Kaybiç rayonu (tatar. Кайбыч муниципаль районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın qərbində yerləşir.
Kaybiç rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
55°23′ şm. e. 48°06′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 19 aprel 1991 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati mərkəzi Böyük Kaybiç kəndidir.
Respublikanın Zelenodol, Yuxarı Oslan, Apas rayonları və Çuvaşıstan (Urmarski, Yantikovski, Kanaşski, Komsomolski, Yalçikski rayonları) ilə həmsərhəddir.
Ən böyük çay Sviyaqadır. Ümumi uzunluğu 30 km-dən çox olan digər böyük çaylar (Sviyaqa hövzəsi): Bunya, Birlya, Uryum, Biya, Çeremşan, İmelli, Al.
Sviyaqanın sağ sahilində Müqəddəs Qeorqe dağları yerləşir.
Hazırda bölgədə neft yataqları bağlı kəşfiyyat işləri aparılır.
1920-ci ilə qədər rayon Sviyajsk və Təteş qəzalarına, 1920-1927-ci illərdə yalnız Sviyajsk kantonuna aid idi.
14 fevral 1927-ci ildə mərkəzi Ulyankovo kəndi olan Ulyanovsk rayonu qurulur. 1927-ci il avqustun 1-dən etibarən rayon mərkəzi Böyük Kaybiç kəndinə köçürülür və rayon Kaybiç adlandırılır.
17 may 1956-cı ildə Podberezinski rayonu ləğv edilir və ərazisi Kaybiç rayonuna verilir.
4 yanvar 1963-cü ildə Kaybiç rayonu ləğv edildi və ərazisi Apas rayonuna birləşdirilir.
19 aprel 1991-ci ildə Kaybiç rayonu yenidən bərpa edilir[2].
2011-ci ilin əvvəlinə olan məlumata görə rayon əhalisi 14 min 866 nəfər olmuşdur.
Milli tərkib: tatarlar 67,7%, ruslar 26,2%, çuvaşlar 5.3%.
19 mart 2012-ci ilə qədər rayon rəhbəri Zavdat Rəşitoviç Qaffarov olmuşdur[3].
Rayon sənayesi müəssisələri ilə təmsil olunur:
"Kaybiç meşə təsərrüfatı" dövlət müəssisəsi;
Kaybiç Balıqçılıq ASC;
“Kaibiçaqroximservis” ASC;
Kaybiç raipo;
Kulanqinski kərə yağı və süd fabriki ("Vamin Tatarıstan" ASC-nin filialı);
"Kulanqinski taxıl tədarük müəssisə" ASC.
bitkiçilik;
ət və südlü heyvandarlıq;
donuzçuluq;
qoyunçuluq.
Ərazidə yazlıq buğda, qışlıq çovdar, arpa, yulaf, qarabaşaq yarması və noxud becərilir.
Böyük kənd təsərrüfatı qurumları:
Agrofirm "Qızıl qulaq",
Agrofirm "Kubnya";
Qızıl Niva MMC.
Rayonda "Kaybiç Tannarı" qəzeti tatar dilində nəşr olunur.