Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İshaq
İshaq peyğəmbər (ən tezi e.ə. 2066 və ən geci e.ə. 1851 – ən tezi e.ə. 1970 və ən geci e.ə. 1544, Kənan) — İbrahim peyğəmbərin Qurani-Kərimdə qeyd olunmuş başqa bir oğludur. Rəvayətlərə əsasən İshaq İsmaildən 5 il sonra Şamda dünyaya gəlmişdir. Anası Sara İbrahimin rəsmi zövcəsi və xalası qızı olub. İshaqın təvəllüdünün müjdəsi mələklər vasitəsi ilə Sara və İbrahimə verilib. Bu əhvalat Quranın üç yerində bəyan olmuşdur. Biri Hud surəsində, digəri Hicr, üçüncüsü isə Zariyat surəsində.
II İshaq
II İshaq paşa - cəmi 1 il paşalıq etmiş, daha sonra vəzifədən kənarlaşdırılmışdır.
I İshaq
I İshaq II Yusifin oğlu idi. Daima öz əmisi oğlu II Aslan rəqabət edən İshaq 3 dəfə paşa olmuşdu. Osmanlı ordusu ilə dəfələrlə Kartli və Kaxetiyaya yürüşlər təşkil etmişdi. == Ailəsi == İshaq paşanın Əhməd paşa, Yusif paşa, Məzid paşa adlı oğlanları vardı.
İshaq Cəfərzadə
İshaq Məmmədrza oğlu Cəfərzadə (14 avqust 1895, Yelizavetpol – 5 yanvar 1982, Bakı) — Azərbaycan arxeoloqu və etnoqrafı, tarix elmləri namizədi. İshaq Məmmədrza oğlu Cəfərzadə 14 avqust 1895-ci ildə Gəncədə anadan olmuşdur. İshaq 6 yaşında mədrəsədə oxumağa başlamış, ərəb və fars dillərini öyrənmişdir. 1910-1916-cı illərdə 6 illik şəhər məktəbində təhsil alıb. 1924-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub və 1927-ci ildə oranı başa vurub. 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinin tarix-etnoqrafiya bölməsinin və Azərbaycan Arxeoloji Komitəsinin üzvü olub. 1926-cı ildə Azərbaycan dövlət muzeyində elmi əməkdaş kimi fəaliyyətə başlamış və ömrününü sonuna kimi orada işləyib. 1927-ci ildə Azərbaycan dövlət Universitetinin Şərq şöbəsinin etnologiya fakültəsinə daxil olur və 1929-1930-cu təhsil illərində təhsilini başa vurur. 1944-cü ildə "Qədim Gəncənin tarixi-arxeoloji oçerki" mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin – Azərbaycan Milli Elmlər Akademiyasının təməlinin üzvü seçilmişdir.
İshaq Lariyan
İshaq Lariyan-Dünyanın ən böyük xüsusi mülkiyyətdə olan oyuncaq şirkəti olan MGA Entertainment şirkətinin(MGA Əyləncə) baş icraçı direktoru.
İshaq Paşa
İshaq Paşa (d.? — ö. 1497, Saloniki) — Fateh Sultan Mehmed səltənətində 1469–1472 illəri arasında və II. Bəyazid səltənətində 1481–1482'də sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır. İshaq Paşa dəvşirmələrdən olub, Manisalı Paşaigidin nökəri idi. İshaq Paşanın İstanbulun fəthi əsnasında Anadolu Bəylərbəyi olduğu bilinməkdədir. O dönəmdə Anadolu Bəylərbəyi olan iki İshaq Paşa var idi. Bunlardan biri İshaq Paşa ibn İbrahim olaraq bilinən, atasının adı İbrahim olan Türk mənşəli bir paşadır. Digəri isə İshaq Paşa ibn Abdullah olaraq bilinən və Pomak mənşəli bir dəvşirmə olaraq təhsil alıb yetişdirilən, II. Murad zamanında xəzinədarlıqdan vəzirliyə yüksələn bir paşadır. Yunan Mehmed Paşanın vəzifədən alınmasın dan sonra sədrəzəmliyə gətirildi. Fateh Sultan Mehmedin ona verdiyi ilk vəzifə Qaramana getmək oldu.
İshaq Rabin
İshaq Rabin (1 mart 1922[…], Qüds, Britaniya Fələstini[d] – 4 noyabr 1995[…], Tel-Əviv) — İki dəfə İsrailin baş naziri (1974–1977 və 1992–1995), İsrailin müdafiə naziri (1984–1990). İshaq Rabin 1922-ci il martın 1-də o zamanlar Fələstinin tərkibində olan Yerusəlimdə anadan olub. Onun ailəsi bir ildən sonra Təl-Əvivə köçmüşlər. Valideynləri qatı sionist və yəhudi dövlətinin yaradılmasını hədəfləyən kampaniyalarda fəal şəkildə iştirak etmişdirlər. Rabinin komandanlığı ilə İsrail 1967-ci il iyunun əvvəlində Altı günlük müharibədə Misirə, Suriyaya, İordaniyaya sarsıdıcı zərbələr vurur. Rabin bir ildən sonra hərbi karyeradan imtina edib beş il Birləşmiş Ştatlarda İsrailin səfiri olur. İshaq Rabin 1994-cü ildə Yasir Ərəfat və Şimon Pereslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. İshaq Rabinin qatili Eqal Amir dəfələrlə ona qarşı sui-qəsd etmək istəsədə son anda fikrindən daşınmışdır. 1995-ci il noyabrın 4-də Rabin Təl-Əvivdə Çar meydanında kütlə qarşısında çıxış edir. Rabinin nitqini eşitmək və ona dəstək verməkdən ötrü yüz min adam meydana yığışmışdı.
İshaq peyğəmbər
İshaq peyğəmbər (ən tezi e.ə. 2066 və ən geci e.ə. 1851 – ən tezi e.ə. 1970 və ən geci e.ə. 1544, Kənan) — İbrahim peyğəmbərin Qurani-Kərimdə qeyd olunmuş başqa bir oğludur. Rəvayətlərə əsasən İshaq İsmaildən 5 il sonra Şamda dünyaya gəlmişdir. Anası Sara İbrahimin rəsmi zövcəsi və xalası qızı olub. İshaqın təvəllüdünün müjdəsi mələklər vasitəsi ilə Sara və İbrahimə verilib. Bu əhvalat Quranın üç yerində bəyan olmuşdur. Biri Hud surəsində, digəri Hicr, üçüncüsü isə Zariyat surəsində.
İshaq İbrahimov
İbrahimov İshaq İbrahim oğlu (21 fevral 1921, Bakı – 5 iyul 1987, Bakı) — tərcüməçi, tənqidçi, ssenarist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azarbaycan SSR Əməkdar İncəsənət xadimi (1979). İshaq İbrahimov 1921-ci il fevralın 21-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. 1941-ci ilin sentyabrından Sovet Ordusu sıralarında əsgəri borcunu yerinə yetirməyə başlamışdır: ön cəbhədə əldə silah vuruşmuş, yaralanmış, müalicədən sonra yenidən cənub-qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, ştab rəisi kimi döyüşlərdə iştirak etmişdir (1941-1942). Ağır yaralandığına görə hərbi xəstəxanada uzun müddət müalicə olunmuşdur (1942-1944). Ordudan tərxis ediləndən sonra Uşaqgəncnəşrdə tərcüməçi-redaktor işləmişdir (1944-1945). Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda bədii tərcümə ilə məşğul olmuşdur (1945-1948). "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında ədəbi işçi, məsul katib (1948-1952), Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru (1952-1959), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib (1959-1962), C.Cabbarlı adına "Azərbaycanfilm"də ssenari şöbəsinin müdiri, eyni zamanda ssenari-redaksiya heyətinin üzvü (1962-1966), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio bədii verilişləri şöbəsində tərcüməçi, "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, baş redaktor vəzifələrində (1962-1975) çalışmışdır. Azərbaycan Yazıçılar İttifaqında tərcüməçilər bölməsi bürosunun sədri idi. Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdir (1975-1984).
İshaq Maroqulov
İshaq Faqradoviç Maroqulov (rus. Исаак Фаградович Марогулов, kürd. Îsahak Maragûlov; 1868, Dvin – 6 sentyabr 1933) — aysor əsilli SSRİ dilşünası. 1928-ci ildə Ərəb Şamilov ilə kürd dili üçün latın əlifbasını hazırlamışdır. İshaq Maroqulov 1868-ci ildə Rusiya imperiyasının Dvin şəhərində anadan olmuşdur. O, əslən aysor idi. Atası Faqrad XIX əsrdə İrandan Qafqaza köçmüşdür. Maroqulov 1888-ci ildə təhsilini başa vurduqdan sonra Naxçıvanın Şahtaxtı kəndində, sonra 1893-cü ildə Qəmərli kəndində müəllim işləmişdir. 1920-ci illərdə SSRİ xalqlarının əlifbalarının romanizasiya prosesi gedirdi. Bu prosesin bir hissəsi olaraq kürd dili üçün də latın qrafikalı əlifba hazırlanmışdır.
İshaq Zida
İshaq Yakuba Zida (fr. Isaac Yacouba Zida; 16 noyabr 1965, Yako[d]) — Burkina-Faso dövlət və hərbi lideri, prezident səlahiyyətlərini icra edən (1 noyabr – 17 noyabr 2014) və 1 noyabr 2014-cü ildən 7 yanvar 2016-cı ilə qədər Burkina-Faso Baş naziri. O, dövlət çevrilişinə cəhdlə bağlı 2015-ci il sentyabrın 16-dan 23-dək bir həftə müddətinə bu vəzifədən məhrum edilmişdir. 2020-ci ildə keçirilən prezident seçkilərində iştirak edərək 1,5% səs toplamışdır.
Mustafa İshaq Buşaki
Məhəmməd ibn İshaq
Əbu Abdullah Məhəmməd ibn İshaq hicri-qəməri tarixi ilə 85-ci ildə Mədinə şəhərində dünyaya göz açmış, hicri-qəməri 150 və ya 153-cü ildə Bağdad şəhərində vəfat etmişdir. "Xizran" məzarlığında dəfn edilmişdir. Özünün "Əs-Sirətun-Nəbəviyyə" adlı kitabı ilə məşhurdur. Uşaqlıq illərini və gənclik dövrünün bir hissəsini Mədinədə keçirən Məhəmməd ibn İshaq hicri-qəməri 115-ci ildə İskəndəriyyə şəhərinə getmişdir.İskəndəriyyənin və Misirin hədis və tarix ustadlarından, o cümlədən, Ubeydullah ibn Muğeyrə, Yezid ibn Həbib, Ubeydullah ibn Əbu Cəfər, Qasim ibn Qəzman və başqa böyük ustadlardan dərs almış, sonra Kufə, Cəzirə, Rey, Hirə, Bağdada səfər etmişdir. Bağdada səfər edərkən dövrün xəlifəsi Mənsur Abbasinin görüşünə getmiş və bu görüş onun Bağdadda qalmasına, habelə bir qrup tarixçinin dediyinə görə onun məşhur kitabı olan "Əs-Sirətun-Nəbəviyyə" əsərinin yazılmasına səbəb olmuşdur.Tarixçilər yazırlar ki, bu görüşdə Mənsur Abbasi, Məhəmməd ibn İshaqın tarixi məlumatlarına heyran qalır və ona Tarix kitabı yazmağı əmr edir. Məhəmməd ibn İshaq Mənsurun əmrini yerinə yetirib müfəssəl bir tarix kitabı yazır və onun sarayına gətirir.Lakin Mənsur kitabın çox geniş olduğunu söyləyib müxtəsər hala salmasını tapşırır. İbn İshaq kitabı müxtəsər halda yazdıqdan sonra kitab Xəlifə Mənsur tərəfindən onun öz oğlu Mehdiyə verilir. Biblioqrafiya müəllifi İbn ən-Nədim öz əsərində Məhəmməd ibn İshaq’ın bu əsərini "Kitâbu’s-Sîrə və’l-mübtədəʾ və’l-məġāzî" adıyla qeyd etmişdir "Əs-Sirətun-Nəbəviyyə" kitabı qələmə alındığı vaxtdan indiyədək bir çox tarixçilərin və hədis ravilərinin diqqətini özünə cəlb etmişdir.Onu tərifləyənlərlə birlikdə, tənqid edənlər də mövcud olmuşdur.Tənqidçilər müəllifi şəcərənaməni yanlış yazmaqda, etibarsız ravilərdən rəvayət nəql etməkdə, hadisələri saxtalaşdırmaqda və.s işlərdə ittiham etmişlər. Məhəmməd ibn İshaq tarixi hadisələri nəql edərkən məzhəb təəssübkeşliyindən uzaq duraraq bitərəf mövqe tutduğuna görə əhli-sünnənin "rical elmi" sahəsindəki bəzi alimləri onu şiəlikdə ittiham etmiş, onun şiə olduğunu söyləmişlər. Məhəmməd ibn İshaqdan sonra Əbdul-Məlik ibn Hişam onu indiki tərtibatda qələmə almışdır.
Qulam İshaq Xan
Qulam İshaq Xan (20 yanvar 1915-27 oktyabr 2006)—Pakistanın prezidenti. O, Pişəvər Universitetini bitirmişdi. 1947-ci ildə dövlət işində məmuriyyətə başlamışdı. 1990-cı ildə hərbçilər tərəfindən dəstəklənən Qulam İshaq Xan, seçkilərin yenidən keçirilməsi tələbi ilə hökuməti devirdi.
İshaq Paşa sarayı
İshaq Paşa sarayı — Ağrı dağının yaxınlığında, Doğubayazid ilçəsinin 5 km uzaqlığında yerləşən bəy qalası. 116 otaqlı sarayda türbə, məscid, qala divarları, xarici və daxili həyətlər, divan və hərəm salonları yerləşir. Doğubəyazid ilçəsinin 5 km şərqində, dağın yamacındakı təpə üzərində qurulan saray, Osmanlı İmperiyasının Lalə dövründəki son böyük abidəsidir. XVIII əsr Osmanlı memarlığının ən qabarıq və görkəmli nümunələrindən olduğu qədər, sənət tarixi cəhətdən də dəyəri böyükdür. Sarayın Hərəm dairəsi kitabəsinə görə tikilməsi tarixi 1784-cü ildi. Saray binasının yerləşdiyi zəmin vadi yaxası olduğundan, qayalıq və sərt bir yerdir. Qədim Bəyazid şəhərinin mərkəzində olmasına baxmayaraq, bu tikilinin üç tərəfi (şimal, qərb, cənub) dik və meyillidir. Yalnız şərq tərəfində müsaid bir düzənlik vardır. Sarayın giriş qapısı buradadır. Eyni zamanda ən dar hissəsidir Saray, qalaların xüsusiyyətini itirdiyi, odlu silahların olduğu bir dövrdə tikildiyindən, şərq səmtindəki təpələrə qarşı müdafiəsi zəifdir.
İshaq bəy Qaramanoğlu
İshaq bəy (ö. sentyabr 1466) — Qaramanoğulları bəyliyinin bəyi. İshaq bəy Qaramanoğlu II İbrahimin kənizdən dünyaya gələn oğludur. Özündən kiçik olan digər 5 qardaşı isə atasının Çələbi Sultan Mehmedin qızı İlaldı Xatunla olan nigahından dünyaya gəlmişdir. Osmanlı mənbələrinə görə, Qaramanoğlu II İbrahim Osmanlılara olan nifrəti səbəbilə özündən sonra İshaq bəyin taxta çıxmasını istəyirdi. Bu səbəblə hələ sağlığında İshaq bəyi vəliəhd elan etmişdi. 1464-cü ildə atası II İbrahimin səhhəti pisləşmiş, vəliəhd olmasına baxmayaraq taxta çıxmaq üçün atasının vəfat etməsini gözləmişdir. Buna baxmayaraq, kiçik qardaşı Pir Əhməd bəy atası ölüm döşəyində ikən özünü bəy elan etdi və xəstə atası ilə qardaşlarını Konyada nəzarət altına aldı. Xilas olmaq üçün atası ilə birlikdə Konyadan gizlicə qaçan İshaq bəy Hevelin yaxınlığında atasının vəfat etməsi ilə atasının cənazəsini burada qoyub Silifkəyə qaçdı. Burdan kömək üçün Məmlük sultanından kömək istəsə də, bir nəticə ala bilmədi.
İshaq ibn Rahaveyh
Əbu Yaqub İshaq ibn İbrahim bin Mahləd ət-Təmimi əl-Hanzali əl-Mərvəzi (778, Mərv – 29 yanvar 853, Nişapur) — Hədis, fiqh və təfsir alimi. 778-ci ildə Mərvdə dünyaya gəlmişdi. 780-ci və 783-cü illərdə də doğulduğu söylənir. Təmim qəbiləsinin Hənzələ qoluna mənsub olan atası Məkkə yolunda doğulduğu üçün Rahaveyh = yolda tapılan) ləqəbi ilə anılmışdır. İlk təhsilini Mərvdə alan İbn Rahaveyh iyirmi üç yaşında ikən təhsil amacıyla səyahətə çıxdı. İraq, Suriya, Hicaz, Yəmən kimi elm mərkəzlərində Abdullah ibn Mübarək, Vəki ibn Cərrah, Əbdürrəhman ibn Mehdi, Süfyan ibn Uyeynə, Şafei, İbn Uleyyə, Gundər, Yəzid ibn Harun kimi alimlərdən hədis rəvayət etdi. Odan da başda müdərrisləri Yəhya b. Said əl-Kattan, Bakıyyə b. Vəlid, Yahya b. Adəm, Abdürrəzzak b.
İshaq xan Müfxəməddövlə
Mirzə İshaq xan Mirzə Əbdülqəni oğlu Xoyi (1870-?) — diplomat. Mirzə İshaq xan Mirzə Əbdülqəni oğlu 1870-cı ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. Hacı Hüseynəli Xoyinin nəvəsi, Hacı Səfərəli Xoyinin qardaşı nəvəsi və Mirzə Cavad xan Sədəddövlənin əmisi oğludur. O, ibtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Fransız, ingilis dillərini bilirdi. Cavanlığında İranın Xarici işlər nazirliyində işə düzəlmişdi. Mirzə Mahmud xan Əlaülmülkün yanında xidmət etmişdi. 1891-ci ildə konsul kimi İranı təmsil etmişdi. 1896-cı ilədək bu vəzifədə çalışmışdı.
İshaq xan Qarayi
İshaq xan Qarayi Tatar (1771, Türbət Heydəriyə, Rəzəvi Xorasan ostanı – 8 iyul 1816, Məşhəd), Qacarlar dövründə Xorasan məntəqəsinin ən zəngin ataman və xanlarından birisi idi. O,İranın Rəzavi Xorasan ostanında yerləşən Türbət Heydəriyə şəhərinin banisidir.
Baba İshaq
Baba İshaq Vəfaiyyə təriqətinə bağlı Xorasan əzizlərindən Dədə Qarxının müridi olan Şüca-əd-Din Əbu'l-Bəkâ Baba İlyas bin Əli əl-Xorasaninin taliblərindəndir. == Vəzifəsi == İranda Muhiddin Məhəmməd bin Əli bin Əhməd Tahiminin dərslərinə davam edərkən, Əlamutdaki "Hökumət-i Məlahidə-i Batıniyyə rəisi" olan Sultan Əlaəddin bin Məhəmməd bin Həsən-ı sanî tərəfindən Anadolu Dailiyinə təyin edildi. Daha sonra Muhiddin Tahimiin Sivas qazılığına göndərilməsi isə Baba İshaqın vəzifəsini çox asanlaşdırdı.
Ədib İshaq
Ədib İshaq (ərəb. أديب إسحاق‎; 21 yanvar 1856, Dəməşq – 12 iyun 1885) — Suriyadan jurnalist.
Müsnəd İshaq ibn Rahaveyh
Müsnəd İshaq ibn Rahaveyh (ərəb. مسند إسحاق بن راهويه‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair sünni mühəddis İshaq ibn Rahaveyh tərəfindən tərtib edilmiş hədislər toplusu. İshaq ibn Rahaveyh Mərvdən idi və müsəlman təqviminə görə 161 və ya 166-cı ildə anadan olduğu ehtimal edilir. Onun "İbn Rahaveyh" ləqəbi atasının Məkkəyə gedən yolda doğulması və Mərv sakinlərinin ona öz dillərində "yolda doğulmuş" mənasını verən "Rahaveyh" deyə müraciət etməsi ilə əlaqədardır. İshaq ibn Rəhaveyh hədis yazmaq və öyrənmək üçün bir çox şəhərlərə səfər etmişdir. Sonralar məşhur imam olan bir çox görkəmli alimlər İshaqdan dərs almışlar. Onların arasında: Hənbəli hüquq məktəbinin banisi Əhməd ibn Hənbəl, ən etibarlı hədislər toplusu olan "Səhih əl-Buxari"nin müəllifi Məhəmməd əl-Buxari, "Səhih Müslim"in müəllifi Müslüm ibn Həccac, Əbu İsa at -Tirmizi, ən-Nəsai və b. İbn Rəhaveyhin "Müsnədi" hədislərin əsas mənbələrindən biri hesab olunur, Əhməd ibn Hənbəlin "Müsnəd"inə, İshaq ibn Rahaveyhin tələbələri olan və ondan hədislər nəql etmiş əl-Buxari və Müslimin toplularına əsasdır. İshaq ibn Rahaveyhin "Müsnədi" bu günə qədər öz orijinal şəklində gəlib çatmamışdır. Hicri 10-cu əsrə qədər kolleksiya tam idi, sonra naməlum səbəblərdən bir hissəsi itirilir.
Əbu İshaq Sələbi
Əbu İshaq Əhməd ibn Məhəmməd Sələbi (ərəb. أحمد الثعلبي‎‎; Nişapur – noyabr 1035, Nişapur) — islam ilahiyyatçısı, Quran tərcüməçisi, tarixşünası. Tam adı Əbu İshaq Əhməd ibn Məhəmməd ibn İbrahim Nisaburi Sələbidir. Onun həyatı haqqında az şey məlumdur. Sələbi hicri təqvim ilə 427-ci ilin Məhərrəm ayında (1035-ci ilin noyabrı) vəfat etmişdir. Sələbi iki əsəri ilə tanınır. Birinci əsər çoxcildlik "əl-Kəşf və'l-bəyan'ən təfsir əl-Qur'an" təfsiridir. İslam ilahiyyatçıları onun təfsirinin nüfuzuna şübhə ilə yanaşırlar, çünki burada Mükatil ibn Süleyman, Məhəmməd Kəlbi və digər etibarsız rəvayətçilərdən nəqllər var. Bu, yəqin ki, onun təfsirinin uzun müddət nəşr olunmamasını izah edir. Bəqəvinin (1122-ci ildə vəfat etmişdir) "Müəllim ət-tənzil" əsəri Sələbinin əsərinin qısaldılmış variantı hesab olunur.
Əbu İshaq İbrahim
Əbu İshaq İbrahim ibn Alp Təkin (X əsr – 12 noyabr 966, Qəzni) — hakimiyyəti 3 il sürən Qəznəvi hakimi. Alp Təkin oğlu. 12 noyabr 966-cı ildə övladsız vəfat etdi. Yerinə seçki ilə Bilgə Təkin keçmişdir. Alptəkinin 13 sentiyabr 963-cü ildə ölümündən sonra yerinə oğlu Əbu İshaq İbrahim gəlmişdi. Ancaq İbrahim Qəznəvilər dövlətinin idarə edilməsində atası qədər qüdrətli və müfəvvəqiyyətli ola bilmədi.Ordu onun nəzarətindən çıxmış, Səbutəkin onun vaxtında Xalaçların bir üsyanını basdırmışdı.İbrahimin bu zəif durumundan istifadə edən sadiq Qəznə hakimi Əbu Bəkr Ləvik, təxminən 964-cü ilin sonunda Qəznəyə irəliləmiş və onu məğlub etdərək keçmiş ölkəsini təkrar ələ keçirmişdir.İbrahim Buxaraya qaçmaq və Samani əmiri Mənsur b. Nuhdan yardım istəməli oldu.İbrahim Samanilərdən istədiyi yardımı alaraq böyük bir qüvvətlə geri döndü. Bu dəfə Qəznəyi tərk etməyə məcbur olan Əbu Bəkr Ləvik olmuşdu.(26 sentiyabr 965-ci il) İbrahim yenidən Qəznəyə girdi. Amma bu yardım məqsədilə Samanilər bu bölgə üzərində, heç olmasa qismən, hakimiyyət qurmuş oldular.İbrahim də Qəznədə uzun müddət hökmdar ola bilmədi və 12 noyabr 966-cı ildə öldü. Əbu İshaq Sabii idi.
Əbuishaqzadə İshaq Əfəndi
Əbuishaqzadə İshaq Əfəndi (1679, Konstantinopol – 31 oktyabr 1734, Konstantinopol) — Osmanlı alimi, şairi və şeyxülislamı. Atası Əbu İshaq Əfəndi də Sultan Əhməd səltənətində şeyxülislam olmuşdur. 1679-cu ildə İstanbulda dünyaya gəldi. Atası Sultan Əhməd səltənətində şeyxülislam olan Əbu İshaq Əfəndi, babası isə Rumelinin müxtəlif əyalətlərində qazı olaraq xidmət göstərmiş Alanyalı Qara İbrahim Əfəndidir. İlk təhsilini atasından aldıqdan sonra Ankaralı Mehmed Əfəndidən məzun oldu və 1699-cu ildə şeyxülislam Seyid Feyzullah Əfəndinin də iştirak etdiyi imtahanın nəticəsi olaraq müdərrisliyə yüksəldi. İstanbulun müxtəlif mədrəsələrində xidmət göstərdikdən sonra öncə İzmir, ardından Ədirnə və Məkkə qazılığına gətirildi. 1723-cü ildə yaxın dostu Salim Əfəndinin yerinə İstanbul qazısı təyin olundu. Onun bu vəzifədə qaldığı müddət Sultan Əhməd səltənətinə və Nevşəhərli İbrahim Paşanın sədarət dönəminə təsadüf edir. Sədrəzəmin ətrafına topladığı alim, şair və ədiblərdən ibarət məclislərdə iştirak edən İshaq Əfəndi, şəxsən sədrəzəmin istəyilə bir çox önəmli kitabları Osmanlı türkcəsinə çevirməyə başladı. Bundan başqa Osmanlı mətbəəsinin qurulmasını dəstəkləyən İshaq Əfəndi, burada baş tutan ilk kitab nəşrində də vəzifələndirildi.
Huneyn ibn İshaq əl-İbadi
Əbu Zeyd Huneyn ibn İshaq əl-İbadi (808[…], Hiyrə, Abbasilər xilafəti – 873[…], Bağdad, Abbasilər xilafəti) — Qədim yunan tibbi və fəlsəfəsinin İslam dünyasına intiqlalında önəmli rol oynayan mütərcim və həkim. == Həyatı == 808-ci ildə Kufənin cənubunda əski bir Arami şəhəri olan Hiyrədə doğuldu. Ailəsi İbad adıyla bilinən xristian Ərəb qəbiləsinə mənsub olduğundan İbadi nisbəsiylə anılmışdır. Atası İshaq əczaçılıqla məşğul idi. Ata məsləyi Huneyni uşaq yaşda təsir göstərərək tibb elminə yönləndirdi. Doğulduğu yerdə xristian din təhsili alan Huneyn on iki yaşlarında ikən Bağdada getdi. Burada Cündişapur mənşəli həkim İbn Masəveyhin tələbəsi oldu. Ancaq Huneynin sual sormağı və dartışmağı sevən təbiəti müəllimini rahatsız edirdi. Əsasən Bağdadda fəaliyət göstərən Cündişapur mənşəli həkimlər, əsasən əhalisi tüccar olan Hirəlilərin tiblə məşğul olmasını xoş qarşılamırdılar. Huneyn dərs əsnasındakı israrlı suallarına davam edincə İbn Masəveyh onu dərs halqasından çıxardı.
Səfi əd-Din İshaq
Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili; 1252, Ərdəbil – 12 sentyabr 1334, Ərdəbil) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu və Şah İsmayıl Xətainin ulu babası. Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Bəzi mənbələrdə kürd mənşəli, bəzilərində seyid, digərlərində isə türk mənşəli olduğu qeyd edilmişdir (bax: #Etnik mənsubiyyəti). Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan, talış və monqol dillərini öyrənir. İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.
İshaq ibn Kundac əl-Xəzəri
İshaq ibn Kundac əl-Xəzəri (Qundacığ) — Onun haqqında B. N. Zaxoder bunları yazmışdı: "Bu — IX əsrdə Ərəb xilafətinin qoşunlarının məşhur komandanı, xəzər əsillidir". Ona həm də, İshaqın müasiri olan ərəb şairi Buhturinin panegiriki həsr olunub. Şairin sözlərinə görə İshaq ibn Kudac, İraqda nail olduğu şərəfini, Xamlicdə(Ənci, ya da Bələncər) nail olduqlarına əlavə etdi. Buhturinin divanında onun tam adı verilir: İshaq ibn Kundac əl-Xəzəri. IX əsr ərəb qaynaqlarında İshaq ibn Kundacinin adı Ərəb Xilafətinin Misir və Şam canişini kimi keçir. O saray intriqalarında xəlifəyə qarşı əl-Müvəffəqin tərəfində yer alır. Öz soydaşı Diyarbəkir canişini Məhəmməd əl-Afşinla, Humaraveyhə qarşı çıxır, Dəməşq, Hələb, Dims və Antakyanı tutur. Sonralar o Afşinlə əlaqəni qırır və öz rəqibi özü kimi türk əsilli Əhməd ibn Tulunun oğlu Humaraveyhlə ittifaqa girir. 888-ci ildə bu iki sərkərdənin qüvvələri Dəməşq yaxınlığındakı Seniyet əl-Ukab adlı yerdə Afşinin qoşunları ilə toqquşur. Afşin darmadağın edilir və Bağdada xəlifə əl-Müvəffəqin yanına qaçır.
İshaqlı (Vərziqan)
İshaqlı (fars. ايشقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (5 ailə).
Ümmü İshaq binti Təlhə ibn Ubeydullah
Ümmü İshaq binti Təlhə ibn Ubeydullah (ərəb. أم إسحاق بنت طَلحَة بن عُبَيد الله‎) — Təlhənin qızı və Həsən ibn Əlinin xanımlarından biri idi. Həsən ibn Əlinin vəfatından sonra o, Həsənin qardaşı Hüseyn ibn Əli ilə evləndi. Ümmü İshaq Təlhə ibn Ubeydullahın qızı idi. Onun Qureyşin ən gözəl qadınlarından olduğu bildirilir. Ümmü İshaq Həsən ibn Əlinin həyat yoldaşlarından idi. Həsən qətlə yetirildikdən sonra Hüseyn ibn Əli ilə evləndi. Hüseyn qətlə yetirildikdən sonra Abdullah ibn Məhəmməd ibn Əbdürrəhman ibn Əbubəkrlə evləndi. Deyilənə görə, Abdullahla bu evlilikdən əvvəl o, Təmmam ibn Abbas ibn Əbdülmüttəliblə evlənmişdi. Ümmü İshaqın Həsən ibn Əlidən üç övladı var idi: Hüseyn (əl-Ətram adı ilə tanınırdı), Təlhə ibn Həsən və Fatimə binti Həsən.
İshal
Diareya və ya ishal — boş, sulu və tez-tez baş verən nəcis ifrazı. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diarreya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır. Dünyada bir və ya çox epizodlu diareyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diareyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlılar) dünyasını dəyişir. Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5–8 milyon uşağın həyatını alır.
İsaq
İsaq — ad. İsaq Məmmədov — tarix elmləri doktoru, professor İsaq Opoku — Qananı təmsil edən stolüstü tennisçi. İsaq Əmənullayev — Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Təxəllüs İradə İsaq — elmi işçi, ANS TV-nin aparıcısı.
Ibn Ishaq
Əbu Abdullah Məhəmməd ibn İshaq hicri-qəməri tarixi ilə 85-ci ildə Mədinə şəhərində dünyaya göz açmış,hicri-qəməri 150 və ya 153-cü ildə Bağdad şəhərində vəfat etmişdir. "Xizran" məzarlığında dəfn edilmişdir. Özünün "Əs-Sirətun-Nəbəviyyə" adlı kitabı ilə məşhurdur. Uşaqlıq illərini və gənclik dövrünün bir hissəsini Mədinədə keçirən Məhəmməd ibn İshaq hicri-qəməri 115-ci ildə İskəndəriyyə şəhərinə getmişdir.İskəndəriyyənin və Misirin hədis və tarix ustadlarından, o cümlədən, Ubeydullah ibn Muğeyrə, Yezid ibn Həbib, Ubeydullah ibn Əbu Cəfər, Qasim ibn Qəzman və başqa böyük ustadlardan dərs almış, sonra Kufə, Cəzirə, Rey, Hirə, Bağdada səfər etmişdir. Bağdada səfər edərkən dövrün xəlifəsi Mənsur Abbasinin görüşünə getmiş və bu görüş onun Bağdadda qalmasına, habelə bir qrup tarixçinin dediyinə görə onun məşhur kitabı olan "Əs-Sirətun-Nəbəviyyə" əsərinin yazılmasına səbəb olmuşdur.Tarixçilər yazırlar ki, bu görüşdə Mənsur Abbasi, Məhəmməd ibn İshaqın tarixi məlumatlarına heyran qalır və ona tarix kitabı yazmağı əmr edir. Məhəmməd ibn İshaq Mənsurun əmrini yerinə yetirib müfəssəl bir tarix kitabı yazır və onun sarayına gətirir.Lakin Mənsur kitabın çox geniş olduğun söyləyib müxtəsər hala salmasını tapşırır. İbn İshaq kitabı müxtəsər halda yazdıqdan sonra kitab Xəlifə Mənsur tərəfindən onun öz oğlu Mehdiyə verilir. Biblioqrafiya müəllifi İbn ən-Nədim öz əsərində Məhəmməd ibn İshaq’ın bu əsərini "Kitâbu’s-Sîrə və’l-mübtədəʾ və’l-məġāzî" adıyla qeyd etmişdir. "Əs-sirətun-Nəbəviyyə" kitabı qələmə alındığı vaxtdan indiyədək bir çox tarixçilər ve və hədis ravilərinin diqqətini özünə cəlb etmişdir.Onu tərifləyənlərlə birlikdə, tənqid edənlər də mövcud olmuşdur.Tənqidçilər müəllifi şəcərənaməni yanlış yazmaqda, etibarsız ravilərdən rəvayət nəql etməkdə, hadisələri saxtalaşdırmaqda və.s işlərdə ittiham etmişlər. Məhəmməd ibn İshaq tarixi hadisələri nəql edərkən məzhəb təəssübkeşliyindən uzaq duraraq bitərəf mövqe tutduğuna görə əhli-sünnənin "rical elmi" sahəsindəki bəzi alimləri onu şiəlikdə ittiham etmiş, onun şiə olduğunu söyləmişlər.
İraq İslam Ordusu
İraq İslam Ordusu — İraqda müqavimət qruplarından biri. Bu ordu İraqda müstəqil islam dövləti qurmağı hədəfləyir. Çox sayda silah və strategiyaya sahib olan ordu işğalçılara qarşı snayper yetişdirmə, minaatan hücumları təşkil etmək, yüngül silahlarla hücum etmək kimi müxtəlif taktikalardan istifadə edir.