Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmamqulu
İmamqulu — kişi adı. İmamın qulu mənasını ifadə edir. İmamqulu xan Əfşar — Urmiyanın xanı. İmamqulu xan Qacar — Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. İmamqulu xan Undiladze — Fars bəylərbəyi. İmamqulu mirzə Qovanlı-Qacar — İran şahzadəsi. İmamqulu xan Türkman — Səfəvilər dövlətinin Rusiyaya göndərilən elçisi. İmamqulu Nəzərəli oğlu — Orta əsrlərdə Naxçıvanda görkəmli sənətkar. Usta İmamqulu Qarabaği — memar.
İmamqulu xan
İmamqulu xan Undiladze
İmamqulu Nəzərəli oğlu
İmamqulu Nəzərəli oğlu (XVII əsrin sonu—XVIII əsr) — Orta əsrlərdə Naxçıvanda görkəmli sənətkar kimi yetişən və əhali arasında memar kimi tanınan ustalardan biri də İmamqulu Nəzərəli oğlu olmuşdur. Bu görkəmli memarın adı XX yüzilliyin 80-ci illərində Əlincəçay sahilindəki Şeyx Xorasan xanəgahında bərpa işləri aparılarkən aşkar edilmiş inşaat kitabəsi (şəkil 104) vasitəsilə elmə məlum olmuşdur. Hicri 1141-ci ilə (miladi 1728-29-cu il) aid olan bu kitabədən məlum olur ki, İmamqulu Nəzərəli oğlu xanəgah kompleksinə daxil olan tikililərdən birinin memarı olmuşdur. Kitabədə "memar" titulu ilə təqdim olunması onun öz peşəsinin mahir ustası olduğunu göstərir. Kitabənin tarixinə əsasən demək olar ki, memar İmamqulu Nəzərəli oğlu XVII yüzilliyin sonları–XVIII yüzilliyin birinci yarısında yaşamışdır. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan:Əcəmi, 2017, 216 s.
İmamqulu xan Qacar
İmamqulu xan Yıva Qacar (1512, Gəncə – 1587, Gəncə) — mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. İmamqulu xan I Şah Təhmasibin yanında qorçu kimi xidmət etmişdi. II Şah İsmayıl ona əvvəlcə sultan, sonra xan ünvanı verərək Qarabağa bəylərbəyi təyin etdi. Qəhrəman, qoçaq bir sərkərdə idi. Sultan Məhəmməd Xudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq edildi. Ərəşdə Qaytas paşanın qoşununu dağıdıb, özünü öldürmüşdü. 1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun yerini həmin nəsildən olan Peykər Sultana verir.
İmamqulu xan Türkman
İmamqulu xan Türkman (XVI əsr)—Səfəvilər dövlətinin Rusiyaya göndərilən elçisi. İmamqulu xan Türkman Qızılbaşlar ordusunda yay-ox qorçusu vəzifəsində xidmət etmişdi. I Şah Abbas Səfəvi onu Rusiyaya elçi göndərdi.
İmamqulu məktəb-məscidi
İmamqulu məktəb-məscidi və ya sadəcə məktəb-məscid — İçərişəhərdə yerləşən ölkə əhəmiyyətli tarixi-dini abidə. 1646-ci ildə inşa edilmiş məktəb-məscid kvadrat formalı kiçik ibadət zalından və bir qədər irəli çıxan dördbucaqlı otaqdan ibarətdir. Məktəb-məscid ibtidai təhsil ocağı kimi fəaliyyət göstərmişdir. Ölkə əhəmiyyətli abidədir. 20 aprel 2015-ci il tarixli 113 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” hissəsinə əlavə edilmişdir. Burada Azərbaycanın dekorativ tətbiqi sənət nümunələri və xalça məmulatları dükanı fəaliyyət göstərir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İçəri Şəhərin bərpa və konservasiyası üzrə ərazidə gedən bərpa işlərini YUNESKO-nun təşkilati dəstəyi ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış “Master Plan”a əsasən həyata keçirir. 2010-cu ildə növbəti, ölkə əhəmiyyətli memarlıq abidəsi olan Məktəb-məsciddə müasir texnologiyaların köməyi ilə yerli mütəxəssislər tərəfindən aparılmış bərpa işləri başa çatmışdır. Abidənin günbəzindəki çatlar aradan qaldırılaraq dam hissəsi möhkəmləndirilmiş, daxilində isə təmir-bərpa işləri aparılaraq, fasadı tarixi görkəminə qaytarılmışdır. "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə 2012-ci ildə bu abidədə rəssam Niyaz Nəcəfovun "Qırçılar" layihəsinin təqdimatı olub.
İmamqulu xan Undiladze
İmamqulu xan Undiladze (1582, İsfahan – 1633, Şiraz) — Fars bəylərbəyi. İmamqulu xan Azərbaycan nağıllarının qəhrəmanlarından biri Vəzir Allahverdi xanın oğludur. Fars əyalətinin hakimi olmuşdu. Qarabağ bəylərbəyi olan qardaşı Davud xan əyaləti yağmalayıb Osmanlı səmtinə qaçdığı üçün 1633-cü ildə I Şah Səfi Səfəvi tərəfindən öldürüldü. İmamqulu xanın Səfiqulu xan adlı oğlu vardı.
İmamqulu xan Əfşar
İmamqulu xan Rzaqulu xan oğlu Qasımlı-Avşar (1758-1783) — Urmiyanın xanı. İmamqulu xan Rzaqulu xan oğlu 1758-ci ildə Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 1772-ci ildə Urmiyanın hakimi olmuşdu. Avşar elinin və Qasımlı oymağının böyükləri Kərim xan Zəndə məktubla müraciət edib, onun hakimiyyətinin təsdiqlənməsini istədilər. Məktubu Şiraza Mirzə Məhəmmədcəfər İmanlı-Avşar aparmışdı. Kərim xan Zənd ona başsağlığı verib, xanlığını təsdiqlədi. İmamqulu xan qurucu bir şəxsiyyət idi. Xanbulağı adlı yerdə imarət tikdirmişdi. Bu imarətin qalıqları hələ də qalır.
Həmid Quliyev İmamqulu oğlu
Həmid İmamqulu oğlu Quliyev (12/12/1928 - 04/26/2007) — Azərbaycan SSR əməkdar meşəşünası (1981), Oktyabr inqilabı ordeni sahibi (1971). == Həyatı == Həmid İmamqulu oğlu Quliyev 12 dekabr 1928-ci ildə Tovuz rayonunun Şamlıq kəndində anadan olmuşdur. Atasını erkən itirib: İmamqulu Quliyev 1943-cü ildə II Dünya Müharibəsində həlak olmusdur. Orta məktəbi bitirdikdən sonra Bakı Meşə Təsərrüfatı Texnikumuna daxil olmusdur. 1950-ci ildə texnikumda təhsilini fərqlənmə diplomu ilə başa vuraraq, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meşə Təsərrüfati fakültəsinə imtahansız qəbul edilir. 1955-ci ildə institutu bitirdikdən sonra Kürdəmir, Ağstafa və Tovuz rayonlarında meşə mühəndisliyindən tutmuş direktora qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1960-cı ildən 1993-cü ildə təqaüdə çıxana qədər Tovuz meşə təsərrufatı direktoru vəzifəsində çalışmışdır. Savadlı bir mütəxəssis olaraq, işinin ilk günlərindən etibarən qabaqcıl elmi və texniki nailiyyətlərini tətbiq edir və rəhbərlik etdiyi idarəyə nümunəvi ad verilir. SSRİ Meşəçilik Nazirliyinin kollegiyasının qərarı ilə Tovuz meşə təsərrüfatının təcrübəsini bütün Sovet İttifaqı ərazisində genişləndirmək tövsiyə edilir. Görülmüş işlərə görə H.Quliyev Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almaq üçün Moskvada dissertasiyanı uğurla müdafiə edir.
Səfərəli İmamqulu oğlu Qarabaği
Usta Səfərəli (Səfərəli İmamqulu oğlu Qarabaği) (1788-1856) — Qarabağ xanlığının papaqçılarından biri Səfərəli İmamqulu oğlu 1788-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Molla yanında oxumuşdu. Papaqçılıqla məşğul olmuşdu. Qarabağ xanlığının elitar təbəqəsinin papağını tikirdi. Usta Səfərəli 1856-cı ildə Şuşa şəhərində vəfat edib. Usta Səfərəli Xədicə ilə ailə qurmuşdu. Zeynal, Həsən, Həzrətqulu, Məmmədqulu adlı oğlanları, Püstə adlı qızı vardı. Ənvər Çingizoğlu, Qarabağ xanlığı, Bakı, "Şuşa", 2007. Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
İmamqulu mirzə Qovanlı-Qacar
İmamqulu mirzə Qovanlı-Qacar- İran şahzadəsi, Məhəmmədəli mirzə Qovanlı-Qacarın oğlu İmamqulu mirzə Məhəmmədəli mirzə oğlu 1814-cü ildə Tehran şəhərində dünyaya gəlmişdir. Mükəmməl saray təhsili almışdı. İmadəddövlə ləqəbini daşıyırdı. Kirmanşahın valisi olmuşdu. O, mütərəqqi ideyaları ilə seçilirdi. Təyinatı üzrə hara gedirdisə abadlığa, quruculuğa çalışırdı. Rüşvətxor vəzirlər ondan xoşlanmırdılar. Çalışıb gözdən salmaq istəyirdilər. İmamqulu mirzə 1875-ci ildə vəfat edib. Kərbəladakı İmam Hüseyn türbəsi ilə dəfn olunur.
İmamqulu xan Qasımlı-Avşar
İmamqulu xan Rzaqulu xan oğlu Qasımlı-Avşar (1758-1783) — Urmiyanın xanı. İmamqulu xan Rzaqulu xan oğlu 1758-ci ildə Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 1772-ci ildə Urmiyanın hakimi olmuşdu. Avşar elinin və Qasımlı oymağının böyükləri Kərim xan Zəndə məktubla müraciət edib, onun hakimiyyətinin təsdiqlənməsini istədilər. Məktubu Şiraza Mirzə Məhəmmədcəfər İmanlı-Avşar aparmışdı. Kərim xan Zənd ona başsağlığı verib, xanlığını təsdiqlədi. İmamqulu xan qurucu bir şəxsiyyət idi. Xanbulağı adlı yerdə imarət tikdirmişdi. Bu imarətin qalıqları hələ də qalır.
İmamqulu xan Yıva-Qacar
İmamqulu xan Yıva Qacar (1512, Gəncə – 1587, Gəncə) — mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. İmamqulu xan I Şah Təhmasibin yanında qorçu kimi xidmət etmişdi. II Şah İsmayıl ona əvvəlcə sultan, sonra xan ünvanı verərək Qarabağa bəylərbəyi təyin etdi. Qəhrəman, qoçaq bir sərkərdə idi. Sultan Məhəmməd Xudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq edildi. Ərəşdə Qaytas paşanın qoşununu dağıdıb, özünü öldürmüşdü. 1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun yerini həmin nəsildən olan Peykər Sultana verir.
Sultan İmamqulu Qacar
İmamqulu xan Yıva Qacar (1512, Gəncə – 1587, Gəncə) — mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. İmamqulu xan I Şah Təhmasibin yanında qorçu kimi xidmət etmişdi. II Şah İsmayıl ona əvvəlcə sultan, sonra xan ünvanı verərək Qarabağa bəylərbəyi təyin etdi. Qəhrəman, qoçaq bir sərkərdə idi. Sultan Məhəmməd Xudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq edildi. Ərəşdə Qaytas paşanın qoşununu dağıdıb, özünü öldürmüşdü. 1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun yerini həmin nəsildən olan Peykər Sultana verir.
Usta İmamqulu Qarabaği
Usta İmamqulu Qarabaği (1825-?), memar, nəqqaş İmamqulu Məhəmmədəli oğlu 1825-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Memar, nəqqaş kimi Qarabağda ad qazanmışdı. O, ağac, fil sümüyü və sədəf üzərində nəqqaşlıq sənətində fövqəladə ustalıq qazanmışdı. Qarabağın bir çox məscidlərində, yaraşıqlı darvazalarda, minbərlərdə, pəncərə və tavanlarda onun əl işlərini görmək olar. "Əməli-Usta İmamqulu" onun dəsti-xəttidir. Usta İmamqulu Şeyda ilə ailə qurmuşdu. İsmayıl, Mehdi, Nəsib adlı oğlanları vardı. Ənvər Çingizoğlu, Qarabağda sənət və incəsənət, "Şuşa", Bakı, 2010.
Fatma İmamquluyeva
Fatma Məhərrəm qızı İmamquliyeva (15 iyun 1926, Kənd Şahbuz, Naxçıvan MSSR – 29 iyul 2002, Kənd Şahbuz, Naxçıvan Muxtar Respublikası) — pambıqçı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1951), Sosialist Əməyi Qəhrəmanı (1950). == Həyat və əmək fəaliyyəti == Fatma İmamquliyeva 15 iyun 1926-cı ildə Naxçıvan MSSR-in (indiki Şahbuz rayonu) Şahbuzkənd kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Şahbuz rayonundakı "Kommunist" kolxozunda başlamışdır. 1950–1973-cü illərdə Kirov adına kolxozda sədr, manqabaşçısı, Nizami adına kolxozda manqabaşçısı, İliç rayonu Dəmirçi kənd sovetinin sədri kimi vəzifələrdə çalışmışdır. 1973-cü ildən Nizami adına kolxozda briqadir olmuşdur. 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 12 iyul 1950-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni ilə təltif olunmuşdur. Azərbaycan SSR Ali Sovetinə (3-cü çağırış) deputat seçilmişdir. Fatma İmamquliyeva 29 iyul 2002-ci ildə Şahbuz rayonunda vəfat etmişdir.
Çullu (İmamqulubəyli, Ağdam)
Çullu — Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 346-IIIQ saylı Qərarı ilə Ağdam rayonunun Çullu kəndi Quzanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, İmamqulubəyli kəndi mərkəz olmaqla, İmamqulubəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır.
İmamqulubəyli
Kəndlər İmamqulubəyli (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. İmamqulubəyli (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. İmamqulubəyli (Ağdam) İmamqulubəyli (qəsəbə, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə. İmamqulubəyli (kənd, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd.
İmamqulubəyli (Ağcabədi)
İmamqulubəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun İmamqulubəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun İmamqulubəyli kəndi Hindarx kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla İmamqulubəyli kənd inzibati ərazi vahidi yaradılmışdır. İmamqulubəyli yaşayış məntəqəsi XIX əsrin əvvəllərində 104 ailədən ibarət qaradolaq tayfasına mənsub olan ailələr tərəfindən salınıb. Çar hökuməti həmin ailələrin idarəsini İmamqulu bəyə 5 illiyə vermişdi. Bundan sonra həmin qaradolaq ailələri İmamqulubəyli adlanmışdır. Sonralar imamqulubəylilər bir neçə eyni adlı kəndlər yaratmışlar. Hazırda Ağdam və Bərdə rayonlarında da İmamqulubəyli kəndi vardır. Kənd Qarabağ düzündə yerləşir. 1500 nəfərdən çox. Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur.
İmamqulubəyli (Ağdam)
İmamqulubəyli (qəsəbə, Ağdam)
İmamqulubəyli (Bərdə)
İmamqulubəyli — Azərbaycan Respublikasının Bərdə rayonunun Zümürxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Yeni Daşkənd kənd Sovetinin İmamqulubəyli kəndi Zümürxaç kənd Sovetinin tərkibinə verilmişdir. Kənd Qarabağ düzündə yerləşir. XIX əsrin əvvəllərində 104 ailədən ibarət olan qaradolaq tayfasına mənsub ailələr indiki Ağdam rayonu ərazisində məskunlaşmışdı. Çar hökuməti həmin ailələrin idarəsini 5 il ərzində İmamqulu bəyə vermişdi. Bundan sonra İmamqulubəyli adlanan həmin qaradolaq ailələri sonralar müxtəlif yerlərdə məskunlaşaraq bir neçə eyniadlı kənd yaratmışdılar.
İmamqulubəyli (kənd, Ağdam)
İmamqulubəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 346-IIIQ saylı Qərarı ilə Ağdam rayonunun İmamqulubəyli kəndi Quzanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, İmamqulubəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır.
İmamqulubəyli (qəsəbə, Ağdam)
İmamqulubəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
İmamqulubəyli bələdiyyəsi
İmamqulubəyli bələdiyyəsi (Ağcabədi) — Ağcabədidə bələdiyyə
İmamqulubəyli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İmamqulubəyli bələdiyyəsi (Bərdə)
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İmamqulukənd
İmamqulukənd və ya Maqudxür (ləzg. Макъудхуьр) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun İmamqulukənd kənd inzibati-ərazi vahidi tərkibindəki İmamqulu kəndi İmamqulukənd kəndi adlandırılmışdır. Yaşayış məntəqəsini İmamqulu adlı şəxs saldığı üçün belə adlandırılmışdır. Eyniadlı çay Xaçmaz rayonundan axıb Xəzər dənizinə tökülür. Oykonim və hidronim İmanqulukənd variantında da qeydə alınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2900 nəfər əhali yaşayır.
İmamoğlu
İmamoğlu — Adana ilinin ilçəsi. Şimalında Kozan, cənubunda Yüreğir və Ceyhan, şərqində Ceyhan və Kozan, qərbində isə Ala dağ və Karaisalı ilçələri olan bir düzənlik ilçəsidir . İqtisadi olaraq Kozana bağlıdır. İlçənin iqlimi, tipik Aralıq dənizinin iqliminin xüsusiyyətlərini nümayiş etdirir. Yazı isti və quru, qışı isti və yağışlıdır. 2018-ci ilin göstəricilərinə görə ilçədə 28.239 nəfər yaşayır.
Dilək İmamoğlu
Dilək İmamoğlu (18 noyabr 1974, Trabzon) — Əkrəm İmamoğlunun həyat yoldaşı. == Həyatı == Dilək İmamoğlu 18 noyabr 1974-cü ildə Trabzonda, 10 uşaqlı bir ailədə anadan olmuşdur. Orta təhsilini Trabzonda aldıqdan sonra ali təhsilini İstanbul Universitetinin Turizm fakültəsində davam etdirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra dövlət idarəetmə sahəsində magistr dərəcəsini bitirmişdir. İmamoğlu Şüşə tavan sindromu sahəsində tezis yazmışdır və doktorluq işini davam etdirir. 18 noyabr 1995-ci ildə Ekrem İmamoğlu ilə evlənən Dilek İmamoğlunun 1997-ci il təvəllüdlü Mehmet Səlim, 2005-ci il təvəllüdlü Semih və 2011 təvəllüdlü Beren adında üç övladı var. Dilek İmamoğlu "əlillər yaşadıqları çətinlikləri hiss etmək və fərqindəlik yaratmaq üçün" Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyinin vitse-prezidenti Səmra Çətinkaya ilə birlikdə əlil arabası ilə bir gün müddətində İstanbulda gəzmişdir. İmamoğluna 2014-ci ildə "fiziki məhdudiyyətli fərdlər üçün etdiyi maarifləndirmə fəaliyyəti" səbəbi ilə Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyi tərəfindən Şükrü Sürmən Mükafatı verilmişdir. 2019-cu ilin oktyabr ayında İmamoğlunun şəkli "Madame Figaro" jurnalının qapağında "İstanbulun birinci xanımı" başlığı altında yerləşdirilmişdir. 2020-ci ilin yanvar ayında Dilək İmamoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun xanımı Səlvi Kılıçdaroğlu ilə birlikdə Xalqların Demokratik Partiyasının keçmiş həmsədri Selahattin Demirtaşın yazdığı "Dövran" adlı kitabın teatr sərgisində iştirak etmişdir.
Sevilay İmamoğlu
Sevilay İmamoğlu (7 oktyabr 1984, Lüləburqaz, Kırklareli ili) — Türkiyəni təmsil edən həndbolçu. Sevilay İmamoğlu, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Sevilay İmamoğlu, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Əkrəm İmamoğlu
Əkrəm İmamoğlu (tam adı: Əkrəm İmamoğlu, türk. Ekrem İmamoğlu; 4 iyun 1970) — türk siyasətçi və İstanbul Böyük Şəhər Bələdiyəsinin hazırkı sədri. 2014–2019-cu illərdə Bəylikdüzü bələdiyyə sədri vəzifəsini icra etmişdir. O, 2019 İstanbul bələdiyyə seçkilərində ölkənin ən böyük müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının namizədi kimi seçilmişdir. Bu qələbənin ardınca İmamoğlu Türkiyə siyasətində parlayan ulduz adlandırıldı və 2023 Türkiyə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın potensial rəqiblərindən biri hesab edilirdi. 5 iyun 2024-cü il tarixindən etibarən Türkiyə Bələdiyyələr Birliyinin sədridir. İmamoğlu 1970-ci ilin iyununda Türkiyənin Trabzon şəhərinin qərbindəki Ağcaabadda anadan olub. Trabzon liseyini bitirmişdir və burada həvəskar futbolla məşğul olmuş və Trabzonsporda menecerlik etmişdir. O, həmçinin Trabzonspor FK BK basketbol komandasının vitse-prezidenti olmuşdur. İstanbul Universitetinə daxil olmuş və biznesin idarə edilməsi üzrə bakalavr, insan resurslarının idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi almışdır.
Camqulu (Qürvə)
Camqulu (fars. چمقلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 528 nəfər yaşayır (124 ailə). Əhalisini kürdlər təşkil edir.
Damqulu (Meşkinşəhr)
Damqulu (fars. دمقلي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 154 nəfər yaşayır (25 ailə).
Maygülü
Maygülü (lat. Podiceps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Maygülü cinsinə 5 növ daxildir.
Bozyanaq maygülü
Bozyanaq maygülü (lat. Podiceps grisegena) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü.
Kiçik maygülü
Kiçik maygülü (lat. Tachybaptus ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin tachybaptus cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Cütləşmə dövründə bədəninin üstü qonur-qara, altı ağımtıl, boğazı, yanaqları və boynu şabalıdı rəngdə olur. Maygülülərin o biri növlərindən fərqli olaraq başında bəzək lələkləri olmur. Qışda bədəninin üstü ağımtıl qonur, altı isə ağ olur. == Statusu == Çoxsaylıdır. == Yayılması == Geniş yayılıb. Avropa, Asiya, Avstraliya və Afrikada yayılıb. Azərbaycanda Kür-Araz, Lənkəran və Samur-Dəvəçi ovalığında, Xəzər dənizinin sahil sularında və dağətəyi göllərdə yayılmışdır. Yaz köçü fevralın sonu, martın əvvəlində, payız köçü isə oktyabrda olur.
Maygülü cinsi
Maygülü (lat. Podiceps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Maygülü cinsinə 5 növ daxildir.
Qaraboyun maygülü
Qaraboyun maygülü (lat. Podiceps nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü. Qışda bədəninin üstü qara-qonur, altı isə ağ olur. Yayda başında kəkil olur, gözlərindən qulaqlarına doğru qızılı-kürən rəngində lələklər topası uzanır. Boynu qara, bədəninin yanları qonura çalan kürən olur. Dimdiyi iti və düzdür. Ayaqları bədəninin geri hissəsində yerləşir. Barmaqları enli üzmə pərdəsi ilə əhatə olunmuşdur. Çoxsaylıdır. Avropa, Asiya, Afrika və Amerikanın Şimalında yayılıb.
Qırmızıboyun maygülü
Qırmızıboyun maygülü (lat. Podiceps auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü. Azərbaycana qışlamağa gəlir. Qışda bel tərəfi qonur-boz, qarın tərəfi, qanadlarının altı və qoltuq lələkləri, başının altı və yan hissəsi ağ, boynunun alt tərəfi boz rəngdə olur. Yayda başında kürən lələklər topası və boynunda qara “yaxalığı” olur. Boynunun arxası qaramtıl-qonur, önü və yanları, döşünün yuxarı hissəsi və bədəninin yanları kürəndir. Bədəninin üst hissəsi qaramtıl-ağ olur. Dimdiyi düz və dartılmış şəkildə, çox hissəsi qara, uc hissəsi bozumtul, dib hissəsi isə boz-çəhrayı rəngdədir. Cavanların başının və boynunun yanlarında tünd naxışlar görünür. Erkəkləri dişilərindən az iridir.