Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hand Shakers
Hand Shakers (ハンドシェイカー, azərb. Əl sıxanlar‎) — GoHands studiyası tərəfindən Frontier Works şirkətinin və Kadokawa Shoten nəşriyyatının əməkdaşlığı ilə çəkiləcək anime serialı. Premyerasının 2017-ci ilin yanvarında baş tutmuşdur. Hadisələr Osakadakı AD20XX-də Əl sıxanların ətrafında cərəyan edir. Əl sıxanlar əl-ələ verməklə dərin hislərindən "Nimrod" adlandırılan silahlar çıxara bilən partnerlərdir. Baş mükafatı əldə etmək üçün bir Əl sıxan cütlüyü digər Əl sıxan cütlüklərinə qarşı döyüşməli və mübarizə aparmalıdır. Ən yaxşı Əl sıxan cütlüyü tanrı ilə görüşmək və döyüşmək hüququ qazanacaq. Yarışda 5 cütlük iştirak edir: Çarx, Kart, Kölgə, Qılınc və Zəncir. Tazuna (コヨリ) Səsləndirən: Soma Sayto Koyori (タヅナ) Səsləndirən: Sumire Morohoşi Riri (リリ) Səsləndirən: Ay Kayano Masaru (マサル) Səsləndirən: Ayumu Murase Çizuru (チヅル) Səsləndirən: Sumire Uesaka Hayate (ハヤテ) Səsləndirən: Kayto İşikava Kodama (コタマ) Səsləndirən: Mikako Komatsu Hibiki (ヒビキ) Səsləndirən: Tomokazu Suqita Brik (ブレイク) Səsləndirən: Cun Fukuyama Bind (バインド) Səsləndirən: Yoko Hikasa Makihara (マキハラ) Səsləndirən: Şotaro Morikubo Musubu (ムスブ) / Musubu Takatsuki (高槻 結, Takatsuki Musubu) Səsləndirən: Sora Amamiya Tazunanın atası (タヅナの父, Tazuna no chichi) Səsləndirən: Kenciro Tsuda Tazunanın anası (タヅナの母, Tazuna no haha) Səsləndirən: Satomi Sato Tomoki (トモキ) / Tomoki Tachibana (橘 友樹, Tachibana Tomoki) Səsləndirən: Yuusuke Kobayaşi Tanrının səsi (神の声, Kami no koe) Səsləndirən: Daysuke Namikava Layihə 2016-cı ilin martında anons edilmiş, lakin layihənin saytı 2016-cı ilin iyulunda yenilənmişdir. Anime serialı Animate anime personajları məhzulları mağazalarının 30 illiyi münasibətilə çəkilir.
Hold My Hand
Hold My Hand – Maykl Cekson və Akonun birgə ifa etdiyi mahnı. Mahnı Ceksonun on birinci studio albomu və ölümündən sonra çıxarılmış ilk albomu olan Michael albomundan çıxarılmış ilk rəsmi sinqldır. Mahnı Cekson tərəfindən 2007 – ci ildə yazılmış və Akonun 2008 – ci ildə çıxardığı Freedom albomuna daxil edilməsi nəzərdə tutulmuşdur. Lakin Akon öz ifasını 2010 – cu ildə tamamlamışdır. Mahnının müəlliflərindən biri olan Claude Kelly qeyd edir ki, "Hold My Hand" əslində Whitney Houstonla ifa edilməli idi. Mahnının studio çalışmaları zamanı Akon da studioda olub və mahnın eşidib. Kelly mahnı üzərində çalışmalarını bitirdikdən sonra dinləməsi üçün Akona təqdim edib. Mahnını dinlədikdən sonra Akon qeyd edib ki, mahnı çox xoşuna gəlir və onu özünd saxlamaq istəyir. Daha sonra isə Akon mahnını ifa edərək öz versiyasını yazdırıb. Qısa müddət sonra Akon Maykl Ceksonun növbəti albom çalışmalarıyla bağlı Las-Veqasa gedib.
Hand–Şüller–Kristian xəstəliyi
Hand–Şüller–Kristian xəstəliyi — Multifokal Langerhans hüceyrələrinin histiositozu ilə əlaqəli xəstəlik. Bu xəstəlik zamanı ekzoftalm, litik sümük lezyonları (tez-tez kəllədaxili) və şəkərsiz diabet (hipofizin funksiyasının azalması) də müşahidə oluna bilər. Xəstəlik öz adını Amerika pediatrı Alfred Hand Jr, Avstriya nevroluqu və radioloqu Artur Şüller və Amerika cərrahı Henri Eşbari Kristiandan almışdır. Onlar xəstəliyi müvafiq olaraq, 1893, 1915/16 və 1919-cu ildə aşkar etmişdir.
Blood and Sand
Big Bang (qrup)
Big Bang — YG Entertainment tərəfindən qurulmuş Cənubi Koreya musiqi qrupu. Qrup 2006-ci ildə qurulub. Musiqi qrupu 5 üzvdən ibarətdir. Üzvləri T.O.P, Taeyang, G-Dragon, Daesung, Seungri. Qrupun fandomu VIP adlandırılır.
Hana
Hana (toxucu dəzgah) — əsrlər boyu xalça və parça toxunuşunda istifadə edilən, sadə konstruksiyaya malik istehsal alətidir. Hananın iki növü var: Yer hanası — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Divar hanası - şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah.
Hande
Hande — Türk adı
Handu
Handu-Arsakda qala adı. Şimali Qafqazda Anttübə (anttəpə) təpə adı ilə mənaca eynidir. Qədim türk dillərində anta, anda, andit- "izləmək", "keşik çəkmək" sözündəndir. Anta, anda dedikdə qaraulxana nəzərdə tutulur. Keçmişdə antalar (andalar) müəyyən bir ölkənin, əyalətin, elin (tayfanın) məskunlaşdığı ərazinin sərhədlərində gecələr keşikçilərin durduğu təpə yerlər idi. Keşikçi məntəqələri adlarındandır. Anta-(anda) sözündən düzəlmiş toponimlərin ( yaşayış məntəqə, dağ və təpə adlarının) qədim tarixi vardır. E.ə. VIII əsrdə Urartu çarının bir qaya yazısında Andamaniv və həmin əsrdə Cənubi Azərbaycan ərazisində Qızılüzən çayının hövzəsində Andia yaşayış məntəqə adları məlumdur. Şərqi Anadoluda Fərat çayının yuxarı axınında, onun sol sahilində Andit kənd, Şimali Qafqazda Stavropol quberniyasında Andi-Aqigöl və Andçay, Dağıstanda Andi dairə adı, And göysu çayının adı və Qunib dairəsində Andi kəndi.
Hang
Hang — ilk dəfə 2001-ci ildə İsveçrədə yaranan musiqi aləti. "Hipnotik bir çalğı" olaraq xarakterizə edilən Hang, Bern dilində "əl" mənasını verməkdədir. Hangı iki İsveçrə vətəndaşı, Sabina Schärer ilə Felix Rohner, dünyanın fərqli bölgələrində gerçəkləşdirdikləri uzun araşdırma ve incələmələrdən sonra bir zərb musiqi aləti olaraq yaratmışlar. Tamamilə poladdan hazırlanan Hang, qucağa yerləşdirilib, əl və barmaqlar vasitəsilə çalınır. İdiofon'lar qrupuna girən alətin, arfa, gong və harmonik tembrləri xatırladan bir səsi vardır. Səthində olan kiçik çuxurlara vurularaq vibrasiya vasitəsilə fərqli səslər və notlar əldə edilir. Yaradıcıları, 2001–2005-ci illər arasında 45ə qədər fərqli model yaratmışlar, lakin, çalma mövzusunda hələ oturmuş bir qayda və üsula sahib olmayan Hang üçün, İndoneziya və Cənubi Hindistana qədər uzanan bir araşdırma edilmişdir.
Hans
Hans — kişi adı və təxəllüs Hans Morqentau — alman əsilli amerika siyasətçisi və tarixçisi. Hans Frank — alman vəkil. Hans Hollayn — Avstriyalı memar və dizayner. Hans Friçe — Radioaparıcı, jurnalist. Hans fon Bülov — alman pianoçusu, dirijor, bəstəkar, musiqi yazıçısı. Hans Memlinq — alman mənşəli Niderland rəssamı, Hans Zimmer — Alman film-musiqi bəstəkarı və musiqi prodüseri Hans Ersted – Danimarka fiziki. Hans Olsen (velosipedçi) — Danimarkalı keçmiş peşəkar velosiped yarışçısı. Hans adası — Nares boğazının tərtkib hissəsinə daxil olan Kennedi boğazında yerləşən elədə böyük olmayan ada Hans Ferdinand Helmolt — alman əsilli tarixçi və publisist. Hans Ayzenk — ingilis psixoloqu. Hans Bronzart von Şellendorf — Alman pianoçu və bəstəkar.
Hind
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Land
Pand
Pand- Albaniyanın Artak əyalətində monostır adı. Pand həm də Murovdağın ətəyində dağ adıdır. Dağ Pand kilsəsinin adı ilə adlanmışdır. əsrə aid mənbəyə görə albanların xristian dini katolikosu Pandalion tikmişdir.("Albaniya tarixi", II kitab, 50-ci fəsil). Başqa adı Pandalion. Cənubi qafqazda Azərbaycanda Öküzdağ (Tovuz rayonu Qarabağlılar k.); Öküzdağ 6 Tovuz rayonu Qəribli k. : Öküzdağlı (Tovuz rayonu Dondarlı k.); Öküzdağ (Gədəbəy rayonu Qoşabulaq k.); Öküzölən (əsli Oğuz olan), Laçın rayonu ikinci Tığıq k., Öküz təpəsi (Gədəbəy rayonu Dəyə-Qarabulaq k.); Öküzcədərəsi (Cəbrayıl rayonu Qaraçanlı k.): Öküzdağları (Daşkəsən rayonunda Alunitdağ); Öküz yalı (Tovuz rayonu Qarabağlılar k.); Öküzyatan yaylaq (Gədəbəy rayonu Çaldaş k.), Öküzyatantəpə (Gədəbəy rayonu Çay-Rəsulluk.); Öküzgüneyi (Kəlbəcər rayonu) Qaraxançallı k.) ; Öküzöləndərə Zəngilan rayonu Çöpədərə k.)% Öküzölən dərə (Kəlbəcər rayonu İstibulaq k.) və s. Zaqatala rayonun Çökəkoba kəndi ərazisində Ucuzdərə və Ucuztəpə oronimləri də vardır. Ermənistanda : Öküzbulaq (İrəvan əyalətinin Qırxbulaq nahiyəsində); Ökuzbulaq (İrəvan quberniyasının Aleksandropol qəzasında); Öküzlü (İrəvan quberniyasının sürməli qəzasında) və s. Gürcüstanda: Qara.küzlü, Öküztəpəsi, Öküzdağ, Öküzlü və b..
Tand
Tand (fr. Tende, oks. və it. Tenda) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Tand kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 177,47 km², əhalisi 2025 nəfərdir (2006) artım tendensiyası ilə: 2153 nəfər (2012), əhalinin sıxlığı 12,1 nəfər / km²-dir. Coğrafi mövqe Roya çayının sahillərində, Fransız Provansı ilə İtaliyanın Piemont şəhərləri arasındakı sərhəddə, dağ yarığında yerləşir. 1947-ci ilə qədər Tand İtaliyanın bir hissəsi idi. 2011-ci ildə əhalinin sayı — 2114 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.
Hit Me Hard and Soft
Hit Me Hard and Soft — ABŞ müğənnisi Billi Aylişin üçüncü studiya albomu. 17 may 2024-cü ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüseri Finneas O'Konnelldir. Albom 8 aprel 2024-cü ildə Şimali Amerikada günəş tutulmasının baş verdiyi tarixdə elan edilib. Billi Ayliş aprelin əvvəllərində sosial şəbəkə hesablarındakı profil şəkillərini mavi rəngə dəyişərək yeni erasına qədəm qoyub. Albomunu elan etməyə hazırlaşan sənətçi bir çox şəhərlərin küçələrində yeni mahnılarından olan sözləri, eləcə də “blohsh” simvolunu əks etdirən reklam lövhələri asdırıb. Bu müddət ərzində Billi Ayliş Instagram-da storilər paylaşıb və marketinq strategiyası kimi onu izləyən istifadəçiləri “yaxın dostlar” siyahısına əlavə edib. Aprelin 8-də müğənni Instagram hesabına “Bittersuite” mahnısının müşayiəti ilə suda batdığı əks olunmuş videosunu “Hazırsınız?” başlığı altında yerləşdirib, daha sonra albomunu elan edib. Müğənni Billi Ayliş 2021-ci ildə “Happier Than Ever” buraxıldıqdan bir müddət sonra üçüncü studiya albomu üzərində işləməyə başlayacağını bildirmişdi. Ayliş 2022-ci ildə qardaşı Finneas ilə birlikdə Pixar cizgi filmi “Turning Red” üçün üç mahnı yazmışdır.
And
And - türk və moğol xalq mədəniyyətində və inancında əhd, söz vermə. Ant olaraq da deyilir. Monqolcada Anda və ya Andgay deyilir. Anddan dönmək böyük bir günah və cinayət olaraq qəbul edilir. Sözün müqəddəs gücündən qaynaqlanan bir anlayışdır. Söz ilə bildirdiyi davranış, nəticə və ya obyekt arasında bir fərqlilik olmadığı, sözün (və adların) bir mənada bunların ruhu olduğu, söz ilə bunlar arasında cisimi bir bağ olduğu düşüncəsinin bir nəticəsidir. Böyük bir and içilirken bir qaba qan axıdılması səbəbi debudur. Başkırtlar'da yeri qazaraq and içmə faktı da məzarı çağrıştırması ilə əlaqəlidir. Bu gün belə "And içmək" təbiri istifadə edilər və and edilərkən içilən Süd ilə əlaqəlidir. Söz Vermek deyimi də sözün bir obyekt kimi başqalarına devrdildiği düşüncəsinin bir qalıqları.
Han
Han — kişi adı.
Etsuko Handa
Etsuko Handa (d. 10 may 1965) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 19 qol vurub.
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
Hana Singer
Hana Singer — YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi.
Hayd-park
Hayd-park (ing. Hyde Park) — Londonun mərkəzində yerləşən sahəsi 1.4 km² olan krallıq parkı. Qərb tərəfdən Kensinqton bağlarıyla sərhəddir. Siyasi mitinqlərin, gəzintilərin və mitinqlərin ənənəvi yeridir. Hələ normand işğalına qədər park Vestminster abbatlığına məxsus idi. Park öz adını qədim ölçü vahidindən almışdır. VIII Henrixin dövründə park kralın ov əyləncə yeri kimi istifadə olunurdu və əhali üçün qapalı idi. I Yakovun dövründə park yenidən ictimaiyyət üçün açılır, II Karlın dövründə park londonluların sevimli istirahət yerinə çevrildi. Parkın əsas görməli yeri Serpentayn gölü və eyniadlı qalereyadır. Göldə çimməyə də icazə verilir.
Hande Ataizi
Hande Ataizi Harvey (2 sentyabr 1973, Bursa) — Türk kino aktrisası. 2012-ci il sentyabr ayının 8-de Amerika Birləşmiş Ştatlarının tanınmış iş adamı Benjamin Harvey ilə ailə həyatı qurub.
Hande Mehan
Hande Mehan (22 dekabr 1995, Diyarbəkir) — Türkiyə ifaçısı, bəstəkar, söz yazarı. Universitet illərində tanış olduğu Cem Adrian'ın prodüseri olan Hande musiqi karyerasına "Sen Beni Güzel Hatırla" mahnısı ilə başladı. Mahnı YouTube-da 10 milyon baxışdan çox oldu. 22 dekabr 1995-ci ildə Diyarbəkirdə anadan olan Hande musiqi karyerasına 17 may 2018-ci ildə Youtube-da yayımlanan "Sən məni gözəl xatırla" ilə başlamışdır. Cem Adrian ilə birlikdə ifa etdiyi İlhan Şeşen mahnısı olan "Sən mənim mahnılarım" ilə 16 milyondan çox baxışı olan Hande Cem Adrianın konsertlərində də qonaq olub. 2018-ci ildə Trakya Musiqi Festivalında çıxış edən Hande, "Bizim üçün Çempion" filmi üçün "Oh, bu gözlər kor olsun" mahnısını da ifa etdi. Mahnı 30 dekabr 2018-ci ildə yayımlandı. 15 Avqust 2019-cu ildə Hakan Tunçbilek məsafələr adlı bir tək buraxdı. Tək albom "Sen Beni Güzel Hatırla" (2018) "Benimle Yaşa" (2018) "Dudak Kenarı" (2018) "Adı Yok" (2018) "Kime Veda Ediyorsun?" (2018) "Bu Gece Benimle Kal" (düet.
Hande Yenər
Handə Yenər (12 yanvar 1973, Kadıköy, İstanbul ili) — Türk musiqiçi. Əsl adı Makbulə olan müğənni ilk olaraq geyim mağazasında satıcı olaraq işə başlamışdır. Türkyəli müğənni və aktrisa Hülya Avşarın mağazaya gəlməsi və Handə Yenəri dinləməsi ilə həyatı dəyişir. Hülya Avşar müğənnini Sezen Aksu ilə tanış edir və bundan sonra Handənin sənət dünyasında yolu başlayır. İlk olaraq Sezen Aksunun bek-vokalisti olaraq səhnə almışdır. 31 may 2000-ci ildə "Səndən ibarət" adlı ilk albomu işıq üzü görmüşdür. Albomdakı "Yalanın Batsın" mahnısına ilk klipini təqdim etmişdir. 2000-ci ildə "Altın Kələbək" mükafatını almışdır. 2001-ci ildə "Kral Müzik Ödülləri" mükafatını almışdır. 2003-cü ildə "STAR TV"-də "Hande Yener Show" verlişində aparıcılıq etmişdir.
Handə Yenər
Handə Yenər (12 yanvar 1973, Kadıköy, İstanbul ili) — Türk musiqiçi. Əsl adı Makbulə olan müğənni ilk olaraq geyim mağazasında satıcı olaraq işə başlamışdır. Türkyəli müğənni və aktrisa Hülya Avşarın mağazaya gəlməsi və Handə Yenəri dinləməsi ilə həyatı dəyişir. Hülya Avşar müğənnini Sezen Aksu ilə tanış edir və bundan sonra Handənin sənət dünyasında yolu başlayır. İlk olaraq Sezen Aksunun bek-vokalisti olaraq səhnə almışdır. 31 may 2000-ci ildə "Səndən ibarət" adlı ilk albomu işıq üzü görmüşdür. Albomdakı "Yalanın Batsın" mahnısına ilk klipini təqdim etmişdir. 2000-ci ildə "Altın Kələbək" mükafatını almışdır. 2001-ci ildə "Kral Müzik Ödülləri" mükafatını almışdır. 2003-cü ildə "STAR TV"-də "Hande Yener Show" verlişində aparıcılıq etmişdir.
Handə Ərçəl
Handə Ərçəl (türk. Hande Erçel; d. 24 noyabr 1993) — məşhur türk aktrisası və model. O, Geneşin kızları, Aşk laftan anlamaz, Sən çal qapımı kimi seriallarda rolları ilə tanınır. İllər keçdikcə milli və beynəlxalq tanınmanın artması ilə əlaqədar qazanc əldə etməyi bacarır, və çoxsaylı rəsmi və qeyri-rəsmi mükafatlar alır. 2012, Handə Ərçəl, Miss Turkey tacına layiq görüldü və Miss World Civilization gözəllik festivalında ikinci yerə çıxdı. Handə Ərçəl Çalıkuşu serialında dəstəkçi aktrisa kimi debüt etmişdir. O, Çılgın Dersane Üniversitede digər seriallardada rol almışsdır. O, Hayat ağacı Selen Karahan obrazı ilə Türk dünyasında daha yaxşı tanındı. Güneşin kızlarından Selin Yılmaz rolunu canlandırıb.
Bağ
Bağ (anatomiya)
Ağ Baş
Ağ Baş — Gərnibasar mahalında kənd. Tarixi Qərbi Azərbaycan torpaqları olan, müasir Ermənistan ərazisində bir neçə kənd olmuşdur: Yuxarı Ağ Baş Qəmərli rayonunda (İndi Artaşat r.) kənd. Kəndin digər adı Xaraba Ağ Baş idi. Digər Ağ Baş kəndi (qışlağı) Allahverdi rayonunda (indi: Tumanyan r.) yerləşirdi. Aşağı Ağbaş kəndi də Qəmərli (Artaşat) rayonunda kənd adı olmuşdur. Kəndin indiki adı 1945-ci ildən Arevşatdır. Məlum olduğu kimi qədim türk tayfaları üçün fərqləndirici əlamətlərdən biri onların geyimi olmuşdur. Odur ki, müxtəlif nəsil, soy, tayfa həmin bu geyimin bəzi səciyyəvi əlamətlərinə görə adlandırılmışdır. Yurdumuzun yer adları işərisində belə adlar xüsusi qat təşkil edir. Müqayisə üçün: Ağ Köynək, Sarı Baş, Şişpapaqlı, Qara Donlu, Qara Dolaq, Yekəqurşaqlı, Alabaşlı və s.
Ağ vağ
Ağ vağ (lat. Egretta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Azərbaycanda bağ
Azərbaycan bağları və ya bağçaları — Azərbaycanda tarixi inkişaf yolu keçmiş, müxtəlif tərtibat və elementlərin istifadə olunduğu bağlar. Azərbaycanda bağ həm istirahət üçün istifadə edilir, həm də mədəniyyətdə vacib yer tutur. Azərbaycan şəhər yaşıllığının tarixi konsepti Orta Şərq və Qafqazda mövcud olmuş orta əsrlər bağ mədəniyyətinə gedib çıxır. Buna gülləri olan balaca parklar və meyvə bağları daxildir. Qədim Bakıda yaşıl bağlar daha çox şəxsi məqsədlər üçün salınmışdır. Bəzi ağaclar isə məscid və bazar kimi ictimai yerləri əhatə etmək üçün salınmışdır. Əsas məqsəd isti şəhərdə kölgə yeri yaratmaq və Xəzər küləklərindən qorunmaq idi. Cənubi Qafqaz şəhərlərində yaşıllıqları təşkil etmək üçün çinar ağacı vacib rol oynayırdı. Digər bir rast gəlinən xüsusiyyət isə meyvə bağı kimi təşkil edilən yaşıllıqlar idi. Bu meyvə bağları məhrəm ərazilər idi və çöldən görünmürdü.
BanG Dream!
BanG Dream! (バンドリ, Bandori) — Bushiroad tərəfindən istehsal olunan bir musiqi media franşizi. == İstinadlar == == Xarici keçidlər == bang-dream.com — BanG Dream!
Bang & Olufsen
Bang & Olufsen (B&O) - yüksək səviyyəli səs cihazları, televiziyalar və telefonlar istehsal edən Danimarka şirkəti. Şirkət 1925-ci ildə Peter Banq və Sven Olufsen tərəfindən qurulmuşdur.
Kamal Bani Hani
Kamal Bani Hani (ərəb. كمال الدين بني هاني‎; d. 5 dekabr 1958, İrbid, İordaniya) — İordaniyanın Haşimi Universitetinin prezidenti. Mədə-bağırsaq cərrahıdır. Kamal Bani Hani 5 dekabr 1958-ci ildə İordaniyanın İrbid şəhərində anadan olmuşdur. O, 1984-cü ildə İraqın Bağdad Tibb Universitetinin Kollecini, 1992-ci ildə Birləşmiş Krallıqda Qlazqo Kral Kollecini bitirmişdir. 2002-ci ildə Lids Universitetində doktorluq dərəcəsini almışdır. 2008-ci ilin sentyabrından 2010-cu ilin oktyabrına qədər İordaniya Elm və Texnologiya Universitetinin Tibb fakültəsinin dekanı olmuşdur. 2011-ci ildən İordaniyanın Haşimi Universitetinin prezidentidir.
Bald and Bankrupt
Bald and Bankrupt (azərb. Keçəl və müflis olmuş‎) — Benjamin Riç (ing. Benjamin Rich) və ya Mister Bold (ing. Mr. Bald) kimi tanınan britaniyalı videoblogerin apardığı ingilis və rusdilli yutub kanalı. 2018-ci ilin iyun ayında açılmış kanalda əsasən postsovet məkanı və Hindistan yarımqitəsi ölkələrindən bəhs olunur. 2022-ci ilin mart ayına olan göstəriciyə əsasən 3,48 milyon abunəçiyə və 489 milyon baxışa malikdir. 2019-cu ilin iyul ayında podkast zamanı yutub-bloger PewDiePie bildirib ki, Bald and Bankrupt onun sevimli yutub kanalıdır.
Crash! Boom! Bang!
Crash! Boom! Bang! - Roxette qrupunun beşinci albomudur.
Bağ (Sərdəşt)
Bağ (fars. ‎‎باغ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (52 ailə).
Bağ Bahadıran
Bağ Bahadıran—İranın İsfahan ostanının Lencan şəhristanının Bağ Bahadıran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,808 nəfər və 2,432 ailədən ibarət idi.
Bağ Məlik
Bağ Məlik — İranın Xuzistan ostanının şəhərlərindən və Bağ Məlik şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20844 nəfər və 4025 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Bağ sarılıqotu
Bağ sarılıqotu (lat. Erysimum cheiri) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Bağ (anatomiya)
Bağ — sümükləri digər sümüklərlə birləşdirən lifli birləşdirici toxuma. O, həmçinin articular bağ və ya lifli bağ kimi tanınır. Bədəndəki digər bağlara aşağıdakılar daxildir: Abdominal bağ: peritonun və ya digər membranların bir qatı. Dölün qalıq bağı: dölün boru quruluşunun qalıqları. Periodontal bağ: dişi ətrafdakı alveol sümüyə bağlayan bağlar qrupu. Bağlar vətər və fasyaya bənzəyir, çünki hamısı birləşdirici toxumadan ibarətdir. Aralarındakı fərqlər qurduqları əlaqələr: bağlar bir sümüyü digər sümüyə bağlayır vətərlər əzələləri sümüyə bağlayır fasyalar əzələləri digər əzələlərə bağlayır. Bunların hamısı insan bədəninin skelet sistemində olur. Bağlar adətən təbii yolla bərpa oluna bilməz. Lakin yetkinlərdə periodontal bağa bitişik, periodontal bağın bərpasında iştirak edən periodontal bağ kök hüceyrələridir.
Bağ turizmi
Bağ turizmi və ya çimərlik turizmi — istirahət və ya tətil üçün okean çimərliyinə səyahətin mədəni fenomenidir. Təcrübə XVII–XVIII əsrlərdə İngilis həkimləri tərəfindən təyin edilmiş dənizdə çimməkdən yaranıb və bütün Avropa və Avropa koloniyalarına yayılıb. Əlverişli hava səyahətinin yaranması ilə bütün dünyada dənizkənarı kurortlar müasir turizm hadisəsinə çevrilib. Çimərlik tətilləri müasir turizmin ən erkən formalarından biridir və bütün turizm sənayesinin əsas məhsuludur. Dənizkənarı kurortlar qədim zamanlardan mövcud olub. Roma dövründə İtaliyada Tirren dənizinin sahilində yerləşən Baiae şəhəri kifayət qədər varlı insanlar üçün kurort idi. İtaliyanın şimalındakı Barcola dəbdəbəli Roma villaları ilə qədim dənizkənarı tətil mədəniyyətinin xüsusi nümunəsi hesab olunur. İngiltərənin Esseksindəki Mersi adası Kolçesterdə yaşayan varlı Romalılar üçün dənizkənarı tətil yeri idi. XVI əsrdə Avropada çimərliklər tarixən qorxulu yerlər idi, burada piratçılıq, işğallar və qasırğalar, kral gelgitləri və sunamilər tərəfindən məhv edilməsi gözlənilməz təhlükələr yaradırdı. Dənizkənarı və çimərlik icmalarının əksəriyyəti müntəzəm olaraq fırtınalar və ya piratlıq nəticəsində icma üzvlərini itirən balıqçı kəndləri idi.
Bağ yerində
Bağ yerində qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Əlizadə tərəfindən 2007-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Bakı bağlarından bəhs edir. Film Bakı bağlarından bəhs edir. Bu etnoqrafik filmdə söhbət Bakı bağlarının özünəməxsusluğundan gedir.
Banq Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Aanq
Avatar Aanq (ing. Aang; çin. 安昂, Ān Áng) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialının və Sonuncu hava maqı filminin əsas personajı. Aanq — Avatar və dünyada axırıncı hava maqı. Avatar işıq və sülh ruhudur. Onun təcəssümü olaraq, Aanq dörd ünüsürün maqıdır və onun rolu dörd millət arasında sülhü saxlamaqdır. Aanq personajı Brayan Konietzko əvvəl keçəl başında ox təsvirli kişinin şəklindən başlayıb, sonra isə uçan bizonlu oğlanın şəklinə inkişaf edilib. Maykl Dante DiMartino isə, o zaman Cənub qütbüdə tələyə düşən kəşfiyyatçılar haqqında sənədli film ilə maraqlanırdı və o, bu marağını Konietzkonun şəkilləri ilə birləşdirib: Biz fikirləşdik: "Orada hava oğlanı tək bu su adamları ilə qarlı çölünün duzdağda qalmışlar... Və bəlkə onları od adamları zülm edirlər..." Onların izah etdikləri məzmun nəticədə Avatar: Aanq haqqında əfsanə serialının birinci və ikinci seriyaları olub: su adamları (Katara və Sokka) hava oğlanı (Aanq) xilas edirlər, onlar qarlı çölünün duzdağda qalmışlar (Cənubi Su Tayfası) və onları od adamları zülm edirlər (Od Millətinin qoşunları ilə Zuko). Orijinal konsepsiyada baş personajların yaşı aşağı olmalı idi.