Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qambit
Qambit (komiks) — ABŞ-nin Marvel Comics nəşriyyatı tərəfindən yaradılan İks-adamlar personajı. Qambit (şahmat) — Şahmat termini.
Cambi
Cambi İndoneziya əyalətidir. Mərkəzi Sumatranın şərq sahilində yerləşir və qərbdə Barisan dağlarına qədər uzanır. Paytaxtı və ən böyük şəhəri Cambidir. Vilayətin 50,058 km² ərazisi və 2010-cu il siyahıyaalmasına görə 3.092.226 nəfər əhalisi var. 2014-cü ilin yanvar ayına qədər bu rəqəm 3,412,459-a çatdı.
Bulbophyllum lambii
Bulbophyllum lambii (lat. Bulbophyllum lambii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Euphorbia lambii
II Kambis
II Kambiz (qədim farsca. Камбӯджия; e.ə. 559, Ekbatan – e.ə. 522, Ekbatan) — E.ə. 530-522-ci illərdə Əhəmənilər hökmdarı. E.ə. 525-522-ci illərdə Misir fironu. II Kirin böyük oğlu. == Misirin fəthi == II Kir massagetlərlə döyüşdə həlak olduqdan (e.ə. 530) onun oğlu II Kambiz Əhəməni taxt-tacına sahib oldu.
II Kambiz

Jasminum sambac
Ərəb jasmini (lat. Jasminum sambac) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub və Cənub-şərqi Asiyanın yerli bitkilərindəndir. Filippinin milli gülüdür və orada "sampaguita" adlanır. Həmçinin, İndoneziyanın üç milli gülündən biridir və orada "melati putih" kimi tanınır. == Botaniki təsviri == Cəlbedici və şirincəsinə ətirli gülləri üçün geniş şəkildə becərilir. == Ekologiyası == == Azərbaycanda yayılması == == İstifadəsi == Gülləri ətriyyat və çay hazırlanması üçün istifadə olunur. == Ədəbiyyat == Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Qambit (komiks)
Qambit (ing. Gambit) — ABŞ-nin Marvel Comics nəşriyyatı tərəfindən yaradılan İks-adamlar personajı. Kris Klermont və Cim Li tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar"nin 266-cı sayında (avqust, 1990) görünmüşüdür. IGN Qambiti "Bütün dövrlərin ən yaxşı komiks personajları" siyahısında 64-cü yerdə göstərmişdir. 2013-cü ildə isə ComicsAlliance-nin "50 ən cazibədar kişi komiks personajı" siyahısında 4-cü yeri tutmuşdur. == Nəşr olunma tarixi == Qambit ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 266-cı sayında (avqust, 1990) görünmüş və Mayk Kollins tərəfindən təsvir edilmişdir. Amma bundan əvvəl "İllik Əsrarəngiz İks-adamlar" komiksinin 14-cü sayında (iyul, 1990) kameo görüntüsü peyda olmuşdu. Qambit "Əsrarəngiz İks-adamlar" komiksində komandanın 281-ci sayda dağılmasına qədər bir çox dəfə yer almışdır. Bundan sonra Qambit İks-adamlar komandasına qoşulmuşdur. "X-treme İks-adamlar" komiksinin 5-ci buraxılışında da peyda olmuşdur.
Qambit (personaj)

Qambit (şahmat)
Qambit — Şahmat termini Tərəflərdən birinin (daha çox ağlar) mərkəzdə piyadaların inkişafını sürətləndirmək və ya piyada üstünlüyünə nail olmaq üçün maddi üstünlüyü (adətən piyadalar hesabına) qurban verdikləri debütlərin adı.
Bambi effekti
Bambi effekti – maral kimi sevimli heyvanların öldürülməsinə etiraz edən, ancaq donuz kimi daha az sevimli qəbul olunan heyvanların öldürülməsini və ya əzab çəkmələrinə daha neytral yanaşan psixoloji fenomen. 1942-ci ildə çəkilmiş Bambi cizgi filminə əsaslanır.
Pambıq
Pambıq — pambıq kolundan ( Gossypium ) yığılan liflər toplumu. Becərilməsinə ilk dəfə Hindistanda başlanılmışdır. Hindlilər pambıqdan möhkəm, eyni zamanda elə nazik parça toxuyurdular ki, ondan tikilmiş don balaca üzükdən keçirilə bilirdi. Yetişərkən koldakı qutucuq açılır. Onun içindəki liflər əl və ya xüsusi maşınlarla yığılaraq pambıq məntəqələrinə toplanır və oradan pambıq zavodlarına daşınaraq liflər toxumlardan ayrılır. Uzun liflər: 20–25 mm ayrılaraq parça toxunmasına istifadə edilir. Kiçik liflər isə tibb üçün və partlayıcı maddələrin hazırlanmasında istifadə edilir. == Mənbə == Узбекский центр сертификации хлопкового волокна «SIFAT» Arxivləşdirilib 2019-10-18 at the Wayback Machine Русское Хлопковое Сообщество Arxivləşdirilib 2021-03-05 at the Wayback Machine Виды хлопка и материала из него Хлопковая одиссея — статья из № 25/1999 газеты «География» издательского дома «Первое сентября». Мировой рынок хлопка — обзор состояния и перспектив мирового рынка хлопка.
Arnolfo Di Kambio
Arnolfo Di Kambio (it. Arnolfo di Cambio; təq. 1240[…], Kolle di Val d'Elsa, Toskana – təq. 8 mart 1302, Florensiya) — italyan heykəltəraşı və memarı. == Həyatı == Bolonyadakı San-Domeniko kilsəsində müqəddəs Dominikin sarkofaqı və Siena baş kilsəsinin kafedrasının yaradılmasında Pizanonun köməkçisi və ehtimal ki, şagirdi olmuşdur. Antik irsə böyük marağı da Pizanodan əxz etmişdir. Romada 1277-ci ildən, 1294-cü və ya 1296-cı ildən sonra Florensiyada işləmişdir. Qədim Roma heykəltəraşlığı ənənələrini fransız qotikasının təsiri ilə birləşdirərək, özünün əzəmətli — epik obrazlarında italyan Protorenesansı plastikasının əsasını qoymuşdur. Perucadakı fəvvarə üçün fiqurlar, kardinal Qiyom de Breyin və kardinal Annibaldinin, papa VIII Bonifatsinin mərmər sərdabələri, Vatikandakı Müqəddəs Pyotr baş kilsəsindəki Müqəddəs Pyotrun tunc heykəli, Florensiya baş kilsəsinin fasadındakı fiqurlar onun ən mühüm əsərlərindəndir. Memar kimi Florensiyada işləmiş, baş kilsənin yenidən qurulmasında, Badia abbatlığı və Santa-Kroçe kilsələrinin inşasında və ehtimal ki, həmçinin Palasso Vekkyonun tikintisində də iştirak etmişdir.
Riçard Haynd Kembic
Riçard Haynd Kembic (ing. Richard Hind Cambage; 7 noyabr 1859, Yeni Cənubi Uels – 28 noyabr 1928, Sidney) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Riçard Haynd Kembic akasiya və evkalipt üzrə ixtisaslaşmışdır. == Əsərləri == Cambage, R.H. Notes on the botany of the interior of New South Wales. — Sydney, 1903. — 133 p. == Şərəfinə adlandırılmış taksonlar == Acacia cambagei R.T.Baker, 1900 Şablon:Bt-latrlatazus Kunzea cambagei Maiden & Betche, 1913 Loranthus cambagei Blakely, 1923 [≡ Amyema cambagei (Blakely) Danser, 1929] Pultenaea cambagei Maiden & Betche, 1908 [≡ Almaleea cambagei (Maiden & Betche) Şablon:Crisp & P.H.Weston, 1991] == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [англ.]. — Ed. 2. — Königstein, 1995.
Dolores Ambriç
Dolores Ceyn Ambriç — Coan Roulinqin yazdığı Harri Potter kitab seriyasındakı xəyali bir obraz. Obraz, beşinci roman Harri Potter və Simurq Ordeninin əsas düşmənlərindən biridir və Sehrbazlıq Dünyasına Lord Voldemortun dönüşünü bildirən Harri Potter və Albus Dambldordan ələ almaq üçün Sehr Nazirliyi tərəfindən Hoqvartsa yerləşdirildi. Hoqvartsda olanda Ambriç güc qazanır və məktəbi kontrol etmək məqsədilə Sehr Nazirliyi tərəfindən "Yüksək Vəkil" olaraq atanır. Qaranlıq Sənətlərə Qarşı Müdafiə müəllimi olaraq atanmasına rəğmən, Ambriç bu haqda praktik şeylər öyrətməyi rədd edər və bu da tələbələrin özlərini necə müdafiə edəcəklərini öyrənmələri üçün Dambldorun Ordusunun qurulmasına yol açar. Ambirç, çox vaxt ən alçaqlıq və nifrət edilən obrazlardan biri olaraq görünür və seriyanın ən yaxşı pis obrazlardan biri olaraq qəbul edilir. Ambriç, Harri Potter və Simurq Ordeni və Harri Potter və Ölüm Hədiyyələri I Hissədə İmelda Staunton tərəfindən canlandırılmışdır. == Bioqrafiyası == Dolores Ceyn Ambriç, Sehrbaz bir ata və Maql bir ananın qızları olaraq dünyaya gəldi. Daha sonra Kuklaçı olan kişik bir qardaşı oldu. Atasının təsiri altında, Dolores sehrli olmayan bacarıqlarına görə anasını və qardaşını alçaldaraq böyüdü. Hoqvarts Cadugərlik və Sehrbazlıq Məktəbində Slizerin Binasına seçildi və heçbir zaman liderlik mövqeyini ala bilmədiyindən məktəbdəki vaxtını boşa keçirdiyini düşündü.
Jambıl Kukeyev
Jambıl Kukeyev (qaz. Жамбыл Көкеев; rus. Жамбыл Кукеев; 20 sentyabr 1988) — Qazaxıstan futbolçusu. == Karyerası == === Klub karyerası === Karyerasına Çesna klubunda başlayıb. Daha sonra müxtəlif vaxtlarda Jeleznodorojnik, Astana, Rahat, Almatı klublarında çıxış edib. 2008-ci ildən Lokomotivin şərəfini qoruyur. 2006-cı ildə Qazaxıstan çempionu olub. 2008-ci ildə isə Qazaxıstan çempionatının ən yaxşı gənc futbolçusu adını qazanıb. Kukeyev Lokomotivi tərk etmək istəyir. Çünki gənc futbolçunun komandanın baş məşqçisi Sergey Yuranla münasibətləri istənilən səviyyədə deyil.
Jambıl Kukuyev

Kaybiç rayonu
Kaybiç rayonu (tatar. Кайбыч муниципаль районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın qərbində yerləşir. İnzibati mərkəzi Böyük Kaybiç kəndidir. == Coğrafiyası == Respublikanın Zelenodol, Yuxarı Oslan, Apas rayonları və Çuvaşıstan (Urmarski, Yantikovski, Kanaşski, Komsomolski, Yalçikski rayonları) ilə həmsərhəddir. Ən böyük çay Sviyaqadır. Ümumi uzunluğu 30 km-dən çox olan digər böyük çaylar (Sviyaqa hövzəsi): Bunya, Birlya, Uryum, Biya, Çeremşan, İmelli, Al. Sviyaqanın sağ sahilində Müqəddəs Qeorqe dağları yerləşir. Hazırda bölgədə neft yataqları bağlı kəşfiyyat işləri aparılır. == Tarixi == 1920-ci ilə qədər rayon Sviyajsk və Təteş qəzalarına, 1920-1927-ci illərdə yalnız Sviyajsk kantonuna aid idi.
Kruz Halbiç
Pambıq (bitki)
Pambıq kolu (lat. Gossypium) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var. Pambıq Azərbaycanda "ağ qızıl" adlanır. Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110–145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500–3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30–35% lif alınır.
Pambıq işi
Pambıq işi (rus. хлопковое дело, özb. paxta ishi) və ya özbək işi (rus. узбекское дело, özb. o'zbek ishi) — Şərəf Rəşidovun rəhbərliyi altında olan Özbəkistan SSR-də və həmçinin SSRİ-n başqa yerlərində 70-ci illərin axırında və 80-ci illərində araşdırılan korrupsiya və iqtisadi sui-istifadələr ilə bağlı bir sıra cinayət işləri. == Arxa plan == Leonid Brejnevin SSRİ-n Baş Katibi olduğu dövründə korrupsiya adi hal idi. Amma, hətta o dövrün standartlarına görə, Özbək SSR-dəki korrupsiyanın səviyyəsi çox yüksək dərəcəyə çatmışdı. XX əsrin ortasında Mərkəzi Asiya Respublikaları və özəlliklə Özbəkistan, əsas hissəsi RSFSR-in Avropa hissəsində yerləşən SSRİ-n yüngül sənayəsi üçün xammal olan pambıq isehsalın mərkəzinə çevirmiş. 70-ci illərin əvvəlində artıq Özbəkistanın bütün əkilə bilən torpaqları pambıqçılıq üçün işlənilirdi. Mərkəzi Asiyada artıq yığılan pambığın miqyasını artmaq mümkünsüz idi, amma eyni zamanda, SSRİ-n dövlət planı (pambığın idxalının qarşısını almaq üçün) hər beşillik Özbəkistan və başqa Mərkəzi Asiya Respublikalarının pambıqçılığı üçün artıq onsuz da qeyri-realistik hədəfləri şişirdirdi.
Pambıq kolu
Pambıq kolu (lat. Gossypium) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var. Pambıq Azərbaycanda "ağ qızıl" adlanır. Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110–145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500–3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30–35% lif alınır.
Pambıq mənənələri
Pambıq mənənələri — əsl mənənələr fəsiləsindən cücülər. Pambığa ən çox zərər vuran bostan və ya pambıq mənənəsidir (Aphis gossypii). Qanadsız dişilərin bədəni yumurtavarı olub uzunluğu 1,25–2,1 mm, rəngi sarı, yaxud yaşıl və şirə borucuqları qaradır. Polifaqdır. Təpə tumurcuğunun və yarpağın şirəsini sorur. Erkən yazda partenogenez yolla çoxalır. Bir mövsümdə 20-dək nəsil verir. Dişi fərdlər 20–60-dək sürfə qoyur. Pambığa, həmçinin yonca, yaxud akasiya mənənəsi (Aphis laburni), böyük pambıq mənənəsi (Acyrthosiphon gossypii) də zərər verir. Pambıq mənənələrinə qarşı profilaktik, bioloji və kimyəvi mübarizə aparılır.
Pambıq sovkası
Pambıq yağı
Pambıq yağı — pambıq toxumundan (çiyiddən) presləmə və ya eksqraksiya üsulu ilə alınan alifatik yağ. Çox işlədilən bitki yağlarındandır. Pambıq yağının keyfiyyəti və rəngi tərkibindəki qossipol piqmentindən asılıdır. Təmizlənməmiş pambıq yağı qırmızı-qonur, bəzən qaramtıl rəngdə, spesifik iyli, acıtəhər, təmizlənmişi isə, samanı-sarı rəngdə mayedir. Tərkibi və xassələri pambığın çeşidi, bitdiyi ərazi və becərilmə şəraitindən asılıdır. Onda alifatik turşulardan 40–48% linol, 30–35% olein, 20–22% palmitin, 2%-ə qədər stearin, 1,3% araxin, 0,3–0,4% miristin turşusu olur. Əlif isteh-salında, təmizlənmişi isə xörəkdə, konserv, marqarin, bəzi yağ çeşidləri və s. hazırlanmasında işlədilir. Azərbaycanda hər il min tonlarla pambıq yağı istehsal edilir.
Sambın Qonçiksumla
Sambın Qonçiksumla (monq. Сэмбийн Гончигсумлаа; 18 fevral 1919, Bayanxonqor[d] – 25 noyabr 1991, Ulan-Bator) — Monqolustan bəstəkarı və dirijoru. == Həyatı == Sambın Qonçiksumla 18 fevral 1919-cu il tarixində Monqolustanın Bayanxonqor şəhərində anadan olmuşdur. O, Ulan-Bator və İrkutsk şəhərlərində təhsil almışdır. Təhsilini tamamladıqdan sonra Qonçiksumla Monqolustanda tərcüməçi, müəllim və baytar olaraq çalışmışdır. O, 1943–1950-ci illərdə Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq və dirijorluq ixtisası üzrə təhsil almışdır. Qonçiksumla 1960-cı ilə qədər Ulan-Bator Dövlət Musiqili Teatrının dirijoru olmuşdur. Bir neçə opera və balet, simfoniya, fortepiano əsərləri və mahnıların müəllifidir. Sambın Qonçiksumla 25 fevral 1991-ci il tarixində, 72 yaşında Ulan-Bator şəhərində vəfat etmişdir.
Pambıq (dəqiqləşdirmə)
Pambıq
Pambıq istiqrazlar
Pambıq istiqrazlar — Amerika Vətəndaş Müharibəsi zamanı Amerika Konfederativ Ştatları hökuməti tərəfindən verilmiş 7 faizlik kupon və 20 illik ödəmə müddəti olan sertifikatlar. == Tarixi == AKŞ-nın rəsmi valyutası olan konfederasiya dollarına beynəlxalq bazarlarda böyük tələbat yox idi, dünyanın siyasi xəritəsində hələ özünü təsdiq etməmiş bir ölkənin pulunu tanımaq kifayət qədər riskli idi. Hərbi xərclər böyük xərclərə səbəb oldu, onların amortizasiyasına səbəb olan intensiv pul emissiyasına başlamaq lazım idi. Konfederasiya dövlətlərindən demək olar ki, bütün qızıl hərbi alışların ödənilməsi üçün Avropaya ixrac edildi və cənub əyalətlərinin regional hakimiyyətləri müstəqil olaraq öz əlavə valyutalarını buraxdılar ki, bu da yalnız inflyasiyanı sürətləndirdi. Fransadakı Konfederasiya hökumətinin əmri ilə “Emile Erlanger & Co” şirkəti Konfederasiyaların əsas məhsulu olan pambıqla təmin edilmiş “pambıq istiqrazları” adlanan kağızları çap edib dövriyyəyə buraxdı. İstiqrazlar pambığa müharibədən əvvəl bir funt sterlinq qiyməti ilə dəyişdirilirdi və əvvəlcə Amsterdam və London birjalarında tələbat var idi. Konfederasiya ordusunun bir sıra məğlubiyyətlərinə baxmayaraq, istiqrazlar uzun müddət yüksək tempi saxladı: müharibə dövründə pambığa artan iqtisadi tələbat onun bahalaşmasına səbəb oldu. Konfederasiya qoşunları döyüşlərdə məğlub oldular, lakin pambıq bahalaşdı, istiqrazlar da bahalaşdı: 1863-cü ilin dekabrından 1864-cü ilin sentyabrına qədər onların qiyməti iki dəfə artdı. Hətta Britaniyanın siyasi elitası da daim yüksələn istiqrazları almaq istəyinə müqavimət göstərə bilmədi; alıcılar arasında gələcək baş nazir Uilyam Qladstoun və Britaniyanın TIMES qəzetinin baş redaktoru Con Delan da var idi. Konfederasiya hökuməti Avropanın böyük maliyyəçiləri olan Rotşildlərə pambıq istiqrazları almağa başlayacaqları ümidi ilə yaxınlaşdı, lakin Rotşildlər pullarını onlara yatırmadılar.
İer-syur-Ambi
İer-sür-Ambi (fr. Hières-sur-Amby) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38190. Kommunanın 2006-cı il üçün əhalisi 1153 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 193 ilə 429 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 36 km şərqdə, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
İer-sür-Ambi