İmdad Tağıyev (tam adı: İmdad Rövşən oğlu Tağıyev; 25 aprel 2002; Göygöl, Azərbaycan — 3 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İmdad Tağıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göygöl, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 |
İmdad Tağıyev 2002-ci il aprelin 25-də Göygöl rayonunun Mollacəlilli kəndində anadan olub.[1] 2008-2019-cu illərdə Mollacəlilli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
İmdad Tağıyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan İmdad Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İmdad Tağıyev oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Göygöl rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmdad Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]