Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elmira Haşımzadə
Elmira Həşimzadə — azərbaycanlı aktrisa. == Həyatı == Elmira Haşımzadə 23 sentyabr 1945-ci ildə Xaçmazda anadan olub. Sumqayıt Kimya və Texnologiya Texnikumunda (1971), M.A.Əliyev adına ADİİ-da təhsil alıb (1971-1976).
Firudin Haşımzadə
Firudin Məmməd Əli oğlu Haşımzadə (7 dekabr 1935, Bakı – 28 sentyabr 2018) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2001). == Həyatı == Firudin Məmməd Əli oğlu Haşımzadə 1935-ci il dekabrın 7-də Bakı şəhərində, Azərbaycanın ilk fiziklərindən biri olan Məmməd Əli Uğur oğlu Haşımzadənin ailəsində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. F. M. Haşımzadə 1962-ci ildə fizika-riyaziyyat elmləri namizədi və 1972-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1974-cü ildə isə professor elmi adını almışdır, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. F. M. Haşımzadə elmi işə Leninqrad (hazırda Sankt-Peterburq) Fizika-Texnika İnstitutunda başlamışdır (1957–1963). 1963-cü ildən ömrünün sonuna qədər AMEA Fizika İnstitutunda işləyib. Aspiranturanı (1957–1960) bitirdikdən sonra kiçik elmi işçi (1961–1963), böyük elmi işçi (1963–1968), "Yarımkeçiricilərin nəzəriyyəsi" laboratoriyasının müdiri (1968–1993), Fizika İnstitutunun direktoru vəzifəsini icra etmiş (1993–2000), "Aşağı ölçülü və nizamsız sistemlər fizikası" probleminin rəhbəri (2002-ci ildən) vəzifəsində çalışmışdır. Baş elmi işçidir. F. M. Haşımzadə "Fizika elmi" jurnalının yaradıcısıdır və bu periodik məcmuənin təşəkkül tapması, yayılması və təkmilləşməsi üçün daim fəaliyyət göstərir. Elmi fəaliyyəti ilə yanaşı o, 30 ildən artıq müddətdə Bakı Dövlət Universitetində nəzəri fizikanın və bərk cisim nəzəriyyəsinin müasir problemlərindən bəhs edən mühazirələr oxumuşdur.
Oqtay Salamzadə
Oqtay Salamzadə (azərb. Oqtay Məmmədhəsən oğlu Salamzadə‎; d.1 sentyabr 1930-cu il — ö. 2 aprel 2012-ci il) — nasir, dramaturq, ilahiyyatçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1963), Jurnalistlər Birliyinin üzvü (1962), Respublika Ziyalılar Cəmiyyətinin fəxri doktoru (2000). == Həyatı == Oqtay Salamzadə 1930-cu il sentyabrın 1-də Füzuli rayonunun Cuvarlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1948-1953-cü illərdə Bakı Dövlət Universitetinin fəlsəfə şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Oqtay Salamzadə əmək fəaliyyətinə komsomol işçisi kimi başlamış, 1953–1959-cu illərdə LKGİ Bakı komitəsinin katibi işləyib. Naşir 1959–1963-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Uşaq və gənclər verilişləri redaksiyasının məsul redaktoru olub. Salamzadə 1963–1974-cü illərdə Azərbaycan Jurnalistlər İttifaqının məsul katibi seçilib.Oqtay Salamzadə 1977–1979-cu illərdə "Müxbir" jurnalı redaksiyasında və "Kitabsevərlər" Cəmiyyətində baş redaktor vəzifəsində çalışıb. Eyni zamanda 1979–1984-cü illərdə "Yazıçı" nəşriyyatında böyük redaktor, 1984–1988-ci illərdə Azərittifaqın "Dostluq" istirahət bazasının direktoru, 1988–1989-cu illərdə Azərbaycan Mədəniyyət Fondunun baş eksperti, 1989–1993-cü illərdə isə "Karvan" ədəbi-bədii toplusunun baş redaktoru vəzifələrində çalışıb.O, 1993-cü ildən ölümünədək Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının sədri, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədr müavini, Hacı Zeynalabdin Tağıyev Xatirə Mərkəzinin prezidenti vəzifələrini icra edib. Bir sıra cəmiyyətlərin fəxri doktoru, mətbu orqanların heyət üzvü olub.Həmçinin Oqtay Salamzadə 1964-cü ildən "Qızıl qələm" və digər media mükafatlarının təsisçisi və təltif komissiyasının sədri olub.
Qəmər Salamzadə
Qəmər Əliqulu qızı Salamzadə (5 may 1908, Naxçıvan – 20 aprel 1994, Bakı) — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist. == Həyatı == Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda maarifçi, teatr xadimi, şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür.Atası 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır. İlk təhsailini Naxçıvanda qız məktəbində alıb. Tiflisdə rus dilində təhsilini davam etdirirb. Atası öləndən sonra isə Naxçıvana qayıdıb. Burada qız məktəbində təhsilini davam etdirib. Həmin illərdə qız məktəbində tamaşaya hazırlanan "Arşin mal alan" musiqili komediyasında dəfələrlə Telli rolunu oynayıb. Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə tamaşalarda və müsamirələrdə iştirak edib.
Rəfael Salamzadə
Rəfael Cabbar oğlu Salamzadə (d. 23 avqust 1942) — Azərbaycanlı operator. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Humay” və “Qızıl çıraq” mükafatları laureatı. == Həyatı == Rəfael Cabbar oğlu Salamzadə 23 avqust 1942-ci ildə Bakıda anadan olmuşdur. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısıdır. == Fəaliyyəti == 1967-ci ildə hərbi xidmətdən sonra “Azərbaycanfilm”ə işıqçı vəzifəsində işləməyə gəlib. Sonralar müxtəlif kinojurnallar üçün (“Sovet Azərbaycanı”, “Gənc nəsil”, “İdman”, “İncəsənət” jurnalları) müstəqil süjetlər çəkib. 1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışan operator 40-dan çox filmin üzərində işləmişdir.Rəfael Salamzadə işlədiyi müddət ərzində Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatını, Qarabağ müharibəsi, 20 Yanvar və meydan hadisələrini, ölkəmizdə baş verən taleyüklü olayları lentə alıb. == Ad və mükafatlar == Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi “Humay” mükafatı “Qızıl çıraq” mükafatı == Filmoqrafiya == === İkinci operator kimi === Şəki heyvandarlıq kompleksi (film, 1975)(qısametrajlı sənədli film) === Operator kimi === Dostların görüşü (film, 1977)(qısametrajlı sənədli film) Azərbaycan SSR (film, 1978)(qısametrajlı sənədli film) Əhalinin siyahıya alınması (film, 1978) (qısametrajlı sənədli film) Qardaşlaşmış...
Salam Salamzadə
Salam Əbdülqasım oğlu Salamzadə (23 fevral (7 mart) 1908, Bakı – 12 may 1997, Bakı) — rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Azərbaycan SSR xalq rəssamı (1982). Salam Salamzadənin Bakı (1959), (1962), (1974), Moskva (1969), (1974) və Kiyev (1974) şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Əsərləri ölkəmizlə yanaşı xarici ölkələrin də muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Rəssam həmçinin, ictimai fəaliyyətlə də məşğul olub, Azərbaycan Milli İncəsənət Muzeyinin və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru vəzifəsində işləyib. Hal-hazırda Salam Salamzadənin 72 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. == Həyatı == Salam Salamzadə 7 mart 1908-ci ildə Bakıda, Əbdülqasım bəylə Xədicə xanımın ailəsində anadan olmuşdur. O 10 yaşında olarkən anası Xədicə xanım vəfat edir. Uşaqlığının kifayət qədər çətin olmasına baxmayaraq, Salam Salamzadə hələ orta məktəbdə oxuyarkən rəsm çəkməyə böyük maraq göstərirdi. Nəticədə 1925-1929-cu illərdə o, ilk peşə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Texnikomunda almağa nail olur. Buradakı müəllimlərinin təlim-tərbiyə metodları gələcəkdə onun fərdi üslubuna dərindən təsir edir.
Zinaxanım Salamzadə
Salamzadə Zinaxanım Qafur qızı — Azərbaycanlı memar, tikinti sahəsində ilk fəxri Azərbaycan SSR Əməkdar İnşaatçısı adını alan azərbaycanlı qadın. == Həyatı == Zinaxanım Salamzadə 21 may 1934-cü ildə Bakının Ramana kəndində anadan olub. Atası Qafur kişi neft mədənində işləyirdi. Anası isə evdar qadın idi. O, orta məktəbi 1952-ci ildə bitirib sənədlərini Azərbaycan Politexnik İnstitutuna verərək inşaat fakültəsinə daxil olub. 1957-ci ildə ali məktəbi bitirib, təyinatla Bakı Baş Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb və 1957-1997-ci illərdə burada çalışaraq böyük uğurlara imza atıb. İşlədiyi illər ərzində adi tikinti ustasından rəhbər vəzifəyədək əmək yolu keçib. Əvvəlcə BBTİ-nin 8 nömrəli tikinti idarəsındə iş ustası vəzifəsinə təyin edilib və 1957-1963-cü illərdə BBTİ-nin 8 nömrəli Tikinti İdarəsində tikinti ustası, iş icraçısı, mühəndis, böyük mühəndis, 1963-1972-ci illərdə Bakı Şəhər Tikinti Trestində mühəndis, böyük mühəndis və istehsalat şöbəsinin rəis müavini vəzifələrində çalışıb. 1972-ci ildə Bakı Baş Tikinti İdarəsinin 11 nömrəli Sosial-Mədəni Tikinti Trestində partiya komitə katibı seçilib. Bu vəzifədə 16 ildən çox — 1988-ci ilə kmi işləyib.
Zülfüqar Baratzadə
Zülfüqar Baratzadə (tam adı: Zülfüqar Yaqub oğlu Baratzadə; 8 iyul 1931 – 11 fevral 1991) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1981). == Həyatı == Baratzadə Zülfüqar Yaqub oğlu 8 iyul 1931-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Əvvəllər Gəncə Dövlət Filarmoniyasında rəqqas olub. 1949-cu ildə Gəncə DDT-nin truppasına daxil olub. Xarakterlər aktyoru idi və təbii, xalq oyun estetikasına əsaslanan yumoru ilə özünə geniş tamaşaçı rəğbəti qazanmışdı. 11 fevral 1991-ci ildə 60 yaşında vəfat etmişdir. == Yaradıcılığı == Aktyorun teatrda əsas rolları: Mindilli, Bərbərzadə ("Nişanlı qız" və "Xoşbəxtlər", Sabit Rəhman), Göyüş, Dəli Domrul, Dinar ("Kişilər", "Dəli Domrul" və "Yadındamı?", Altay Məmmədov), Sərsəri ("Kəllə", Nazim Hikmət"), Çoban ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Balıqçı ("Günəş", Lütfəli Həsənov), Atobba ("Vicdan", Bəxtiyar Vahabzadə), Kamran ("Məhəbbət nişanəsi", Səttar Axundov), Ernardo ("Kələkbaz sevgili", Lope de Veqa), Müşavir ("Səyavuş", Hüseyn Cavid), Əmirqulu, Salman, Camal ("Yaşar", "Nəsrəddin şah" və "Almaz", Cəfər Cabbarlı), Aşıq, Dinar, Şişman ("Kişilər", "Dəli Domrul" və "Yadmdamı?..", Altay Məmmədov), Mustafa ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Möhnət ("Məhsəti Gəncəvi", Kəmalə Ağayeva), Həbəş ("Tü1kü və üzüm", Gilerma Fiqeyredu), Ağa Bəşir ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Nəroğlan ("Qız atası", Əfqan Əsgərov), Vəzir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Nəsrəddin ("Nəsrəddin", Yusif Əzimzadə), Çmqıl ("Adı sənin, dadı mənim", Seyfəddin Dağlı), Effer ("Bura gəlin", Əziz Ne-sin), Haqverdi ("Qatır Məmməd", Zeynal Xəlil), küçə xanən-dəsi ("Üç qəpiklik opera", Bertolt Brext), İppolit ("Həmişə təmizlikdə", Edvard Radzinski və Eldar Ryazanov), Baş senator, Riçard ("Otello" və "111 Riçard", Vilyam Şekspir), kişi ("Qatarlar səhər gedir", Raymond kauqver), İvan Petroviç ("Quduz pullar", Aleksandr Ostrovski), Knyaz ("İki qardaş", Mixail Lermontov), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Mahmud ("Boş barılar", Əhməd İsayev), Eyvaz ("Üçatılan", İlyas Əfəndiyev), Məmmədşəfi ("İtkin gəlin", Əlibala Hacızadə), Kristinoyu ("İctimai rəy", Aurel Baranqa), Prorab ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Qacar ("Vaqif", Səməd Vurğun), Frantişek Abel ("Zəngli saat", Osvald Zaqradnik). == Mükafatları == Azərbaycan SSR əməkdar artisti — 27.12.1971 Azərbaycan SSR Xalq artisti — 24.12.1981 == Filmoqrafiya == Yenilməz batalyon (film, 1965) Yeni evlənənlər (film, 1983) Bəyin oğurlanması (film, 1985) Ölsəm...
Əbdülvahab Salamzadə
Əbdülvahab Salamzadə (16 fevral 1916, Şamaxı – 19 avqust 1983, Bakı) — azərbaycanlı memar, professor (1967), Əməkdar inşaatçı (1960), Əməkdar elm xadimi (1982), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1983). == Həyatı == Əbdülvahab Salamzadə 16 fevral 1916-cı ildə Şamaxıda anadan olmuşdur. Əmək fəaliyyətini 1944–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda davam etdirmişdir. Belə ki, o, 1951-ci ildən Memarlıq və İncəsənət İnstitutunun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1957-ci ildən isə direktor müavini olmuşdur.Ədbülvahab Salamzadə Azərbaycan milli memarlıq tarixini öyrənən ilk alimlərdəndir, Naxçıvan, Şirvan memarlıq məktəblərin öyrənilməsində onun müstəsna xidmətləri olmuşdur, Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi isə bilavasitə akademik Əbdülvahab Salamzadənin xidmətidir.Əbdülvahab Salamzadənin fəaliyyəti təkcə elmi-nəzəri yaradıcılıqla məhdudlaşmırdı. Alim bütün ömrü boyu Azərbaycanın bölgələrini gəzmiş, tarixi abidələrin vəziyyəti ilə tanış olmuş, onların ölçülərinin çıxarılmasında, bərpa eskizlərinin çəkilməsində iştirak etmişdir. O, 1962-ci ildən Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini idi. Tarixi abidələrin bərpa işlərində yaxından iştirak edirdi.Əbdülvahab Salamzadə "Abidələr danışır" (Bakı, 1952), "Azərbaycan memarlıq abidələri" (Bakı, 1958), "Əcəmi Naxçıvani" (Bakı, 1976), "Arazboyu abidələr" (K. Məmmədzadə ilə birgə; Bakı, 1979) və elmə xidmət edəcək bir çox başqalarının müəllifidir. Həmçinin alimin M. Hüseynov və L. Bretanitski ilə birgə hazırladığı "Azərbaycan memarlıq tarixi" adlı fundamental əsəri isə (rus dilində; Moskva, 1963) Azərbaycan milli memarlıq tarixində müstəsna əhəmiyyətə malikdir.Əbdülvahab Salamzadə eyni zamanda Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olmuş, Şuşa, Şəki kimi qədim şəhərlərin şəhərsalma mədəniyyətini tədqiq etmişdir. O, həmçinin Molla Pənah Vaqifin 1982-ci ildə Şuşada açılmış türbəsinin müəllifidir. 1976-cı ildən ASE elmi redaksiya şurasının üzvü kimi fəaliyyət göstərmişdir.Əbdülvahab Salamzadə 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Əlirza Bayramzadə
Əlirza Baxşəli oğlu Bayramzadə (18 mart 1911, Bakı – 1 avqust 1963, Bakı) — Azərbaycan-sovet energetiki, dövlət xadimi, Azərbaycan SSR naziri (1962–1963), Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Energetika və Elektrikləşdirmə İdarəsinin rəisi. == Həyatı == Əlirza Baxşəli oğlu Bayramzadə 1911-ci il mart ayının 18-də Bakının Binə kəndində anadan olub. 1920-ci ildə kənd məktəbinə, 1927-ci ildə Bakı Sənaye Texnikumuna daxil olub və 1932-ci ildə həmin texnikumu bitirib. Elektrik quraşdırma sexində əmək fəaliyyətinə başlayıb. 1932–1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra mədənlərdə elektrotexnik, dispetçer, "Azenerji"də mühəndis işləyib. Əlirza Bayramzadə 1941-ci ildə "Qırmızı Ulduz" Dövlət Rayon Elektrik Stansiyasının (1 saylı "Bakı" İstilik Elektrik Mərkəzi) baş mühəndisi təyin olunmuşdur. 1958-ci ildə "Azenerji"nin rəisi olub. O, "Şimal" Dövlət Rayon Elektrik Stansiyası, "Mingəçevir" Su Elektrik Stansiyası, "Sumqayıt" İstilik Elektrik Stansiyası və "Əli Bayramlı" Dövlət Rayon Elektrik Stansiyasının tikintisində iştirak etmişdir. 1955-ci ildə texniki elmlər alim adı almaq üçün dissertasiya müdafiə etmişdir.
Ərtegin Salamzadə
Salamzadə Ərtegin Əbdül Vahab oğlu — Sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (30.06.2014)., Azərbaycan Dizaynerlər İttifaqının üzvü. == Həyatı == Ərtegin Salamzadə 1987-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Təsviri sənət tarixi və nəzəriyyəsi» bölməsini bitirmişdir. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışır. 1992-ci ildə Bakıda namizədlik, 2002-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. Sənətşünaslıq üzrə elmlər doktoru, professordur. 1996-2010-cu illərdə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmiş, 2010-cu ildən İnstitutun direktorudur. 2010-cu ildən etibarən eyni zamanda İnstitutun «Təsviri və dekorativ-tətbiqi sənətləri» şöbəsinə rəhbərlik edir. 2010-cu ildən «İncəsənət və mədəniyyət problemləri» Beynəlxalq elmi jurnalının baş redaktorudur. 2009-cu ildə Memarlıq və İncəsənət üzrə Respublika Problem Şurasının sədri təyin edilmişdir. Hal-hazırda Azərbaycan Memarlıq-İnşaat Universitetinin «Dizayn» kafedrasının professorudur.
Anar Qarazadə
Anar Vidadi oğlu Qarazadə (24 aprel 1996, Nərimankənd, Biləsuvar rayonu – 4 avqust 2014, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı yaralansada, bir gün sonra şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Anar Qarazadə 24 aprel 1996-cı ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Anar Qarazadə 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı ağır yaralandı və avqustun 4-ü Silahlı Qüvvələrin Baş Klinik Hospitalında şəhid olub. Elə avqustun 4-ü isə Anar Qarazadə doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qarazadə uğrunda şəhid olduğu torpağa tapşırıldı. Anar Qarazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Malik Qarazadə
Malik Qarazadə (1939) — şərqşünas alim. == Həyatı == Malik Qarazadə 1939-cu ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Dindar bir ailədə böyümüş Malik Qarazadə uşaq yaşlarından ərəb, fars dillərinə, klassik Şərq ədəbiyyatına, Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığına böyük maraq göstərmiş, müqəddəs kitabımız Quranı öyrənməyə başlamışdır. Dinimizə və onun açarı olan ərəb dilinə böyük sevgi Maliki BDU-nun (o zamankı Azərbaycan Dövlət Universiteti) şərqşünaslıq fakültəsinə gətirmişdir. Malik Qarazadə 1957-ci ildə BDU-nun şərqşünaslıq fakültəsinın nəzdində yenicə təşkil edilmiş ərəb şöbəsinə daxil olmuş, 1961-ci ildə oranı vaxtından əvvəl fərqlənmə diplomu ilə bitirmiş və elə həmin ildə ərəb dili kafedrasına müəllim təyin olunmuşdur. M.Qarazadə 1962-ci ilin yanvarından dekabr ayınadək Bağdad Universitetində təcrübə keçmiş, vətənə qayıtdıqdan sonra BDU-da pedaqoji fəaliyyətini davam etdirmişdir. O, ərəb dili kafedrasında çalışdığı müddət ərzində bir neçə dəfə ərəb ölkələrində, o cümlədən Suriyada, İraqda və Yəməndə qısa və uzunmüddətli ezamiyyətlərdə olmuşdur. Pedaqoji fəaliyyətlə elmi yaradıcılığı üzvi surətdə birləşdirən Malik Qarazadə 1989-cu ildə Gürcüstanın paytaxtı Tbilisidə “Müasir ərəb ədəbi dilində söz sırası” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüş, 1991-ci ildə dosent elmi adını almışdır. Malik müəllim 1995-ci ilin dekabr ayında BDU-nun ilahiyyat fakültəsinın nəzdində təşkil olunmuş dillər kafedrasının müdiri vəzifəsinə seçilmiş və 2008-ci ilin yanvar ayına qədər, daha dəqiq desək, ömrünün sonunadək həmin vəzifədə çalışmışdır. Qırx ildən artıq elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş Malik Qarazadə bu müddət ərzində yüzlərlə ərəbşünas yetişdirməklə yanaşı, bir sıra kitab, dərslik, dərs vəsaiti və s.
Nicat Qarazadə
Nicat Malik oğlu Qarazadə (24 oktyabr 2002; Zəngələ, Yardımlı rayonu, Azərbaycan — 16 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Nicat Qarazadə 24 oktyabr 2002-ci ildə Yardımlı rayonunun Zəngələ kəndində anadan olmuşdur. Ailəsi ilə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində məskunlaşmışdır. 2008-2019-cu illərdə Abşeron rayon Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Nicat Qarazadə 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Sonra isə Xüsusi Təyinatlı Qüvvələrin kursundan keçərək burada müddətdən artıq hərbi xidmət edən Nicat Qarazadə 2022-ci ilin martından Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir.
Bayramzadə Zəkəriya Əfəndi
Bayramzadə Zəkəriya Əfəndi (1514, Ankara – 11 iyul 1593, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == 1514-cü ildə Ankarada dünyaya gəlmişdir. Atası əslən Ankaradan olan Bayram Əfəndidir. İlk təhsilini burada aldıqdan sonra İstanbula gələrək Sahn-ı Səman müdərrisi Ərəbzadə Əbdülbaki Əfəndidən və Malul Əmir Əfəndidən dərslər aldı. 1543-cü ildə Əmir Əfəndi ikinci dəfə Misir qazısı seçildi və tələbəsi Zəkəriya Əfəndi də onunla birlikdə Qahirəyə getdi. Əmir Əfəndinin Anadolu qazısı seçilməsinin ardından təhsilini bitirdi. İlk rəsmi vəzifəsi isə Bursadakı Həmzə bəy mədrəsəsində müdərrislik oldu. O illərdə Bursa qazısı olan Qaraçələbizadənin tövsiyəsilə I Süleymanın Naxçıvan Səfərinə (1553–1555) qatıldı. Səfərin ardından Bursada müdərrisliyə davam etdi. 13 dekabr 1565-ci illərdə Atik Əli Paşa mədrəsəsinə imtahan verərək müdərrisliyə qəbul edildi.
Hüsamzadə Əbdürrəhman Əfəndi
Hüsamzadə Əbdürrəhman Əfəndi (d. 1594 — ö. sentyabr 1670) — Osmanlı alimi, müdərrisi, qazısı və şeyxülislamı. == Həyatı == İstanbul qazısı Qoca Hüsam Əfəndinin oğlu olaraq 1594-cü ildə İstanbulda dünyaya gəlmişdir. Mədrəsə təhsilini tamamlayaraq Şeyxülislam Xocazadə Mehmed Əfəndidən məzun olmuş, daha sonra atasıyla birlikdə Misir, Qüds və Mədinəyə gedrək burada bir çox alimlərdən dərslər aldı. Anadoluya döndükdən sonra isə ard-arda Sahn-ı Səman, Aya Sofya və Süleymaniyyə mədrəsələrində müdərris olaraq çalışdı. Daha sonra 1640–1645-ci illərdə Hələb, Dəməşq və İstanbul qazılığına gətirildi. 1649-cu ildə Anadolu başqazılığına gətirilsə də, bir il sonra vəzifədən alındı və təqaüdə çıxarıldı. 1652-ci ildə Rumeli başqazılığına gətirildi, ancaq bir il sonra bu vəzifəsindən də azad edildi. İbşir Mustafa Paşanın üsyançıların tələbi ilə edamından sonra 11 may 1655 tarixində paşanın tərəfini tutan Şeyxülislam Əbu Səid Mehmed Əfəndinin yerinə şeyxülislam seçildi.
Məmməd Əli Haşımzadə
Məmməd Əli Uğurlu oğlu Haşımzadə (1906-1980) — Azərbaycanın ilk fizik və astronomlarından biri, fizika-riyaziyyat elmləri namizədi, professor. == Həyatı == Məmməd Əli Uğurlu oğlu Haşımzadə 1906-cı ildə indiki Qəbələ rayonunun Zarağan kəndində anadan olmuşdur. 1921-ci ildə ibtidai məktəbi bitirdikdən sonra təhsilini Ağdaşda davam etdirmişdir. 1925-ci ildə Bakıda Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuşdur. 1927-ci ildə həmin institut Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdiyindən Məmməd Əli Haşımzadə Azərbaycan Dövlət Universitetinin Pedaqoji Fakültəsinin təbiyyat-riyaziyyat bölməsinə keçirilmişdir. O, 1930-cu ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Quba pedaqoji texnikumunda işləməyə başlamışdır. 1933-1936-cı illərdə Azərbaycan Dövlət Tibb institutunda fizika kafedrasında assistent, 1936-cı ildən 1944-cü ilə qədər bu kafedrada dosent vəzifəsində çalışmışdır. 1944-cü ildən 1946-cı ilə kimi Azərbaycan Dövlət Tibb institutunda fizika kafedrasına rəhbərlik etmiş və bununla yanaşı Azərbaycan SSR Elmlər Akademiyasının Fizika institutunda fəaliyyət göstərmişdir. 1947-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutu ilə Riyaziyyat Sektoru birləşdirilərək Fizika və Riyaziyyat İnstitutu yaradıldığından sonra orada 1952-ci ilədək böyük elmi işçi vəzifəsində çalışmışdır. 1953-cü ildə Fizika-Riyaziyyat İnstitutu nəzdində Şamaxı astronomiya ekspedisiyası təşkil edilmiş və M.U.Haşımzadə ekspedisiyanın rəis müavini təyin olmuşdur.