaniya, Şimali Koreya və ABŞ kimi ölkələrin konsulluqları Şenyan şəhərində yerləşir. === Qardaş şəhərlər === Şenyan şəhəri bir çox şəhərlə qardaş şəhər əlaqələri qurmuşdur ki, bu da iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə səbəb olmuşdur.