ACILAMAQ (acı sözlər demək) [İmamqulu:] Adamlarla hesablaşmamağım, yaxşı təkliflə gələnləri acılayıb yola salmağım., bunun nəticəsidir (M.İbrahimov); İYNƏLƏMƏK (məc.) Əlyarov: Əvvəldən vardı hüsnü camalı, indi olub dəli Bayramalı! – deyə o yenə Xəlili iynələdi (M.Hüseyn); QƏLBİNƏ DƏYMƏK Sallanıb-sallanıb özünü öymə; Elə süzgün baxıb qəlbimə dəymə (Aşıq Ələsgər); QƏLBİNƏ TOXUNMAQ Ninanı məhəbbətlə saxla, onun qəlbinə toxunma (M.S.Ordubadi); SANCMAQ (məc.) Elman Rafiqi qızışdırır, Rafiq Ədhəmi sancır (Ə.Kərim).