Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aruna İrani
Aruna İrani (18 avqust 1952)— hind aktrisası. == Həyatı == Aktrisa, prodüser, rəqqasədir. 18 avqust 1952-ci ildə Mumbayda anadan olmuşdur. 1960-cı illərdən filmə çəkilməyə başlayıb. ”Bobbi” filmində rəqqasə rolunu oynayıb. 2002-ci ildə “Yeganə" filminə çəkilib. Ailəlidir, övladı yoxdur.
Mutallib İrani
Anthemis iranica
Anthemis iranica (lat. Anthemis iranica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Pan-İranizm
Paniranizm (fars. پان‌ایرانیسم‎) — əsasən İranda yayılan ideologiya. Bu ideologiyanın tərəfdarları İranda yaşayan xalqların, eləcə də osetinlərin, talışların, tatların, kürdlərin, taciklərin, puştunların, bəlucların, zazaların bir dövlət altında birləşdirilməsini istəyirlər. İdeologiyanı dəstəkləyənlərin fikrincə türk dillərindən biri olan Azərbaycan dilində danışsalar da iranlı kökünə sahib olduğuna görə azərbaycanlılar da bu sıraya aiddirlər. Paniranizm ilk dəfə 1920-ci illərdə Mahmud Əfşar Yəzdi irəli sürülmüşdür.
Pan İranizm
Paniranizm (fars. پان‌ایرانیسم‎) — əsasən İranda yayılan ideologiya. Bu ideologiyanın tərəfdarları İranda yaşayan xalqların, eləcə də osetinlərin, talışların, tatların, kürdlərin, taciklərin, puştunların, bəlucların, zazaların bir dövlət altında birləşdirilməsini istəyirlər. İdeologiyanı dəstəkləyənlərin fikrincə türk dillərindən biri olan Azərbaycan dilində danışsalar da iranlı kökünə sahib olduğuna görə azərbaycanlılar da bu sıraya aiddirlər. Paniranizm ilk dəfə 1920-ci illərdə Mahmud Əfşar Yəzdi irəli sürülmüşdür.
Senecio iranicus
Senecio iranicus (lat. Senecio iranicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
İranika Ensiklopediyası
İranika Ensiklopediyası (ing. Encyclopædia Iranica) — Kolumbiya Universitetin İran mədəniyyət və tarixi barədə , 1973-ci ildə nəşr etdiyi ingilis dilində ​​ensiklopediya. Ensiklopediyanın məzmunu yalnız İranla məhdud deyil.İrandan başqa, müəyyən bir dövrdə fars dilinin hakim olduğu məntəqələrdə daxil edilibdir, o cümlədən: Əfqanıstan, Tacikistan, Türkiyə, Qafqaz, Cənubi Asiya, Orta Asiya və Mesopotamiya.Fars dünyasının digər mədəniyyətlərlə əlaqəsini də əhatə etmişdir. İndiyə qədər 15 cild nəşr edilib və 45 cilddən çox nəşr olunması planlaşdırılır. Baş redaktoru professor Ehsan Yarşater və məsul redaktoru Əhməd Əşrəfdir.
Trani
Trani — İtaliyanın Apuliya regionunda şəhər.
Boman Irani
Boman İrani (2 dekabr 1959, Bombey) — Daha çox “Don.Mafiya başçısı” (2011), “Yeni iliniz mübarək!” (2014), “Pikey” (2014), “Aşiqlər” (2015), “Qardaş Munna: Xoşbəxtlik satıcısı” (2003), Mən sənin yanındayam (2004), “Yaxın dostlar” (2008) filmlərində komediya rolları ilə tanınıb. “Don.Mafiya başçısı 2” filmindəki komediya rolu ilə yadda qalmışdır. Aktyorluq karyerasına teatrdan başlayan Boman, 14 yaşında teatr tamaşalarında oynamağa başlayıb. Sonra isə reklam çarxlarında çəkilməyə başlayıb. Bollivudda İrani 2000-ci ildə “Sevgi ehtirası” filmində Şahrux Xanla birlikdə çəkilib. Yalnız 2003-cü ildə rejissor Rackumar Hiraninin “Qardaş Munna: Xoşbəxtlik satıcısı” filmindən sonra məşhurlaşıb. Bu roluna görə ən yaxşı komediya aktyoru nominasiyasında Filmfare Awards mükafatına namizəd olsa da, aktyor Sancay Datta məğlub olub. Buna baxmayaraq aktyorun işi Screen Weekly Award ilə qiymətləndirilib. Arda-arda “Vir və Zara” (2004), “Don.Mafiya başçısı” (2011), “Qardaş Munna: Xoşbəxtlik satıcısı” (2003), “Yaxın dostlar” (2008) kimi uğurlu filmlərə çəkilən Boman “Mən səninləyəm!” filminə görə Filmfare mükafatı qazanıb. 2009-cu ildə rejissor Rackumar Hiraninin “3 dəli” filmində ən yaxşı ikinci dərəcəli kişi roluna görə Filmfare Awards mükafatına layiq görülüb.
Mirani (Ərdəbil)
Mirani (fars. ميرني‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 129 nəfər yaşayır (30 ailə).
Rafiq İmrani
İbrahimov Rafiq Hüseyn oğlu (Rafiq İmrani; 23 yanvar 1951, Bakı) — sənətşünas, publisist, tarixçi, sənətşünaslıq doktoru (1998), professor (1995). Rafiq İmrani 1951-ci il yanvanrın 23-də Bakı şəhərində anadan olub. Burada 20 saylı şəhər orta məktəbində təhsil alıb. Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (1968-1972) qızıl medalla, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasını (1972-1977) fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə musiqi məktəbində müəllim kimi başlayıb. 1977-ci ildən A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda, 1979-cu ildən isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında dərs deyib. 1981-ci ildən elmi fəaliyyətlə məşğuldur. Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun dissertantı olub (1981-1988). 1988-ci ildə Moskvada P.Çaykovski adına Dövlət Konservatoriyasında bəstəkar Fikrət Əmirovun elmi rəhbərliyi ilə "Bəhram Mansurovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bakı Musiqi Akademiyasında müəllim, dosent (1990), professor (1995) vəzifələrində işləyib.
Tağı Ərani
Tağı Əbülfət oğlu Ərani (5 sentyabr 1902, Təbriz – 4 fevral 1940, Tehran) — İran inqilabçısı və milliyətçisi, fars dilində nəşr olunan "Dünya" marksist jurnalının təsisçisi və redaktoru. Tağı Ərani 1902-ci il sentyabrın 5-də Təbriz şəhərində, məmur ailəsində anadan olmuşdur. Atası Əbülfət Ərani İranın maliyyə nazirliyində vergi yığan idi. Bu vəzifə az müddətdə xeyli var-dövlət toplamaq imkanı verirdi. Bir çox mə'murlar belə də edirdilər: onlar soyğunçuluq və aldatma yolu ilə dövlət yığır, özləri üçün mənsəb və rütbə satın alırdılar. Lakin Əbülfəth Ərani bu yol ilə gedə bilmirdi; o, öz vəzifəsini namus və vicdanla yerinə yetirir, yeri düşəndə zəhmətkeşlərin ağır vəziyyətini yüngülləşdirirdi. 1907-ci ildə Ərani ailəsi Tehrana köçdü. Bundan sonra Əbülfət Ərani öz xidmətinə görə tez-tez və uzun müddətə əyalətlərə getməli olurdu. Evi dolandırmaq və uşaqları böyüdüb tərbiyələndirmək dərd–sərini Tağının anası çəkirdi. Bu zəhmətsevən, xeyirxah və mehriban qadın evi bacarıqla dolandırır, uşaqları–bircə oğlunu və iki qızını nəvazişlə tərbiyələndirirdi.
Zaur İmrani
İlani (Bükan)
İlani (fars. ايلاني‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (29 ailə).
İrane-nou
"İrane-nou" (fars. ایران نو‎ — Yeni İran) — Qacar İranında dərc olunmuş gündəlik qəzet. 1909-cu ilin avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane-nou" qəzeti 2–3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. Qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. O, bu qəzet vasitəsilə İran Demokratik Firqəsinin fikirlərini yayırdı, yaradıcı heyəti də Azərbaycan türklərindən ibarət idi. Qəzetdə Məhəmməd Əmin Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalistika sənətinin əsasını qoymuşdur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın rus işğalından qurtulması və İranın Rusiyanın təsirindən uzaqlaşması ilə bağlı sərt yazılar yazırdı. Qəzetdə Məhəmməd Əmin Rəsulzadə bəzən Niş təxəlüsü ilə çıxış edirdi. Sonralar Seyid Həsən Tağızadə, Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda belə yazmışdır: 1910-cu ilin yayında bağlansa da, elə həmin ilin payızında – oktyabrın 26-da artıq İran Demokrat Partiyasının orqanı kimi fəaliyyətini bərpa etdi.
İşani Senanayake
Şirani (Səlmas)
Şirani (fars. شيراني‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 280 nəfər. yaşayır (45 ailə).
Şirani (Sərdəşt)
Şirani (fars. شيراني‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (17 ailə).
İbrani dili
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit] ( dinlə) və ya [ʕivˈrit] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
İrana Tağızadə
İranə Tofiq qızı Tağızadə (7 may 1957, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru. İranə Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976–1981-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb. 9 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. 10 aprel 2023-cü ildə Ümumşəhər qəbiristanlığında dəfn olunmuşdur. Tofiq Tağızadənin qızıdır. Firdovsi Atakişiyevin həyat yoldaşıdır. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında F. Dostoyevskinin "Karamazov qardaşları", U. Şekspirin "On ikinci gecə", T. Uilyamsın "Arzu tramvayı", Elçinin "Artistin taleyi", "Teleskop, ya yuxuda və reallıqda uçuşlar", M. Kamolettinin "Ah, bu Anna", A. Puşkinin "Çar Soltanın nağılı", R. Şartın "Mənim arvadımın adı Morisdir" və s. bu kimi tamaşalara quruluş verib.
İranə Tağızadə
İranə Tofiq qızı Tağızadə (7 may 1957, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru. İranə Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976–1981-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb. 9 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. 10 aprel 2023-cü ildə Ümumşəhər qəbiristanlığında dəfn olunmuşdur. Tofiq Tağızadənin qızıdır. Firdovsi Atakişiyevin həyat yoldaşıdır. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında F. Dostoyevskinin "Karamazov qardaşları", U. Şekspirin "On ikinci gecə", T. Uilyamsın "Arzu tramvayı", Elçinin "Artistin taleyi", "Teleskop, ya yuxuda və reallıqda uçuşlar", M. Kamolettinin "Ah, bu Anna", A. Puşkinin "Çar Soltanın nağılı", R. Şartın "Mənim arvadımın adı Morisdir" və s. bu kimi tamaşalara quruluş verib.
Mets-İrank
Mets-İrank və ya Mets-Arank — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri. Prof. Q. Qeybullayev qeyd edir ki, əyalətin adında Qafqaz Albaniyası ərazisində yaşamış Aran tayfasının adı əks olunub. Eyni zamanda, tədqiqatçı Aranrot və Uti-Arandzak toponimlərini də Aran tayfasının adı ilə əlaqələndirərək eyni mənşəli olduğunu iddia edir. Arsak vilayətinin mərkəzində yerləşən Mets-İrank havarı şimal-qərbdən Arsak vilayətinin Berdadzor və Mets-Kuenk havarları, qərbdən Arsak vilayətinin Vaykunik havarı, cənubdan Sünik vilayətinin Aqaxeçk havarı, cənub şərqdən Arsak vilayətinin Pançkank havarı, şərqdən Arsak vilayətinin Piank havarı, şimaldan isə Utik vilayətinin Aranrot havarı ilə sərhədlənirdi. Havar ərazisində, Tərtər və Turağay çaylarının birləşdiyi yerdə inşa edilmiş Çiləbürt qalası və XIII əsrdən etibarən Alban Həvari Kilsəsi katalikoslarının iqamətgahı, Xaçın knyazlığının maarif mərkəzi olmuş Böyük Arran monastırı yerləşmişdir.
Aydın İmrani
Aydın İmrani "Azərbaycanfilm" kinostudiyasının direktor müavini, inzibatçı və film direktoru. == Həyatı == Aydın İmrani 1979-cu ildən inzibatçı və film direktoru olaraq Azərbaycan kinosunda fəaliyyət göstərmişdir. Uzun illər "Azərbaycanfilm" kinostudiyasının direktor müavini vəzifəsində çalışmışdır. 80-ci illər Azərbaycan kinosunda bir neçə uğurlu filmin direktoru kimi fəaliyyət göstərmişdir. Hazırda Minsk şəhərində yaşayır.
İranə Qasımova
Gürgan (İran)
Gürgan və ya Qorqan — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 269,226 nəfər və 73,702 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə türkmənlər və s...də az sayda bu şəhərdə yaşayırlar. Bu şəhərin keçmiş adı Astrabad idi.
Herat (İran)
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
Heşi (İran)
Heşi (fars. هشي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (41 ailə).
Heşin (İran)
Heşin (fars. هشين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (538 ailə).
Kaşan (İran)
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
Keçəl (İran)
Keçəl (fars. كجل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (127 ailə).
Isani
İsani Tiflis şəhərinin şimalında yer adı. Kür çayının sol sahilində yerləşir.
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
İranlı
İranlılar, İran vətəndaşı ya da İran millətindən olan. İranlı, ölkədəki bütün etnik ünsürləri bir arada toplayan bir termindir. Farsca danışanlara Farsi ya da Pers deyildiyi halda tarixi mənada Ərəb-Fars millətlərini ayırmaq üçün Əcəm adından istifadə edilmişdir. İranlı olaraq tanınan xalqlar adətən İran dillərində danışırlar. == Yaşadıqları ərazilər == Cənub-şərqdə Bəlucistan olaraq tanınan Əfqanıstan sərhəddindən başlayan, xalqlara məxsus coğrafi yaşayış sahəsi, Şimal-qərbdə Qafqaza qədər uzanan ərazidə yayılmışdır. == Kimlikləri == Farslar, Kürdlər, Zazalar, Taciklər, Mazandaranlılar, Giləklər, Lurlar, Bəluclar, Tatlar, Talışlar ve Osetinlər İran xalqlarındandır. Bundan başqa İranda çoxlu türk xalqları yaşayır: Azərbaycanlılar, Türkmənlər, Qaşqaylar, Xələclər kimi sayları müxtəlif olan türk xalqları, çox qədim dövrlərdən bu ərazidə yaşamaqdadırlar.
Iran
İran (fars. ایران) və ya rəsmi adı ilə İran İslam Respublikası (fars. جمهوری اسلامی ایران) — Qərbi Asiyada dövlət. İran şimal-qərbdən Azərbaycan və Ermənistan, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən Əfqanıstan və Pakistan, cənubdan Fars körfəzi və Oman körfəzi, qərbdən Türkiyə və İraqla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Tehran , ümumi sahəsi 1,648,195 kvadrat kilometr, əhalisinin sayı 83 milyon nəfərdən çoxdur. İran ərazi böyüklüyünə görə Yaxın Şərq regionunda ikinci, dünya ölkələri arasında on yeddinci, əhalisinin sayına görə isə on səkkizinci ölkəsidir. Ölkənin Avrasiyanın mərkəzində və Qərbi Asiyada yerləşməsi, həmçinin Hörmüz boğazına yaxınlığı ona geostrateji əhəmiyyət qazandırmışdır İran dünyanın ən qədim sivilizasiyalarından birinə ev sahibliyi edir. Hələ eramızdan əvvəl dördüncü minillikdə bu ərazidə Elam krallığı mövcud olmuşdur. Bu dövlət eramızdan əvvəl 7-ci əsrdə Madaylar tərəfindən işğal olunmuşdur. Eramızdan əvvəl 6-cı əsrdə isə Əhəmənilər İmperiyasının banisi olan II Kirin hakimiyyəti illərində bu imperiyanın ərazisi Şərqi Avropadan (yəni indiki Türkiyə əraziləri daxil olmaqla Bolqarıstan, Albaniya, Ukrayna, Krım, şimali və cənubi Qafqazdan) Hind çayına qədər uzanırdı ki, bu da həmin imperiyanı tarixin ən böyük dövlətlərindən birinə çevirmişdi.
Irania gutturalis
Adi ağboğaz bülbül (lat. Irania gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin ağboğaz bülbül cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Boyu və hərəkətləri ilə bülbülü xatırladır. Üst tərəfi göy rəngə çalan boz, quyruğu, yanaqları qara, qaşı və boyunu ağdır. Qaramtıl-qəhvəyi rəngdə olan dişinin quyruğu tünd qəhvəyi, gövdə yanları narıncı, boğazı ağımtıl, boğazı əhatə edən başın yanı və sinəsi çirkli bozdur. Erkəyin üst tərəfi mavi boz olub, qara quyruğu və qırmızı sinəsi ilə seçilir. Dişisi erkəyə nisbətən sadədir. Daha qəhvəyi və boz yanaqlıdır. Alt tərəfində yalnız yanı qırmızıdır və qara quyruğu ilə dərhal seçilir.
Qumluq ilanı
Qumluq ilanı (lat. Psammophis) — Suilanıkimilər fəsiləsindən ilan cinsi.
İranın iqlimi
İranın əksər hissələrinin iqlimi subtropik-kontinental, Xəzər dənizi sahilində rütubətlidir. İran və Oman körfəzilərinin sahil boyunda isə tropikdir İqlimin əsas xüsusiyyətləri təkcə ölkənin coğrafi mövqeyi ilə deyil, həm də, relyefin müxtəlifliyi, ərazidə hakim olan atmosfer dövranı ilə müəyyən edilir. İqlimin əsas xüsusiyyətlərindən biri də yalnız həddən artıq yüksək yay yemperaturu deyil, deləcə də çox aşağı qış temperaturu ilə əlaqədar onun kəskin kontinentallığıdır. Qış fəslində İranın bir sıra rayonlarının iqlimi eyni enliklərdə yerləşən diğər yerlərin iqlimindən çox soyuqdur. ( Xəzərsahili zona istisna olunmaqla) . Bu isə ölkədə çoxillik subtropik bitkilərin yetişdirilməsini və il ərzində bir ərzində bir sahədən iki dəfə məhsul götürülməsini məhdudlaşdırır. Qışda temperaturun kəskin surətdə aşağı düşməsinə Asiya materikinin daxili rayonlarından gələn soyuq kontinental hava kütləsi təsir göstərir, belə ki, bu hava kütləsinin qarşısını şimal istiqamətdə kəsə biləcək qüvvətli oroqrafikik sədd yoxdur. Nəticədə ölkədə ovalıqlar və yaylalar üçün mövsümü fərqlər nəzərə çarpır. Belə ki, qış və orta yay temperatur ampilidudası 20-25 dərcə təşkil edir. Yüksək yerlərdə və həmçinin dağlarla əhatələnən çəkəkliklərdə yağıntı əsasən qar şəklində düşür və dağlardan qidalanan İran çaylarının rejimini müəyyən edir.
İranın ostanları
İranda ən böyük inzibati ərazi vahidi ostan sayılır. İranda konstitusional idarənin bərqərar olunmasını təmin edəcək məclisin qurulması naminə 1906–cı ildə xüsusi bir qanunla məclisə seçkilər üçün ölkə 4 əyalətə, onlar isə öz növbəsində 27 vilayətə bölündü; Dörd əyalətdən biri Azərbaycan idi. Bu bölgü 1937-ci ildə dəyişdirildi və yeni islahata əsasən ölkə artıq 10 osatana və 49 şəhristana bölünürdü. Ostan — (fars. استان‎) — ölkə səviyyəsində vilayət və ya rayon kimi inzibati ərazi bölgülərinə yaxın bir bölgüdür. İran ərazisində 30 ostan var. Şəhristan — (fars. شهرستان‎) — İranda ostan daxilində inzibati bölgü. Öz növbəsində baxşlardan və hər baxşa daxil olan bir neçə kəndistandan təşkil olunur. Bütün İran ərazisində 30 ostana daxil 324 şəhristan var.