Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Chelaseius freni
Chelaseius freni (lat. Chelaseius freni) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chelaseius cinsinə aid heyvan növü.
Mirella Freni
Mirella Freni (it. Mirella Freni, Əsl soyadı Fregni; 27 fevral 1935[…], Modena, Emiliya-Romanya – 9 fevral 2020[…]) — İtaliya opera müğənnisi. == Həyatı == Mirella Freni 27 fevral 1935-ci ildə İtaliyanın Modena şəhərində anadan olmuşdu. Milanda "La Skala", Nyu-Yorkda "Mertopoliten-Opera", Moskvada "Böyük Teatr" və başqa möhtəşəm səhnələrdə oxuyan opera müğənnisinin ilk çıxışı 1955-ci ildə "Karmen" operasında olub. Uşaqlıqda Luçano Pavarotti ilə tanışlığı, Mirellanın gələcəkdəki opera karyerasında mühüm yer tutub. 10 yaşından böyük səhnələrdə çıxış edən müğənni, 1974-cü ildə Moskvada qastrol səfərində olub və geniş konsert proqramı ilə ifasını nümayiş etdirib. Mirella Freni Piza Universitetinin Fəxri doktoru olub. Mirella Freni 9 fevral 2020-ci ildə vəfat edib. == Ədəbiyyat == Freni M., Gherpelli G. Mio caro teatro. Verona, 1990.
Fredi Kvin
Fredi Kvin (27 sentyabr 1931, Avstriya) — Avstriya müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Almaniyanı "So geht das jede Nacht"" mahnısı ilə təmsil etmişdir.
Frenk Abiqneyl
Frenk Vilyam Ebiqneyl Cunior (27 aprel 1948) — əvvəllər amerikalı fırıldaqçı və dələduz olmuşdur, saxta çeklər düzəltməkdə və saxta kimliklər altında müxtəlif yerlərdə çalışmışdır. Hal-hazırda isə o təhlükəsizlik üzrə məsləhətçi mütəxəsisdir. Frenk dünyanın ən fırıldaqçılarından biri hesab olunur, belə ki, o saxta kimliklə həkim, pilot, hüquqsünas kimi sahələr daxil olmaqla səkkiz müxtəlif sahədə heç bir anlayışı olmadan çalışmışdır. Bunların hamısını o 21 yaşına çatmamış etmişdir və həmçinin bu zaman ərzində o iki dəfə polisdən də qaçmağa nail olmuşdur. Həbs ediləndən sonra isə heç beş il tamam olmamış polisə işləməyə başlamışdır. Onu həyatı haqqında "Bacarırsansa məni tut" filmi çəkilmişdir. Filmdə Leonardo DiKaprio onu canlandırıb. == Həyatı == Frenk Vilyam Ebiqneyl Cunior 27 aprel 1948-ci ildə dünyaya gəlib. Ailənin dörd uşağından biri idi və həyatının ilk 16 ilini Nyu Yorkda, Bronksvildə keçirib. 12 yaşı olarkən atası ilə anası ayrılıblar.
Frenk Bainimarama
Xosaia Voreqe Bainimarama (ing. Josaia Voreqe Bainimarama; fici Josaia Voreqe Bainimarama; Şablon:Dil-hif; 27 aprel 1954) — 2007-ci ildən etibarən Fici Baş naziri. Bainimarama Marist Qardaşları Liseyində, Asiya Texnologiya İnstitutunda və Delhauzi Universitetində təhsil alıb. 1975-ci ildə Fici Dəniz Qüvvələrinə qoşuldu və 1976-cı ildə baş matros və miçman, 1977-ci ildə praporşik və həmin ilin sonunda sub-leytenant rütbəsinə yüksəldi. 1986-cı ildə leytenant-komandir vəzifəsinə yüksəldi və 1988-ci ildə Fici donanmasının komandiri oldu, daha sonra 1991-ci ildə kapitan oldu. 1997-ci ildə Bainimarama Fiji Hərbi Qüvvələri Respublikasının Baş Qərargah rəisi təyin edildi. 1998-ci ildə komandir rütbəsinə yüksəldi və daha sonra 1999-cu ildə Silahlı Qüvvələrin komandanı oldu. 2014-cü ildə komandanlıqdan istefa verdi və kontr-admiral rütbəsinə yüksəldi. Bainimarama 2006-cı il dövlət çevrilişinə başçılıq edərək Baş nazir Qaraseni hakimiyyətdən uzaqlaşdırdı. Daha sonra 2007-ci ildə Ratu Xosefa İloilonu Prezident və özünü Baş nazir vəzifəsini müvəqqəti olaraq təyin etdi.
Frenk Ebiqneyl
Frenk Vilyam Ebiqneyl Cunior (27 aprel 1948) — əvvəllər amerikalı fırıldaqçı və dələduz olmuşdur, saxta çeklər düzəltməkdə və saxta kimliklər altında müxtəlif yerlərdə çalışmışdır. Hal-hazırda isə o təhlükəsizlik üzrə məsləhətçi mütəxəsisdir. Frenk dünyanın ən fırıldaqçılarından biri hesab olunur, belə ki, o saxta kimliklə həkim, pilot, hüquqsünas kimi sahələr daxil olmaqla səkkiz müxtəlif sahədə heç bir anlayışı olmadan çalışmışdır. Bunların hamısını o 21 yaşına çatmamış etmişdir və həmçinin bu zaman ərzində o iki dəfə polisdən də qaçmağa nail olmuşdur. Həbs ediləndən sonra isə heç beş il tamam olmamış polisə işləməyə başlamışdır. Onu həyatı haqqında "Bacarırsansa məni tut" filmi çəkilmişdir. Filmdə Leonardo DiKaprio onu canlandırıb. == Həyatı == Frenk Vilyam Ebiqneyl Cunior 27 aprel 1948-ci ildə dünyaya gəlib. Ailənin dörd uşağından biri idi və həyatının ilk 16 ilini Nyu Yorkda, Bronksvildə keçirib. 12 yaşı olarkən atası ilə anası ayrılıblar.
Frenk Kelloq
Frenk Billinqs Kelloq — (22 dekabr 1856 - 21 dekabr 1937) ABŞ Senatında və ABŞ dövlət katibi vəzifəsində çalışmış xidmət etmiş Amerikalı vəkil, siyasətçi və dövlət xadimi idi. 1929-cu ildə Brian-Kelloq paktına görə Nobel sülh mükafatına layiq görülmüşdür. == Erkən həyatı və karyerası == Kelloq, 1856-ci il dekabrın 22-də Nyu-Yorkun Potsdam şəhərində Abeqeyl (Billinqs) və Asa Farnsvors Kelloqun ailəsində dünyaya gəlib. Ailəsi 1865-ci ildə Minnesota ştatına köçür. Kelloq 1877-ci ildə Minnesota ştatının Roçester şəhərində hüquq təhsili aldı və vəkillik fəaliyyətinə başladı. 1878–1881-ci illərdə Roçester şəhər vəkili və 1882 - 1887 arasında, Minnesota, Olmstid Kauntri qraflığı vəkili vəzifəsində çalışıb. 1886-cı ildə Minnesota ştatındakı Sent-Pol şəhərinə köçür. 1905-ci ildə, Teodor Ruzvelt Kelloqdan federal antiinhisar davasını mühakimə etməsini istəyəndə Kelloq federal hökumətə qoşuldu. 1906-cı ildə Kelloq, Eduard Henri Harriman haqqında araşdırma aparmaq üçün Dövlətlərarası Ticarət Komissiyasına xüsusi vəkil təyin edildi. 1908-ci ildə Şerman Antiinhisar qanununa əsasən Union Pacific Railroada qarşı federal prokurorluğa rəhbər təyin edildi.
Frenk Lancella
Frenk Lancella (ing. Frank Langella; d. 1 yanvar 1938, Beyonne, Nyu-Cersi, ABŞ) — ABŞ aktyoru. == Həyatı == Frank A. Lancella, italyan əsilli ABŞ aktyorudur. 1938-ci ildə Bayonne, Nyu Cersidə Angelina və Frank A. Langella Sr. (1991-ci ildə v.e.) ailəsində dünyaya gəlib. İş adamı olan atası Bayonne Barrel and Drum Company şirkətinin prezidenti idi. İbtidai təhsilini Beyonn şəhərində alıb. 1955-ci ildə bütün ailə Cənubi Orange, Nyu Cersi (South Orange, New Jersey) köçür və burada o, Kolumbiya Universitetinin orta məktəbini bitirir. Daha sonra 1959-cu ildə Sirakuzda gələcək aktyor müvəffəqiyyətlə Sirakuz universitetinin dram sahəsində incəsənət bakalavrı pilləsini bitirir.
Frenk Lempard
Frenk Ceyms Lempard (20 iyun 1978[…], Romford[d], Böyük London) — keçmiş peşəkar futbolçu. Futbolçu kimi, "Çelsi" klubunun bütün zamanlar üzrə ən yaxşı oyunçularından biri sayılmaqla yanaşı, o həm də öz dövrünün ən yaxşı yarımmüdafiəçilərindən hesab olunur.
Frenk Miller
Frenk Miller (27 yanvar 1957[…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır. == Həyatı == Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub. Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi. == Karyerası == İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu.
Frenk Morris
Frenk Li Morris (ing. Frank Lee Morris; 1 sentyabr 1926, Vaşinqton) — Amerikanın ən yaxşı qorunan və ən acınacaqlı cinayətkarların olduğu Alkatrazda yatmış və heç kəsin qaça bilmədiyi Alkatrazdan Con Anqlin və Klarens Anqlin ilə birlikdə qaçmağı bacarmışdır. Ölümü haqqında heç bir məlumat yoxdur. Qaçarkən boğulduğuna inanılır. Lakin boğulduğuna dair heç bir dəlil yoxdur. == Həyatı == Frenk Li Morris 1 sentyabr 1926-cı ildə Vaşinqtonda doğulub. Ailəsi 11 yaşındaykən ondan imtina edir. Bu səbəbdən geriyə qalan uşaqlıq illərini yetimxanalarda keçirməli olur. O, 13 yaşında ilk cinayət əməlinə görə məhkum edilir və yeniyetməlik dövründə narkotik saxlamaqdan silahlı quldurluğa qədər müxtəlif cinayətlərə görə həbs edildi. İlk illərinin çoxunu həbsxanada məhbuslara nahar yeməyini daşımaqla keçirdi.
Frenk Pallone
Frenk Pallone (d. 1951) — 1973-cü ildə Midlberi kollecini (incəsənət bakalavrı), 1974-cü ildə Tafta universitetini (incəsənət magistri), 1978-ci ildə Ratgers universitetini (hüquq doktoru) bitirmişdir. 1982–1988-ci illərdə Lonq-Branç bələdiyyə şurasının, 1984–1988-ci illərdə Nyu-Cersi ştatı senatının üzvü olmuşdur. 1988-ci ildən ABŞ Konqresi Nümayəndələr Palatasına üzv seçilmişdir. Demokratdır.
Frenk Ramsey
Frenk Ramsey (ing. Frank Plumpton Ramsey; 22 fevral 1903[…], Kembric – 19 yanvar 1930[…], London) — ingilis riyaziyyatçısı, riyaziyyat, fəlsəfə və iqtisadiyyat sahəsində tədqiqatçı, Ramsey teoreminin, Ramsey nəzəriyyəsinin, Ramsey təkliflərinin müəllifi, Ramsey-Kass-Kupmans modelinin həmmüəllifi. == Bioqrafiyası == 22 fevral 1903-cü ildə riyaziyyatçı və Maqdalen Kollecinin prezidenti Artur Remsinin ailəsində anadan olub. Dörd uşağın ən böyüyü idi. Kiçik qardaş Maykl Ramsay daha sonra Canterbury arxiyepiskopu oldu, lakin Frenkın özü ömrünün sonuna qədər döyüşkən ateist idi. 1915-ci ildə Frenk Vinçester Kollecinə daxil oldu, daha sonra Triniti Kollecində riyaziyyat təhsili aldı, burada onun çox yönlü qabiliyyətləri və maraqları erkən ortaya çıxdı. 1924-cü ildə Con Meynard Keynsin dəstəyi sayəsində Kembricdəki Kinq Kollecində müəllim oldu. Riyaziyyatdan mühazirələr oxumuş, sonralar riyaziyyat istiqaməti üzrə tədris şöbəsinin müdiri olmuşdur. İqtisadiyyatda o, riyazi modelləşdirmə problemlərini öyrənmiş, xüsusən optimal vergitutma və iqtisadi artım modellərini işləyib hazırlamışdır. Frenk Ramseyin riyazi iqtisadiyyat sahəsində apardığı tədqiqatlar müasirləri tərəfindən yüksək qiymətləndirilmiş, iqtisadi artım modellərindən biri onun adını daşıyır, Ramsey problemi də iqtisadi nəzəriyyədə məlumdur.
Frenk Rozenblat
Frenk Rozenblat (ing. Frank Rosenblatt; 11 iyul 1928, Nyu-Raşel[d], Nyu-York ştatı – 11 iyul 1971, Çesapik körfəzi, ABŞ) — süni intellekt, psixologiya və neyrofiziologiya sahələri üzrə gördüyü çoxsaylı işlərlə dünyada məşhurlaşan nüfuzlu alimlərdən biri. == Həyatı == Frenk Rozenblat 11 iyul 1928-ci ildə Nyu-Yorkda Rusiya imperiyasından köç etmiş yəhudi ailəsində dünyaya göz açıb. Onun atası sosioloq və iqtisadçı Frenk Ferdinand Rozenblat və anası sosial işçi Ketrin Rozenblat olub. Frenk Rozenblat Kornell Universiteti bitirib. Kornell laboratoriyasında psixologiya üzrə tədqiqatçı vəzifəsində çalışan Rozenblat beyinin işləmə mexanizmi ilə maraqlanır və onun elektron modelini yaratmaq üçün müxtəlif üsulları araşdırır. == Dövrünün ən güclü kompüterini proqramlaşdırır == Rozenblat 1957-ci ildə Kornell Aeronavtika Laboratoriyasında öz zamanının ən güclü IBM – 704 kompüterini proqramlaşdırır. Bu kompüter perseptorunun işini modelləşdirməli idi. Güclü kompüterə bu işi yerinə yerinə yetirmək üçün yarım saata yaxın vaxt lazım idi. Real perseptron bu işin öhdəsindən saniyənin mində bir hissəsi müddətində gəlməli idi.
Frenk Sinatra
Frenk Sinatra (ing. Francis Albert "Frank" Sinatra; 12 dekabr 1915[…], Hoboken, Nyu Cersi – 14 may 1998[…], Los-Anceles, Kaliforniya) — ABŞ müğənnisi və aktyoru. Romantik ifa stili ilə məşhurdur. Onun ifasındakı mahnılar estradanın və caz musiqisinin svinq janrının klassikaları arasına daxil olmuş, amerikalıların bir neçə nəsli bu mahnılar üzərində tərbiyə olunmuşdur. == Fəaliyyəti == Svinq musiqisinin populyar olduğu dövrdə karyerasına başlayan Sinatra 1940-cı illərin əvvəllərində məşhurluq qazanmağa başladı və gənclərin sevimlisinə çevrildi. 50-ci illərin əvvəllərində karyerasında eniş dövrü yaşansa da, 1954-cü ildə "Bundan sonra əbədiyyətədək" (From Here to Eternity) filmindəki Ancelo Madjio roluna görə layiq görüldüyü "ən yaxşı arxa plan kişi roluna görə" Oskar mükafatı onun şöhrətini yenidən artırdı. 1965-ci ildə Frenk Sinatra 50 yaşını qeyd etdi, Emi mükafatına layiq görülmüş "Frenk Sinatra: İnsan və onun musiqisi" (Frank Sinatra: A Man and His Music) televiziya filmində çəkildi və özünün ən məşhur mahnılarından olan "Strangers in the Night" və "My Way" mahnılarını ifa etdi. 50 illik aktiv yaradıcılıq fəaliyyəti dövründə Sinatra 100-ə yaxın populyar sinql-disk yazdırmış, ABŞ-nin ən məşhur bəstəkarlarının – Corc Gerşvin, Kol Porter və İrvinq Berlinin əsərlərini ifa etmişdir. 1971-ci ildə karyerasını başa çatdırdığını elan etsə də, nadir hallarda konsertlər verməkdə davam edirdi. 1973-cü ildə bir neçə albom yazdırdı, 1979-cu ildə isə başqa bir məşhur mahnısını "New York, New York"u ifa etdi.
Frenki Zapata
Frenki Zapata (fr. Franky Zapata) (d. 27 sentyabr 1978, Marsel) — Fransız ixtiraçı. "Flyboard Air" reaktiv uçan platforma Frenki Zapata tərəfindən yaradılıb.
Frenç-basqı
Frenç-basqı (ing. French-press)- xüsusi kolbadır. Adətən şüşə və ya metal termos formasında olur. Hansında ki, ələklə porşen içkini qəhvə çöküntüsündən ayırır.
Frenk Qrillo
Frenk Entoni Qrillo (8 iyun 1965 və ya 8 iyun 1963, Nyu-York, Nyu-York ştatı) amerika'lı aktyordur. O, Marvel Sinematik Kainatında Kapitan Amerika: Qış Əsgəri (2014), Kapitan Amerika: Vətəndaş Müharibəsi (2016), Avengers: Oyunun sonu (2019) adlı filmlərdə rol almışdır. O, ilk baş rolunu "Təmizləmə: Anarxiya" (2014) adlı döyüş-dəhşət filmində, Çavuş Leo Barnsı canlandırmışdır, "Təmizləmə: Seçki ili" (2016) filmində təkrar canlandırmışdır və həmçinin "Döyüşçü" (2011), "The Purge: Anarchy" filmində rol almışdır. Grey (2012), End of Watch (2012), Zero Dark Thirty (2012), Wolf Warrior 2 və Wheelman (hər ikisi 2017) və Boss Level (2021). Grillonun televiziya işinə Kingdom (2014–2017) filmindəki baş rol və Battery Park (2000), For the People (2002–2003), The Shield (2002–2003), Prison Break (2005–2006), Blind filmlərində təkrarlanan rollarda yer almışdır. Ədalət (2005), Öldürmə nöqtəsi (2007) və Milyarlarla (2020) və beləliklə, bu cür film və seriallarda rol almışdır. == Həyatı == Grillo Nyu York'da Kalabriya əsilli İtalyan-Amerika'lı fəhlə ailəsində anadan olmuşdur. Bronksda və Nyu-York'un Rockland County-də böyümüşdür. Grillo səkkiz yaşında güləş'ə başlamışdır və on səkkiz yaşında boks'la məşğul olmuşdur. 1991-ci ildə o, Rickson Gracie-dən təhsil aldığı və qəhvəyi kəmər sahibi olduğu Braziliya jiu-jitsu ilə məşğul olmağa başlamışdır.
Frenki Muniz
Fransisko Muniz IV (ing. Frankie Muniz; 5 dekabr 1985, Vud-Ric[d], Nyu Cersi) — ABŞ aktyoru. 2000–2006-cı illərdə Fox telekanalında yayımlanan "Ortancıl Malkolm" sitkomundakı baş rolu ilə məşhurlaşıb. Serialdakı ifasına görə "Emmi" və "Qızıl Qlobus" mükafatlarına namizəd göstərilib. Televiziyadan əlavə o, "Deuces Wild", "Big Fat Liar", "Agent Cody Banks" və "Racing Stripes" filmlərində çəkilmişdir. 2008-ci ildə o, yarış avtomobili sürücüsü olmaq üçün aktyorluğa fasilə verdi. O, hətta Atlantic Championship adlı yarış çempionatında da iştirak etmişdir. == Həyatı == Fransisko Muniz IV 5 dekabr 1985-ci ildə Nyu-Cersi ştatının Vud-Ric şəhərində anadan olub. Onun anası Denis tibb bacısı, atası Fransisko Muniz III isə restoran meneceri olub. Munizin anası yarı irland yarı italyan, atası isə Asturiya mənşəli puerto-rikoludur.
Frenk Darabont
Frenk Arpad Darabont (28 yanvar 1959, Monbelyar[d], Du, Fransa) — amerikalı film rejissoru. O, üç dəfə "Oskar" və bir dəfə "Qızıl Qlobus" mükafatına namizəd olmuşdur. Karyerasına başladığı ilk vaxtlarda qorxu filmləri "Qarağac küçəsində qarabasma 3", "The Blob" və "The Fly II" üçün ssenari yazmışdır. Frenk ən çox yazıçı Stiven Kinqin əsərlərini ekranlaşdırması ilə tanınma qazanmışdır. O, Kinqin müəllifi olduğu romanları əsasında "Şouşenkdən qaçış", "Yaşıl mil" və "Duman" filmlərini çəkmişdir. Frenk həmçinin "Gəzən ölülər" teleserialının ilk mövsümünün rejissorluğunu etmişdir. == Həyatı == Frenk Darabont 1959-cu ildə Fransanın Monbelyar şəhərindəki qaçqın düşərgəsində anadan olub. Onun valideynləri 1956-cı ildə Macar inqilabından sonra uşaqları ilə birlikdə Fransaya üz tutmuşdur. Frenk körpə olarkən ailəsi ABŞ-ə köçüb. Onlar Əvvəlcə Çikaqoya, daha sonra isə Frenkin beş yaşı olarkən Los-Ancelesə köçdülər.
Frenk Farian
Frank Farian (18 iyul 1941, Kirn[d], Üçüncü Reyx – 23 yanvar 2024, Mayami, Florida, ABŞ) — Boney M. pop qrupunun yaradıcısı. Keryerası boyu 850 milyondan çox səsyazma satıb, 800 qızıl və platin sertifikata layiq görülüb. == Həyatı == Frank 1961-ci ildə "Frankie Farian und die Schatten" qrupunu yaradıb və onunla yerli restoranlarda, eləcə də rəqs klublarında çıxış edib. Əsas papulyarlığı 1964-cü ildə qrup Hamburqda beynəlxalq rok festivalında iştirak edərkən qazanıb. 1968-ci ildə solo karyerasına başlayıb. Lakin 1970-ci illərin ortalarından etibarən pop musiqiyə diqqət yetirməyə başlayıb. "Boney M" qrupunun "Rasputin" və "Daddy Cool" kimi hitlərinin müəllifidir. Bundan əlavə, "Farian", "Eruption", "Precious Wilson", "Far Corporation", "Milli Vanilli", "La Bouche" daxil olmaqla bir neçə başqa pop layihələrini qurub. 23 yanvar 2024-cü il tarixidə dünyasını dəyişib.
Midat Səlimov
Midat Səlimov (krımtat. Midat Selimov; 13 dekabr 1918, Qaşıq-Jermay[d], Feodosiya qəzası[d] – 2001, Moskva) — Sovet və rus infeksiyanisti. Tibb elmləri doktoru (1963), Professor (1967). Quduzluq əlihinə peyvəndinin yaradıcısı. İkinci Dünya müharibəsinin işyirakçısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü. Rusiya Federasiyasının əməkdar elm xadimi. == Bioqrafiyası == 13 dekabr 1918-ci ildə Qaşıq-Jermay kəndində anadan olub. Feodosiyada məktəbdə oxumuşdur. Krım Tibb İnstitutunu bitirib (1940). Məzun olduqdan sonra Nijneqorsk rayon xəstəxanasına rəhbərlik etmişdir.
İmdad Tağıyev
İmdad Tağıyev (tam adı: İmdad Rövşən oğlu Tağıyev; 25 aprel 2002; Göygöl, Azərbaycan — 3 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İmdad Tağıyev 2002-ci il aprelin 25-də Göygöl rayonunun Mollacəlilli kəndində anadan olub. 2008-2019-cu illərdə Mollacəlilli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İmdad Tağıyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan İmdad Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İmdad Tağıyev oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Göygöl rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmdad Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İmdad Əlizadə
İmdad Əli oğlu Əlizadə (1980, Oğuldərə, Laçın rayonu) — Azərbaycan yazıçısı, jurnalisti. == Həyatı == İmdad Əli oğlu Əlizadə 1980-ci ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1997-ci ildə Bakıda 265 saylı orta məktəbi bitirib. 1998-2004-ci illərdə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin bakalavr və magistratura pillələrində təhsil alıb. == Fəaliyyəti == 2004-2005-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mediada çalışır. "İntibah", "Persona", "Həftə içi" qəzetlərində, "525-ci qəzet" və "Trend" İnformasiya Agentliyində işləyib. 2009-cu ildən "Media forum" saytının əməkdaşıdır. Parlament Jurnalistləri Birliyi 2013-cü ilin ən yaxşı media quruluşları və jurnalistlərini müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticəsinə görə “Media forum” saytının əməkdaşı İmdad Əlizadə “İlin internet jurnalisti” adını alıb. == Mükafatları == "Tərəqqi" medalı == İstinadlar == == Mənbə == "Laçın yurdu" jurnalı,№2(2),2011,Bakı,"Nurlar",2011.
Fren Dreşer
Frensin Coy Dreşer (ing. Francine Joy Drescher; 30 sentyabr 1957, Flaşinq[d], Nyu-York ştatı) — ABŞ aktrisası və yazıçısı. 1993-cü ildə "The Nanny" serialında rol aldı. Fren Fayn rolu ilə 2 dəfə Emmi mükafatına və bir dəfə Qızıl qlobusa namizəd göstərildi.
Ülkər İdman Arena
Ülkər İdman Arena (türk. Ülker Spor ve Etkinlik Salonu) — İstanbulun Ataşəhər ilçəsində Fənərbaxça İK-yə ev sahibliyi edən idman salonu. Fənərbaxça İdman Klubunun kişi və qadın basketbol komandalarına ev sahibliyi etdiyi basketbol matçlarında daim istifadə olunur. Ataşəhərdəki bu arenada basketboldan başqa 15.000 nəfərlik konsert zalı da istifadə olunur. İdman tədbirləri ilə yanaşı, burada konsert tədbirləri, səhnə şouları, konfranslar və xüsusi tədbirlər də təşkil olunur. Salonda oynanan ilk matç 25 yanvar 2012-ci ildə Fənərbaxça Ülkər - EA7 Emporio Armani basketbol qarşılaşması olmuşdur. Salonun sahibi və operatoru Fənərbaxça İdman Klubudur. == Xüsusiyyətləri == Layihəsi Design Development Group tərəfindən hazırlanan Ülkər İdman Arenasının ümumi tikinti sahəsi 67.000 m², əsas salonun hündürlüyü isə 28 metrdir. İkinci mərtəbənin dayaqlarında 360 dərəcə LED ışığı var. Salonda çəkisi 28 ton olan tablo yerləşir.
Xristian Fren
Xristian Daniloviç Fren (almanca:Christian Martin Joachim Frähn), 4 iyun 1782, Rostok – 16 avqust 1851[…], Sankt-Peterburq) — Rusiya şərqşünası. == Həyatı == Xristian Fren 1782-ci ildə Almaniyada Rostok şəhərində anadan olmuşdu. 1807-1815-ci illərdə Kazan universitetində çalışmışdı. X.M.Frenin elmi yaradıcılığında numizmatika əsas yer tuturdu. Yaşadığı illərdə onu «Şərq numizmatikasının knyazı» kimi qəbul edirdilər. Belə ki, o, həqiqətən Rusiyada Şərq numizmatikası elminin əsasını qoymuşdu. X.M.Fren isə müsəlman numizmatikasının «fundament»ini yaradan görkəmli şəxsiyyətlər hesab edilirlər. X.M.Frenin Şərq numizmatikasında əsas rolu Cucilər dövrünün sikkəşünaslığının banisi olmasıdır. İlk dəfə X.M.Fren numizmatik materiallara əsaslanaraq Qızıl Orda xanlarının adlarını, hakimiyyət illərini öyrənmiş və Şərq numizmatikasının bir hissəsi kimi təsnifat işlərini dəqiqləşdirmişdir. Onun oxuyub, təyin etdiyi bəzi hökmdarlar haqqında, ümumiyyətlə, yazılı məlumatlar belə yox səviyyəsindədir.
Apeni
Apeni Tiflis quberniyasının Telavi qəzasında çay adı. == Toponimkası == Apeni- Tiflis quberniyasının Telavi qəzasında çay adı.Suxumi dairəsində Apianca kənd (yenə orada) və İrəvan xanlığının nahiyəsində Apna kənd adları ilə eynidir.